Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-693/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Baki şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, X7 ev 55 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyl miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 23 sentyabr 2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri. Nəsim rayonu “Kubinka” adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 1' manat müqabilində satış məqsədi olmadan, 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkis 0,482 qram ağ rəngli krsitallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotroj maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, həmiı gün saat 11:05-də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmi əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanının qarşısında saxlanılmış, həmin yerdə üstünü yoxlanılması zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofa bükümdə təmiz çəkisi 0,482 qram olan, küstar üsulla hazırlanmış psixotrop madd metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə aludəçisidir, təxminən 2007-ci ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 23 sentyabr 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlanan ərazisində, üzdən tanıdığı, lakin yaşadığı ünvanı və şəxsiyyəti ona məlum olmayan kişi cinsli bir şəxsdən özünün istifadəsi üçün 10 manat pulun müqabilində 01 ədəd şəffaf selofan bükümdə «patı» kimi tanınan psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır ki, sonra təklikdə istifadə edər. Həmin gün saat 11:05 radələrində ünvan 4 ünvanın qarşısından piyada keçən zaman polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərkən onların Yasamal rayon polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına dair şübhələr olduğundan üzərini yoxlayacaqlarını, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək və üzərini yoxlayacaqlarını, yəni üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Həmçinin ona üzərinin yoxlanması prosesinin videoyazıya alınacağını bildirilmiş, o, etiraz etməmişdir. Üzərinin yoxlanması zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və eləcə də cinayət xarakterli digər əşya, predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən, özünə məxsus 01 ədəd şəffaf selofan bükümdə, içərisində psixotrop maddə hesab edilən metamfetamin maddəsi olan bükümü çıxarıb təqdim emişdir.İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər, Yasamal RPİ-nin 26-cı PB- nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 23 sentyabr 2025-ci il tarixdə o, 26-cı PŞ-nin baş əməliyyat müvəkkli, polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1dan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 11:05 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlçrini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər.Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs özünü təqdim etdikdən sonra onun üstünün yoxlanılmasını bildirmişlər. Daha sonra video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs təklif olunmuşdur ki,üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin.Onların təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf rəngli sellofana bükülmüş, psixotrop maddəyə bənzər maddəni təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu 23 sentyabr 2025-ci il tarizdə səhər saatlarında Nəsimi rayonu, «Kubinka» adlanan ərazisindən üədən tanıdığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da, iş üzrə digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2025-ci il tarixdə saat 11:05 dəqiqədən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 31). «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (İ/V. 12- 13). Məhkəmə iclasında qeyd edilən əməliyyat-axtarış tədbirinin qeyd alındığı diskə baxış keçirilən zaman həmin diskdə 01 ədəd 23 sentyabr 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 11:05-da ünvan 6 ünvanı qarşısında saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiyəçiyə malik olmaq hüququ izah edildi.Daha sonra video çəkilişdən istifadə olunmaqla paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxladığı yerdə üstünü yoxlamağa başlandı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri təqdim erməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf rəngli sellofana bükülmüş, psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim edir. Məhkəmə iclasında CD diskə baxıç keçirilən zaman 01 ədəd 23 sentyabr 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Həsənağa Tahirovun üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərilə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Kubinka adlanan yerdən üzdən tanıdığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığım bildirir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 81). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3152 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs (imza) sözləri olan zərfdəki bir ədəd ədəd bükümdə təmiz çəkisi 0,482 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 48-51). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ/V. 109-110). Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Tahirov Həsənbala Sərdar oğlu sonuncu dəfə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli 1(003)-184/2022 hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 137-140). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X1 24 sentyabr 2025-ci il tarixli 5976 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-ndən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 166-167). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 sentyabr 2025-ci il tarixli 3301 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunamamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə və ətrafındakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxshazır ki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İ/V. 170-171). Məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2025-ci il tarixli 823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ/V. 121-122). Yasamal Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16- 5/8-14-3839/25 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs subaydır. (İ/V. 173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdən alınmış 06 oktyabr 2025-ci il tarixli 10849 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən ambulator məcburi narkoloji tibbi yoxlamadan keçsmiş, narkoloji qeydiyyatdadır.Diaqnoz: «Opioid və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu» Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən BŞNM-də qeydiyyatdadır. (İ/V. 163). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Hüquqi şəxsdən alınmış xx.xx.2025-ci il tarixli 1/5122 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri, 2 nömrəli X2 müraciət etməyib. (İ/V. 164). Azərbaycan Respublikası Səhiyyə Bakı şəhəri Narkoloji Mərkəzi publik hüquqi şəxsdən alınmış 2 oktyabr 2025-ci il tarixli 706 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (İ/V. 144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsdən alınmış 1 oktyabr 2025-ci il tarixli 3-28-29/2- 9273/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (İ/V. 141). “Sübutların qiymətləndirilməsi haqqında” 1 dekabr 2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,482 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tannmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,432 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 193-202). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-9336/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 01 ay 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-693/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edib özündə saxlaması, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə iclasında etiraf etməsi halını və əməlindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə təqsirləndirilən şəxsə daha ağır növdə cəzanın təyin edilməsini eyni zamanda onun şəxsiyyətini səciyyələndirən mənfi hallarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işinin istintaqı və məhkəmədə həmin işə baxılan zaman Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 01 ay 20 gün müddətinə inzibati həbs növündə cəza təyin olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,432 qram psixotrop maddə metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili Müdafiəçi vəkil işlədiyi «Zəfər» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 693/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Zəfər» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümum ilikdə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,432 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Zəfər» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-693/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-693/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver