Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-68/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fiziki şəsx kimi dövlət qeydiyyatından keçməklə tikinti-quraşdırma fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov 21-də yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılması qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, fiziki şəxs qismində "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində inşa edilmiş 3 yeni binanın tikintisi aparılan ərazidə "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 6 nömrəli “Tikinti üzrə xidmətlər göstərilməsi haqqında” müqaviləyə əsasən tikinti-quraşdırma işlərinin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb həmin işlərə rəhbərlik etdiyi zaman “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 10.1, 10.2, 10.6 və 10.13-cü bəndlərinin tələblərinə uyğun olaraq, söykəmə və asma nərdivanların iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarının istisna edilməsindən ötrü həmin nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqların olmasını, söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanılmasını, 1,8 metrdən çox hündürlükdə söykəmə nərdivanla işləyən zaman tikilinin və ya nərdivanın konstruksiyasına bağlanan sığorta sisteminin tətbiq edilməsini, həmçinin söykəmə və asma nərdivanların istifadəsindən əvvəl baxış keçirilməsini təmin etməli, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları etməməklə, yəni hadisənin bilavasitə səbəbi olmuş iti ucluqları olmayan söykənmə nərdivanı quraşdırdıqdan sonra onu dayanıqlı konstruksiyalara bağlamamaqla, nərdivanın konstruksiyasına bağlanan sığorta sistemi tətbiq etməməklə və təhlükəsizlik texnikasına dair tədbirlər görməməklə tikinti işlərinin aparılması qaydalarını pozmuş, nəticədə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində inşa edilmiş 3 yeni binanın tikintisi aparılan ərazidə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən tikinti qəlibçi vəzifəsinə qəbul edilmiş Zərərçəkmiş şəxs tikinti sahəsində tikilməkdə olan binanın qarşısında inşa edilən torpaq sürüşməsinin qarşısının alınması məqsədi ilə qurulan beton divar üçün qəlib quraşdırarkən iş prosesi zamanı istifadə etdiyi nərdivanın yerindən sürüşərək aşması səbəbindən nərdivandan 2 mert hündürlükdən beton səthin üzərinə yıxılaraq sağ tərəfli hemotoraksla müşayiət olunan sağ İV-Vİ-Vİİ qabırğaların yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almış, yəni tikinti işlərinə rəhbərlik edilməsi və sair işlərin aparılması zamanı işlərin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdən etibarən "xxxx" MMC ilə bağladığı tikintidə xidmətərin göstərilməsi haqqında müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMCyə məxsus 3 (üç) ədəd yeni binanın tikintisi aparılan ərazidə torpaq sürüşməsinin qarşısını almaq üçün əmək müqaviləsi bağladığı qəlibçilərlə birlikdə beton divarın tikintisi işlərinin görülməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu 25 aprel 2022-ci il tarixdən etibarən həmin ərazidə beton divarın tikintisində qəlibçi usta işləmiş, onun gördüyü işlərə taxta, mismar istifadə etməklə həmin yerdə beton pərdənin qurulması aid olmuşdur. 26 aprel 2022-ci il tarixdə beton divarın tikintisində işləyən qəlibçi ustalardan biri də Zərərçəkmiş şəxs olmuş, həmin gün saat 11 radələrində tikinti işlərinin getdiyi ərazidən bir qədər kənarda olan zaman səs-küy olduğunu eşidib dərhal oraya getdikdə digər ustaların Məğrubun ətrafına toplaşdığını, sonuncunun yıxılaraq yerdə uzandığını görmüşdür. Həmin vaxt hadisə yerində olan "xxxx" MMC-nin direktoru Şahid1 Zərərçəkmiş şəxs 5 saylı xəstəxanaya aparmış, sonradan Şahid1 Məğrubun həkim tərəfindən müayinə olunaraq qabırğasının sındığını və ambulator müalicə almaq üçün evə buraxıldığını demişdir. Həmin vaxtdan sonra Məğrubla hər gün əlaqə saxlamış, iki dəfə yaşadığı ünvana gedib ona baş çəkmişdir. Hadisədən təxminən iki həftə sonra Zərərçəkmiş şəxs zəng vuran zaman sonuncu qızdırmasının olduğunu, gecələr narahat yatdığını bildirdiyi üçün onunla birlikdə Qara Qarayevdə yerləşən “Ağciyər” xəstəxanasına getmələrini məsləhət görmüşdür. Birlikdə həmin xəstəxanada olduqları zaman Məğrub müayinə olunaraq evə buraxılmış, özü də onun dərmanlara çəkdiyi 200 (iki yüz) manat xərcini qarşılamışdır. İki gün sonra Məğrub həmin xəstəxanada stasionar qaydada müalicə aldığını ona bildirmişdir. Zərərçəkmiş şəxs 26 aprel 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni çoxmərtəbəli binanın tikintisi aparılan ərazidə beton divar üçün qəlib quraşdırarkən istifadə etdiyi taxta nərdivan torpaq səthinin üzərində olmuş, nərdivanın ayaqları topaq üzərində sürüşməməsi üçün iti ucluq şəklində kəsildiyindən aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqdan istifadə edilməmiş, həmçinin həmin nərdivan etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmamışdır. Belə ki, Məğrub özü həmin vaxt qəlib quraşdırarkən istifadə etdiyi nərdivanın etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmasını təmin etməli, yəni nərdivanın yuxarı hissəsini yerindən qaçmaması üçün qəlibə mismarlamalı olmuşdur. Lakin Məğrubun qəlib quraşdırarkən istifadə etdiyi nərdivana iş icraçısı kimi onun tərəfindən baxışdan keçirilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlarla barışdığını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus 3 (üç) ədəd yeni binanın tikintisi aparılan ərazidə torpaq sürüşməsinin qarşısının alınması üçün beton divarın tikintisində qəlibçi usta işləmişdir. Belə ki, 24 aprel 2022-ci il tarixdə işlə təmin olunmaq üçün "xxxx" MMC-yə məxsus həmin binaların tikintisi aparılan əraziyə yaxınlaşaraq podratçı kimi fəaliyyət göstərən Şahid1lə görüşmüş, sonuncu onun peşəsi ilə maraqlanıb 25 aprel 2022-ci il tarixdə işə başlamasını bildirmişdir. Həmin tarixdə tələb etdikləri üçün özünə məxsus şəxsiyyət vəsiqəsinin əslini tikintiyə nəzarəti həyata keçirən şəxslərə vermiş, bundan sonra onu qəlibçi usta kimi işə buraxmışlar. Onunla əmək müqaviləsinin bağlanılmasından məlumatı olmamışdır. Qəlibçi usta olaraq görməli olduğu işlər həmin tikinti ərazisində beton divar inşa etmək üçün qəlibi dikt və 5*10 ölçülü taxtadan hazırlayıb yerinə qoyaraq təhvil verməkdən ibarət olmuşdur. 26 aprel 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində tikinti aparılan ərazidə torpaq sürüşməsinin qarşısının alınması məqsədilə inşa edilmiş beton divar üçün taxta qəlibi hazırladıqdan sonra armatur-sipərə bərkitməkdən ötrü yanındaki qəlibin üzərində söykənmiş nərdivana çıxmış, qəlibləri mismarla biri-birinə bərkitmək istəyərkən nərdivanın ayağının altından sürüşməsi səbəbindən beton səthin üzərinə yıxılmışdır. Hadisə vaxtı yanında Teymur adlı fəhlə olmuşdur. 30 dəqiqə yerdə uzanıqlı vəziyyətdə qaldıqdan sonra hadisə yerinə yaxınlaşan xatırlamadığı şəxslərin köməyi ilə ayağa qalxmış, bundan sonra briqada rəhbəri Şahid1 tərəfindən avtomobillə 5 saylı xəstəxanaya aparılmış, orada müayinə olunarkən 2 (iki) ədəd qabırğasının sındığını bilmişdir. Sonra Şahid1 onu yaşadığı ünvana aparmış, növbəti günlərdə ağrıları və qızdırması olduğu üçün 30 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid1 zəng vurub vəziyyətinin ağır olduğunu demiş, həmin gün sonuncu onlara gələrək onu həkimə aparmağı təklif etmiş və ona 200 (iki yüz) manat pul vəsaiti vermiş, 11 may 2022-ci il tarixdə yenidən Şahid1 zəng vurub Travmatalogiya institutuna gedəcəyini demiş, Travmatologiya institutunda həkim gözləyərkən Babəkin ora gələrək narazılıq etdiyini görmüş, bu səbəbdən ona daha gözləməməsini demişdir. Orada həkim müayinəsindən keçdikdən sonra ona tibbi sığorta sənədi və 1 saylı X10 “KT” müayinəsində keçmək üçün göndəriş verilmiş, 13 may 2022-ci il tarixdə X11 gedərək həmin müayinələrindən keçmiş, müayinə nəticəsində 7 (yeddi) ədəd qabırğasının sındığı, birinin isə çatladığı məlum olmuşdur. X7 müayinə edən həkim X1 institutunda müalicə alması üçün ona göndəriş vermiş, 14 may 2022-ci il tarixdə həmin instituta getmiş, orada keçdiyi müayinə nəticəsində həkim ona ağciyərinə maye yığıldığını bildirmiş, bel nahiyyəsindən təxminən 250-300 qram maye çəkərək 3 günlük ambulator müalicə yazmışdır. 18 may 2022-ci il tarixdə yenidən həmin instituta getmiş, müayinə zamanı yenidən ağciyərinə maye yığılması aşkar olunduğundan stasionar müalicə təyin olunmuşdur. 04 iyun 2022-ci il tarixdə stasionar müalicəsi bitdiyi üçün ambulator müalicəyə keçmişdir. 26 aprel 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni çoxmərtəbəli binanın tikintisi aparılan ərazidə beton divar üçün qəlib quraşdırarkən istifadə etdiyi taxta nərdivanın aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqdan istifadə olunmamış, həmçinin istifadə etdiyi nərdivan etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmamış və nərdivana istifadədən əvvəl məsul iş icraçısı tərəfindən baxış keçirilməmiş, habelə işə cəlb olunduğu zaman müəssisənin rəhbəri tərəfindən ona təlim və əməyin təhlükəsizliyinə dair təlimatlandırılmalar keçirilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MMC tərəfindən inşa edilən binaların tikintisi getdiyi ərazidə beton divar üçün qəlib quraşdırmaq üçün qəlibçi usta kimi işə düzəlmişdir. 26 aprel 2022-ci il tarixdə səhər saat 07:00 radələrində işə getmək üçün evdən çıxmış, həmin gün saat 15:00 radələrində bədəni sarğılı vəziyyətdə evə qayıdaraq tikinti gedən ərazidə beton divar üçün qəlib quraşdırmaq istəyərkən nərdivandan yerə yıxıldığını bildirmişdir. Bir neçə gün sonra ərinin müalicə alması üçün X1 İnstitutuna getmiş və həmin xəstəxanada ərinin iş yerində xəsarət alması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında işəgötürən fiziki şəxs Təqsirləndirilən şəxs Suləddin oğlu ilə əmək müqaviləsi bağlayaraq həmin tarixdən Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni binanın tikintisində qəlibçi fəhlə kimi işləmişdir. 25 aprel 2022-ci il tarixdə briqadir Təqsirləndirilən şəxs ona qəlibçi usta kimi yeni işə təyin olunmuş Zərərçəkmiş şəxs köməkçisi işləməsi barədə tapşırıq vermiş, özü də həmin gün Zərərçəkmiş şəxsla birlikdə beton divar üçün qəliblər hazırlayıb yerinə bərkitmişdir. 26 aprel 2022-ci il tarixdə səhər saat 8:00 radələrində işə gəlmiş, Zərərçəkmiş şəxsla qəlib işini davam etdirən zaman saat 11:00 radələrində birlikdə torpağın üzərində qəlibi hazırlamış, sonra qaldırıcı kran vasitəsi ilə armatur-sipər üzərinə bərkidən zaman Məğrub torpağa söykətdiyi nərdivanla yuxarıdan aşağı enə-enə əlindəki 5*10 ölçülü taxta ilə qəlibi yerinə yerləşdirərkən qəlib boşa getmiş və sonuncu müvazinətini itirərək nərdivandan beton döşəmənin üzərinə yıxılıb müxtəlif bədən xəsarətləri almışdır. Zərərçəkmiş şəxs vəziyyəti kafi olduğundan dərhal Təqsirləndirilən şəxs çağırmış, birlikdə Məğrubu yerdən qaldıraraq qucaqlarında "xxxx" MMC-nin direktoru Şahid1 avtomobilinə doğru aparmış, sonra Şahid1 Zərərçəkmiş şəxs ona məlum olmayan tibb müəssisəsinə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC 13 iyun 2006-cı il tarixdə 0106-P227-46068 nömrə ilə hüquqi şəxs kimi Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin fəaliyyət istiqaməti bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsindən ibarətdir. "xxxx" MMC-nin direktoru Şahid4 Müazzim oğlu ilə aralarında bağlanılmış 15 aprel 2022-ci il tarixli podrat müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən 3 (üç) ədəd yeni yaşayış binasının tikintisi aparılan ərazidə monolit, dəmir, beton işlərinin görülməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MMCnin direktoru kimi özü də fiziki şəxs Təqsirləndirilən şəxs Suləddin oğlu ilə bağladığı “Tikinti üzrə xidmətlərin göstərilməsi haqqında” 19 aprel 2022-ci il tarixli müqavilə əsasında sonuncu 5 (beş) nəfərdən ibarət dəmirçi və qəlibçi peşələri üzrə fəhlələrlə birlikdə "xxxx" MMC-nin sifarişi əsasında tikintidə monolit dəmir beton işlərinin görülməsini öz öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs ilə fiziki şəxs Təqsirləndirilən şəxs Süləddin oğlu arasında bağlanmış əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək "xxxx" MMC tərəfindən inşa edilən binaların tikintisi aparılan ərazidə beton pərdənin tikintisində qəlibçi usta işləmişdir. 26 aprel 2022-ci il tarixdə saat 11 radələrində tikinti işlərinin getdiyi ərazidən bir qədər kənarda olan zaman Təqsirləndirilən şəxs qəlibçi kimi işləyən Zərərçəkmiş şəxs qəlibi yerinə yerləşdirərkən yıxılaraq müxtəlif xəsarətlər aldığını bildirmiş, özü də dərhal hadisə yerinə yaxınlaşdığı zaman Zərərçəkmiş şəxs səhhətinin normal olduğunun, lakin sızıldadığının şahidi olmuşdur. Sonra şirkətlərində işləyən Rasim adlı şəxsin avtomobili ilə Zərərçəkmiş şəxs Nərimanov Tibb Mərkəzinə aparmış, həmin xəstəxanada həkim sonuncunu müayinə edərək 2 (iki) qabırğasının sındığını demiş, bədəninin xəsarət almış nahiyələrini sarğı ilə sarımış və müalicə təyin etmişdir. 19 aprel 2022-ci il tarixdə "xxxx" MMC ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanılmış xidmət müqaviləsinə əsasən sonuncu tikinti təhlükəsizlik qaydalarına və tikinti sahəsində baş verə biləcək hər hansı qanun pozuntusuna görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs qəlib quraşdırarkən istifadə etdiyi nərdivan etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmamış və bunu etmək Məğrubun öz vəzifəsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdən etibarən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. "xxxx" MMC 15 aprel 2022-ci il tarixli podrat müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni çoxmərtəbəli binanın tikintisi aparılan ərazidə monolit, dəmir, beton işlərinin görülməsini öhdəsinə götürmüşdür. 19 aprel 2022-ci il tarixdə "xxxx" MMC fiziki şəxs Təqsirləndirilən şəxs Süləddin oğlu ilə bağladığı xidmət müqaviləsi əsasında sonuncu beş nəfərdən ibarət dəmirçi və qəlibçi peşələri üzrə fəhlələrlə "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binaların tikintisi aparılan ərazidə monolit dəmir beton işlərini icra etmişdir. "xxxx" MMC-nin iş icraçısı olaraq vəzifəsi layihəyə uyğun binaların tikintiquraşdırma işlərinin həyata keçirilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Süləddin oğlu arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu 25 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binaların tikintisi aparılan ərazidə binanın sərtliklərini almaq üçün beton pərdənin tikintisində qəlibçi usta işləmişdir. 26 aprel 2022-ci il tarixdə günün birinci yarısında tikinti işlərinin getdiyi ərazidə tikilməkdə olan binaların üstündə armatur karkasların quraşdırılması və qəliblənməsi, hörgü işlərinin görülməsinə nəzarət etdiyi üçün Zərərçəkmiş şəxs yıxılaraq xəsarət almasından ibarət hadisəni görməmiş, günorta radələrində binadan aşağı düşdükdə tanımadığı bir nəfər şəxs bu barədə ona məlumat vermişdir. İş icraçısı kimi "xxxx" MMC ilə xidmətlərin göstərilməsi haqqında müqavilə imzalamış fiziki şəxs Təqsirləndirilən şəxs Süləddin oğluna binaların dəmir beton istinad divarının quraşdırılması ilə bağlı tapşırıqlarını verdiyindən heç bir ustanın, o cümlədən, Zərərçəkmiş şəxs nərdivandan istifadə etməsindən əvvəl nərdivanına baxış keçirməmişdir. Çünki müqavilə şərtlərinə əsasən bütün bunlar, həmçinin Zərərçəkmiş şəxs təlimatladırılması Təqsirləndirilən şəxs üzərinə düşmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC sifarişçi qismində bağladığı 15 aprel 2022-ci il tarixli podrat müqaviləsi əsasında "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni çoxmərtəbəli binanın tikintisi aparılan ərazidə monolit, dəmir, beton işlərini icra edir. Göstərilən işlərin görülməsi üçün materiallar "xxxx" MMC tərəfindən təmin olunur. "xxxx" MMC də öz növbəsində monolit, dəmir, beton işlərini icra etmək üçün iş icraçısı fiziki şəxs Təqsirləndirilən şəxs Süləddin oğlu ilə tikintidə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamış, həmin müqavilə əsasında sonuncu bir neçə nəfərdən ibarət dəmirçi və qəlibçi peşələri üzrə işçilərlə birlikdə həmin binaların tikintisi aparılan ərazidə monolit dəmir beton işlərinin görülməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binaların tikintisinin icraçısı "xxxx" MMC olduğundan o, əksər hallarda Yasamal rayonu, C.Cabbarlı 1 ünvanında yerləşən ofisində olmuş və vaxtaşırı tikinti ərazisinə gələrək işlərin gedişatı ilə maraqlanmışdır. Həmin binaların tikintisi aparılan ərazidə qəlibçi-usta kimi işləyən Zərərçəkmiş şəxs şəxsən tanımır. Təxminən 2022-ci ilin may ayında "xxxx" MMC-nin direktoru Babək Hüseynov ona "xxxx" MMC tərəfindən inşa edilən 3 (üç) ədəd yeni çoxmərtəbəli binanın tikintisi aparılan ərazidə binaların dəmir beton istinad divarının quraşdırılmasında usta-qəlibçi kimi işləyən Zərərçəkmiş şəxs 26 aprel 2022-ci il tarixdə işlədiyi zaman yıxılaraq xəsarət alması barədə məlumat vermişdir. Həmin vaxtan sonra o, bu hadisə barədə maraqlanmamışdır. "xxxx" MMC-nin direktoru kimi "xxxx" MMC ilə bağladığı podrat müqaviləsinə əsasən tikinti ərazisində tikinti quraşdırma işlərinin aparılması "xxxx" MMC-yə həvalə edilmiş, bundan başqa, müqavilə şərtlərindən də göründüyü kimi tikinti ərazisində əməyin təhkükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl olunması "xxxx" MMC-nin öhdəliyində qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus 3 (üç) ədəd yeni binanın tikintisi aparılan ərazidir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən fiziki şəxs Təqsirləndirilən şəxs Suləddin oğlu və qəlibçi-usta Zərərçəkmiş şəxs sonuncunun 26 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində yıxıldığı hadisə yerini təsvir etmişlər. Zərərçəkmiş şəxs bildirmişdir ki, tikinti aparılan ərazidə torpaq sürüşməsinin qarşısının alınması məqsədi ilə tikilməsi nəzərdə tutulmuş beton divar üçün qəlib hazırlamış, həmin qəlib armatur-sipərin üzərinə qaldırıcı kran vasitəsi ilə yerləşdirildikdən sonra qəlibi yerinə möhkəmləndirmək üçün yandakı qəlibə söykədiyi nərdivanın üstündə qalxmış və qəlibləri mismarla biri-birinə bərkitmək istəyərkən nərdivanın ayağının altından qaçması səbəbindən beton səthin üzərinə yıxılaraq xəsarət almışdır. İstifadə etdiyi nərdivanın hündürlüyünün təxminən 4-5 metr olduğunu qeyd etmişdir. Baxışda iştirak edən fiziki şəxs Bayramov X4 Məğrub Eyvaz oğlunun qəlib bərkitmək üçün nərdivanı söykədiyi divarın hündürlüyünü elektron metrə ilə ölçmüş və məlum olmuşdur ki, həmin divardan torpaq səthə qədər olan məsafə 3,37 metrdir. Zərərçəkmiş şəxs yıxıldığı soldan üçüncü kalonun divarı isə eyni hündürlükdə qumla örtüldüyündən sonuncunun yıxılaraq xəsarət aldığı yer görünmür (səh: 30-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə əlavə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs istifadə etdiyi nərdivanla eyni hündürlükdə və quruluşda olan digər nərdivana baxış keçirilərkən müəyyən olumuşdur ki, nərdivanın hündürlüyü 262 sm, eni isə 45 sm-dır. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində yıxıldığı hündürlüyü müəyyən etmək üçün hadisə baş verən zaman istifadə etdiyi nərdivanla eyni hündürlükdə və quruluşda olan digər nərdivanın üzərinə qalxmış, işlədiyi hündürlüyü göstərmişdir. Zərərçəkmiş şəxs yerdən olan hündürlüyünün 172 sm olduğu müəyyən edilmişdir. Lakin Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən zaman nərdivanı hazırkı hündürlükdən, yəni beton səthindən 30 sm aşağı olan torpaq səthin üzərinə qoymuşdur. Beləliklə də, Zərərçəkmiş şəxs yıxıldığı hündürlüyün 202 sm olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X6” X9 Yasamal rayon şöbəsinin 22 iyun 2022-ci il tarixli 556 №-li ekspert rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ tərəfli hemotoraksla müşayiət olunan sağ İV-Vİ-Vİİ qabırğaların yerdəyişən sınığı küt əşyanın təsirindən törənmiş, qərardad qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə 4-5 metr hündürlüyündən beton səthi üzərinə yıxılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (səh:126-128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X6” X9 Yasamal rayon şöbəsinin 30 sentyabr 2022-ci il tarixli 19/556 №-li məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ tərəfli hemotoraksla müşayiət olunan sağ İV-Vİ-Vİİ qabırğaların yerdəyişən sınığı küt əşyanın təsirindən törənmiş, 26 aprel 2022-ci il tarixdə 2 metr hündürlükdən beton səth üzərinə yıxılması nəticəsində də əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (səh:239-243). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 15 iyul 2022-ci il tarixli 10/3626 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80*. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.4, 1.19, 1.20, 2.1 bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.2.1, 10.1, 10.2, 10.6, 10.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Söykəmə nərdivanı quraşdırıldıqdan sonra onun dayanıqlı konstruksiyalara bağlanmadığı və təhlükəsizlik texnikasına dair tədbirlər görülmədiyi üçün, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2, 10.6, 10.13 bəndlərinin tələbləri həmin işlərə rəhbərlik edən şəxs (iş icraçısı) tərəfindən pozmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir (səh: 133-137). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 10/5670 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80*. 4cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.4, 1.19, 1.20, 2.1 bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.2.1, 3.2.2, 10.1, 10.6, 10.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Söykəmə nərdivanı quraşdırıldıqdan sonra onun dayanıqlı konstruksiyalara bağlanmadığı və təhlükəsizlik texnikasına dair tədbirlər görülmədiyi üçün, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1, 10.2, 10.6, 10.13 bəndlərinin tələbləri tikinti üzrə xidmətlərin göstərilməsi haqqında 06 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə həmin işlərə rəhbərlik edən şəxs tərəfindən pozmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmin ekspertiza rəyinin təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1-ci bəndinə əsasən söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarını istisna etməlidir. Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materialdan başmaqlar taxılmalıdır. 10.2-ci bəndə əsasən söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmalıdır. 10.6-cı bəndə əsasən isə 1.8 metrdən çox hündürlükdə söykəmə nərdivanla işləyən zaman tikilinin və ya nərdivanın konstruksiyasına bağlanan sığorta sistemi tətbiq edilməlidir (bu şərtlə ki, nərdivan tikinti və ya başqa konstruksiyaya bərkidilsin). 10.13-cü bəndə əsasən söykəmə və asma nərdivanlar istifadədən əvvəl məsul iş icraçısı tərəfindən baxışdan keçirilir (səh: 222-227). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sifarişçi "xxxx" MMC ilə Podratçı "xxxx" MMC arasında bağlanmış 15 aprel 2022-ci il tarixli “Podrat” müqaviləsindən görünür ki, "xxxx" MMC podratçı kimi Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, Nabat xanım Aşurbəyova, İbrahim Əbilov, Sübhi Salayev və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında tikinti quraşdırma işlərini yerinə yetirir (səh: 60-62). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sifarişçi "xxxx" MMC ilə icraçı fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanılmış “Tikinti üzrə xidmətlərin göstərilməsi haqqında” 19 aprel 2022-ci il tarixli 6 nömrəli müqavilədən görünür ki, “Sifarişçi” tikinti quraşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq işçi qüvvəsinin cəlb olunması xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən İcraçı tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsinə və tikinti sahəsində baş verəcək hər hansı qanun pozuntusuna (qəzanın baş verməsinə, işçinin xəsarət almasına və s.) görə məsuliyyət daşıyır (səh: 113-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xxxxxxx0001500 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi üzrə qəlibçi usta kimi fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən müddətsiz işə götürülmüşdür (səh: 88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş 4562 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda olmamışdır (səh: 252). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası PHŞ-dən daxil olmuş 9375 №-li, xx.xx.2022- ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (səh: 250). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş və şirkətin möhürü ilə təsdiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (253). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-dən verilmiş tələbnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması, qəti olaraq 01 il 08 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və məhkumluğu ödənilmişdir, yəni məhkumluğu olmayan şəxs hesab edilir (səh: 254-255). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (səh: 295-296). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-559/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulmasına səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, ailəli olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin müalicə xərclərini qarşılanmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmişin ona qarşı heç bir maddi və mənəvi tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları - onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, ailəli olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin müalicə xərclərini qarşılamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir maddi və mənəvi tələbinin olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 222.2-ci maddəsi üzrə islah işləri növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona tikinti sahəsində təşkilat-sərəncamverici vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 559/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə tikinti sahəsində təşkilat-sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-68/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-68/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver