Məhkəmə qərarları › İş №1(004)-696/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-696/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-696/2025 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlunun iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ucar rayonu, Əlikənd ərazi dairəsi, Ramal kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 38a ünvanında yaşamış, barəsində digər cinayət işi üzrə qəbul edilmiş hökmə əsasən Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırkı cinayət işi üzrə etap edilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 «Asəf Zeynallı» adına Musiqi kollecinə direktor müavini vəzifəsinə təyin etdirməyə köməklik edəcəyi barədə yalan vəd verib, inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin oktyabr ayının əvvəlində ünvan 2 ünvanında yerləşən Mərkəzin Bankın inzibati binasının yanında Zərərçəkmiş şəxs1 məxsus pulu sonunucunun yanında tanışı Şahid2 1.000 manat, 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 19 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binanın qarşısında Zərərçəkmiş şəxs1 500 manat, 2024cü ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 məxsus pulu sonunucunun yanında tanışı Şahid2 2.500 manat, 18 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 6 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində Zərərçəkmiş şəxs1 mobil bank tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid 5522-0993-6814-3574 nömrəli bank kartına göndərdiyi 1.000 manat, 23 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində ünvan 6 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində Zərərçəkmiş şəxs1 mobil bank tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid 5522-0993-6814-3574 nömrəli bank kartına göndərdiyi 300 manat, 04 noyabr 2025-ci il tarixdə, saat 13 radələrində ünvan 7 ünvanında yerləşən «Axundov bağı» parkında Zərərçəkmiş şəxs1 mobil bank tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid 5522-0993-6814-3574 nömrəli bank kartına göndərdiyi 500 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 5.800 manat məbləğində xeyli miqdarda maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 qohumuna sürücülük vəsiqəsi almaqda köməklik edəcəyi barədə yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 09 fevral 2025-cı ıl tarixdə, saat 12:46-da Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-58**-****-0876 nömrəli bank kartına göndərdiyi 500 manat pulu, 2025-ci ilin fevral ayının sonlarında sonlarında müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli bank kartına və Azərbaycan Beynəlxalq Bankı» ASC-yə aid 5522-****-****-9839 nömrəli bank kartına hissə-hissə göndərdiyi ümumilikdə 700 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçökmiş səxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə zabit rütbəsi ilə işə qəbul etdirməyə köməklik edəcəyi barədə yalan vəd verib, inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 20 fevral 2025-ci il tarixdə, saat 23:00-da Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-5844- 6526-2333 nömrəli bank kartına göndərdiyi 2.000 manat pulu, 25 fevral 2025-ci il tarixdə, saat 09:49-da Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında olarkən mobil bank tətbiqi vasitəsilə «Leo» banka aid 4098-5844-6526- 2333 nömrəli bank kartına göndərdiyi 1.500 manat pulu və 2025-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, M.Xİyabani küçəsi 11, «Jasmin Park» yaşayış kompleksində yerləşən «Ucuz store» mağazasında quraşdırılmış “Milli ön" elektron ödəniş sistemi vasitəsilə Zərərçəkmiş şəxs2 «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli bank kartına göndərdiyi 700 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2024-cü ilin təxminən sentyabr ayından tanıyır, Rənanı rəfiqəsi Mədinənin vasitəsi ilə tanımışdır. Rənanın Musiqi məktəbində fortepiano müəlliməsi kimi işləməsini bilmiş, tanışı Mədinə və Rəna ilə müxtəlif vaxtlarda görüşüb bir yerdə vaxt keçirərək söhbətləşmiş, bir birinin işləri ilə maraqlanmışlar. 2024-cü ilin sentyabr ayının sonlarında onun Rərıa ilə səmimi münasibəti yarandığından, Rənanın rəsmi iş yeri olduğu üçün xahiş etmişdir ki, öz adına mobil telefon mağazasından “Samsung S-24 Ultra” markalı mobil telefon aparatı ilkin ödənişsiz kreditə götürsün, aylıq kredit pulunu isə özü ayba-ay ödəyib krediti bağlayar. Rəna da ona inandığı üçün onunla razılaşmış, birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyası yaxınlığında yerləşən “Baku Elektronics” mağasına gedərək orada bir ədəd təzə qutunun içində “Samsung S-24 Ultra” markalı mobil telefon aparatını seçmiş, həmin mobil telefonun qiyməti 24 aylıq, hər ayı 120 manat olmaqla ümumilikdə 2.880 manat təşkil etmişdir. Həmin mobil telefonun kreditini Rənanın adına sənədləşdirib həmin mağazanın içərisində Rənadan götürmüş, özü istifadə etməyə başlamış, sonra mobil telefonun kreditini ardıcıl iki ay hər ay 120 manat olmaqla cəmi 240 manat ödəniş etmiş, sonralar yəni 2024-cü ilin dekabr ayından maddi imkanı olmadığından telefonun aylıq ödənişini ödəyə bilməmiş, həmin mobil telefonun aylıq kredit ödənişlərini isə Rəna özü ödəmişdir. Bundan başqa 2024-cü ilin təxminən oktyabr ayında Rənanın yüksək ixtisaslı və savadlı musiqi müəlliməsi olduğunu görüb, Rənaya nəyə görə Musiqi məktəblərinin birinə direktor və ya direktor müavini vəzifəsinə keçmədiyini soruşmuş, Rəna isə təyin edə bilən olarsa istədiyini, lakin buna imkanı və ya adamının olmadığını bildirmiş, o isə bu işdə Rənaya köməklik edə biləcəyini, təxminən 10.000 manat xərcin müqabilində X16 adına Musiqi məktəbinə direktor müavini vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini demişdir. Rəna həmin vəzifəyə təyin olunmasını istəsə də, həmin məbləğdə pulunun olmadığını bildirmiş, o isə Rənaya 10.000 manat pulu hissəhissə ödəyə biləcəyini dedikdə Rəna onunla razılaşmış, sonra onun istəyi ilə 2024-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq 2024-cü ilin noyabr ayının axırına kimi Rəna bir neçə dəfə nağd şəkildə tanışı Mədinənin yanında, Bakı şəhəri ərazisində dəqiq ünvanları yadında qalmayan ərazidə bir neçə dəfə də onun verdiyi hazırda xatırlamadığı bank kart hesabına köçürməklə, hər dəfə 500, 1.000 və 2.500 manat məbləğində olmaqla ona ümumilikdə 5.800 manat pul vermişdir. O, Rənaya söz vermişdir ki, 2024-cü ilin dekabr ayının sonuna kimi işə qəbul olunması ilə bağlı əmri çıxacaq və işə başlayacaqdır. Rənadan aldığı pulları özü üçün xərcləmiş, sonralar Rənaya söz verdiyi vaxt çatdıqda, Rənaya qaytarmağa pulu və deyəcəyi sözü olmadığından, Rənanın telefon zənglərinə cavab verməmiş, sonra eşitmişdir ki, Rəna onun barəsində polisə şikayət ərizəsi vermişdir. Hazırda Rənadan aldığı puldan təxminən 500 manatını qaytarmış, eyni zamanda Rənaya vəzifəyə təyin etmək adı ilə aldığı Musiqi təhsili haqqıda diplomların əsillərini Rənam özünə qaytarmış, Rənanı Musiqi məktəbinə direktor müavini düzəlmək üçün heç bir imkanı və ya adamı olmamış, sadəcə bu adla Rənadan müxtəlif məbləğlərdə pullar alıb özü üçün xərcləmiş, inanmamışdır ki, Rəna polisə şikayət edər, çünki aralarında yaxın dostluq münasibətləri olmuşdur. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2025-ci ilin yanvar-fevral aylarından tanıyır. 2025-ci ilin fevral ayının əvvəlində tanışı Şahid1 xahiş etmişdir ki, özünə məxsus «Vhatsapp» sosial şəbəkəsində sürücülük vəsiqəsi ilə bağlı paylaşım etsin. Həmin ərəfələrdə Ayna ona zəng edib Orxan adlı şəxsin sürücülük vəsiqəsi düzəltdirmək istədiyini bildirmiş, o, Orxana onun mobil nömrəsini verməsini istəmiş və 2025-ci ilin fevral ayının əvvəllərində Orxan ona zəng edib qohumuna sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, o Orxana bu işdə köməklik edəcəyini bildirib, bu işin müqabilində 1.200 manat pul lazım olduğunu demiş, Orxan onunla razılaşmış və Orxana dediyi Aynaya məxsus “Leo” banka aid 4098-5844-6526-3233 və ona məxsus "xxxx" ASC-yə aid 5522********9839 nömrəli bank kartı hesablarına müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1.200 manat pul köçürmüş, 2025-ci ilin fevral ayının ortalarında Ayna ona zəng edib Orxanın işə düzəlmək istədiyini bildirmiş, o, Orxanla Yasamal rayonunda yerləşən «Jasmin park» yaşayış kompleksində görüşmüş, X3 Xidmətində işə düzəlmək istədiyini bildirmiş, o, Orxana işə qəbul olunmasına köməklik edəcəyini bildirib bu iş üçün 15.000 manat lazım olduğunu bildirmiş, Orxan həmin məbləğə gücünün çatmadığını bildirmiş və Orxanla bu işi 8.000 manata razılaşmış, Orxan həmin məbləği iki dəfə olmaqla 4.000 manat əvvəl, 4.000 manat sonra verəcəyini demiş, Orxanla razılaşmış və xx.xx.2025-ci il tarixdə Orxan “Leo” banka aid 4098-5844-6526-3233 nömrəli bank kartı hesabına 2.000 manat, xx.xx.2025-ci il tarixdə həmin karta 1.500 manat pul göndərmiş, sonra o, Orxana 90 günlük kursa göndəriləcəyini demiş, 2025-ci ilin təxminən mart ayında Orxan ondan sürücülük vəsiqəsi barədə soruşanda Orxana yaxın zamanda düzələcəyini yalandan demiş, bundan sonra işi haqqında maraqlananda həmin işin də yaxın zamanda düzələcəyini yalandan bildirmiş, sonra Orxanın polisə şikayət etdiyini öyrənmiş, araşdırma zamanı X12 2500 manat ödəniş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rəna “Baku Elektronics” mağazasında 24 aylıq, hər ayı 120 manat olmaqla öz adına 2.880 manat dəyərində “Samsung S-24 Ultra” markalı mobil telefonu kredit yolu ilə götürmüş, o, bir ayı 120 manat olmaqla iki ay müddətində cəmi 240 manat həmin mobil telefonun kreditini ödəmiş, lakin qalan 22 ay 120 manat olmaqla 2.640 manat pulu Rəna özü mobil telefonun kreditini mağazaya ödəmişdir. Həmçinin o, Rənanı Musiqi məktəblərinin birinə direktor və ya direktor müavini vəzifəsinə işə qəbul etdirəcəyini vəd verib Rənadan 5.800 manat pul almışdır. 5.800 manat puldan Rənaya 500 manat pul qaytarmış, qalan 5.300 manat pulu isə qaytarmamışdır. Bundan başqa Orxanın qohumu üçün sürücülük vəsiqəsi düzəldəcəyini vəd verib Orxandan 1.200 manat pul almış, həmçinin X2 Xidmətinə işə qəbul etdirəcəyini vəd verib Orxandan bu məqsədlə 4.200 manat pul almış, bununla da Orxandan aldığı ümumilikdə 5.400 manat puldan Orxana cəmi 2.500 manat pul qaytarmış, qalan 2.900 manat pulu isə hazırki vaxta kimi qaytara bilməmişdir. Orxandan ümumilikdə 5.400 manat upl almışdır. Rəna “Baku Elektronics” mağazasında 24 aylıq, hər ayı 120 manat olmaqla öz adına 2.880 manat dəyərində “Samsung S-24 Ultra” markalı mobil telefonu kredit yolu ilə götürmüş, o, bir ayı 120 manat olmaqla iki ay müddətində cəmi 240 manat həmin mobil telefonun kreditini ödəmiş, lakin qalan 22 ay 120 manat olmaqla 2.640 manat pulu Rəna özü mobil telefonun kreditini mağazaya ödəmişdir. X13 məktəblərinin birinə direktor və ya direktor müavini vəzifəsinə işə qəbul etdirəcəyini vəd verib Rənadan 5.800 manat pul almışdır. Orxana, Rənaya və Aynaya özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Orxana əmisi oğlunun vasitəsilə 2.000 manat pul qaytarmış, həmçinin Ayna 700 manat pul qaytardığından Orxana ümumilikdə 2.700 manat pul ödəmişdir. İfadəsinin sonunda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərdən qismən ödənişlər etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs və Şahid1dır. Mən Aynanı cari ilin yanvar ayında işlədiyi “Şərur MTK”-dan mənzil alanda ofisdə tanımış, lakin Aynanı ilkin tanıyan zaman özünü ona Aygün kimi təqdim etmişdir. Həmin vaxt Ayna onun mobil nömrəsini mənzillər baxmaq məqsədilə götürmüş, cari ilin fevral ayının əvvəlində Ayna özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə bağlı olan “Vhatsapp” sosial şəbəkəsinin status bölməsində “kim prava almaq istyirsə mənlə əlaqə saxlasın” məzmunda status paylaşmış, həmin vaxt o, Aynaya mesaj yazaraq qohumuna sürücülük vəsiqəsi almaq istədiyini bildirəndə Ayna özünün tanışı Ümid adlı şəxsin həmin işdə ona köməklik edə biləcəyini demiş və telefonu Ümidə vermişdir. Ümidlə danışan zaman Ümid bu işdə ona köməklik edəcəyini və bunun müqabilində 1200 manat və bəzi sənədlərin (şəxsiyyət vəsiqəsi, sürücülük məktəbini bitirmə barədə şəhadətnamə və s.) şəkillərinin lazım olduğunu demiş, həmin vaxt o, qeyd olunan şəkilləri Aynaya Vhatsapp vasitəsilə göndərmiş, bundan bir qədər sonra Ümid özünə məxsus 070-313- 66-88 saylı mobil nömrəsi ilə ona “Vhatsapp” üzərindən mesaj yazaraq sürücülük vəsiqəsinin düzəlməsi üçün lazım olan 1200 manat pulu istəmiş və “LeoBank”-a aid **********262333 və “ABB’’-yə aid 5522********9839 saylı bank kart hesablarını ona göndərmiş, sonra o, qeyd olunan kart hesablarına fevral ayında müxtəlif günlərdə yaşadığı ünvandan ümumilikdə 1200 manat göndərmiş, pulu göndərəndən sonra Aynadan Ümidin harda işlədiyini soruşanda sonuncunun kapitan rütbəli polis əməkdaşı olduğunu ona bildirmiş, o, bir daha əmin olmuşdur ki, Ümid bu işi düzəldəcəkdir. Təxminən fevral ayının ortalarında Ayna ona zəng edib onu başqa yerdə işə düzəltməyi təklif etmiş və əgər istəsə Ümidlə danışıb ona geri dönüş edəcəyini demiş, o da razılaşmış və təxminən bir neçə saat sonra Ümid ona zəng edib harada işləmək istədiyini soruşmuş, Ümid PTX-də zabit vəzifəsinə işə düzəlmək istədiyini bildirmiş, Ümid bu işdə öz tanışlarının vasitəsilə ona köməklik edəcəyini bildirib bu işin düzəlməsi üçün 15.000 manat və bəzi sənədlərin lazım olduğunu bildirmiş, bundan sonra Ümid ona həmin sənədlərin siyahısını göndərmiş, lakin Ümidə 15.000 manatın çox olduğunu bildirmiş, təxminən bir neçə dəqiqə sonra Ayna ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş və məbləğin çox olduğunu demiş, Ayna Ümidlə danışıb geri dönüş edəcəyini demiş, təxminən 5-6 dəqiqə sonra Ayna Ümidlə konfrans yaradaraq ona zəng edib işin düzəlməsi üçün 8000 manat lazım olduğunu bildirəndə Ümid o qədər pulunun olmadığını bildirmiş və həmin vaxt Ümid məbləği iki dəfəyə, 4000 manat əvvəl və əmr olandan sonra 4000 manat verəcəyini demiş, o, razı olduğunu bildirmiş, Ümid pulun nə zaman veriləcəyini təkidlə ondan soruşmuş, xx.xx.2025-ci il tarixdə saat 23:00-da “ABB" ASC-yə məxsus mobil tətbiq vasitəsilə Aynanın ona təqdim etdiyi özünə məxsus olan “Leo” banka aid **********262333 saylı kart hesabına 2000 manat, bundan sonra xx.xx.2025-ci il tarixdə saat 09:49-da "xxxx"-yə məxsus mobil tətbiq vasitəsilə qeyd etdiyi kart hesabına 1500 manat köçürmə etmiş və bunlarla bağlı qəbzləri Aynaya göndərmiş, bundan 1-2 gün sonra Ayna ona zəng edib 700 manat pulu onun kartına köçürməyini, həmin pulu 3500 manatın üzərinə qoyacağını və pulu özündə saxlayaraq Ümidin işi düzəldib-düzəltməyəcəyini gözləyəcəyini demiş, o, 700 manat pulu Ümidin qeyd etdiyi kartına göndərmiş, Ümid zəng edib pulu və sənədləri lazımi yerə verdiyini və təxminən 1 ay sonra 90 günlük kursa göndəriləcəyini demiş, bundan başqa Ümid pulun niyə kəsr olduğunu soruşanda o, Aynanın qızılını lombarda qoyub pulu tamamlayacağını demiş, çünki bunu Ayna Ümidə bu cür deməyini bildirmiş, Ümid bununla da razılaşmış, mart ayında o, Ümiddən sürücülük vəsiqəsi barədə soruşanda Ümid müxtəlif bəhanələr gətirib məsələdən yayındmış, artıq o, şübhələnməyə başlamış, Ümidə şikayət edəcəyi barədə bildirəndə Ümid ona 300 manat göndərmiş, sonra işi barədə soruşanda Ümid müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Ayna ilə danışan zaman Ümidi ona görə tanıdığını pullarını geri verməyini Aynadan tələb etmiş, Ayna da həmçinin müxtəlif bəhanələr gətirməyə başlamış, təxminən aprel ayında Ayna verdiyi 700 manatı geri qaytarmışdır. Onlardan pulunu geri tələb etsə də pulu geri qaytarmamışlar. O, artıq Ayna ilə Ümidin müxtəlif bəhanələr gətirib pulunu geri ödəmədiyindən onların ona qarşı dələduzluq etdiyini başa düşmüş, iyun ayında DİN-in 102 Xidmətinə müraciət edib Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə yazmış, ərizə yazdıqdan sonra polis əməkdaşlarının vasitəsilə Ümid və Ayna onlara verdiyi puldan 2.000 manatını qaytarmışlar. Həmçinin 2025-ci ilin fevral ayının əvvəlində Ayna istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə bağlı olan «Vhatsapp» tətbiqinin status bölməsində “kim prava almaq istəyirsə mənlə əlaqə saxlasın” məzmunda status paylaşmışdır. Həmin vaxt o, Aynaya mesaj yazaraq atasının dayısı qızı X1 vəsiqəsi almaq istədiyini bildirdikdə Ayna ona özü zəng edərək tanışı X9 həmin işdə ona köməklik edə biləcəyini demiş və telefonu Ümidə vermiş, o, Ümidlə danışan zaman sonuncu bu işdə ona köməklik edəcəyini və bunun müqabilində 1.200 manat, şəxsiyyət vəsiqəsi, sürücülük məktəbini bitirmə barədə şəhadətnamə, və şəkillərinin lazım olduğunu bildirmiş, həmin vaxt o, qeyd olunan şəkilləri Aynaya «Vhatsapp» tətbiqi vasitəsilə göndərmiş, bundan bir qədər sonra Ümid istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ona «Vhatsapp» tətbiqi vasitəsilə mesaj yazaraq sürücülük vəsiqəsinin düzəlməsi üçün lazım olan 1.200 manat pulu ondan istəmiş və «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli və "xxxx" ASC-yə aid 5522********9839 nömrəli bank kartlarının nömrələrini ona göndərmiş, bundan sonra 2025ci ilin fevral ayı ərzində o, yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında mobil tətbiq vasitəsilə Ümidin dediyi Aynaya məxsus «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli və "xxxx" ASC-yə aid 5522********9839 nömrəli bank kartlarına ümumilikdə 1.200 manat göndərmişdir. O, pulu göndərdikdən sonra Ümidin harda işlədiyini Aynadan soruşanda sonuncu Ümidin polis əməkdaşı olduğunu və kapitan rütbəsi daşıdığını demiş, bu səbəbdən o, bir daha əmin olmuşdur ki, Ümid bu işi düzəldəcəkdir. 2025-ci ilin fevral ayının ortalarında Ayna ona zəng edib məni başqa yerdə işə düzəltməyi təklif etmiş və əgər istəsə Ümidlə danışıb ona geri dönüş edəcəyini demiş, o, Ayna ilə razılaşmış və bir neçə saat sonra Ümid ona zəng edib harada işləmək istədiyini soruşmuş, o, X4 Xidmətində zabit vəzifəsində işləmək istədiyini demiş, Ümid bu işdə adını ona demədiyi öz tanışlarının vasitəsilə ona köməklik edəcəyini bildirib bu işin düzəlməsi üçün 15.000 manat və ona aid bəzi sənədlərin lazım olduğunu bildirmiş, sonra Ümid ona həmin sənədlərin siyahısını göndərmiş, lakin o, Ümidə 15.000 manat pulun çox olduğunu bildirmiş, bir neçə dəqiqə sonra Ayna ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, o, Aynaya da Ümidin ona dediyi 15.000 manat pulun çox olduğunu demiş, Ayna özünün Ümidlə danışıb ona geri dönüş edəcəyini demiş, təxminən 5-6 dəqiqə sonra Ayna Ümidlə «Vhatsapp» tətbiqində konfrans yaradaraq ona zəng edib işin düzəlməsi üçün 8.000 manat lazım olduğunu bildirdikdə o, həmin məbləğdə pulunun olmadığını demiş, həmin vaxt Ümid 8.000 manat pulu iki dəfəyə, yəni 4000 manat əvvəldən və digər 4.000 manat pulu onun işə qəbul olunmağı ilə bağlı əmr verildikdən sonra verəcəyini demiş, o, Ümidə öz razılığını bildirmiş, Ümid pulu nə vaxt verəcəyini təkidlə ondan soruşmuş, 20 fevral 2025-ci il tarixdə, saat 23:00-da o, yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında mobil tətbiq vasitəsilə Ümidin dediyi Aynaya məxsus «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli 2.000 manat pul göndərmiş, sonra 25 fevral 2025-ci il tarixdə, saat 09:49-da o, yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında mobil tətbiq vasitəsilə Ümidin dediyi Aynaya məxsus «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli 1.500 manat pul göndərmiş, ödənişlərlə bağlı qəbzlərin şəklini «Vhatsapp» tətbiqi vasitəsilə Aynaya göndərmiş, bundan 1-2 gün sonra Ayna ona zəng edib 700 manat pulu kartına köçürməyini, həmin 700 pulu 3500 manat pulun üzərinə qoyacağını və pulu özündə saxlayaraq Ümidin işi düzəldib-düzəltməyəcəyini gözləyəcəyini demiş, 2025-ci ilin fevral ayının sonunda o, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 11, «Jasmin park» yaşayış kompleksində yerləşən «Ucus store» mağazasında quraşdırımış «Milli ön» elektron ödəmə sistemi vasitəsilə Aynaya məxsus «Leo» banka aid 4098- 5844-6526-2333 nömrəli 700 manat pul göndərmiş, bundan sonra Ümid ona zəng edib pulu və sənədləri lazımi yerə verdiyini və təxminən 1 ay sonra onun 90 günlük kursa göndəriləcəyimi demiş, bundan başqa Ümid pulun niyə kəsr olduğunu soruşanda o, Aynanın qızıllarını lombarda girov qoyub pulu tamamlayacağını Ümidə demiş, çünki Ayna ona Ümidə bu cür deməyini bildirmişdir. Ümid bununla da razılaşmışdır. 2025-ci ilin mart ayında o, Ümiddən sürücülük vəsiqəsi barədə soruşanda Ümid müxtəlif bəhanələr gətirib məsələdən yayınmış, artıq o, şübhələnməyə başlamış, Ümidə şikayət edəcəyi bildirdikdə Ümid ona 300 manat göndərmiş, daha sonra Ümidi söhbət etmək üçün görüşə çağırdıqda ondan yayınmağa başlamış, sonra işi barədə soruşanda Umid müxtəlif bəhanələr gətirməyə başlamış, sonra Ayna ilə danışan zaman Ümidi Aynaya görə tanıdığını, pullarını geri verməyini Aynadan tələb etməyə başlamış, Ayna da həmçinin müxtəlif bəhanələr gətirməyə başlamış, 2025-ci ilin aprel ayında Ayna verdiyi 700 manat pulu ona geri qaytarmış, o, onlardan pullarını geri tələb etsə də pulu geri qaytarmamışlar. O, artıq Ayna ilə Ümidin müxtəlif bəhanələr gətirib onun pulunu geri ödəmədiyindən ona qarşı dələduzluq etdiyini başa düşmüş, 2025-ci ilin iyun ayında o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmiş və Yasamal RPİ-nin 29- cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma müddətində polis əməkdarlarının vasitəsilə Ümid və Ayna onlara verdiyi puldan ona 2.000 manat pul qaytarmışlar. Ümidin sürücülük vəsiqəsi düzəltməsi üçün o, Ümidə 1.200 manat, Ümidin məni Prezidentin Təhlkəszlik xidmətinə zabit rütbəsi ilə işə qəbul etdirməsi üçün 4.200 manat olmaqla Ümidə ümumilikdə 5.400 manat pul vermiş, Ümid vəd verdiyi sürücülük vəsiqəsinin alınmasına köməklik göstərməmiş, həmçinin onu işə qəbul etdirməyərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırki vaxta kimi Ümid ona əmisi oğlu Taleh adlı şəxsin vasitəsilə 2.000 manat pul qaytarmış, həmçinin Ayna isə ona cəmi 2.700 manat pul qaytarmış, lakin qalan 2.700 manat pulu isə hazırki vaxta kimi ona qaytarılmamışdır. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayından qiyabi tanısa da 2024-cü ilin sentyabr ayının əvvəllərindən rəfiqəsi X7 vasitəsi ilə əyani şəkildə tanıyır. Mədinənin deməsinə görə Ümid ilə 19 may 2024-cü il tarixdə «Tik-tok» sosial şəbəkəsində tanış olmuş, 24 may 2024-cü il tarixdə, yəni onun doğum gününü qeyd etdiyi, metronun “Azadlıq” stansiyası yaxdığında yerləşən “Cirə” restoranın həyətinə Ümid gəlib orada Mədinə ilə əyani olaraq ilk dəfə görüşmüş, sonradan Mədinə ilə Ümid mütəmadi əlaqə saxlamışlar. Mədinənin deməsinə görə Ümid özünü DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşı kimi təqdim etmiş, eyni zamanda X8 Respublikasında yaşayan anasına təqaüd ayrılması üçün öz evinə qeydiyyata salınmasına, həmçinin Mədinənin adına sürücülük vəsiqəsi alınmasına köməklik edəcəyinə söz vermişdir. Sonradan bildiyinə görə Ümid Mədinəyə söz verdiyi işlərin heç birini etməmiş, həmçinin Mədinənin deməsinə görə həmin işlər üçün Mədinədən pul almamışdır. Bundan sonra ilk dəfə təxminən 14-15 sentyabr 2024-cü il tarixdə o, özü Ümidlə şəxsən tanış olmuş, həmin günü o, Bakı şəhəri, Yasmal rayonu, Həsən bəy ünvan 11 ünvanda yerləşən səsyazma studiyasına səsyazmağa getmiş, bu zaman Mədinə onunla birlikdə getmişdir. Oradan çıxarkən Mədinənin arxası ilə Ümid gəldiyi zaman onunla tanış olmuşdur. Bundan sonra vaxt aşırı görüşüb bir yerdə vaxt keçirərkən səmimi münasibətləri yaranmışdır. Ümid ona da özünü DİN-nin BMCMİ-nin əməkdaşı kimi təqdim etmişdir. O, Ümidi hər hansı bir xüsusi geyimdə görməmiş, Ümid həmişə mülki geyimdə olmuşdur. Sonra 2024-cü ilin sentyabr ayının sonlarında Ümid ona bildirmişdir ki, «COP- 29» tədbirində iştirak edərkən istifadə etməsi üçün yəni gələn xarici qonaqları portaldan keçirməsi üçün “Samsung S-24 Ultra” markalı mobil telefon lazımdır, həmin telefonun qiyməti kredit yolu ilə 24 ay müddətinə, aylıq ödəniş isə 120 manat olmaqla ümumilikdə 2.880 manat təşkil edir. Ümid ondan xahiş etmişdir ki, həmin krediti onun adına sənədləşdirsin, aylıq kredit ödənişlərini isə özü ödəyəcəkdir. O da Mədinəyə görə Ümidlə aralarında dostluq münasibəti yarandığından razılaşmış və 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, 3152-ci məhəllə ünvanında yerləşən “Baku Elektronics” mağasından “Samsung S-24 Ultra” markalı mobil telefonu öz adına kredit yolu ilə alıb həmin mağazanın içərisində Mədinənin yanında Ümidə vermiş, Ümid kredit ödənişlərini özü vaxtlı vaxtında ödəyəcəyini mənə söz verib telefonu qutusunu açmadan ondan götürüb aparmışdır. Bundan sonra Ümid 2024-cü ilin oktyabr-noyabr aylarında, yəni iki ay müddətində aylıq 120 manat olmaqla cəmi 240 manat mobil telefonun kreditini ödəyib çeklərini «Vhatsapp» tətbiqində ona göndərmişdir. Sonrakı aylıq ödənişləri ödəməkdən yayındığından, hər ay 120 manat olmaqla o, öz vəsati hesabına kredit ödənişlərini ödəməyə başlamışdır. Belə ki, hazırki vaxta kimi 11 ay müddətində o, hər ay 120 manat olmaqla “Baku Elektronics” mağasına ümumilikdə 1.320 manat ödəniş etmiş, lakin hazırda 11 ay müddətində 120 manat ödəmək şərti ilə 1.320 manat mağazaya ödəniş olunmalıdır. Ümidin kredit ödənişlərini ödəməsi üçün hər dəfə sonuncuun 070-313- 66- 88 saylı nömrəsinə zəng edib əlaqə saxlamaq istəsə də onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra 2024-cü ilin oktyabr ayında o, Mədinənin vasitəsilə ilə Ümidlə söhbət edərkən, onun yüksək ixtisası və təhsili olduğundan nəyə görə Musiqi məktəblərinin birinə direktor və ya direktor müavini vəzifəsinə keçmədiyini soruşmuş, o da Ümidə istəsə də buna imkanının olmadığını bildirmiş, növbəti günü Ümid ona zəng edərək 10.000 manat müqabilində onu «Asəf Zeynallı» adına Musiqi kollecinə direktor müavini vəzifəsinə təyin etdirməyə köməklik edə biləcəyini demişdir. O, Ümidə həmin məbləğdə pulunun olmadığını demiş, Ümid isə pulu iki dəfəyə və ya bir neçə dəfəyə hissə-hissə verə biləcəyini demiş, o da Ümid ilə razılaşmış, sonra o, bu iş üçün, 2024- cü ilin oktyabr ayının əvvəllərində saat 18 radələrində, ünvan 2 ünvanında yerləşən Mərkəzi Bankın yanında, Mədinənin yanında Ümidin avtomobilinin içərisində Ümidə verməsi üçün Mədinə əlbə-əl 1.000 manat vermiş, həmin vaxtı Mədinə 1.000 manat pulu onun yanında əlbə-əl Ümidə vermiş, Ümid həmin pulu sayıb cibinə qoymuş, həmin pula görə ona heç bir qəbz və ya iltizam verməmişdir. 07 oktyabr 2024-cü il tarixdə o, Ümid və Mədinə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, istiqlaliyyət küçəsində yerləşən «Çaplin» restoranında əyləşən zaman ona Ümidə işə qəbul olunmağı ilə bağlı ödəniş etməkdə çətinlik çəkdiyini dedikdə Ümid təklif etmişdir ki, «manata.az» saytından onun adına 500 manat kredit pul götürsün, o da razılaşmış və öz mobil telefonunu Ümidə vermişdir ki, onun adına 500 manat pul götürsün, onun iştirakı ilə Ümid onun telefnunda «manato.az» saytından onun adına 500 manat kredit götürmüş, həmin pul vəsaiti ona məxsus "xxxx" ASC- yə aid 4169-7388- 5676-4117 nömrəli bank kartıma köçürülmüş, bir neçə diqəqə keçdikdən sonra o, Ümid və Mədinə ilə birlikdə həmin restorandan çıxıb, təxminən, saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 19 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında olan "xxxx" ASC-yə məxsus bankomatdan öz bank kartından həmin 500 manat pul nağdlaşdırıb Mədinənin yanında Ümidə əlbə-əl 500 manat pul vermiş, bu pula görə də Ümid ona hər hansı bir qəbz və ya iltizam verməmişdir. Təxminən 3-4 gün sonra, yəni 2024-cü ilin oktyabr ayının ortalarında, təxminən saat 14 radələrində ünvan 13 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin qarşısında Ümidin idarə etdiyi avtomobilin içərisində 2.500 manat pulu rəfiqəsi Mədinəyə vermiş, Mədinə də pulu sayıb 2.500 manat olmasını təsdiq edərək onun yanında əlbə-əl Ümidə vermiş, o 2.500 manat pulu Ümidə verməmişdən əvvəl «manato.az» saytına olan 500 manat kredit borcunu metronun «Nizami» stansiyasının yaxınlığında olan «M i 11 i ön» elektron ödəmə sistemi vasitəsilə tam şəkildə ödəmişdir. Belə ki, həmin vaxtı Ümid avtomobili idarə etdiyindən ondan xahiş etmişdir ki, pulu Mədinəyə verib, Mədinə də ona versin. Həmin pula görə də Ümid ona hər-hansı bir qəbz və ya iltizam verməmişdir. Sonra 18 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində, o, işlədiyi ünvan 6 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində olarkən, öz mobil telefonunda olan mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-5676-4117 nömrəli bank kart hesabından Ümidin dediyi "xxxx" ASC-yə aid 5522-0993-6814-3574 nömrəli bank kartına 1.000 manat pul göndərmiş, bundan sonra 23 oktyabr 2024-cü il tarixdə Umid ona zəng edərək onun adına sertifikat almaq üçün 300 manat pul lazım olduğunu demiş, bu məqsədlə 23 oktyabr 2024cü il tarixdə, saat 15 radələrində, o, işlədiyi ünvan 6 ünvanında yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbində olarkən, öz mobil telefonunda olan mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-5676-4117 nömrəli bank;kärt hesabından Ümidin ona dediyi "xxxx" ASC-yə aid 5522-0993-6814-3574 nömrəli bank kartına 300 manat pul göndərmiş, sonra 04 noyabr 2024-cü il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən “Axundov” bağında olarkən, öz mobil telefonunda olan mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388- 5676-4117 nömrəli bank kart hesabından Ümidin dediyi "xxxx" ASC-yə aid 5522-0993- 6814-3574 nömrəli bank kartına 500 manat pul göndərmiş, sonra Ümid onun «Asəf Zeynallı» adına Musiqi kollecinə direktor müavini vəzifəsinə təyin olunmağı barədə əmr çıxmasını və pulun qalan 5.000 manat olan hissəsini göndərməyini bildirmiş, o isə Ümidə nə vaxt işə qəbul olunmağı ilə bağlı əmr verildikdən sonra qalan pulu verəcəyini demiş, lakin sonradan Ümidi tapa bilməmiş, Ümid telefon zənglərinə cavab verməmiş, onu hərhansı bir işə qəbul etdirməmişdir. Ümid ondan pul alarkən 2024-cü ilin noyabr ayının ortalarına kimi, yəni «COP-29» tədbiri başlayana kimi onun işə qəbul olunmağı ilə bağlı əmr veriləcəyinə söz verib onu inandırmış, bu iş üçün 5.800 manat puldan başqa ondan Musiqi məktəbini, Musiqi Akademiyasını və İncəsənət Unversitetini bitirməyim barədə diplomlarını götürmüş, sonralar isə polisə şikayət etdiyini bildikdə həmin diplomları qaytarmışdır. Bundan başqa 2024-cü ilin oktyabr ayının ortalarında Mədinə və o, Ümidin kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerlən ünvanını dəqiq bilmədiyi evdə olarkən, Ümid «manato.az» saytından onun adına götürdüyü 500 manat kredit borcuna görə 112 manat faiz borcunun qaldığını deyib həmin pulu öz bank kartı vasitəsilə ödəyəcəyini deyib telefonu götürüb onun xəbəri olmadan ona məxsus mobil telefonun vasitəsi ilə onun adına «Manato.az» kredit təşkilatından özü üçün onlayn qaydada 380 manat götürərək elə həmin an onun mobil telefonundan öz bank kartına göndərmişdir. Təxminən bir ay sonra “Manato.az” saytından onun mobil telefonuna mesaj gəldikdə o, bu barədə bilmiş, Ümiddən bu barədə soruşduqda Ümid 574 manat pulu özü ödəyəcəyini bildirsə də sonralar ödəmədiyindən və üzərinə faiz gəlməsin deyə məcbur olmuş, 06 yanvar 2025-ci il tarixdə mən 574 manat kredit borcunu tam şəkildə ödəmiş, bununla da Ümid onu işə qəbul etdirəcəyini vəd verib ondan 5800 manat pul almış, onun öz adına kredit yolu ilə götürdüyü 2880 manat dəyərində mobil telefonun 2 ayını, yəni 240 manat pulu ödəsə də qalan 2640 manat pulu ödəməmiş, həmçinin onun mobil telefonundan gizlin şəkildə «manato.az» saytından 380 manat pulu oğurluq yolu ilə əldə edərək həmin kreditin götürülməsinə görə o, xx.xx.2025-ci il tarixdə 655 manat faizi ilə birlikdə krediti tam şəkildə öz vəsaiti hesabına ödəmişdir. Bununla da Ümid ona ümumilikdə 9095 manat maddi ziyan vurmuşdur. Ümid həmin puldan hazırki vaxta kimi ona cəmi 500 manat pul qaytarmış, lakin qalan pulu qaytarmamışdır. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2021-ci ilin əvəllərindən tanıyır, yaxın rəfiqəsidir, hər ikisinin azyaşlı uşaqları ünvan 6 ünvanında yerləşən Bülbül adına orta ixtisas Musiqi məktəbində bir sinifdə oxuyurlar, eyni zamanda Rəna həmin məktəbdə musiqi müəlliməsi kimi işləyir. Rənanın şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2024-cü ilin may ayında “Tik-tok” sosial şəbəkəsi vasitəsi tanış olmuş, sonra 24 may 2024-cü il tarixdə, Rənanın doğum günü, yəni doğum günü qeyd edilən metronun “Azadlıq” stansiyası yaxılığında yerləşən “Cirə” adlanan restoranın həyətinə Ümidlə əyani olaraq ilk dəfə görüşmüş, sonralar Ümidlə mütəmadi əlaqə saxlayıb görüşmüş, Ümid özünü ona DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş, eyni zamanda Ümid ona Almaniyada yaşayan anasının adına təqaüd ayrılması üçün öz evinə qeydiyyata salınmasına, həmçinin onun adına sürücülük vəsiqəsi alınmasına köməklik edəcəyinə söz vermişdir. Ümid ***-***-**-** saylı mobil nömrə istifadə etmiş, sonralar ona söz verdiyi işlərin heç birini etməmiş, həmçinin həmin işlər üçün ondan pul almamışdır. Bundan sonra o, Ümid barəsində rəfiqəsi Rənaya danışdığından 2024-cü ilin sentyabr ayında 'hər ikisini görüşdürüb tanış etmiş, onları ilk dəfə Bakı şəhəri, Yasamal rayonu H.ünvan 11 ünvanda yerləşən səsyazma studiyasından Rəna və o, oradan çıxdığı zaman, oraya onun arxasınca gəlmiş Ümidlə o, Rənanı tanış etmişdir. Sonra vaxt aşırı biz birlikdə görüşüb bir yerdə vaxt keçirərkən səmimi münasibətləri yaranmış, Ümid ona özünü DİN-in BMCMİ-nin əməkdaşı kimi təqdim etsə də, o, Ümidi heç bir zaman xüsusi geyimdə görməmiş, Ümid həmişə mülki geyimdə olmuş, lakin bir neçə dəfə onun əynində polis jileti olan fotoşəkillərini mobil telefonunda görmüş, 2024-cü ilin sentyabr ayında Ümid “COP-29”-da iştirak edəcəyini və həmin tədbirdə istifadə etməsi üçün yəni gələn xarici qonaqları portaldan keçirməsi üçün “Samsung S-24 Ultra” markalı mobil telefon lazım olmasını demiş, eyni zamanda Rənaya həmin mobil telefonu öz adına kreditə götürməsini, kredit pulunu isə özü ödəyəcəyini demiş, Rəna da aralarında yaxın münasibət yarandığından razılaşmışdır. Bundan sonra 2024-cü ilin sentyabr ayının sonlarında birlikdə razılaşıb Bakı şəhəri, Yasamal rayonunda metronun «İnşaatçılar» stansiyası yaxınlığında yerləşən “Baku Elektroniks” mağasına getmiş, orada Ümid özünə 24 aylıq, hər ayı 120 manat olmaqla 2.880 manat təşkil edən, “Samsung S-24 Ultra”markalı mobil telefon aparatını almış, Ümid telefonun qutusu açmadan telefonu götürüb aparmışdır. Sonralar Rənanın dediyinə görə Ümid iki ay cəmi 240 manat hər ayı 120 manat aylıq kredit pulunu ödəmiş, sonralar isə ödənişi dayandırmışdır. Rəna bu barədə ona dedikdə, o, Ümidə Rənanın adına kreditə götürdüyü mobil telefonun aylıq pulunu ödəməsi barəsində dəfələrlə desə də, Ümid guya Rənanın hansısa hərəkərində səhvə yol verməsini bahanə gətirərək pulu ödəməkdən imtina etmişdir. Bundan sonra, 2024-cü ilin oktyabr ayında Ümid onun iştirakı ilə Rəna ilə söhbət edərkən, Rənanın yüksək ixtisası və təhsili olduğundan nəyə görə Musiqi məktəblərinin birinə direktor və ya direktor müavini vəzifəsinə keçmədiyini soruşmuş, Rəna da istəsə də buna imkanının olmadığını bildirmişdir. Bir neçə gündən Rəna ona demişdir ki, Ümid ona zəng edərək Asəf Zeynallı adına Musiqi kollecinə direktor müavini vəzifəsinə təyin olunmağına köməklik edə biləcəyini demiş, bu işi 10.000 manat müqabilində həll edə biləcəyinə söz vermiş, Rəna da həmin məbləğdə pulu olmadığını desə də, Ümid həmin məbləği iki dəfəyə və ya bir neçə dəfəyə hissə-hissə verməsini bildirməsini və razılaşmasını demişdir. O da Rənaya əgər maddi imkanı varsa razılaşmasını demiş, sonra Rəna həmin iş üçün 2024-cü ilin oktyabr ayının əvvəllərində saat 18 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Mərkəzi Bank”ın yanında Rəna onun yanında Ümidin avtomobilin salonunda 1.000 manat ona vermiş, Ümid ondan xahiş etmişdir ki, pulu sayıb götürsün, o da sayıb düz olmasını təsdiq edərək Rənanın yanında Ümidə vermişdir. Ümid həmin pulu Rənadan götürməsi barədə heç bir qəbz və ya iltizam yazmamışdır. Bundan bir neçə gün sonra, yəni 2024-cü ilin oktyabr ayının əvvəllərində, saat 14 radələrində, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən “Bank of Baku" bankının qarşısında Rəna bankomatdan 500 manat pul çıxarıb onun yanında Ümidə vermiş, bu pula görə Ümid Rənaya heç bir qəbz və ya iltizam verməmişdir. Təxminən 3-4 gün sonra Bakı şəhəri, Səbail rayonu “Nizami Moll” ticarət mərkəzinin qarşısında S.Vurğun küçəsi ilə Ümidin idarə etdiyi avtomobillə hərəkət edərkən, saat 14 radələrində 2.500 manat Rəna yenə Ümidə verərkən,Ümidin xahişi ilə həmin pulu o, sayıb məbləğin dəqiq olmasını təsdiq edərək Ümidə vermiş, həmin pula görə də Ümid Rənaya heç bir qəbz və ya iltizam verməmişdir. Sonralar Rənanın deməsinə görə Ümidin istədiyi 1.800 manat pul məbləğini, Rəna öz bank kart hesabından Ümidin bank kart hesabına göndərmişdir. Sonralar Ümid mütəmadi Rənaya işi düzələcəyinə söz vermiş, öz aralarında telefonla danışaraq razılaşmışdılar. Müəyyən müddətdən Rəna ona demişdir ki, Ümid onu aldadır işini həll etmir, vəd olunan musiqi məktəbi ilə tanışları vasitəsi ilə maraqlanmış, Ümidin ona vəd etdiyi vəzifədə işləyən şəxs vəzifədən getmək barəsində heç bir məlumatı yoxdur. O da bu işdən heç bir məlumatı olmadığını, işi ilə bağlı Ümidin özü ilə danışmasını məsləhət görmüşdür. Rənanın dediyinə görə Ümid Rənadan oxuduğu Musiqi məktəbinin, Musiqi Akademiyasını və İncəsənət Unversitetinin diplomlarını da almış, sonralar Rəna Ümidi tapa bilmədikdə və Ümid zənglərə cavab vermədikdə, Rəna polisə şikayət etdikdən sonra Ümid Rənanın diplomlarımın özünə qaytarmış, aldığı pulları isə hər dəfə müəyyən vaxta, qaytaracağına söz verərək aldatmışdır. Ümidin həm işi kimlərin vasitəsi ilə düzəldəcəyini, Rənadan aldığı pulları kimə və hara xərcləməsini bilmir. Ümidlə Rənanın arasında işlə bağlı razılaşmada iştirak etməmiş, Rənaya bu işdə diqqətli olmasını xahiş etmiş, hazırda Ümidin harada olmasını bilmir, Ümidlə hər hansı bir əlaqəsi yoxdur, Ümid onun zənglərinə cavab vermir, harada yaşamasını da bilmir. Ümidin Rənadan ümumilikdə nə qədər pul almasını tam dəqiq bilmir, həmin məbləğ Rənanın deməsinə görə təxminən 9.090 manat təşkil etmiş, hətta Ümidin Rənanın adına onlayn mobil tədbiq vasitəsi ilə kredit götürüb ödəməməsini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci tarixdən tanıyır, yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 2024-cü ilin avqust ayından Bakı şəhəri, ünvan 16 ünvanını alarkən tanımışdır. Belə ki, Orxan həmin yaşayış kompleksində ofisdə işləmiş, təxminən 20 yanvar 2025-ci il tarixdə Ümid onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bağlı olan «Vhatsapp» tətbiqində «status» bölməsində «kim prava düzəltmək istəsə, tanışım var, mənə müraciət etsin» yazısını yazmış, səhəri gün Orxan ona zəng edərək bibisi qızının sürücülük vəsiqəsi almaq istədiyini demiş, o da Orxana Təqsirləndirilən şəxs əlaqə nömrəsini demiş və zəng edib özünün danışmasını bildirmiş, həmin vaxtı o, Ümidin yanında olmuş və telefonu danışması üçün Ümidə vermiş, Ümid də onun yanında telefonla Orxanla danışıb 1.000 manat pulun müqabilində Orxana sürücülük vəsiqəsi düzəldəcəyinə vəd vermiş, həmin ərəfədə o, Orxana həmin 1.000 manat pulu onun kartına göndərməsini demiş, belə ki, həmin vaxtı o, Ümidi yaxşı tanımadığı üçün, sürücülük vəsiqəsini düzəltdikdən sonra pulu vermək istəmiş, lakin Orxan artıq pulu Ümidin öz bank kartına göndərməsini demiş, həmin ərəfədə Ümid ona Sabunçu Rayon Polis idarəsinin rəisi vəzifəsində işlədiyini, əlinin hər yerə çatdığını, işə düzəlmək istəyən olsa deməyini bildirmişdir. Bundan sonra Orxan ona zəng edib polisdə işləmək istədiyini demiş, o, Ümidi yaxşı tanımadığını, Ümidə zamin dura bilmədiyini demiş, həmin ərəfədə Orxan ilə Ümid mütəmadi olaraq danışıb görüşmüş, sonra Orxan ona zəng edib Ümidin iş görən şəxs olduğunu zənn etdiyini bildirmiş, sonra Ümid evə gələrkən ona demişdir ki, 8.000 manata X2 Xidmətinə işə qəbul etdirəcəkdir. Ümid Orxana sənədləri toplamasını demişdir. O, həmin vaxtı Ümidə demişdir ki, «əgər işə qəbul etdirə bilməsən məndən incimə, məni camahatın yanında biabr etmə». Ümid and içərək əlinin hər yerə çatdığını və Orxanı PTX-nə işə qəbul etdirəcəyini demiş, Ümid Orxandan əvvəldən 4.000 manat pul verməsini, qalan 4.000 manat pulu isə Orxanın işə qəbul olunması ilə bağlı əmr verildikdən sonra verməli olduğunu demişdir. Bundan sonra Orxan özü onun xatırlamadığı məbləğdə pulu Ümidin bank kartına göndərmiş, bu ərəfədə o, Orxana bildirmişdir ki, «pulu mənim kartıma göndər, mən özüm Ümidə göndərim, sabah nəsə olsa Ümiddən pulu almağa üzüm olsun». Buna görə Orxan ona məxsus «Leo» banka aid 4098-5844-6526-2333 nömrəli bank kartına 1.500 manat, 2.000 manat və sonuncu 700 manat olmaqla cəmi 4200 manat pul göndərmişdir. Belə ki, o, 3.500 manat pulu Ümidin hazırda xatırlamadığı bank kartına göndərmiş, lakin Orxanın ona göndərdiyi 700 manat pulu o, Ümidə göndərməmişdir. Belə ki, həmin vaxtı o, Ümidin mobil telefonuna baxarkən Orxana məxsus 2000 manat pulu «ağsaqqal» dediyi şəxsə göndərməmişdir. Ümid ondan 700 manat pulu göndərmədiyini desə də o, Orxanın həmin pulu onun öz kartına göndərmədiyini demiş, belə ki, Orxan ilə o, bu barədə əvvəldən öz aralarında danışmışlar ki, Ümidə belə deyəcəklər. Sonra Orxanın sözü ilə o, həmin 700 manat puldan 300 manat pulu Orxanın xatırlamadığı bank kartına göndərmiş, qalan 400 manat pulu isə öz kartımda saxlamış, sonra Ümid onunla mübahisə edərək Orxanın həmin pulu ona göndərdiyini, onun həmin pulu gizlətməyini demiş, sonra o, Ümidin dələduzluq işləri ilə məşğul olduğunu hiss etdiyi üçün Ümiddən ayrılmaq qərarına gəlmiş və Orxana da bu barədə demişdir ki, «Ümid düz adama oxşamır». Həmin ərəfədə Ümid və Orxan mütəmadi olaraq danışıb görüşmüş, Ümid and içərək Orxanı işə qəbul etdirəcəyinə vədlər vermiş, o, Orxanın işinin həll olunmasından ötrü Orxanın xahişi ilə təxminən 20 gün də Ümidlə münasibətini davam etdirmiş, sonra Ümid Orxanı işə qəbul etdirmədiyi üçün mütəmadi olaraq Orxan və o, Ümidlə danışıqlar aparmış, lakin Ümid Orxanı qəbul etdirmədiyi üçün Orxan pulunu tələb etməyə başlamış, Orxan polis şikayət etdikdən sonra Ümid onun təkidi ilə Orxana 2.000 manat pul qaytarmış, həmçinin o, öz kartında qalmış 400 manat pulu hissə-hissə olmaqla Orxana qaytarmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Taleh adlı şəxsin anket məlumatlarını bilmir. Ümid Orxan aldığı puldan ona hər-hansı məbləğdə pul verməmişdir. Orxanın ona göndərmiş olduğu 700 manat puldan onun kartında qalmış 400 manat pulu o, Orxana qaytarmış, Ümid isə Orxana 2000 manat pul qaytarmışdır. Ümid ona Orxanın qohumu üçün sürücülük vəsiqəsini Tural adlı şəxsin köməyi ilə düzəldəcəyini demişdir. Lakin Tural adlı şəxsi tanımır, harada işləməsini, anket məlumatlarını və əlaqə nömrəsini bilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V.67) 13 noyabr 2025-ci il tarixli “üzləşdirmədə dindirmə protokolundan” görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, həmçinin üzləşmə zamanı əlavə olaraq Təqsirləndirilən şəxs “manato.az” saytından 380 manat pulu onun razılığı ilə götürməsini qeyd etmişdir. (İ/V. 86-94) 13 noyabr 2025-ci il tarixli “üzləşdirmədə dindirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1 İ/V.96-102). 9 noyabr 2025-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, 03 noyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması haqqında protokol tərtib olunaraq və 02 ədəd foto şəkil çəkilərək iş materiallarına əlavə edilmişdir. (Cild 1 İ/V.254- 256). 9 noyabr 2025-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, 03 noyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması haqqında protokol tərtib olunaraq və 02 ədəd foto şəkil çəkilərək iş materiallarına əlavə edilmişdir. (Cild 2 İ/V.1-4). “Diskə və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" Kommersiya Bankı» ASC-nin xx.xx.2025-ci il tarixli, HTİD-OUT-05301-2025 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 01 ədəd “CD” diskə və 16 vərəqdən ibarət çıxarışlara baxış keçirilərkən həmin «CD-R» formatlı disk tərəfimdən istifadəmdə olan “Hp” markalı kompyuterin disk oxuducusuna daxil edildi. Diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində «Təqsirləndirilən şəxs 0856», «Təqsirləndirilən şəxs 0876» adlı «xlsx» formatlı 02 ədəd faylın, həmçinin 22 ədəd «jpg» formatlı faylların olması müəyyən edilir. Həmin foto şəkillər açıldıqda Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə bankomatlardan pulları nağdlaşdırarakən çəkilmiş foto şəkillərinin olması müəyyən edilir. «Təqsirləndirilən şəxs 0856», «Təqsirləndirilən şəxs 0876» adlı fayllara baxış keçirlərkən sonuncuya məxsus hesablara müxtəlif məbləğlərdə pulların mədaxil və məxaric olması müəyyən edilir. Bundan başqa 16 vərəqdən ibarət çıxarışlara baxış keçirilərkən Şahid2 məxsus "xxxx" ASC-yə aid hesabında hər hansı bank əməliyyatı aparılmadığı və hesabın çıxış qalığının 0,00 (sıfır) manat təşkil etməsi müəyyən edilir. Odur ki, "xxxx" Kommersiya Bankı» ASC-nin xx.xx.2025-ci ii tarixli, HTİD- OUT-05301-2025 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 01 ədəd “CD” diskə və 16 vərəqdən ibarət çıxarış sübut əhəmiyyəti kəsb etdiyinə görə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (Cild 1 İ/V. 176-193). “Sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2025- ci il tarixli, 6-2-41/2-51280/2025 nömrəli məktubunun məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5522-0993-6814-3574 saylı plastik kartı Təqsirləndirilən şəxs məxsusdur. Əlavə olaraq **********143574 saylı plastik kart üzrə xx.xx.2024xx.xx.2024-cü il tarix aralığında aparılmış bütün əməliyyatlara dair ətraflı məlumatı Sizə təqdim edir və bildiririk ki. çıxarışda “OPP” adlı paneldə qeyd olunan məlumatlar pul köçürmə əməliyyatlarında iştirak etmiş və qarşı tərəfə məxsus kart nömrələrini və növbəti qrafada həmin kartların aid olduqları bankları ehtiva edir. Çıxarışda “Trans_Type” panelində qeyd olunan 'ATM”-nağdlaşdırma əməliyyatını, "Ch debit” - köçürmə yolu ilə məxaric əməliyyatını, “CH payment” - köçürmə yolu ilə mədaxil əməliyyatını, “Retail" - nağdsız ödənişlər, “UFX Payment Credit offline” - ödəniş terminalları üzrə daxilolmalar (mədaxil), “UFX Payment Debit offline” - kredit üzrə silinmələr (məxaric), “UFX Sales Debit offline” - silinmələrə dair (məxaric) əməliyyatları ifadə edir. Həmçinin **********143574 saylı plastik kart üzrə xx.xx.2024-xx.xx.2024- cü il tarix aralığında aparılmış nağdlaşdırmalar zamanı qeydə alınmış görüntülərin təqdim edilməsi üçün müvafiq sorğular verilmiş, lakin ATM-də baş vermiş texniki nasazlıq səbəbindən görüntülərin qeydə alınmadığı müəyyən edilmişdir. Odur ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6-2-41/2- 51280/2025 nömrəli məktubu sübut əhəmiyyəti kəsb etdiyinə görə sübut növü kimi tantfvmış və cinayət işinə əlavə edilmişdir. (Cild 2 İ/V.128-140). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublikası Psixatriya Xəstəxanası» X14 xx.xx.2025-ci il tarixli, 3-28-29/2-10498/2025 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (Cild 2 İ/V.64). Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-240982 nömrəli məktubun məzmunundan görünür ki, xx.xx.1998ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. (Cild 2 İ/V.121). "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6-2-41/2- 50909/2025 nömrəli məktubunun məzmunundan görünür ki, "xxxx" ASC-nin əməliyyat sistemində əvvəli 5522, sonu 9839 ilə bitən yüdən çox plastik kartı aşkar edilməsi və məhkəmənin qərarında aparılmış köçürmə əməliyyatlarının kodunun (RRN - referens kodu) qeyd edilməməsi səbəbindən qərar üzrə tələb olunan məlumatların hansı plastik kart üzrə verilməsini müəyyən etmək Bank tərəfindən mümkün olmamışdır. Qərarın icrası üçün aparılmış köçürülmə əməliyyatlarının kodunun (RRN - referens nömrə) və ya plastik kartın 16 rəqəmli nömrələrinin tam şəkildə "xxxx" ASC-yə təqdim olunması xahiş olunmuşdur. (Cild 2 İ/V.122). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 04 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2, 9.3, 18-ci bəndlərinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2 İ/V. 59-61, 141-153). Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 47/2-12801 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir. (Cild 1 İ/V. 134). xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin dindirilməsi protokolundan” görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-dan 13:05-dək dindirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 131-132). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. (İ/V. 162-163). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ/V. 206-207). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ/V. 208-210). “Sübutların qiymətləndirilməsi haqqında” 1 dekabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, sonradan işə əlavə olunmuş 02 ədəd CD-disk, habelə 16 vərəqdən ibarət olan çıxarış iş materiallarında saxlanılmışdır. (İ/V. 154-175). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin verdikləri ifadələri və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi tamamilə sübuta yetirildi. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda və təkrar ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməllərini məhkəmə iclasında etiraf etməsini, əməlindən peşman olmasını bildirməsini, eləcə də zərərçəkmiş şəxslərə vurulan ziyanın qismən ödənilməsi halını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmü ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2, 9.3, 18-ci bəndlərinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlləri ilə bağlı xx.xx.2025-ci il tarixdən (saat 12:10 dəqiqədən) xx.xx.2025-ci il tarixədək (48 saat müddət daxilində) sübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddətində həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmiş, həmin tarixdə saat 12:10-dan 13:05-dək onun şübhəli şəxs qismində dindirilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmiş, elə həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)- 657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Sabunçu Rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü üzrə cəza çəkməsi nəzərə alınmalı, cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən, saat 19:30-dan hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, sonradan işə əlavə olunmuş 2 ədəd CD-disk, habelə 16 vərəqdən ibarət olan çıxarış iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Mübariz oğlunun vəkil işlədiyi Bakı şəhəri Prospekt Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-696/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Mübariz oğlunun vəkil işlədiyi Bakı şəhəri Prospekt Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmal əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, onun Sabunçu Rayon Məhkəməsinin 1(008)-657/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, sonradan işə əlavə olunmuş 2 ədəd CD-disk, habelə 16 vərəqdən ibarət olan çıxarış iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Mübariz oğlunun vəkil işlədiyi Bakı şəhəri Prospekt Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar