Məhkəmə qərarları › İş №1(004)-7/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-7/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-7/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona olan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə əvvəllər işlədiyi hərbi hissənin komandiri vəzifəsinə bərpa etdirəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 2015-ci ilin fevral ayında ünvan 2 ünvanda yerləşən “Qafqaz” adlı otelin qarşısında 1000 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 2015-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanın qarşısında 2000 manat məbləğində, daha sonra eyni məqsədlə 2015-ci ilin mart ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “20 yanvar” metrostansiyasının yaxınlığında 500 manat məbləğində və sonuncu dəfə eyni məqsədlə 2015-ci ilin aprel ayında Bakı şəhəri Yasamal rayonu Akim Abbasov 104 nömrəli ünvanda yerləşən “Yasamal” adlı istirahət parkında 1500 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs1 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun oğlu Fərid Əliyevi “SOCAR” şirkətinə mühafizəçi işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan suiistifadə edib həmin məqsədlə 2015-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda yerləşən “Grand Hayat” yaşayış kompleksinin qarşısında 1820 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs2 1820 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Tural Cəbiyevi “Azərneftyağ” şirkətinə mühafizəçi işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 05 noyabr 2015-ci il tarixdə ünvan 8 ünvanda yerləşən adsız çay evində 400 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 07 noyabr 2015-ci il tarixdə yenidən həmin ünvanda 400 manat məbləğində, üçüncü dəfə eyni məqsədlə 10 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 640 manat məbləğində, dördüncü dəfə həmin ərəfədə eyni məqsədlə ünvan 10 ünvanda yerləşən Bakı Dövlət Universitetinin yanında 800 manat məbləğində, daha sonra eyni məqsədlə 15 noyabr 2015-ci il tarixdə ünvan 12 ünvanda yerləşən Fransa Respublikasının səfirliyinin yanında 300 manat məbləğində və sonuncu dəfə bir həftədən sonra eyni məqsədlə ünvan 13 ünvanda yerləşən “Xingal” adlı kafedə 100 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs3 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs3 2640 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Tural Cəbiyevi təhsil aldığı Moskva Dövlət Universitetindən tələbə kimi Azərbaycan Texniki Universitetinə köçürülməsinə köməklik edəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 2015-ci ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ünvan 12 ünvanda yerləşən Fransa Respublikasının səfirliyinin yanındakı “Kola”adlı kafedə 1400 manat məbləğində, ikinci dəfə eyni məqsədlə ünvan 10 ünvanda yerləşən Bakı Dövlət Universitetinin yanında 800 manat məbləğində, üçüncü dəfə eyni məqsədlə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 500 manat məbləğində, sonuncu dəfə isə ünvan 13 ünvanda yerləşən “Xingal” adlı kafedə 300 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs3 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 Bakı Dəniz Vağzalında referator işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 17 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 1400 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 21 dekabr 2015-ci il tarixdə ünvan 13 ünvanda yerləşən “Xingal” adlı kafedə elektron poçt üçün 120 manat, xidməti geyim dəsti üçün 300 manat, korrektə işləri üçün 50 manat və sosial yardım üçün 300 manat məbləğində olmaqla cəmi 770 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs4 aldıqdan sonra vədinə əməl etməyib aldatmlaqla ələ keçirərək Zərərçəkmiş şəxs4 2170 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 Bakı Dəniz Vağzalında işləyən şəxslərə müvəqqəti yaşamaq üçün mənzillərin verildiyini bildirərək Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən yaşayış binalarından birində tam təmirli mənzil əldə edilməsinə köməkik edəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 19 dekabr 2015-ci il tarixdə ünvan 13 ünvanda yerləşən “Xingal” adlı kafedə 500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 "xxxx" ASC-dən kredit əldə edilməsinə köməklik göstərəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 15 fevral 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu B.Vahabzadə küçəsində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yanında 1500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs5 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 “SOCAR” şirkətinə auditor işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 2016cı ilin mart ayı ərzində hissə-hissə və davamlı olmaqla Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Hüseyn Cavid” adına istirahət parkında cəmi 5000 manat məbləğində, 2016-cı ilin aprel ayında eyni məqsədlə yenə də həmin ünvanda 440 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs5 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs5 5440 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeməkxanasına aşbaz işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 04 aprel 2016cı il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 1000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs6 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X6 Neft Daşlarında fəhlə işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 21 aprel 2016-cı il tarixdə ünvan 15 ünvanda yerləşən “Məhəbbət” adlı kafedə Zərərçəkmiş şəxs6 tərəfindən Azər Abdullayevə verilmiş 1000 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 25 aprel 2016-cı il tarixdə yenidən həmin ünvanda Zərərçəkmiş şəxs6 tərəfindən Azər Abdullayevə verilmiş 1000 manat məbləğində pul vəsaitini vahid niyyətlə Azər Abdullayevdən aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs6 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs7 Milli Məclisdə yaradılacaq təhsil komissiyasında işə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 06 aprel 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 3500 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 02 may 2016-cı il tarixdə yenidən həmin ünvanda 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs7 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs7 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs8 “SOCAR” şirkətində dəhlizçi işinə düzəldəcəyinə yalandan vəd verib inandırdıqdan sonra ona olan etibardan sui-istifadə edib həmin məqsədlə 25 may 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 nömrəli ünvanda yerləşən “Yaşıl” adlı çay evində 1000 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 30 may 2016-cı il tarixdə yenidən həmin ünvanda 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs8 aldıqdan sonra vədinə əməl etməyib aldatmaqla ələ keçirərək Zərərçəkmiş şəxs8 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2015-ci ildə tanımışdır. Belə ki, həmin tarixdə oğlu Orxan Mustafayev Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdiyindən həmin ərəfələrdə oğlunun yanına gedib-gələrkən hərbi hissə komandiri olmuş Zərərçəkmiş şəxs1la tanış olmuşdur. 2016-cı ilin iyun ayının ortalarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında Eduardla görüşmüş və parkın içərisində olan çayxanada əyləşib çay içmişlər. Orada olan zaman Eduard işdən çıxarıldığını və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Həmçinin söhbət zamanı Eduard baldızı oğlu Fəridin gündəlik 10 (on) manat müqabilində restoranda xidmətçi işlədiyini və sonuncunu münasib işə düzəltmək istədiyini bildirmişdir. O, isə münasib bir iş olduqda ona xəbər verəcəyini bildirmiş və bir-birinin əlaqə nömrələrini götürdükdən sonra sağollaşıb ayrılmışlar. Təxminən bir həftə sonra Eduard ona zəng edərək iş barəsində maraqlandıqda 700 manat müqabilində Fəridi Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “YUPEK” şirkətinə mühafizəçi düzəldə biləcəyini ona bildirmişdir. Buna görə 2016-cı ilin iyun ayının sonlarında Eduardla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Velotrek” ticarət mərkəzində görüşüb ona iş barədə məlumat verdikdən sonra, Eduard özünə məxsus olan avtomobilin içərisində ona 700 manat pul vermişdir. Bundan sonra o, Fəridin tez bir zaman içərisində işə çıxacağını bildirib sağollaşaraq ayrılmışdır. Bundan sonra isə dəqiq xatırlamadığı tarixdə “YUPEK” şirkətinə məxsus olan uniformanı aparıb Fəridə vermişdir. Lakin Fəridi işə düzəldə bilməmiş və Eduarda zəng edərək pulları geri qaytaracağını bildirmişdir. Həmin vaxt maddi durumu ağır olduğundan pulları geri qaytara bilməmişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 işə bərpa edilməsi məqsədi ilə ondan 5000 manat pul almamışdır. Bu barədə göstərilənlər yalandır. O, Fəridin işə düzəldilməsi üçün Eduarddan 700 manat pul almış və ona cəmi 700 manat borcu vardır. Fəridin işə düzəldilməsi üçün aldığı 700 manatı isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ilkin ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2016-cı ilin sonlarında Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Xatırlamadığı tarixdə Cəlilabad rayonundan Eduard üçün pay gətirən zaman Eduard baldızı Sevilin ehtiyacı olduğunu bildirdiyindən gətirdiyi payı birlikdə aparıb Sevilə vermişlər. Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə pul almamışdır. O, bundan başqa ilkin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 Əhməd oğlunu 2015-ci ilin dekabr ayında tanışı Fərhad Cəbiyev vasitəsi ilə tanımışdır. Həmin vaxt Dönməz işsiz olduğu üçün ona iş tapmaqda köməklik etməsini xahiş etmişdir. O, Dönməzə bacısı oğlunun Bakı Dəniz Vağzalında işlədiyini və 1400 manat pul qarşılığında gəmidə işə düzəldə biləcəyini bildirmişdir. Dönməz onunla razılaşdığından həmin gün axşam Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında ona 1400 manat pul vermiş, yaxın günlərdə onun işini düzəldəcəyini bildirərək sağollaşıb ayrılmışlar. Bundan bir neçə gün sonra Dönməzin mobil telefonuna zəng edərək arvadının xəstə olduğunu, təcili pul lazım olduğunu deyib 300 manat borc pul istəmişdir. Buna görə xatırlamadığı tarixdə Dönməz Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyasının yanında ona 300 manat pul vermişdir. Bundan sonra Dönməzlə bir neçə dəfə görüşmüş və görüşlərin birində Dönməz sosial yardım düzəldilməsində köməklik etməsini xahiş etdiyindən 250 manat pul qarşılığında sosial yardım düzəldəcəyini bildirmişdir. Buna görə də xatırlamadığı tarixdə Dönməzlə görüşmüş və sonuncu ona 250 manat pul vermişdir. Bundan sonra ona sosial yardım düzəldə bilməmiş və 250 manat pulu geri qaytarmışdır. Bundan sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət yataq xəstəsi olmuş, buna görə Dönməzin işə düzəlməsi üçün heç bir köməklik göstərə bilməmişdir. O, daha sonra göstərmişdir ki, Dönməzdən işə düzəltmək adı ilə 1400, borc olaraq cəmi 300 manat almışdır. Dönməzin ifadəsində ona 3200 manat pul verməsi barədə göstərdikləri yalandır. O, həmçinin, ilkin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 uzun müddətdir tanıyır və sonuncunun, onun atası Bağış Mustafayevlə yaxın münasibəti olmuşdur. Zərərçəkmiş şəxs5 dəfələrlə onların yaşadığı Cəlilabad rayonu Alar kəndində qonaqları olmuşdur. 2016-cı ilin mart-aprel aylarında Eminağa ilə görüşmüş, həmin vaxt sonuncu Ədliyyə Nazirliyində işləyən tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs7 adlı qadının həbsdə olan qohumun azad edilməsinə köməklik göstərdiyini bildirmişdir. Bundan sonra xatırlamadığı tarixdə Eminağa ilə görüşəndə sonuncu Zərərçəkmiş şəxs7 pul alınmalı olduğunu və birlikdə onun yaşadığı ünvana gedib pulu götürməyi xahiş etmişdir. Razılaşaraq Eminağa ilə birlikdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri Binəqədi rayonunda yaşadığı evə getmiş, orada sonuncu 3000 manat pulu Eminağaya vermişdir. Bundan xeyli müddət sonra Eminağa ilə görüşən zaman Zərərçəkmiş şəxs7 qohumunun azad edilməsi üçün heç bir köməklik edə bilmədiyini və bu işdə köməklik etməsini ondan xahiş etmişdir. Buna görə ilkin olaraq ona 500 manat vermiş, iş alındığı halda qalan pulu da verəcəyini bildirmişdir. Razılaşaraq ondan 500 manat almış, lakin Zərərçəkmiş şəxs7 qohumunun həbsdən azad edilməsinə köməklik edə bilməmişdir. Eminağaya bu işin mümkün olmadığını bildirmiş və 500 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin maddi vəziyyəti ağır olduğundan həmin pulu vaxtında Eminağaya qaytara bilməmişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs5 ifadəsində ona 6940 manat pul verməsi barədə göstərdikləri şər və böhtandır. O, Zərərçəkmiş şəxs7 qohumunu həbsdən azad etdirmək adı ilə aldadaraq 3000 manat pul alıb xərclədiyi üçün onun barəsində belə məzmunlu ifadə vermişdir. O, daha sonra ilkin ifadəsində göstərmişdir ki, X3 təxminən 2016-cı ilin sentyabr-oktyabr aylarında tanımışdır. Belə ki, 2016-cı ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyasının yanında tanışı Füzulinin mağazasında satıcı işləyən Məryəm adlı qadın normal iş olsa məlumat verməsini ondan xahiş etmişdir. Həmin ərəfələrlə mağazaya gedəndə Bakı şəhəri Nəsimi rayonu 3cü mikrorayon ərazisində yerləşən “Çudo Peçka” mağazasına işçi axtardıqlarını Məryəmə demişdir. Sonuncu həmin mağazada işləmək istədiyini və səhər gedib işə baxmaq istədiyini bildirmişdir. Səhərisi gün mağazaya gedən zaman Məryəm yaxın bir tanışının işsiz olduğunu demiş və həmin qadını “Çudo Peçka” mağazasına işə düzəltməsini xahiş etmiş, həmin qadını işə düzəldəcəyi halda 400 manat “şirinlik” verəcəyini bildirmişdir. Bundan iki gün sonra o, Məryəm və Ülviyyə adlı qadınla Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bayraq Meydanı”-nın yaxınlığında görüşmüşlər. İş barədə söhbət etdikdən sonra Ülviyyə şirinlik kimi ona 400 manat pul vermiş və sağollaşaraq ayrılmışlar. Bundan bir neçə gün sonra Ülviyyə onun mobil telefonuna zəng edərək əri X4 görüşmək istədiyini bildirmişdir. Buna görə də xatırlamadığı tarixdə xatırlamadığı ünvanda Azərlə görüşmüşlər. Söhbət zamanı Azər onu işə düzəltməsini xahiş etmişdir. O, isə bu barədə maraqlanacağını və məlumat verəcəyini bildirmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayonu Fəhlə prospektində yerləşən “YUPEK” şirkətinə gedərək Allahverdi adlı tanışı ilə görüşmüş və iş barəsində maraqlanmışdır. Sonuncu 700 manat müqabilində şirkətə sürücü düzəldə biləcəyini bildirmişdir. Daha sonra o, bu barədə Azərlə danışmış və tələb olunan 700 manatı alaraq aparıb Allahverdiyə vermişdir. Bundan sonra Azərlə həmin şirkətə getmiş və sənədləri şirkət əməkdaşlarına təqdim etmişlər. Orada Azəri sorğu-sual etdikdən sonra bir neçə gün ərzində onu işə çağıracaqlarını bildirmişlər. Lakin xeyli müddət keçməsinə baxmayaraq Azəri işə çağırmadıqları üçün o yenidən “YUPEK” şirkətinə getmiş və orada Allahverdinin işdən çıxdığını bildirmişlər. Bundan sonra Azər və arvadı Ülviyyə ona verdikləri ümumilikdə 1100 manat pulu geri tələb etməyə başlamışlar. Lakin maddi vəziyyəti ağır olduğu üçün pulları geri qaytara bilməmişdir. O, daha sonra göstərmişdir ki, Azər Abdullayevin ona 2000 manat, Ülviyyə Abdullayevanın 1000 manat verməsi barədə ifadələrində göstərdikləri şər və böhtandır. Ülviyyə ona cəmi 400 manat, Azərdən isə 700 manat pul vermişdir. O, daha sonra ilkin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 2016-cı ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdır. Belə ki, sonuncu Ədliyyə Nazirliyində işləyən tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs7 həbsdə olan qohumunun azad edilməsi üçün köməklik edirmiş. Xatırlamadığı tarixdə Eminağa ilə görüşən vaxt sonuncu Zərərçəkmiş şəxs7 pul almalı olduğunu demiş və birlikdə Zərərçəkmiş şəxs7 yaşadığı evə gedib pulu götürməyi xahiş etmişdir. Razılaşdıqdan sonra birlikdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri Binəqədi rayonunda yaşadığı evə getmişlər. Orada sonuncu 3000 manat pulu Eminağaya vermişdir. Bundan xeyli müddət sonra Eminağa ilə görüşən zaman Zərərçəkmiş şəxs7 qohumunun azad edilməsi üçün heç bir köməklik edə bilmədiyini və bu işdə köməklik etməsini ondan xahiş etmişdir. Buna görə ilkin olaraq ona 500 manat vermiş, iş alındığı halda qalan pulu da verəcəyini bildirmişdir. Razılaşaraq ondan 500 manat almış, lakin Zərərçəkmiş şəxs7 qohumunun həbsdən azad edilməsinə köməklik edə bilməmişdir. Eminağaya bu işin mümkün olmadığını bildirmiş və 500 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin maddi vəziyyəti ağır olduğundan həmin pulu vaxtında Eminağaya qaytara bilməmişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs7 Milli Məclisə işə düzəlmək üçün ona 6500 manat verməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Zərərçəkmiş şəxs7 heç vaxt ona pul verməmişdir. O, bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 25 ildir ki, tanıyır. 2015-ci ilin sonlarında Fərhalda təsadüfən xatırlamadığı çay evində rastlaşmışlar. Həmin çay evində oturub söhbət etdikdən sonra əlaqə saxlamaq üçün bir-birinin nömrələrini alaraq sağollaşıb ayrılmışlar. Bundan sonra isə mütamadi görüşmüşlər. Fərhatın oğlu Tural Cəbiyevi işə düzəltmək adı ilə ondan pul almamışdır. Zərərçəkmiş şəxs4 olan 1700 manat borcunun 900 manat Fərhat onun adından qaytardığı üçün hazırda ona 900 manat borcu vardır. Zərərçəkmiş şəxs3 oğlunun işə düzəldilməsi üçün ona 2640 manat pul verməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, və zərərçəkmiş şəxslərdən bir çoxunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1993-cü ildə tanış olmuş, bir müddət sonra onunla əlaqəni itirsə də, 2013-cü ildən yenidən onunla əlaqələri bərpa olunmuşdur. Təqsirləndirilən şəxs oğlu Tural Cəbiyevin “Azərneftyağ” şirkətində mühafizəçi işə qəbul edilməsi məqsədi ilə ilkin olaraq 05 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı adını xatırlamadığım çay evində 400 manat məbləğində, ikinci dəfə eyni məqsədlə 07 noyabr 2015-ci il tarixdə yenə də Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı adını xatırlamadığım çay evində 400 manat məbləğində, üçüncü dəfə eyni məqsədlə 10 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 640 manat məbləğində, dördüncü dəfə Bakı Dövlət Universitetinin qarşısında 800 manat məbləğində, beşinci dəfə 15 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Fransa Respublikası səfirliyinin yaxınlığındakı “Kola” adlı kafedə 300 manat məbləğində, altıncı dəfə bir həftə sonra Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Xingal” adlı kafedə 100 manat məbləğində, sonradan isə 2015-ci ilin dekabr ayı ərzində oğlu Turalın qiyabi əsaslarla təhsil aldığı Moskva Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinə köçürülməsi məqsədi ilə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Fransa Respublikası səfirliyinin yanındakı “Kola” adlı kafedə hissə-hissə olmaqla 1400 manat məbləğində, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 500 manat məbləğində, növbəti dəfə bir həftə ərzində hissəhissə olmaqla Bakı Dövlət Universitetinin qarşısında 800 manat məbləğində, sonuncu dəfə isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz yerləşən “Xingal” adlı kafedə 300 manat məbləğində pulu əlbəəl vermişdir. Təqsirləndirilən şəxs oğlunun işə qəbul olunması və Azərbaycan Texniki Universitetinə köçürülməsi məsələsinin 2-3 ay ərzində həll olunmasını vəd vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlunun işə qəbul edilməsi və təhsillə bağlı köçürülmə məsələsini yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə həll edəcəyini bildirsə də, dəqiq olaraq ad qeyd etməmişdir. Təqsirləndirilən şəxs verdiyi 5640 manat məbləğində pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin, həmçinin tanışı Zərərçəkmiş şəxs4 və Əli Zamanovun da məlumatı olmuşdur. O, daha sonra göstərmişdir ki, ilkin müraciətində ancaq oğlu Turalın “Azərneftyağ” şirkətinə işə qəbul edilməsi bağlı Elmana verdiyim məbləği qeyd etmiş, sonradan istintaq zamanı da məhz oğlunun işə qəbul olunması ilə bağlı məbləği daha dəqiq olaraq 2640 manat məbləğində qeyd etmişdir. Lakin sonuncu ifadəsində oğlunun işə qəbul edilməsi ilə yanaşı təhsil aldığı universitetdən Azərbaycan Texniki Universitetinə köçürülməsi ilə bağlı verdiyi məbləğləri də hesablamaqla daha dəqiq məbləğin 5640 manat olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs oğlunun işə qəbul olunması və təhsillə bağlı məsələsinin həll olunması üçün 5640 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona pulun bir hissəsi ödəmişdir. O, həmçinin göstərmişdir ki, məhkəməyə təqdim etdiyi maddi ziyanın ödənilməsinə dair ərizədə imza özünə məxsus olsa da reallığı əks etdirmir. Belə ki, həmin gün Elmanın atası və qardaşı onunla yanaşı bir neçə zərərçəkmiş şəxsi aldadıb qısa müddət ərzində ziyanı tamamilə ödəyəcəklərinə inandırıb əks halda heç bir maddi ziyan ödəməyəcəklərini bildirdiklərindən o, da həmin ərizəyə imza etmişdir. Həqiqətdə isə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan qismən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə o, heç bir yerdə işləmədiyindən və bu barədə tanışlarına münasib iş olduğu halda məlumat vermələrini xahiş etdiyindən Fərhad bu məqsədlə onu Təqsirləndirilən şəxslə tanış edərək geniş əlaqələri olmasını bildirmiş və bu minvalla onunla tanışlıqları yaranmışdır. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Dəniz Vağzalında referator işinə qəbul olunmağı məqsədi ilə 17 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid adına istirahət parkında 1400 manat, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən binalardan birində guya ki, Bakı Dəniz Vağzalında işləyən şəxslərə mənzillərin ayrılması və odur ki, həmin mənzillərdən onun üçün də ayrılması məqsədi ilə 19 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akdemiyası” metrostansiyasının yaxınlığındakı “Xingal” adlı kafedə 500 manat, guya ki, işə qəbul olunmağı ilə əlaqədar olaraq xidməti forma və sair xərclərlə əlaqədar 21 dekabr 2015-ci il tarixdə 120 manat, 300 manat, 50 manat və yenə 300 manat olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akdemiyası” metrostansiyasının yaxınlığındakı “Xingal” adlı kafedə cəmi 770 manat məbləğində pulu əlbəəl vermişdir. Bundan əlavə olaraq dəqiq tarixini xatırlamasa da, həmin günlərdə Elman arvadının müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirib ondan borc pul istədiyindən bu dəfə də borc olaraq ona 530 manat məbləğində borc vermişdir. Təqsirləndirilən şəxs pulları ondan aldıqdan sonra ən geci 15-20 gün ərzində, daha doğrusu 2016-cı ilin yanvar ayının 5-dən artıq işə qəbul olunmağı ilə bağlı əmrin olacağını və işə başlayacağını vəd vermişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs nə onun işə qəbul olunmağı ilə bağlı məsələni, nə də ki, mənzil ayrılması ilə bağlı məsələni dəqiq olaraq kim vasitəsi ilə həll edəcəyini bildirməsə də, geniş əlaqələri və tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu aldadacağına dair şübhələri olmamışdır. Odur ki, işə və mənzilə görə verdiyi pullardan əlavə olaraq 530 manat məbləğində pulu borc olaraq ona vermişdir. Sonradan isə yanvar ayının 17-dən işə çıxacağını bildirsə də, həmin tarixdən Təqsirləndirilən şəxs məxsus olan mobil telefon nömrələrinin heç birinə zəng çatmamışdır. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin, bundan başqa onu Təqsirləndirilən şəxslə tanış etmiş Fərhad Cəbiyevin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs tələb etməsinə əsasən ona özünə məxsus olan şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletin və attestanın surətlərini ona vermişdir. Lakin həmin sənədlər də pullar kimi bugünə kimi ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını 17 yanvar 2016-cı il tarixdə bilmiş və həmin gündən etibarən ona məxsus olan mobil telefon nömrəsinə zəng çatmadığından məcbur olub sonradan hüquq mühafizə orqanlarına müraciət etmişdir. İşə qəbul olunmağı və mənzil əldə etməyinə köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs verdiyi 2670 manat məbləğində pul özünə məxsus olmuş və ona həmin məbləğdə maddi ziyan vurulmuşdur. O, həmçinin göstərmişdir ki, məhkəməyə təqdim etmiş vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsinə dair olan ərizədə olan imza özünə məxsus olsa da, Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 1000 manat məbləğində pul qaytarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qardaşı həm onunla, həm də ki, digər zərərçəkmiş şəxslərlə söhbət edərək Elmanın həbs olunacağı halda heç kimə maddi ziyanın ödənilməyəcəyəni, lakin ziyanın tam şəkildə ödənilməsinə dair ərizə ilə müraciət etdikləri halda isə cəmi 1 (bir) ay ərzində həqiqətən bütün pulları tam şəkildə ödəyəcəklərinə dair söz verdiyindən o da inanaraq bu formada ərizə ilə müraciət etmişdir. Həqiqətdə isə Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 1000 manat məbləğində pul qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun atası Bağış vasitəsi ilə tanımış və yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq onun adına bankdan kreditə pul götürülməsinə tanışları vasitəsi ilə köməklik göstərməsi məqsədi ilə 15 fevral 2016-cı il tarixdə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 1500 manat məbləğində pulu əlbəəl vermişdir. Bundan sonra isə həmin ərəfələrdə işsiz olduğundan və bu barədə Elmanın da məlumatı olduğundan onun “SOCAR” şirkətinə auditor işinə qəbul edilməsinin mümkün olduğunu və bunun üçün müəyyən məbləğdə pul tələb etdiyini bildiridiyindən ona inanaraq, işə qəbul olunmaq məqsədi ilə 2016-cı ilin mart ayının əvvəllərindən həmin ayın 20-dək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 5000 manat məbləğində pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə isə işə qəbul olunacağına dair əmrin qısa müddətdə olacağını Təqsirləndirilən şəxs ona bildirdiyindən və “şirinlik” istədiyindən 2016-cı ilin aprel ayının əvvəllərində bu dəfə də Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 440 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs dəqiq olaraq ad deməsə də, işə qəbul məsələlərini geniş əlaqələri və yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin və Elmanın ailə üzvlərinin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs tələbinə əsasən işə qəbul olunmağı ilə əlaqədar özünə məxsus şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətlərini ona vermişdir. Həmin sənədlərin heç hansı sonradan qaytarılmamışdır. Sonuncu dəfə ona “şirinlik” olaraq 440 manat verdikdən sonra işin həlli yubandığından 2016-cı ilin aprel ayının sonlarında və ya may ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına və ona məxsus olan pulların ələ keçirilməsinə əmin olmuşdur. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə bağlı məsələyə görə o, Təqsirləndirilən şəxs müraciət etməmişdir. Sadəcə Elman və Zərərçəkmiş şəxs7 onun vasitəsi ilə tanış olmuşlar. Zərərçəkmiş şəxs7 işə qəbul edilməsi ilə bağlı məsələ onun işə qəbul olunmağı ilə bağlı eyni ərəfədə həll olunmalı olduğundan Elmanın onları aldadacağına dair şübhələri olmamışdır. Təqsirləndirilən şəxs verdiyi pulların bir hissəsini borc hesabına əldə etsə də, sonradan həmin pulları sahiblərinə qaytardığından 5440 manat məbləğdə maddi ziyan ona vurulmuşdur O, həmçinin göstərmişdir ki, həqiqətən də 2017-ci ilin may ayında Təqsirləndirilən şəxs tərəfindən 400 manat və 500 manat məbləğində pullar cəmi 900 manat məbləğində olmaqla ödənilmişdir. Sonradan məhkəmə istintaqı zamanı 900 manat ödənilmişdir. Beləliklə ona 5140 manat maddi ziyan ödənilməmişdir və o, hazırda bu vəsaiti tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışı Məryəm vasitəsi ilə 2016-cı ilin əvvəllərində tanış olmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeməkxanasında aşbaz işinə düzəlmək məqsədi ilə 04 aprel 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adlı istirahət parkında 1000 manat məbləğində pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs deməsinə əsasən onun işə qəbul olunmağı ilə bağlı məsələ 10 gün ərzində həll olunmalı, sonradan onun deməsinə əsasən bir ay ərzində həll olunmalı olmuşdur. Onun işə qəbul olunmağı ilə bağlı məsələni Azərbaycan Respublikası Nazirlər Kabinetində yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. Lakin dəqiq olaraq heç bir ad deməmişdir. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs pulu verərkən yanlarında rəfiqəsi Cəmalə Abbasova olmuşdur. Təqsirləndirilən şəxs verdiyi pullar özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs pul verməsi barədə mərhum əri Azərin, rəfiqələri Cəmalə və Məryəmin məlumatları olmuşdur. Təqsirləndirilən şəxs tələbinə əsasən özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı və 3*4 ölçüdə fotoşəkilləri ona vermişdir. Lakin həmin sənədlər qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını 2016-cı ilin may ayında bilmiş və bundan sonra Təqsirləndirilən şəxs ona məxsus olan pulları qaytarmadığından məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 1600 manat məbləğində pul ödənilmişdir. Bundan başqa o, göstərmişdir ki, mərhum əri Azər Abdullayev tərəfindən Təqsirləndirilən şəxs verilmiş 2000 manat məbləğində pul ona məxsus olmuş və odur ki, Elmanın əməlləri nəticəsində ona maddi ziyan dəymişdir. Hazırda onun məhkəməyə təqdim etdiyi ərizə ilə bağlı bildirdi ki, imza ona məxsus olsada o, ərizəni Təqsirləndirilən şəxs qohumlarının təkidi ilə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə keçmiş qonşusu Zərərçəkmiş şəxs5 vasitəsi ilə 2016-cı ilin mart ayında tanış olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisində yeni yaradılacaq təhsil komissiyasına işə qəbul olunmaq məqsədi ilə ilkin olaraq 06 aprel 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 3500 manat məbləğində, 02 may 2016cı il tarixdə isə eyni məqsədlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkında 3000 manat məbləğində pulu əlbəəl vermişdir. Onun vədinə əsasən işə qəbul olunmağı ilə bağlı məsələ ən geci 1 (bir) ay ərzində həll olunmalı olmuşdur. Təqsirləndirilən şəxs dəqiq ad qeyd etməsə də, geniş əlaqələrinin, həmçinin yüksək vəzifədə çalışan tanışlarının olmasını və onların vasitəsi ilə işləri həll edəcəyini bildirmişdir. O, daha sonra göstərmişdir ki, ilk dəfə Təqsirləndirilən şəxs pulları verərkən onların yanında tanışı Zərərçəkmiş şəxs5 olmuşdur. Həmin pulların bir qismini tanışlarından borc almış olsa da, sonradan onlara olan borc pulu qaytardığımdan Təqsirləndirilən şəxs əməlləri nəticəsində həmin şəxslərə deyil ona 6500 manat məbləğdə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin, Zərərçəkmiş şəxs5 məlumatı olmuş və ilk dəfə 3500 manat pul verilərkən sonuncu şəxs onların yanında olmuşdur. Təqsirləndirilən şəxs tələbi əsasında ona əmək kitabçasının, iki ədəd diplomun və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Həmin sənədlər bugünədək qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadığını dəqiq olaraq 2016-cı ilin iyun ayında bilmiş və məhz həmin tarixdə bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ona vurulmuş maddi ziyan ümumillikdə 6500 manat təşkil etmişdir. Buqünə kimi cəmi 2600 manat məbləğində maddi ziyan ödənilmişdir. Hazırda 3900 manatın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ilin may ayının sonlarında mərhum Azər Abdullayev vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs “SOCAR” şirkətində dəhlizçi işinə düzəlmək məqsədi ilə 25 may 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı “Yaşıl” adlı kafedə 1000 manat məbləğində, eyni məqsədlə 30 may 2016-cı il tarixdə yenə də eyni ünvanda 500 manat məbləğində pulu əlbəəl vermişdir. Hər dəfə ona pulları verən zaman yanlarında mərhum Azər Abdullayev olmuşdur. Təqsirləndirilən şəxs vədinə əsasən onun işə qəbul olunmağı ilə bağlı məsələ 10-15 gün ərzində həll olunmalı olmuşdur. Təqsirləndirilən şəxs geniş əlaqələrinin olmasını və bunun hesabına onun işə qəbul olunmağına köməklik edəcəyini bildirsə də, dəqiq olaraq kiminsə adını qeyd etməmişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu “BP” şirkətinə deyil, “SOCAR” şirkətində dəhlizçi işinə düzəlmək üçün vermişdir. İlkin ifadəsində 1500 manat məbləğində pulun Təqsirləndirilən şəxs “BP” şirtkətinə işə düzəldilməsi üçün verməsi barədə ifadəsi ola bilsin ki, müstəntiq tərəfindən protokolda düzgün qeyd olunmamışdır. Təqsirləndirilən şəxs verdiyi 1500 manat məbləğində pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin, mərhum Azər Abdullayevin və Ülviyyə Abdullayevanın məlumatları olmuşdur. Təqsirləndirilən şəxs tələbinə əsasən özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Həmin sənəd də qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını 2016-ci ilin iyul ayının əvvəllərində o, telefon zənglərinə cavab verməyən zaman bilib bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxslə sonuncu dəfə məhz 2016cı ilin may ayında görüşmüşdür. Həmin gündən sonra onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. İstər Azər, istərsə də Ülviyyə Elman tərəfindən aldadıldıqlarını bilməmişlər. Belə ki, onun işi əlaqədar birlikdə görüşən zaman Elman Azərə hansısa əcnəbi dildə olan sənədləri göstərib guya ki, həmin sənədlərin onun işə qəbul olunması ilə əlaqəli olmasını bildirib inandırmışdır. Məhz bu səbəbdən o, da Elmanın onları aldadacağını zənn etməmişdir. Sonradan məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri olan zaman tanış olmuşdur. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs oğlu onun komandir olduğu hərbi hissədə xidmət etdiyindən bu şəkildə onunla münasibətləri yaranmışdır. 2014-cü ildə tutduğu vəzifədən azad olunduğu üçün həmin ərəfələrdə işsiz olduğundan işə bərpa olunmaq məqsədi ilə Təqsirləndirilən şəxs 2015-ci ilin fevral ayında Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 38 nömrəli ünvanda yerləşən “Qafqaz” adlı otelin qarşısında 1000 manat məbləğində, eyni məqsədlə 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri Yasamal rayou Tbilisi prospekti 3007 nömrəli ünvanda 2000 manat məbləğində, eyni məqsədlə 2015-ci ilin mart ayının sonlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında 500 manat məbləğində və nəhayət sonuncu dəfə eyni məqsədlə 1500 manat məbləğində pulu 2015-ci ilin aprel ayında ünvan 18 ünvanda yerləşən “Yasamal” adlı parkda əlbəəl vermişdir. Təqsirləndirilən şəxs deməsinə əsasən onun işə bərpə olunmağı ilə əlaqədar məsələ 1-2 ay ərzində həll olunmalı olmuşdur. Təqsirləndirilən şəxs onun işə bərpa olunmağı ilə bağlı məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetində yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə həll edəcəyini bildirsə də, dəqiq olaraq heç bir ad deməmişdir. O, daha sonra göstərmişdir ki, sonuncu dəfə Təqsirləndirilən şəxs pulu verən zaman onların yanında baldızı oğlu Fərid də olmuşdur. Təqsirləndirilən şəxs verdiyi 5000 manat məbləğində pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs pul verməsi barədə ailə üzvlərinin və baldızıgilin məlumatları olmuşdur. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs 5000 manat məbləğində puldan başqa ondan işə bərpa olunması ilə bağlı heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını 2015-ci ilin payız aylarında bilmiş və bundan sonra məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs əməlləri nəticəsində ona 3500 manat məbləğində maddi ziyan vurulmuşdur. Onunla sonuncu dəfə barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar Yasamal RPİ-nin inzibati binasında üzləşdirmə zamanı görüşmüşdür. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs onu aldadacağını zənn etmədiyi üçün baldızı oğlu Fəridin də işə düzəldilməsinə köməklik etməsini ondan xahiş etmişdir. İstər öz işi ilə əlaqədar istərsə də baldızının oğlunun işi ilə əlaqədar pullar eyni ərəfələrdə verildiyindən onun tərəfindən aldadılmasını bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3500 manat məbləğində maddi ziyan tam şəkildə onun qohumları tərəfindən ödənilmişdir. Odur ki, onun barəsində heç bir şikayəti və tələbi yoxdur və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bacısının əri Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2015ci ilin fevral ayının sonlarında tanış olmuşdur. X15 “SOCAR” şirkətində mühafizəçi işinə qəbul edilməsi məqsədi ilə 2015-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda yerləşən “Grand Hayat” yaşayış kompleksinin qarşısında Eduarda məxsus olan avtomobildə Təqsirləndirilən şəxs əlbəəl 1820 manat məbləğində pul vermişdir. Həmin pulu verən zaman onların yanında bacısının əri Zərərçəkmiş şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs sözlərinə əsasən oğlunun işə qəbul olunması ilə bağlı məsələ ən geci 1 (bir) ay ərzində həll olunmalı olmuşdur. Oğlunun işə düzəldilməsi üçün Təqsirləndirilən şəxs verdiyi 1820 manat məbləğində pul özünə məxsus olmuşdur. Bu barədə ailə üzvlərinin, bacısının və bacısının əri Eduardın məlumatları olmuşdur. Təqsirləndirilən şəxs dəqiq olaraq ad deməsə də, geniş əlaqələri olmasını və həmin əlaqələri vasitəsi ilə oğlu Fəridin işə qəbul ediləcəyini ona bildirmişdir. O, həmçinin göstərmişdir ki, həqiqətən də ona 1820 manat məbləğində pulu verikdən iki-üç gün sonra Elman onların yaşadıqları ünvanda oğlunun işə qəbul edilməsi ilə əlaqədar bir dəst xidməti geyimi onlara təqdim etmişdir. Həmin geyim dəstini isə tulladığını göstərmişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını Eduard ilə birlikdə həmin ilin iyul ayında bildiyindən pulları tələb etmişlər. Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldatdığından son həddə məcbur olub həmin ilin dekabr ayında hüquq mühafizə orqanlarına müraciət etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona 1820 manat məbləğində maddi ziyan vurulmuşdur. O, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1820 manat məbləğində maddi ziyan tam şəkildə ödənildiyindən onun barəsində şikayət və tələbi yoxdur və bununla əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Məryəm Mustafayeva vasitəsi ilə 2016-cı ilin mart ayının sonlarında tanımışdır. Belə ki, Elman Məryəmə iş təklif etmiş, sonuncu isə imtina edərək rəfiqəsi Ülviyyənin işə düzəldilməsinə Elmandan xahiş etmişdir. Buna görə də 2016-cı ilin aprel ayının əvvəllərində Ülviyyə və Məryəmlə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bayraq Meydanı”-nın yanında Elmanla görüşmüşlər. Orada iş barədə söhbət etdikdən sonra Ülviyyə razılaşaraq işə düzəlmək üçün tələb olunan 1000 manat pulu verəcəyini bildirmişdir. 04 aprel 2016-cı il tarixdə günorta saatlarında Ülviyyə ilə birlikdə gedib Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında Elmanla görüşmüşlər. Ülviyyə onun yanında sayaraq 1000 manat pulu Elmana vermiş, sonuncu isə pulları cibinə qoymuş və on gün ərzində Ülviyyənin işə çıxacağını bildirmişdir. Həmin vaxt Elmandan əri Əlövsət Abasovun işə düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. Elman isə bunun üçün ərinin onunla əlaqə saxlamasını bildirmiş və sağollaşmışlar. Həmin gün evdə olan zaman bu barədə ərinə demiş və Elmanın nömrəsini vermişdir. Bundan sonra əri Elmana zəng edərək görüşmüş və aralarında yaxın münasibət yaranmışdır. Görüşlərin birində Elman ərinə iş təklif etmiş, BP şirkətində avtomobil dayanacağına gözətçi işinə düzəldəcəyini bildirmiş və işə düzəltmək üçün 450 ABŞ dolları pul istəmişdir. Əri Elmanın təklifi ilə razılaşaraq 2016-cı ilin aprel ayının sonunda 200 ABŞ dolları, 2016cı ilin may ayının əvvəllərində 250 ABŞ dolları olmaqla ümumilikdə işə düzəlmək üçün Təqsirləndirilən şəxs 450 ABŞ dolları pul vermişdir. Lakin Təqsirləndirilən şəxs 450 ABŞ dolları pulu dələduzluq yolu ilə ələ keçirərək ərinin işə düzəlməsinə heç bir köməklik etməmişdir. Nəticədə əri Əlövsət Abasova 450 ABŞ dolları maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2016cı ilin əvvəllərində Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “kənd təsərrüfatı malları” mağazasında satıcı işləmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs mütamadi olaraq müştəri kimi həmin mağazaya gəlibgetmişdir. Təxminən 2016-cı ilin mart ayında işlədiyi mağaza bağlandığı üçün əşyaları toplayan zaman Elman gələrək ona “Çudo Peçka” mağazasında işləməyi təklif etmişdir. Lakin o, təkliflə razılaşmamışdır. Həmin vaxt Ülviyyə adlı rəfiqəsinin durumu ağır olduğundan onun işə düzəldilməsini Elmandan xahiş etmişdir. Elman razılaşdığı üçün onun telefon nömrəsini rəfiqəsi Ülviyyəyə vermişdir. Bundan sonra Ülviyyə Elmanla görüşmək istədiyindən 2016-cı ilin aprel ayında Ülviyyə və Cəmalə ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bayraq Meydanı”-nın yaxınlığında Elmanla görüşmüşlər. X14 “Çudo Peçka” mağazasına işə düzəldəcəyini bidirmiş və sağollaşaraq getmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Ülviyyə və onun əri Azər işə düzəlmək üçün Elmana 3500 manat pul vermişlər. Lakin Elman onlara heç bir köməklik göstərməmişdir. O, sadəcə Ülviyyəni Elmanla tanış etmişdir. Sonradan baş verənlər barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “kənd təsərrüfatı malları” mağazasını icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs müştəri kimi mütamadi olaraq həmin mağazaya gəlib-getdiyindən aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs “AzTV” İB-də rejissor işlədiyini və vəzifəli tanışları olduğunu ona bildirmişdir. Təxminən 2016-cı ilin yanvar ayında qardaşı oğlu X8 özünə iş axtardığı üçün Elmana onun üçün iş tapmasında köməklik etməsini xahiş etmişdir. Elman onun qardaşı oğlu Anarı “SOCAR” şirkətinə işə düzəldəcəyini, buna görə 380 manat pul verməli olduğunu bildirmişdir. Razılaşaraq həmin günün səhəri 380 manat pulu və qardaşı oğluna məxsus olan sənədlərin surətini işlədiyi mağazada Elmana vermişdir. Sonuncu qardaşı oğlunun bir ay müddətinə işə çıxacağını bildirmişdir. Bundan bir gün sonra isə Elman onun qardaşı oğluna uniforma vermişdir. Lakin bir ay keçməsinə baxmayaraq Elman qardaşı oğlunu işə düzəltmək üçün heç bir köməklik göstərməmiş və aldatmağa başlamışdır. Daha sonra Elman ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Təxminən 2016-cı ilin fevral ayının sonlarında “Elmlər Akademiyası” metrostansiyasının yanında keçən zaman Elmanla qarşılaşmış və orada pulları geri qaytarmasını tələb etmiş, əks təqdirdə polis çağıracağını bildirmişdir. Həmin vaxt Elman pulları səhərisi gün qaytaracağına söz vermişdir. Səhərisi gün Elman 380 manat pulu və qardaşı oğlu Anara məxsus olan sənədləri mağazada ona qaytarmışdır. Bundan bir neçə ay sonra ona məlum olmuşdur ki, Elman işə düzəltmək adı ilə bir neçə nəfəri aldadaraq pullarını ələ keçirmişdir. Cinayət işinin materiallarında olan 05 aprel 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirini seçmək barədə 07 aprel 2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Cinayət işinin materiallarında olan 14 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Bakı Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli həbs qətimkan tədbiri seçilməsi haqqında qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 14 mart 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 14 may 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan 14 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq orqanı tərəfindən uzadılmadığından o, 14 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-in 162.5.1 və 162.5.2-ci maddələrinə əsasən həbs yerinin rəisi tərəfindən dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirini seçmək barədə 14 may 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs8,Zərərçəkmiş şəxs4,Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Onun ifadəsində qeyd etdiyi xüsusatlar (pul vəsaitlərini güya borc məqsədi ilə alınması və əksər məbləğlərin zərərçəkmiş şəxslərə qaytarılması) həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyan üzrə qismən ödəniş etməsini və onların altısının barışıq ərizələrin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 15 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlləri ilə bağlı 05 aprel 2017 - 07 aprel 2017-ci tarixlərdə 02 (iki) gün, 14 dekabr 2018 - 14 may 2019-cu il tarixlərdə 05 (beş) ay, ümumilikdə 05 (beş) ay 02 (iki) gün həbsdə saxlanıldığı müddət məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi və E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 275 saata görə 1650 manat, E.F.İsmayılovaya isə məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2017 - 07 aprel 2017-ci tarixlərdə 02 (iki) gün, 14 dekabr 2018 - 14 may 2019-cu il tarixlərdə 05 (beş) ay, ümumilikdə 05 (beş) ay 02 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 275 saata görə 1650 manat, X7 isə məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar