Məhkəmə qərarları › İş №1(004)-692/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-692/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-692/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə edilmək yolu ilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 ünvanında yerləşən “Spar” market mağazasının yanından olarkən, yerdən tapdığı, üzərində “FİDAN NİFTALİYEVA" adı, on dörd rəqəmli rəqəmli hesab nömrəsi, bitmə tarixi və üç rəqəmli təhlükəsislik kodu olan, vət. Zərərçəkmiş şəxs qızma məxsus "xxxx" ASC-yə aid 4169- 7388******-5132 saylı plastik kartın başqasına aid olmasını görüb və sahibinə qaytarmaq üçün heç bir hərəkət etməyərək, bilə-bilə üzərində saxlamaqla qanunsuz sahiblik hüquqlarını əldə etmiş, həmin plastik kartın elektron məlumat daşıyıcılarından istifadə etməklə, həmin tarixdə saat 12:20-də ünvan 3 ünvanında yerləşən “Kiosk 060" köşkündən 3,20 manat, həmin tarixdə saat 12:22-də ünvan 3 ünvanında yerləşən “Kiosk 060” köşkündən 1 manat, həmin tarixdə saat 12:38-də Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 4 ünvanında yerləşən “Spar Market" mağazasından 7,90 manat, həmin tarixdə saat 12:39da Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 4 ünvanında yerləşən “Spar Market" mağazasından 1,80 manat, həmin tarixdə saat 13:23-də ünvan 5 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 49,99 manat, həmin tarixdə saat 13:30-da ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 49,94 manat, həmin tarixdə saat 13:33-də ünvan 6 ünvanında yerləşən "AGAMMADOV E" mağazasından 2,40 manat, həmin tarixdə saat 13:35-də ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E" mağazasından 9 manat, həmin tarixdə saat 13:38-də ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 7,40 manat, həmin tarixdə saat 13:41-də ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 9,60 manat, həmin tarixdə saat 15:15-də ünvan 7 ünvanında yerləşən "YOL MARKET” mağazasından 48,40 manat, həmin tarixdə saat 15:16-da ünvan 8 ünvanında yerləşən “YOL MARKET" mağazasından 0,10 manat, həmin tarixdə saat 17:27-də ünvan 9 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29" mağazasından 50 manat, həmin tarixdə saat 17:27-də ünvan 10 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29" mağazasından 64 manat, həmin tarixdə saat 17:50-də ünvan 9 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29" mağazasından 50 manat, həmin tarixdə saat 17:51-də ünvan 9 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29" mağazasından 43,35 manat və həmin tarixdə saat 18:26-da ünvan 11 ünvanında yerləşən “SAFSU MARKET” mağazasından 4.10 manat olmaqla ümumilikdə 402,18 manat məbləğində pulu nağdsız alış-veriş etmə üsulu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 402,18 (dörd yüz iki manat on səkkiz qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı ünvan yaxınlığında, yəni Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən “Spar" marketə getmiş, həmin marketin yaxınlığında yerdə “Kapital Bank" ASC-yə məxsus bir ədəd plastik kart görmüşdür. Həmin kartı götürərək özündə saxlamış və bu barədə heç kimə bildirməmişdir.Maddi vəziyyəti pis olduğundan məqsədi həmin kartdan istifadə edib marketdən evinə bazarlıq etmək ərzaq məhsulları almaq olmuşdur. Bu məqsədlə o, həmin günü təxminən saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Kiosk 060” köşkündən 3,20 manat və 1 manatlıq ərzaq məhsulları almaqla alışveriş etmişdir. Sonra həmin günü təxminən saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən “Spar Market” mağazasından 7,90 manat və 1,80 manatlıq ərzaq məhsulları almaqla alış-veriş etmişdir. Sonra həmin günü təxminən saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “AGAMMADOV E” mağazasından 49,99 manat, 49,94 manat, 2,40 manat, 9 manat, 7,40 manat və 9,60 manatlıq ərzaq məhsulları almaqla alış-veriş etmişdir. Sonra həmin günü təxminən saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu Talıblı küçəsində yerləşən “YOL MARKET” mağazasından 48,40 manat və 0,10 manatlıq ərzaq məhsulları almaqla alış-veriş etmişdir. Sonra həmin günü saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “OBA MARKET YASAMAL 29” mağazasından 50 manat, 64 manat, 50 manat və 43,35 manatlıq ərzaq məhsulları almaqla alış-veriş etmişdir. Sonuncu dəfə isə həmin günü saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “SAFSU MARKET” mağazasından 4,10 manatlıq ərzaq məhsulları almaqla alış-veriş etmişdir. Hər dələ bir maketə daxil olduqda alış-veriş etmiş və pulunu isə tapdığı həmin "xxxx" ASC-yə məxsus plastik kartdan istifadə etməklə mağazada olan post terminallar vasitəsilə aldığı məhsulların pulunu ödəmişdir. Sonuncu dəfə alış-veriş etdikdən sonra bir daha həmin "xxxx" ASC-yə məxsus plastik kartdan istifadə etməmiş və həmin kartı da hara atdığını xatırlamamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı ünvana polis əməkdaşları gəlmiş, özlərini təqdim edərək və onu plastik kartdan oğurluq etməkdə şübhəli olduğunu deyib Yasamal RPİ-nin 28-ci polis şöbəsinə dəvət etmişlər. Orada onunla sorğu-sual olunmuş və o, da etdiyi əməlini etiral etmişdir. Aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, tapdığı "xxxx" ASC-yə məxsus plastik kartı Zərərçəkmiş şəxs qızma məxsus olmuşdur. O, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, tapdığı həmin kartda hansısa bir məbləğdə pul olmasını bilməmiş, həmçinin kartın şifrəsi də olmadığından hər hansı bir terminala belə daxil etməmiş, ona görədə ilk başdan kartdan posterminal vasitəsilə təmassız ödəniş üsulu kimi xırda məbləğlərdə alış-veriş etmiş, sonra isə qorxduğu üçün kartı atmışdır.Sonuncu dəfə həmin hesabdan 4,10 manat pul mağazada posterminal vasitəsilə alış-veriş etməklə oğurlandıqdan sonra həmin kartı atmış, buna görə də, növbəti dəfə həmin kart ilə alış-veriş etmək üçün istifadə etməmiş və buna cəhd belə etməmişdir.Bundan başqa heç bir yerdə cinayət hadisəsi törətməmişdir.O, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 21 avqust 2025-ci il tarixdə “Bakı Biznes Universiteti”nin yaxınlığında olarkən ona məxsus "xxxx" ASC-yə aid 4169*******5132 saylı plastik kartı itirmişdir. Həmin gün axşam saatlarında onun telefonuna ona məxsus "xxxx" ASC-yə aid 4169*******5132 saylı plastik kart hesabından müxtəlif məbləğlərdə pulların çıxarılması barədə bildiriş gəlmişdir. Onun kart hesabından “KİOSK 060”, “Spar Market”, “SAFSU Market” və “Mado” adlı yerlərdə cəmi 408 manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra kart hesabından 408 manat pulunun naməlum şəxs tərəfindən oğurlanması barədə polisə müraciət etmişdir. Aparılan araşdırma zamanı kartından 408 manat pulu ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənildiyini və onunla barışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 13 ünvanında yerləşən “Oba” market və ünvan 14nda yerləşən “Saf su” marketdir. (i.v. 10-13) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:27 radələrində bir nəfər qadın cinsli şəxsin marketdə alışveriş etməsi, daha sonra kassaya yaxınlaşaraq əlində saxladığı "xxxx" ASC-nə məxsus kartı terminala yaxınlaşdıraraq ödəniş etməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə əks olunan və kartla ödəniş edən şəxs özüdür, həmin gün səhər saatlarında tapdığı tanımadığı şəxsə məxsus bank kartı ilə mağazadan alış-veriş edib həmin kart vasitəsi ilə ödəniş etmişdir. (i.v. 16) “Təqdim olunmuş bank çıxarışına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Kapital Bank» ASC-nə məcsus 4169 7388 **** 5132 nömrəli kart çıxarışına sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi “Kapital Bank» ASC-nə məcsus 4169 7388 **** 5132 nömrəli kart çıxarışda xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kiosk 060” köşkündən 3,20 manat, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kiosk 060” köşkündən 1 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 4 ünvanında yerləşən “Spar Market” mağazasından 7,90 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən “Spar Market” mağazasından 1.80 manat, xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 49,99 manat, xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 49,94 manat, xx.xx.2025-ci il tarixdə ünvan 15 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 2,40 manat, xx.xx.2025-ci il tarixdə ünvan 16 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 9 manat,xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 7,40 manat, xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “AGAMMADOV E” mağazasından 9,60 manat, xx.xx.2025-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “YOL MARKET” mağazasından 48,40 manat, xx.xx.2025-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “YOL MARKET” mağazasından 0.10 manat, xx.xx.2025-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29” mağazasından 50 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 51 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29” mağazasından 64 manat. xx.xx.2025-ci il tarixdə ünvan 18 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29” mağazasından 50 manat, xx.xx.2025-ci il tarixdə ünvan 19 ünvanında yerləşən “OBA MARKET YASAMAL 29” mağazasından 43,35 manat, xx.xx.2025-ci il tarixdə ünvan 11 ünvanında yerləşən "SAFSU MARKET” mağazasından 4,10 manat olmaqla ümumilikdə 402,18 manat məbləğində pulu məxaric olunması müəyyən olundu. (i.v. 108) “Təqdim olunmuş mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi «İphone 11 Pro» markalı mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefonun "xxxx" MMCyə məxsus 055- 400-47-587 nömrə ilə qeydiyyatdan keçmiş «Birbank» mobil tətbiqinə daxil olduqda xx.xx.2025-ci il tarixdə 12:20-də “Kiosk 060" köşkündən 3,20 manat, saat 12:22-də "Kiosk 060” köşkündən 1 manat, saat 12:38-də “Spar Market” mağazasından 7,90 manat, saat 12:39-da “Spar Market” mağazasından 1,80 manat, saat 13:23-də “AGAMMADOV E” mağazasından 49,99 manat, saat 13:30-da “AGAMMADOV F" mağazasından 49,94 manat, saat 13:33-də “AGAMMADOV E” mağazasından 2.40 manat, saat 13:35-də “AGAMMADOV E" mağazasından 9 manat, saat 13:38-də “AGAMMADOV E” mağazasından 7,40 manat, saat 13:41-də “AGAMMADOV F" mağazasından 9,60 manat, saat 15:15-də “YOL MARKET” mağazasından 48,40 manat, saat 15:16-da “YOL MARKET” mağazasından 0,10 manat, saat 17:27-də “OBA MARKET YASAMAL 29" mağazasından 50 manat, saat 17:27də OBA MARKET YASAMAL 29” mağazasından 64 manat, saat 17:50-də “OBA MARKET YASAMAL 29" mağazasından 50 manat, saat 17:51 -də “OBA MARKET YASAMAL 29" mağazasından 43,35 manat saat 18:26-da “SAFSU MARKET” mağazasından 4.10 manat olmaqla ümumilikdə 402,18 manat məbləğində nağdsız alış-veriş müəyyən olunmuşdur. (i.v. 110) “İfadənin yerində yoxlanılması barədə” 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərib bir daha təstiq etmişdir. (i.v. 116-121) “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə hadisə yerinə baxış zamanı “Oba” marketdən əldə olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC-nə məxsus 4169 7388 **** 5132 nömrəli kart çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 124-130) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da tutulmuşdur. (i.v. 53-54) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 84-85) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 86-88) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 102-103) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd DVD disk və "xxxx" ASC-nə məxsus 4169 7388 **** 5132 nömrəli kart çıxarışı cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdən 13 sentyabr 2025-ci il tarixədək olan 01 (bir) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyan vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 12 sentyabr 2025-ci il tarixdən 13 sentyabr 2025-ci il tarixədək olan 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk və "xxxx" ASC-nə məxsus 4169 7388 **** 5132 nömrəli kart çıxarışı cinаyət işinin mаtеriаllаrındа saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar