Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-68/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri,”Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ikiqat sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,212 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Yasamal RPİ-nin 28ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 1,212 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan həşiş və heroin qəbul etdiyi üçün narkomaniya xəstəliyindən əziyyət çəkir. Təxminən xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidə tanımadığı bir kişidən özünün istifadəsi üçün 40 manat müqabilində bir bükümdə “kokos” adlanan narkotik vasitə olan heroin almış və sonradan istifadə etmək üçün cibində saxlamışdır. Daha sonra həmin narkotik vasitənin bir qismini istifadə edib, qalanını isə başqa vaxt istifadə etmək üçün şalvarının cibinə qoyaraq saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 17 saylı evin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə həmin Polis Bölməsinə gəlmişdir. Yolda olan zaman polis əməkdaşları ondan üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar və o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün hərdən bir narkotik vasitələrdən istifadə etdiyini, hətta üzərində də narkotik vasitənin olduğunu etiraf etmişdir. Yasamal RPİ-nin 28ci PB-nə çadıqdan sonra orada onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində daşınması qanunsuz olan əşyaları təqdim etməyini təklif etmişlər. O, da şalvarının cibində olan bir büküm narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitənin heroin olduğunu onlara bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşduqda, o, həmin heroini öz istifadəsi üçün “Papanin” adlnan ərazidən adını bilmədiyi və tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin rəisinin əmrinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə ondan və onun iş yoldaşı olan Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 12:00 radələrində birgə keçirdikəri əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin o, üzərində heç bir sənədin olmadığını bildirib özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər və o, buna etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Yolda olan zaman Tahir Əsgərovdan üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar və o, xəstəliyi ilə əlaqədar olaraq hərdən bir narkotik vasitələrdən istifadə etdiyini, hətta üzərində də narkotik vasitənin olduğunu bildirmişdir. Yasamal RPİ-nin 28-ci PB-də təhqiqatçı Səyyad Gözəlov tərəfindən Tahir Əsgərova hüquq və vəzifələri, üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə, həmçinin video çəkilişlə Tahir Əsgərova üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman T.Əsgərov əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofan kəsiyinə bükülmüş bir bükümdə narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “kokos” deyilən heroindir, saxlanıldığı vaxtdan iki gün əvvəl “papanin”adlanan ərazidə üzdən tanıdığı,lakin adını bilmədiyi bir nəfər şəxsdən 40 manata özünün istifadəsi üçün almış, kiçik bir qismini özü istifadə etmiş və qalanını isə yenidən istifadə etməsi üçün əynindəki şalvarının sağ yan cibində gizlədərək saxlamışdır.Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olundu, protokol ucadan oxundu, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 82-84-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal rayon ərazisində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olmasına dair etibarlı mənbədən məlumat daxil olmuşdur. Həmin məlumata əsasən xx xxxxxxx 2020-ci il tarixdə raportla 28-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanova məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib cinayət başında ifşa olunması istiqamətində Bakı şəhəri Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Yasamal RPİnin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 2 ünvanın qarşısında müşahidə edib dərhal sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini Təqsirləndirilən şəxs adlı şəxsə təqdim etmişlər. Ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə Tahir Ələsgərov üzərində heç bir sənədin olmadığını deyib özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu izah edərək Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər və sonuncu onların təklifi ilə razılaşaraq birlikdə polis bölməsinə getmişdir. Keçirilmiş əməliyyat tədbirləri barədə bölmənin rəisinə raportla müraciət edib məlumat verdikdən sonra həmin faktın araşdırılması bölmənin baş təhqiqatçısı,polis mayoru Səyyad Gözəlova həvalə olunmuşdur. Səyyad Gözəlov xidməti otağında Təqsirləndirilən şəxs öz hesabına müdafiəçi tutmaq və ya dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarını izah edildikdən sonra sonuncu dövlət vəsaiti hesabına müdafiəşi ilə təmin olunmasını istəmişdir. Təhqiqatçı Yasamal rayon ərazisində fəaliyyət göstərən “Mərkəz” Vəkil Bürosundan Müdafiəçi adlı vəkil dəvət edərək Təqsirləndirilən şəxs təqdim etdikdən sonra vəkilin iştirakında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddənin olub olmaması və olduğu halda könüllü olaraq təqdim etməsi soruşulduqda o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofan kəsiyinə bükülmüş bir bükümdə bükülünü çıxararaq masa üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən həmin büküm onun özünün, müdafiəçi və iştirakşıların gözü qarşısında açılaraq hər bir kəsə göstərildikdən sonra bükümdə olan açıq qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddənin nədən ibarət olması, haradan, kimdən, hansı məqsədlə, nə vaxt əldə edilməsi barədə Təqsirləndirilən şəxs sual edildikdə Təqsirləndirilən şəxs həmin maddənin “kokos” deyilən heroin olması, saxlanıldığı vaxtdan iki gün əvvəl “papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 40 manat müqabilində özünün istifadəsi üçün aldığını, əynindəki şalvarının sağ yan cibində gizlədərək saxladığını, kiçik bir qisminin özü tərəfindən istifadə edildiyini və qalan hissəsini isə yenidən istifadə etməsi üçün əynindəki şalvarının cibində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur, təxminən iyirmi ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır və son vaxtlar "kokos" deyilən heroin adlanan narkotik vasitələrdən istifadə edir. Hazırda da əynindəki tünd göy rəngli parça materialdan tikilmiş şalvarının sağ yan cibində bir ədəd bükülüdə narkotik maddə vardır. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça materialdan tikilmiş şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ rəngli salafana bükülmüş içərisində narkotik maddə, öz dediyinə görə kokos deyilən "heroin" olan bükülünü cibindən çıxarıb könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitəni iki gün əvvəl "Papanin" deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki şalvarın sağ yan cibinə qoymuş, həmin narkotik maddənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün isə şalvarının cibində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Yasamal rayonu D.Bünyadzadə xüçəsində yerləşən 17 saylı evin qarşısında olarkən Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. (i.v. 26-27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, X1 xx xxxxxxx 2020-ci il tarixli, 20/1374a nömrəli tədqiqat haqında arayışdan görünür ki, tədqiqata təqdim edilmiş vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş, bir ədəd ikiqat sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,212 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v. 41-42) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “DVD-R” diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən, 1 (bir) ədəd sellofan bükümdə olan maddəni çıxararaq təqdim etmiş və içərisində heroin olduğunu bildirmişdir. (i.v. 51-52) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 53) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxx 2020-ci il tarixli, 6/2106 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs Hüseynağa oğlu...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,188 qr olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 98-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X4 haqqında xx xxxxxx 2020-ci il tarixli, 3058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində xx xxxxxxx 2020-ci il şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Çübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli, 6-2106 nömrəli məhkəmə-kimyəvi, ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3058 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 1.212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.138 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 106-116) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,212 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 19) İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(004)-580/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1996-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin M bəndində və 143-cü maddəsinin M bəndində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 il müddətinə, Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xxxxxxx 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4 və 334.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 il müddətinə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 ilə endirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 90-92) İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(103)- 1565/16 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 2 (iki) ay müddətindən 02 (iki) il müddətinə endirilmişdir. (i.v. 93-96) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nın 83.3.3-cı maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.138 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat, X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 1.138 qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat, X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-68/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-68/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver