Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-70/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2al rayonu, Ş.Mehdiyev küçəsi, ev 58/72, mənzil 58 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında “Kubinka” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00-da ünvan 2al rayonu, Ş.Mehdiyev küçəsi 58\72, mənzil 58 ünvanında DİN-nin BNMİ-nin və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Musa oğlu ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o ünvan 4 ünvanında kirayədə yaşayır. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və 2016-cı ildə azadlığa buraxılmışdır. O narkotik maddə olan heroindən bədəninə iynə vasitəsilə vurmaqla qəbul edir. Nartotik maddəni tanıdığı və ya tanımadığı şəxsdən alır, özü istifadə edir. xx xxxxxxxx 2020-ci il tarixdə saat günorta saatlarında “Kubinka” adlanan yerdən üzdən tanıdığı, adını, soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı üçün 10 manata bir büküm narkotik vasitə olan “heroin” almışdır. Həmin narkotik vasitəni cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. Saat 17:00-da yaşadığı Yasamal rayonu Ş.Mehdiyev küçəsi 58\72 ünvanının qarşısında olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu Yasamal RPİ-nin 27-ci PBnə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27ci PB-nə gəlmişlər. Polis bölməsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindin video çəkilişlə saat 18:30-da üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. O əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitələri “Kubinka” adlanan yerdə üzdən tanıdığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir, o, vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Ona narkotik vasitəni satan şəxs təxminən 30-35 yaşlı orta boylu, qara sifət adam olmuş, başqa əlamətlərini xatırlamır. Soyadını, adını, ata adını və yaşadığı ünvanı bilmir. Əldə etdiyi narkotik vasitə heroini özü istifadə etmək üçün almışdır və heç kəsə narkotik vasitə satmamış və hədiyyə verməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə BNMİ-nə ünvan 2al rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında idarənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ondan və BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşı Şahid1 ilə birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 17:00-da əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 2al rayonu Ş.Mehdiyev küçəsi 58\72 saylı ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatları olduğunu bildirərək ondan Yasamal RPİ-nin 27-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin baş təhqiqatçısı Nəsimi Seyidzadəyə həvalə olunmuşdur. Bununla bağlı, X4 Süleymanovun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən baş təhqiqatçı Nəsimi Seyidzadə vəkil Müdafiəçi bölməyə dəvət etmişdir. Nəsimi Seyidzadə tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroindir. Həmin narkotik vasitəni tutulmamışdan əvvəl günorta saatlarında «Kubinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün alıb əynində olan boz rəngli kətan şalvarın sağ yan cibinə qoymuş və xx.xx.2020-ci il tarixdə saat 17:00-da ünvan 2al rayonu Ş.Mehdiyev küçəsi 58\72 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Nəsimi Seyidzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Nəsimi Seyidzadə tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O də, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzasıyla təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır.Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşğul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs narkotik satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2041 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq 0,216 qram çəkidə narkotik vasitə olan heroinin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. Cinayət işinin 89-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təşkil etmişdir. Cinayət işinin 100-109-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3207 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 74-76-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 180.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2009-cu ildə Bakı şəhəri Əzizbəyov rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; 2) Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; 3) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.1. və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; 4) Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəkilməmiş 01 ay 26 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 77-81-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxx 2016-cı il tarixdən hesablanmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs çəkilməmiş 1 ay 26 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 ədəd DVD diskinin yaddaşına videogörüntülər 01 faylda yerləşdirilmişdir. Həmin faylda yerləşədirilmiş 07 dəqiqə 14 saniyə ərzində qeydə alınmış video görüntü tərəfimdən izlənilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroini çıxararaq könüllü şəkildə təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması barədə sorğu edilərkən sonuncu əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə olan maddənin narkotik vasitə vasitə heroin olduğunu, həmin narkotik vasitəni tutulmamışdan əvvəl xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında “kubinka” adlanan yerdə yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün alıb, əynindəki boz rəngli kətan şalvarın sağ yan cibinə qoyduğunu və xx.xx.2020-cu il tarixdə saat 17 radələrində ünvan 2al rayonu, Ş.Mehdiyev kuçəsi 58/72 saylı ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirildiyini bildirdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 3207 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,216 qram çəkidəkustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 126 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,216 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-70/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-70/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver