Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-685/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Türkiyə Respublikası, İzmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan xeyli miqdarda 28,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi ərazisində yerləşən “Mərkəzi Park”ın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 iyul 2025-ci il tarixdə saat 18:01də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə, orada həmin tarixdə xidməti otaqda saat 19:47-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan yaşıl rəngli qısa yay şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 05 ədəd kibrit qutusunun içərisindən ayrı- ayrılıqda təmiz çəkiləri 6,85 qram, 4,16 qram, 4,27 qram, 6,88 qram və 6,37 qram olmaqla, ümumilikdə təmiz çəkisi 28,53 qram olan, tərkiblərinə görə eynilik təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 13 yaşından etibarən narkotik vasitə istifadə etməyə, 23 yaşından etibarən isə narkotik vasitələrin satışını həyata keçirməyə başlamışdır. 29 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı”nın yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu həmin idarəyə aparmışlar. Saxlanılan zaman onun üzərində çəkisi təxminən 2 qram olan 01 bükümdə narkotik vasitə olan marixuana olmuşdur. Lakin onun həmin narkotik vasitəni satmaq məqsədi olmamışdır. O, əvvəllər müxtəlif vaxtlarda narkotik vasitənin satışını həyata keçirsə də, saxlanılan zaman üzərindən olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan zaman ona 05 kibrit qutusu təqdim edilərək videoçəkiliş zamanı özünə məxsusmuş kimi təqdim etməsi tələb olunmuşdur. O da əvvəllər həyata keçirdiyi satışın sübut olunacağını bildiyi üçün ona təqdim olunan narkotik vasitəni özünə məxsusmuş kimi təqdim etməyə razı olmuşdur. Bundan sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra üzərində narkotik vasitə olan marixuana olduğunu bildirərək əynində olan şalvarının cibindən polis əməkdaşları tərəfindən ona təqdim olunmuş 05 ədəd kibrit qutusunu təqdim etmişdir. Verilən suallara cavab olaraq əynində olan şalvarının cibindən çıxardaraq təqdim etdiyi 05 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana ona məxsus olduğunu və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə raportla təqdim edildikdən sonra onun barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar qəbul edilmiş, ondan və X5 və X7 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Mərkəzi Park” yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs həmin idarəyə gəlməli olduğunu bildirmişlər, Kənan isə onların bu təklifi ilə razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Kənan əynində olan qısa yay şalvarının cibində olan 05 ədəd kibrit qutusunu, bir ədəd mobil telefonu və 215 manat məbləğində olan pulu masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Baxış zamanı hər bir kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Onların sualına cavab olaraq Bağırov həmin maddələrin özünə məxsus olduğunu, “Qarayev” ərazisində tanımadığı şəxsdən 400 manat müqabilində aldığını, satış məqsədi ilə saxladığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra təqdim edilən “iPhone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Qara rəngli pul qabına baxış zamanı sürücülük vəsiqəsi, plastik kartlar, boyunbağı klounu və pul vəsaiti aşkar edilmiş, bunlar da götürülmüşdür. Bağırov pul vəsaitinin narkotiklərin qanunsuz dövriyyəsindən əldə edildiyini bildirmişdir. Digər əşyalar ona qaytarılmışdır. Şəxsi axtarışla bağlı protokol tərtib edilərək imzalanmışdır. Sonradan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik istifadəsində şübhəli bilinən Şahid2 və Şahid3 ilə əlaqələrinin olması müəyyən edilmiş və bu barədə istintaq orqanına məlumat verilmişdir. Şahid həmçinin bildirmişdir ki, saxlanılma zamanı Bağırova qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, o, müqavimət göstərməmiş və xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “OMAX” texniki avadanlıqlarının zavodunda elektrik vəzifəsində çalışır. Təxminən bir ildir ki, qurudulmuş marixuana istifadə edir. Təqsirləndirilən şəxs təxminən 6 - 7 ay əvvəl tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində yerləşən, adını dəqiq xatırlamadığı restoranlardan birində kuryer kimi işləyirmiş və o arabir həmin restorandan ev üçün yemək sifariş edirmiş. Onlar bu zaman tanış olmuşlar. Söhbətlər zamanı Kənan bəzən “vəziyyətim yaxşıdır, yaxşı mal olsa, birlikdə çəkərik” kimi ifadələr işlətmiş, o isə bundan onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu başa düşmüşdür. Bundan sonra o öz şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs təxminən 4 - 5 dəfə qurudulmuş marixuana almışdır. Hər dəfə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş narkotik vasitəni 10 manat ödəməklə əldə etmişdir. Sonuncu dəfə narkotik əldə etmək istədikdə Kənana zəng edərək maddənin olub-olmadığını soruşur, müsbət cavab aldıqda görüşərək pulu nağd şəkildə verib narkotik vasitəni alırmış. Görüşlər əsasən “Qış Park”da baş tutmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 127-128-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, evlidir, 1 azyaşlı övladı vardır. 2000-2009-cu illərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 76 №-li məktəbdə orta təhsil almışdır. Hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Yuka” restoranında aşbaz kimi fəaliyyət göstərir. Təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs təxminən 2 aydır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla işlədiyi restorandan gəlib sifarişləri götürdüyü zaman tanış olmuşdur. Kənan, kuryer kimi fəaliyyət göstərirmiş. Kənan ona bildirmişdir ki, istəsən əgər, “nəşə” təşkil edə bilərəm. O, bu söhbətlərdən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Onunla istifadəsində olan mobil nömrələrini bir-birilərinə vermişlər. Belə ki, Kənanla istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlayırmışlar. Onunla “Whatsapp” ani mesajlaşma proqramında səsli zəng vasitəsilə danışırmışlar. Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 1 dəfə narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. 1 dəfəlik şəxsi istifadə üçün nəzərdə tutulmuş narkotik vasitəni Kənandan 10 manat ödəniş etməklə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Qış Parkı”ərazisində əldə etmişdir. Pulu nağd şəkildə vermişdir. Verilən suallara cavab olaraq əvvəllər narkotik vasitə istifadə etməsinə görə heç vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 iyul 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 18:01-də Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Mərkəzi Park”ın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan yaşıl rəngli qısa yay şalvarının sağ yan cibindən 05 ədəd kibrit qutusunu, şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd qara rəngli pul qabını və həmin şalvarın arxa sağ cibindən açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şəxsin təqdim etdiyi 05 ədəd kibrit qutusuna ardıcıllıqla baxış keçirilmiş və hər bir kibrit qutusunun içərisində yaşıl rəngli, xüsusi spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qısa yay şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi 05 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya oxşar kütlələrin özünəməxsus olduğunu, həmin kütlələri 4 gün əvvəl, “Qarayev” ərazisində tanımadığı şəxsdən 400 manat pul qarşılığında əldə etdiyini, satmaq məqsədi ilə üstündə gəzdirdiyini, həmin kütlələrdən 4-5 nəfərə satdığını, kütlələri alarkən hal hazırda aşkar olunduğundan daha çox olduğunu, həmin kütlələrin üzərində olmasından heç kimin məlumatının olmadığını, həmçinin özünün də həmin kütlələrdən istifadə etdiyini, 5 ildən çox müddətdir ki, narkotik vasitə “marixuana”, “nəşə” istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 05 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun “İphone” markalı və Təqsirləndirilən şəxs deməsinə görə içərisində “***-***-**-**” saylı mobil nömrə olması müəyyən edilmişdir. “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra təqdim edilən 01 ədəd qara rəngli pul qabıya baxış keçirilmişdir. Baxış zamanı həmin pul qabının içərisindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd sürücülük vəsiqəsi, üzərində “4098 5844 6512 4798” yazıları əks olunmuş 01 ədəd plastik bank kartı, Türkiyə Respublikası ərazisində metrodan istifadə üçün nəzərdə tutulmuş 01 ədəd plastik kart, üzərində “Neptun” yazısı əks olunmuş 01 ədəd plastik bonus kartı, 01 ədəd boyunbağı klounu və 215 manat pul aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd plastik bank kartı, 01 ədəd boyunbağı klounu və 215 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus olan digər əşyalar, eləcə də yaşadığı evlə, motosikletə aid olduğunu bildirdiyi açarlar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qara rəngli pul qabıdan aşkar olunmuş 215 manat pul vəsaitinin özünəməxsus olduğunu, həmin pulları narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri satdığı şəxslərin hesabına əldə etdiyini bildirmişdir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti 29 iyul 2025-ci il tarixdə saat 19:47-də başlamış və həmin tarixdə saat 20:01-də başa çatmışdır. (i.v. 27-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji eskpertizasının 30 iyul 2025-ci il tarixli 7/1022 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,85 qram, 4,16 qram, 4,27 qram, 6,88 qram, 6,37 qram, ümumi çəkisi 28,53 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (i.v. 38-42) “Maddi sübut hesab etmə haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 28,28 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 110- 111) “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, cinayət yolu ilə əldə etdiyini bildirdiyi 215 manat nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış 215 manat məbləğində pul vəsaitləri saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir. (i.v. 114-115) “Diskə baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Əli Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X5, Şahid1, X7 və müdafiəçi X6 iştirak edir və əməliyyat müvəkkili Murad Sədizadə tərəfindən videoçəkiliş həyata keçirilir. Şəxsi axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində adını “nəşə" kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan yaşıl rəngli qısa yay şalvarının sağ yan cibindən 05 ədəd kibrit qutusunu, şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd qara rəngli pul qabını və həmin şalvarın arxa sağ cibindən açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd kibrit qutusuna təhqiqatçı tərəfindən ardıcıllıqla baxış keçirilir və hər bir kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana kütlələrinin olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qısa yay şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi 05 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuana kütlələrinin özünəməxsus olduğunu, həmin kütlələri 4 gün əvvəl, "Qarayev” ərazisində tanımadığı şəxsdən 400 manat pul qarşılığında əldə etdiyini, satmaq məqsədi ilə üzərində gəzdirdiyini, həmin kütlələrdən 4-5 nəfərə satdığını, kütlələri alarkən hal hazırda aşkar olunduğundan daha çox olduğunu, həmin kütlələrin üzərində olmasından heç kimin məlumatının olmadığını, həmçinin özünün də həmin kütlələrdən istifadə etdiyini, 5 ildən çox müddətdir ki, narkotik vasitə “marixuana”, “nəşə” istifadəçisi olduğunu bildirir. Təqsirləndirilən şəxs aşkar olunmuş 05 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana kütlələri təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona baxış keçirilir. Baxış zamanı həmin mobil telefonun “iphone” markalı və Təqsirləndirilən şəxs deməsinə görə içərisində “***-***-**-**” saylı mobil nömrə olması müəyyən edilir. “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Daha sonra təqdim edilən 01 ədəd qara rəngli pul qabıya baxış keçirilir. Baxış zamanı həmin pul qabının içərisindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd sürücülük vəsiqəsi, üzərində “4098 5844 6512 4798” rəqəmləri əks olunmuş 01 ədəd plastik bank kartı, Türkiyə Respublikası ərazisində metrodan istifadə üçün nəzərdə tutulmuş 01 ədəd plastik kart, üzərində “Neptun” yazısı əks olunmuş 01 ədəd plastik bonus kartı, 01 ədəd boyunbağı klounu və 215 manat pul aşkar edilir. Aşkar olunmuş 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd plastik bank kartı, 01 ədəd boyunbağı klounu və 215 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür, digər əşyalar, eləcə də yaşadığı evlə, idarə etdiyi motosikletə aid olduğunu bildirdiyi açarlar onun özünə geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qara rəngli pul qabıdan aşkar olunmuş 215 manat pulun özünəməxsus olduğunu, həmin pul vəsaitlərini narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyini bildirir. (i.v. 133-134) “Mobil telefona baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefon yaşıl rəngli olmaqla işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin, sol tərəfində isə səs tənzimi düymələrinin olması müəyyən edildi. Telefonun üzərində yaşıl rəngli qobura vardır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Kamran mammacT kimi qeyd edilmiş şəxsin "xxxx" MMC-yə məxsus “+994-55-461-03-38” saylı mobil nömrənin istifadəçisi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə “Kamran mammad” kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı ismariclər aşkar edilmişdir: Alo (“Kamran mammad” tərəfindən yazılı ismarıc) Qardaşım (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) 100 manata əlim yandıda (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) 2 karopka atom nəşə (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Verə bilərəm (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Lap ot lazım deyilsə yenə də 100 azn göndərə bilərsən 8-9 a kimi (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Qalmşam yolun ortasında axşam pulum olacaq (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Vallah brat hec yoxumdue (“Kamran mammad” tərəfindən yazılı ismarıc) Ayin axiri, maas gozleyen adamam (“Kamran mammad” tərəfindən yazılı ismarıc) Umyetle bele 100 olsa, neyinse qarsiliqda yox bele atardim ( “Kamran mammad” tərəfindən yazılı ismarıc) Can brat( (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Çox pis vəziyyətdi allaha and ola (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Bundan başqa baxış zamanı “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Ruslan Dayı” kimi qeyd edilmiş şəxsin "xxxx" MMC-yə məxsus “+994-55- 696-17-69” saylı mobil nömrənin istifadəçisi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə “Ruslan Dayı” kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı ismariclər və fotoşəkillər aşkar edilmişdir: 600 azn 100q iran otu əlbə əl bu günə götrə bilirsən (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Əlim yandıda (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Verrəm götürdüyüm qiymətdən (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Nisyə söhbəti yoxdu ancağ əlbəəl (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) 01 ədəd narkotik vasitə olması ehtimal olunan kütlənin fotoşəkli (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Bundan başqa baxış zamanı “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Ruslan Sushi” kimi qeyd edilmiş şəxsin "xxxx" MMC-yə məxsus “+994-51- 567-05-36” saylı mobil nömrənin istifadəçisi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə “Ruslan Sushi” kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı ismariclər aşkar edilmişdir: Hə can sağlığı salamatçılıq olsun inşallah (“Ruslan Sushi” tərəfindən yazılı ismarıc) 1 qr-30, 2qr-50, 3qr-70, 5qr-100, 10qr-170, 20 qr-320 (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Təzə partiyanın qiymətləridi (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Aldığıvın üstündədə 0.5 qram verəcəm hədyə zəif olduğna görə (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) Allah bərəkət versin danışarıq (“Ruslan Sushi” tərəfindən yazılı ismarıc) İnşAllah (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) (i.v. 135-140) “Maddi sübut hesab etmə haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone 11 Pro” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən maddi sübut kimi tanınaraq DİN-in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 141- 142) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2025-ci il tarixli 4627 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və güclü təsiredici dərman preparatı olan preqabalin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı son bir ildir ki, hər gün narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub çəkdiyini, həmçinin arabir güclü təsiredici maddə olan preqabalindən istifadə etdiyini bildirmişdir. (i.v. 172-173) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2025-ci il tarixli 2924/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. (i.v. 175-177) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 28 noyabr 2025-ci il tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 220-240) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni saxlanılan zaman onun üzərində təxminən 02 qr narkotik vasitə olan mərixuanna olması, narkotik vasitənin satışı ilə məşğul olsada, lakin üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:21-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-941/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 98-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmiş şəxsdir.(i.v. 131-132) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək törətdiyi əməldən peşman olmasını və ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş 28.28 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1.2-ci Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1.2-ci maddəsində sadalanmış əmlakların müəyyən edilməsini, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edən zaman 215 (iki yüz on beş) manat məbləğində pul vəsaitini təqdim edərək, həmin pulun narkotik vasitənin satışından əldə etməsini, bundan əlavə ona məxsus “İphone 11 Pro” markalı mobil telefon vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini nəzərə alaraq hesab edir ki, Kanan Bağırovun üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 215 (iki yüz on beş) manat məbləğində vəsait və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon xüsusi müsadirə tətbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 28.28 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 215 (iki yüz on beş) manat məbləğində vəsait və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon xüsusi müsadirə tətbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınsın. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-685/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-685/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver