Məhkəmə qərarları › İş №1(004)-698/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-698/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(004)-698/2025 12.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili İbayev Şamxal Məhəmməd oğlunun iştirakları ilə, ##.##.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, ##.##.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 7,84 qram olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 50 manata əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi *** nömrəli ünvana daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.2025-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi *** nömrəli ünvanın qarşısında saxlanılıb üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,84 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, ## ######## 2025-ci il tarixdə, saat 15:47 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi *** saylı ünvanın qarşısında piyada hərəkət edərkən 3 nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyimi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofandakı yaşıl rəngli, bitki mənşəli, ot şəklində, spesfık qoxuya malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra üstü yoxlanılmış, yoxlama zamanı başqa əşya aşkar edilməmişdir.Ardınca aşkar olunan narkotik vasitə olan marixuanaya bənzər maddə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş xalq arasında “Nəşə” kimi adlandırılan maddə narkotik vasitə olan marixuanadır, oonu özü istifadə etmək məqsədi ilə “Şamaxinka” adlanan ərazidən tanımadığım şəxsdən ##.##.2025-ci il tarixdə səhər saatlarında 50 manat pul müqabilində alaraq əldə sonradan qəbul etmək üçün üstündə saxlamışdır. Daha sonra polis əməkdaşları onu 29-cu PŞ-yə aparmış və orada hüquq və vəzifələrim izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, narkotik vasitə olan marixuananı aldığı şəxsi tanımır, onun anket məlumatlarını bilmir, həmin şəxslə yalnız bir dəfə “Şamaxinka” adlanan ərazidə görüşüb narkotik vasitəni almışdır.Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün aldığını, aldığı maddələrdən heç kimə pay vermədiyni göstərmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən şahid3 ifadəsində göstərmişdir ki, ## ######## 2025-ci il tarixdə etibarlı mənbədən «Bəxtiyar» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, onun şəxsiyyəti müəyyən edilmiş və onun ##.##.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən yaxud törətdikdən bilvasitə sonra yaxalanması məqsədilə əməliyyat qrupunun yaradılması üçün raportla şöbənin rəhbərliyinə müraciət edilmiş və bununla əlaqədar şöbənin rəbhərliyi tərəfindən ondan, əməliyyat müvəkkilləri İsaqov Tural Zülfıqar oğlu və şahid1 ibarət əməliyyat qrupunun yaradılıması barədə əmr verilmiş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur.Yaradılmış əməliyyat qrupu təlimatlandırılmış və ## ######## 2025-ci il tarixdə saat 15:17-dən 15:47-dək əməliyyat qrupu tərəfindən Yasamal rayonu, D.Bünyadzadə küçəsi 318 ünvanın ətrafında vətəndaşların sorağlaşması həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs orada saxlanılaraq ona hüquq və vəzifələri izah olunduqdan sonra ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya başqa qadağan olunmuş nə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofna bükülmüş narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmiş, ondan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş şəxsiyyət vəsiqəsi və qəpiklər ona qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində olan maddə marixuanadır, özü istifadə etmək üçün «Şamaxinka» adlanan yerdə əldə etmişdir. Ondan götürülmüş sellofan bükülü zərfə qoyularaq möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman videoçəkiliş aparılmış, orada protokol tərtib edilməsi üçün şərait olmadığı üçün protokol tərtib edilməmiş, onu 29-cu PŞ-nə gətirdikdən sonra orada protkol tərtib olunaraq ucadan oxunduqdan sonra iştiraçılar tərəfindən imzalanmışdır.Əməliyyat tədbiri keçirilən zaman aparılmış çəkiliş diskə köçürülmüşdür. Bundan sonra şöbənin rəhbəirliyinə paportla müraciət etmiş və araşdırmanın aparılması X5yə tapşırılmışdır. Tərtib edilmiş protokol, maddi sübut və videogörüntülər olan disk təhqiqatçıya təqdim edilmişdir.X5 tərəfindən araşdırma aparılan zaman təqdim edilmiş diskə olan videogörüntüyə və maddi sübut olan diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdır.Aradırma zamanı təyin edilmiş ekspertiza ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş şəffaf sellofanda olan kütlə təmiz çəkisi 7,84 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. şahid3 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamış, onun narkotik vasitəni kimdən əldə etməsi ilə əlaqədar əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili şahid1 da, iş üzrə digər şahid şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş İsaqov Tural Zülfiqar oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da cinayət işi üzrə digər şahid şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” ## ######## 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə saat 15:47 dəqiqədən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 38). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün və mənzilinin yoxlanılmasına dair” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş uzrə sübut əhəmiyyətinə mortak ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş narkotik vasitə olan marixuanaya bənzər maddə təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan maddələri Şamaxınka adlanan ərazidə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama Bakı şəhəri, Yasamal rayonu, D.Bunyadzadə 318 ünvanının qarşısında keçirildi. Üstünü yoxlama zamanı «Xiaomi» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldı. (İ/V. 13-14). Məhkəmə iclasında “DVD” diskdə olan videogörüntüyə baxış keçirildi. Baxış zamanı məlum olundu ki, təqdim olunmuş “DVD” diskdə bir ədəd qovluq vardır. Həmin qovluqda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 15:47 dəqiqədə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 318 ünvanın qarşısında saxlanıldıqdan sonra ona özlərini təqdim edirlər, Təqsirləndirilən şəxs da özünü təqdim edir, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlamaqda və qəbul etməkdə şübhəli olması bildirilir, ona təklif olunur ki, üzərində qanunsuz saxladığı nə varsa, könüllü olaraq təqdim etsin, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana paketi təqdim edir.Paket açılıqıda içərsində bitki mənşəli kütlə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi paketin içərisində olan kütlə marixuanadır, onu həmin gün «Şamaxinka» adlanan yerdə tanmadığı şəxsdən 50 manata özünün istifadəsi üçün almışdır. Ondan sonra o, gödəkçəsinin cibindən öz şəxsiyyət vəsiqəsini və qəpik pulları təqdim edir və bundan sonra onun üstü axtarılır, lakin heç nə aşkar edilmir. Şəxsiyyət vəsiqəsi və qəpik pullar özünə qaytarılır. Təqsirləndirilən şəxs götürülmüş sellofan paket zəfrə qoyularaq möhürlənir və zərf iştiakçılar tərəfindən imzalanır, bundan sonra videogörüntü başa çatır. “DVD” diskdə olan görüntü 05 dəq. 36 saniyə davam edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 84-85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “...Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdə 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi - 7,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7,84 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 7,79 qram qalmışdır. (İ/V. 63-65). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 104-105). Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ##.##.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin ##.##.2016cı il tarixli aministiya qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. (İ/V. 119-120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator Məcburi-X6 ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.VSİS-ndən alman məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən Bakı şəhər NM-də (Fllx2) diaqnozu ilə dispanser qeydiyyatmdadır. (İ/V. 126-127). “Sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 7,84 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,79 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 135-143). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq ##.##.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, ** saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə iclasında etiraf etməsi halını və əməlindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə daha ağır növdə cəzanın təyin edilməsini eyni zamanda onun şəxsiyyətini səciyyələndirən mənfi hallarla əsaslandırır. Belə ki, məhkəmə istintaqının gedişi zamanı təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından boyun qaçırmış və bir müddət məhkəmə istintaqından gizlənmişdir. Buna görə də məhkəmə tərəfindən onun barəsində axtarış elan edildikdən sonra onun saxlanılaraq məhkəmə istintaqına cəlb edilməsi mümkün olmuşdur.Bu hal onu deməyə əsas verir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə münasibətdə daha yüngül cəza təyin oluması halında onun təyin olunacaq cəzanın çəkməsindən boyun qaçırması, cəzanın şərtlərinin yerinə yetirməyəcəyinə dair ehtimalları gücləndirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni ##.##.2026-cı il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı xxxx cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 78 (yetmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 7,79 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlunun vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona ##.##.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından İbayev Şamxal Məhəmməd oğlunun vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “xxxx” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 78 (yetmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan 7,79 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, eləcə də təqdim edilən əşyaya baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı 02 ədəd DVD-R formatındakı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından İbayev Şamxal Məhəmməd oğlunun vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar