Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-674/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ev 16 mənzil 35-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşının istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 5al rayonu 3 saylı Asan xidmət mərkəzinin ətrafında əvvəlcədən təyin edilmiş yerdə yerləşdirdiyi xeyli miqdar təşkil edən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasite heroini 50 manat müqabilində tanışı X1 vasitəsi ilə əldə edib,üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:20 dəqiqədə ünvan 5al RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılmış və üzərinə baxış keçirilən zaman, əynindəki açıq göy rangli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. 17 sentyabr 2025-ci il tarixdə saat 13:20 radələrində ünvan 5al rayonu İ.Zülalov küçəsi 13 saylı ünvanının qarşısında bir nəfər tanışı ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarımda hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da razılaşaraq könüllü olaraq geyindiyi əynindəki açıq göy rangli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirmişlər. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. İnzibati binada videoçəkilişdən istifadə etməklə təqdim olunan əşyalara baxış keçirilmişdir. Verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddəni ünvan 5al rayonu ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. O, polis İdarəsinə gətirilərkən və ya saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Narkotik vasitə aldığı şəxsi tanımamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında heç kim olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 5al RPİ NMB-yə Təqsirləndirilən şəxs ünvan 5al rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə rəhbərlik tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və X5 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində əməliyyat müvəkkilləri ilə birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və ünvan 5al RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Ruslan onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə heroin var. Bu məlumatdan sonra ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Ruslan əynindəki açıq göy rangli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Ruslan həmin bükülünün içərisində olan narkotik vasitə heroini həmin gün alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə Şahid3, Şahid2 və X13 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik və vasitələrin, psixotrop maddələrin istifadə məqsədi ilə əldə edib ünvan 5al rayonu ərazisində istifadəsi və daşınması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 sentyabr 2025-ci il tarixdə,saat 13:20 radələrində ünvan 5al rayonu, İsfəndiyar Zülalov 13 ünvanında saxlanılaraq üstü yoxlanılmış, üzərindəki Açıq göy cins şalvarının sağ yan cibindən ağ şəffaf selofanda bükülmüş 1 ədəd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni, sol yan cibindən ********** nömrəli Samsung markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir və tərəfimdən qablaşdırılmışdır. Daha sonra üzərindəki qara gödəkcənin sağ yan cibidnen göy rəngli qutuda yerləşən siqaret paçkası aşkarlandı lakin sübüt əhəmiyyətinə malik olmadığı üçün şəxsin özünə geri qaytarılmışdır. (i.v. 10-11) “Təqdim olunan əşyaya, diskə baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 5al rayonu İsfəndiyar Zülalov 13 ünvanın qarşısında Təqsirləndirilən şəxs üzərindən ünvan 5al RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən aşkar edilərək götürülmüş əşayaya baxış keçirildi. NMB-nin əməkdaşları 02 ədəd üzərində 42 nömrəli möhürlə möhürlənmiş ağ zərf və 01 ədəd disk təqdim etdi. 01 ədəd diskə baxış keçirən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. O, həmin maddənin heroin olduğunu bildirmişdir. Həmin maddəni ünvan 5al rayon ərazisindən şəxsi istifadəsi üçün bir məhlədə yaşadığı X4 ilə aldığını bildirdmişdir. O, 50 manat pulu bir məhlədə yaşadığı X2 verǝrǝk onunla birgə İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan başqa o əynindəki şalvarın sol yan cibindən ***-***-**-** nömrəli Samsung markalı telefon təqdim etmişdir. Bundan başqa o əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində siqaret olan siqaret qutusu təqdim etmişdir. Siqaret qutusu sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. (i.v. 14-15) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 sentyabr 2025-ci il tarixli 6/3091 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v. 42-43) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin dvd diskdə əks edilmiş görüntülər 17 sentyabr 2025-ci il tarixdə saat 13:20-də qeydə alınır. Görüntü 11 dəqiqə 41 saniyədən ibarətdir. Təbii günəş işığında küçədə özünü ünvan 5al RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili pols mayoru Şahid1 kimi təqdim edən polis əməkdaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən 2 nəfər şəxsin ünvan 5al rayonu Zülalov küçəsi 13 saylı ünvanına yaxınlığında saxlanıldığını və NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2,polis baş leytenantı Şahid3,kiçik əməliyyat müvəkkili X9 iştirakı ilə video çəkilişin aparıldığını, daha sonra saxlanılan şəxslərdən X4 özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, bundan sonra X7, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. X15 əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən ağ selofana bükülü 1 ədəd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olduğunu, 1 saat bundan əvvəl iran vətəndaşından öz şəxsi istifadəsi üçün 100 manata əldə etdiyini bildirmiş,iranlı ilə üzərində olan Redmi markalı telefonla əlaqə saxladığını deyərək üzərindən həmin telefonu çıxarıb polis əməkdaşlarına təqdim üzərində ***-***-**-** etmiş, telefonun nömrəsinin olduğunu bildirmişdir. N.Züflüqarzadənin üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə polis Əməkdaşı Şahid1 tərəfindən zərfə qoyularaq qablaşdırılmış,iştirakçılar tərəfindən üzəri imzlanır, daha sonra polis əməkdaşı tərəfindən N.Zülfüqarzadənin yoxlanılmış,yoxlama zamanı N.Zülfüqarzadənin üzərindən qanunla qadağan edilən hər hansısa bir əşya,predmet aşkar edilməmişdir. Bundan sonra saxlanılan digər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs özü barədə zəruri anket məlumatlarını bildirdikdən sonra ona üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən ağ selofana bükülü 1 ədəd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasite heroin olduğunu,heroini onunla birlikdə tutulmuş tanışı Nurlan Zülfüqarzadə ilə birlikdə iran vətəndaşından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, şalvarının sol yan cibindən 1 ədəd Samsunq markalı telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş,telefonun üzərində ***-***-**-** nömrəsinin olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə polis əməkdaşı Şahid1 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imizalanır, daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən hər hansısa bir əşya,predmet aşkar edilməmişdir. Polis əməkdaşı Şahid1 sualına cavab olaraq saxlanılan hər iki şəxs narkotik vasitəni birlikdə iran vətəndaşından əldə etdiklərini,iranlı ilə Nurlanın əlaqə saxladığını, iranlının narkotik vasitəni əvvəlcədən yerləşdirdiyi yerdən götürdüklərini və öz aralarında böldüklərini bildirmişlər. Daha sonra saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə məhkum olunduğunu,2 ile yaxındır ki,sol ayağında elektron qolbaq olduğunu bildirərək ayağındakı elektron qolbağ göstərmişdir. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından video çəkiliş başa çatmışdır. (i.v. 78-79) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin dvd diskdə əks edilmiş görüntülər 17 sentyabr 2025-ci il tarixdə qeydə alınır. Görüntü 06 dəqiqə 31 saniyədən ibarətdir. Süni İşıqlandırma şəraitində otaq ünvan 5al RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçi A.Qədiməliyev özünü təqdim etdikdən sonra, ünvan 5al RPİ NMb-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis baş leytenantı Şahid3,pois serjantı X9 və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olan,Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ev 16 mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə təqdim olunan əşyaya baxışın keçirilməsi və götürülməsi prosessual istintaq hərəkətini həyata keçiriəcəyini bildirmiş,video çəkilişin davamında əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 13:20-də Bakı şəhəri ünvan 5al rayonu 1.Zülalov küçəsi 13 saylı ünvanda saxlanıldığını,könüllü olaraq əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə təqdim etdiyini,R.Mkayılovun üzərindən aşkar olunmuş maddi sübutlar təhqiqatçıya təqdim edilmiş, daha sonra təhqiqatçı A.Qədiməliyev tǝrǝifndən əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına aid olan və RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən təqdim edilmiş video görüntü məlumatlarının əks olunduğu 01 ədəd diskə baxış keçirilmişdir.Baxış yekunlaşdıqdan sonra təhqiqatçı A.Qədiməliyevin sualına cavab olaraq saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu,heroini onunla birlikdə tutulmuş tanışı Nurlan ilə birlikdə hərəyə 50 manat pul qoyaraq iran vətəndaşından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, daha sonra təhqiqatçı A.Qədiməliyev narkotik vasitəyə oxşar maddənin çəkisinin, kimyəvi tərfibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi barədə izah verdikdən sonra video çəkiliş başa çatmışdır. (i.v. 80) “Maddi sübut kimi tanınma haqqında” 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,673 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,573 qram heroin saxlanılması üçün ünvan 5al RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 81) “Maddi sübut kimi tanınma haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair, eləcə də ondan aşkar edilib götürülmüş əşyaya baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v. 82) “Mobil telefona baxış keçirilməsi barədə” 05 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd "Samsung Galaxy" markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olması məlum olmuş, mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazışma və ya məlumat aşkar olunmamışdır. (i.v. 101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X21 Şəxsi Ambulator X3 nəticələrinə dair 27 noyabr 2025-ci il tarixli 6687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 112-113) “250090475 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” 27 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli "Samsung Galaxy" markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılması nəzərə alınmışdır. (i.v. 119- 130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - heroinin təmiz çəkisi 0.673 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2025-ci il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 26) Bakı Şəhəri ünvan 5al Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 4(004)- 728/2025 nömrəli qərarına əsasən X11 barəsində həbsetmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 66- 91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 74-75) Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 1(027)-181/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 84-91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-16-21-1/2-127552/2025 nömrəli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 1(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri probasiya idarəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs cəzasının 01 il 09 ay 01 gün hissəsini çəkmiş və ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 08 ay 27 gün təşkil edir. (i.v. 115) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 1(027)-181/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmaması, habelə onun əvvəllər CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.573 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin cəzanı çəkən zaman hazırki cinayət əməlini törətməsini nəzərə alınmaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 1(027)-181/2023 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (04 ay 13 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 1(027)- 181/2023 nömrəli hökmü ilə təyin olunmuş və 18 dekabr 2025-ci il tarixə çəkilməmiş qalan 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (04 ay 13 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, ona qəti olaraq 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.573 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd qara rəngli "Samsung Galaxy" markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri ünvan 5al Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-674/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-674/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver