Məhkəmə qərarları › İş №1(004)-68/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-68/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-68/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonu, Qəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)- 139/2021 saylı hökmü ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum dilmiş, sonradan Şirvan Apelyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 1(106)-353/2023 saylı qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 27 gün hissəsindən azad edilmiş, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qəfərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 26 iyul 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş idarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2in və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli protokolunun 3-cü bəndinə əsasən kooperativin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2017-ci il tarixdən həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda “müəssisə direktoru” vəzifəsinin tələblərinə və xx.xx.2004-cü il tarixdə 0104-P-65-40583 nömrə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın nizamnaməsinə əsasən, müəssisəyə rəhbərlik etmək, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, müəssisəni dövlət orqanları, digər hüquqi və fiziki şəxslərlə müqavilə bağlanmasında təmsil etmək, qərarlar qəbul etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək və digər səlahiyyətlərə malik olan kommersiya təşkilatının rəhbəri qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2olan 4 nömrəli qarajın xx.xx.2007-ci il tarixli, 1090 nömrəli arayışa əsasən, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 10.000 (on min) ABŞ dolları, yəni həmin dövrün kursuna əsasən milli valyuta ilə 8.712 (səkkiz min yeddi yüz on iki) manat məbləğində pula satılmasından, qarajın sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına, habelə qanuni sahibi tərəfindən qarajın başqa şəxslərə kirayəyə verilməsinin 2013-cü ildən ona həvalə olunmasına baxmayaraq, "xxxx" MTK-nın direktoru vəzifəsində işlədiyi 2020-ci ilin fevral ayında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin qarajın Zərərçəkmiş şəxs2 məxsus olduğunu gizlətməklə, 2018-2020-ci illərdə həmin qarajı kirayə haqqı ödəməklə ondan kirayəyə götürmüş Zərərçəkmiş şəxs1 satış üçün təklif edərək sonuncuda tutduğu vəzifəyə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna əminlik yaradıb qarajı 8.500 (səkkiz min beş yüz) manat məbləğində pula satmağa razılaşdırmış, həmin niyyətlə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının qarşısındakı ofisdə qarajın satılmasına dair qanuni görüntü yaratmaq məqsədilə qeyd olunan ünvanda inşa olunan hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2 olan 4 nömrəli qarajın qeyri- yaşayış sahəsi kimi Zərərçəkmiş şəxs1 8.500 (səkkiz min beş yüz) manat pul müqabilində satılması haqqında xx.xx.2020-ci il tarixli, gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənədlər hesab edilən "xxxx" MTK üzvlərinin 04 saylı iclas protokolundan çıxarış və 10 nömrəli maliyyə arayışına tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib texniki vasitələrdən istifadə etməklə hazırladıqdan sonra müvafiq saxta sənədlərdə "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı qrafalarda öz imzalarını icra edərək MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etmiş və sonuncudan həmin ofisdə qaraj üçün ödəniş olaraq əldə etdiyi 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə qarajın qanuni əsaslarla xx.xx.2007-ci il tarixdə satıldığı Zərərçəkmiş şəxs2 mülkiyyət hüququna, o cümlədən əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının başqa şəxslər tərəfindən məhdudlaşdirilmasinin yolverilməzliyi və mülkiyyətin toxunulmazlığı ilə bağlı qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında tikintisi aparılmış binada 2007-ci ildən 2011-ci ilədək nəzarətçi, 2011-ci ildən 2017-ci ilədək komendant, 2017-ci ildən hazırki vaxtadək isə MTK-nın direktoru vəzifəsində işləmişdir. MTK- nın fəaliyyət istiqaməti kooperativ üzvlərinin və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarət olmuşdur. Şahid2i Əlizadə oğlunun MTK-nın direktoru, özünün isə nəzarətçi vəzifəsində işlədiyi 24 yanvar 2007- ci il tarixdə Zərərçəkmiş şəxs2 həmin binada 61 nömrəli mənzili və binanın zirzəmisində yerləşən, ümumi sahəsi 18 kv.metr olan 4 nömrəli qarajı almışdır. Təxminən 2010-cu ildən 2013-cü ilədək Zərərçəkmiş şəxs2 oğlu Şahid1 öz ailə üzvləri ilə birlikdə 61 nömrəli mənzildə yaşayaraq 4 nömrəli qarajdan istifadə etmiş, 2013-cü ildə isə Şahid1 işi ilə əlaqədar ailə üzvlərilə birlikdə Naxçıvan MR-na köçməsi səbəbindən həmin mənzili başqasına kirayə verərək komendant işlədiyi üçün ondan qarajı da kirayə verməsini və əldə olunan gəlirlə mənzilin aylıq kommunal xərclərini ödəməsini xahiş etmişdir. Özü də həmin vaxtdan qarajı binanın müxtəlif sakinlərinə, ən son 2018-ci ildən 2020-ci ilədək olan müddətdə binanın 17 saylı mənzilində yaşayan sakin Zərərçəkmiş şəxs1 kirayə vermiş, kirayə haqqını isə Zərərçəkmiş şəxs2 məxsus 61 nömrəli mənzilin kommunal xərclərinə yönəltmişdir. 15 dekabr 2017-ci il tarixdə MTK-nın direktoru vəzifəsinə təyin olunmuş, 2020-c il tarixədək Zərərçəkmiş şəxs2, Şahid1 və ailə üzvlərinin binadakı mənzillərində yaşamadıqlarını, qarajdan istifadə etmədiklərini və bu barədə maraqlanmadıqlarını görün maddi vəziyyətinin aşağı olması səbəbindən həmin ilin fevral ayında qarajdan istifadə edən Zərərçəkmiş şəxs1 qaraj sahibinin ölkə hüdudlarından kənarda olması səbəbindən satılmasınl ona həvalə etdiyini bildirib təklif etmiş və aralarında razılaşaraq 24 fevral 2020ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilə-bilə həmin qarajı sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs1 binanın qarşısında yerləşən ofisdə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pula satmış, buna dair özü tərəfindən imzalanmış və MTK-ya məxsus möhürlə təsdiqlənmiş 24 fevral 2020-ci il tarixli MTK üzvlərinin 04 saylı iclas protokolundan çıxarışını və 10 nömrəli maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Qarajı satması barədə sonradan Zərərçəkmiş şəxs2 yaxud Şahid1 hər hansı məlumat verməmiş, satışdan əldə etdiyi 8.500 (səkkiz min beş yüz) manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş MTK üzvlərinin iclas protokolundan çıxarış və maliyyə arayışı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 30 mart 2020-ci il tarixdə qaraja dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etdiyini öyrənmişdir. 2021 -ci ildə həmin qarajı başqasına satdığını öyrənən Şahid1 ondan bu barədə maraqlanmış, özü də maddi ehtiyaclarının olması səbəbindən ona və Zərərçəkmiş şəxs2 məlumat vermədən onlara məxsus həmin qarajı Zərərçəkmiş şəxs1 ilkin olaraq yanlış xatırladığı üçün 12 aprel 2020ci il tarixdə 8.000 (səkkiz min) manata, sonradan isə dəqiqləşdirərək 24 fevral 2020-ci il tarixdə 8.500 (səkkiz min beş yüz) manata satdığını, satışdan əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Şahid1 ondan həmin qarajı geri təhvil verməsini, əks təqdirdə qaraja görə MTK-nın direktoru vəzifəsində işləmiş Şahid2 24 yanvar 2007-ci il tarixdə ödəmiş olduğu 10.000 (on min) ABŞ dolları, yəni hazırki məzənnə ilə 17.000 (on yeddi min) manat pulu geri qaytarmasını tələb etmiş, özü də iltizam yazaraq 01 sentyabr 2021 -ci il tarixədək Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı aradan qaldıracağına dair öhdəlik götürmüş, lakin öhdəliyini icra etməmiş, istintaq müddətində 2023-cü ilin iyun ayında razılaşaraq Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanının bir qismini - 2.500 (iki min beş yüz) manat hissəsini ödəməklə qalıq hissəsini də aylıq ödənişlər edərək qısa müddət ərzində bağlayacağına dair öhdəlik götürmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışmasını, digər zərərçəkmişə isə vurulmuş zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ünvan 1 ünvanında yaşayır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 71A ünvanında yerləşən binanın tikintisini aparmış "xxxx" MTK-nın direktoru Təqsirləndirilən şəxs təxminən 2018-ci ildə binanın zirzəmisində mövcud olan 4 nömrəli qarajın yaxın tanışı olan sahibi tərəfindən kirayəyə verildiyini dediyi üçün həmin vaxtdan 2020-ci ilədək olan müddət ərzində Təqsirləndirilən şəxs aylıq 50 (əlli) manat kirayə haqqı ödəməklə qarajdan istifadə etmiş, həmin illər ərzində qarajın əsl sahibini görməmişdir. Təxminən 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs sahibi tərəfindən qarajın satıldığını, həmin şəxsin ölkə hüdudlarından kənarda yaşadığı üçün satış işinin aparılmasını ona həvalə etdiyini bildirmiş, bu təklifdən sonra müvafiq dövlət qurumlarından həmin qarajın hər hansı bir şəxsin xüsusi mülkiyyətində olub-olmamasını maraqlanaraq xüsusi mülkiyyətdə olmadığını dəqiqləşdirdikdən sonra qiymət barədə Vasif Sərxanovla 8.500 (səkkiz min beş yüz) manati məbləğində pula razılaşmış, 24 fevral 2020-ci il tarixdə binanın qarşısında yerləşən ofisdə həmin pulu Təqsirləndirilən şəxs ödəmiş, sonuncu da 4 nömrəli qarajın ona satılmasına dain imzalanaraq möhürlənmiş 24 fevral 2020-ci il tarixli MTK üzvlərinin 04 saylı iclaa protokolundan çıxarışını və 10 nömrəli maliyyə arayışını ona təqdim etmişdir. Həmin sənədlə! əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 30 mart 2020ci il tarixdə qaraja dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmiş, 2021-ci ildə isə Təqsirləndirilən şəxs binanın 61 nömrəli mənzilinin sahibi Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus olmuş 4 nömrəli qarajı 8.500 (səkkiz min beş yüz) manat məbləğində pula ona sataraq Zərərçəkmiş şəxs2 hər hansı məlumat vermədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə aralarında razılaşaraq ona vurmuş olduğu maddi ziyanı aradan qaldırdığına görə sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və 4 nömrəli qaraja dair heç bir iddiasının olmaması səbəbindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Daha sonra məhkəməyə yazılı ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan maddi ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə məhkəmə iclasında tədqiq olunan zaman müəyyən edilmişdir ki, onun oğlu Şahid1 24 yanvar 2007-ci il tarixdə "xxxx" MTK tərəfindən tikintisi aparılmış Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən binada 61 nömrəli mənzili və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 18 kv.metr olan 4 nömrəli qarajı alaraq onun adına rəsmiləşdirmiş, qaraja görə həmin vaxt MTK-nın sədri olmuş Şahid2 10.000 (on min) ABŞ dolları məbləğində pul ödəmiş və buna dair sonuncu tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2007-ci il tarixli, 1090 nömrəli arayış əldə etmişdir. Təxminən 2010-cu ildən 2013-cü ilədək Şahid1 ailə üzvləri ilə birlikdə 61 nömrəli mənzildə yaşayaraq 4 nömrəli qarajdan istifadə etmiş, 2013-cü ildə isə işi ilə bağlı olaraq ailə üzvlərilə birlikdə Naxçıvan MR-na köçmək məcburiyyətində olduğundan yaşadıqları həmin mənzili kirayə vermiş, həmin vaxt binanın komendantı işləyən Təqsirləndirilən şəxs ona məxsus olan 4 nömrəli qarajı kirayə verməsini, əldə olunan kirayə haqqını isə mənzilə dair kommunal xərclərin ödənilməsinə yönəltməsini xahiş etmişdir. Təxminən 2 ay sonra Şahid1 Təqsirləndirilən şəxs bu barədə maraqlandıqda sonuncu artıq qarajı kirayə verdiyini, kirayə haqqı ilə kommunal xərcləri ödədiyini demişdir. Şahid1 2021-ci ildə bina sakinlərindən Təqsirləndirilən şəxs ona məxsus qarajı başqa şəxsə satdığını eşidib bu barədə maraqlanmış və Təqsirləndirilən şəxs həqiqətən də həmin qarajı məlumat vermədən 2020-ci ildə bina sakini olan Zərərçəkmiş şəxs1 Rafiq oğluna təxminən 8 (səkkiz min) manata satdığını öyrənib qarajı geri təhvil verməsini yaxud onu almağa görə 2007-ci ildə MTK sədrinə verdiyi 10.000 (on min) ABŞ dolları, yəni hazırki məzənnə ilə17 (on yeddi min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs da iltizam yazaraq vurulmuş maddi ziyanı 01 sentyabr 2021-ci il tarixədək aradan qaldıracağına dair öhdəlik götürmüş, lakin öhdəliyini icra etməmiş, istintaq müddətində 2023-cü ilin iyun ayında ona vurmuş olduğu maddi ziyanının bir qismini - 2.500 (iki min beş yüz) manat hissəsini ödəməklə qalıq hissəsini də aylıq ödənişlər edərək qısa müddət ərzində bağlayacağına dair öhdəlik götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs dair heç bir şikayət və tələbi yoxdur. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş ziyan qismən ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da anası İmbilbən Əliyevanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə şahid - zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğlu Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək onlara vurulmuş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ********** VÖEfİJ nömrəsi ilə 26 iyul 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən "kooperativ" təşkilati-hüquqi formasında dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı tarixdən 24 avqust 2012-ci il tarixədək MTK-nın sədri vəzifəsində işləmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. "xxxx" MTK-nın direktoru kimi 24.01,2007-ci il tarixdə Zərərçəkmiş şəxs2 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat pul müqabilində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış binasının zirzəmisində mövcud olan 4 nömrəli qarajı satmış və buna dair 24.01,2007-ci il tarixli, 1090 nömrəli arayış tərtib edərək Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs MTK-da nəzarətçi vəzifəsində işlədiyindən bina sakinlərini, habelə binanın zirzəmisində mövcud olan qaraj sahiblərini tanımış, 4 nömrəli qarajın Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (Cilid 1, İ/V. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən "xxxx" M tərəfindən inşası aparılmış binanın qarşısındakı ofis və zirzəmisində mövcud olan 4 nömrəli qarajdır. Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı bir daha bildirdi ki, 4 nömrəli qarajın 2007-ci ildə MTK tərəfindən Zərərçəkmiş şəxs2 satılmasında, qarajın sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına, habelə qanuni sahibi tərəfindən qarajın başqa şəxslərə kirayəyə verilməsinin 2013-cü ildən ona həvalə olunmasına baxmayaraq, "xxxx" MTK-nın direktoru vəzifəsində işlədiyi 2020-ci ilin fevral ayında həmin qarajın Zərərçəkmiş şəxs2 məxsus olduğunu gizlətməklə, 2018-2020-ci illər ərzində qarajı kirayə haqqı ödəməklə ondan kirayəyə götürmüş Zərərçəkmiş şəxs1 24 feval 2020-ci il tarixdə binanın qarşısındakı ofisdə 8.500 (səkkiz min beş yüz) manat pul müqabilində sataraq buna dair özü tərəfindən imzalanaraq MTK-ya məxsus möhürlə möhürlənmiş həmin tarixli, MTK üzvlərinin 04 saylı iclas protokolundan çıxarış və 10 nömfəli maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs binanın qarşısındakı ofisi və 4 nömrəli qarajı göstərdi. (İ/V. 26-29). “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə (saat 19:30 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Elçin Süleymanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, İ/V. 72-73). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən vəsatətin müdafiə edilməsində imtina edilməsi, Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi və başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır. (cild 1, İ/V. 95-96). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, İ/V. 97). Zərərçəkmiş şəxs2 "xxxx" MTK-nın direktoruna ünvanlandığı ərizəsindən görünür ki, o, MTK-nın tikdiyi yaşayış binasının zirzəmisində olan 4 nömrəli qarajın ona ayrılmasını xahiş etmiş və qarajın dəyəri olan 10.000 (on min) ABŞ dollarının ekvivalent məbləği 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat məbləği ödəməyə söz vermişdir. "xxxx" MTK-nın direktoru Şahid2 tərəfindən imzalanmış və MTK-ya məxsus dördkünc və dairəvi möhürlərlə təsdiqlənmiş 24 yanvar 2007-ci il tarixli, 1090 nömrəli arayışda qeyd olunur ki, Zərərçəkmiş şəxs2 "xxxx" MTK-nın kassasına 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat, yəni 10.000 (on min) ABŞ dollarına ekvivalent məbləğdə vəsait ödənilibdir. (İ/V. 6-7). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 4/1732-5/1493 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs adından olan “İltizamın aşağı hissəsində “V.Ə.Sərxanov” yazılarının qarşısında olan imza, 24 fevral 2020-ci il tarixli 04 saylı “Qələbə-İnşaat MTK-nın üzvlərinin sədri:” qrafasında “V.Ə.Sərxanov” yazılarının qarşısında olan imza, 24 fevral 2020-ci il tarixli 10 nömrəli “Maliyyə arayışı”nın aşağı hissəsində “Qələbə-İnşaat MTK-nın sədri:” qrafasında “V.Ə.Sərxanov’ yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 24 fevral 2020-ci il tarixli 10 nömrəli maliyyə arayışının, 24 fevra| 2020-ci il tarixli 04 saylı protokoldan çıxarışın, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxsr adından Zərərçəkmiş şəxs2 ünvanlanmış iltizamın üzərində olan möhür əkslər relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş 24 fevral 2020-ci il tarixli 10 nömrəli maliyyə arayışının, 24 fevral 2020-ci il tarixli 04 saylı protokoldan çıxarışın, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs2 Həsəf qızına ünvanlanmış iltizamın üzərində olan möhür əksləri eksperimental əks nümunələri ilf eynilik təşkil edirlər. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.(İ/V. 64-68). 20 may 2022-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, İstintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (İ/V. 57-59). AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 iyul 2023-cü il tarixli, 3-21-3/2-10237/2023 saylı məktubu ilə daxil olmuş sənədlərə əsasən müəyyən olunur ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 24 fevral 2020- ci il tarixli, 04 saylı protokoldan çıxarışında qeyd olunmuşdur ki, vət. Zərərçəkmiş şəxs1 üzv qəbul olunmaqla onun "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi 71A ünvanında yerləşən kooperativ binasının zirzəmi (qaraj) sahəsində 4 saylı 18 kv.m. payçısı olması təsdiqlənmiş və sənədlər payçıya çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarışın aşağı hissəsində “İclasın sədri: Protokoldan çıxarışı təsdiq edirəm: Ə.Əsgərov” qrafasında, həmçinin "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” qrafasında imza icra edilmiş və möhür vurulmuşdur. 24 fevral 2020-ci il tarixli, 10 nömrəli maliyyə arayışında isə qeyd olunmuşdur ki, Bak şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil tikinti kooperativinə məxsusdur. Ümumi sahəsi 18 kv.m., 4 saylı (zirzəminin) qarajın dəyəri payçı Zərərçəkmiş şəxs1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Həmin maliyyə arayışının aşağı hissəsində "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” qrafasında imza icra edilmiş və möhür vurulmuşdur. (Cild 2, İ/V. 69-70). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında yerləşən, 18 kvadratmetr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (4 nömrəli qaraj) 30 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlpt reyestrində 289 nömrəli reyestr kitabının 27480 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. (Cild 1, İ/V. 22). "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs2 ünvanlanmış imzalı və möhürlü “lltizam”dan görünür ki, “Mən "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs (ApE ********) Həsən bəy Zərdabi 71A ünvanında yerləşən binada 61 nömrəli mənzillə birlikdə sizə satılmış həmin binanın zirzəmisində yerləşən 4 nömrəli (18 kv.m) qarajı xx.xx.2020-ii tarixdə həmçinin digər şəxsə (X10) 8.000 (səkkiz min) manat müqabilində təkrar satmışam. Həmin qarajın qanuni sahibi kimi xx.xx.2021 -ci il tarixə qədər sizin sərəncamınıza qaytarmağı öhdəmə götürürəm. Bununla mən, həqiqətən həmin qarajın sizə məxsus olduğunu bildirir və üzərimə götürdüyüm öhdəliyi göstərilən vaxt müddətində icra edə bilməyəcəyim halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacağımı qəbul edirəm. (Cild 2, İ/V. 71). “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs2 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi 71A ünvanında inşası aparılmış hündürmərtəbəli yaşayış binasının zirzəmisində olan 4 nömrəli qarajı 24 yanvar 2007-ci il tarixdə 10.000 (on min) ABŞ dollarına satın aldığı müəyyən olunduğundan 10.000 (on min) ABŞ dollarının həmin dövrdə milli valyutaya münasibətdə dəyərinin müəyyən edilməsi məqsədilə xidməti kompüter vasitəsilə Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsi olan “cbar.az” saytına daxil olunaraq “AZN məzənnələri” bölməsinə keçid edib 23.01,20007-ci il tarixə olan məzənnəyə baxış keçirildi və həmin tarixdə 1 ABŞ dollarının manatla kursunun 0.8712 AZN olduğu, yəni xx.xx.2007-ci il tarixdə 10.000 (on min) ABŞ dollarının milli valyuta kursunun 8.712 (səkkiz min yeddi yüz on iki) manat olduğu müəyyən edildi. (Cild 2, İ/V. 33-34). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ********** VÖEN nömrəsi ilə xx.xx.2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindərJ "kooperativ" təşkilati-hüquqi formasında dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 6 üzvlərinin və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsdir. Təqsirləndirilən şəxs “Qələbə- İnşaat MTK-nın ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli protokolunun 3-cü bəndinə əsasən kooperativin direktoru vəzifəsinə təyin edilmiş və kommersiya qurumlarının dövləfe reyestrindən çıxarışa əsasən xx.xx.2017-ci il tarixdən MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. (Cild 1, İ/V. 60-61; 230-255). AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********025500 saylı məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEfW: **********) sədri qeydiyyata alındığı tarixdən xx.xx.2012-ci il tarixədək Şahid2, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X5, xx.xx.2017-ci il tarixdən hazırki tarixədək Təqsirləndirilən şəxsdur. (Cild 1, İ/V. 170-171). Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Kollegiyasının xx.xx.2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2 “müəssisə direktoru” vəzifəsinin tələblərinə və xx.xx.2004-cü il tarixdə 0104-P-65-405B3 nömrə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın nizamnaməsinə əsasən, direktor müəssisəyə rəhbərlik etmək, müəssisənin siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, istehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyəti istiqamətləndirmək, müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, əmək funksiyalarının icra edilməsi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını təmin etmək, müəssisəni digər müəssisələrlə və dövlət orqanları ilə müqavilə bağlanmasında təmsil etmək və digər səlahiyyətləri icra edərək qərarlar qəbu etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik olmaqla kommersiya təşkilatının rəhbəri kimi təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. (Cild 1, İ/V. 230-255; Cild 2, İ/V. 21-25). Zərərçəkmiş şəxs2 02 oktyabr 2023-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində ona məxsus olmuş 4 nömrəli qarajı başqasına satdığına görə həmin qarajı 2007-ci ildə aldığı zaman ödəmiş olduğu 10.000 (on min) ABŞ dollarını, yəni milli valyuta ilə 17.000 (on yeddi min) manat pulu aylıq hissəhissə ödənişlər etməklə qısa müddət ərzində bağlayacağına dair öhdəlik götürdüyü üçün ona dair heç bir şikayət və tələbi yoxdur. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyana görə 2.500 (iki min beş yüz) manat məbləğində pul ödəmişdir. (Cild 2, İ/V. 35). Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 24 iyun 2023-cü il tarixli, 16/1-866ia saylı məktubundan görünür ki, Sarxanov X6 Rayon Məhkəməsinin 19 oktyabr 2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 dekabr 2021 -ci il tarixli qərarı ilə 19 oktyabr 2021 -ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış və AR Mili Məclisinin 05 noyabr 2021 -ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, yəni, 03 ay 27 gün azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. AR Ali Məhkəməsinin 29 iyun 2022ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək iş yenidən apellyasiya baxışına göndərilmişdir. (Cild 1, İ/V. 139-142). Biləsuvar Rayor Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(022)-139/2021 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasər məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə 1 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Apellyasiya şikayətinə əsasən işə növbəti dəfə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 2 (iki) ay 1 (bir) gündən ibarət olan hissəsi təyin edilmiş cəzadan çıxılmaqla çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə hissəsi 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Həmin qərardan verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı isə ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. (Cild 2, İ/V. 47-63). Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-353/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Ərkuşad oğlu “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, ona həmin hökmlə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 27 gün hissəsindən azad edilmişdir. Eyni zamanda 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7ci bəndinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə məhkumluğu götürülmüş hesab edilmişdir. “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 10721 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. (Cild 1, İ/V. 184-185). 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/3919 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs soı 10 ildə qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. (Cild 1, İ/V. 182-183). “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 19/51-991 nömrəli arayışına əsasən əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. (Cild 1, İ/V. 186-187). “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4946 nömrəli arayışına əsasən əsasən Təqsirləndirilən şəxs qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. (Cild 1, İ/V. 188-189). Sabirabad rayon icra hakimiyyətinin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-70-75/q-550/2023 saylı arayış və eyni tarixli xasiyyətnaməsinə əsasən Sarxanov X7 rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən mübət xarakterizə olunur. (Cild 2, İ/V. 30-31). Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona vurulmuş ziyan qismən ödənildiyinə görə tələbkardır, tam ödəninilərsə Təqsirləndirilən şəxs şikayəti və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs2 oğlu Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, V.Sərxanovla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməllərin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313cü maddələri ilə nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə Azərbyacan Respublikası CPM-nın 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışmasını, digər zərərçəkmişə isə vurulmuş zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, əməlini səmimi etiraf etməklə peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, zərəçəkmiş şəxslərlə barışıq əldə edilmişdir, onlardan birinə dəymiş ziyan tamamilə, digərinə vurulmuş zərər isə qismən ödənilmişdir, zərəçəkmiş şəxslərdən birinin nə hazırda nə də ki, gələcəkdə ondan şikayət və tələbi olmayacaq, digərinin isə hazırda heç bir şikayəti yoxdur və zərərin qalan hissəsi də ödəniləcəyi halda gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. Ona görə də məhkəmə hesab edir ki, daha ciddi cəza növünün seçilməsi cəzanın məqsəd və prinsiplərinə uyğun hesab edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktı tətbiqinə qədər çəkilmiş 02 ay 03 gün müddəti (bir günə iki gün hesablanaraq 04 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalı və Təqsirləndirilən şəxs təyin edilmiş Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü üzrə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Şirvan Apelyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 1(106)-353/2023 saylı qərarı ilə çəkilməmiş qalan 3 ay 27 gün hissəsindən azad edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan 02 ay 03 gün hissəsi, həmçinin hazırki iş üzrə 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 02 ay 04 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi vəzifəsi tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə qismən toplanılmalı və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi vəzifəsi tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)- 139/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktı tətbiqinə qədər çəkilmiş 02 ay 03 gün hissəsi (bir günə iki gün hesablanaraq 04 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü üzrə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Şirvan Apelyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 1(106)-353/2023 saylı qərarı ilə çəkilməmiş qalan 3 ay 27 gün hissəsindən azad edilməsi nəzərə alınmalı, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan 02 ay 03 gün hissəsi, həmçinin hazırki iş üzrə 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 02 ay 04 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazilrini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış və MTK tərəfindən verilmiş 10 nömrəli maliyyə arayışı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oölunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-543/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 02 ay 03 gün müddəti (bir günə iki gün hesablanaraq 04 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan 02 ay 03 gün hissəsi, həmçinin hazırki iş üzrə 01 iyun 2023cü il tarixdən 02 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 02 ay 04 gün müddət bir günə iki gün hesablanmaqla 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il müddətə kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 02 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü üzrə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Şirvan Apelyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 1(106)-353/2023 saylı qərarı ilə çəkilməmiş qalan 3 ay 27 gün hissəsindən azad edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış və MTK tərəfindən verilmiş 10 nömrəli maliyyə arayışı cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar