Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-7/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, zərərçəkmiş şəxslər və mülki iddiaçılar – X5 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər və mülki iddiaçıların etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Hümsü oğlunun iştirakları ilə, 27 avqust 1974-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay (boşanmış), əvvəllər məhkum olunmamış, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kitabxana müdirəsi vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Pirməmmədov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında açacağı konserv zavoduna avadanlıq alacağını və gələcəkdə həmin zavodun Bakı şəhərində filialını açaraq onu işlə təmin edəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti 98A ünvanında 11 may 2016-cı il tarixdə məzənnəsi 15.088 (on beş min səksən səkkiz manat) olan 10.000 (on min) ABŞ dollarını, 25 may 2016-cı il tarixdə 10.000 (on min) manatını, 28 may 2016-cı ildə məzənnəsi 5.217,10 (beş min iki yüz on yeddi manat on qəpik) təşkil edən 3.500 (üç min beş yüz) ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 ümumilikdə 30.305,10 (otuz min üç yüz beş manat on qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Naxçıvan Muxtar Respublikasında açacağı konserv zavoduna avadanlıq alacağını və gələcəkdə həmin zavodun Bakı şəhərində filialını açaraq onu işlə təmin edəcəyini yalandan vəd verib aldadaraq X2 ünvan 1 ünvanında 05 avqust 2016-cı il tarixdə məzənnəsi 10.387 (on min üç yüz səksən yeddi manat) təşkil edən 6.500 (altı min beş yüz) ABŞ dollarını, 10 avqust 2016-cı il tarixdə məzənnəsi 8.020 (səkkiz min iyirmi manat) təşkil edən 5.000 (beş min) ABŞ dollarını, 13 avqust 2016-cı il tarixdə məzənnəsi 6.440,80 (altı min dörd yüz qırx manat səksən qəpik) təşkil edən 4000 (dörd min) ABŞ dolları və 2.000 (iki min) manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, Şəhla Hacızadəyə ümumilikdə 26.847,80 (iyirmi altı min səkkiz yüz qırx yeddi manat səksən qəpik) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəyini, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kitabxana müdirəsi işləyir. İş yoldaşı Sevda Bağızadə ilə həmin vaxtdan yaxın dostluq münasibətləri yaranmış, hətta onlar bir evli kimi olmaqla onun bütün ailə üzvlərini, o cümlədən ərini və bacılarını tanımışdır. O, 2016-cı ilin aprel ayında Sevdanın bacısı Şahid2 2000 (iki min) manat borc pul vermişdir. Belə ki, Sevda bacısı Rəsmiyyə üçün qızıllarını lombarda qoymuş, Rəsmiyyə isə lombardın pulunu qaytara bilməmiş və buna görə çıxılmaz vəziyyətdə qalmışdır. Həmin vaxt o, ünvan 2 ünvanında kirayədə yaşamış, kirayə haqqını mənzil sahibi ilə razılaşmalarına əsasən 4-5 aya birdəfəlik olaraq, əsasən də yay tətilinə çıxarkən ödəmişdir. Bu səbəbdən o, yanvar ayından kirayə haqqı üçün yığdığı 2000 (iki min) manat pulu 2016-cı ilin aprel ayında Rəsmiyyəyə 1 ay ərzində, yəni mayda qaytarılması şərti ilə borc olaraq vermişdir. Lakin razılaşdırılmış vaxtda Rəsmiyyə onun pulunu geri qaytara bilməmişdir. Bundan sonra o, kirayə haqqını ödəmək üçün Şəhladan onun bacısı Sevdanın vasitəsi ilə həmin tarixin məzənnəsi ilə 5000 (beş min) manat təşkil edən 3500 (üç min beş yüz) ABŞ dollar pul vəsaitini 10 faizə borc almışdır. 1 aydan sonra o, iş yerində Sevdaya demişdir ki, Şəhlanın pulunu qaytara bilər, ancaq Şəhla razı olarsa pulu hələlik qaytarmaz, özü şirniyyat sexi açmaq istəyir, sexi açıb qazanc əldə etdikdən sonra qaytarar. Sevda isə Şəhla ilə danışıb nəticəsini deyəcəyini bildirmişdir. Ertəsi gün Sevda iş yerində ona demişdir ki, narahat olmasın, əri Rza ilə danışıbdır, Rza onun yerinə 3.500 ABŞ dollarını Şəhlaya qaytaracağını, ancaq Şəhlanın bunu bilməməsini, faizlə işləyirsə faizi ona ödəməsini bildirmişdir. Rza onun əvəzindən həmin 3.500 ABŞ dollarını Şəhlaya qaytarmış, o da 3.500 ABŞ dollarına görə hər ay Rzaya 400 manat faiz vermişdir. Daha sonra isə o, Rzadan aldığı pulun qalan hissəsini Rəsmiyyədən aldığı pulun əvəzi kimi qəbul edib qaytarmamışdır. Belə ki, aldığı 3500 ABŞ dollar pulun 2000 (iki min) manatı ona məxsus olmuşdur, çünki Rəsmiyyə ona borclu olduğu pulu geri qaytarmamışdır. 2016-cı ilin iyun ayında işdə olarkən Sevda ondan şirniyyat sexini açıbaçmamasını soruşmuş, o, isə sexi açmaq üçün ona əlavə pul lazım olduğunu bildirmiş, Şəhla kartındakı hesabında pul olduğunu, istəsə çıxarıb ona verəcəyini demişdir. Sevda ona Şəhladan pul almağa tələsməməsini, əri Rza ilə danışacağını, onun bankda pulunun olduğunu, ancaq Rzanı razı salmaq üçün özünün onunla görüşüb danışmasını bildirmişdir. O, Sevda ilə razılaşmış və Rza ilə onun görüşünü təşkil etməsini təklif etmişdir. Təxminən 2016-cı ilin iyun ayının sonlarında Sevda iş yerində olarkən ona demişdir ki, Rza bankdan 10.000 manat pul çıxarıbdır, evdə əri ilə danışıb onu razı salıbdır, işdən sonra onları görüşdürə bilər. Sevda həmin gün saat 17 radələrində «Gənclik Mall» ticarət mərkəzində Zərərçəkmiş şəxs1 ilə onu görüşdürmüşdür. Rza ona pulu bankdan 1 faizlə çıxardığını, ona 6 faizlə verəcəyini bildirmiş, o da razılaşıb Rzadan Sevdanın və qızının yanında 10.000 manat pulu almışdır. Rzadan aldığı 10.000 manatın bir hissəsini dollar edərək əvvəldən alıb xərclədiyi 3.500 ABŞ dolların üstünü düzəltmişdir. Həmin vaxtlarda Sevdanın bacısı Rəsmiyyə onda pul olduğunu bilib 1 aydan sonra qaytarmaq şərti ilə qızının diplomunu almaq üçün ondan borca pul istəmişdir. O da Rzadan aldığı 10.000 manat puldan qalan 6.500 manatı Rəsmiyyəyə vermişdir. Rəsmiyyə pulu alarkən ondan pul aldığını Rzanın bilməməsini bildirmişdir. O, Rzadan pulu faizlə alsa da, Rəsmiyyəyə faizsiz olaraq vermişdir. Aradan bir az keçmiş Rəsmiyyə ona yenə zəng edib əlavə pul istəmişdir. O da Rzanın verdiyi puldan qalan 3.500 ABŞ dolları Rəsmiyyə ilə metronun «28 May» stansiyasında görüşərək ona vermişdir. Rəsmiyyə 2016-cı ilin ortalarında onunla İctimai TV-nin qarşısında görüşüb öz maaş kartını ona vermişdir. Onlar razılaşmışlar ki, Rəsmiyyə əmək haqqı verilən vaxtı ona xəbər edər, o da kartdan Rəsmiyyənin əmək haqqını almaqla ona verdiyi pulun ödənişinə çıxar. 01.11.2016-cı ildə Rəsmiyyə kartın iş yerində lazım olduğunu deyib ondan geri alaraq 2 gündən sonra yenidən qaytarıb demişdir ki, iki gündən sonra maaşı köçürüləcəkdir, kartı bankomata salıb maaşı çıxara bilər. O, həmin kartı metronun «Neftçilər» stansiyasının yaxınlığında quraşdırılmış bankomata salan kimi bankomat kartı udmuşdur. O, Sevdaya iş yerində narazılığını bildirmişdir ki, Rəsmiyyə pulu qaytarmaq istəmir, ona açıq desin, nə üçün kartı ona verib sonra özü də kartı bağlatdırır. Bundan sonra Rəsmiyyə ona başqa maaş kartı verməmiş və ondan borca aldığı 6.500 manatı və 3.500 ABŞ dollarını geri qaytarmamışdır. Hazırda da Rəsmiyyə həmin pulları ona qaytarmamışdır. O, 2016-cı ilin iyul ayında Zərərçəkmiş şəxs1 ilə metronun “Neftçilər” stansiyasında görüşüb ona 1.050 manat pul vermişdir. 2016-cı ilin avqust və sentyabr aylarında Rza ilə “Gənclik Mall” ticarət mərkəzində görüşüb dəqiq məbləğini bilməsə də, ona hər dəfəsində təxminən 600-700 ABŞ dolları pul vermişdir. Bundan sonra Rza ilə görüşməmiş, yalnız Rzanın arvadı Sevda ilə iş yerində görüşüb iki dəfə, yəni 2016-cı ilin oktyabr ayında 1.050 manat, noyabrda isə yenə iş yerində dəqiq xatırlamadığı miqdarda pul vermişdir. Bundan əlavə Sevdaya iş yerində 2016-cı ilin dekabr ayında 1.100 manat, bir gün sonra isə 450-500 manat pul vermişdir ki, Rzaya olan borcundan ödəsin. O, ümumilikdə Rzaya 3.250 ABŞ dolları və 4.750 manat pul ödəmişdir. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul almışdır, ondan 10.000 ABŞ dolları almamışdır. Rzadan aldığı pulun Rəsmiyyəyə verilməsi və qaytarılmış pullar nəzərə alınsa hazırda onun Zərərçəkmiş şəxs1 borcu qalmamışdır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona verilmiş suallar əsasında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 manat və 3500 ABŞ dollar pul vəsaitini 6 faizlə borc almışdır. Həmin 10.000 manat pulun 2000 (iki min) manatını Rəsmiyyənin ona olan borcuna hesablamış, qalan 8000 (səkkiz min) manat pulu isə Rəsmiyyənin xahişi ilə ona vermişdir. Aldığı pul vəsaitini Rəsmiyyəyə verməsinə baxmayaraq o, Rzadan aldığı 10.000 manat pulu, 3 ay ərzində hissə-hissə aylıq faizi ilə birlikdə, yəni 12.000 manat olaraq tam şəkildə qaytarmışdır. O, Rzadan aldığı 10.000 manata görə ayda 1050 (bir min əlli) manat, 3500 ABŞ dollar borcuna görə isə ayda 600 (altı yüz) manat ödəniş etmişdir. İlkin ödənişləri, 2016-cı ilin Qurban bayramı ərəfəsində “Neftçilər” metrostansiyasının yaxınlığında Rzanın özünə etmişdir. O, 2016-cı ilin iyulavqust aylarında Rzanın özünə ödəniş etdikdən sonra Sevda ona bildirmişdir ki, ödənişləri Rzaya deyil, onun özünə etsin. Bundan sonra o, sentyabr ayında işlədiyi kollecdə dərslər başladıqdan sonra ödənişləri Sevdanın özünə vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pul vəsaitini sonuncunun baldızı Şahid2 verməsini onunla əsaslandırmışdır ki, bacıların öz aralarındakı münasibəti yaxşı olmadığından o, Şahid2 üçün bu vasitə ilə pul vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şəhla Hacızadəyə münasibətdə ifadəsində bildirmişdir ki, Şəhla 2016-cı ilin avqust ayında bacısı Sevda vasitəsilə 6.500 ABŞ dolları ona vermişdir. Şəhla pulun verilməsi ilə bağlı ondan heç bir sənəd tələb etməmişdir. Həmin pulun alınmasında onun məqsədi şirniyyat işi ilə məşğul olmaq və ya şirniyyat sexi açmaq olmuşdur. Belə ki, o, uzun müddət iş yerinin bufetində evdə özünün hazırladığı şirniyyatları satıb qazanc əldə etmişdir. Buna görə bu fəaliyyətini genişləndirmək niyyətində olmuşdur. O, Şəhladan borc aldığı puldan xərcləmiş və Rzaya da həmin puldan faiz ödəmişdir. 10 gündən sonra Şəhla ona əlavə olaraq 9.000 ABŞ dollar vermişdir. O, Şəhladan aldığı pul ilə şirniyyat bişirmək üçün 2 ədəd peç və bir neçə xatırmadığı avadanlıq almışdır. Aldığı avadanlıqlara isə nə qədər pul xərclədiyini xatırlamır. O, Şəhlanın pulunu tam qaytara bilməsə də, ona hissə-hissə olmaqla 6.500 ABŞ dolları pul qaytarmışdır. Borcunun qalığını qaytara bilmədikdə Şəhla və Rza ondan şikayət etmişlər. O, Zərərçəkmiş şəxs1 və Ş.X15 Respublikasında tanışı ilə konserv zavodu açacağını, həmçinin Bakı şəhərində həmin zavodun filialının açılacağını deməmişdir. Onlardan pulu həmin zavoda avadanlıq almaq, onları Bakı şəhərində açılacaq zavodun filialına işə düzəltmək adı ilə deyil, özü Bakı şəhərində şirniyyat sexi açmaq üçün borc almışdır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona verilmiş suallar əsasında ifadəsində göstərilənlərə dəqiqləşdirmə apararaq bildirmişdir ki, o, zərərçəkmiş şəxs Şəhla Hacızadədən ümumilikdə 10 faizlə 15.500 (on beş min beş yüz) ABŞ dollar borc almışdır. Şəhla ilkin olaraq 6500 (altı min beş yüz) ABŞ dolları Sevda vasitəsilə ona göndərmişdir. Həmin pul vəsaitini o, Sevdadan alanda içərisində əlyazma ilə bir tərəfində “6711 $-70 $ (bank xərci) / 6641 qaldı, 100 man. mənə qalan verdim ona (borca)”, digər tərəfində isə “270 $ * 1,480=399 man 60 qəp Şəhla” qeydlər olan kiçik vərəqə aşkar etmişdir. Belə ki, Şəhla pulu verərək ondan əvvəlcədən 399 manat faiz pulunu almışdır. Hətta bir dəfə pulun faizi olaraq 400 (dörd yüz) manat pulu digər iş yoldaşları Şahid6 vasitəsilə Sevdaya çatdırmışdır. Bundan başqa pul vəsaitini ümumiyyətlə bilavasitə Şəhlanın özündən deyil, bacısı Sevda vasitəsilə almış və onun Naxçıvan Muxtar Respublikasında yaşayan hər hansı bir tanışı və ya əlaqəsi yoxdur, ona görə də zərərçəkmiş şəxslərin ona qarşı irəli sürdükləri iddia əsassızdır, çünki onlara heç bir vəd verməmişdir. Öz işini qurmaq üçün aldığı 2 ədəd peç və digər qab-qacaq ləvazimatları isə ev şəraitində istifadə edilmişdir. O, həmin əşyaları 2016-cı ildə qazanc əldə etmək üçün alsa da, lakin sonradan öz işini qura bilməmişdir. Barəsində Şəhla tərəfindən şikayət verilərkən ona 15.500 ABŞ dollardan manat məzənnəsi ilə cəmi 8000 (səkkiz min) manat borcu qalmışdır. Belə ki, o, 8000 manatadək olan borcunu Şəhla Hacızadənin öz iş yerinin qarşısında ona qaytarmışdır. Qalıq qalan 8000 manat borcunu isə istintaq müddətində tam şəkildə ödəmişdir. Belə ki, o, cinayət işi Yasamal RPİ-nin İŞ-nin sabiq müstəntiqləri olmuş Ramil Məmmədov və Ceyhun Kərimovun icraatlarında olduğu müddətdə hər birinə ayrıayrılıqda 4000 manat, cəmi 8000 (səkkiz min) manat pul ödəmişdir. X17 ödədiyi 4000 manatın bir hissəsini, yəni 250 manat, 300 manat və 350 manatı qəbzlə vermiş, qalan hissəsini isə qəbzsiz cinayət işi üzrə aparılan ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş, hazırda vəfat etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vidadi Məmmədovun yanında vermişdir. Digər müstəntiq Ceyhun Kərimova isə 4000 manat pulu protokolla vermişdir. Ona görə də hazırda onun zərərçəkmiş şəxs Şəhla Hacızadəyə hər hansı məbləğdə borcu qalmamışdır. Sonradan öyrənib bilmişdir ki, müstəntiq Ramil Məmmədov ona verilmiş pul məbləğlərini zərərçəkmiş şəxslərə çatdırmayıb mənimsəmişdir. Buna görə də, o, müstəntiqin qanunsuz hərəkətlərindən aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs son sözündə, verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxslərdən, yəni Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 manat və 3500 ABŞ dollar, Şəhla Hacızadədən isə 15.500 ABŞ dolları borc olaraq aldığını, həmin pul vəsaitlərini tam şəkildə qaytardığını, hazırda sonunculara heç bir borcunun qalmadığını, qeyd olunan mübahisə mülki xarakterli olduğundan barəsində bəraət hökmünün qəbul edilməsini və ona qarşı verilmiş mülki iddia ərizələrinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı Sevdanın iş yoldaşı kimi 1997-ci ildən tanımış və aralarında həmişə ailəvi dostluq münasibətləri olmuşdur. 2016-ci ilin mart ayının sonlarında yaşadığı evdə həyat yoldaşı Sevda ona Təqsirləndirilən şəxs iş qurmaq üçün ondan pul istədiyini bildirmiş, o da cavabında Aynura verməyə pulu olmadığını və Sevdanın da belə işlərlə məşğul olmamasını demişdir. Bu söhbətdən bir neçə gün sonra arvadı Sevda ona iş yoldaşı Təqsirləndirilən şəxs onunla görüşüb iş barədə söhbət etmək istədiyini bildirmiş, o da razılaşaraq Sevdanın və övladlarının iştirakı ilə 2016-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X34 küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Aynur ona tanışları ilə Naxçıvan Muxtar Respublikasında konserv zavodu açacaqlarını, həmin zavoda avadanlıq almaq üçün onlara pul lazım olduğunu, əgər köməklik göstərib pul verərsə zavoda avadanlıq alıb tezliklə işə başlayacaqlarını və həmin zavodun Bakı şəhərində filialını açıb onu həmin filialda işlə təmin edəcəyini, eyni zamanda əldə edilən gəlirdən öz payını alacağını bildirmişdir. O, Aynurdan həmin zavodun kimə məxsus olduğunu, həmin iş adamları ilə onu görüşdürməsini təkidlə təklif etdikdə, Aynur onun təklifi ilə razılaşmamış, həmin adamların yanında etibarını itirməməsi üçün bunu edə bilməyəcəyini və bu haqda ona heç bir məlumat verə bilməyəcəyini demişdir. Hətta onu əmin etmişdir ki, ona etibar etdiyi qədər həmin iş adamlarına da etibar edə bilər. O, Aynuru aldadıla biləcəyi ilə tənbehləməsinə baxmayaraq, Aynur onu əmin etmişdir ki, gələcəkdə belə halın baş verməsi mümkün deyildir. O, Aynuru uzun müddətdir mərd qadın kimi tanıdığından, sözlərinə inanıb ona hansı məbləğdə pul lazım olduğunu soruşmuş, Aynur isə Naxçıvan Muxtar Respublikasında zavoda avadanlıq alıb işə salmaq üçün ona 10.000 (on min) manat və 10.000 (on min) ABŞ dolları məbləğində pul lazım olduğunu demişdir. O, dediyi məbləğdə pulu bankdan götürəcəyini və pulu götürən kimi ona məlumat verəciyini bildirmişdir. O, 11 may 2016-cı ildə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün Aynurla əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, X34 küçəsində metronun «Gənclik» stansiyasının yaxınlığında onunla görüşərək həmin 10.000 ABŞ dolları pulu ona vermişdir. Növbəti dəfə 25 may 2016-cı ildə həmin ünvanda Təqsirləndirilən şəxs 10.000 (on min) manat və sonuncu dəfə 28 may 2016-cı ildə yenə həmin ünvanda Təqsirləndirilən şəxs 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. Beləliklə o, üç dəfəyə ümumilikdə Təqsirləndirilən şəxs 10.000 manat və 13.500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pul vəsaitindən 3500 ABŞ dollarını nəğd olaraq öz yaşadığı evdən götürüb vermiş, digər pul vəsaitlərini isə bankdan çıxarıb vermişdir. Bankdan götürdüyü pulun bir hissəsini öz depozit hesabından, bir hissəsini isə kredit olaraq götürmüşdür. Pul vəsaitlərini Aynura verərkən isə onların yanında heç kim olmamışdır. Aynura etibar etdiyindən pulun verilməsini hər hansı bir formada rəsmiləşdirməmişdir. Aynur həmin pulları ondan Naxçıvan Muxtar Respublikasında şərikləri ilə açdığı konserv zavoduna avadanlıq almaq üçün aldığını demişdir. Hətta Aynur ona təklif etmişdir ki, istifadəsində olan nəqliyyat vasitəsini də satıb, onun da pulunu sərmayə olaraq versin, pul qazandıqdan sonra isə özünə yeni avtomobil alar. Lakin o, Aynurun bu təklifi ilə razılaşmamışdır. Hətta o, pulları verərkən Aynur demişdir ki, ona pulun verilməsi barədə heç kimə məlumat verməsin. Bir müddətdən sonra arvadı Sevdadan eşitmişdir ki, Aynurun ona danışdıqlarına görə zavod üçün pulu verdiyi adamlar Rusiya Federasiyasına gediblər, onların Azərbaycan Respublikasına nə vaxt qayıdacaqlarını bilmir. O, bu sözləri eşidib Aynura zəng edərək işin nə yerdə olduğunu soruşmuş, Aynur tezliklə Bakı şəhərində zavodun bir sexinin açılacağını demişdir. 2016-cı ilin oktyabr ayında Aynurla yenə də əlaqə saxlayıb maraqlandıqda Aynur ona bildirmişdir ki, hələ heç bir sex açılmamışdır. O, Aynurun onu aldatdığını başa düşüb ona verdiyi pullarını geri qaytarmasını xahiş etmişdir. Hətta Aynurun vəziyyətinin gərgin olmasını hiss edib ona təklif etmişdir ki, onu işi düzəldən adamlarla tanış etsin və pulun qaytarılmasında ona köməklik göstərsin. Aynur isə onun bu təklifindən imtina edib heç bir zərurət olmadığını bildirmişdir. Daha sonra maraqlananda bilmişdir ki, Təqsirləndirilən şəxs onun 10.000 manat və 13.500 ABŞ dolları pulunu ələ keçirdikdən bir neçə ay sonra ondan xəbərsiz baldızı Şəhla Hacızadədən də 15.500 (on beş min beş yüz) ABŞ dolları və 2.000 (iki min) manat pul almışdır. Şəhla Hacızadə ilə əlaqə saxlayıb nəyə görə Aynura pul verməsini soruşduqda Şəhla ona Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasında konserv sexi açdığını və həmin sexə avadanlıq almaq adı ilə ondan pul aldığını və ona həmin sexin Bakı şəhərində filialını açacaqlarını deyib onu da həmin filialda işə düzəldəcəklərini vəd etdiyini bildirmişdir. Onlar Aynurun hər ikisinə eyni vədləri verib aldadaraq pullarını ələ keçirdiyini başa düşmüşlər. 2016-cı ilin dekabr ayının sonlarında onlar Aynurdan pullarını tələb etdiklərindən, sonuncu məsuliyyətdən yayınmaq üçün həblər qəbul edib özünü zəhərləmiş və xəstəxanaya düşmüşdür. Təqsirləndirilən şəxs zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda aparılan araşdırma zamanı, o, Şəhla barəsində şər və böhtan xarakterli məlumatlar verərək bir daha onlara pulun geri qaytarılmasından yayınmağa cəhd göstərmişdir. Araşdırma zamanı Aynur bildirmişdir ki, guya onun anasının evinə gedərək onları hədələmişlər. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs intihara cəhd etməmişdən öncə onlar Aynurun anasının yaşadığı evə getsələr də, heç bir mübahisə yaranmamışdır. Odur ki, fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması 31 yanvar 2017-ci il tarixdə rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onların pulunu geri qaytarmaqdan yayınmağa cəhd göstərmişdir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, Aynurun xəstəxanadan çıxıb anası evinə getdiyini eşidərək o, arvadı Sevda və baldızı Şəhla ilə birlikdə həmin ünvana getmişlər. O, Aynura borca pul verdiklərini sübut etmək üçün əvvəldən hazırlıq görərək otaqda üstündə olan mobil telefonun yaddaşını aktivləşdirib aralarında olan danışığı telefonun yaddaşına yazmağa başlamışdır. Onlar Aynurun anası Solmaza qızının onlardan külli miqdarda pul alıb qaytarmadığını demişlər. Solmaz isə qızı Aynurdan aldığı pulları kimə verdiyini, haraya xərclədiyini soruşanda Aynur pulu özü xərclədiyini demişdir. Solmaz onlara qızının aldığı pulları qaytaracağına söz versə də, vədlərinə əməl etməmişlər. Hazıradək Təqsirləndirilən şəxs ona cəmi bir dəfə poçt vasitəsilə 350 (üç yüz əlli) manat pul ödəmiş, bundan başqa həmin puldan nə ona, nə də arvadı Sevdaya ödəniş etməmişdir. Buna görə də o, 2017-ci ilin yanvar ayında Aynurun barəsində Nərimanov RPİ-nin 18-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun və Şəhla Hacızadənın şikayətindən sonra həmin materialların araşdırılması Yasamal RPİ-nin 29-cu PŞ-də davam etdirilərək Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün göstərdiyi xüsusatlara münasibətdə bildirmişdir ki, o, ilk dəfə bu işlə bağlı ailə üzvləri ilə birlikdə Aynurla “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində görüşüb müzakirə etmələrinə baxmayaraq, onların yanında pul verməmişdir. O, pulu Aynura öz ifadəsində qeyd etdiyi kimi 3 dəfəyə ticarət mərkəzinin qarşısında vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan başqa o, Şəhlaya Aynurun əvəzinə 3500 ABŞ dollar ödəməmişdir. Hətta Aynurun ifadəsində qeyd etdiyi, guya arvadı Sevdanın ona pul ödənişini ərinə deyil, onun şəxsən özünə ödəməsini tələb etməsi, ondan guya faizlə alınmış pulları baldızı Şahid2 faizsiz olaraq borc verməsi, ondan aldığı pulun guya sonradan bir hissəsini onun özünə, bir hissəsini isə arvadı Sevdaya ödəməklə tam şəkildə qaytarılmasına dair məlumatlar tamamilə absurd olmaqla həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etmişdir ki, həqiqətən də baldızı Şahid2 Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul borcu olmuşdur. O, sonradan öyrənib bilmişdir ki, bu borc Aynur ondan pulu almazdan əvvəl yaranmışdır. Lakin Rəsmiyyənin pul borcu barədə onun məlumatı olmamış və bununla bağlı Təqsirləndirilən şəxs ilə onlar arasında heç bir danışıq və razılaşma olmamışdır. Şahid2 pul borcu barədə bütün bu sözsöhbətdən sonra öyrənmiş, həmin borcun 1000 (bir min) manatını o, özü şəxsən Rəsmiyyəyə vermişdir ki, borcunu qaytarsın, qalıq qalan hissəsini isə Rəsmiyyə öz kartı vasitəsilə ödəmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 30.305,10 (otuz min üç yüz beş manat on qəpik) manat məbləğində maddi zərərin və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manatın, cəmi 30.336,10 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin məhkəmə çıxışında Təqsirləndirilən şəxs tərəfindən hazıradək ona dəymiş 30.305,10 (otuz min üç yüz beş manat on qəpik) manat maddi ziyandan cüzi məbləğdə, yəni 350 (üç yüz əlli) manat ödəniş edildiyini, buna görə də şikayətçi olmaqla ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxs barəsində daha ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ilə yaxındır ki, bacısı Sevda Bağızadənin iş yoldaşı kimi tanıyır. 2016-cı ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət əsnasında sonuncu ona bildirmişdir ki, onun tanışlarının Naxçıvan Muxtar Respublikasında konserv zavodları var və həmin zavodun işə salınması üçün avadanlıqlar alınmasından ötrü onlara sərmayə lazımdır, bundan əlavə 3 ay müddətində zavodun Bakı şəhərində filialı açılacaq və əgər o da pul vəsatini sərmayə şəklində versə filialda həm iş yeri ilə təmin edilər, həm də payçı olaraq qazanc əldə edər. Zavodu açan şəxslərin adlarını soruşsa da, Təqsirləndirilən şəxs bu barədə ona məlumat verməkdən imtina etmiş, ona narahatçılığa əsas olmadığını bildirmişdir. Lakin o, Aynuru uzun illərdir tanıdığına görə onun sözlərinə inanıb zavoda sərmayə qoymaq qərarına gəlmişdir. Bu məqsədlə o, 05 avqust 2016-cı il tarixdə “NBC” bankda depozit hesabında olan 6.500 (altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini çıxarıb Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının qarşısında görüşüb ona vermişdir. Qeyd olunan pul vəsaitini verərkən qızı Səbinə onun yanında olmuş və pulun verilməsini bilavasitə görmüşdür. Bundan sonra Aynur ona yenə pul lazım olduğunu bildirmişdir. Bu vaxt o, Aynura 2-3 gün gözləməsini söyləmişdir. Çünki depozit hesabından pul vəsaitini tam şəkildə çıxarmaq mümkün olmadığından hissə-hissə çıxarmaq məcburiyyətində qalmışdır. Bu müddət ərzində isə Aynur təkidlə ona zəng edib tələsdirmiş və iş düzəldən adamların Naxçıvan Muxtar Respublikasına təyyarə ilə uçacaqlarını bildirmişdir. O, yenə “NBC” bankdan 10 avqust 2016-cı ildə pul götürüb həmin gün Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının qarşısında Aynurla görüşüb ona əlavə olaraq 5.000 (beş min) ABŞ dolları pul vermişdir. Lakin Aynur artıq həmin adamlar Naxçıvan Muxtar Respublikasında olduqlarından pul vəsaitini onlara poçt vasitəsilə göndərəcəyini demişdir. Bundan təxminən 2-3 gün sonra Aynur yenə onunla telefon əlaqəsi saxlayıb zavoda avadanlıq almaq üçün əlavə olaraq 4.000 (dörd min) ABŞ dolları və 2000 (iki min) manat da pul istəmişdir. O, Aynurun istədiyi məbləğdə pulu hazırlayıb 13 avqust 2016-cı ildə ona zəng edərək həmişə görüşdükləri yerdə, yəni Aynurun iş yerinə yaxın olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, metronun «İnşaatçılar» stansiyasının yanında görüşərək 4.000 (dörd min) ABŞ dolları və 2.000 (iki min) manat pulu ona vermişdir. Aynur ondan pulu qəbul edəndən sonra həmin pulu yenə də Naxçıvan Muxtar Respublikasına göndərəcəyini bildirmişdir. Hətta Aynur onu sakitləşdirərək inandırmışdır ki, iş gördüyü adamların adını deməsə də, həmin adamlar çox güclüdürlər. Hətta Təqsirləndirilən şəxs onun etibarını daha da qazanmaq üçün əlavə olaraq demişdir ki, həmin adamlar marşuruta avtobuslar da buraxmaq niyyətindədirlər. 2016-cı ilin noyabr ayında o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb işin vəziyyəti ilə maraqlananda Aynur zavodun hələ işə başlamadığını bildirmişdir. O, Aynurun cavabından yalan danışdığını hiss edib ondan verdiyi 15.500 ABŞ dolları və 2.000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Aynur isə pulun qaytarılması üçün ondan 05 dekabr 2016-cı il tarixədək vaxt istəmişdir. Bundan sonra Aynur müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu işi görən adamlara verdiyini, həmin adamların pulu qaytarmadığını deyib vaxtı uzadaraq onun pulunu geri qaytarmamışdır. O, Aynurdan pulları kimə verdiyini, həmin adamla onu görüşdürməsini, bu məsələdə ona köməklik göstərmək istəməsini bildirib, həmin adamın ünvanını ona deməsini tələb etsə də, Aynur bu haqda ona heç bir məlumat verməmişdir. 2016-ci ilin dekabr ayının sonlarında isə Təqsirləndirilən şəxs ondan əvvəl, onun xəbəri olmadan bacısı Sevdanın əri Zərərçəkmiş şəxs1 də eyni adla, yəni Naxçıvan Muxtar Respublikasında açdıqları konserv zavoduna avadanlıq almaq bəhanəsi ilə 2016cı ilin may ayında 13.500 (on üç min beş yüz) ABŞ dolları və 10.000 (on min) manat pulu alıb qaytarmadığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ondan pulu Zərərçəkmiş şəxs1 sonra, yəni avqust ayında almışdır. Əgər o, bu barədə vaxtında məlumatlı olsa idi ona qətiyyən pul verməzdi. 2017-ci ilin yanvar ayında işdən evə gəldikdə, qızı ona məlumat vermişdir ki, Aynur dərman içib xəstəxanaya düşmüş və ondan Xətai rayon prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxs zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda aparılan araşdırma zamanı Aynur onun barəsində şər və böhtan xarakterli məlumatlar verərək bir daha onlara pulun geri qaytarılmasından yayınmağa cəhd göstərmişdir. Araşdırma zamanı Aynur bildirmişdir ki, guya o, Aynurun anasının evinə gedərək onları hədələmişdir. Şəhla Hacızadə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs intihara cəhd etməmişdən öncə onlar arasında heç bir mübahisə yaranmamışdır. Odur ki, fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması 31 yanvar 2017-ci il tarixdə rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onların pulunu qaytarmamaq, eyni zamanda onları hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkindirmək üçün bu hərəkətləri etmişdir. Daha sonra Aynurun xəstəxanadan çıxıb anası evinə getdiyini eşidərək o, bacısı Sevda və onun əri Rza ilə birlikdə həmin ünvana getmişlər. Rza, Aynura borca pul verdiklərini sübut etmək üçün əvvəldən hazırlıq görərək otaqda üstündə olan mobil telefonun yaddaşını aktivləşdirib aralarında olan danışığı telefonun yaddaşına yazmağa başlamışdır. Onlar Aynurun anası Solmaza qızının onlardan külli miqdarda pul alıb qaytarmadığını demişlər. Solmaz isə qızı Aynurdan aldığı pulları kimə verdiyini, haraya xərclədiyini soruşanda Aynur pulu özü xərclədiyini və özünün yediyini demişdir. Solmaz onlara qızının aldığı pulları qaytaracağına söz versə də, vədlərinə əməl etməmişlər. Hazıradək Təqsirləndirilən şəxs ona cəmi bir dəfə müstəntiq Ceyhun Kərimov vasitəsilə 4000 (dörd min) manat pul ödəmiş, bundan başqa alınan ümumi puldan heç bir əlavə ödəniş etməmişdir. Buna görə də o, 2017-ci ilin yanvar ayında Aynurun barəsində Nərimanov RPİ-nin 18-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun və Zərərçəkmiş şəxs1 şikayətindən sonra həmin materialların araşdırılması Yasamal RPİ-nin 29-cu PŞ-də davam etdirilərək Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. X12 Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün göstərdiyi xüsusatlara münasibətdə bildirmişdir ki, bacısı Şahid2 Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul borcunun olması barədə ümumiyyətlə məlumatı olmamış, Rəsmiyyənin pul borcuyla bağlı Təqsirləndirilən şəxs ilə aralarında heç bir danışıq və razılaşma olmamışdır. Şahid2 pul borcu barədə bütün bu söz-söhbətdən sonra öyrənmiş, həmin borcun 1000 (bir min) manatını Rzanın verdiyini, qalıq qalan hissəsini isə Rəsmiyyənin öz kartı vasitəsilə ödəməsini bilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs guya onunla pulun verilməsi üçün ümumiyyətlə görüşməməsi və ilkin olaraq verilmiş 6500 ABŞ dolların ona bacısı Sevda vasitəsilə çatdırılmasına dair, ümumilikdə verilmiş 15.500 ABŞ dollar və 2000 manat pul vəsaitinin ona faiz müqabilində verilməsinə dair qeyd etdiyi xüsusatlar tamamilə yalandır. Belə ki, o, 6.500 ABŞ dolları bankdakı depozit hesabından çıxarıb yuxarıda qeyd olunan ünvanda qızı ilə birlikdə Aynura vermişdir. Pulun hissə-hissə verilməsinə səbəb depozitdən pulun tam olaraq çıxarılmasının mümkün olmaması olmuş, hər dəfə özü şəxsən Aynurla görüşüb pulu bilavasitə onun özünə vermişdir. Əgər onun niyyəti puldan faiz əldə etmək olsaydı, etibarlı olaraq bankda 15 faizlə depozitdə olan pulunu çıxarıb, Təqsirləndirilən şəxs 10 faizlə verməzdi. Belə ki, bu onun maraqlarına məntiqli olaraq xidmət etməzdi. Hətta Aynurun ifadəsində qeyd etdiyi, guya ondan aldığı pulun sonradan bir hissəsini onun özünə, bir hissəsini isə istintaq zamanı müstəntiqlər vasitəsilə ödəməklə tam şəkildə qaytarmasına dair məlumatlar tamamilə absurd olmaqla həqiqəti əks etdirmir. Belə ki, hazırki cinayət işi Ceyhun Kərimovun icraatında olan zaman ona yalnız protokol qaydasında 4000 (dörd min) manat pul ödənilmiş, bundan savayı ona heç bir məbləğdə pul qaytarılmamış və o cümlədən Yasamal RPİ-nin sabiq müstəntiqi Ramil Məmmədov tərəfindən ona heç bir ödəniş edilməmişdir. Zərərçəkmiş şəxs X12 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 15.500 (on beş min beş yüz) ABŞ dolları və 2.000 (iki min) manat, milli valyuta məzənnəsi ilə ümumilikdə 26.847,80 (iyirmi altı min səkkiz yüz qırx yeddi manat səksən qəpik) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin məhkəmə çıxışında Təqsirləndirilən şəxs tərəfindən hazıradək ona dəymiş 26.847,80 (iyirmi altı min səkkiz yüz qırx yeddi manat səksən qəpik) manat maddi ziyandan cüzi məbləğdə, yəni 4000 (dörd min) manat ödəniş edildiyini, buna görə də şikayətçi olmaqla ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxs barəsində daha ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 il olar ki, ərindən ayrıldıqdan sonra qızının təhsil haqqını ödəməkdə çətinlik çəkmişdir. Ailədə 4 bacı olmalarına baxmayaraq, bacıları daim ona köməklik göstərdiklərindən və onlardan yenidən pul almağa utandığından bacısı Sevdanın iş yoldaşı Təqsirləndirilən şəxs Əmrulla qızından 2016-cı ilin yay aylarında 2.000 (iki min) manat borc pul almışdır. O, aldığı pulun 1.000 (min) manatını nağd olaraq Aynura qaytarmışdır. Qalan 1.000 (min) manat pulun əvəzinə əmək haqqı kartını Aynura vermiş, Aynur da həmin kartdan 4 ay müddətində, hər ay 275 manat məbləğində olan əmək haqqını çıxarmış, sonra onun kartını özünə qaytarmışdır. Aynura nağd şəkildə verdiyi 1000 manat pulu isə Sevdanın əri Rza bu barədə bildikdən sonra ona borcunu qaytarması üçün vermişdir. Onun Aynura olduğu borcuna bacılarının heç bir aidiyyəti və məlumatları olmamışdır. O, Aynurdan başqa hansısa məbləğdə pul almamışdır. Sonradan ona məlum olmuşdur ki, Aynur onun bacısı Sevdanın əri Zərərçəkmiş şəxs1 aldadaraq 10.000 (on min) manat və 13.500 (on üç min beş yüz) ABŞ dolları məbləğində pulunu, digər bacısı Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat və 15.500 (on beş min beş yüz) ABŞ dolları pulunu ələ keçirmişdir. Aynur ona 2.000 (iki min) manat pulu faizsiz borca vermişdir və pulu verərkən Zərərçəkmiş şəxs1 pul aldığını ona deməmişdir. Həmçinin onun bacıları və Rza ilə Təqsirləndirilən şəxs arasında olan söhbətlərdən ümumiyyətlə xəbəri olmayıb, heç bir danışıqda iştirak etməyibdir. Şahid2 qızı ifadəsində kreditə pul alması üçün lombarda pul qoyulmasını bildirsə də lakin qeyd olunan xüsusatın yalnız onun özünə aid olmasını, bunun nə Təqsirləndirilən şəxs, nə də digər şəxsə bağlılığının olmadığını, Təqsirləndirilən şəxs ona Rzadan aldığı 10.000 manat pulu vermədiyini və Aynurun qeyd etdiyi məlumatın yalan olmasını bildirmişdir. Bundan başqa onun mobil telefonu olmamış və eyni zamanda Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir watsapp sosial şəbəkəsi vasitəsilə yazışması olmamışdır. Təqsirləndirilən şəxs sonradan Zərərçəkmiş şəxs1 pulunu qaytarmamaq üçün məqsədli olaraq yalandan sonuncudan aldığı puldan ona 6.500 (altı min beş yüz) manat və 3.500 (üç min beş yüz) ABŞ dolları verdiyini demişdir. O, Təqsirləndirilən şəxs 2.000 manat borc pul almış və həmin pulu da tam şəkildə ona qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1996-cı ildən tanıyır. Onunla birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində işləyir. 2016-cı ilin mart ayında iş yerində olarkən Təqsirləndirilən şəxs söhbət əsnasında ona Naxçıvan Muxtar Respublikasından tanış iş adamları olduğunu, həmin şəxslərin konserv zavodu açdıqlarını, sərmayə qoyulması üçün pul lazım olduğunu, onların da sərmayə qoyaraq yaxşı qazanc əldə edə biləcəklərini və əri Rza ilə danışıb bu işə qoşulması üçün pul verməsini xahiş etmişdir. Hətta Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bu işlə onlar yaxşı qazanc əldə edə bilərlər. O, evdə əri Rzaya bu haqda danışanda Rza Aynura pul verməyəcəyini, onun nə işlə məşğul olmaq istədiyini bilmədiyini demiş və əvvəlcə razılaşmamışdır. O, əri Rzanın cavabını Aynura çatdıranda, sonuncu onu təkidlə Rza ilə görüşdürməsini, özünün onunla danışmaq istədiyini və Rzanı özünün razı sala biləcəyini demişdir. O, 2016-cı ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X34 küçəsində yerləşən «Gənclik Mall» ticarət mərkəzində əri Rza ilə Aynuru görüşdürmüşdür. Onun və övladlarının iştirakları ilə olan söhbət zamanı X28 Muxtar Respublikasında konserv zavodu olduğunu, həmin zavodu şərikləri ilə birlikdə işə salmaq üçün avadanlıq almaq lazım olduğunu, həmin avadanlıqları almaq üçün ona pul verərsə 3 ay müddətində həmin zavodun Bakı şəhərində filialını açacaqlarını, onun payçı kimi qazanc əldə edəcəyini, Bakı şəhərində açdıqları filialda Rzanı və onu işlə təmin etdirəcəyini bildirmişdir. O özü və əri Rza Aynurdan dəfələrlə soruşmuşlar ki, işi quran şəxslər kimlərdir, lakin Aynur onların adlarını və anket məlumatlarını deməkdən imtina edib sadəcə onun özünə inanmalarını bildirmişdir. Onlar Aynurun sözlərinə, vədlərinə inanmışlar və Rza Aynura pul verəcəyini demişdir. Sonra Rza onun iştirakı olmadan 2016cı ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu F.Xoyski küçəsində metronun «Gənclik» stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs 10.000 (on min) ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra, yenə may ayında həmin ünvanda Aynurla görüşüb 10.000 (on min) manat və sonra isə 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. Belə ki, onlar Təqsirləndirilən şəxs uzun müddət tanıdıqlarından ona tam etibar edib pul vermişlər. Aynur Rzadan 3 dəfəyə 10.000 (on min) manat və 13.500 (on üç min beş yüz) ABŞ dolları pul alsa da, heç bir iş görməmişdir. Bir neçə aydan sonra isə onlar Təqsirləndirilən şəxs eyni adla onun bacısı Şəhla Hacızadənı da aldadaraq 2.000 (iki min) manat və 15.500 (on beş min beş yüz) ABŞ dolları pulunu ələ keçirdiyini öyrənmişlər. Sonra onlar Aynurun yalan danışdığını bilib verdikləri pulları qaytarmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək nə əri Rzanın, nə də bacısı Şəhlanın pulunu geri qaytarmamışdır. Aynur sonradan pulu qaytarmamaq üçün yalandan bəhanələr gətirmişdir ki, guya Rzadan və Şəhladan pulu borca faizlə almışdır. Lakin əri Rza ilə Aynurun söhbətində onun özü iştirak etmişdir, orada heç bir faizlə borca pul almaqdan söhbət getməmişdir. O, pul verilməzdən əvvəl əri ilə Aynur arasında aparılan söhbətlərdə iştirak etsə də, amma pulun verilməsində bilavasitə iştirak etməmişdir. Ümumiyyətlə onun əli pula dəyməmişdir. 2016cı ilin may ayından hazırki vaxta kimi Aynur Rzadan aldığı puldan yalnız 350 (üç yüz əlli) manat pul vermiş, qalan hissəsini geri qaytarmamışdır. Şahid X13 Təqsirləndirilən şəxs öz müdafiəsi üçün göstərdiyi xüsusatlara münasibətdə bildirmişdir ki, o, qeyd etdiyi kimi ümumiyyətlə Aynura pulun verilməsində iştirak etməmiş, o cümlədən bacısı Şəhla onun vasitəsilə Aynura, həmçinin bacısı Şəhlaya Aynurun borcu üçün 3500 ABŞ dollar pul qaytarmamış, Şəhla ilə Aynur arasındakı söhbətlərdən məlumatsız olmuş, yalnız 2016-cı ilin dekabr ayında Şəhlanın da Aynura eyni adla pul verməsini öyrənib bilmişdir. Təqsirləndirilən şəxs Şəhlanın 6500 ABŞ dollar pulunu hər hansı bir əlyazma qeydi ilə çatdırmamışdır. Bu xüsusat yalan olmaqla həqiqəti əks etdirmir. Lakin Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qeyd vərəqəsindəki “6741 $ -70 $ - 1000 mənə, qalan verdim (borca)” əlyazısı onun xətti olmasına baxmayaraq, həmin vərəqənin nə vaxt, nə üçün yazıldığını və Aynurun əlinə necə keçməsini xatırlamır. Buna baxmayaraq əminliklə qeyd edir ki, o, təqdim edilmiş qeyd vərəqini, eyni zamanda 6500 ABŞ dollar pulu Şəhlanın adından Aynura çatdırmamış, çünki heç bir söhbətlərdə iştirak etməmişdir. X13 Təqsirləndirilən şəxs ona hər ay faiz pulu verməsi, hətta iş yoldaşları Şahid6 vasitəsilə ona 400 (dörd yüz) manat pul çatdırılması ilə bağlı bildirmişdir ki, qeyd olunan xüsusat pulun verilməsindən daha əvvəl işçilər arasında oynanılan lotareya pulu ilə əlaqədar olmuşdur. Lakin həmin vaxt qeyd olunan məbləğ deyil 100 (bir yüz) ABŞ dollar pul vəsaiti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası Sevdanın yaxın iş yoldaşı kimi tanımış və hətta onun anası Şəhla Hacızadə ilə də yaxın, güvənli münasibətləri yaranmışdır. 05 avqust 2016-cı il tarixdə o, anası Şəhla ilə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında Aynurla görüşmüşlər. Həmin vaxt anası bankdakı depozit hesabından götürdüyü 6.500 ABŞ dollar pulu Aynura verəndə o da, yanında olmuşdur. Təqsirləndirilən şəxs isə pulu şərikinə göndərəcəyini, Naxçıvan Muxtar Respublikasında açacaqları konserv zavodu üçün avadanlıqlar alacaqlarını demişdir. Sonra isə anası Şəhlanın danışıqlarından bilmişdir ki, bank hesabından yenidən pul götürüb Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 5.000 ABŞ dollar, sonra isə 4.000 ABŞ dollar və 2.000 manat pul vermişdir. Lakin Aynur və anası Şəhlanın sonrakı görüşlərində o, iştirak etməmişdir. Şahid5 həmçinin bildirmişdir ki, bankın depozitində olan hesab anası Şəhlanın adına olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, Şəhla Hacızadə və Sevda Bağızadə onun bacılarıdır, Zərərçəkmiş şəxs1 isə bacısı Sevdanın əridir. O, Təqsirləndirilən şəxs bacısı Sevdanın iş yoldaşı kimi tanımışdır. 2016cı ilin dekabr ayının sonlarında Aynur ona zəng edib demişdir ki, tanışlarının açmaq istədiyi Naxçıvan Muxtar Respublikasındakı konserv zavoduna avadanlıqlar almaq məqsədilə Şəhladan və Rzadan, hər birindən ayrı-ayrılıqda hardasa 30.000 (otuz min) manata yaxın pul almışdır. Belə ki, o, bacılarının pul məsələlərinə heç vaxt qarışmadığından dəqiq nə qədər pul verilməsi barədə məlumatı yoxdur. Aynur həmçinin ona bildirmişdir ki, zavodu şərikli açmaq istədiyi şəxsə avadanlıq almaq məqsədilə pulları vermiş, həmin şəxs də pulları götürüb Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş, indi o, pis vəziyyətdə qalmışdır. Şəhla və Rza ondan verdikləri pullarını tələb edirlər. O, bacısı Şəhla və Sevda ilə danışıb pulu qaytarmaq üçün ona möhlət verilməsini və barəsində şikayət edilməməsini xahiş etmişdir. Hətta bir dəfə o, bacısı Sevdanın iş yerində olarkən Aynur onların yanında bir nəfərlə telefonla danışmış və daha sonra onlara skayp vasitəsilə iş görmək istədiyi şəxslə danışdığını bildirmişdir. Şahid4 qızı həmçinin bildirmişdir ki, o, bütün prosesləri kənardan izləmiş və nə pulun verilməsində, nə də hər hansı bir məbləğdə pulun alınmasında bilavasitə iştirak etməmişdir. Yalnız bacılarının söhbətlərindən bilmişdir, Aynur onlardan pulu alarkən gələcəkdə işlə təmin ediləcəklərinə, hətta dövriyyəyə avtobuslar buraxacaqlarına və bununla da yaxşı gəlir əldə edəcəklərinə dair vədlər vermişdir. Hətta bir dəfə telefon danışığı zamanı Aynur ağlayıb ona yalvarmışdır ki, Şəhla ilə danışıb onu razılığa gətirsin, əks təqdirdə o, özünü öldürməklə hədələyirdi. Bundan sonra o, Şəhla ilə danışmış və onlar notariusa gedib pulun verilməsi faktını rəsmiləşdirmək qərarına gəlmişlər. Lakin notarius faktiki pulun verilməsi onun yanında baş vermədiyindən həmin faktı rəsmiləşdirməkdən imtina etmişdir. O, sonuncular arasında faizə borc pul verilməsi haqqında danışıqlar aparılmasını eşitməmişdir. 2017-ci ilin yanvar ayında o, bilmişdir ki, Aynur özünü zəhərləyərək xəstəxanaya düşmüş, bundan sonra onlar anlamışlar ki, Aynur Şəhla və Rzanın pullarını qaytarmayacaq. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şahid4 qızının ifadəsində göstərilənlərə münasibət bildirərək göstərmişdir ki, həqiqətən də o, Nərminə ilə danışıb Şəhladan ona möhlət verilməsi haqqında razılıq almasını xahiş etmişdir və onlar arasında telefon danışıqları 2016-cı ilin oktyabr-noyabr aylarında olmuşdur. Lakin o, Nərminəyə kimdən, nə qədər pul alıb-verməsini deməmişdir. Yalnız ona möhlət verilməsini xahiş etmişdir. Hətta bir dəfə o, Nərminənin yanında Şəhla ilə “Azadlıq” metrostansiyasının yaxınlığında görüşüb borcundan 1700 (bir min yeddi yüz) ABŞ dollar qaytarmışdır. Şahid4 qızı isə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edərək Aynurla yalnız telefonla danışdığını, onunla görüşmədiyini və onun yanında Şəhlaya hər hansı məbləğdə pul qaytarılması faktının şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərmişdir ki, qızı Aynur övladı ilə birlikdə ona məxsus Bakıxanov qəsəbəsində yerləşən evində yaşayır. Aynur Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kitabxana müdirəsi işləyir. X19 iş yoldaşı kimi tanımış, lakin sonuncunun bacısı Şəhlanı sonradan tanımışdır. Nə Aynurun, nə də onun Naxçıvan Muxtar Respublikasında qohumu və ya tanışı yoxdur. O, Aynurun vasitəsi ilə onun iş yoldaşı X6, onun əri Zərərçəkmiş şəxs1 tanımışdır. 29 dekabr 2016-cı il tarixdə Aynur dərman içərək özünə qəsd etmək istəmiş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək təxminən 1 həftə xəstəxanada müalicə olunmuşdur. Aynur xəstəxanada olarkən öyrənib bilmişdir ki, Aynur Sevdanın əri Zərərçəkmiş şəxs1 və bacısı Şəhla Hacızadəyə külli miqdarda pul borcuna görə dərman həblərini qəbul etmişdir. O, bu barədə Aynurdan soruşduqda ona Şəhladan 15.500 ABŞ dollar faizlə pul borc aldığını və qaytardığını bildirmişdir. Lakin Aynur ona nə üçün borc aldığını deməmişdir. Aynur xəstəxanadan çıxdıqdan sonra Zərərçəkmiş şəxs1, arvadı Sevda və baldızı Şəhla Hacızadə onun evinə gələrək öz narazılıqlarını bildirmişlər ki, Aynur onları Naxçıvan Muxtar Respublikasında kiminləsə şərikli konserv zavodu açmaq adı ilə pul alıb aldatmış, sonradan onların pulunu qaytarmamışdır. O, Aynurdan Rzadan və Şəhladan aldığı pulları haraya xərcləməsini, necə etməsini soruşanda Aynur yalnız həmin adamlardan aldığı pulları özünün xərclədiyini demişdir. Zərərçəkmiş şəxs1 və X26 külli miqdarda pul verdiklərini desələr də, pulun hansı miqdarda olmasını ona deməmişlər. O, qızı Aynurun həmin adamlardan pulu nə məqsədlə aldığını, hansı məbləğdə aldığını soruşsa da Aynur bu haqda ona məlumat verməmiş, yalnız Şəhladan aldığı 15.500 ABŞ dollar borcunu geri qaytardığını demişdir. Lakin Aynurun həmin pulu nə vaxt qaytardığını bilmir və ehtimal edir ki, intihar cəhdindən əvvəl qaytarmışdır. Aynur həmin pulu iş qurmaq üçün borca aldığını demişdir. Şahid3 qızı həmçinin ifadəsində bildirmişdir ki, o, işin qurulması istiqamətində Aynurun kiminləsə danışıqlar aparmasını eşitməmiş, hər hansı bir avadanlıq almasını görməmişdir. Eyni zamanda Aynur Zərərçəkmiş şəxs1 və Şəhla Hacızadədən faizlə borca pul alması barədə ona heç nə deməmişdir. Aynur heç vaxt başqa yerdə və ya onun evində şirniyyat sexi açıb işlətməyibdir, şirniyyat sexi işlətmək üçün avadanlıq almamışdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və eyni zamanda mülki iddiaçıları, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və mülki iddiaçılar X7 və Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq faktlarına münasibətdə özünü təqsirli bilməyərək öz ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin, eyni zamanda şahidlərin ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs ifadəsindəki məlumatlar tam şəkildə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X12 və Zərərçəkmiş şəxs1 ittiham üzrə qeyd edilmiş məbləğlərlə tam olaraq razılaşmasa da, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 manat və 3500 ABŞ dollar, Şəhla Hacızadədən isə 15.500 ABŞ dolları borc olaraq aldığını, həmin pul vəsaitlərini isə tam şəkildə qaytardığını bildirmişdir. Lakin işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs pulun ələ keçirilməsindən əvvəl niyyəti hər hansı bir öhdəliyin icra edilməsinə yönəlməmişdir. Yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə yalandan iş qurmaq adı ilə onların etibarını qazandıqdan sonra, bu etibardan sui-istifadə edib aldadaraq əvəzsiz olaraq hər birinə münasibətdə ayrı-ayrılıqda müəyyən edilmiş məbləğlərdə pul vəsaitini qanunsuz ələ keçirməsi məhkəmə istintaqı ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün irəli sürdüyü dəlillər məhkəmə istintaqı ilə tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir : Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Rza onun əvəzindən 3.500 ABŞ dollar pulu Şəhlaya qaytardığından, o da 3.500 ABŞ dollarına görə hər ay Rzaya arvadı Sevda vasitəsilə 400 manat məbləğində faizə pul vermişdir. Qeyd olunan faktla bağlı o, iş yoldaşı Şahid6 ilə aralarında olan telefon danışığının qeydə alındığı CD diski məhkəməyə təqdim edərək sonuncunun şahid qismində dindirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilərək tədqiq edildikdə müəyyən edildi ki, Şahid6 ilə aparılan danışıq zamanı Təqsirləndirilən şəxs ondan o vaxt verilmiş pulu Sevdaya çatdırıbçatdırmamasını, əgər çatdırmışdırsa kimin ondan götürməsini soruşmuşdur. Şahid6 bir müddət sonra çətinliklə xatırlayaraq bir dəfə dollarla üzərində əlli qəpik olan pul vəsaitini Sevdaya çatdırmasını və onun özünün ondan təhvil aldığını bildirmişdir. Lakin tərəflər arasında pulun nə vaxt verilməsi və hansı məbləğdə pulun verilməsi qeyd edilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində lobarant vəzifəsində işləyir, Təqsirləndirilən şəxs və X6 uzun illərdir iş yoldaşı kimi tanımış, lakin onlarla sıx yaxın münasibətləri olmadığından aralarında olan münasibətdən xəbərdar olmamış, kimin kimə, nə qədər və hansı səbəbdən pul verməsi barədə məlumatı yoxdur. Yalnız səhv etmirsə 2013-cü ilin oktyabr-noyabr aylarında Aynur ona yaxınlaşıb kağız salfetin arasında pul verib bildirmişdir ki, lotoreya puludur və həmin pulu Sevda ondan götürəcək. Soruşanda Aynur demişdir ki, lotoreyanı 100 (bir yüz) ABŞ dollardan oynayırlar. Lakin o, kağızın arasındakı pula baxdıqda, xırda əskinaslar və hətta qəpik olmasını görüb gülmüş və Aynurdan lotoreyanı xırda pulla oynadıqlarını soruşmuşdur. Ertəsi gün Sevda ondan həmin pulu götürmüşdür. Həmin vaxt ABŞ dolların manata olan məzənnəsi aşağı olduğundan Aynur 100 ABŞ dolları müqabilində ona Sevdaya çatdırılmalı olan 70 (yetmiş) manatdan bir qədər yuxarı məbləğdə pul vermişdir. Bu hadisədən 4-5 ilə yaxın müddət keçdikdən sonra bir gün axşam radələrində Aynur ona zəng etmiş və ondan Sevdaya pulu çatdırıb-çatdırmamasını soruşmuşdur. Həmin vaxt Aynurun bu hərəkəti ona qəribə gəlmiş və hansı puldan söhbət getdiyini xatırlamamışdır. Yalnız Aynurun müəyyən istiqamətlərindən sonra qeyd olunan faktı xatırlamış və həmin pulu Sevdanın özünə çatdırmasını təsdiqləmişdir. Bundan başqa uzun müddət keçməsinə baxmayaraq həmin faktı xatırlamasına əsas olan xüsusat verilən pulun üstündə 50 qəpik olması olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şahid6 ifadəsində qeyd olunanlara münasibət bildirərək göstərmişdir ki, öz ifadəsində göstərdiyi kimi o, Mehribana bir dəfə 400 ABŞ dollar vermişdir ki, Sevdaya çatdırsın. O, Mehribana pulu 2016-cı ilin noyabrında vermiş, həmin vaxt dolların manata olan məzənnəsi 1,55 olmuş və o, həmin pulun tamamlanması üçün həqiqətən də əlli qəpik pulun üstünə əlavə etmişdir. Lakin o, zərurət olmadığlndan sonradan Mehribandan pulu Sevdaya çatdırıb-çatdırmamasını maraqlanmamışdır. 2017-ci ilin əvvəllərində isə Şəhla və Rzanın müraciətləri əsasında barəsində araşdırma başlandıqdan sonra o, özünün müdafiəsi üçün sübut əldə etmək üçün Mehribana zəng edib həmin pulun verilməsi faktını soruşub onunla danışıqlarını qeydə almışdır. Şahid6 isə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edərək Aynurun ona pulu 2013-cü ildə verdiyini, ona verilən pulun 400 manat dəyərində olmadığını və verilən pulun 100 ABŞ dolların manata olan məzənnəsi ilə xırda əskinaslarla 70 (yetmiş) manat dəyərində olmasını əminliklə xatırladığını, həmin pulu isə Sevdaya verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışdan isə müəyyən edilir ki, 01.11.2013-cü il tarixə 1 ABŞ dolların manata olan məzənnəzi 0,7844 manat təşkil etmiş, yəni 100 (bir yüz) ABŞ dollar 78 (yetmiş səkkiz) manat 44 (qırx dörd) qəpik dəyərində olmuşdur. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün məhkəməyə 8,5x8,5 sm ölçülü üzərində əlyazma ilə bir tərəfində “6711 $-70 $ (bank xərci) / 6641 qaldı, 100 man. mənə qalan verdim ona (borca)”, digər tərəfində isə “270 $ * 1,480=399 man 60 qəp Şəhla” qeydləri olan kiçik vərəqə təqdim edərək bildirmişdir ki, həmin vərəqəni o, Sevda vasitəsilə Şəhlaya məxsus 6500 ABŞ dollar pul vəsaitini alarkən içərisindən aşkar etmişdir. Təqsirləndirilən şəxs vərəqədəki əlyazma ilə olan qeydləri onunla əsaslandırmışdır ki, Şəhla pulu verərək ondan əvvəlcədən 399 manat faiz pulunu almışdır. Hətta bir dəfə pulun faizi olaraq 400 (dörd yüz) manat pulu digər iş yoldaşları Şahid6 vasitəsilə Sevdaya çatdırmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verərək 400 manat faiz pulunu müxtəlif vaxtlarda alınmış pul vəsaitlərinə bağlamışdır. Qeyd olunan xüsusat araşdırılarkən Şahid5 ifadəsində bildirmişdir ki, anası Şəhla 6500 ABŞ dollar pul vəsaitini onun yanında Təqsirləndirilən şəxs vermişdir, şahid Sevda Bağızadə isə onun hər hansı bir pul vəsaitinin verilməsində iştirak etmədiyini, lakin təqdim edilmiş vərəqədəki “6741 $ - 70 $ - 1000 mənə, qalan verdim (borca)” əlyazısının onun xətti olmasına baxmayaraq, həmin vərəqənin nə vaxt, nə üçün yazıldığını və Aynurda necə olmasını xatırlamadığını bildirmişdir. Buna baxmayaraq əminliklə qeyd edir ki, o, təqdim edilmiş qeyd vərəqini, eyni zamanda 6500 ABŞ dollar pulu Şəhlanın adından Aynura çatdırmamış, çünki heç bir söhbətlərdə iştirak etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qeyd vərəqəsindəki ifadələrin hər hansı bir bitmiş fikir ifadə etmədiyini, həmin vərəqənin kimin-kimə, nə qədər və hansı məbləğdə, hansı şərtlərə pul verməsini müəyyən etmədiyini, eləcə də iş üzrə əhəmiyyət kəsb edən halları əks etdirmədiyini nəzərə alaraq, məhkəmə sübutları məcmu halda qiymətləndirib, Təqsirləndirilən şəxs təqdim etdiyi 8,5x8,5 sm ölçülü, üzərində əlyazma olan vərəqəni mötəbər sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 6 faizlə aldığı 10.000 (on min) manat pulu onun baldızı Şahid2 xahişi ilə ona faizsiz olaraq vermişdir. O, qeyd olunan xüsusatla bağlı onun mobil telefon nömrəsi ilə Şahid2 ilə aralarında onun qızının mobil telefon nömrəsi vasitəsilə watsapp sosial şəbəkəsində sms yazışmaları aparılmasını qeyd etmişdir. Həmçinin o, məhkəməyə bir vərəqədən ibarət dialoq formasında yazışma təqdim edərək Rəsmiyyə ilə onun arasında olan yazışma olduğunu, lakin həmin sms mətinlərinin onun mobil telefonundan silindiyini bildirmişdir. Qeyd olunan xüsusatın araşdırılması zərurəti ilə əlaqədar olaraq müdafiə tərəfinin verdiyi vəsatət Yasamal Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 1(004)-52/2020 nömrəli qərarı ilə təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində olan “**********43986” İMEİ kodlu “NOKİA” markalı mobil telefonun yaddaşında olan (055 862-04-54 nömrəsindən, eləcə də “WhatsApp” tətbiqi vasitəsilə istifadə edilmiş 055663-00-50 nömrəsindən) 2016-cı il tarixdən qərar qəbul edilən tarixədək aparılmış SMS yazışmaların bərpa edilməsi ilə əlaqədar iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli 5/156 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiq olunan bir ədəd “Nokia” markalı “Asha 302 (RM-813)” modelli “**********43986” İMEİ nömrəli mobil telefonun yaddaşında 76 ədəd “SMS” mesajların və həmin telefonda aşkar edilmiş bir ədəd “Bakcell” mobil operatora məxsus “**********43986” seriya nömrəli (İCCİD) danışıq kartının yaddaşında 05 ədəd SMS mesajlar haqqında məlumatlar aşkar edilmişdir. Rəyin təsviri hissəsində aşkar edilmiş sms mətnləri məhkəmə tərəfindən tədqiq edilərkən iş üzrə hər hansı mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında ekspert X16 məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. O, ifadəsində rəydə qeyd olunanları bir daha təsdiq etmiş və tədqiqata təqdim olunmuş bir ədəd “Nokia” markalı “Asha 302 (RM-813)” modelli “**********43986” İMEİ nömrəli mobil telefonun yaddaşındakı mümkün olan bütün məlumatların bərpa edildiyini bildirmişdir. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün iş qurmaq, yəni şirniyyat işi ilə məşğul olmaq məqsədilə zərərçəkmiş şəxslərdən faizə borc almasını və həmin pul hesabına 2 ədəd peç və müxtəlif qab-qacaq ləvazimatları almasını göstərməsinə baxmayaraq onun anası Şahid3 qızı ifadəsində Aynurla birlikdə yaşamasına baxmayaraq ümumiyyətlə onun şirniyyat işi ilə məşğul olmaq məqsədilə hər hansı bir ləvazimat almasını görmədiyini bildirmişdir. Cinayət işinin materiallarının birinci cildinin 121-123-cü səhifələrində olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-də öz əlyazması ilə verdiyi izahatının məzmunundan müəyyən edilir ki, o, “Sədərək” ticarət mərkəzindən əldə etdiyi şirniyyat avadanlıqlarını, sonradan adlarını vermək istəmədiyi şəxslərə satışa vermişdir. Eyni zamanda iş materiallarında olan 31 yanvar 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, 29 dekabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs intihara cəhd göstərməsi faktı üzrə Xətai rayon prokurorluğunda müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs öz izahatında bilavasitə Şəhla ilə görüşüb ondan müxtəlif vaxtlarda 15.500 ABŞ dollar məbləğində pulu öz işini qurmaq üçün borc aldığını, həmin puldan 3500 ABŞ dollar pul vəsaitini isə Rəsmiyyəyə verdiyini bildirmişdir. Halbuki o, məhkəmə iclasındakı ifadəsində Şəhlaya məxsus 6500 ABŞ dollar pulu Sevdanın ona əlyazma vərəqəsinin arasında verdiyini və Rzadan aldığı 10000 manat pulu Rəsmiyyəyə verdiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs müxtəlif istintaq orqanlarında müxtəlif faktlar üzrə aparılan araşdırma zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatları ziddiyyətli formada təqdim etmişdir. Həmçinin o, prokurorluqda aparılan araşdırma zamanı izahatında əlavə olaraq bildirmişdir ki, Şəhla onu hüquq-mühafizə orqanlarına şikayət edib tutduracağı ilə təhdid etmiş və 29 dekabr 2016-cı il tarixdə o, iş yerinin həyətində Şəhlaya bənzər şəxs görüb aptekə daxil olmuş və oradan aldığı dərman həblərini birdəfəlik qəbul etmişdir. 31 yanvar 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, Hacızadə (Kazımova) Şəhla Əmrulla qızı hazırki məhkəmə iclasındakı ifadəsinə oxşar məzmunlu izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 25 dekabr 2016-cı il tarixə pul qaytaracağını deməsinə baxmayaraq vədinə əməl etməmiş, bundan sonra onun telefon zənglərinə cavab verməmiş və yalnız bir neçə gün keçdikdən sonra Aynurun qohumlarından onun intihara cəhd göstərməsini eşidib bilmişdir. Buna görə də o, hüquq-mühafizə orqanlarına müraciət edərək pulunun geri qaytarılmasını tələb etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verməsinə tənqidi yanaşaraq, onun ifadəsində göstərilənləri məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıması kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X12 qohumları X13 ilə birlikdə pulun qaytarılması istiqamətində Təqsirləndirilən şəxs ilə danışıqlar aparmaq məqsədilə onun anası Şahid3 qızının yaşadığı evə getmişlər və orada aparılan danışıqları qeydə almışlar. Həmin səsyazısı ilə bağlı məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2019-cu il tarixli 14358 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda qalan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların məzmunları və davametmə müddətləri eynidir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlar qapalı otaq şəraitində yazılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda bir nəfər kişi və dörd nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3 qızına, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Hacızadə (Kazımova) Şəhla Əmrulla qızına məxsusdur. Lakin Q3 və Q4 diktoruna məxsus danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan həmin fonoqramlarda X8 məxsus səs və nitqin olub-olmaması haqqında rəy vermək mümkün deyildir. Danışıqlarda iştirak edən Q3 və Q4 diktoruna məxsus danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs məxsus səs və nitqin olub-olmaması haqqında rəy vermək mümkün deyildir. Həmçinin ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefonda olan mübahisəli fonoqramlarda tədqiqi hissədə göstərilən səbəblərdən montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün deyildir. Həmin rəyin tədqiqi hissəsindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Hansmann” markalı CD diskdə və “Samsung” markalı mobil telefondan qalan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakı mətn hissələrindən ibarətdir: “Qolos-0007 00:15-00:20 Q1 - Bir dəqiqə dayan, mən... mən demədim ki, pulunuzu verməyəcəyik; 00:20-04:32 Q2 - Solmaz xala... mənim uşağımı əsgər aparırlar, mənim pulum yoxdu (aydın eşidilməyən replikalar); Q3-gəl xala otur; Q2- otur qızım; K1-Yo, əziyyət çəkmə; Q2-Sənin oğlun xəsdədi..; Q1-..xəsdə olmağına xəsdədi.; Q2-Qurban elə məni dedi, oğlumun adı Tofiqdi, Tofiqin başına fırlat. Ayın 20-i gəlmişdi; Q1-Bir dəqiqə diyan, bunun bax nəyə ehtiyacı var? Kasıbıq, özümüzü dolandırırıq, Yeyirikdə, içirikdə.; Q2-Mənə dedi ki, bir şirkət açıblar o adamlar. Mən o adamların adını bilmirəm. O adamlara dedi Naxçıvanda konserva zavodu açırlar pulları veririk ora. Xala Allah sənə ömür versin., sənin təqsirin yoxdu. Oktyabr ayından deyirəm., getdim işinə. Dedim Aynur o adamların nömrəsini yığ.;Q3-...; Q2- Sevda imkan ver söz deyirəm. Yığ nömrəni ver danışım. Nömrə yoxdu, bu nömrəyə zəng çatmır, o nömrəyə zəng çatmır. Bu qız məni fırlatdı, o adamlar yoxdu. Deyirəm hardadı deyir mikrorayonda. Deyirəm gedəy mikrorayondakı evlərini satdıraq. Akazivatça bular da veriblər bulardan xəbərim yoxdu; Q1-atası yox, o.. buna niyə verirdiz? Q2-.. var da etibar. Mən bacıma necə etibar eliyirəmsə ona da elə etibar eləmişəm.; 06:53-08:05 K1-Ama mən Aynuru 25 ildi, 97-ci ildən tanıyıram.; Q1-... belə şey görmüsüz qızım? K1-Elə bil ki, mən Aynura, mənim ona dəhşətli dərəcə də hörmətim var, indidə elə hörmətini saxlayıram. İndi gözləyirəm görüm Allah eləsin sülh yoluynan hər şey qaydasına düşsün.; Anam mən dedim Aynura ki, Aynur mənim pulum yoxdur. Ba eşidir özüdə. 3500 dollar pulum var, mənim pulumdu, şəxsi pulumdu, yığmışam uşaqlarım üçün.; Q2-bular mənnən xəbərsiz, mən bunlardan xəbərsiz; K1-bir dəqiqə sözümü tamamlayım mən çıxaram bayıra Şəhla.;10:20-10:45 Q2-Bunun, bunun krupnu kiməsə borcu olub.; Q1heç kimə onun borcu ola bilməz. (aydın eşidilməyən replikalar): Q2-Ay xala mən vurmadım sən yıxılmadın, bu pulu neynədi?: Q1-nəsə iş deyirdi, nə quracağ..; Q2-Hanı o adamlar; 11:06-11:30 Q1-Onun heç kimə borcu ola bilməz; Q2-Bəs xala mən girmişəm banka, ordan pul götürməyə, Mən bankdan girib o pulu götürüb bayıra çıxanacan Aynur mənə 5 dəfə zəng elədi ki, Şəhla harda qaldın? 4-cən pulu çatdır e. Kimsə buna vaxt vermişdi ki 4cən çatdır; 18:12-18:37 Q1-Aynur pulları neynəmisən? Aynur pulları neynəmisən? Q4-Yemişəm. Q1-Nətər o qədər pulu yeməy olar? Q4-Başım ağrayır eyni şeyi nə qədər daşın....” Qeyd edilən rəyin tədqiqi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş ekspertlər X20 və X9 məhkəmə iclasında verdikləri ifadələrində ekspertiza tədqiqatına təqdim edilmiş səsyazısının xüsusi texniki vasitələrdən istifadə edilərək küydən təmizlənməklə tədqiq edildiyini bildirmişlər. İş materiallarında olan 14 fevral 2017-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, 2016-cı ilin avqust ayında zərərçəkmiş şəxs X5 Təqsirləndirilən şəxs 15.500 ABŞ dollar və 2000 manat pul vəsaitini təqdim etdiyi ünvan ünvan 3rel 2017-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 13.500 ABŞ dollar və 10.000 manat pul vəsaitini təqdim etdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti 98A-dır. İş materiallarında olan üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair 12 iyul 2017ci, 12 avqust 2017-ci il tarixli, 02 sentyabr 2017-ci il tarixli və 10 oktyabr 2019-cu il tarixli protokollardan müəyyən edilir ki, zərərçəkmiş şəxslər X12 və Zərərçəkmiş şəxs1, şahidlər X13 və Şahid2 qızı ilə təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər ifadələrində qeyd etdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı əyani olaraq təsdiq etmişlər. İş materiallarında olan Hacızadə (Kazımova) Şəhla Əmrulla qızının “xxxx” ASC-nin Gənclik filialında ABŞ dollar hesabından 04 noyabr 2019-cu il tarixli çıxarışından müəyyən edilir ki, onun depozit hesabından 05 avqust 2016-cı il tarixdə 7.990 (yeddi min doqquz yüz doxsan) ABŞ dollar, 10 avqust 2016-cı il tarixdə isə 19.729 (on doqquz min yeddi yüz iyirmi doqquz) ABŞ dollar pul vəsaiti çıxarılmışdır. Qeyd olunan xüsusatla bağlı X12 bildirmişdir ki, o, 05 avqust 2016-cı il tarixdə bank hesabından 7.990 (yeddi min doqquz yüz doxsan) ABŞ dollar çıxarıb həmin puldan 6500 ABŞ dolları, 10 avqust 2016-cı il tarixdə isə 19.729 (on doqquz min yeddi yüz iyirmi doqquz) ABŞ dollar çıxarıb həmin puldan eyni tarixdə 5000 (beş min) ABŞ dollar, 13 avqust 2016-cı il tarixdə isə 4000 ABŞ dollar və 2000 (iki min) manat Aynura vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gənclik filialında ABŞ dollar və AZN hesabından 07 noyabr 2019-cu il tarixli çıxarışlarından, 14 may 2015-ci il tarixli müqavilədən, 22 fevral 2016-cı il və 11 may 2016-cı il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, onun depozit hesabından 11 may 2016-cı il tarixdə 31.986 (otuz bir min doqquz yüz səksən altı) ABŞ dollar və 16.800 (on altı min səkkiz yüz) manat pul vəsaiti çıxarılmışdır. Qeyd olunan xüsusatla bağlı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, pul vəsaitlərini depozitdən çıxardıqdan sonra həmin pul vəsaitlərini birdəfəlik Təqsirləndirilən şəxs verməyə ehtiyat etdiyindən ona hissə-hissə, yəni 11 may 2016-cı il tarixdə 10.000 (on min) ABŞ dollar, 25 may 2016-cı il tarixdə 10.000 (on min) manat və 28 may 2016-cı il tarixdə 3500 (üç min beş yüz) ABŞ dollar vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışdan isə müəyyən edilir ki, 1 (bir) ABŞ dolların manata olan məzənnəzi 11.05.2016-cı il tarixdə 1,5088 manat; 25.05.2016-cı il tarixdə 1,4900 manat; 27.05.2016cı il tarixdə 1,4906 manat; 30.05.2016-cı il tarixdə 1,4906 manat, 05.08.2016-cı ildə 1,5980 manat, 10.08.2016-cı il tarixdə 1,6040 manat; 12.08.2016-cı il tarixdə 1,6102 manat və 30.08.2016-cı il tarixdə 1,6280 manat təşkil etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxila bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 178.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 178.2.2-ci maddəyə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırilması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaq orqanının çağırışlarına gəlməkdən yayındığına görə barəsində eyni tarixdə axtarış elan edilmişdir. O, 29 oktyabr 2019-cu il tarixdə tutulmuş və 30 oktyabr 2019-cu il tarixdə ona ittiham elan edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 30 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri semilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 25 iyun 2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İ seriyalı 190544 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, onunla X18 arasında bağlanmış nikah 09 iyul 2014-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 663224 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 15 avqust 2005-ci il təvəllüdlü X10 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, anası 1950-ci il təvəllüdlü Şahid3 qızı Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 15 aprel 2021-ci il tarixli arayışından müəyyən edilir ki, Şahid3 qızı 482,85 (dörd yüz səksən iki manat səksən beş qəpik) təqaüd alır. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın bir qismini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu ümumilikdə 01 (bir) gün müddətin bir günü ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar X12 və Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin 11.05.2017-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 350 (üç yüz əlli) manat ödəniş edilmişdir. İş materiallarında olan 14 iyun 2019-cu il tarixli “Unitransfer” pul köçürülməsinə dair çıxarışdan müəyyən edilir ki, “xxxx” ASC-nin 13 saylı filialı vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən Hacızadə (Kazımova) Şəhla Əmrulla qızına 200 (iki yüz) manat ödəniş edilmişdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli tələbin könüllü ödənilməsi barədə protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Hacızadə (Kazımova) Şəhla Əmrulla qızına 4000 (dörd min) manat ödəniş edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, cinayət işi üzrə aparılan ibtidai istintaq müddətində Yasamal RPİ-nin sabiq müstəntiqi Ramil Məmmədova zərərçəkmiş şəxslərə ödənilməsi üçün 4000 manat vermişdir. O, həmin pulun bir hissəsini, yəni 250 manat, 300 manat və 350 manatı qəbzlə vermiş, qalan hissəsini isə həmin vaxt qəbzsiz, hüquqlarını müdafiə etmiş, hazırda vəfat etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vidadi Məmmədovun yanında vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan fakt üzrə məhkəməyə 3 ədəd WhatsApp sosial şəbəkəsindən aparılmış yazışmanın screen edilmiş fotoçəkillərini və bir ədəd müstəntiq Ramil Məmmədovun səsyazısı qeydə alınmış CD diski təqdim etmişdir. Təqdim edilmiş fotoşəkillər və CD diskdə olan səsyazısı məhkəmə iclasında tədqiq edilərkən Təqsirləndirilən şəxs tərəfindən X17 pul verilməsini təsdiq edən hər hansı bir fakt aşkar edilmədi. Qeyd olunan xüsusatın araşdırılması məqsədilə Yasamal RPİ-nin sabiq müstəntiqi X21 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, hazırki cinayət işi onun icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs ona müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 ödənilməsi üçün 250 manat, 300 manat və 350 manat pulu qəbzlə vermişdir. Bundan sonra o, zərərçəkmiş şəxslərlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamasına baxmayaraq, onlardan heç biri həmin pulları qəbul etməmişdir. Qeyd olunan cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini isə o, saxlanılması üçün idarənin depozitinə təhvil vermişdir. O, iş üzrə icraata 14 dekabr 2017-ci il tarixdə xitam verdikdən sonra bir daha tərəflərlə görüşməmiş və hər hansı bir məbləğdə pul vəsaiti almamışdır. Cinayət işinin 2-ci cild 236-238-ci səhifələrində olan 3 ədəd əlyazma ilə tərtib edilmiş qəbzlərin surətlərindən müəyyən edilir ki, 250 manat, 300 manat və 350 manat məbləğində pul vəsaitləri Zərərçəkmiş şəxs1 ödənilməsi üçün təhvil verilmiş, həmin qəbzlər Təqsirləndirilən şəxs və müstəntiq Ramil Məmmədov tərəfindən imzalanaraq təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ödənilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən verilmiş 850 (səkkiz yüz əlli) manat pul vəsaiti hazırda Yasamal RPİ-nin depozitində saxlanılır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar X5 və Zərərçəkmiş şəxs1 mülki iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı X7 hazırki cinayət əməli nəticəsində vurulmuş 26.847,80 (iyirmi altı min səkkiz yüz qırx yeddi manat səksən qəpik) manat maddi zərərdən ibtidai istintaq zamanı ona 4200 (dörd min iki yüz) manat ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, X7 vurulmuş zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 hazırki cinayət əməli nəticəsində vurulmuş 30.305,10 (otuz min üç yüz beş manat on qəpik) manat maddi zərərdən ibtidai istintaq zamanı ona 350 (üç yüz əlli) manat ödəniş edilməsini, eyni zamanda ona ödənilməsi üçün 850 (səkkiz əlli) manat pul vəsaitinin təqsirləndirilən şəxs tərəfindən X17 verilməsini və hazırda həmin pul vəsaitinin Yasamal RPİ-nin depozitində saxlanılmasını nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulmuş zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməli və Yasamal RPİ-nin depozitində saxlanılan 850 (səkkiz əlli) manat Zərərçəkmiş şəxs1 geri qaytarılmalıdır. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Şahid6 və müstəntiq X1 olan CD disklər, üç ədəd WhatsApp yazışmasına dair fotoşəkillər və bir vərəqədə əlyazma qeydi, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd səsyazısı olan CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 361,17 (üç yüz altmış bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar X5 və Zərərçəkmiş şəxs1 mülki iddia ərizələri qismən təmin edilsin. Zərərçəkmiş şəxs X7 vurulmuş maddi zərərə görə 22.647,80 (iyirmi iki min altı yüz qırx yeddi manat səksən qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 22.678,80 (iyirmi iki min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilsin. Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərə görə 29.105,10 (iyirmi doqquz min yüz beş manat on qəpik) manat və dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, cəmi 29.136,10 (iyirmi doqquz min yüz otuz altı manat on qəpik) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilsin. Yasamal RPİ-nin depozitində saxlanılan 850 (səkkiz əlli) manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 geri qaytarılsın. Məhkəmə ekspertizası tədqiqatlarnın dəyəri olan cəmi 361,17 (üç yüz altmış bir manat on yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-7/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-7/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver