Məhkəmə qərarları › İş №1(004)-679/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-679/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-679/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı subay, natamam-ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağında birlikdə eyni qrupda təhsil aldığı həmin Universitetin “muzey, arxiv işi və abidələrin qorunması” fakültəsinin 3-cü kurs tələbəsi Zərərçəkmiş şəxs 2025-ci ilin iyul ayının sonlarında aralarında bir neçə dəfə söhbət zamanı pul qarşılığında döyüşmək barədə təklif etsə də, Zərərçəkmiş şəxs tələbə yoldaşı olduqlarını, yalnız məşq etmək məqsədi ilə yarışa biləcəyini, mərc oyunlarından uzaq olduğunu bildirərək razılaşmamasını cüzi səbəb kimi bəhanə gətirərək, özündə əvvəlcədən formalaşmış hirslik fonunda istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirməklə, əslində isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşaraq xuliqanlıq niyyəti ilə qəsdən yumruqla sifətinə və başına vuraraq ona qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol orbitanın alt divarının yerdəyişmiş sınığı ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, eləcə də sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi kimi xəsarətlərini yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az-ağır zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsində oxumuşdur, Zərərçəkmiş şəxs onunla eyni fakültədə və eyni qrupda təhsil almışdır. Həmişə münasibətləri tələbə yoldaşı kimi çox yaxşı olmuşdur. O, əvvəl “boks” idman növü ilə məşöul olmuş, Kənan isə uşaqlıqda “muaythai” idman növü ilə məşğul olmuşdur. 2025-ci ilin təxminən iyul ayının sonlarında bir neçə dəfə Kənanla söhbət zamanı ona pul qarşılığında döyüşməyi təklif etmiş, Kənan da onunla ilk olaraq razılaşaraq təhqiramiz ifadə işlədib onu necə döyəcəyini bildirmiş, o, da Kənanla qarşılaşacağını demişdir. Daha sonra Kənan “WhatsApp” ani mesajlaşma proqramında onunla yalnız məşq etmək məqsədi ilə yarışa biləcəyini, mərc oyunlarından uzaq olduğunu bildirərək razılaşmamışdır. O, isə bunun qarşılığında Kənana həm tələbə yoldaşılarmın yazışdığı “WhatsApp” ani mesajlaşma proqramında olan qrupunda, həm də şəxsidə mesaj yazaraq qorxaq olduğu üçün döyüşmədiyini bildirmişdir. Kənan isə onunla görüşən zaman fikirlərinə təhqiramiz sözlərlə cavab verdiyi üçün onun qorxaq olduğunu və dediyi sözlərə görə cavab verməli olduğunu demişdir. Həmin ərəfədə aralarında “WhatsApp” ani mesajlaşma proqramında sözlə mübahisələri olsa da, sonradan bitmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin vaxt sinifdə tələbə yoldaşları da masa arxasında əyləşmişlər. Sonradan adını bildiyi Mira müəllimə də sinifdə olmuşdur. O, kitabxana otağına daxil olan zaman masanın arxasında əyləşmiş Kənanı görən zaman əsəbiləşərək ona tərəf iti addımlarla hərəkət etməyə başlamışdır. Kənanın bir tərəfində Şirzad, digər tərəfində isə Məhəmməd oturmuşdur. O, Kənana çatan kimi heç bir söz demədən əsəbi halda yumruqla onun sol gözündən bir dəfə möhkəm zərbə vurmuşdur. Bundan sonra sinifdə olan tələbə yoldaşları onu Kənandan ayırmışdır. Həmin vaxt müəllimə Mira xanım da ona irad bildirərək sinifi tərk etməyini tələb etmişdir. Həmin vaxt səs-küy olduğu üçün o, kim nə dediyini eşidə bilməmişdir. Daha sonra sinifdən çıxmışdır. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək Kənanı Bakı şəhəri 1 saylı X4 aparmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları da gəlmişlər. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Kənanın cərrahi əməliyyatı üçün 1500 manat xəstənaxaya ödənilib və digər dərman ləvazimatlarını da təmin etmişlər. O, Kənanla dəfələrlə barışmağa cəhd etsə də, Kənan onunla barışmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olduğunu, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərəri qarşılamaq üçün dəfələrlə təşəbbüs göstərməsini (ona 1000-1500 manat təklif etdiklərini) nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Azərbaycan Dövl Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsində oxumuşdur, Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün tələbə yoldaşı olmuşdırlar. Həmişə İlqarla münasibətləri tələbə yoldaşı kimi çoc yaxşı olmuşdur. İlqar hazırda da “boks” idman növü ilə, o, isə uşaqlıqda “muaythai” idma növü ilə məşğul olmuşdur. 2025-ci ilin təxminən iyul ayının sonlarında bir neçə dəfə İlqarla söhbət zamanı İlqar onunla pul qarşılığında döyüşməyi təklif etsə də, o, tələbə yoldaşı olduqlarını, yalnız məşq etmək məqsədi ilə yarışa biləcəyini, mərc oyunlarından uza olduğunu bildirərək İlqarla razılaşmamışdır. İlqar isə bunun qarşılığında ona həm tələb yoldaşılarmm yazışdığı “WhatsApp” ani mesajlaşma proqramında olan qrupda, həm də şəxsidə mesaj yazaraq qorxaq olduğu üçün onunla döyüşmədiyini bildirirmiş. O, isə İlqarıı fikirlərinə məhəl qoymurmuş. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında orta hissədə əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaş Təqsirləndirilən şəxs sinifə daxil olaraq masanın arxasına keçib ona tərəf gəlmişdir. O, isə İlqara heç bir fikir verməmişdir. İlqar ona yaxınlaşan kimi yumruqla sol gözündən bir dəfə möhkəm zərbə vurmuşdur. O, həmin zərbədən huşunu itirərək arxaya yıxılmışdır. Həmin vaxt başı yanında olan stulun baş hissəsinə dəymişdir. O, yıxıldıqdan sonra yerdə olan zaman İlqar yumruqla başına bir neçə zərbə də vurmuşdur. Bundan sonra sinifdə olan tələbə yoldaşları İlqarı ondan ayırmışlar. Daha sonra İlqar sinifi tərk edib çıxıb getmişdir. O, ayıldıqdan sonra özünü yaxşı hiss etmədiyi üçün Universitetə çağırılmış təcili tibbi yardım briqadası ilə Bakı şəhəri 1 saylı X4 aparmışlar. Orada aldığı xəsarətlərdən sol almacıq sümüyünün sınması və kəllə beyin travması da alması məlum olmuşdur. İlqarın valideynlərinin İlqarin onu vurması nəticəsində almacıq sümüyündən aldığı xəsarətə görə implant əməliyyatı üçün 1500 manat pul xəstəxana xərcləri ödədiklərini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulan zərərin əvəzi ödənilmədiyindən ondan şikayətçidir və ağır şəkildə cəzalandırılmasını xahiş edir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ona təklif edilən 1500 (bir min beş yüz) manat məbləğlə razı deyildir və vurulan zərərin qarşılığı qismində ən azı 12000 min manat tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Azərbaycan Dövlə Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsində oxumuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşlar. Həmişə hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi çox yaxşı olmuşdur. Hazırda da münasibətlərimiz yaxşıdır. İlqar hazırda bilmədiyi idman növü ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında əyləşmişdir. Kənan onun yanında sol tərəfində stulda əyləşmişdir. Bir qədəı keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs da sinifə daxil olmuşdur. İlqar salam vermədən onunla eyni cərgədə, sol tərəfində əyləşmiş Zərərçəkmiş şəxs tərəf gəlmişdir. İlqar onlara tərəf yaxınlaşan zaman əsəbi halda bilmədiyi nəsə deyərək anidən Kənanın sol gözündən bir dəfə yumruqla möhkəm zərbə vurmuşdur. Kənan aldığı zərbədən arxaya yıxılmışdır. Həmin vaxt Kənanın başı onun əyləşdiyi stula dəymişdir. Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yarı ayaqüstə onun üzərinə tərəf duraraq yumruqla Kənanın başına bir neçə zərbə də vurmuşdur. Bundan sonra sinifdə olan o və tələbə yoldaşları İlqarı Kənandan ayırmışlar. Həmin vaxt müəllimə Mira xanım da İlqara irad bildirərək sinifi tərk etməsini tələb etmişdir. Daha sonra İlqar sinifi tərk edib çıxmışdır. O, tələbə yoldaşları və Mira müəllimə Kənana bufetdən su alıb gətirərək onu ayıltmağa çalışmışlar. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsinin tələbəsi olmuşdur, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşlar. Həmişə hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi çox yaxşı olmuşdur. Hazırda da münasibətləri yaxşıdır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında əyləşmişdir. Kənan onun yanında sağ tərəfində stulda əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs da sinifə daxil olmuşdur. İlqar salam vermədən onunla eyni cərgədə, sağ tərəfində əyləşmiş Zərərçəkmiş şəxs tərəf gəlmişdir. İlqar onlara tərəf yaxınlaşıb onu keçdikdən sonra əsəbi halda bilmədiyi nəsə deyərək anidən Kənanın sol gözündən bir dəfə yumruqla möhkəm zərbə vurmuşdur. Kənan aldığı zərbədən arxaya yıxılmışdır. Həmin vaxt Kənanın başı yanında əyləşən Məhəmmədin əyləşdiyi stula dəymişdir. Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yarı ayaqüstə onun üzərinə tərəf duraraq yumruqla Kənanın başına bir neçə zərbə də vurmuşdur. Bundan sonra o, dərhal yerindən qalxmışdır. Sinifdə olan tələbə yoldaşları ilə birlikdə İlqarı Kənandan ayırmışlar. Həmin vaxt müəllimə Mira xanım da İlqara irad bildirərək sinifi tərk etməsini tələb etmişdir. O, da İlqarı sinifdən çölə çıxarmışdır. Daha sonra İlqar çıxıb getmişdir. O, tələbə yoldaşları və Mira müəllimə Kənana bufetdən su alıb gətirərək onu ayıltdıqdan sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsinin tələbəsi olmuşdur, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşdur. Hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi yaxşı olmuşdur. Hazırda da münasibətləri yaxşıdır. İlqar bildiyinə görə “boks” idman növü ilə, Kənan isə uşaqlıqda “muaythai” idman növü ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs sinifə daxil olmuşdur. İlqar onun qarşısında üzbəüz cərgədə əyləşmiş Zərərçəkmiş şəxs tərəf gəlmişdir. İlqar heç kimə salam vermədən, əsəbi halda Kənana yaxınlaşan kimi anidən yumruqla onun sol gözündən bir dəfə zərbə vurmuşdur. Kənan aldığı zərbədən arxaya yerə yıxılmışdır. Həmin vaxt Kənanın başı stula dəymişdir. Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yarı ayaqüstə onun üzərinə tərəf duraraq yumruqla Kənanın başına bir neçə zərbə vurmuşdur. Bundan sonra sinifdə olan o və digər tələbə yoldaşları İlqarı Kənandan ayırmışlar. Həmin vaxt müəllimə Mira xanım da İlqara irad bildirərək sinifi tərk etməsini tələb etmişdir. Daha sonra İlqar sinifi tərk edib çıxmışdır. O, tələbə yoldaşları və Mira müəllimə Kənana su verərək onu ayıltmağa çalışmışlar. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsinin tələbəsi olmuşdur Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşlaer. Həmişə hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi yaxşı olmuşdur. Hazırda da münasibətləri yaxşıdır. İlqar bildiyinə görə səhv etmirsə, “boks” idman növü ilə, Kənan isə uşaqlıqda “muaythai” idman növü ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs sinifə daxil olmuşdur. İlqar onunla eyni cərgədə, lakin bir neçə stul aralıda əyləşmiş Zərərçəkmiş şəxs tərəf gəlmişdir. İlqar heç kimə salam vermədən, əsəbi halda Kənana yaxınlaşan kimi anidən yumruqla onun sol gözündən bir dəfə möhkəm zərbə vurmuşdur. Kənan aldığı zərbədən arxaya yerə yıxılmışdır. Həmin vaxt Kənanın başı stula dəymişdir. Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yarı ayaqüstə onun üzərinə tərəf duraraq yumruqla Kənanın başına bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra sinifdə olan o və tələbə yoldaşları İlqarı Kənandan ayırmışlar. Həmin vaxt müəllimə Mira xanım da İlqara irad bildirərək sinifi tərk etməsini tələb etmişdir. Daha sonra İlqar sinifi tərk edib çıxmışdır. O, tələbə yoldaşları və Mira müəllimə Kənana su verərək onu ayıltmağa çalışmışlar. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağında baş vermiş, Təqsirləndirilən şəxs Kənana anidən yaxınlaşıb heç bir söz demədən və oturduğu yerdə yaxınlaşaraq yumruqla onun sol gözündən vurmuş, həmin zərbədən Kənan arxaya yıxılan zaman başı stula dəymiş, Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yumruqla onun başına bir neçə dəfə zərbə vurmuşdur. İlqarın Kənanı döyməsi təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin vaxt orada tələbə yoldaşları və müəllimə Mira xanım olmuşdur. Zərərçəkmiş şəxs dalaşma zamanı Təqsirləndirilən şəxs heç bir nahiyəsinə zərbə vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs başqa Kənanı heç kim vurmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görmüşdür. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla əvvəllər aralarında ədavət, qərəzli münasibət, düşmənçilik olmadığını, hər ikisi ilə tələbə yoldaşı kimi münasibətlərinin yaxşı olduğunu, İlqarla Kənanın arasında əvvəl belə bir halın baş verməsinin şahidi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsinin tələbəsi olmuşdur Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşlar. Həmişə hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi çox yaxşı olmuşdur. Hazırda da münasibətləri yaxşıdır. İlqar hazırda “boks” idman növü ilə, Kənan isə uşaqlıqda “muaythai” idman növü ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında kənar hissədə əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs sinifə daxil olmuşdur. İlqar onunla eyni cərgədə, lakin bir az aralıda əyləşmiş Zərərçəkmiş şəxs tərəf gəlmişdir. Həmin vaxt anidən İlqar Kənana yaxınlaşan kimi yumruqla Kənanın sol gözündən bir dəfə möhkəm zərbə vurmuşdur. Kənan aldığı zərbədən arxaya yıxılmışdır. Həmin vaxt Kənanın başı yan tərəfdə olan stulun baş hissəsinə dəymişdir. Kənan yıxıldıqdan sonra yerdə olan zaman İlqar yarı ayaqüstə onun üzərinə tərəf duraraq yumruqla Kənanın başına bir neçə zərbə də vurmuşdur. Bundan sonra sinifdə olan o və tələbə yoldaşları İlqarı Kənandan ayırmışlar. Həmin vaxt müəllimə Mira xanım da İlqara irad bildirərək sinifi tərk etməsini tələb etmişdir. Daha sonra İlqar sinifi tərk edib çıxmışdır. O, tələbə yoldaşları və Mira müəllimə Kənana su verərək onu ayıltmağa çalışmışlar. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid7 məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunması fakültəsində oxumuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onunla eyni fakültədə və eyni qrupda təhsil aldığı üçün onlarla tələbə yoldaşı olmuşlar. Hər ikisi ilə münasibətləri tələbə yoldaşı kimi yaxşıdır. İlqar və Kənanla elə yaxın əlaqəsi olmadığına görə onların hansı idman növü ilə məşğul olmaları barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində ilk dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbə yoldaşları da hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında masanın arxasında yer olmadığı üçün otağın giriş hissəsində qapının yanında stulda əyləşmişdir. Bir qədər keçdikdən sonra Mira müəllimə də sinifə daxil olmuşdur. Saat 09:00-da dərs başlamışdır. Təxminən 10 dəqiqə keçmiş, saat 09:10 radələrində tələbə yoldaşı Təqsirləndirilən şəxs sinifə daxil olmuşdur. Bundan sonra İlqar salam vermədən Kənanın əyləşdiyi masa tərəfə getmişdir. O, isə müəllimənin mühazirəsinə qulaq asırmış. Bu səbəbdən İlqarın Kənana necə yaxınlaşdığına fikir verməmişdir. Anidən sinifdə səs-küy yaranmışdır. O, ayağa qalxıb Kənanın əyləşdiyi masaya tərəf baxdıqda, Kənanın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, Kənana yaxınlaşdıqda İlqarın ona yaxınlaşaraq yumruqla vurmasını anlamışdır. Həmin vaxt sinifdə tələbə yoldaşları İlqarı sinif otağından bayıra çıxarmışlar. O, heç kimə müdaxilə etməyərək yerində əyləşmişdir. Bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağında baş vermiş Qurbanov Kənana anidən yaxınlaşıb yumruqla onun sol gözündən vurmuş, o, İlqarın Kənanı vurmasının şahidi olmasa da, Kənana yaxınlaşan zaman tələbə yoldaşları dedikdən sonra bilmişdir. İlqarın Kənanı döyməsi təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin vaxt orada tələbə yoldaşları və müəllimə Mira xanım olmuşdur. Zərərçəkmiş şəxs dalaşma zamanı Təqsirləndirilən şəxs hər hansı nahiyəsinə zərbə vurmasını görməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş. Kənana yaxınlaşdıqdan sonra bunu bilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla əvvəllər aralarında ədavət, qərəzi: münasibət, düşmənçilik olmadığını, hər ikisi ilə tələbə yoldaşı kimi münasibətlərinin n: rmal olduğunu, İlqarla Kənanın arasında əvvəl belə bir halın baş verməsinin də olmadığmı bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, 2015-ci ildən hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq kafedrasının dosenti vəzifəsində işləyir. X1 və İncəsənət Universitetinin muzey, arxiv işi və abidələrin qorunmas fakültəsində muzey əşyalarının ekspertizası fənnindən dərs keçir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onun dərs keçdiyi fakültədə və eyni qrupda təhsil alırlar. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yeni dərs günü o, dərs otağına, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağına daxil olmuşdur. Həmin ərəfədə tələbələr də hissə-hissə gələrək kitabxana otağına daxil olurmuşlar. O, kitabxana otağında müəllim üçün nəzərdə tutulmuş masanın arxasında əyləşmişdir. O, ilk dəfə imiş ki, həmin tələbələrə dərs deməyə başladığı üçün onlarla tanışlıq etməyə başlayıb bir qədər söhbət etmişdir. Saat 09:00-da dərsə başlamışdır. Bir qədər keçdikdən sonra saat 09:10 radələrində sonradan adını bildiyi tələbə Təqsirləndirilən şəxs sinifə daxil olmuşdur. İlqar ona və tələbələrə salam vermədən içəridə masanın arxasında əyləşmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs tərəf getmişdir. İlqar həyəcanlı halda masaya tərəf getdikdən sonra anidən kimisə vurduğu üçün tələbələr əyləşdiyi yerdən ayağa qalxmışlar. O, nə baş verdiyini bilmədiyi üçün həmin yerə yaxınlaşmışdır. Həmin vaxt İlqar Kənana yerdə uzanmış vəziyyətdə vurmağa davam edən zaman tələbələr onu Kənandan ayırmışlar. O, İlqara “sənin nə ixtiyarın var ki, dərs zamanı tələbəni vurursan?” sözlərini deyərək iradını bildirmişdir. İlqar dərs otağından bayıra çıxmışdır. O, tələbələrə təcili tibbi yardım briqadası çağırmağı bildirmişdir. Özü isə Kənana kömək etməyə çalışmışdır. Tələbələr bayırdan su gətirmişlər. Bir qədər sonra Kənan özünə gəlmişdir. Aradan bir qədər keçdikdən sonra Universitetə çağırılmış təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Kənana ilkin tibbi yardım göstərərək onu Bakı şəhəri 1 saylı X4 aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağında baş vermiş, Təqsirləndirilən şəxs Kənana anidən yaxınlaşıb heç bir söz demədən və oturduğu yerdə yaxınlaşaraq yumruqla vurmuşdur. İlqarın Kənanı döyməsi təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin vaxt orada tələbələr və o, olmuşdur. Nə Təqsirləndirilən şəxs, nə də Zərərçəkmiş şəxs bir-birini vurmasını görmədiyini, hadisə baş verdikdən sonra onlara yaxınlaşdığım, sinifdə kənarda baş tərəfdə əyləşdiyi üçün İlqarın Kənanı vurmasını görmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tələbə yoldaşı Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana otağında vuraraq xəsarət yetirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. (İ/V. 28-29). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqının aparılması davm etdirilmişdir. (İ/V. 80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 799 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol orbitanın alt divarının yerdəyişmiş sınığı ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, eləcə də sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, başı və s.) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. (İ/V. 17-20). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 104). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-10733/2025 nömrə! məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublik; Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 119). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-9915/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 103). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 156-157). xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. (İ/V. 170-171). Azərbaycan Respublikası Bakı şəhəri İH Bakı şəhər MKTD 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 sayl MKİS-dən verilmiş xx.xx.2026-cı il tarixli 0138 nömrəli Xüsiyyətnaməarayışdan görünür ki, xx.xx.2026-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmaqla onun barəsində ərazi üzrə sakinlər tərəfindən indiyədək heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, əməlindən peşman olduğunu bildirməsini, zərərçəkmiş şəxsin müalicə aldığı dövrdə 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilməsini, sonradan müalicə üçün dərmanların alınmasında iştirak etməsi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə 1000-1500 manat məbləğində ödəniş etməyə təşəbbüs göstərməsini, eləcə də əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, təqsirləndirilən şəxsin gənc olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslə barışmağa cəht etməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, birincisi Təqsirləndirilən şəxs gənc olmaqla onun 19 yaşı vardır və şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsi, onu cəmiyyətdən təcrid edilməsi onun düzgün mənəvi islah olunmasına, cəmiyyətə bir yararlı insan kimi formalaşmasına, psixoloji durumuna mənfi təsir göstərə bilər. İkincisi Təqsirləndirilən şəxs tərəfindən (ailəsi tərəfindən) zərərçəkmiş şəxsə onun xəsarət aldığı ilk gündən 1500 manat məbləğində müalicə xərcləri ödənilmiş, sonradan da bir miqdar dərman xərcləri ödənilmiş və bu hal onun zərərçəkmiş şəxsin sağlamlığının bərpa olunmasında iştirakını sübut etməklə bərabər onun törətdiyi əməldən peşman olmasını və islah olmasına dəlalət edən haldır. Üçünçüsu hazırkı halda təqsirləndirilən şəxsin və onun ailəsinin kifayət qədər maddi imkanlarının olmaması səbəbindən hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunması mümkün olmamışdır, zərərçəkmiş şəxsə onun maddi ziyan olaraq tələb etdiyi 12000 manat pul vəsaiti təqdim edilməsi halında barışıq olmaqla təqsirləndirilən şəxsdən şikayəti də olmayacaqdır. Yəni hazırda əsaslandırılmamış 12000 manatlıq maddi tələbin və maddi cəhətdən imkansızlıq baxımından ödənilməyən pul vəsaiti səbəbindən tərəflər arasında barışıq əldə olunması mümkün olmamışdır. Dördüncüsü təqsirləndirilən şəxsin barışmaq, dəymiş ziyanı qarşılamaq mqsədi ilə maddi imkanı daxilində 1000-1500 manat məbləğində pul vəsaitini təklif etməsi onun törətmiş olduğu əmələ münasibətdə peşman olmasını, zərərçəkmişlə münasibətlərinin yaxşılaşdırılmasını və islah olunma mərhələsində olmasını göstərir, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən haldır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun inzibati ərazisi hüdudlarını tərk etməməli, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-679/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun inzibati ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar