Məhkəmə qərarları › İş №1(004)-70/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-70/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-70/2022 11.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X6 və Zərərçəkmiş şəxs6, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X11 küçəsi 1, Binəqədi RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsin, yeni məhəllədə fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan zərərçəkmiş şəxsə zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərib, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, 24 sentyabr 2021-ci il tarixdə saat 14:30 dəqiqədə baş etibarnamə əsasında narkotik sərxoşluğu vəziyyətində idarə etdiyi Volkswagen Passat markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ilə Tibilisi prospekti istiqamətində hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin YPX alayının 357 çağırış nömrəli yol patrul xidməti avtomobili tərəfindən saxlanılması vacib olan avtomobil kimi verilmiş “saxla” işarəsinə tabesizlik göstərdiyindən YPX əməkdaşları tərəfindən təqib edilməyə başlanılarkən onların qanuni tələblərinə məhəl qoymayaraq keçdiyi küçə və prospektlərdə ardıcıl və davamlı olaraq hərəkət axınının əksinə, eləcə də digər yol hərəkət iştirakçılarına qəzalı vəziyyət yaradaraq hərəkətini davam etdirmiş, belə olan halda onun məcburi dayandırılması məqsədi ilə saat 14:35 radələrində Bakı şəhəri, Yasamal rayonu Tibilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki dairədə əlavə polis qüvvələri cəlb edilərək yolun hərəkət hissəsi bağlanıldığından Bakı şəhər DYPİ-nin YPX alayının 517 nömrəli çağırışlı yol patrul xidməti avtomobilinin qarşısında məcburən dayanmış, bir neçə saniyə sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib avtomobilini geriyə və irəli hərəkət etdirməklə dönmə manevrini həyata keçirib yolun əks hərəkət istiqamətinə çıxaraq sürəti artırmaqla təhlükəli ziqzaqvari manevrləri icra edərək özünün şəxsiyyətini, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı yol hərəkətinin digər iştirakçılarından üstün tutub səngiməyən polis təqiblərinə baxmayaraq Bakı şəhərinin mərkəzi küçələri istiqamətində gah işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, gah əks hərəkət zolağına daxil olaraq qəza şəraiti yaratmış, növbəti YPX əməkdaşları tərəfındən qurulan maneəni dəf edərək, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi ilə Nazim Hikmət küçələrinin kəsişməsində idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə edilən təhlükəli əşya kimi tətbiq etməklə qərəzli hərəkətlər edib, idarə etdiyi avtomobillə onun keçib getməsinə maneçilik törədən, işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs4 idarə etdiyi Toyota Prius markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən vurub zədələyərək ona 450 manat, X6 idarə etdiyi Hyundai Elentra minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən vurub zədələyərək ona 700 manat məbləğində maddi ziyan vurmaqla əmlakını zədələmiş, ardından onun avtomobilinin önünə keçərək hərəkət etməsinin qarşısını almaq, eləcə də onu zərərsizləşdirməklə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən zərərçəkmiş şəxs, Bakı şəhər DYPİnin YPX alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 üzərinə silah qismində istifadə edilən təhlükəli əşya olan avtomobili sürərək sonuncuya həmin hərəkətlərini davam etdirilməsi məqsədilə zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərmiş, bu hərəkətlərinin nəticəsində qarşısındakı maneəni dəf edərək qərəzli hərəkətlərini davam etdirməklə idarə etdiyi avtomobillə Yasamal rayonu Nazim Hikmət küçəsi ilə irəliləyərək, həmin küçədə 18 saylı ünvanda yerləşən “Zefir Mall” ticarət mərkəzinin yaxınlığında onun saxlanılması üçün yaradılmış süni tıxacı keçə bilməyəcəyini başa düşsə də, qərəzli hərəkətlərinə son qoymayaraq orada olan digər hərəkət iştirakçılarının gözü qarşısında heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla cəmiyyətdə bərqərar olunmuş davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib digər şəxslərin istirahəti və rahatlığını pozub ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, ətrafda olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin gözü qarşısında polis əməkdaşları tərəfindən sanki səbəbsiz yerə saxlanıldığı barədə doğru olmayan təəssürat yaratmaqla idarə etdiyi avtomobilini irəli və geriyə hərəkət etdirib getməsinə mane olan, qarşısında dayanmış Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilinın arxa sol hissəsini qəsdən vurub zədələyərək ona 1000 manat, bundan sonra avtomobili arxaya hərəkət etdirərək arxasında dayanmış Zərərçəkmiş şəxs6 idarə etdiyi Mercedes Benz C220 CDİ minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini qəsdən vurub zədələyərək ona 700 manat məbləğində maddi ziyan vurmaqla yanaşı avtomobilinin qapısının tutacağından tutub qapını açaraq onu avtomobildən kənarlaşdırmağa çalışan Bakı şəhər DYPİ-nin YPX alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 əli ilə tutacaqdan tutduğunu görməsinə, həmçinin avtomobili irəli doğru hərəkət etdirəcəyi təqdirdə sonuncunun xəsarət alacağını bilməsinə baxmayaraq avtomobili qəsdən irəli doğru surətlə hərəkət etdirib onu zərərsizləşdirməklə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs1 zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərməklə idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə edilən təhlükəli əşya kimi tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 sentyabr 2021-ci il tarixdə saat 14:30 dəqiqədə baş etibarnamə əsasında narkotik sərxoşluğu vəziyyətində idarə etdiyi Volkswagen Passat markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ilə Tibilisi prospekti istiqamətində hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin YPX alayının 357 çağırış nömrəli yol patrul xidməti avtomobili tərəfindən saxlanılması vacib olan avtomobil kimi verilmiş “saxla” işarəsinə tabesizlik göstərdiyindən YPX əməkdaşları tərəfindən təqib edilməyə başlanılarkən onların qanuni tələblərinə məhəl qoymayaraq keçdiyi küçə və prospektlərdə ardıcıl və davamlı olaraq hərəkət axınının əksinə, eləcə də digər yol hərəkət iştirakçılarına qəzalı vəziyyət yaradaraq hərəkətini davam etdirmiş, belə olan halda onun məcburi dayandırılması məqsədi ilə saat 14:35 radələrində Bakı şəhəri, Yasamal rayonu Tibilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki dairədə əlavə polis qüvvələri cəlb edilərək yolun hərəkət hissəsi bağlanıldığından Bakı şəhər DYPİ-nin YPX alayının 517 nömrəli çağırışlı yol patrul xidməti avtomobilinin qarşısında məcburən dayanmış, bir neçə saniyə sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib avtomobilini geriyə və irəli hərəkət etdirməklə dönmə manevrini həyata keçirib yolun əks hərəkət istiqamətinə çıxaraq sürəti artırmaqla təhlükəli ziqzaqvari manevrləri icra edərək özünün şəxsiyyətini, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı yol hərəkətinin digər iştirakçılarından üstün tutub səngiməyən polis təqiblərinə baxmayaraq Bakı şəhərinin mərkəzi küçələri istiqamətində gah işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, gah əks hərəkət zolağına daxil olaraq qəza şəraiti yaratmış, növbəti YPX əməkdaşları tərəfındən qurulan maneəni dəf edərək, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi ilə Nazim Hikmət küçələrinin kəsişməsində idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə edilən təhlükəli əşya kimi tətbiq etməklə qərəzli hərəkətlər edib, idarə etdiyi avtomobillə onun keçib getməsinə maneçilik törədən, işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs4 idarə etdiyi Toyota Prius markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən vurub zədələyərək ona 450 manat, X6 idarə etdiyi Hyundai Elentra minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən vurub zədələyərək ona 700 manat məbləğində maddi ziyan vurmaqla əmlakını zədələmiş, ardından onun avtomobilinin önünə keçərək hərəkət etməsinin qarşısını almaq, eləcə də onu zərərsizləşdirməklə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən zərərçəkmiş şəxs, Bakı şəhər DYPİnin YPX alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 üzərinə silah qismində istifadə edilən təhlükəli əşya olan avtomobili sürərək sonuncuya həmin hərəkətlərini davam etdirilməsi məqsədilə zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərmiş, bu hərəkətlərinin nəticəsində qarşısındakı maneəni dəf edərək qərəzli hərəkətlərini davam etdirməklə idarə etdiyi avtomobillə Yasamal rayonu Nazim Hikmət küçəsi ilə irəliləyərək, həmin küçədə 18 saylı ünvanda yerləşən “Zefir Mall” ticarət mərkəzinin yaxınlığında onun saxlanılması üçün yaradılmış süni tıxacı keçə bilməyəcəyini başa düşsə də, qərəzli hərəkətlərinə son qoymayaraq orada olan digər hərəkət iştirakçılarının gözü qarşısında heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla cəmiyyətdə bərqərar olunmuş davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib digər şəxslərin istirahəti və rahatlığını pozub ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, ətrafda olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin gözü qarşısında polis əməkdaşları tərəfindən sanki səbəbsiz yerə saxlanıldığı barədə doğru olmayan təəssürat yaratmaqla idarə etdiyi avtomobilini irəli və geriyə hərəkət etdirib getməsinə mane olan, qarşısında dayanmış Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilinın arxa sol hissəsini qəsdən vurub zədələyərək ona 1000 manat, bundan sonra avtomobili arxaya hərəkət etdirərək arxasında dayanmış Zərərçəkmiş şəxs6 idarə etdiyi Mercedes Benz C220 CDİ minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini qəsdən vurub zədələyərək ona 700 manat məbləğində maddi ziyan vurmaqla yanaşı avtomobilinin qapısının tutacağından tutub qapını açaraq onu avtomobildən kənarlaşdırmağa çalışan Bakı şəhər DYPİ-nin YPX alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 əli ilə tutacaqdan tutduğunu görməsinə, həmçinin avtomobili irəli doğru hərəkət etdirəcəyi təqdirdə sonuncunun xəsarət alacağını bilməsinə baxmayaraq avtomobili qəsdən irəli doğru surətlə hərəkət etdirib onu zərərsizləşdirməklə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs1 zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərməklə idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə edilən təhlükəli əşya kimi tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti, tələb və mülki iddialarının olmamasını, əvvəllər məhkum edilməməsini və ailəli olmaqla 2 azyaşlı uşağınin olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD disklərdə olan videogörüntülərlə və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 24.09.2021-ci il tarixdə saat təxminən 15 radələrində özünə məxsus olan Hyundai Elantra minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu X12 küçəsi ilə İnşaatçılar metro stasiyasının çıxışına doğru hərəkət edib svetoforda dayanmış və bu zaman solu ilə hərəkət edən, **-ED-*** dövlət nömrə nişanlı Volkswagen Passat markalı avtomobil qarşısında dayanmış “Bakubus” avtobusunu vurmuşdur. Həmin avtomobil bundan sonra sağa tərəf burularaq onun avtomobilinin sol hissəsindən sol qabaq diskini və buferi əzərək ona təxmini 700 manat civarında maddi ziyan vuraraq getmişdir. Bundan sonra Kamaran Cəbrayılzadə avtomobili ilə hərəkət edərək ondan qabaqda dayanmış bir neçə avtomobilin sağ güzgüsünü qəsdən vurmuşdur. Kamranın arxasında YPX avtomobili olmuş, təqib olunmuşdur. YPX polis əməkdaşları səs gücləndirici ilə saxlaması barədə göstəriş versələr də Kamran tabe olmaq istəməmiş və qarşısına çıxan maşınları əzib keçməklə özünə yol düzəltmişdir. Onun dayandığı yerdə həmin avtomobilin sürücüsü təxminən 4-5 avtomobili qəsdən vuraraq onlara maddi ziyanlar vurmuşdur. Bu hadisə nəticəsində həmin avtomobilin sürücüsü Kamran onun avtomobilindən əlavə təxminən 4-5 avtomobilə maddi ziyan yetirərək xuliqanlıq etmişdir. Kamran onun maşınını əzərək yolu açdıqdan sonra svetoforun qırmızı işiğinda hərəkətini davam etmiş və Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə Bakı kənar dairəvi küçəsinə doğru hərəkət etmişdir. Kamranın arxası ilə polis maşınları getmiş, lakin o, orada baş verənləri bilməmişdir. Onun avtomobilinin əzilməsi nəticəsində ona 700 manat maddi ziyan dəymiş, o, hadisə zamanı heç bir xəsarət almamış, yalnız əmlakına maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxudur. Məhkəmə iclasında zərərçərmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, o, 24.09.2021-ci il tarixdə saat təxminən 15 radələrində öüznə məxsus etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Nazim Hikmət küçəsi ilə, Bakı kənar dairəvi küçəsinə doğru hərəkətdə olan vaxt qarşısında tıxac olduğuna görə avtomobilini saxlamışdır. O, həmin vaxt avtomobildə tək olmuşdur. Onun qarşıda təxminən 20-30 avtomobil olmuş, Nazim Hikmət küçəsinin Kənar dairəvi küçəsinə birləşən dairəyə yaxın olmuşdur. Bu zaman onun arxasından sürətlə hərəkət edən, **-ED-*** dövlət nömrə nişanlı Volkswagen Passat markalı avtomobil ona yaxınlaşaraq saxlamışdır. Həmin şəxs, yəni Kamaran Cəbrayılzadə YPX əməkdaşları tərəfindən təqib edilmişdir. Kamran sanki onun idarə etdiyi avtomobillə onun solunda olan avtomobilin ortasına keçmək istəmişdir. Kamran polislərdən qaçmağa çalışmışdır. O, güzgüdən baxıb görmüşdür ki, həmin avtomobil əzik-əzikdir. Sürücü Kamran avtomobilin içərisində özünü qeyri adekvat aparmış, sanki sərxoş imiş. Bu zaman polis əməkdaşları Kamrana yaxınlaşıb şüşəsini açmağını və tabe olmasını tələb etmişdilər. O, da öz avtomobilindən düşmüş və şəxsin tabe olmasına çalışmışdır. Kamran avtomobildə tək olmamış, yanında 1 qadın və 1 oğlan uşağı olmuş və qışqırırdılar. Həmin avtomobilin yanında çoxlu sayda insanlar yığılmış və polis əməkdaşları da gəlmişdilər. Kamran isə tabe olmadı və avtmobildən düşmürdü. Kamran bu zaman avtomobilini qabağa sürməyə başlamış, sürətlə hərəkətə başlamışdır. Kamran qəsdən onun avtomobilini arxa sol hissədən vurmuşdur. Kamran bundan sonra avtomobilini yenidən arxaya verərək onun arxasında saxlamış Mercedes markalı avtomobili də vurmuşdur. Kamranı bundan sonra isə polis əməkdaşları saxladılar. Onun avtomobilinin əzilməsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. O, hadisə zamanı heç bir xəsarət almamış, yalnız onun əmlakına maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxudur. Məhkəmə iclasında zərərçərmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 24.09.2021-ci il tarixdə saat təxminən 15 radələrində Mercedes Benz C220 CDİ minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Nazim Hikmət küçəsi ilə, Bakı kənar dairəvi küçəsinə doğru hərəkətdə olan zaman tıxac olduğuna görə avtomobilini saxlamışdır. O, avtomobildə tək olmuşdur. Onun qarşısında təxminən 20-30 avtomobil olmuş, Nazim Hikmət küçəsinin Kənar dairəvi küçəsinə birləşən dairəyə yaxın olmuşdur. Bu zaman onun arxasından sürətlə hərəkət edən, **-ED-*** dövlət nömrə nişanlı Volkswagen Passat markalı avtomobil ona yaxınlaşaraq saxlamışdır. Kamrana YPX əməkdaşları yaxınlaşmışlar və ondan tabe olmasını tələb etmişdirlər. Kamran avtomobili qabağa arxaya sürərək tabe olmamışdır. Kamran YPX əməkdaşları tərəfindən təqib edilmişdir. Kamran qarşıda olan avtomobilin ortasına keçmək istəmişdir. Kamran polislərdən qaçmağa çalışırdı və Kamranın avtomobilinin bütün tərəfləri əzik-əzik olmuşdur. Kamran avtomobilin içərisində özünü qeyri adekvat aparmışdır. O, ondan təxminən 30 metr arxada avtomobilini tam saxlamışdır. Kamran avtmobildən düşmürmüş, polis işçilərinə tabe olmamışdır. Bu zaman polis əməkdaşları Kamrana yaxınlaşıb şüşəsini açmağını və tabe olmasını tələb etmişdirlər, lakin Kamran öz avtomobilində əyləşmişdir. Bu zaman Kamran ondan qabaqda dayanan avtomobili əzmiş və arxaya sürərək sürətlə onun üstünə gəlmişdir. Onun avtmobilinin qabaq sol hissəsindən qabaq bufer, 2 sol tərəf qapıları, arxa qanad və arxa buferi əzmişdir. Kamran avtomobildə tək olmamış, yanında 1 qadın və 1 oğlan uşağı olmuş və qışqırırdılar. Həmin avtomobilin yanında çoxlu sayda insanlar yığılmış və polis əməkdaşları da gəlmişdilər. Kamran bu zaman avtomobilini qabağa sürməyə başlamış, sürətlə hərəkətə başlamışdır. Kamran qəsdən onun avtomobilini arxa sol hissədən vurmuşdur. Kamran bundan sonra avtomobilini yenidən arxaya verərək onun arxasında saxlamış Mercedes markalı avtomobili də vurmuşdur. Kamranı bundan sonra isə polis əməkdaşları saxladılar. Onun avtmobilinin əzilməsi nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxudur. Məhkəmə iclasında zərərçərmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 24.09.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu X12 küçəsi ilə İnşaatçılar metro stasiyasının çıxışına doğru hərəkət edərək Nazim Hikmət küçəısi ilə kəsişmədə svetoforda dayanmışdır. Onun sağı ilə hərəkət edən, **-ED-*** dövlət nömrə nişanlı Volkswagen Passat markalı avtomobil ilə onun idarə etdiyi avtomobilin sağ güzgüsünü qəsdən vurmuşdur. Həmin sürücü Kamranın arxasında olan YPX avtomobil həmin avtomobili təqib edirdi. Səs gücləndirici ilə saxlaması barədə göstəriş verilsədə həmin sürücü Kamran tabe olmaq istəməmiş və qarşısına çıxan maşınları əzib keçməklə özünə yol düzəltmişdir. Kamran bundan sonra onun yanından keçə bilmədiyini görüb avtomobili biraz da sola burmuş, bu dəfə buferin aşağı hissəsini əzərək ona təxmini 450 manat civarında maddi ziyan vurmuşdur. Onun dayandığı yerdə həmin avtomobilin sürücüsü Kamran təxminən 5-6 avtomobili qəsdən vuraraq onlara maddi ziyanlar vurmuşdur. O, eşitmişdir ki, X14 küçəsində təxminən 10 yaxın avtomobil əzmişdir. Kamran onun maşınını əzərək yolu açdıqdan sonra svetoforun qırmnızı işiğinda hərəkətini davam etmiş və Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə, Bakı kənar dairəvi küçəsinə doğru hərəkət etmişdir. Kamranın arxası ilə polis avtomobilləri ilə getmişdir. Onun avtomobilinin əzilməsi nəticəsində ona 450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxudur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər DYPİ-nin YPX alayının inspektoru, polis serjantı vəzifəsində xidmət edir.O, 24.09.2021-ci il tarixdə saat 07:00-dan başlayaraq 1-ci növbə üzrə ekipaj yoldaşı polis baş serjantı Şahid1 ilə 15 nömrəli postda, 357 çağırışlı avtopatrulda xidmətdə başlamışdır. O, həmin gün saat 14:20 radələrində Bakı şəhəri, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi ilə Bakıxanov körpüsünə doğru istiqamətdə hərəkətdə olduğu zaman efir vasitəsi ilə Bakı şəhəri DYP-nin növbətçi hissəsindən onlardan qarşıda hərəkət edən saxlanması vacib olan “Volkswagen” markalı “Passat” modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanmasına dair göstəriş verilmişdir. Onlar efir vasitəsilə həmin avtomobilin Bakıxanov körpüsünə yaxınlaşması barədə məlumat almışdılar. Avtomobili ekipaj yoldaşı Şahid1 idarə etmişdir. Onlar həmin avtomobilə yaxınlaşıb ona “saxla” işarəsini vermiş, lakin avtomobilin sürücüsü, ilkin olaraq avtomobili saxlamaq istəsə də sonradan tabesizlik göstərərək avtomobili Tbilisi prospekti ilə 20 yanvar istiqamətinə doğru hərəkət etdirməyə başlamışdır. O, həmin avtomobilin tabe olmadığını görüb efir vasitəsi ilə qarşıda YPX-nin olub-olmaması barədə məlumat vermiş, 517-ci çağırışlı avtomobil həmin avtomobili saxlayacağı barədə məlumat vermişdir. 517 çağırışlı yol patrul avtomobili həmin avtomobili Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki dairədə saxlamağa çalışmışdır.Onlar efir vasitəsi ilə arxada olmaqlarını efir vasitəsi ilə eşitmişlər. Birdən 517 YPX avtomobilin naryadı, polis baş serjantı Şahid2 efirə çıxaraq həmin avtomobilin sürücüsünün tabe olmadığını, onun yanından qabağa-axrava manevr etdiyini, maneəni dəf edib, ötərək İzmir küçəsi ilə ziqzaqvari hərəkət etdiyini, özü ilə yanaşı digər yol hərəkət iştirakçılarına təhlükə yaratdığını, onu qarşıda saxlamağa kömək etməyini bildirdi. Efir vasitəsi ilə növbətçi hissədən yaxında olan naryadlardan kömək olunması barədə göstəriş almışlar. Həmin ərazi onların dislokasiyaya daxil olduğu üçün o, efirə çıxmış, qarşıda Bakıxanov prospekti ilə İzmir küçələrinin kəşisməsində həmin avtomobili saxlayacağını demişdir. 517 çağırışlı avtopatrul isə qeyd olunan avtomobilin Tbilisi prospektindən İzmir küçəsi və Bakıxanov prospektinə doğru istiqamətləndiyini və onun arxası ilə hərəkət etdiyini bildirmişdir. Onlar dərhal avtomobilin hərəkətini məhdudlaşdırmaq üçün Bakıxanov İzmir küçəsində süni tıxac yaratmışdılar. O, piyada olaraq yolun hərəkət istiqamətində avtomobili saxlamaq istəmişdir. Lakin, həmin avtomobilin sürücüsü Kamran əks hərəkət istiqamətinə hərəkət edərək süni tıxacdan yayınmış və yoluna davam etməyə başlamış və avtomobili onun üzərinə sürmüşdür. O, sürücünün onu vuracağından ehtiyatlanaraq yoldan çəkilmişdir. Avtomobil onun yanından ötərək keçmiş, lakin ona toxunmamışdır. Kamran avtomobili Bakıxanov prospekti ilə statistika dairəsinə doğru hərəkət etdirməyə davam etmiş və o, avtopatrula əyləşənə kimi 517 çağırışlı avtopatrul həmin sürücünün arxası ilə hərəkət etmişdir. O, da NH-nin verdiyi göstərişə əsasən həmin avtomobilin arxası ilə hərəkət etdirmişdir. Həmin sürücü təqib edilməyə başlanılarkən hərəkəti dayandırmasına dair onlar tərəfindən verilmiş qanuni tələblərinə məhəl qoymayaraq yolunu davam etdirməklə yol hərəkəti qaydalarını kobud sürətdə pozmuş, yolun əks hərəkət istiqamətinə çıxıb sürəti artırmaqla təhlükəli ziqzaqvari manevrləri icra edərək özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı yol hərəkətinin digər iştirakçılarından üstün tutub səngiməyən polis təqiblərinə baxmayaraq Bakı şəhərinin mərkəzi küçələri istiqamətində gah işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymamış, gah əks hərəkət zolağına daxil olaraq qəza şəraiti yaradıb hərəkətinə davam etməklə növbəti YPX əməkdaşları tərəfındən qurulan maneəni dəf etmiş, Bakıxanov prospektindən İnşaatçılar prospektinə, oradan Şəfayət Mehdiyev küçəsi ilə Hüseyn Cavid prospektinə, daha sonra Ayna Sultanova küçəsi ilə Mətbuat prospektinə, daha sonra Abbaş Mirzə Şərifzadə küçəsinə daxil oldu. 517 çağırışlı avtopatrul avtomobili onun arxası ilə hərəkət etdirmişlər. Həmin avtomobilin sürücüsü Kamran Abbaş Mirzə Şərifzadə küçəsində işıqforun qırmızı işğında dayanmış bir neçə avtomobilə qəsdən maddi ziyan vurmuşdur. Sürücü Kamran Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi ilə Nazim Hikmət küçələrinin kəsişməsində idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə etməklə ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, keçib getməsinə mane olan işıqforun qırmızı işiğında dayanmış Zərərçəkmiş şəxs4 etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə, eləcə də X6 idarə etdiyi Hyundai Elentra minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qəsdən maddi ziyan vurmuş, həmin avtomobilləri əzərək, qarşısını açaraq yenə də qırmızı işıqda hərəkət etməyə başlamışdır. Sürücü Kamran yenə də təqib edildiyini gördüyü halda hərəkətlərini davam etdirərək qəsdən Nazim Hikmət küçəsi ilə irəliləməyə başlamışdır. Kamran həmin küçədə saxlanılması üçün xüsusi yaradılmış tıxacı keçə bilməyəcəyini başa düşdükdə, avtomobilin şüşəsindən xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirərək digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, ətrafda olan şəxsiyyətlərini bilmədiyim şəxslərin gözü qarşısında sanki səbəbsiz yerə saxlanıldığı barədə yalan təəssürat yaratmaqla idarə etdiyi mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Kamran avtomobili geriyə və irəli hərəkət etdirməklə, keçib getməsinə mane olan qarşısında dayanmış Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilinın arxa sol hissəsini qəsdən vurmuşdur. Kamran bundan sonra avtomobili arxaya hərəkət etdirərək arxasında dayanmış Zərərçəkmiş şəxs6 idarə etdiyi Mercedes Benz C220 CDİ minik markalı **-CK- *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini qəsdən vuraraq xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Bundan sonra Kamran yenə də avtomobildən düşməyərək tabesizlik göstərmiş və avtomobilinin qabaq sol tərəf şüşəsi sındırıldıqdan sonra tabe olmuş və avtomobildən düşmüşdür. Kamran polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Lakin bunlara baxmayaraq Kamran özünü qeyri adekvat aparmış. sanki narkotik vasitə qəbul etmişdir. Sonradan müəyyən edilmişdir ki, həqiqətən də Kamran narkotik vasitənin təsiri altında olmuşdur. Kamranın idarə etdiyi avtomobildə arvadı və balaca oğlu da olmuş və onlar avtomobildə arxa oturacaqda əyləşmişdilər. Sonra isə Kamran tərəfimizdən Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və raportla təhvil verilmişdir. Hadisə zamanı o və ya orada olan polis əməkdaşlarından hər hansı biri xəsarət almamışdır.Hadisə zamanı hər hansı bir polis avtomobilinə maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs avtomobilin qapılarını bağlamış və avtomobildən düşməmiş, avtomobil işlək vəziyyətdə olmuşdur. Onlar ehtiyat etmişlər ki, Kamran daha başqa avtomobil əzər və ya kiməsə xəsarət yetirər və ona görə Kamranın avtomobiliniin şüşəsi sındırılmış ki, sürücü avtomobildən çıxarılsın. Şüşə sındırıldıqdan sonra isə sürücü Kamran tam olaraq təslim olmuş və heç bir müqavimət göstərməmişdir. O, şüşənin konkret olaraq hansı şəxs tərəfindən sındırıldığını xatırlamamışdır. Kamran sükan arxasından düşürüldükdən sonra tam olaraq təslim olmuş və heç bir müqavimət göstərməmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər DYPİ-nin YPX alayının inspektoru, polis baş serjantı vəzifəsində 2012-ci ildən xidmət edir. O, 24.09.2021-ci il tarixdə saat 07:00-dan başlayaraq 1820 nömrəli postda, 328 çağırışlı avtopatrulda xidmətdə başlamışdır. O, həmin gün saat 14:20 radələrində Bakıxanov körpüsün yanında xidmətdə olan zaman efir vasitəsi ilə Bakı şəhəri DYP-nin növbətçi hissəsindən onun qarşısında hərəkət edən saxlanması vacib olan “Volkswagen” markalı “Passat” modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanmasına dair göstəriş verilmişdir. O, efir vasitəsilə həmin avtomobilin Bakıxanov körpüsünə yaxınlaşması barədə məlumat almışdır. O, avtomobili özü idarə etmişdir. O, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Asan Xidmətin qarşısına getmiş və həmin avtomobilə yaxınlaşıb ona “saxla” işarəsini vermiş, lakin avtomobilin sürücüsü, ilkin olaraq avtomobili saxlamaq istəsə də sonradan tabesizlik göstərərək avtomobili Sosial evlərə tərəf hərəkətini davam etdirmişdir. O, da onu təqib etməyə davam etmiş və qarşıdakı YPX əməkdaşları süni tıxac yaratmaqla yolu bağlamışdılar. O, dərhal avtomobildən düşmüş və həmin avtomobilin sürücüsünə avtomobildən düşməli olduğunu dəfələrlə bildirsədə həmin sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili geriyə-irəliyə doğru hərəkət etdirməklə digər avtomoilləri əzmişdir. O, əlindəki jezla ilə həmin avtomobilin sol qabaq şüşəsini qırmağa çalışsa da qıra bilməmişdir. Kamranın idarə etdiyi avtomobilin qabaq sol tərəf şüşəsi sındırıldıqdan sonra tabe olmuş və avtomobildən düşmüşdür. Bundan sonra isə həmin şəxs Kamran polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Lakin bunlara baxmayaraq Kamran özünü qeyri adekvat aparmış. sanki narkotik vasitə qəbul etmişdir. Sonradan müəyyən edilmişdir ki, həqiqətən də Kamran narkotik vasitənin təsiri altında olmuşdur. Kamranın idarə etdiyi avtomobildə arvadı və balaca oğlu da olmuş və onlar avtomobildə arxa oturacaqda əyləşmişdilər. O, Kamranı digər polislərə təhvil verib getmişdir. Hadisə zamanı o və ya orada olan polis əməkdaşlarından hər hansı biri xəsarət almamışdır.Hadisə zamanı hər hansı bir polis avtomobilinə maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs avtomobilin qapılarını bağlamış və avtomobildən düşməmiş, avtomobil işlək vəziyyətdə olmuşdur. Onlar ehtiyat etmişlər ki, Kamran daha başqa avtomobili əzər və ya kiməsə xəsarət yetirər və ona görə Kamranın avtomobiliniin şüşəsi sındırılmış ki, sürücü avtomobildən çıxarılsın. Şüşə sındırıldıqdan sonra isə sürücü Kamran tam olaraq təslim olmuş və heç bir müqavimət göstərməmişdir. O, şüşənin konkret olaraq hansı şəxs tərəfindən sındırıldığını xatırlamamışdır. Kamran sükan arxasından düşürüldükdən sonra tam olaraq təslim olmuş və heç bir müqavimət göstərməmişdir. X2rşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onlardan əvvəl məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verməklə, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə evlənmiş və bu nigahdan 2014-cü ilin sentyabr ayının 15-də X3, 2016-cı ilin may ayının 25-də X4 övladları dünyaya gəlmişdir. Övladları onların himayəsində yaşayırlar, işləməmiş və evdar qadındır. Kamran isə tutulmazdan əvvəl fərdi olaraq fiziki şəxs qismində ticarətlə məşğul olmuşdur. Kamran 2021-ci ilin sentyabr ayının 1-də Sumqayıt şəhərindən baş etibarnamə ilə Volkswagen Passat markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin vaxtdan qeyd edilən avtomobili baş etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil hüquqi olaraq başqa şəxsə məxsus olsa da faktiki olaraq Kamrana məxsus olmuşdur. 24 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində ilə Volkswagen Passat markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qızları Fatiməni məktəbə düşürtmüşlər və avtomobili Kamran idarə edərək evlərinə gedirmişlər. Onunla oğlu Turan isə avtomobildə arxada əyləşmişdilər. Saat təxminən 14:30 radələrində beşmərtəbə deyilən küçədən Kamranın baş etibarnamə ilə idarə etdiyi Volkswagen Passat markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü yuxarı Tibilisi prospektinə doğru qalxdığı zaman, 357 çağırışlı YPX avtomobili Kamrana yaxınlaşmış və saxlamağını işarə etmişdilər. Kamran onlara tabe olmamış, sonradan eşitmiş ki, bu hadisədən təxminən 10 gün əvvəl Kamran bir maşını vurub qaçmışdır. O, bəlkə də buna görə axtarıldığını düşünmüşdür. Ona görə Kamran həmin YPX avtomobilinə tabe olmamış və qaçmağa başlamışdır. Avtomobil sürətlə hərəkət etməyə başlamış və Tibilisi küçəsinə çıxmışdır. Tibilisi küçəsində qarşıdan 517 nömrəli YPX avtomobili gəlmiş və dairədə yolu kəsmişdi. Kamran avtomobili irəli, geri verib, dönmüş və İzmir küçəsi ilə yoluna davam etmişdir. O, Kamrana saxlamasını bildirmiş, lakin Kamran isə ona qulaq asmamış və yoluna davam etmişdir. Kamran bundan sonra hərəkətin əksinə doğru, ziqzaqvari hərəkətlərlə, gah qarşı hərəkət yolu ilə şəhərin müxtəlif yolları ilə irəliləmişdir. Arxası ilə YPX avtomobili gələrək təqib etmişdirlər. O, Kamranın saxlaması üçün israr etsə də, Kamran saxlamamışdır. Kamran tabe olsa maşınını əlindən alacaqlarından və barəsində tədbir görüləcəyindən ehtiyat etmişdir.Kamranın Yasamal rayonu X12 küçəsində svetoforda bir neçə maşını qəsdən vurduğunu xatırlamışdır. Kamran onları vurub yolunu açmış və yoluna davam etmişdir. Kamran bundan sonra kənar dairəvi yola çıxmaq üçün Asan xidmətin yanı ilə Nazim Hikmət küçəsinə dönmüş və yenə də bir neçə YPX avtomobili təqib etmişlər, Kamrana saxlamaq əmri vermişdilər. Lakin Kamran tabe olmaq istəməmiş və tez kənar dairəvi yola çıxmaq istəməmiş ki, oradan rahat evilərinə getsinlər. Kamran demişdir ki, kənar dairəvi yol şəhər YPX-nin xidmət sahəsi deyil. Kamran düşünürdü ki, ora çıxsa daha onu təqib etməzlər. Kamran həmin yolun bitəcəyində yolda tıxac olduğunu görmüş və qarşısında maşınlar olmuşdur. Kamran bir anlıq avtomobili saxlamış və YPX avtomobilləri qarşı tərəfdən yolun əks istiqamətindən üzərinə gəldiyini görmüş, lakin yenə də tabe olmaq istəməmişdir. Kamran bu zaman avtomobili hərəkətə gətirmiş, avtomobili irəli və geriyə sürməklə bir neçə avtomobili əzərək onlara maddi ziyanlar yetirmişdir. Kamran bundan sonra isə hər tərəfin polis olduğunu, artıq nə geriyə, nə də irəli getməyə yolunun olmadığını gördükdən sonra avtomobili saxlamışdır. Avtomobilin şüşələri və qapıları bağlı olmuş, avtomobil bağlı olduğu üçün Kamran yerə düşmək istəməmişdir. Həmin vaxt hansısa polis işçisi avtomobilin qabaq sol tərəf şüşəsini sındırmış və bundan sonra isə Kamran yerə düşərək tabe olmuşdur. Sonra isə Kamranı polislər aparmışlar, o, isə oğlu ilə birlikdə evilərinə getmişdilər. Kamran avtomobili ilə bir neçə avtomobili əzmişdir. Onlar hadisə zamanı heç bir xəsarət almamışdılar. Cinayət işinin 76-77-ci vərəqələrində olan 25 sentyabr 2021-ci il tarixli şübəhli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 165-167-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 14 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 91-95-ci vərəqələrində olan aparılmış araşdırma zamanı Wolksvagen Passat markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 26.09.2021-ci il tarixli protokolundan görünür ki, Wolksvagen Passat markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinin, arxa və qabaq buferlərinin əzilmiş, qabaq sol qapının şüşəsinin sınmış, yan tərəfləri sürtülmüşdür. Cinayət işinin 96-99-cu vərəqələrində olan aparılmış araşdırma zamanı Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 26.09.2021-ci il tarixli protokolundan görünür ki, Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol tərəfinin aşağı hissəsində işığının və buferinin sancaqları qırılmış və arxa buferin sol yan hissəsinin sürtülmüşdür. Cinayət işinin 100-104-cü vərəqələrində olan aparılmış araşdırma zamanı Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 26.09.2021-ci il tarixli protokolundan görünür ki, Toyota Prius markalı, **-EL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü qırılmış, sağ qabaq yan hissəsi əzilmiş və qabaq buferinin sağ və sol hissələri sınmışdır. Cinayət işinin 105-109-cu vərəqələrində olan aparılmış araşdırma zamanı Hyundai Elantra markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 26.09.2021-ci il tarixli protokolundan görünür ki, Hyundai Elantra markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferinin sol yan hissəsi və sol qabaq diski qırılmışdır. Cinayət işinin 110-114-cü vərəqələrində olan aparılmış araşdırma zamanı Mersedes Benz C220 markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 26.09.2021-ci il tarixli protokolundan görünür ki, Mersedes Benz C220 markalı, **-CK-*** sol tərəf qapılarının ətəklərinin, arxa buferin sol yan tərəfinin qadan hissəsi əzilmişdir. Cinayət işinin 234-237-ci vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasınin 11.10.2021-ci il tarixli 3168 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsdan götürülmüş qan və sidik nümunələrində fenilalkilamin qrupuna aid olan “Amfetamin” və “Metamfetamin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisiatlar və kannabiniod (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin 271-275-ci vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasınin 03.11.2021-ci il tarixli 9/7047 saylı rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə iş materiallarından olan “X10” tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli qüsur aktına əsasən 2016-ci il buraxılışlı Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 870,00 manat müəyyən edilir. O cümlədən; Dəyişdirilməli hissələrin qiyməti-320,00 manat; Təmir-bərpa işlərinin qiyməti- 550,00 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarından olan “X10” tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli qüsur aktına əsasən 2006-ci il buraxılışlı Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 730,00 manat müəyyən edilir. O cümlədən; Dəyişdirilməli hissələrin qiyməti-230,00 manat; Təmir-bərpa işlərinin qiyməti-500,00 manat. 3. Nəzəri hesablama yolu ilə iş materiallarından olan “X10” tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli qüsur aktına əsasən 2012-ci il buraxılışlı Hyundai Elantra markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 540,00 manat müəyyən edilir. O cümlədən; Dəyişdirilməli hissələrin qiyməti-190,00 manat; Təmir-bərpa işlərinin qiyməti-350,00 manat. 4.Nəzəri hesablama yolu ilə iş materiallarından olan “X10” tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli qüsur aktına əsasən 1999-cu il buraxılışlı Mersedes Benz markalı, C220 CDİ minik moddelli **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 670,00 manat müəyyən edilir. O cümlədən; Dəyişdirilməli hissələrin qiyməti-170,00 manat; Təmir-bərpa işlərinin qiyməti-500,00 manat. 5. Nəzəri hesablama yolu ilə iş materiallarından olan “X10” tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli qüsur aktına əsasən 2011-ci il buraxılışlı VVolksvvagen markalı, Passat minik modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 2350,00 manat müəyyən edilir. O cümlədən; Dəyişdirilməli hissələrin qiyməti-150,00 manat; Təmir-bərpa işlərinin qiyməti-2200,00 manat. Cinayət işinin 318-332-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin 13.10.2021-ci il tarixdə Yasamal RPİ-nə təqdim etdiyi 01 ədəd CD-disk və Sosial şəbəkə “Facebook”-dan götürülmüş video-görüntülərin olduğu 01 ədəd CD-disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, həmçinin zərərçəkmiş şəxslərə məxus Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil, Hyundai Elantra markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Mersedes Benz markalı,C220 CDİ minik moddelli **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobil və VVolksvvagen markalı, Passat minik modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Cinayət işinin 276-277-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.11.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 206-cı vərəqəsində olan AZ-İİİ seriyalı, 833765 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14.09.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid3dir. Cinayət işinin 207-ci vərəqəsində olan AZ-İİİ seriyalı, 805694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25.05.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid3dir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X6 və Zərərçəkmiş şəxs6 ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD disklərə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs idarə etidyi VVolksvvagen markalı, Passat minik modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qo.a xəttin tələbini pozaraq qarşı yola çıxdığı, işıqforun qırmızı ışığında keçdiyi, arxasında onu təqib edən YPX avtomobillərindən müxtəlif istiqamətlərdə hərəkət edərək qaçdığı və avtomobilin arxa buferinin sol yan tərəfinin qırılaraq yerə sürtüldüyü müəyyən olunmuşdir; 01 dekabr 2021-ci il tarixdə sosial şəbəkə “Facebook”-dan götürülmüş videogörüntülərin olduğu görünütülərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etidyi VVolksvvagen markalı, Passat minik modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili tıxacda irəliyə-geriyə doğru hərəkət etdirdiyi və digər avtomobillərə zərər vurduğu, polis əməkdaşlarının tabe ol əmrinə tabe olmayaraq avtomobilin qapılarını açmadığı, avtomobilin arxa buferinin sol yan tərəfinin qırılaraq yerə sürtüldüyü və polislərin, vətəndaşların həmin yerə toplaşdığı müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxlərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan videogörüntülər ilə, tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs K.R. Cəbrayılzadəyə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla K.R. Cəbrayılzadəyə cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti, tələb və mülki iddialarının olmamasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəli olmaqla 2 azyaşlı uşağınin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da, Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs K.R. Cəbrayılzadəyə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin zərərçəkmiş şəxslərə məxus Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil, Hyundai Elantra markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Mersedes Benz markalı, C220 CDİ minik moddelli **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus VVolksvvagen markalı, Passat minik modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin zərərçəkmiş şəxslərə məxus Hyundai Sonata markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prius markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil, Hyundai Elantra markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Mersedes Benz markalı, C220 CDİ minik moddelli **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus VVolksvvagen markalı, Passat minik modelli **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar