Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-69/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X15 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 14 avqust 1970-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, X97 küçəsi, ev 60 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci ildə Göyçay rayonunun Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, hazırda işsiz, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Qarabaqqal kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə, 26 iyun 1993-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Data Gate” kursunda menecer vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə idxal etmiş, satmış və yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 2019-cu ildən 30 aprel 2024-cü ilədək olan dövr ərzində Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsinin müvafiq razılığı olmadan “Risale-i Nur” külliyyatına daxil olan müəllifi Said Nursi olan 15 ədəd “Sözler”, 14 ədəd “Barla”, 53 ədəd “Mektubat”, 18 ədəd “Lemalar”, 53 ədəd “Tarihçe-i hayat”, 19 ədəd “Şualar”, 32 ədəd “Asayı Musa”, 32 ədəd “Mesnevi Nuriyə”, 12 ədəd “Emirdağ Lahikası”, 24 ədəd “Kastamonu Lahikası”, 20 ədəd “İman və küfür müvazinələri”, 11 ədəd “Mühakamat”, 28 ədəd “Hizmet rehberi”, 03 ədəd “Genclik Rehberi”, 35 ədəd “İhlas Risaleleri”, 04 ədəd “Xəstələr risalesi”,19 ədəd “Hastalar risalesi”, 32 ədəd “X90”, 16 ədəd “İşarətül İcaz”, 28 ədəd “Hizmet rehberi”, 10 ədəd “Meyve Risalesi”, 228 ədəd “Kiçik Sözler”, 06 ədəd “Küçük sözler”,12 ədəd “Enere zerre risalesi”,15 ədəd “Nur Aleminin bir anahtarı”, 10 ədəd “X41”, 03 “X42”, 34 ədəd “Uhuvvet Risalesi”, 06 ədəd “Guide Book Service to the Oruj”, 13 ədəd “Zelzele bahsi”, 03 ədəd “X76 risale”, 03 ədəd “Genclik Rehberi”, 05 ədəd “Misbahul İman” 05 ədəd “Münacat”, 03 ədəd “Mirac və şakk-ı kamer”, 02 ədəd “Təbiət risaləsi”, 02 ədəd “Divan-i Harbi Örfi”, 06 ədəd “Лекарство для души”, 04 ədəd “Belief and Man”, 03 ədəd “Elhüccet üz zehra”, 10 ədəd “Kırtə Sixanon”, 05 ədəd “Konfrerans”, 02 ədəd “Latif Nükteler”, 01 ədəd “Risale-i Nurun kudsi kaynakları”, 01 ədəd “Yol”, 01 ədəd “Sünuhat”, 01 ədəd “Hakikat nurları”, 02 ədəd “Otuz üç pencere”, 02 ədəd “İman hakikatleri”, 01 ədəd “Celcelutiye”, 01 ədəd “Beyanat ve tenvirler”, 01 ədəd “Mirkatus sünnet”, 02 ədəd “The world is reading Risale-i nur”, 01 ədəd “Nature: Cause or effect”, 01 ədəd “De Traktaten over oprechtheid”, 01 ədəd “The tongues of reality”, 01 ədəd “Skrieften om de Sjuka”, 01 ədəd “Los Frutos de la Fe”, 01 ədəd “Рамадан. Бережливость. Благодарность”, 01 ədəd “Основы братства”, 02 ədəd “Великое знамение”, 02 ədəd “İctihad Risalesi”, 02 ədəd “Bedüzaman cavab veriyor”, 02 ədəd “Münzarat”, 01 ədəd “Nur çeşmesi”, 01 ədəd “Namaz tebihatı”, 01 ədəd “Ehl-i Sünnet Akaidi”, 01 ədəd “Zühretünur”, 02 ədəd “Çekirdekler çiçekleri”, 03 ədəd “Nurun İlk kapısı”, 02 ədəd “X98 Ağabeye”, 02 ədəd “Haşir Risalesi”, 06 ədəd “Tabiat Risalesi”, 09 ədəd “Tiryak”, 01 ədəd “Rahmet ve Şefkat İlacları” və 01 ədəd “Cövşəni-kəbir” adlı dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə Türkiyə Respublikasından ölkəyə idxal edib, həmin ədəbiyyatları “İnstagram” sosial şəbəkəsində istifadələrində olan “Risale_i_nur_azerbaycan” adlı səhifə vasitəsilə eləcə də digər üsullarla Azərbaycan Respublikasının müxtəlif bölgələrinə və eyni zamanda Bakı şəhərinin Yasamal rayonunda yerləşən müxtəlif ünvanlarda satmış və yaymışlar. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə idxal etmiş, satmış və yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 2019-cu ildən 30 aprel 2024-cü ilədək olan dövr ərzində Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsinin müvafiq razılığı olmadan “Risale-i Nur” külliyyatına daxil olan müəllifi Said Nursi olan 15 ədəd “Sözler”, 14 ədəd “Barla”, 53 ədəd “Mektubat”, 18 ədəd “Lemalar”, 53 ədəd “Tarihçe-i hayat”, 19 ədəd “Şualar”, 32 ədəd “Asayı Musa”, 32 ədəd “Mesnevi Nuriyə”, 12 ədəd “Emirdağ Lahikası”, 24 ədəd “Kastamonu Lahikası”, 20 ədəd “İman və küfür müvazinələri”, 11 ədəd “Mühakamat”, 28 ədəd “Hizmet rehberi”, 03 ədəd “Genclik Rehberi”, 35 ədəd “İhlas Risaleleri”, 04 ədəd “Xəstələr risalesi”,19 ədəd “Hastalar risalesi”, 32 ədəd “X90”, 16 ədəd “İşarətül İcaz”, 28 ədəd “Hizmet rehberi”, 10 ədəd “Meyve Risalesi”, 228 ədəd “Kiçik Sözler”, 06 ədəd “Küçük sözler”,12 ədəd “Enere zerre risalesi”,15 ədəd “Nur Aleminin bir anahtarı”, 10 ədəd “X41”, 03 “X42”, 34 ədəd “Uhuvvet Risalesi”, 06 ədəd “Guide Book Service to the Oruj”, 13 ədəd “Zelzele bahsi”, 03 ədəd “X76 risale”, 03 ədəd “Genclik Rehberi”, 05 ədəd “Misbahul İman” 05 ədəd “Münacat”, 03 ədəd “Mirac və şakk-ı kamer”, 02 ədəd “Təbiət risaləsi”, 02 ədəd “Divan-i Harbi Örfi”, 06 ədəd “Лекарство для души”, 04 ədəd “Belief and Man”, 03 ədəd “Elhüccet üz zehra”, 10 ədəd “Kırtə Sixanon”, 05 ədəd “Konfrerans”, 02 ədəd “Latif Nükteler”, 01 ədəd “Risale-i Nurun kudsi kaynakları”, 01 ədəd “Yol”, 01 ədəd “Sünuhat”, 01 ədəd “Hakikat nurları”, 02 ədəd “Otuz üç pencere”, 02 ədəd “İman hakikatleri”, 01 ədəd “Celcelutiye”, 01 ədəd “Beyanat ve tenvirler”, 01 ədəd “Mirkatus sünnet”, 02 ədəd “The world is reading Risale-i nur”, 01 ədəd “Nature: Cause or effect”, 01 ədəd “De Traktaten over oprechtheid”, 01 ədəd “The tongues of reality”, 01 ədəd “Skrieften om de Sjuka”, 01 ədəd “Los Frutos de la Fe”, 01 ədəd “Рамадан. Бережливость. Благодарность”, 01 ədəd “Основы братства”, 02 ədəd “Великое знамение”, 02 ədəd “İctihad Risalesi”, 02 ədəd “Bedüzaman cavab veriyor”, 02 ədəd “Münzarat”, 01 ədəd “Nur çeşmesi”, 01 ədəd “Namaz tebihatı”, 01 ədəd “Ehl-i Sünnet Akaidi”, 01 ədəd “Zühretünur”, 02 ədəd “Çekirdekler çiçekleri”, 03 ədəd “Nurun İlk kapısı”, 02 ədəd “X98 Ağabeye”, 02 ədəd “Haşir Risalesi”, 06 ədəd “Tabiat Risalesi”, 09 ədəd “Tiryak”, 01 ədəd “Rahmet ve Şefkat İlacları” və 01 ədəd “Cövşəni-kəbir” adlı dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə Türkiyə Respublikasından ölkəyə idxal edib, həmin ədəbiyyatları “İnstagram” sosial şəbəkəsində istifadələrində olan “Risale_i_nur_azerbaycan” adlı səhifə vasitəsilə eləcə də digər üsullarla Azərbaycan Respublikasının müxtəlif bölgələrinə və eyni zamanda Bakı şəhərinin Yasamal rayonunda yerləşən müxtəlif ünvanlarda satmış və yaymışlar. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə idxal etmiş, satmış və yaymışdır Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 2019-cu ildən 30 aprel 2024-cü ilədək olan dövr ərzində Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsinin müvafiq razılığı olmadan “Risale-i Nur” külliyyatına daxil olan müəllifi Said Nursi olan 15 ədəd “Sözler”, 14 ədəd “Barla”, 53 ədəd “Mektubat”, 18 ədəd “Lemalar”, 53 ədəd “Tarihçe-i hayat”, 19 ədəd “Şualar”, 32 ədəd “Asayı Musa”, 32 ədəd “Mesnevi Nuriyə”, 12 ədəd “Emirdağ Lahikası”, 24 ədəd “Kastamonu Lahikası”, 20 ədəd “İman və küfür müvazinələri”, 11 ədəd “Mühakamat”, 28 ədəd “Hizmet rehberi”, 03 ədəd “Genclik Rehberi”, 35 ədəd “İhlas Risaleleri”, 04 ədəd “Xəstələr risalesi”,19 ədəd “Hastalar risalesi”, 32 ədəd “X90”, 16 ədəd “İşarətül İcaz”, 28 ədəd “Hizmet rehberi”, 10 ədəd “Meyve Risalesi”, 228 ədəd “Kiçik Sözler”, 06 ədəd “Küçük sözler”,12 ədəd “Enere zerre risalesi”,15 ədəd “Nur Aleminin bir anahtarı”, 10 ədəd “X41”, 03 “X42”, 34 ədəd “Uhuvvet Risalesi”, 06 ədəd “Guide Book Service to the Oruj”, 13 ədəd “Zelzele bahsi”, 03 ədəd “X76 risale”, 03 ədəd “Genclik Rehberi”, 05 ədəd “Misbahul İman” 05 ədəd “Münacat”, 03 ədəd “Mirac və şakk-ı kamer”, 02 ədəd “Təbiət risaləsi”, 02 ədəd “Divan-i Harbi Örfi”, 06 ədəd “Лекарство для души”, 04 ədəd “Belief and Man”, 03 ədəd “Elhüccet üz zehra”, 10 ədəd “Kırtə Sixanon”, 05 ədəd “Konfrerans”, 02 ədəd “Latif Nükteler”, 01 ədəd “Risale-i Nurun kudsi kaynakları”, 01 ədəd “Yol”, 01 ədəd “Sünuhat”, 01 ədəd “Hakikat nurları”, 02 ədəd “Otuz üç pencere”, 02 ədəd “İman hakikatleri”, 01 ədəd “Celcelutiye”, 01 ədəd “Beyanat ve tenvirler”, 01 ədəd “Mirkatus sünnet”, 02 ədəd “The world is reading Risale-i nur”, 01 ədəd “Nature: Cause or effect”, 01 ədəd “De Traktaten over oprechtheid”, 01 ədəd “The tongues of reality”, 01 ədəd “Skrieften om de Sjuka”, 01 ədəd “Los Frutos de la Fe”, 01 ədəd “Рамадан. Бережливость. Благодарность”, 01 ədəd “Основы братства”, 02 ədəd “Великое знамение”, 02 ədəd “İctihad Risalesi”, 02 ədəd “Bedüzaman cavab veriyor”, 02 ədəd “Münzarat”, 01 ədəd “Nur çeşmesi”, 01 ədəd “Namaz tebihatı”, 01 ədəd “Ehl-i Sünnet Akaidi”, 01 ədəd “Zühretünur”, 02 ədəd “Çekirdekler çiçekleri”, 03 ədəd “Nurun İlk kapısı”, 02 ədəd “X98 Ağabeye”, 02 ədəd “Haşir Risalesi”, 06 ədəd “Tabiat Risalesi”, 09 ədəd “Tiryak”, 01 ədəd “Rahmet ve Şefkat İlacları” və 01 ədəd “Cövşəni-kəbir” adlı dini təyinatlı ədəbiyyatları satış və yaymaq məqsədilə Türkiyə Respublikasından ölkəyə idxal edib, həmin ədəbiyyatları “İnstagram” sosial şəbəkəsində istifadələrində olan “Risale_i_nur_azerbaycan” adlı səhifə vasitəsilə eləcə də digər üsullarla Azərbaycan Respublikasının müxtəlif bölgələrinə və eyni zamanda Bakı şəhərinin Yasamal rayonunda yerləşən müxtəlif ünvanlarda satmış və yaymışlar. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 AR CM-nin 167-2.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 167-2.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Təqsirləndirilən şəxs3 onun atası vasitəsilə tanımış, daha sonra Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3 vasitəsilə tanımışdır. O, 30 ilə yaxın müddətdir ki, islam dini üzrə ibadətlə məşğul olur və islam dininin sünni məzhəbinin hənəfi təriqətindədir. Bu səbəbdən əsasən cümə günlərində və bayram ibadətlərində məscidləri ziyarət etdiyinə görə müxtəlif şəxslərlə tanış olur və həmin şəxslərlə məsciddə ibadət edərkən tez-tez birlikdə namaz qıldıqları üçün yaxın münasibətlər qurmağa başlayır. Həmçinin qeyd etmişdir ki, Risale-i Nur kitablarında heç bir siyasi, müxalif fikirlər yoxdur. Onların hamısı dini elmi kitablardır. Ümumiyyətlə o, özünün ticarətlə məşğul olduğunu və ixtsisasının da iqtisadiyyat olduğunu qeyd etmişdir. Sadəcə olaraq dinə həvəsi olduğu üçün asudə vaxtlarında dinlə məşğul olur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə heç bir cəmiyyət qurmaq, təşkilat yaratmaq məqsədləri olmayıb. Din adı altında mənfi cərəyanlara qarşı olmuş və elə bir fəaliyyəti olmamışdır. Suallara cavab olaraq, dini kitabları satmadığını, onun evindən tapılan kitabların köhnə ədəbiyyatlar olduğunu və öz istifadəsi üçün evində saxladığını, 20 ildən çoxdur ki, o kitabların onun evində olduğunu, əgər o, təbliğatla məşğul olsa idi 1998-2000-ci il nəşriyyatlı kitabları indiyə kimi çoxdan sata biləcəyini, evindən çıxan kitabların istifadə olunmadığı üçün yorğan-döşəyin arasından çıxdığını, “İnstagram” sosial şəbəkəsində Risale-i Nur səhifəsinin olduğundan məlumatının olmadığını, onun ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmədiyini, telefonunda yalnız “Whatsapp” mobil tətbiqinin mövcud olduğunu, İsmi və Ağasənə kitab satışı və ya təbliğatı ilə bağlı heç bir göstəriş vermədiyini, sadəcə olaraq bir dəfə öz doğma əmisinin ondan külliyat istədiyini, o da həmin vaxt Bakıda olmadığı üçün həmin külliyatın əmisinə verilməsi üçün Ağasəndən xahiş etdiyini, onların görüşdüyünü və əmisinin külliyatın pulunu Ağasənə verdiyini, Ağasənin də onun kart hesabına həmin pulu göndərdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 167-2.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 2010-cu ildən İslam dininin “sünni” məzhəbinin Hənəfi təriqətilə ibadət etməyə başlamışdır. O, təxminən 5 il əvvəl Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “İlahiyyat” məscidində ibadət edərkən tanış olmuşdur. Risale-i Nur külliyatını 8 ildir ki, oxuyur. Sosial mediada bu haqda məlumatlar çox olduğu üçün daha çox sosial şəbəkələrdə maraqlanırmış. O, din ilə sadəcə asudə vaxtlarında məşğul olmuşdur. Risale-i Nur instagram hesabını Təqsirləndirilən şəxs3 yaratdığını qeyd etmişdir. Onlar orada sadəcə namaz vaxtı və digər zəruri və faydalı məlumatlar paylaşmışlar. Ondan kitab istəyən şəxslərə köməklik məqsədilə “Trendyol” platforması üzərindən sifariş etmələrini bildirmişdir. Onun adına “Trendyoldan” heç bir dini kitab sifarişi olmayıb. Suallara cavab olaraq, 2015-ci ildə Təqsirləndirilən şəxs3, 5-6 ay sonra isə Təqsirləndirilən şəxs1 tanıdığını, 2016-2017-ci illərdə bir tanışının ona kitabları gətirəndə kitabın bir nüsxəsini Dini Komitəyə göndərib icazə alınmalı olduğunu, lakin cinayət işi açılacağını düşünmədiyini, həmçinin külli miqdarda kitab gətirildikdə belə bir icazənin alınmalı olduğunu düşündüyünü, yalnız özü üçün külliyat gətirdiyini, Rahimin ona kitab vermədiyini, nə də ki, belə kitabları təbliğat etmək məqsədli hər hansı göstəriş vermədiyini, Türkiyədən kitab gətirəndə gömrükdə sadəcə neçə nüsxə olduğunun yoxlanıldığını və sonra problemsiz getməyinə icazə verdiklərini, 2 il ərzində cəmi 7-8 ədəd kitab satdığını, kitab satışından heç bir mənfəətlərinin olmadığını, sadəcə istəyən şəxslərə köməklik məqsədilə verdiklərini, yol göstərdiklərini, kitabların kimlərəsə verilməsi ilə bağlı hər hansı icazə tələb olunduğunu bilmədiyini, son 4 ay ərzində 2 dəfə kitab satdığını, birinin 8 manat, digərinin isə 11 manat olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 167-2.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, ailəsinin dindar ailə olduğunu, evlərində həmişə Risale-i Nur kitablarının olduğunu, ona görə də dinə həvəsinin yarandığını bildirmişdir. Bu mövzuyla əlaqədar qeyd etmişdir ki, “İnstagram” sosial şəbəkəsində Risale-i Nur səhifəsini yaratmağının səbəbi ondan ibarətdir ki, qohumları, dost-tanışları onun dindar olduğunu bildikləri üçün ona həmişə namaz vaxtı, iftar vaxtı və dinlə əlaqədar digər suallar verirdilər. O da düşünmüşdür ki, ətrafındakı şəxslərə, həmçinin digər dinlə maraqlanan insanlara faydalı olmaq məqsədilə belə bir səhifə yaratsın və orada hikmətli sözlər, maarifləndirici mövzularla bağlı paylaşımlar etsin. Bir müddət səhifəni işlətdikdən sonra şəxsi işlərinin çox olması səbəbindən dostu Ağasənə səhifəni bir yerdə işlətməyi təklif etmişdir. Həmçinin onu da qeyd etmişdir ki, Risale-i Nur kitablarını oxumuş, yaxınlarına məsləhət görmüş, lakin satışı ilə məşğul olmamışdır. Suallara cavab olaraq, Ağasənlə bir yerdə tələbə evində qaldıqlarını, “İnstagram” sosial şəbəkəsində yaratdığı səhifə üzərindən heç bir kitab satışı etmədiyini, işi ilə əlaqədar olaraq demək olar ki, səhifəni işlətmədiyini, Türkiyə Respublikasına gedəndə özü üçün kitablar gətirdiyini, gömrükdə yoxlamadan keçərkən heç bir problem yaşamadığını, 6-7 dəfə Türkiyə Respublikasında olduğunu, “Trendyol” platforması üzərindən şəxslərə kitab sifariş vermək üçün köməklik göstərdiyini, satış etmələri ilə bağlı istintaq dövründə məlumatının olduğunu, lakin kitabı kimdən əldə etməsi və hansı üsulla satdığını bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsi ilə indiki ifadəsi arasında ziddiyətlərin səbəbinin heç vaxt polis şöbəsində olmadığını, mənəvi stress və qorxu yaşadığı üçün özündə olmadığına görə olduğunu, həmçinin ibtidai istintaqda hüquqlarını bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində əsgərlikdən gəldikdən sonra qalacaq yer axtardığını və sonradan orada yaşadığını qeyd etmişdir. Bir neçə dəfə kitab çatdırdığını, ona bu kitabları Təqsirləndirilən şəxs2 verdiyini, kitabların dini kitablar olduğunu və bunun qarşılığında pul almadığını bildirmişdir. O, sadəcə yolüstü kitabları çatdırdığını qeyd etmişdir. Nicat, Ağasən, İsmi, Hafiz və Hüseynlə birgə yaşadığını, iki həftədən bir Təqsirləndirilən şəxs1 də oraya gəldiyini birdirmişdir. O, kiminsə dərs keçmədiyini, sadəcə kitab oxuduqlarını demişdir. Eyni zamanda bu yığıncaqların Şamaxinkada yerləşən evdə 6-cı günlər, burada isə 2-ci günlər təşkil olunduğunu, dərslərdə başqa şəxslərin də iştirak etdiyini qeyd etmişdir. Suallara cavab olaraq kitabları şəxslərə çatdırdığını, lakin pul alıb kiməsə vermədiyini, Təqsirləndirilən şəxs1 kitabı dərs vermək niyyəti ilə oxumadığını, 2024-cü ilin mart-aprel aylarında kiməsə aparıb kitab verdiyini xatırlamadığını, özünün kitabları olduğunu və adına kitab sifariş olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə İslam dininin sünni məzhəbilə ibadət edir. O, universitetə daxil olduqdan sonra qardaşı Şahid9 məsləhəti əsasında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qalmağa başlamışdır. O, ilk dəfə Risale-i Nur külliyatı ilə Ağasən və İsminin yaşadığı evdə olan zaman qardaşı Nicatın, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsləhəti ilə həmin kitablarla tanış olmuşdur. Həmin ünvanda çoxlu sayda “Risale-i Nur” külliyyatına aid məxsus X55 dini ədəbiyyatlar olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə onların evində qalan zaman tanış olmuşdur. Həftənin müəyyən olunmuş günləri o, qardaşı Şahid9, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Hüseyin Abdullazadə, Şahid4 və Rahimlə birlikdə həmin ünvanda yaşayan Şahid8, İsmayıl Şahalzadə, Şahid6 və digər adlarını bilmədiyi şəxslərlə birlikdə “Risale-i Nur” külliyatına daxil olan dini ədəbiyyatları oxuyub öyrəndiklərini və Təqsirləndirilən şəxs1 evində təxminən 10-15 nəfər adam olduğunu, “Risale-i Nur” külliyyatına daxil olan dini təyinatlı ədəbiyyatların satışında iştirak etmədiyini, o, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs2 xahişi ilə 2 və ya 3 dəfə içində kitab olan bağlamanı Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında hansısa alıcıya verdiyini, içərisində hansı növ kitab olduğunu bilmədiyini, həmin bağlamanı dedikləri yerə apardığını bildirmişdir. Suallara cavab olaraq kitabları verdiyi şəxslərdən pul almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində təqsirləndirilən şəxslərin hər birini qardaşı vasitəsilə tanıdığını, Azərbaycan Texniki Universitetində təhsil aldığını və yolu uzaq olduğu üçün orada yaşadığını bildirmişdir. Eyni zamanda kitab satışı ilə əlaqəsi olmadığını, sadəcə 3-4 dəfə universitetə gedərkən təqsirləndirilən şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 ona bağlamalar verdiyini, bu bağlamaların içində dini kitablar olduğunu bildiyini və bu bağlamaları dediyi şəxlərə çatdırdığını qeyd etmişdir. O, paketləri təhvil verdiyi şəxslərin eyni olmadığını, kart vasitəsilə ödəniş aldığını, bu ödənişlərin təxmini 9-10 manat arası olduğunu və aldığı məbləğləri yenidən Təqsirləndirilən şəxs2 təhvil verdiyini bildirmişdir. Suallara cavab olaraq dini kitablar oxuduğunu, təqsirləndirilən şəxslərlə qardaşı vasitəsilə tanış olduğunu, tanışlıqları ilə kitab satışının heç bir əlaqəsi olmadığını, çatdırdığı bağlamalara görə özünün hər hansısa məvacib almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə məsciddə tanış olmuşdur. Şamaxinkada yaşadığını, dini kitablar oxuduğunu, beşinci günlər toplandıqlarını, evdəki kitabların Təqsirləndirilən şəxs1 aid olduğunu və heç vaxt kitab çatdırılmasında iştirak etmədiyini bildirmişdir. İnstagram hesabının olduğunu təsdiqləmiş, lakin burada satışla bağlı heç bir paylaşım olmadığını qeyd etmişdir. Suallara cavab olaraq “İnstagram” hesabının olduğunu təsdiqləmiş, lakin orada satışla bağlı heç bir paylaşım olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri İlahiyyat məscidindən tanımışdır. “Şamaxinka” və “Yasamal” ərazisində yerləşən evlərə getmiş, universitetdən çıxıb orada namaz qılırmış. Həmin evlərdə stolun üstündə kitablar olduğunu və həmin kitabları kim istəyirsə götürüb oxuduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Risalei-Nur kitabları haqqında məlumatı olmuş, lakin onları alıb oxumamışdır. Suallara cavab olaraq, təqsirləndirilən şəxslər tərəfindən ona kitablar verilmədiyini, ibtidai istintaq dövründə həyəcanlı olduğuna görə indiki ifadəsi arasında ziddiyyətlərin olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid4, Şahid6, Şahid10 və Şahid11 Şahid8 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs3 ilə və Təqsirləndirilən şəxs1 ilə dostluğu olub. Təqsirləndirilən şəxslərin üçünü də tanıyır. Onlardan kitab almamış, lakin özünün kitabları olmuşdur. “Risalei-nur” külliyyatının hamısını Türkiyədən alıb. Gömrükdən keçəndə heç bir məlumat verilmədiyini, kitablara baxışdan sonra onların istifadəsinə hər hansı qadağa olmadığının deyildiyini bildirmişdir. Boş olanda Yasamal və Şamaxinkadakı evlərə gedib namazını qılıb, çay içirmiş. Həmçinin kitabların evdə olduğunu və oxunduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin ortalarında “İnstagram” sosial şəbəkəsində qızı Leyla İsmayılovanın profilindən istifadə edərkən qarşısına çıxan “risale_i_nur_azerbaycan” adlı səhifədə dini məzmunlu müxtəlif kitabların “Giveaway” kompaniyası çərçivəsində udmuşdur. Daha sonra isə istifadəsində olan “İnstagram” sosial şəbəkəsindəki “Ulya Muxtar” hesabından həmin səhifənin inzibatçısı ilə mesaj qutusunda yazışmış və “Giveaway” kampaniyasında udulan kitabı yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən AZ1025 nömrəli poçt ünvanına göndərmişlər. O, müəllifi Said Nursi olan “Risale-inur” külliyatına daxil olan “İhlas Risaleleri” və “Uhuvvet Risalesi” adlı kiçik ölçülü dini ədəbiyatları oxumaq məqsədilə poçtdan götürdüyünü bildirmişdir. O, Risale-i Nur” külliyyatına aid dini ədəbiyyatları könüllü olaraq istintaq orqanına təhvil vermişdir. O, adları qeyd olunan kitabları heç kimə vermədiyini və yaymadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o və qardaşı ibadətlə məşğul olurlar. İslam dininin Şiə məzhəbinə itaət edirlər. Təxminən bir il əvvəl “İnstagram” sosial şəbəkəsinin “kəşf et” bölməsində qarşısına çıxan “risale_i_nur_azerbaycan” adlı səhifədə dini məzmunlu müxtəlif kitabların “give away” kompaniyasının keçirildiyini görmüş və kompaniyaya qoşulmuşdur. Bunun üçün “risale_i_nur_azerbaycan” adlı səhifəni bəyənmək və izləmək, eyni zamanda “give away” kompaniyasının keçirildiyi haqqında paylaşımı bəyənmək və həmin paylaşımın şərh bölməsində “qatıldım” sözünü yazmaq tələb olunurdu. O, həmin ardıcıllıq ilə bu tələbləri yerinə yetirmiş və təxminən 10 gün sonra həmin səhifənin adını xatırlamadığı inzibatçısı mesaj qutusuna ismarıc yazaraq “give away” kompaniyası çərçivəsində müəllifi Said Nursi olduğu “Hastalar Risalesi” kitabını udduğunu bildirmiş və kitabı poçtla göndərmək üçün ondan şəxsi məlumatlarını və poçt kodunu soruşmuşdur. O, həmin məlumatları bildirmiş, təxminən 10 gün keçdikdən sonra kişi səsli bir şəxs telefonla onunla əlaqə saxlamış və Azərpoçtun Sumqayıt şəhərindəki poçt məntəqəsinə yaxınlaşaraq “risale_i_nur_azerbaycan” adlı səhifədən hədiyyə olan kitabı götürə biləcəyini söyləmişdir. O, həmin gün Sumqayıt şəhəri İcra Hakimiyyətinin yaxınlığında yerləşən poçt məntəqəsinə getmiş və 01 ədəd müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Rahmet ve Şefkat İlacları” adlı kitabını götürmüşdür. Həmçinin “Risale-i Nur” külliyyatına aid dini ədəbiyyatları müvafiq icazə olmadan satışı və yayılmasının qadağan olduğu barədə məlumatının olmadığını, onun həmin kitabları almaqda məqsədinin sadəcə məzmunu ilə tanış olmaq olduğunu, o, aldığı kitabları heç kimə vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, ailədə həyat yoldaşı X19 və o, ibadətlə məşğul olurlar. Bununla əlaqədar o, Qurandan başqa digər dini məzmunlu ədəbiyyatlar oxumaq qərarına gəlmiş və təxminən bir neçə ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsindəki “nurana heydarova” adlı profilindən istifadə edərkən qarşısına çıxan “risale_i_nur_azerbaycan” adlı səhifədə dini məzmunlu müxtəlif kitabların satıldığını görmüş, bundan sonra həmin səhifənin inzibatçısı ilə mesaj qutusunda yazışaraq adlarını xatırlamadığı 1 ədəd kitabı sifariş edərək almışdır. Sifariş verdiyi kitablar “Risalei Nur” külliyyatına aid idilər. Sifariş verəndən bir neçə gün keçəndən sonra Yasamal rayonu, Y.Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən “Bravo” supermarketin qarşısında əvvəllər görmədiyi və tanımadığı kuryer bağlamada olan 1 ədəd kitabı ona təhvil vermiş və təxminən 9 manat məbləğində ödənişi də yerində nağd formada etmişdir. Bundan sonra oradan ayrılmışdır. Həmçinin “Risale-i Nur” külliyyatına aid dini ədəbiyyatları müvafiq icazə olmadan satışı və yayılmasının qadağan olduğu barədə məlumatının olmadığını, onun həmin kitabı almaqda məqsədinin sadəcə yalnız onu oxumaq olduğunu, o, aldığı kitabı heç kimə vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl o, Şahid7 adlı şəxslə Ümrə ziyarətində təsadüfən tanış olmuşdur. Orada olan zaman onunla münasibəti yaranmışdır. Onun vasitəsilə 2023-cü ildə Rahim, İsmi və Ağasən adlı şəxslə tanış olmuş, ancaq həmin şəxslərlə yaxın münasibəti olmamışdır. Təxminən 2023-cü ildə oxumaq məqsədilə məsciddəki yoldaşlardan X55 “Risale-i Nur” külliyyatına məxsus 01 ədəd “Asayı-musa” adlı kitab istəmişdir. Hazırda həmin kitabın harada olduğunu xatırlamır. Həmçinin “Risale-i Nur” külliyyatına aid dini ədəbiyyatların müvafiq icazə olmadan satışı və yayılmasının qadağan olduğu barədə məlumatının olmadığını, onun həmin kitabı almaqda məqsədinin sadəcə məzmunu ilə tanış olmaq olduğunu, aldığı kitabı heç kimə vermədiyini və satmadığını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təşkil olunan eyni zamanda başqa hər hansı dərsxana tipli yaşayış ünvanlarında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ildə İslam dininə Sünni və Şiə məzhəblərini ayırd etmədən ibadət etmiş, ancaq hazırda dini ibadətlə məşğul olmur. Həmin zamandan İslam dini ilə bağlı mövzuları və kitabları internet portalından maraqlanaraq öyrənirdi. X55 “Risale_i Nur” külliyatında daxil olan dini təyinatlı ədəbiyyatları barədə ilk dəfə məlumatları internet portallarından və sosial şəbəkələrdən əldə etmişdir. Səhv etmirsə 2023-cü ilin sonlarında o, İnstagram sosial şəbəkəsindəki istifadəsində olan “Sadiq İsmayıl” adlı profili vasitəsilə “risale_i_nur_azerbaycan” adlı səhifəsindən “Risale-i Nur” külliyyatına daxil olan dini təyinatlı ədəbiyyatları sifariş vermiş, həmin səhifənin istifadəçisinə “İnstagram” sosial şəbəkəsində “direkt” (yazışma) bölümündə yazaraq “Risale-i Nur” külliyyatına məxsus X55 “Sözler” və “Asayı Musa” adlı kitablarını sifariş etmiş, bundan sonra İnstagram sosial şəbəkəsində danışdığı “risale_i_nur_azerbaycan” adlı səhifəsinin istifadəçisinə kitabı ona çatdırmaları üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təxminən bir neçə gün sonra ona tanımadığı nömrədən zəng gələrək sifariş verdiyi kitabları Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Texniki Universitetin yaxınlığında tanımadığı ona zəng edən şəxslə görüşmüş və nağd qaydada 20 manat ödəniş edərək 02 ədəd kitabı götürüb oradan uzaqlaşmışdır. Şahidlər Şahid9, X16, Şahid16 Teymur qızı və Şahid18 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidləri dindirmək istəmədiklərini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələrini elan etmişdir. İbtidai istintaq zamanı şahid kimi ifadə vermiş Şahid9 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid kimi ifadə vermiş X16, Şahid16 Teymur qızı və Şahid18 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, DTX V Baş idarənin əməkdaşı mayor Azər Naibov bu protokolu tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs2 məxsus “Risale-i Nur Azərbaycan” adlı “İnstagram” səhifəsinə baxış keçirmiş və səhifədə, Səid Nursinin müəllifi olduğu “Risale-i Nur” külliyatına daxil olan – “Sözler”, “Lemalar”, “Şüalar”, “İşarat-ül İcaz”, “Muhakemat”, “Kastamonu Lahikası”, “Asa-yı Musa”, “İman və Küfür Muvazeneleri”, “Emirdağ Lahikası”, “Barla Lahikası”, “Sikke-i Tasdik-i Qaybi” və “Mesnevi-i Nuriye” adlı qadağan olunmuş dini ədəbiyyat nümunələrinin satışı barədə elanlar müəyyən etmişdir. Göstərilənlərlə əlaqədar həmin kitabların nəzarət qaydasında alınması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alındı. Tərəfimdən, həmçinin DTX V Bl-nin əməkdaşları Şəhriyar Əliyev və Toğrul Qasımov ilə birlikdə müvafiq əməliyyat tədbiri keçirildi. “Risale-i Nur Azərbaycan” adlı “İnstagram” səhifəsinə müvafiq əfsanə altında müraciət etməklə yazışmalar aparıldı, Təqsirləndirilən şəxs2 həmin dini ədəbiyyatların satışını həyata keçirdiyini təsdiqlədi və külliyata daxil olan kitabların nüsxələrini 140 AZN pul müqabilində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında çatdıra biləcəyini bildirdi və razılıq əldə olunduqdan sonra əlaqə üçün faktiki istifadəsində olan 055 ***-**-** mobil nömrəsini göndərdi. Tərəflərindən +**********00 saylı mobil telefon vasitəsilə həmin nömrəyə zəng olundu, kitabların alış-verişi barədə danışıq aparıldı və malın təhvil-təslim edilməsinin vaxtı və yeri razılaşdırıldı. Qabaqcadan əldə olunmuş razılığa əsasən, külliyata daxil olan 14 kitabdan 12-si Bakı Dövlət Universitetinin yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində Təqsirləndirilən şəxs2 əlaqəsi - 2004-cü il təvəllüdlü Şahid3 100 (yüz) AZN pul ödəməklə götürülmüş və alqı-satqı prosesinin video çəkilişi aparılmışdır. Əldə olunmuş kitablara baxış zamanı onlardan 4-nün 2007-2008-ci illərdə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunduqları, digərlərinin isə Türkiyədən idxal edildikləri müəyyənləşdirilmişdir (cild 01, i.v. 42-51). Texniki rabitə kanallarından çıxarılmış məlumatdan görünür ki, 55-4500475 - istifadəçi Təqsirləndirilən şəxs2dur. “Apple İphone 15” (İMEİ **********2237) markalı telefondan istifadə edir. Əlaqələri obyektə Həsən deyə müraciət edirlər. Mövqe göstəricilərinə əsasən “UBBK1735B Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti X32 Küçəsi 62” ünvanına yaxın yaşayır. Nömrəsinin mövqe göstəriciləri vaxtaşırı olaraq “UBBK3969B Bakı şəhəri Zərdabi prospekti 78a 593-cü məhəllədə Təlim-tədris Mərkəzi binasında” ünvanında qeydə alınmışdır. “**-OL-***” dövlət qeydiyyat nişanlı ağ rəngli “BMW 525İ” markalı avtomobili var. Nəzarət müddətində ranışıqları məişət məzmunlu olmuş, mütəmadi olaraq əlaqələri ilə müxtəlif ünvanlarda görüşmələri, dərs keçmələri, sifariş olaraq metro stansiyalara kitab çatdırmaları qeydə alınmışdır. Əqidə yoldaşları ilə birlikdə “Həzi Aslanov” metro stansiyası yaxınlığında (UBBK0783C Bakı şəhəri Xətai rayonu İlqar Zülfüqarov küçəsində 77 saylı binanın qarşısında 1 mərtəbəli qeyri-yaşayış binası) və “Şamaxinka”da yerləşən “Main MTK” binasında 25 saylı blok 18-ci mərtəbədə (kod 77B) toplaşaraq dərs keçmələri müşahidə edilmişdir. Zahid adlı əlaqəsi ilə danışıqları zamanı həyət evi tikmələri (“MAİNNW3 Bakı şəh Yasamal ray. Moskva pros. 8 Şamaxinka ərazisi”nə yaxın yer olması ehtimal edilir) məlum olmuşdur. 22 fevral tarixdə Bakı Dövlət Universitetinin yaxınlığında müştəriyə kitab göndərərək 100 manat ödəniş almış, qalan iki kitabı isə daha sonra lazımi ünvana çatdıracaqlarını qeyd etmişdir. 24 fevral səhər saatlarında İlhami, Saleh və digər “qardaşlar”ı Heydər Əliyev adına X33 Türkiyəyə yola salmış, həmin tarixdə axşam saat 21:00-da “Şamaxinka”da dərsə toplaşmış, atası və Şükür adlı qohumunu da oraya dəvət etmişdir. Əlaqələri: -55-5677660 - istifadəçi Məmməddir (X27, 19 01.1962, Göyçay, Şəhriyar küç. ev 8 A, mən. 17, 9893166, 55-5677660, 3mdq5aw). Obyektin qardaşı olması ehtimal edilir. 16 yanvar saat 22:07-də obyekt zəng edərək dərs getdiyini demiş, obyekt Zahid abidən sobanı soruşduğunu demiş, onun “Sədərək” bazarında maraqlandığını, mağazanın Göyçayda satış məntəqəsi olduğunu dediklərini söyləmiş, Ağasən dərsə hara getdiklərini soruşmuş, Məmməd “çayçı işləyən uşaqlargilə, Hədiyyəgilə, məsciddən aşağıda evləri var, oğlu Şamaxıda oxuyur. Hər həftənin ikinci günü ordayıq. Bir həftə dərs oxuyuruq, bir həftə “İxlas” demiş, Ağasən “orada kim qarşılayır sizi?” deyə sual vermiş, Məmməd Elxan, Qubad abi, Samir, onların özlərindən üç nəfər gəlir, Mövsüm ağa gəlir, Ceyhun, Elşən abi, 12-15 arası oluruq” demişdir. -70-8205152 - istifadəçi Hafizdir (X20, xx.xx.1998, Bakı, 103305647, 6lj7run). 17 yanvar saat 20:25-də obyekt zəng edərək dərsə nə vaxt gedəcəklərini müzakirə etmişlər. -70-6723901 - istifadəçi İsmidir (Təqsirləndirilən şəxs3, xx.xx.1993, 100421938, xxxxxxx). 19 yanvar saat 11:50-də obyekt zəng edərək harada olduqlarını soruşmuş, İsmi Masallıda olduqlarını demiş, Ağasən interneti yoxladığını bildirmiş, telefonu yandırıb-söndürməsini tapşırmış, mesaj gələn kimi xəbər verməsini xahiş etmişdir. 22 yanvar tarixdə obyekt zəng edərək harada olduğunu soruşmuş, İsmi Elməddinlə xəstəxanada olduğunu demiş, Ağasən avtomobil ustası ilə danışdığını söyləmişdir. 23 yanvar saat 11:28-də obyekt zəng edərək Elmlər” metro stansiyasına, bir nəfər qadına kitab çatmalı olduğunu demiş, İsmi (JJBBK1735E Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti X32 Küçəsi 62) Adəmi göndərəcəyini qeyd etmişdir. -70-6676101 - istifadəçi Ramildir (Şahid17, xx.xx.1988, Bakı, Emin Quliyev ev 115, mən. 115, 103247308, 2lnpk2n) Biləcəridə olduğunu, cümədən çıxdığını, kitabları aparıb verməli olduğunu söyləmiş, Ağasən kitabların “Elmlər”də- dərsxanada olduğunu demiş, Ramil gəlib çatanda xəbər verəcəyini vurğulamış, kitabları tələbələrlə aşağıya göndərməsini tapşırmışdır. -50-4599339 - istifadəçi Zahiddir (Şahid10, xx.xx.1986. Göyçay M. Muradov küç, 9893753, 2888rfh, xx.xx.2006). İnternet məlumat bazasında “Zahid Gəncə” kimi qeyd olunmuşdur. 19 yanvar saat 20:47-də zəng edərək harada olduğunu soruşmuş, Ağasən Cəfər, Osman və Yusiflə “Həzi Aslanov”a dərsə getdiklərini söyləmiş, Zahid Dərnəgüldə olduqlarını və oraya gələcəklərini qeyd etmişdir. 22 yanvar saat 15:14-də (UBBK4275E Bakı şəhəri Sumqayıt şossesi ev 3 Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsi) zəng edərək harada olduğunu soruşmuş, Ağasən aşağıda olduğunu demiş, Zahid Elçinə limonad almağı tapşırmışdır. 23 yanvar saat 23:36-da (MAİNNW3 Bakı şəh Yasamal ray Moskva pros 8 Şamaxinka ərazisi) zəng edərək hal-əhval tutmuş, Asifgildən sonra soyuqladığını, “nəşriyyat”da da çox soyuq olduğunu vurğulamış, Ağasən tikinti zamanı soyuqladığını demiş, Zahid Vidadi ilə tikintidə olduğunu, yorulmadığını, lakin ayağını zədələdiyini bildirmiş, onlar təmir etdikləri evi müzakirə etmiş, Zahid növbəti gün tikintiyə kömək edib-etməyəcəyini soruşmuş, Ağasən yorğun olduğunu bildirmişdir. -55-2737143 - istifadəçi naməlum kişidir (X56, xx.xx.1967, 14845738, 55-7686116, 2c2ygee, xx.xx.2016). İnternet məlumat bazasında “Mahmud Eyvazov” kimi qeyd olunmuşdur. 19 yanvar saat 21:03-də obyekt (UBBK0783C Bakı şəhəri Xətai rayonu İlqar Zülfüqarov küçəsində 77 saylı binanın qarşısında 1 mərtəbəli qeyri-yaşayış binası) zəng edərək liftlə 6-cı mərtəbəyə, oradan isə pilləkənlə bir mərtəbə qalxmağı tapşırmışdır. -50-5780509 - istifadəçi Cəfərdir (Şahid4, 04.01 1995, Bakı, Vidadi, 101257478, 5yqgr4g, xx.xx.2005). 25 yanvar saat 20:40-da zəng edərək dərsin başladığını demişdir. 31 yanvar saat 20:05-də zəng edərək nə etdiklərini soruşmuş, Ağasən namaz qıldıqlarını demiş, Cəfər axşam İshaqın ad gününü qeyd edəcəklərini demiş, İsminin çarpayısının arxasındakı “Adidas” çantanı gətirməsini xahiş etmişdir. Saat 22:17-də obyekt zəng edərək harada olduğunu soruşmuş, Cəfər (AZDRAW2 Bakı şəh Yasamal ray Füzuli küçəsi Milli Dram Teatrı) evdən çıxdığını demişdir. 1 fevral saat 14:14-də zəng edərək harada olduğunu soruşmuş, Ağasən “Yuşa”ya kömək üçün gəldiyini demiş, Cəfər növbəti gün Astaraya gedib-getməyəcəyini soruşmuş, Ağasən hələ bilmədiyini demişdir. Saat 19:40-da zəng edərək hal-əhval tutmuş, İlham, Muradla birlikdə gedəcəklərini demiş, avtomobildə boş yer olduğunu qeyd etmiş və birlikdə getməyi təklif etmiş, Ağasən o birisilərin necə gedəcəklərini soruşmuş, Cəfər İshaq, Arif, Rəşadı bilmədiyini söyləmiş, Rahim abigilin getməyəcəklərini bildirmiş, Ağasən tək özünün getdiyini demiş, Hafizin adının siyahıda olduğunu, lakin Hüsnünün getməyəcəyini bildirmiş, onlar bazarlıq etməyi planlaşdırmışlar. -55-5677660 - istifadəçi naməlum qadındır (X27, xx.xx.1962, Göyçay, Şəhriyar küç. ev 8 A, mən. 17, 9893166, 55-5677660, 3mdq5aw). Obyektin anasıdır, İnternet məlumat bazasında “Məmməd” kimi qeyd olunmuşdur. 26 yanvar saat 11:03-də obyektin anası zəng edərək hal-əhval tutmuş imtahanları ilə maraqlanmış, onu gözlədiyini demiş, Ağasən avtomobilin təkərinin cırıldığını, o səbəbdən gələ bilməyəcəyini söyləmiş, burada da avtomobilə ehtiyacı olduğunu, dərslərə avtomobillə getdiklərini vurğulamış, atası ilə danışıb hal-əhval tutmuş, gələn həftə Astaraya getməyi düşündüklərini, orada dərsxana açmağı planlaşdırdıqlarını qeyd etmiş, atası abilərə salam göndərmişdir. -07-6723901 - istifadəçi İsmidir (Təqsirləndirilən şəxs3, xx.xx.1993, 100421938, xxxxxxx). 31 yanvar saat 11:20-də zəng edərək işinin davam etdiyini, növbə gözlədiyini demiş, Ağasən Bakcell”ə getdiyini bildirmişdir. 1 fevral saat 12:28-də zəng edərək nə etdiyini soruşmuş, Ağasən (UBBK1735B Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti X32 Küçəsi 62) çay içdiyini demiş, İsmi (ULNK3183B Astara rayonu Astara Eələdiyyəsi) yuxarı mədrəsəyə kömək lazım olduğunu bildirmiş “MTK gəlib ilişir, dəmiri-zadı çıxartmaq lazımdır. 2-3 nəfər tapıb gedə bilərsən ora? MTK ilişir, Rahim abi dedi, eləmək lazımdır, zəruridir” deyə söyləmiş, Ağasən razılaşıb, adam tapmağa çalışacağını söyləmişdir. Saat 19:59-da zəng edərək səfərlə bağlı qrupa yazmağı təklif etmiş, Ağasən İlham, Cəfər, Muradla bir avtomobildə gələcəyini söyləmişdir. 4 fevral saat 16:50-də zəng edərək İslamla danışmış, 5 kq düyü və çay aldıqlarını demiş, Astaradan çıxdıqlarını qeyd etmiş, İsmi dərslə maraqlanmış, İslam yaxşı keçdiyini bildirmişdir. Saat 21:53-də obyekt zəng edərək hansı tərəfdə olduqlarını soruşmuş, ismi Səngəçal qəsəbəsi tərəfdə olduqlarını bildirmiş, Ağasən “Qafqaz”da (UBBK6070F Abşeron rayonu Xırdalan qəsəbəsi H Z Tağıyev küçəsi) çay içdiklərini söyləmişdir. -55-3066685 - istifadəçi İshaqdır (X57, xx.xx.1998, Ə. Ev 10, 14614998, 6a828g6). 31 yanvar saat 17:12-də obyekt zəng edərək harada olduğunu soruşmuş, İshaq Şəkidən çıxdığını, yolda olduğunu demiş, Ağasən atasının səhhəti ilə maraqlanmış, ad günü münasibətilə təbrik etmiş, həmişə “hizmət”də olmağı arzu etmişdir. -50-3387761 - istifadəçi naməlum kişidir (X21, xx.xx.1981, Astara, Təngərüd k, 16591197, 1kjww58, xx.xx.2000). İnternet məlumat bazasında “Yusif Cavadov”, “Yusif tələbə Qafqaz”, “Yusif Təngərüd” kimi qeyd olunmuşdur. 5 fevral saat 16:43-də (AMİQOW2 Abşeron ray Xırdalan şəh Rəşid Behbudov küçəsi 4 Daş karxanası) zəng edərək “bizim kitablar var idi, çıxanda götürmüşdük, bir kulyokda, 3-4 kitab idi” demiş, Ağasən “nə kitab var idisə, hamısı buradadır. Onu..deyərsən, gələndə uşaqlar apararlar dərsə. Oradakı bütün kulyokları götürmüşük biz” söyləmiş, əlaqəsi “Qurani-Kərim” və “Məktubat” kitabları olduğunu qeyd etmiş, axşam gəlib-gəlməyəcəklərini soruşmuş, Ağasən (UBBK1735E Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti X32 Küçəsi 62) özünün xəstə olduğunu, yüksək hərarəti olduğunu, lakin İsminin gəlmək istədiyini bildirmişdir. -50-5780509 - istifadəçi Cəfərdir (Şahid4, xx.xx.1995, Bakı, Vidadi, 101257478, 5yqgr4g, xx.xx.2005). 6 fevral saat 15:06-da zəng edərək harada olduğunu soruşmuş, Ağasən (UBBK1735B Bakı Şəhəri Yasamal Rayonu Mətbuat Prospekti X32 Küçəsi 62) xəstə olduğunu söyləmiş, İsmi abi və Hüsnünün evdə olduğunu qeyd etmişdir. 15 fevral saat 12:44də zəng edərək avtomobil təmiri barədə danışmış, axşam dərsə gəlibgəlməyəcəklərini soruşmuş, Ağasən gələcəklərini demişdir. -70-6723901 - istifadəçi İsmidir (Təqsirləndirilən şəxs3, xx.xx.1993, 100421938, xxxxxxx). 7 fevral saat 21:49-da zəng edərək harada olduğunu soruşmuş, Ağasən rayona gedə bilmədiyini söyləmiş, İsmi Nicatla maraqlanmış, Ağasən onun yaxşı olduğunu demiş, İsmi {UBBK5297E Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 3/14) İsmətgildə dərs oxuduqlarını qeyd etmiş, bir azdan gələcəyini söyləmişdir. 9 fevral saat 19:23-də obyekt {USVN3060F Göyçay rayonu Atatürk küçəsi 17) zəng edərək hal-əhval tutmuş, onlar tələbələri yığmağı müzakirə etmiş, İsmi onun valideynlərinə salam göndərmiş, İsmi dərsxanada ikisi olduqlarını söyləmiş, digərlərinin inşaata köməyə getdiklərini, Nicatın imtahanda, Həsənin isə çöldə olduğunu demişdir. 12 fevral saat 00:05-də obyekt zəng edərək danışmış, İsmi üçüncü gün Türkiyədən dörd nəfər abinin {Mehmet Rza, Hasanali, Kərəm, Şenol) gələcəyini demiş, Zahid abi, Arif abinin “kamp”a qatıla bilməyəcəyini söyləmiş, Saleh və İshaqla birlikdə iştirak etməyi tapşırmış, 20 nəfər tələbəni “kamp”da boş qoymaq lazım olmadığını demiş, Ağasən Bakıya 13 fevralda qayıdacağını bildirmişdir. 13 fevral saat 23:50-də {UBBK2110F Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsi 5 texniki universitetin stadionu) zəng edərək abilərlə olduğunu demiş, 3 nəfərin {Mehmet Rza, Hasanali, Şenol) gəldiyini, bir nəfərin isə səhər tezdən gələcəyini söyləmiş, Cəfərin, Faiqin, Elturan və Arif abigilin də orada olduğunu qeyd etmiş, İsmi növbəti gün oraya gələcəklərini söyləmiş, Ağasən {UABS6149E Sumqayıt şəhəri 51-ci məhəllə İ.Qayibov küçəsi) qonaqlarla maraqlanmış, İsmi Nurla, Adəmin qaldığını bildirmişdir. 14 fevral saat 18 36-da {BBK6070W Abşeron rayonu Xırdalan qəsəbəsi H Z Tağıyev küçəsi) zəng edərək hal-əhval tutmuş, dərsə qoşulacaqlarını demiş, Ağasən {UABS6149E Sumqayıt şəhəri 51-ci məhəllə İ.Qayibov küçəsi) Elgünlə Osmanın işi olduğu üçün çıxacaqlarını bildirmişdir. -55-6989088 - istifadəçi Arifdir (Şahid7, xx.xx.1988, Sumqayıt, H. Zeynalabdin qəs. S. Bəhlulzadə küç. ev 7, mən. 24, 18528629, 553-110215, 4e2yw2y). 13 fevral saat 12:24-də obyekt zəng edərək “Qafqaz”a ət alıb-almamağı soruşmuş, Arif bu barədə İsmi ilə danışmağı məsləhət görmüşdür. -99-7995100 - istifadəçi naməlum kişidir (X28, 06.07 2003, 101092100, 70-6003333, 7lbkvva). 22 fevral saat 12:42-də zəng edərək telefon nömrəsini bacının verdiyini və kitabları götürməli olduğunu bildirmiş, Ağahəsən (UBBK2110F Bakı Şəhəri Yasamal Rayonu Ayna Sultanova Küçəsi 5 Texniki Universitetin Stadionu) özünün gələ bilməyəcəyini, BDU-nun yaxınlığında uşaqların kitabları təhvil verəcəklərini söyləmiş, qarşı tərəf saat 1-də orada gözləyəcəyini bildirmişdir. Saat 12:53-də obyekt zəng edərək harada olduğunu soruşmuş, qarşı tərəf universitetin yanında yerləşən “Kitab evi”nin qarşısında olduğunu demiş, Ağahəsən iki kitabın olmadığını, daha doğrusu köhnə olduğu üçün göndərmədiklərini, daha sonra lazımi ünvana çatdıracaqlarını vurğulamış, ödənişin 100 manat olacağını, digər iki kitabı çatdıran zaman isə əlavə 30 manat ödəniş olacağını qeyd etmişdir. -51-8911010 - istifadəçi Şükürdür (X46, xx.xx.1990, H. Cavid küç. ev 12, 15931855, 4r9e40e). Obyektin qohumudur. 23 fevral saat 15:11-də obyekt zəng edərək hal-əhval tutmuş, Şükür Aynurla olduğunu, rayona növbəti gün gedəcəklərini qeyd etmiş, Ağasən (UBBK1735E Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti X32 Küçəsi 62) namazı qıldıqlarını, cümə dərsini bitirdiklərini, hazırda dərsxanada olduqlarını söyləmiş, Şükür axşam müsait olarsa onu evə dəvət etmiş, Ağasən dəqiq bilmədiyini, ya Xırdalan, ya da “Həzi Aslanov’’ tərəfə gedəcəyini qeyd etmişdir. 24 fevral saat 12:22-də zəng edərək harada olduğunu soruşmuş, Ağasən yenicə oyandığını, gecə aeroportda olduğunu, saat 5də gəldiyini demiş, Şükür kimin gəldiyini soruşduqda Ağasən İlhami, Saleh və digər qardaşları Türkiyəyə yola saldıqlarını qeyd etmiş, onlar avtomobilin satışı barədə danışmışlar. 24 fevral saat 17:48-də obyekt zəng edərək nə etdiyini soruşmuş, Şükür Aynuru “Qarayev”ə dərsxanaya qoyduğunu, bu gün Bakıda qalacaqlarını, növbəti gün avtomobilə baxacağını qeyd etmiş, Ağasən bəraət gecəsi olduğu üçün oyaq qalacaqlarını vurğulamış, Şükür Aynurun axşam dərsxanada, özünün isə Masazırda olacağını demiş, Ağasən axşam onu “Şamaxinka”ya dərsə dəvət etmiş, dərsin təxminən 20:30-21:00-da başlayacağını qeyd etmişdir. Saat 23:46-da obyekt zəng edərək harada olduğunu soruşmuş, Şükür “Əcəmi” tərəfdə olduğunu demiş, Ağasən onu “Şamaxinka”ya dəvət etmiş, atasının da orada olduğunu qeyd etmiş, naviqatorda “Main MTK” yazmağı tapşırmış, Şükür razılaşmışdır. 25 fevral saat 00:07-də obyekt zəng edərək oxuma növbəsi özündə olduğu üçün zəngə cavab verə bilmədiyini demiş, avtomobili şlaqbaunun yanında saxlamağı tapşırmışdır. Saat 00:12-də obyekt zəng edərək həyətə girən kimi solda 25 saylı blok (kod 77B) olduğunu bildirmişdir. -55-8397202 - istifadəçi naməlum kişidir (X47, xx.xx.1975, Sumqayıt, Mik-9 ev 77 mən 48, 8722018, 77-8964512, OvhyƏhz). internet məlumat bazasında “Kamil Məmmədov”, “X29” kimi qeyd olumuşdur. 25 fevral saat 13:02-də zəng edərək dərs olub-olmadığını soruşmuş, qapını açmağı xahiş etmiş, “31” olub- olmadığını soruşmuş, Ağasən təsdiq etmiş və qapını açmışdır. -55-2261343 - istifadəçi naməlum qadındır (Təqsirləndirilən şəxs2, xx.xx.1998, 104912067, xxxxxxx). Obyektin anasıdır. 1 mart saat 21:27-də obyekt zəng edərək anası ilə danışmış, anası bir gün qabaq danışdıqları zaman Astaraya getməsi barədə bir söz demədiyini vurğulamış, Şükür və Aynurun evdə olduqlarını demiş, onlarla Ağasənə yemək göndərmək istədiyini qeyd etmiş, Ağasən növbəti gün Bakıya qayıdacağını söyləmişdir. 2 mart saat 14:48-də obyekt zəng edərək hansı dərmanı istədiyini soruşmuş, anası atası üçün İran dərmanı lazım olduğunu demiş, Ağasən Astarada olmadığını bildirmiş, “mənə desəydiz, İrandan gəlmişdilər Türkiyəyə, Rahim abigil də orada idilər, onlara verərdilər” deyə söyləmişdir. -55-9204733 - istifadəçi naməlum kişidir (X36, xx.xx.1968, 16645808, 55-8791045, 170fkfl). İnternet məlumat bazasında “Nail” kimi qeyd olunmuşdur. 3 mart saat 15:43-də zəng edərək BDU tərəfdə olduğunu demiş, Ağasən BDU-nun əsas girişi ilə üzbəüz yol olduğunu izah etmiş, həmin yolla işıqfora qədər düz gəlməyi tapşırmış, özünü də oraya gəldiyini qeyd etmişdir. Saat 15:47-də zəng edərək harada olduğunu soruşmuş, Ağasən evdən kitab götürüb düşəcəyini demişdir. Saat 15:53-də obyekt zəng edərək harada olduğunu soruşmuş, əlaqəsi “Oxford kitab evi”nin qarşısında olduğunu demişdir. -51-4492406 - istifadəçi naməlum kişidir (X17, xx.xx.1978, Təngərüd k, 13178667, 44u0f1x, xx.xx.2013). İnternet məlumat bazasında “Safiq Abilov” kimi qeyd olunmuşdur. 3 mart saat 15:45-də obyekt zəng edərək kitab şkafından 1 ədəd “Kiçik sözlər” kitabını götürməyi və aşağı düşürtməsini xahiş etmiş, əlaqəsi (METBUW1 Bakı şəh Yasamal ray Mətbuat küçəsi 93) razılaşmışdır. (cild 01, i.v. 53-57). 30 aprel 2024-cü il tarixli baxış protokolundan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış sahəsi 1 dəhliz, 2 sanitar qovşağı, 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx və 3 eyvandan ibarətdir. Yaşayış sahəsinin qonaq otağına daxil olduqda sağ istiqamətdə yerləşən mebel şkafının rəflərindən Risalei Nur külliyatına məxsus müəllifi Said Nursi olan müəyyən sayda kitablar aşkar olunmuş, yaşayış sahəsinin dəhlizində sayca birinic yataq otağının girişindən solda yerləşən dolabın siyirməsindən Təqsirləndirilən şəxs3 bildiridiyinə əsasən ona məxsus dolabın siyirməsindən 2800 manat, 400 ABŞ dolları aşkar olunaraq götürülmüş, bundan başqa baxış prosesi zamanı eyni dolabın digər siyirməsindən Təqsirləndirilən şəxs2 dediyinə görə ona məxsus hissəsindən yəni dolabın siyirməsində avtomobil satışından əldə olunan 17.000 manat aşkar olunmuş, bundan başqa həmin siyirmədən 400 manat (01 ədədi 100 manat əskinas olmaqla), əlavə 550 manat (11 ədədi 50 manat əskinas olmaqla), 03 ədəd 20 ABŞ dolları, 02 ədəd, 10.000 iran tüməni, 01 ədəd 10.000 iran tüməni, 02 ədəd 200 türk lirəsi, 01 ədəd 100 türk lirəsi aşkar olunaraq qablaşdırılmış, həmin yataq otağındakı yazı masasının üzərindən 03 ədəd kiçik ölçülü yaddaş qurğusu, 01 ədəd üzərinə “Allaha güvən açma” əl yazısı olan qeyd kitabçası aşkar olundu. Həmin yataq otağından paltar dolabının siyirməsindən Təqsirləndirilən şəxs3 məxsus **********750046 nömrəli və **********930211 nömrəli “Tamkart ABB” bank kartları və üzərində ad soyad qeyd olunmayan **********716058 nömrəli “U-card Unibank”, **********640253 nömrəli “Leobank” və **********416508 nömrəli “Birbank Kapitalbank” bank kartı aşkar olunmuş və qeyd olunan əşyalar götürülmüşdür (cild 01, i.v. 59-62). 30 aprel 2024-cü il tarixli baxış protokolundan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşayış yeri olan ünvan 9 ünvanındakı mənzilinə baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir ki, baxış keçirilən mənzil 22 mərtəbəli, 25 nömrəli binanın 18-ci mərtəbəsində yerləşir. Mənzilin sahəsi təxminən 123 kv m-dən ibarət 4 otaq, 3 sanitar qovşaqdan, 1 mətbəxdən, 2 eyvandan, 1 giriş hissədən ibarətdir. Mənzilə baxış ilk öncə girişdən başladı, daha sonra saat əqrəbi istiqamətində davam etdirildi. Baxış zamanı mənzildən aşağıda qeyd edilənlər aşkar edildi: 03 ədəd “X98 Ağabeye”, 02 ədəd “Təbiət Risaləsi”, 06 ədəd “Tabiat Risaləsi”, 02 ədəd “Haşir Risaləsi”, 04 ədəd “Xəstələr risalesi”, 09 ədəd “Tiryak”, 11 ədəd “Sözlər”, 07 ədəd “Mektubat”, 09 ədəd “Lemalar”, 40 ədəd “Tarihçe-i hayat”, 10 ədəd “Şualar”, 10 ədəd “İşaretul-icaz”, 12 ədəd “Asa-yı Musa”, 28 ədəd “Mesnevi Nuriya”, 13 ədəd “Kastamonu Lahikası”, 09 ədəd “Barla Lahikası”, 09 ədəd “Emirdağ Lahikası”, 10 ədəd “İman və küfür müvazineleri”, 09 ədəd “Mühakemat”, 17 ədəd “Hizmet Mehberi”, 28 ədəd “İhlas Risaleleri”, 16 ədəd “Hastalar risalesi”, 28 ədəd “X90”, 09 ədəd “Emirdağ Lahikası”, 10 ədəd “Meyve Risalesi”, 228 ədəd “Kiçik sözlər”, 06 ədəd “Küçük sözlər”, 12 ədəd “Ene ve zerre risalesi”, 15 ədəd “Nur Aleminin bir anahtarı”, 10 ədəd “X41”, 03 ədəd “X42”, 33 ədəd “Uhuvvet Risalesi”, 06 ədəd “Guide Book Service to the Oruj”, 13 ədəd “Zelzele bahsi”, 03 ədəd “ramazan X72”, 02 ədəd “Genclik Rehberi”, 03 ədəd “Misbahul İman”, 03 ədəd “Mirac ve Şakk-ı kamer risaleleri”, 02 ədəd “Divan-i Harbi orfi” və s. kitablar aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd İphone XS-max markalı mobil telefon, 01 ədəd “X99 12 pro” markalı mobil telefon, 01 ədəd “HP markalı notebook” tipli kompüter, 01 ədəd “Samsung markalı notebook tipli kompüter, 5800 manat, 500 euro, 22100 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanaraq götürülmüşdür (cild 01, i.v. 63-66). Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini ədəbiyyat nümunələri haqqında arayışdan görünür ki, 1) Dinşünaslıq ekspertizasına təqdim olunmuş kitab və kitabçalar dini təyinatlı hesab edilir. 2) Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatların idxalına və satışına (yayılmasına) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Dini X91 Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir. 3) Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatların məzmununda dini ekstremizm fəaliyyətinə təhrik edən, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran məlumatlar mövcud deyildir (cild 01, i.v. 69-82). 14 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6030-1 nömrəli xidməti otağında, 12 saylı vəkil bürosunun vəkili X11 və Təqsirləndirilən şəxs3 məxsus 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonun baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir, Baxış nəticəsində müəyyən olundu: Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı. Mobil telefonun arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Mobil telefon 2 simkartlıdır və onlardan birinə "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə quraşdırılıb. Mobil telefonun imei kodları “İMEİ1: **********50167 və “İMEİ2: **********50164-dür. Daha sonra telefon işlək vəziyyətə gətirildi və telefonun əsas menyusuna baxış keçirildi. Əsas menyuya keçirilən baxış zamanı telefona yazılmış “İnstagram” sosial şəbəkəsinə daxil olundu. Orda “risale-i-nur” səhifəsinin mövcud olduğu müəyyən edildi. Həmin səhifənin quraşdırmalar bölümündən səhifə haqqında məlumata daxil olduqda səhifənin 2019-cu ilin iyul ayında yaradıldığı qeyd olunmuşdur. Bundan əlavə səhifə mailto:kuraraz972@qmail.comElektron ünvan elektron poçt və ***-***-**-** saylı mobil nömrə əsasında yaradılmışdır. Səhifədə ümumi şəxsi bölüm hissəsində “Risale-i-nur Azərbaycan” sözləri yazılmış ümumi profil şəkli, həmin şəklin alt hissəsində yenidən Risale-i-nur Azərbaycan, türk dilində “X92 Kurtuluş, Ən böyük həqiqətləri bizə çatdıran, Kimik, hardan gəlmişik və hara gedirik - suallarına cavab verən KİTABLAR sözləri, eyni zamanda həmin sosial şəbəkədə @quran_İ_kerim adlı səhifəyə yönləndirən link və “Youtube” internet portalına yönləndirən “youtube.com/c/NurSoz” link qeyd olunmuşdur. Səhifənin profilinin əsas pəncərəsində “#şəkillər”, Risale-i-nur", “Xəstələr Ris”, “Videolar”, “#salavatlar”, “#notlar”, “#animasiya” “#dualar" adlı kiçik ölçülü status paylaşımlar mövcuddur. Bundan başqa profildə 1014 (bir min on dörd) ədəd X55 “Risalei-inur” dini ədəbiyyatlarına dair paylaşımlar, 4267 (dörd min iki yüz altmış yeddi) sayda izləyici profil sayı və 399 (üç yüz doxsan doqquz) sayda izlədikləri profil sayı mövcuddur. Səhifənin “direct” (yazışma) bölümündə Şahid13 ( profili “ayanahmad”), Şahid14 (profili “fetullazade14”), Şahid15 (profili nurana_heydarova), X22 (profili nargiss..), X12, Şahid19, Şahid18 və digər müxtəlif şəxslərə nağd və bank kartına köçürmə yolu ilə kitablar satılmışdır. Bundan başqa bir çox müxtəlif profil sahiblərinə “X62 Nur kitabları barədə məlumatınız varmı? Oxuyursunuzmu?” bu kimi mesaja ilkin mesaj yazılır daha sonra isə digər tərəfdən cavab verildiyi halda müəllifi Seid Nursi olan Risale-i-nur dini ədəbiyyatları barədə qısa ilkin məlumatlar verilir, Göstərilən hallarla bağlı müəyyən hissələr mobil telefonda mövcud olan “screenshot” proqramı vasitəsilə şəkilləri çəkildi. Baxış zamanı sifarişçiyə X55 “Risalei-i-nur” dini ədəbiyyatlarına daxil olan Sözler kitabı 11 manat, Lemalar 9 manat, Mektubat 9 manat, Asayı Musa isə 7 manat dəyərində qiymətə satıldığı müəyyən olundu. Qeyd olunan halla bağlı müəyyən instagram hesabından satışa dair fotoşəkillər “screenshot” proqramı ilə çəkilərək protokola əlavə edildi. Telefonun şəkillər daxil olduqda orada dərsxanalar təşkil olunaraq X55 “Risale-inur” külliyatına daxil olan dini ədəbiyyatların müxtəlif şəxslərə verilib yayılmasına dair videogörüntülər və “İnstagram” sosial şəbəkəsindəki “risale-i-nur azərbaycan” səhifəsində edilən paylaşımlara dair şəkillər “scren recorder” proqramı vasitəsilə qeyd olunaraq 01 ədəd DVD diskə köçürülüb protokola əlavə olundu. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada Təqsirləndirilən şəxs1 (X101 kimi adı qeyd olunub) həmin tətbiqdən “Azərcell Telecom" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqlar aşkar edildi. Belə ki, həmin danışıqlar 18 mart 2022-ci il tarixdən 30 aprel 2024-cü il tarixədək mövcuddur. xx.xx.2022-ci il tarixində saat 01:13-də +99***-***-**-** nömrəsindən +99***-***-**-** nömrəsinə göndərilən mesajda “hem fatura hemde kargo metodu” ifadəsi ilə birlikdə PDF formatında “Fatura” sənədi göndərilmiş, sənəddə Təqsirləndirilən şəxs2, Şahid5 və Şahid6 adlarına “Risale-i-nur” dini kitablarının Türkiyə Respublikasından sifariş əsasında alınmasına dair qəbzlərin mövcudluğu qeyd olunmuşdur. xx.xx.2022-ci il saat 02:17-də +99***-***-**-** nömrəsindən göndərilən səsli mesajlarda Rahim adlı şəxs salamlanmış, külliyatın (Risale-i-nur) gətirilməsi ilə bağlı Bakı Nəşriyyatının istəmədiyi, Enver Nəşriyyatının istəndiyi və qiymət barədə məlumat verilməsi xahiş olunmuşdur. Eyni gün saat 03:19-da +99***-***-**-** nömrəsindən qarşı tərəfə göndərilən digər səsli mesajda külliyatın gətirilməsindən bəhs edilmişdir. Sonrakı səsli mesajda (00:58 saniyə) qiymət və gömrük məsələlərindən, əvvəlki alışlarda qiymətlərin baha başa gəlməsindən, daha əvvəl 20-30 külliyat alınmasından, onların qiymətlərindən danışılmışdır. xx.xx.2022-ci il saat 12:15-də 23 saniyəlik səsli mesajda Qurandan zərurət səbəbi ilə 4 ədəd gətirilməsi xahiş olunmuş, oxunmasının rahat olduğu və kiçik ölçülü olmasına üstünlük verildiyi qeyd olunmuşdur. Eyni gün saat 12:27-də göndərilən digər 15 saniyəlik səsli mesajda gecə vaxtı Quran tapmaq məsələsi müzakirə edilmiş, Enver Nəşriyyatından gətiriləcəyi bildirilmişdir. Saat 12:30-da 6 saniyəlik səsli mesajda dərsxanada olanlardan istifadə edilə biləcəyi deyilib. xx.xx.2023-cü il saat 02:11-də göndərilən səsli mesajda Rahim adlı şəxs salamlanaraq onunla dərsxanada görüşüləcəyi deyilib. xx.xx.2023-cü il saat 02:51-də göndərilən səsli mesajda tikinti işləri ilə bağlı Raminlə görüşdən sonra dərsxanaya gediləcəyi bildirilib. Eyni tarixdə saat 03:01-də göndərilən səsli mesajda kargo işi ilə məşğul olunacağı, dərsdən sonra görüşüləcəyi qeyd olunub. xx.xx.2023-cü il saat 01:51də göndərilən səsli mesajda Rahim adlı şəxs salamlanıb, Xırdalanda xanımlar üçün Arif dayının kömək istədiyi qeyd olunub. xx.xx.2023-cü il tarixində saat 05:39-da göndərilən səsli mesajda Enver nəşriyyatından 30 Məktubat və Asay-ı Musa adlı əsərlərin gətirilməsi, bunların paylanması üçün nəzərdə tutulduğu bildirilib. Həmin gün 05:49-da göndərilən səsli mesajda “Ay İsmi” kitabının lazım olduğu, digər əsərlərdən kifayət qədər olmadığı qeyd olunub. Saat 05:58-də göndərilən mesajda X63 baqaj məsələsindən, hər baqajın kitablarla yüklənməsi məsələsi müzakirə edilib. Saat 06:29-da isə internet üzərindən baqaj qiymətlərinin araşdırılması barədə məlumat verilib. xx.xx.2023-cü il saat 01:20 və 01:21-də göndərilən səsli mesajlarda baqajların qiyməti, hava yollarının baqaj tarifləri ilə bağlı müzakirələr aparılıb. xx.xx.2023-cü il saat 03:02-də kitablara baxılacağı, saat 03:03-də isə Diyanət nəşrlərindən “Asa-yı Musa”, “Kiçik Sözlər”, “Meyvə Risaləsi”, “İxlas və Uxuvvet” adlı kitabların alınacağı qeyd olunub. Son olaraq xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs1 məxsus C00186744 nömrəli pasportun şəklinin göndərildiyi göstərilib. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirlən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında X55 „Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən danışıqlar(səsli danışıqlar) və yazışmalar mobil „Screen recorder proqramı vasitəsilə videoformatda hazırlanaraq 01 ədəd DVD diskə köçürülməklə baxış protokoluna əlavə edildi. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada Təqsirləndirilən şəxs2 (Hesen Gold kimi adı qeyd olunub) həmin tətbiqdən “Bakcell" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqlar aşkar edildi. Belə ki, həmin danışıqlar 24 mart 2022-ci il tarixdən 30 aprel 2024-cü il tarixədək mövcuddur. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirlən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında X55 „Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz alqı-satqısına, yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən səsli mesajlar və yazışmalar mobil „Screen recorder” proqramı vasitəsilə videoformatda hazırlanaraq 01 ədəd DVD diskə köçürülməklə baxış protokoluna əlavə edildi. Bundan əlavə “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada “İman qalası”, “Oxuyaq” adlı qruplarda “Risale-i-nur” külliyatına daxil olan dini ədəbiyyatların oxumasının təşkilinə dair dərsxana qruplarının mövcud olduğu müəyyən edildi (cild 01, i.v. 163-175). 14 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə polkovnik-leytenantı Əsgər Hacıyev, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6030-1 nömrəli xidməti otağında, 12 saylı vəkil bürosunun vəkili X67 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 01 (bir) ədəd qara rəngli “İphone” markalı mobil telefonun baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir, Baxış nəticəsində müəyyən olundu: Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli “İphone 15” markalı mobil telefon aparatı. Mobil telefonun arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Mobil telefon 1 simkartlıdır və "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə quraşdırılıb. Mobil telefonun imei kodları “İMEİ1: **********22373 və “İMEİ2: **********17666-dır. Daha sonra telefon işlək vəziyyətə gətirildi və telefonun əsas menyusuna baxış keçirildi. Əsas menyuya keçirilən baxış zamanı telefona yazılmış “İnstagram” sosial şəbəkəsinə daxil olundu. Orda “risale-i-nur" səhifəsinin mövcud olduğu müəyyən edildi. Həmin səhifənin quraşdırmalar bölümündən səhifə haqqında məlumata daxil olduqda səhifənin 2019-cu ilin iyul ayında yaradıldığı qeyd olunmuşdur. Bundan əlavə səhifə mailto:kuraraz972@qmail.comElektron ünvan elektron poçt və ***-***-**-** saylı mobil nömrə əsasında yaradılmışdır. Səhifədə ümumi şəxsi bölüm hissəsində “Risale-i-nur Azərbaycan” sözləri yazılmış ümumi profil şəkli, həmin şəklin alt hissəsində yenidən Risale-i-nur Azərbaycan, türk dilində “X92 Kurtuluş, Ən böyük həqiqətləri bizə çatdıran, Kimik, hardan gəlmişik və hara gedirik - suallarına cavab verən KİTABLAR” sözləri, eyni zamanda həmin sosial şəbəkədə @quran_İ_kerim adlı səhifəyə yönləndirən link və “Youtube” internet portalına yönləndirən “youtube.com/c/NurSoz” link qeyd olunmuşdur. Səhifənin profilinin əsas pəncərəsində “#şəkillər”, Risale-i-nur”, “Xəstələr Ris”, “#videolar”, “#salavatlar”, “#notlar”, “#animasiya” “#dualar” adlı kiçik ölçülü status paylaşımlar mövcuddur. Bundan başqa profildə 1014 (bir min on dörd) ədəd X55 “Risalei-i-nur” dini ədəbiyyatlarına dair paylaşımlar, 4267 (dörd min iki yüz altmış yeddi) sayda izləyici profil sayı və 399 (üç yüz doxsan doqquz) sayda izlədikləri profil sayı mövcuddur. Səhifənin “direct” (yazışma) bölümündə Şahid13 ( profili “ayanahmad”), Şahid14 (profili “fetullazade14”), Şahid15 (profili nurana_heydarova), X22 (profili nargiss..), X12, Şahid19, Şahid18 və digər müxtəlif şəxslərə nağd və bank kartına köçürmə yolu ilə kitablar satılmışdır. Bundan başqa bir çox müxtəlif profil sahiblərinə “X62 Nur kitabları barədə məlumatınız varmı? Oxuyursunuzmu?” bu kimi mesaja ilkin mesaj yazılır daha sonra isə digər tərəfdən cavab verildiyi halda müəllifi Seid Nursi olan Risale-i-nur dini ədəbiyyatları barədə qısa ilkin məlumatlar verilir. Göstərilən hallarla bağlı müəyyən hissələr mobil telefonda mövcud olan screenshot” proqramı vasitəsilə şəkilləri çəkildi.baxış zamanı sifarişçiyə X55 “Risalei-i-nur” dini ədəbiyyatlarına daxil olan Sözler kitabı 11 manat, Lemalar 9 manat, Mektubat 9 manat, Asayı Musa isə 7 manat dəyərində qiymətə satıldığı müəyyən olundu. Qeydb olunan halla bağlı müəyyən instagram hesabından satışa dair fotoşəkillər “screenshot” proqramı ilə çəkilərək protokola əlavə edildi. Telefonun şəkillər daxil olduqda orada dərsxanalar təşkil olunaraq X55 “Risale-i-nur külliyatına daxil olan dini ədəbiyyatların müxtəlif şəxslərə verilib yayılmasına dair videogörüntülər və “İnstagram” sosial şəbəkəsindəki “risale-i-nur azərbaycan” səhifəsində edilən paylaşımlara dair şəkillər “scren recorder” proqramı vasitəsilə qeyd olunaraq 01 ədəd DVD diskə köçürülüb protokola əlavə olundu. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyatdan keçdiyi “Whatsapp11 mobil tətbiqinə daxil olan zaman orada təqsirləndirilən şəxs İsmi Şirazimin (İsmi Siraz kimi adı qeyd olunub) həmin tətbiqdən "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqlar aşkar edildi. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında X55 “Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz alqı-satqısına, yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən mesajlar və yazışmalar mobil „Screenshot“ proqramı vasitəsilə şəkillər çəkilərək “HP“ markair printerdən çap olunaraq baxış protokoluna əlavə edildi. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada Təqsirləndirilən şəxs1 (X101 kimi adı qeyd olunub) həmin tətbiqdən "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqları aşkar edildi. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında X55 „Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən danışıqlar (səsli danışıqlar) və yazışmalar mobil “Screen recorder” proqramı vasitəsilə videoformatda hazırlanaraq 01 ədəd DVD diskə köçürülməklə eyni zamanda Screenshot” proqramı vasitəsilə şəkillər çəkilərək „HP“ markalı” printerdən çap olunaraq baxış protokoluna əlavə edildi. Telefonun şəkillər daxil olduqda orada dərsxanalar təşkil olunaraq X55 “Risale-i-nur” külliyatına daxil olan dini ədəbiyyatların müxtəlif şəxslərə verilib yayılmasına dair videogörüntülər və “İnstagram” sosial şəbəkəsindəki “risale-i-nur azərbaycan” səhifəsində edilən paylaşımlara dair şəkillər “scren recorder” proqramı vasitəsilə qeyd olunaraq 01 ədəd DVD diskə köçürülüb protokola əlavə olundu. Bundan əlavə “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada “İman qalası”, “Oxuyaq” adlı qruplarda “Risale-i-nur” külliyatına daxil olan dini ədəbiyyatların oxumasının təşkilinə dair dərsxana qruplarının mövcud olduğu müəyyən edildi (cild 01, i.v. 177-223). 14 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi ədliyyə kapitanı Həsən Quliyev, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6030-1 nömrəli xidməti otağında, 12 saylı vəkil bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qızılı rəngli “İphoneXS Max” markalı mobil telefonun baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olundu: Baxışa təqdim olunan 01 (bir) ədəd qızılı rəngli “X102” markalı mobil telefon aparatı. Mobil telefonun arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Mobil telefon 2 simkartlıdır və onlardan hər ikisi "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə quraşdırılıb. Mobil telefonun imei kodları “İMEİ1: **********36011 və “İMEİ2: **********3601-dir. Daha sonra telefon işlək vəziyyətə gətirildi və telefonun əsas menyusuna baxış keçirildi. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada təqsirləndirilən şəxs İsmi Şirazimin (İsmi kimi adı qeyd olunub) həmin tətbiqdən "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqlar aşkar edildi. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında X55 „Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən danışıqlar (səsli danışıqlar) və yazışmalar mobil “ Screen recorder” proqramı vasitəsilə videoformatda hazırlanaraq 01 ədəd DVD diskə köçürülməklə baxış protokoluna əlavə edildi. Bundan başqa mobil telefon aparatına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada Təqsirləndirilən şəxs2 (Hesen Göyçay kimi adı qeyd olunub) həmin tətbiqdən “Bakcell MMC mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil ilə qeydiyyatdan keçməsi və eyni zamanda hər iki şəxs arasında aparılan danışıqlar aşkar edildi. “Whatsapp” mobil tətbiqinə baxış zamanı iş üzrə təqsiləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında X55 „Risale-i-nur“ külliyyatına daxil olan dini ədəbiyyatların yayılması üçün dərsxanalar təşkil olunaraq X55 “Risale-i-nur” külliyatına daxil olan dini ədəbiyyatların müxtəlif şəxslərə verilib yayılmasına və saxlanmasına dair iş üçün əhəmiyyət kəsb edən səsli mesajlar və yazışmalar mobil „Screen recorder” proqramı vasitəsilə videoformatda hazırlanaraq 01 ədəd DVD diskə köçürülməklə baxış protokoluna əlavə edildi. Bundan əlavə “Whatsapp” mobil tətbiqinə daxil olan zaman orada “İman qalası“, “Oxuyaq” adlı qruplarda “Risale-i-nur” külliyatına daxil olan dini ədəbiyyatların oxumasının təşkilinə dair dərsxana qruplarının mövcud olduğu müəyyən edildi (cild 01, i.v. 225-229). “Maddi sübut kimi tanımaq haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, 200 (iki yüz) manat iş üzrə maddi sübut kimi tanınması və müvafiq qərar qəbul edilənədək saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə göndərilməsi qərara alınmışdır (cild 01, i.v. 241). “Maddi sübut kimi tanınmış milli valyuta ilə olan nağd pul vəsaitinin müvəqqəti saxlanılması üçün təhvil verilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2n yaşadığı ünvan 3 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 200 (iki yüz) manat məbləğində nağd pul vəsaiti müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədilə həmin Xidmətin Maliyyə İdarəsinə göndərilmişdir (cild 01, i.v. 244-246). “Əşyaların təhvil verilməsi barədə” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPMin 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili X11 iştirakı ilə Təqsirləndirilən şəxs3 özünə məxsus 2.800 (iki min səkkiz yüz) manat və 400 ABŞ dolları məbləğində pul vəsaitlərini təhvil vermiş, Təqsirləndirilən şəxs3 400 ABŞ dolları və 2800 mana pul vəsaitini təhvil almışdır (cild 01, i.v. 253). “Əşyaların təhvil verilməsi barədə” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPMnin 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili X37 iştirakı ilə Təqsirləndirilən şəxs2 özünə məxsus 17.750 (on yeddi min yeddi yüz əlli) manat, 20.000 (iyirmi min) İran tüməni, 500 (beş yüz) türk lirası və 60 (altmış) ABŞ dolları məbləğində pul vəsaitlərini təhvil vermiş, Təqsirləndirilən şəxs2 isə 17.750 (on yeddi min yeddi yüz əlli) manat, 20.000 (iyirmi min) İran tüməni, 500 (beş yüz) türk lirası və 60 (altmış) ABŞ dolları məbləğində pul vəsaitlərini təhvil almışdır (cild 02, i.v. 15). “Əşyaların təhvil verilməsi barədə” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPM-in 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 özünə məxsus 22.100 (iyirmi iki min yüz) ABŞ dolları, 500 (beş yüz) Avro və 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitlərini təhvil vermiş və Təqsirləndirilən şəxs1 22.100 (iyirmi iki min yüz) ABŞ dolları, 500 (beş yüz) Avro və 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitlərini təhvil almışdır (cild 02, i.v. 19). 22 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, Şahid19 iştirakı ilə müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Sözler” və “Mektubat” adlı kitabların baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd üzərində “Sözler” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, “Sözler” müəllifi Bediüzaman SAİD NURSİ qeydləri mövcuddur. Kitab 765 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə X25 cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstnabul tel 5277***-*******. Fax 5208231. Çap tarixi İstinbul -2005. Təkrar nəşr Nurlan Bakı-2008 sözləri qeyd olunmuşdur.
2. Baxışa təqdim olunan kiçik ölçülü 01 (bir) ədəd üzərində “Asa-yı Musa” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, X78 SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları mövcuddur. Kitab 236 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Neşriyyat SAN. TİC A.Ş. S. X100. Fevzi Çakmak cad. No 16. K:3 Sefaköy İstanbul tel +**********56 Pbx. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstnabul tel +**********80, fax +**********31. Çap tarixi İsanbul-2005 və eyni zamanda təkrar nəşr Nurlan NPM Bakı - 2007 qeyd olunmuşdur (cild 02, i.v. 38). Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin rəisi cənab Həsən Mansurova ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 3-32/2-878/2024 saylı məktubdan görünür ki, məktubun məzmunu “242990044 nömrəli cinayət işi üzrə “Məhkəmə dinşünaslıq ekspertizasının təyin edilməsi haqqında” 14 may 2024-cü il tarixli Qərara əsasən ünvanladığınız məktuba Dini X91 Dövlət Komitəsində baxılmış, təyin edilmiş dinşünaslıq ekspertizasının nəticələri barədə Dini X91 Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin eksperti X8 tərəfindən hazırlanmış rəy Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunur” şəklində olmuş, həmçinin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 1) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələri ekspert qarşısında qoyulmuş suallara əsasən, dini təyinatlı hesab edilir. 2) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmədinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyatların məzmununda dini ekstremizm fəaliyyətinə təhrik edən, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran məlumatlar mövcud deyildir. 3) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələrinin ekspert qarşısında qoyulmuş suallara əsasən, idxalına və satışına (yayılmasına) X24, Təqsirləndirilən şəxs3 və X9 Dini X91 Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir (cild 02, i.v. 47-61). 29 iyun 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 10 ünvanında keçirilmiş baxış zamanı aşkar edilmiş əşyaların baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq protocol tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli “Toshiba” markalı noutbuk kompüteri. Kompüter işlək vəziyyətə gətirildi. Kompüterin yaddaşında olan qovluqlara baxış keçirildi. Qovluqlarda “mp3” formatlı musiqi faylları, ali təhsillə bağlı dərsliklərinə aid elektron yazılar va iş üçün əhəmiyyət kəsb etməyən digər fayllar müəyyən edildi. 2. Baxışa təqdim olunan 01 (bir) ədəd parıltılı ağ rəngli “HP” markalı noutbuk kompüteri. Kompüter işlək vəziyyətə gətirildi. Kompüterin ilkin ekran şəklində “ağasan” sözləri qeyd olunmuşdur, növbəti əsas pəncərə açıldı. Kompüterin ümumi ekranındakı qovluqlara baxış keçirildi. Qovluqlarda ali təhsillə bağlı dərsliklərinə aid elektron yazılar va iş üçün əhəmiyyət kəsb etməyən digar fayllar müəyyən edildi. 3. Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli “Dell” markalı noutbuk kompüteri. Kompüter işlək vəziyyətə gətirildi. Kompüterin ümumi ekranındakı qovluqlara baxış keçirildi. Qovluqlarda ali təhsillə bağlı dərsliklərinə aid elektron yazılar və iş üçün əhəmiyyət kəsb etməyən digar fayllar müəyyən edildi. 4. Baxışa təqdim olunan 01 (bir) ədəd ağ parıltılı rəngli üzərinə “Borfone Bud 1 8G” sözləri yazılmış kiçik ölçülü yaddaş qurğusu. Yaddaş qurğusu “Lenova” markalı kompüterə qoşularaq işə salındı. Yaddaş qurğusu daxilində ailə-məişət zəmnində foto şəkillərin olduğu müəyyən olundu. 5. Baxışa təqdim olunan 01 (bir) ədəd qara rangli üzərinə “Silicon Power” sözləri yazılmış kiçik ölçülü yaddaş qurğusu. Yaddaş qurğusu “Lenova” markalı kompüterə qoşularaq işə salındı. Yaddaş qurğusunun daxilində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat mövcud deyil. 6. Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli qoruyucu hissəsi parıltılı ağ rəngli olan üzərinə “Bıyetım” sözləri qeyd olunmuş kiçik ölçülü yaddaş qurğusu. Yaddaş qurğusu “Lenova” markalı kompüterə qoşularaq işə salındı. Yaddaş qurğusunun daxilində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat mövcud deyil. 7. Baxışa təqdim olunan 01 (bir) ədəd açıq mavi rəngli “Allaha güvan açnma” və “Believe in yourself” sözləri yazılmış qeyd kitabçası. Qeyd kitabşasında “Data gate” informasiya təhlükəsizlik kurslarına dair məlumat əks olunmuşdur. Bundan başqa iş üçün əhəmiyət kəsb edən hər hansı məlumat aşkar edilmədi (cild 02, i.v. 71-72). “Əşyaların təhvil verilməsi barədə” 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPMnin 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili X11 iştirakı ilə Təqsirləndirilən şəxs3 özünə 1 (bir) ədəd qara rəngli “Toshiba” markalı, 01 (bir) ədəd parıltılı ağ rəngli “HP” markalı, 1 (bir) ədəd qara rəngli “Dell” markalı noutbuk kompüterləri, 03 ədəd kiçik ölçülü yaddaş qurğuları, 01 ədəd açıq mavi rəngli üzərinə “Allaha güvən açnma” və “Believe in yourself’ sözləri yazılmış qeyd kitabçası və "xxxx" bank ASC-nin **********640253 və **********716058 saylı plastik bank kartlarını təhvil vermis, Təqsirləndirilən şəxs3 həmin əşyaları təhvil almışdır (cild 02, i.v. 74). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 13 iyun 2024-cü il tarixli, 3-16-16/2- 4/772 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələri ekspert qarşısında qoyulmuş suallara əsasən dini təyinatlı hesab edilir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmədinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələrinin ekspert qarşısında qoyulmuş suallara əsasən, idxalına və satışına (yayılmasına) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Dini X91 Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 14 may 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyatların məzmununda dini ekstremizm fəaliyyətinə təhrik edən, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran məlumatlar mövcud deyildir (cild 02, i.v. 75-85). 03 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, hal şahidlərinin iştirakı ilə ünvan 11 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı aşkar edilmişdir ki, ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 4 (dörd) mərtəbəli tikilidən ibarətdir, evin giriş qapısından daxil olduqda birinci mərtəbədə 1 dəhliz, 1 qaraj, 1 mətbəx, 2 yataq otağı, 1 qonaq otağı, 4 sanitar qovşağı, 2-ci mərtəbədə 3 yataq otağı, 1 mətbəx, 2 sanitar qovşağı, 3-cü mərtəbədə 1 qonaq otağı, 1 mətbəx, 1 yataq otağı, 1 balkon, 4-cü mərtəbədə 3 yataq otağı, 1 qonaq otağı vardır (cild 02, i.v. 91- 94). 05 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə polkovnik-leytenantı Əsgər Hacıyev, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059-1 nömrəli xidməti otağında, Şahid5 məxsus 01 ədəd qara rəngli “Xiaomi Redmi 12 Pro” markalı mobil telefonun baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: Baxışa təqdim olunan 01 ədəd qara rəngli “Xiaomi Redmi 12 Pro” markalı mobil telefon aparatı. Mobil telefonun arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Mobil telefon 2 simkartlıdır və onlardan birinə "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-**saylı mobil nömrə quraşdırılıb. Mobil telefonun imei kodları “İMEİ1: **********81070 və “İMEİ2: **********81088-dür. Daha sonra telefon işlək vəziyyətə gətirilmiş və telefonun əsas menyusuna baxış keçirilmiş, telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 02, i.v. 99). “Əşyaların təhvil verilməsi barədə” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər işlər üzrə baş müstəntiqi ədliyyə polkovnik-leytenantı Əsgər Hacıyev, Azərbaycan Respublikası CPM-in 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059-1 saylı xidməti otağında, Şahid5 özünə 1 (bir) ədəd qara rəngli “Xiaomi Redmi 12 pro” markalı mobil telefonu təhvil vermiş, Şahid5 həmin telefonu təhvil almışdır (cild 02, i.v. 101). 11 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Ülvi Cahangirli ədliyyə kapitanı, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6030-1 nömrəli xidməti otağında, Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-nin LeoBank **********931471 saylı və "xxxx" ASC-yə məxsus **********837254 saylı plastik bank hesab kartlarının və eyni zamanda həmin hesabların mədaxil və məxaric əməliyyatlarına dair çıxarış sənədlərə onun vəkili 12 saylı vəkil bürosunun vəkili X37 iştirakı ilə baxış keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırki protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: Baxışa təqdim olunan 02 ədəd plastik bank kartı. Bank kartlarından "xxxx" ASC-nin LeoBank **********931471 rəqəmləri və son istifadə tarixi 2027-ci ilin noyabr ayına qədər nəzərdə tutulub bundan başqa kartın arxa sol aşağı hissəsində *7773 Leobank.az yazıları mövcuddur. Kartın ön hiissəsində sol üst tərəfdə ağ rəngli Leobank, sağ aşağı küncündə isə VİSA sözləri qeyd olunmuşdur. Bundan başqa digər "xxxx" ASC-yə məxsus **********837254 rəqəmləri son istifadə tarixi 2026-ci ilin noyabr ayına qədər nəzərdə tutulub bundan başqa kartın üzərində ağ rəngdə “birbank, cachback və VİSA sözləri qeyd olunmuş və orta hissəsi qırmızı rəngdə dizayn verilmişdir. Kartların şəkli “Sony” markalı fotoapartla çəkilib “Epson” markalı printerdə çap olunaraq hazırkı protokola əlavə edildi. Baxışa təqdim olunan 01 ədəd "xxxx" ASC-nin LeoBank **********931471 hesabına məxsus mədaxil məxaric əməliyyatlarına dair sənədin səhifələri şərti olaraq 28 sayda rəqəmlədi. çıxarışın ilk səhifəsində Leobank UNİBANK X79 Səhmdar Cəmiyyəti, **********, Bakı ş, AZ1014, Rəşid Behbudov küçəsi 55 sözləri. Dövr - xx.xx.2021-xx.xx.2024, hesabın nömrəsi - AZ94UBAZ**********1010AZN001, KARTİ NÖMRƏSİ 40****1471, müştərinin adı - X38, müştərinin ünvanı - ünvan 12n adı - manat, dövr üzrə mədaxil əməliyyatlarının cəmi - 33926,88, dövr üzrə məxaric əməliyyatlarının cəmi - 339811,02 qeydləri vardır. Edilən əməliyyatlara dair çıxarış vərəqində - Tarix, Təyinat, Məbləğ, Komissiya, Balans adlı cədvəl bölgüsü vardır. Həmin cədvəl bölgüsündə müvafiq bank əməliyyatlarına uyğun köçürmələrə dair qeydlər mövcuddur. Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-nin LeoBank **********931471 hesabına məxsus mədaxil və məxaric əməliyyatlarına dair sənədin səhifələrinə baxış zamanı göstərdi ki, siyahı üzrə aşağıdakı cədvəldə qeyd olunan pul köçürmələri yalnız “İnstagram” sosial şəbəkəsindəki “risale-i-nur azərbaycan” adlı səhifəsi vasitəsilə müəllifi Seid Nursi olan “Risale-i-nur” külliyyatına daxil olan dini ədəbiyyatların satışı ilə bağlı əlaqədar kartın balansına köçürülən pul vəsaitləridir. Təqsirləndirilən şəxs2 adına Unibank ASC-nin hesabına edilən köçürmələr:
1. 01.11.2022, saat 09:32 – Təyinat: MilliÖn, Məbləğ: 14.00 AZN, Balans: 34.97 AZN
2. 01.11.2022, saat 17:40 – Təyinat: MilliÖn, Məbləğ: 20.00 AZN, Balans: 113.99 AZN
3. 30.12.2022 – Təyinat: Kamran Qafqaz, Məbləğ: 30.00 AZN, Balans: 30.00 AZN
4. 15.01.2023 – Təyinat: eManat, Məbləğ: 30.00 AZN, Balans: 85.17 AZN
5. 22.02.2023 – Təyinat: MilliÖn, Məbləğ: 30.00 AZN, Balans: 31.47 AZN
6. 10.04.2023 – Təyinat: MilliÖn, Məbləğ: 50.00 AZN, Balans: 448.98 AZN
7. 28.06.2023, saat 17:15 – Təyinat: Bank of Baku, Məbləğ: 35.00 AZN, Balans: 180.94 AZN
8. 25.09.2023, saat 19:57 – Təyinat: Birbank, Məbləğ: 10.00 AZN, Balans: 20.37 AZN
9. 12.01.2024 – Təyinat: Birbank, Məbləğ: 9.00 AZN, Balans: 36.79 AZN
10. xx.xx.2024, saat 15:41 – Təyinat: Birbank, Məbləğ: 38.00 AZN, Balans: 58.07 AZN Baxışa təqdim olunan 01 ədəd "xxxx" ASC-yə məxsus **********837254 hesabına məxsus mədaxil və məxaric əməliyyatlarına dair çıxarış səhifələri şərti olaraq 4 sayda rəqəmlədi. Sənədin ilk səhifəsində sol künc hissəsində Kapital Bank sözü orta istiqamətdə isə ödəniş kartı üzrə çıxarış qeyd olunmuşdur. Bundan başqa Müştəri - Təqsirləndirilən şəxs2, Kartın növü- Birbank Cashback plus, Kartın nömrəsi - 416973****7254, Hesabın valyutası - AZN, Çıxarışın dövrü - xx.xx.2023 - xx.xx.2024, Çıxarışın hazırlanma tarixi - xx.xx.2024 11:54:03 dəqiqədə, Balans - 71,13 Dondurulmuş limit - 0.00, Mövcud balans - 71.13 qeyd olunan cədvəl mövcuddur. Şərti işarələnmiş ilk səhifədən son səhifəyə qədər Əməliyyatın tarixi, Əməliyyatın məbləği, Məbləğ balans, Əməliyyatın aparılması üçün əsas və ünvan sözləri qeyd olunan cədvəl bölgüsü vardır. Həmin cədvəl bölgüsündə müvafiq bank əməliyyatlarına uyğun köçürmələrə dair qeydlər mövcuddur. Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********837254 hesabına məxsus mədaxil və məxaric əməliyyatlarına dair sənədin səhifələrinə baxış zamanı göstərdi ki, siyahı üzrə aşağıdakı cədvəldə qeyd olunan pul köçürmələri yalnız “İnstagram” sosial şəbəkəsindəki “risale-i-nur azərbaycan” adlı səhifəsi vasitəsilə müəllifi Seid Nursi olan “Risale-i-nur” külliyyatına daxil olan dini ədəbiyyatların satışı ilə bağlı əlaqədar kartın balansına köçürülən pul vəsaitləridir.
1. 19.01.2024 – Əməliyyat məbləği: 14 AZN, Balans: xx.xx.2024 tarixinədək 15 AZN
2. 02.02.2024 – Əməliyyat məbləği: 10 AZN, Balans: xx.xx.2024 tarixinədək 107 AZN
3. 01.03.2024 – Əməliyyat məbləği: 21 AZN, Balans: xx.xx.2024 tarixinədək 38.50 AZN
4. 05.04.2024 – Əməliyyat məbləği: 10 AZN, Balans: xx.xx.2024 tarixinədək 32.75 AZN
5. xx.xx.2024 – Əməliyyat məbləği: 10 AZN, Balans: xx.xx.2024 tarixinədək 35.33 AZN
6. 19.04.2024 – Əməliyyat məbləği: 10 AZN, Balans: xx.xx.2024 tarixinədək 31.13 AZN Baxış keçirilən sənədlər protokola əlavə edildi (cild 02, i.v. 104-124). 13 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Ülvi Cahangirli ədliyyə kapitanı, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, Təqsirləndirilən şəxs3 adına olan "xxxx" ASC-nin **********416508 saylı və "xxxx" ASC-yə məxsus **********750046 və **********930211 saylı plastik bank hesab kartlarının və eyni zamanda həmin hesabların mədaxil və məxaric əməliyyatlarına dair çıxarış sənədlərinə onun vəkili 12 saylı vəkil bürosunun vəkili X11 iştirakı ilə baxış keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: Baxışa təqdim olunan 03 ədəd plastik bank kartı. Bank kartlarından "xxxx" ASC-yə məxsus **********416508, "xxxx" ASC-nin **********750046 və **********930211 saylı hesabına məxsus mədaxil və məxaric əməliyyatlarına dair çıxarış sənədlərinin səhifələrinə baxış keçirildi. Hər bir bank kartının çıxarışına dair sənədlərinin cədvəl bölgüsündə müvafiq bank əməliyyatlarına uyğun köçürmələrə dair qeydlər mövcuddur. Baxış zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi bank kartlarının hesab köçürmələrinə dair məxaric və mədaxil hissəsində mövcud hesabları yalnız şəxsi gündəlik maddi tələbatı ilə əlaqədar istifadə etdiyi məbləğlərin olduğunu bildirdi (cild 02, i.v. 135-143). 15 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Ülvi Cahangirli ədliyyə kapitanı, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, şahid X6 iştirakı ilə 01 ədəd müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “İman və Küfür Müvazeneleri” adlı kitabın baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış nəticəsində müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd üzərində “İman və Küfür Müvazeneleri” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, İman ve X35 ve Dalalet Mukayeseleri müəllifi Bediüzaman SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları qeydləri mövcuddur. Kitab 215 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Neşriyyat SAN. TİC A.Ş. S. X65 san. Sitesi 4”lü. A blok kat:3 No:244 ikitelli/İstanbul/Türkiye ünvanı, daha sonra tel:+**********47-48 pbx, Fax: +**********49. Çap tarixi 2006-cı il qeyd olunmuşdur, kitabın əsas mətn hissəsi 5ci səhifə ilə başlayır, 213-cü səhifə ilə bitir. 214-215-ci səhifələr isə İçindəkilər (Mündəricat) hissədən ibarətdir (cild 02, i.v. 147). “Maddi sübut kimi tanımaq haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “İphone 15” markalı mobil telefon aparatı və "xxxx" ASC-nin LeoBank **********931471 saylı və "xxxx" ASC-yə məxsus **********837254 saylı plastik bank hesab kartlarının iş üzrə maddi sübut kimi tanınması və müvafiq qərar qəbul edilənədək cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 02, i.v. 148-149). “Maddi sübut kimi tanımaq haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatının iş üzrə maddi sübut kimi tanınması və müvafiq qərar qəbul edilənədək cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 02, i.v. 150). “Maddi sübut kimi tanımaq haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd qızılı rəngli “X102” markalı mobil telefon aparatının iş üzrə maddi sübut kimi tanınması və müvafiq qərar qəbul edilənədək cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 02, i.v. 151). 17 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Ülvi Cahangirli ədliyyə kapitanı, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, Şahid12 iştirakı ilə hərəsindən 01 ədəd olmaqla müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Uhuvvet Risalesi” və “İhlas Risaleleri” adlı kitabın baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan kiçik ölçülü 01 (bir) ədəd üzərində “Uhuvvet Risalesi” sözləri qeyd olunmuş üz qabığı boz və yaşıl rəngdə olan naxışlı kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, X26 SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları mövcuddur. Kitab 64 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Neşriyyat SAN. TİC A.Ş. S. X100. Fevzi Çakmak cad. No 16. K:3 Sefaköy İstanbul tel +**********56 Pbx. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstanbul tel +**********80, fax +**********31. Çap tarixi İstanbul-2005 qeyd olunmuşdur. 2. Baxışa təqdim olunan kiçik ölçülü 01 (bir) ədəd üzərində “İhlas Risaleleri” sözləri qeyd olunmuş üz qabığı sarı rəngdə olan naxışlı kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, X45 SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları mövcuddur. Neşriyyat SAN. TİC A.Ş. S. X100. Fevzi Çakmak cad. No 16. K:3 Sefaköy İstanbul tel +**********56 Pbx. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstanbul tel +**********80, fax +**********31 (cild 02, i.v. 154). 17 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Ülvi Cahangirli ədliyyə kapitanı, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, Şahid13 iştirakı ilə 01 ədəd kiçik ölçülü müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Rahmet ve Şefkat İlacları” adlı kitabın baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir.Baxış zamanı müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd kiçik ölçülü üzərində “Rahmet ve Şefkat İlacları” sözləri qeyd olunmuş üz qabığı tünd yaşıl rəngli naxışlı kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, “Rahmet ve Şefkat İlacları” müəllifi Bediüzaman SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları qeydləri mövcuddur. Kitab 169 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Nəşriyyat SAN. TİC A.Ş. S. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu/İstanbul tel +**********07- 5265512. Fax +**********31. Çap tarixi İstanbul -2004. Təkrar nəşr Nurlan NPM Bakı- 2007 sözləri qeyd olunmuşdur (cild 02, i.v. 157). “Əşyaların təhvil verilməsi barədə” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPMin 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili X11 iştirakı ilə Təqsirləndirilən şəxs3 özünə Kapital Bank ASC-yə məxsus **********416508, Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus **********750046 və **********930211 saylı plastik bank hesab kartları təhvil vermiş, Şirazlı X50 Bank ASC-yə məxsus **********416508, Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus **********750046 və **********930211 saylı plastik kartları təhvil almışdır (cild 02, i.v. 158). 18 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə polkovnik-leytenantı Əsgər Hacıyev, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında, Şahid14 iştirakı ilə müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Sözler” və “Mektubat” adlı kitabların baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd üzərində “Mektubar” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, “Mektubat” müəllifi Bediüzaman SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları qeydləri mövcuddur. Kitab 503 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Neşriyyat SAN. TİC A.Ş. S. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstnabul tel +**********07-5265512. Fax +**********31. Çap tarixi İstanbul -2003. Təkrar nəşr Nurlan Bakı-2005 sözləri qeyd olunmuşdur. 2. Baxışa təqdim olunan 01 (bir) ədəd üzərində “Sözler” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, “Mektubat” müəllifi Bediüzaman SAİD NURSİ qeydləri mövcuddur. Kitab 765 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə X25 cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstnabul tel 5277***-*******. Fax 5208231. Çap tarixi İstanbul -2000. Təkrar nəşr Nurlan Bakı-2002 sözləri qeyd olunmuşdur (cild 02, i.v. 162). 18 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müüm işlər üzrə baş müstəntiqi polkovnik-leytenantı Əsgər Hacıyev, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059-1 nömrəli xidməti otağında, Şahid15 iştirakı ilə 01 ədəd olmaqla müəllifi Said Nursi olan “Risale-i-nur” külliyatına məxsus “Asa-yı Musa” adlı kitabın baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan kiçik ölçülü 01 (bir) ədəd üzərində “Asa-yı Musa” sözləri qeyd olunmuş üz qabığı qırmızı rəngli kitab. Kitabın üst qabığında “Risale-i Nur Külliyyatından, X78 SAİD NURSİ və kitabın üz qabığının aşağı hissəsində Sözler” yazıları mövcuddur. Kitab 236 səhifədən ibarətdir. Kitabın ilk səhifəsində sol istiqamətdə Sözler Neşriyyat SAN. TİC A.Ş. S. X100. Fevzi Çakmak cad. No 16. K:3 Sefaköy İstanbul tel +**********56 Pbx. Nurosmaniye cad. Sorkun han. No 28/2 34410 Cağaloğlu / İstanbul tel +**********80, fax +**********31. Çap tarixi İsanbul-2005 və eyni zamanda təkrar nəşr Nurlar NPM Bakı - 2007 qeyd olunmuşdur (cild 02, i.v. 166). 19 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq, bu gün DTX-nin 6059 nömrəli xidməti otağında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 13 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş kompüterlərin baxışını keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə müvafiq olaraq hazırkı protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən olunmuşdur: 1. Baxışa təqdim olunan 01 (bir) ədəd qara rəngli “Samsung” markalı noutbuk kompüteri. Kompüter işlək vəziyyətə gətirildi. Kompüterin yaddaşında olan qovluqlara baxış keçirildi. İş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. 2. Baxışa təqdim olunan 01 (bir) ədəd parıltılı ağ rəngli “HP” markalı noutbuk kompüteri. Kompüter işlək vəziyyətə gətirildi. Kompüterin ümumi ekranındakı qovluqlara baxış keçirildi. İş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi (cild 02, i.v. 173). “Əşyaların təhvil verilməsi barədə” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, Azərbaycan Respublikası CPMin 51.1-51.5-ci maddələrinə müvafiq olaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, bu protokolu tərtib etmişdir ondan ötrü ki, bu gün DTX inzibati binasının 6059 saylı xidməti otağında, müdafiəçisi 12 saylı Vəkil bürosunun vəkili İsgəndərova qızının iştirakı ilə Təqsirləndirilən şəxs1 özünə 01 (bir) adəd qara rəngli “Samsung” markalı və 01 (bir) ədəd parıltılı ağ rəngli “HP” markalı noutbuklar təhvil vermis və Təqsirləndirilən şəxs1 həmin əşyaları təhvil almışdır (cild 02, i.v. 175). Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin rəisi cənab Həsən Mansurova ünvanlanmış 05 avqust 2024-cü il tarixli, 3-32/2-1088/2024 saylı məktubdan görünür ki, məktubun məzmunu “242990044 nömrəli cinayət işi üzrə “Məhkəmə dinşünaslıq ekspertizasının təyin edilməsi haqqında” 18 iyul 2024-cü il tarixli Qərara əsasən ünvanladığınız məktuba Dini X91 Dövlət Komitəsində baxılmış, təyin edilmiş dinşünaslıq ekspertizasının nəticələri barədə Dini X91 Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin eksperti X51 tərəfindən hazırlanmış rəy Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunur” şəklində olmuş, həmçinin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 1) Dinşünaslıq ekspertizasına təqdim olunmuş kitab və kitabçalar dini təyinatlı hesab edilir. 2) Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatlar dini ekstremist məzmuna malik deyildir. 3) Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatların istehsal edilməsi, satılması və ya yayma məqsədi ilə idxal edilməsi, satılması və ya yayılması üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Dini X91 Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir (cild 02, i.v. 180-182). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının 26 avqust 2024-cü il tarixli, 4/1148 nömrəli rəyindən görünür ki, 1) dinşünaslıq ekspertizasına təqdim olunmuş kitab və kitabçalar dini təyinatlı hesab edilir. 2) dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatlar dini ekstremist məzmuna malik deyildir. 3) Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatların istehsal edilməsi, satılması və ya yayma məqsədi ilə idxal edilməsi, satılması və ya yayılması üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Dini X91 Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir (cild 02, i.v. 188-191). “Maddi sübut kimi tanımaq haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, ümumilikdə 918 ədəd dini təyinatlı kitabların maddi sübut kimi tanınması və müvafiq qərar qəbul edilənədək saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır (cild 02, i.v. 195-196). 30 avqust 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Ülvi Cahangirli, hazırkı aktı həmin baş idarənin idarə rəisi ədliyyə polkovniki X68 ilə birlikdə tərtib etmişdir ona görə ki, ********* nömrəli cinayət işi üzrə 30 avqust 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, 30 aprel 2024-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus aşkar olunaraq müvafiq formada qablaşdırılaraq ümumilikdə 918 ədəd dini təyyinatlı kitab «Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün № 204» mətnli ştampla möhürlənmiş 06 ədəd karton qutuda təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi sübutlar otağına məsul şəxs olan ədliyyə polkovniki X48 təhvil vermişdir (cild 02, i.v. 197). “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunması haqqında qərar qəbul edilməsi və qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Şahid3, Şahid2, Şahid9 və X4 barələrində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 39.1.2-ci maddəsilə xitam verilməsi qərara alınmışdır (cild 02, i.v. 206-218). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyindən ibarət olan sübutları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda qismən təqsirli bildiklərini, dini təyinatlı ədəbiyyatları satmaq və yaymaq məqsədlərinin olmadığını bildirsələr də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və təqsirləndirilən şəxslərin özlərinə münasibətdə verdikləri ifadələrində səmimi olmamaları müəyyən edilmişdir. X84 haqqında Azərbaycan Respublikası qanunun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Belə ki, irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs1 birbaşa dini ədəbiyyatın satışını və yayılmasını həyata keçirən şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən əldə olunmuş səsli mesajlar və digər sübutlar müqayisəli tədqiq edilərkən müəyyən edilir ki, o, müxtəlif yerlərdə dini məzmunlu kitabları müvafiq icazə almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış və yaymaq məqsədilə əldə etmiş və həmin əməlin törədilməsində fəal iştirak etmişdir. Məhkəmə istintaqı zamanı səsli mesajlar tədqiq edilərkən R. Paşayev digər təqsirləndirilən şəxslərlə dini təyinatlı ədəbiyyatların qiymətlərinin bahalaşdığından digər şəxslərə satış məbləğinin neçə olmasını bildirir ki, bu da R. Paşayevin ittiham olunduğu əməli törətməsini tam sübuta yetirir. Baxış protokoluna əsasən, Paşayevin yaşadığı ünvanda çoxsaylı dini ədəbiyyatlı kitab və digər materiallar aşkarlanaraq götürülmüşdür. Həmin maddi sübutlar dini kitablardır ki, onların üzərində Dini X91 Dövlət Komitəsinin təsdiqləyici nəzarət nişanı mövcud deyildir. Azərbaycan Respublikası Dini X91 Dövlət Komitəsinin cinayət işinə əlavə edilmiş 05 avqust 2024-cü il tarixli məktubunda da qeyd olunur ki, təqsirləndirilən şəxslərin heç birinə belə ədəbiyyatları idxal edib yaymaq və satmaq üçün hər hansı razılıq verilməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının 26 avqust 2024-cü il tarixli, 4/1148 nömrəli rəyi də götürülmüş kitablardakı materialların məzmun etibarilə dini təyinatlı olduğunu və onların yayılması və satılmasının müvafiq icazə tələb etdiyini təsdiq etmişdir. Cinayət işinində olan sübutlar Təqsirləndirilən şəxs1 dini təyinatlı ədəbiyyatları qanunsuz olaraq satışa çıxardığını və onların yayılmasında fəal iştirak etdiyini sübuta yetirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 də törədilən cinayətdə rolu dini ədəbiyyatların satışını həyata keçirmək və yaymaq olmuşdur. Cinayət işindəki “Whatsapp” mobil tətbiqinə baxış, şahid ifadələri və digər sənədlərdən, özünün etiraf edici ifadəsi ilə məlum olur ki, o, qabaqcadan əldə olunmuş razılaşmaya uyğun olaraq ölkəyə dini kitablar gətirmiş və əldə edilmiş ədəbiyyatı digər şəxslərə çatdırmaq üçün şahid qismində dindirilmiş şəxslərdən istifadə etmiş və beləliklə həmin kitabların satışını və yayılmasını həyata keçirmişdir. Cinayət işi materiallarında mövcud olan telefon danışıqları və elektron yazışmaların təhlili göstərir ki, Təqsirləndirilən şəxs2 həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs3 ilə mütəmadi əlaqə saxlayaraq yeni gətirilmiş dini materialların paylanma planını müzakirə etmişdir. İnstagram sosial şəbəkəsində özlərinə məxsus profildə dini kitabları satmaq üçün paylaşım etdiyi və bir neçə şəxsə kitablar satdığını məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir. Cinayət işində olan sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs3 da ittihamda göstərilən cinayətin törədilməsində iştirak etmişdir. Belə ki, istintaq zamanı dindirilmiş şahidlərin ifadələrinə görə məhz Təqsirləndirilən şəxs3 əvvəlcə digər təqsirləndirilən şəxslərə dini ədəbiyyatın ölkəyə gətirilməsi və yayılması təşəbbüsünü təklif etmiş və instagram səhifəsini bu məqsədlə Təqsirləndirilən şəxs2 istifadəsinə vermişdir. “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən əldə olunmuş səsli mesajlar və digər sübutlar müqayisəli tədqiq edilərkən müəyyən edilir ki, o, müxtəlif yerlərdə dini məzmunlu kitabları müvafiq icazə almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış və yaymaq məqsədilə əldə etmiş və həmin əməlin törədilməsində fəal iştirak etmişdir. İstintaqla müəyyən edilib ki, Təqsirləndirilən şəxs3 dini kitab və materialları əldə edərək Bakı şəhəri və ətraf bölgələrdə yayılması və satılması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Təqsirləndirilən şəxs3 cinayət işinin materiallarındakı ifadəsində əməlini qismən etiraf edərək bildirmişdir ki, o, dini maarifləndirmə niyyətilə kitabların insanlara paylanmasına köməklik edib, lakin bunun üçün rəsmi icazə almağı lazım bilməmişdir. Lakin toplanmış digər sübutlar (o cümlədən Dövlət Komitəsinin rəyi) onların fəaliyyətinin tamamilə qanunsuz olduğunu, yəni yaydığı ədəbiyyatlara heç bir rəsmi icazə verilmədiyini təsdiq edir. Beləliklə, İ. Şirazlı dini təyinatlı ədəbiyyatın satışı və yayımı üzrə əməlin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etmişdir. Bundan savayı “Nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Risale-i Nur Azərbaycan” adlı “İnstagram” səhifəsinə müvafiq əfsanə altında müraciət etməklə yazışmalar aparılmış, Təqsirləndirilən şəxs2 həmin dini ədəbiyyatların satışını həyata keçirdiyini təsdiqləmiş və külliyata daxil olan kitabların nüsxələrini 140 AZN pul müqabilində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında çatdıra biləcəyini bildirmiş və razılıq əldə olunduqdan sonra əlaqə üçün faktiki istifadəsində olan 055 ***-**- ** mobil nömrəsini göndərmişdir. Əməliyyat axtarış orqanın subyektləri tərəfindən +**********00 saylı mobil telefon vasitəsilə həmin nömrəyə zəng olunmuş, kitabların alışverişi barədə danışıq aparılmış və malın təhvil-təslim edilməsinin vaxtı və yeri razılaşdırılmışdır. Qabaqcadan əldə olunmuş razılığa əsasən, külliyata daxil olan 14 kitabdan 12-si Bakı Dövlət Universitetinin yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində Təqsirləndirilən şəxs2 əlaqəsi - 2004-cü il təvəllüdlü Şahid3 100 (yüz) AZN pul ödəməklə götürülmüş və alqı-satqı prosesinin video çəkilişi aparılmışdır. Əldə olunmuş kitablara baxış keçirilən zaman onlardan dördünün 2007-2008-ci illərdə “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində çap olunduqları, digərlərinin isə Türkiyədən idxal edildikləri müəyyənləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərilən halları təsdiq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək və təqsirlərini boyunlarına almayaraq dini təyinatlı ədəbiyyatları yaydıqlarını bildirməsələr də, lakin ibtidai istintaq zamanı təqsirlərini boynuna alaraq həmin kitabların satışı və yayılmasına icazə almalı olduqlarından xəbərdar olmadıqlarını, kitabları digər şəxslərə dərsxanalarda oxuyaraq və müxtəlif yolla sataraq yaydıqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri inandırıcı və mötəbər hesab edir. Belə ki, ibtidai istintaq zamanı toplanılmış hər bir sübut onların həmin zaman vermiş olduqları ifadələrlə üst-üstə düşmüş və ziddiyətli hal yaratmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq və məhkəmə istintaqı zamanı dini təyinatlı ədəbiyyatları xarici ölkədən gələrkən özləri ilə gətirdiklərini və ya digər şəxslərə gətirilməsi üçün xahiş etdiklərini və ya trendyol vasitəsi ilə gətirdiklərini bildirmişdirlər ki, bu da X84 haqqında Azərbaycan Respublikası qanunun 22-ci maddəsindən göründüyü kimi həmin malların idxalı zamanı müvafiq icazənin alınmasını tələb edir. Lakin həmin kitabların idxalı zamanı müvafiq icazə tələb olunduğunu bilmədiklərini bildirsələr də, məhkəmə onların göstərdiyi bu nüansa tənqidi yanşaraq məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsinə əsasən Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair protokolla, iş materiallarında olan videogörüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır; 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə edilə bilər; 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər; Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin İİİ idarəsinin mühüm işlər üzrə baş müstəntiqləri ədliyyə baş leytenantı Ülvi Cahangirli, ədliyyə polkovnik-leytenantı Əsgər Hacıyev, ədliyyə mayoru Tural Məmmədyarov və müstəntiqi ədliyyə kapitanı Həsən Quliyevdən ibarət istintaq qrupu yaradılmış, cinayət işi mühüm işlər üzrə baş müstəntiq ədliyyə baş leytenantı Ülvi Cahangirli tərəfindən icraata qəbul edilmiş və istintaq qrupuna rəhbərlik ona tapşırılmışdır (cild 01, i.v. 1-3). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə cinayət işi başlanmış cinayət işi icraata qəbul edilərək, istintaq qrupunun üzvləri - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Əsgər Hacıyev, Tural Məmmədyarov və müstəntiqi Həsən Quliyevlə birlikdə dərhal ibtidai istintaqı aparılmışdır (cild 01, i.v. 4). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 01, i.v. 98-99). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 106-107). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 01, i.v. 124-125). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 131-132). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 01, i.v. 149-150). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 156-157). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 160). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 161). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 162). Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 1043 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Göyçay şəhərində doğulmuşdur. xx.xx.1999-cu ildə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 73 saylı doğum haqqında akt qeydi tərtib olunmuş, atası X27, anası X1r (cild 02, i.v. 63). Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 5-46-26/2-051/2024 nömrəli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs2 nümayəndəlik ərazisində yaşadığı dövrdə, özünü adi bir sakin kimi tanıtmış, o, ailəsinə qarşı münasibətdə mehriban və qayğıkeş, nümayəndəlik ərazisində yaşayan sakinlər ilə münasibətdə diqqətli və ünsiyyətli olmuşdur. Bu günədək, onun barəsində Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər hansı mövzuda heç bir şikayət daxil olmamışdır (cild 02, i.v. 64). Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 5-46-26/2-050/2024 nömrəli arayışından görünür ki, Göyçay rayon Qarabaqqal kənd sakini 1998-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 ailə üzvləri anası X2 və bacısı X39 onun öhdəsindədir (cild 02, i.v. 65). “X74” MTK tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 108 nömrəli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı müddətdən bu günədək nə MTK ilə nə də qonşularla heç bir problem yaşamamışdır, özünü sakit təbiətli mülayim bir şəxs kimi tanıtmışdır (cild 02, i.v. 69). “X74” MTK tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 107 nömrəli arayışdan görünür ki, Yasamal rayonu, Moskva prospekti, 3168 məhəllə ünvanında yerləşən 25 saylı binanın 18-ci mərtəbəsində yerləşən 77 saylı mənzilin sahibi Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə həmin mənzildə qeydiyyatsız yaşayır (cild 02, i.v. 70). Doğum haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.1993-cü ildə Ağsu rayonunda anadan olmuşdur, bu barədə doğum səh. 06 kitabında qeydiyyat aparılmışdır. X7 və anası X13r (cild 02, i.v. 186). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 219-220). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 232-233). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 246-247). "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 binada yaşadığı müddət boyunca bina sakinləri ilə xoş və mehriban rəftar etmiş və bu müddət ərzində bina sakinləri tərəfindən haqqında heç bir şikayət olmamışdır (cild 02, i.v. 258). "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən ünvan 15 ünvanında dostları Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 ilə birgə qeydiyyatsız yaşayırlar (cild 02, i.v. 259). 010527 nömrəli vəsiqənin surətindən görünür ki, X18 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Göyçay RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X30 döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, hərbii hissədə müayinə və müalicə olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı müddət ərzində qonşuları tərəfindən barəsində heç bir şikayət daxil olmaması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı müddət ərzində qonşuları tərəfindən barəsində heç bir şikayət daxil olmaması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 yaşadığı müddət ərzində qonşuları tərəfindən barəsində heç bir şikayət daxil olmaması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 167-2.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 167-2.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi AR CM-nin 167-2.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 450 (dörd yüz əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd 01 ədəd “X102” markalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 15” markalı mobil telefon aparatı və "xxxx" ASC-nin LeoBank **********931471 saylı və "xxxx" ASC-yə məxsus **********837254 saylı plastik bank hesab kartları hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış DTX İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 918 ədəd dini təyinatlı kitablar hökm qanuni qüvvəyə mindikdən sonra Dini X91 Dövlət Komitəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsindəki “risale_i_nur_azerbaycan” səhifəsindən müvafiq olaraq Dini X91 Dövlət Komitəsinin icazəsi olmadan X55 “Risalie-i Nur” külliyatından dini təyinatlı ədəbiyyatların satışından əldə olunmuş 200 manat şəxsi gəliri xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X31 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd 01 ədəd “X102” markalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 15” markalı mobil telefon aparatı və "xxxx" ASC-nin LeoBank **********931471 saylı və "xxxx" ASC-yə məxsus **********837254 saylı plastik bank hesab kartları hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış DTX İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 918 ədəd dini təyinatlı kitablar hökm qanuni qüvvəyə mindikdən sonra Dini X91 Dövlət Komitəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsindəki “risale_i_nur_azerbaycan” səhifəsindən müvafiq olaraq Dini X91 Dövlət Komitəsinin icazəsi olmadan X55 “Risalie-i Nur” külliyatından dini təyinatlı ədəbiyyatların satışından əldə olunmuş 200 manat şəxsi gəliri xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 450 manat - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 06 iş saatına görə 66 manat olmaqla, cəmi 366 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mirsadiq Seyidov