Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-681/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “28” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,579 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2025-ci il tarixdə saat 20:04 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq üzərinə yoxlama keçirilmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibindən 01 (bir) ədəd uc hissəsi sınıq dərman ampulunda təmiz çəkisi 0,579 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o təxminən 3 (üç) ay müddət olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 20:04 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərində yoxlama aparıldı. Yoxlama keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirildi ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibində içərisində psixotrop maddə metamfetamin olan uc hissəsi sınıq olan şüşə dərman ampulasını polis əməkdaşlarına təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi ampulanın içərisində nə olduğunu ondan soruşduqda o təqdim etdiyi ampulanm içərisində psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan şüşə dərman ampulası zərfin içərisinə qoyularaq qablaşdırılmış. Sonra polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin 27- ci PŞ-nin inzibati binasına gəlmiş və inzibati binada olan otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştrakları ilə video çəkiliş vasitəsilə onun polis əməkdaşlarına təqdim etdiyi, zərfin içərisinə qoyularaq qablaşdırılmış kütlənin nə olduğu ondan soruşulduqda o, zərfin içərisində olan şüşə ampulanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu və 16 sentyabr 2025ci il tarixdə saat 20:04 dəqiqədə ünvan 3 ünvanın qarşısında üzərində yoxlanılma aparılarkən polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda ünvan 1 ünvanında yaşayır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, 16 sentyabr 2025-ci il tarixdə İnar adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Yasamal RPİ-nin 27-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. İnar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotorp maddələrin saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və Şahid2 təyin olunmuşdur. Bundan sonra İnar adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 20:04 dəqiqədə ünvan 2 ünvanın qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və həmin şəxsdə özünü ona təqdim edmiş ad və soyadının Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişlər. Bundan sonra o Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və video çəkiliş vasitəsilə üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibində uc hissəsi sınıq olan şüşə dərman ampulasım təqdim edərək bildirmişdir ki, təqdim etdiyi ampulanm içərisindəki psixotrop maddə metamfetamin və özü istifadə etmək məqsədilə «Sovetski» adlanan ərazidən üzdən tanıdığı lakin adını və soyadını bilmədiyi şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs onlara təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan şüşə dərman ampulası zərfin içərisinə qoyaraq qablaşdırmış və Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun üzərindən əlavə narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra onlar Yasamal Rayon Polis İdarəsinin 27ci PŞ-nin inzibati binasına gəlmiş və inzibati binada olan otaqların birində təhqiqatçı tərəfindən onların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs onlara təqdim etdiyi və zərfin içərisinə qoyularaq qablaşdırılmış şüşə ampulanm nə olduğu ondan soruşulduqda Təqsirləndirilən şəxs zərfin içərisində olan şüşə ampulanm içərisində psixotrop maddə olan metamfetamin olduğunu və 16 sentyabr 2025-ci il tarixdə saat 20:04 dəqiqədə ünvan 4 ünvanın qarşısında üzərində yoxlanılma aparılarkən polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərində video çəkiliş vasitəsilə yoxlanılma aparılarkən həmin çəkilişin köçürüldüyü diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək tərəfimizdən imza edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəmə iclasında elan edilmiş ifadələrindən məlum olmuşdur ki, onlar da iş üzrə digər Şahid1 şahid qismində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 20:04-də) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 30). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2025ci il tarixdə Təqsirləndirilən şəxs iştirakrı ilə sonuncunun üstündə video çəkiliş aparılmaqla yoxlama keçirilərək, paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibində uc hissəsi sınıq olan şüşə dərman ampulasım təqdim edərək bildirmişdir ki, təqdim etdiyi ampulanm içərisindəki psixotrop maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və yoxlama zamanı onun üzərindən bir ədəd bank kart, yarısı istifadə olunmuş bir qutu LD markalı siqaret, bir ədəd alışqan, bir qutu yarısı istifadə olunmuş saqqız, bir ədəd dırnaqtutan və 71 manat 85 qəpik pul aşkar edilərək aşkar edilərək özünə qaytarılmışdır. İçərisində psixotrop maddə metamfetamin olan şüşə dərman ampulası isə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri imzalarla təsdiq edildikdən sonra götürülür. (İ/V. 14-15). “Təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2025-ci il tarixdə saat 20:04 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Yasamal RPİ- nin 27-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanımış və Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibində uc hissəsi sınıq olan şüşə dərman ampulasım təqdim edərək bildirmişdir ki, təqdim etdiyi ampulanm içərisindəki psixotrop maddə metamfetamin oldğunu bildirmiş və təqdim edilmiş şüşə dərman ampulası qablaşdırılaraq götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan şüşə dərman ampulasınm qablaşdırıldığı zərflə eyni olması müəyyən edilir. (İ/V. 18-19). Məhkəmə baxışı zamanı qeyd edilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu disklərə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli protokollarda qeyd edilənlər öz təsdiqini tapmışdır. Belə ki, 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən tərtib edilmiş 01 ədəd diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 16 sentyabr 2025-ci il tarixli və 08 dəqiqə 35 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibindən 01 (bir) ədəd uc hissəsi sınıq dərman ampulasım təqdim təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi ampulanm içərisində psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və yoxlama zamanı onun üzərindən bir ədəd bank kart, yarısı istifadə olunmuş bir qutu LD markalı siqaret, bir ədəd alışqan, bir qutu yarısı istifadə olunmuş saqqız, bir ədəd dırnaqtutan və 71 manat 85 qəpik pul aşkar edilərək götürülmüşdür. 01 (bir) ədəd uc hissəsi sınıq dərman ampulası Yasamal RPİ-nin 27-ci PŞnin əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 16 sentyabr 2025-ci il tarixli və 11 dəqiqə 37 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, 01 (bir) ədəd DVD disk və 01 (bir) ədəd kağız zərfdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakları ilə diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində yerləşən balaca iç cibindən 01 (bir) ədəd uc hissəsi sınıq dərman ampulasım təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi ampulanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və yoxlama zamanı onun üzərindən bir ədəd bank kart, yarısı istifadə olunmuş bir qutu LD markalı siqaret, bir ədəd alışqan, bir qutu yarısı istifadə olunmuş saqqız, bir ədəd dırnaqtutan və 71 manat 85 qəpik pul aşkar edilərək götürülmüşdür. 01 (bir) ədəd uc hissəsi sınıq dərman ampulası Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ampulanın qablaşdırıldığı zərflə eyni olması müəyyən edilmiş və təhqiqatçı tərəfindən verilmiş suala İ.Fətullayav bildirmişdir ki, 01 ədəd zərfin içərisində olan 01 ədəd ampulanın içərisində psixotrop maddə metamfetamindir və «Sovetski» adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manat pul verərərək əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2025-ci il tarixli, 6/3070 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd uc hissəsi sınıq dərman ampulunda təmiz çəkisi 0,579 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (İ/V. 44-48). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 61-62). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 78-79). Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay 20 faiz islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliy: Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünüı ki, Təqsirləndirilən şəxs çəkilməmiş 09 (doqquz) ay müddətinə islah işlər cəzası qalmışdır. (İ/V. 96-102, 132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 6122 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispaser qeydiyyata alınması məsləhət görülür. (İ/V.106-107). “Sübutların qiymətləndirilməsi haqqında” 1 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,579 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,529 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən və əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş 01 ədəd “DVD-R" disk iş üzrə maddi sübut kimi qiymətləndirilirək cinayət işinə əlavə edilmişdir. (İ/V. 133-140). “Amnistiya aktının tətbiq edilməsi barədə” 30 dekabr 2026-cı il tarixli Qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs islah işləri növündə cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlaması özünün vermiş olduğu etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, 02 ədəd DVD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarı da daxil olmaqla yuxarı həddi 0.05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsini halını, əməlindən peşman olmasını bildirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha ciddi cəza təyin edilməməklə də onu islah olunması mümküdür. Belə ki, təqsirləndirilən şəxs ali təhsil müəssisəsini bitirməklə müvafiq ixtisasa yiyələnmiş (dövlət onun təhsilinə kifayət qədər resurs sərf etmişdir) və azadlıqda qaldığı təqdirdə törətmiş olduğu cinayət əməlindən, məhkəmənin ona təyin etdiyi cəzadan düzgün nəticə çıxararaq ixtisası üzrə fəaliyyət göstərmək imkanı olacaqdır. Odur ki, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi daha məqsədəuyğun hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,529 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən və əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “28” saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-681/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “28” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “28” saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,529 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən və əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “28” saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-681/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-681/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver