Məhkəmə qərarları › İş №1(004)-70/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-70/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-70/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X17, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X19, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 fərdi tikilikdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 “Tap.az” saytında yerləşdirdiyi, mülkiyyətində və ümumiyyətlə mövcud olmayan “VAZ 2121” markalı avtomobili satacağı barədə yalan vəd verərək aldadıb sonuncuya tanışı X7 məxsus “Kapital bank”a aid 416974******5657 nömrəli plastik kartın nömrəsini göndərmiş, Zərərçəkmiş şəxs2 28 iyul 2021-ci il tarixdə saat 18:03-də Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Ailəm market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə 100 manat, 28 iyul 2021-ci il tarixdə saat 18:06-da Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Ailəm market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə 300 manat və 28 iyul 2021-ci il tarixdə saat 19:24-də Şəmkir rayonu Çınarlı qəsəbəsində yerləşən “Şəmkir səbəti marketi”ndə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə 200 manat pulunun “Kapital bank”a aid 416974******5657 nömrəli plastik kartın hesabına göndərməsinə nail olaraq həmin pulları ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 “Tap.az” saytında yerləşdirdiyi, mülkiyyətində və ümumiyyətlə mövcud olmayan “VAZ 2121” markalı avtomobili satacağı barədə yalan vəd verərək aldadıb adma olan “Kapital bank”a aid 416973*****9634 nömrəli plastik kartın nömrəsini “Whatsap” proqram təminatı vasitəsilə göndərmiş, Zərərçəkmiş şəxs1 14 aprel 2022-ci il tarixdə saat 22:21-də yaşadığı Bakı şəhəri Xətai rayonu “NZS” qəsəbəsi İ.Məmmədov küçəsi ev 35-də özünə məxsus kartdan 416973*****9634 nömrəli plastik kart hesabına elektron qaydada onlayn köçürməklə 200 manat, 15 aprel 2022-ci il tarixdə saat 10:59-da Nəsimi rayonu Puşkin küçəsində yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə 200 manat, 15 aprel 2022-ci il tarixdə saat ll:39-da Nəsimi rayonu, Bakı Metropoliteni QSC-nin “28 may” metrostansiyasının keçidində quraşdırılmış “E-manat” elektron ödəmə sistemi vasitəsilə 200 manat, xx.xx.2022-ci il tarixdə saat 14:34-də Yasamal rayonu, Bakı Metropoliteni QSC-nin “20 Yanvar” metrostansiyasının keçidində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə 200 manat pulunun özünə məxsus “Kapital bank”a aid 416973*****9634 nömrəli plastik kartın hesabına göndərilməsinə nail olaraq həmin pulları ələ keçirərək Zərərçəkmiş şəxs1 ümilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumum normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. 2021-ci ilin iyul ayında “Tap.az” internet saytında mövcud olmayan “VAZ 2121” markalı avtomobilin nağd şəkildə 3900 manata satmağı barədə elan yerləşdirmişdir. O, həmin elanda onunla əlaqə saxlanılması üçün 050-996-14- 08 saylı mobil nömrəni yazmışdır. Zərərçəkmiş şəxs2 ərizəsi ilə tanış olmuşdur. 28 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 onunla elanda yerləşdirdiyi və istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. “Tap.az” saytında olan “VAZ 2121” markalı maşınla maraqlandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin Oğuz rayonunda olduğunu, avtomobili almaq istədiyi halda əvvəlcədən onun pula ehtiyacı olduğu üçün dediyi kart nömrəsinə 600 manat beh pul göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs2 buna etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun tanışı X3 adına olan “Kapital Bank”a aid 416974******5657 nömrəli karta 100 manat, 300 manat və 200 manat pul köçürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlaya bilməməsi üçün telefonu söndürmüş və həmin telefonun üzərində olan ***- ***-**-** saylı mobil nömrəni qırıb tullamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən Nərmin Hacıyevanın “Kapital Bank”a məxsus 416974******5657 nömrəli karlına onlayn köçürülən ümumilikdə 600 manat pulu o, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən “Kapital Bank”a məxsus ATM- dən istifadə edərək çıxartmışdır. O, Nərmin Hacıyevaya məxsus bank kartını geri qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs1 tanımışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Ona “Tap.az” internet saytında yerləşdirdiyi elanla maraqlandığını bildirmişdir. O, həmin sayıtda mövcud olmayan “Vaz-2107” markalı avtomobilin nağd şəkildə satışının dəyərini 3600 manat təşkil etməsi ilə bağlı elan yerləşdirmişdir. O, Zərərçəkmiş şəxs1 maşını Zərdab rayonunda olmasını demişdir. O, Zərərçəkmiş şəxs1 həmin avtomobili almaq fikrinin ciddi olubolmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 həmin avtomobili almaq fikrinin dəqiq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla həmin maşını 3200 manata razılaşmışdır. O, Zərərçəkmiş şəxs1 həmin avtomobil üçün 200 manat beh pul istəmişdir. Zərərçəkmiş şəxs1 “WhatsApp” ani sms proqramı üzərindən göndərdiyi “Kapital Bank’hn **********029634 nömrəli hesaba kartdan-karta 200 manat beh göndərmişdir. Həmin tarixdə o, təkrarən Zərərçəkmiş şəxs1la telefon əlaqəsi saxlamış və 100 manat da pul göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs1 telefonda mənə bildirmişdir ki, hazırda onda heç bir məbləğdə pul yoxdur, kreditə pul götürdükdən sonra onun istədiyi 100 manat pulu ona göndərəcəkdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng etmiş alacağı avtomaşının sənədlərini və öz şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini demişdir. Bundan sonra o, “Turbo.az” sosial şəbəkəsindən ** KV *** dövlət qeydiyyat nişanlı “Vaz 2107” avtomaşının foto şəklini çəkib götürmüşdür. Daha sonra o, həmin avtomobilin foto şəklini və özümə məxsus şəxsiyyət vəsiqəsinin foto şəklini çəkib “WhatsApp” ani sms proqramı üzərindən Zərərçəkmiş şəxs1 göndərmişdir. Daha sonra o, avtomaşını Zərərçəkmiş şəxs1 adına etibarnamə vermək üçün şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin şəklini ona göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs1 ona həmin sənədləri göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 ona 200 manat pul göndərməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun adına olan “Kapital Bank”ın **********029634 nömrəli hesab kartına 200 manat pul göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1la telefon əlaqəsi saxlayaraq onun hesab nömrəsinə 200 manat da pul göndərməsini bildirmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs1 onun adıma olan "Kapital Bank”m **********029634 nömrəli hesab kartına 200 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə onun bank kartının balansına 800 manat pul göndərmişdir. Daha sonra o, mobil telefon nömrəsimi sındırmış, Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlaya bilməmişdir. O. “Tap.Az" saytında yalandan guya avtomobil satırıq kimi elan yerləşdirməklə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 avtomobil satacağım barədə yalandan vəd verib onu aldadaraq ümumilikdə 800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib əldə etdiyi pulları öz şəxsi sərfiyyatıma xərcləmişdir. O, bu dələduzluq cinayətimi tək törətmişdir. Bundan başqa “Kapital Bank"a məxsus 416974******5657 nömrəli kart tanışım X8 məxsus olduğunu, onun tərəfindən Tap.az” internet saytında mövcud olmayan “VAZ 2121” markalı avtomobili yerləşdirməklə Zərərçəkmiş şəxs2 600 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməyindən tanışı X3 xəbəri və məlumatı olmadığını, “Tap.az” internet saytında mövcud olmayan “VAZ 2121” markalı avtomobili yerləşdirməklə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməkdə məqsədi pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onun 600 manat pulunu ələ keçirtdiyini və əldə etdiyi 600 manat pulla maddi ehtiyaclarını ödədiyini, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə əldə etdiyi 600 manat puldan tanışı X8 heç bir məbləğdə pul vermədiyini, “Kapital Bank”-a aid olan **********029634 nömrəli hesab bank kartı ona məxsus olduğunu, o, Zərərçəkmiş şəxs1 “Tap.az” saytında yerləşdirdiyi “Vaz-2107” markalı avtomobili satacağı barədə yalan vəd edərək aldadıb adma olan “Kapital Bank”-a aid olan **********029634 nömrəli bank karlının hesabına ümumilikdə 800 manat pul göndərməsi nəticəsində ona qarşı dələduzluq etdiyini, o, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayətini tək törətdiyini, onun Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu dələduzluq cinayətindən heç kimin xəbəri olmadığını, Zərərçəkmiş şəxs1 tərəfindən onun bank kartının balansına onlyan qaydada köçürülmə olunan 800 manat pulu o, Bakı şəhəri Binəqədi rayonu ərazisində hissə-hissə 4 dəfəyə çıxartdığını, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu dələduzluq hadisələrindən başqa vətəndaşlara qarşı dələduzluq hadisəsini törətmədiyini, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq hadisəsini o, tək törətdiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxslərin ziyanının tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, özünə “Vaz 2107” markalı avtomaşın almaq məqsədilə xx.xx.2022-ci il tarixdə “Tap.az” saytına baxan zaman Taleh adlı şəxsin 3600 manata “Vaz 2107” markalı avtomaşının satması ilə bağlı elan verdiyini görmüş, həmin elanda olan ***- ***-**-** mobil nömrə ilə əlaqə saxlamış, əlaqə saxladığı şəxs ona satdığı maşının Zərdab rayonunda olduğunu deyib fikiri almaqdırsa ona beh göndərməyini bildirmiş, həmin şəxslə maşını 3200 manata satması ilə bağlı razılığa gəlmiş, həmin gün saat 23:00 radələrində Bakı şəhəri Xətai rayonu, NZS qəsəbəsində yaşadığı ünvandan 200 manat Taleh adlı şəxsin ona “WhatsApp” ani sms proqramı üzərindən göndərdiyi “Kapital Bank”ın **********029634 nömrəli hesaba kartdan-karta 200 manat beh göndərmi işdir, pulu göndərdikdən sonra Taleh adlı şəxs ona zəng edib yenədə pul göndərməsini demişdir. 055-670-08- 53 mobil nömrəni verərək atası Vaqif adlı şəxslə əlaqə saxlamağını bildirmiş, ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış, əlaqə saxladığı şəxs Talehin alası olduğunu deyib əlavə 100 manatda göndərməyini demiş, həmin şəxsə pulu olmadığını bildirmiş, səhər kredit götürüb ödəyə biləcəyini demiş, xx.xx.2022-ci il tarixdə Talehə zəng edib alacağı avtomaşının sənədlərini və şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini demiş, ona **-KV-*** dövlət qeydiyyat nişanlı Vaz 2107 avtomaşının qeydiyyat şəhadətnaməsini və Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsinin fotoşəkillərini göndərmiş, Taleh adlı şəxs avtomaşına onun adına etibarnamə vermək üçün şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin şəklini ona göndərməyini istəmiş, sənədlərini ona göndərmiş, bundan sonra Taleh adlı şəxs ona 200 manat göndərməyini demiş, həmin tarixdə saat 10:59-da Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsində olan “Milliön” terminalından 200 manat yuxarda qeyd etdiyi həmin hesab nömrəsinə köçürmüş və qəbzin şəklini Taleh adlı adlı şəxsə göndərmiş, daha sonra Taleh adlı şəxsin atası kimi özünü təqdim edən Vaqif adlı şəxs ona zəng edib lombartda olduğunu deyib gəlininin qızıllarını tez bir zamanda lanbartdan çıxarmasa batacağını deyib əlavə pul göndərməyini istəmiş, buna görədə həmin tarixdə saat 1 l:39-da metronun “28 may”stansiyasında yerləşən “e-Manat” terminalından həmin hesab nömrəsinə 200 manat göndərmiş, bundan sonra l'aleh ona zəng edib əlavə 200 manatda göndərməyini və bundan sonra 20 yanvar dairəsindən deyəcəyi taksiyə əyləşib Zərdab rayonuna gəlməyini demiş, buna görədə saat 14:34-də metronun “20 yanvar” stansiyasının daxilində yerləşən “Milliön” ödəmə terminalından 200 manat həmin hesab nömrəsinə göndərmişdir. Taleh adlı şəxs ona ***-***-**-** mobil nömrəni verərək taksi sürücüsü olduğunu deyib həmin taksiyə zəng edib onunla əlaqə saxlayıb Zərdab rayonuna gəlməyini demiişdir. ş, qeyd olunan mobil nömrəyə zəng etmiş, zəng etdiyi şəxs ona 20 yanvarda olmağını deyib gəlib onu götürərək Zərdab rayonuna aparacağını demiş, bundan sonra həmin şəxsdən bir xəbər çıxmamış, taksi sürücüsünə, Sonra o, Talehə və Vaqif adlı şəxslərə zəng etsədə ona zəng çatmamış, bundan sonra aldandığını başa düşmüş, şəxsi axtarışları bir nəticə vermədiyi üçün polisə müraciət etmiş, hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan vurulduğunu bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 28 iyul 2021-ci il tarixdə yaşadığı Tovuz rayonu Çatax kəndində yerləşən evdə olan zaman Tap.az saytında maşınlara baxmış, bu zaman həmin maşınların içərisindən “VAZ 2121” markalı, 2019-cu il buraxılışlı, vuruq vəziyyətdə olan maşın tapmış, həmin avtomobilin qiyməti 3900 manat olduğundan, həmin avtomobil vurulmuş vəziyyətdə olsa da istehsal ilinin təzə olmasını görüb avtomobili alıb düzəltdirmək qərarına gəlmiş, bu səbəbdən də elanda olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, özünü Hacı adı ilə təqdim edən şəxs avtomobilin Oğuz rayonunda olduğunu, avtomobili almaq istədiyi halda əvvəlcədən onun pula ehtiyacı olduğu üçün dediyi kart nömrəsinə 300 manat pul göndərməyini istəmiş, etiraz etməmiş, həmin şəxs ona xatırlamadığı 16 rəqəmli kodu demiş, yaşadığı evdən qardaşı Amil ilə birlikdə Oğuz rayonuna getmək üçün çıxmış, yolda olan zaman lovu/, rayonu Aşağı Quşçu kəndində yerləşən “Ailə” marketdə dayanmış, həmin şəxsin göndərdiyi kart nömrəsinə 300 manat pul göndərmiş, bu zaman həmin karlın X3 adına olduğunu görmüş, əvvəlcədən ödəniş edəcəyi kartın məktəbdə işləyən həyat yoldaşına məxsus olduğunu dediyi üçün ondan həmin kartın kimə məxsus olmasını soruşmamış, ona 300 manat göndərdikdən 1 dəqiqə sonra elə marketdə olan zaman həmin şəxs zəng edərək təcili ehtiyacının olduğunu, daha 100 manat pul göndərməyini demiş, elə həmin marketdən karta 100 manat pul göndərmiş, həmin pulları göndərdikdən sonra yoluna davam etmiş, Şəmkir rayonu “Səbət” bazarının qarşısına çalmamışdan bir az əvvəl yenə də həmin şəxs zəng edərək təcili olaraq ona daha 220 manat pul göndərməyini istəmiş, avtomobili alan zaman həmin pulları oradan avtomobilin pulundan çıxacağını düşünüb elə Şəmkir rayonu “Səbət” bazarının qarşısında həmin karta daha 200 manat pul göndərmiş, həmin pulu göndərdikdən sonra yenə də öz yoluna davam etmiş, Gəncə şəhərinə çatmağına az qalmış həmin ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamaq qərarına gəlmiş, bu zaman telefonu sönülü olduğunu, həmin nömrəyə zəng çatmadığını görmüş, həmin şəxsin nömrəsinə zəng çatmadığı üçün avtomobili saxlayıb ard-arda həmin nömrəyə zəng etsə də, nömrəyə zəng çatmadığı üçün həmin şəxsin onları aldatdığından əmin olub geriyə, yaşadığı Tovuz rayonuna qayıtm, sonradan onunla dəfələrlə əlaqə saxlamaq istəsə də bu mümkün olmamış, özünü Hacı kimi təqdim edən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığı şəxs onu aldadaraq etibarımdan sui-istifadə edib guya ki, ona avtomobil satacağı adı ilə 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonradan həmin kartın sahibi X4 qeydiyyatda olduğu yeri və həmin şəxsin mobil nömrəsini tapmış, bu zaman həmin telefonda danışdığı qadın ona jurnalist olduğunu, onun kartına 600 manat pul göndərilməsindən xəbərsiz olduğunu, həmin iş ilə heç bir əlaqəsinin olmadığını demiş, baş vermiş dələduzluq hadisəsi zamanı ona 600 manat maddi ziyan dəymiş, pulu göndərən zaman qardaşı Amil yanında olmuş, pulu göndərdiyi həmin kartın üzərində olan 16 rəqəmi unutmuş, bu səbəbdən də halhazırda həmin rəqəmləri deyə bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanımır. O, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edib pulu əldə etməmişdir. X9 bir ildən çoxdur ki, tanıyır. Nərmin Hacıyevanı o, taksi sürücüsü kimi tanıdığı Bəxtiyar adlı şəxsin vasitəsi ilə tanımışdır. Nərmin ilə o, tanış olduqdan sonra aralarında qeyri- rəsmi ər-arvad münasibəti olmuşdur. Nərminlə aralarında olan münasibət təxminən 3 ay müddətinə kimi davam etmişdir. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs da Bəxtiyar adlı taksi sürücüsnün vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxsla tanışlıqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. O, zərərçəkmiş şəxs X11 ümumiyyətlə tanımır. Onunla da heç bir tanışlıq münasibəti olmamışdır. İİcç vaxt X18 ilə telefon danışığı və görüşü olmamışdır. “Turbo.az” saytı üzərində ’’VAZ-21015” markalı **-BC-*** d.q.n-lı avtomobilin satışa çıxarılması haqqında saxla elan tanışı X14 tərəfindən yerləşdirilmişdir. Maddi tələbatlarını ödəmək məqsədi ilə X14 “Turbo.az” saytı üzərində "VAZ-21015” markalı **-BC-*** d.q.n-lı avtomobilin satışa çıxarılması haqqında saxta elanı yerləşdirmişdir. X5 “ Turbo.az” saytı üzərində "VAZ- 21015” markalı 20-BC- 859 d.q.n-lı avtomobilin satışa çıxarılması haqqında saxta elanın yerləşdirilməsindən onun, X6, X12 və X15 xəbəri olmuşdur. X14 tərəfindən “Turbo.az” saytı üzərində "VAZ-21015" markalı **-BC-*** d.q.n-lı avtomobilin satışa çıxarılması haqqında saxta elan yerləşdirilməsindən sonra X18 həmin avtomobili almaqdan ötrü kiminlə əlaqə saxladığı dəqiq yadında deyildir. Çünki, həmin elan yerləşdirilən zaman onlar avtomobili alan şəxs onlara istədikləri məbləğdə pulu göndərdikdən sonra həmin mobil nömrəni istifadə etməmişlər. Elana yerləşdirilmiş "VAZ-21015” markalı **-BC-*** d.q.n-lı avtomobilin satışı zamanı Orxan və ya X26 danışdığı yadında qalmamışdır. Lakin, dəqiq yadında qalan Eldarın onun ******************** saylı hesab nömrəsinə ümumilikdə 2370 manat pul mədaxil etmişdir. Eldar Məmmədov onun hesabına pulu Orxan Nəsibzadənin “Turbo.az” saylı üzərində yerləşdirdiyi “VAZ-21015” markalı **-BC-*** d.q.n-lı avtomobili almaq üçün həmin məbləğdə pulu mədaxil etmişdir. ’’VAZ-21015” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olmasım bilməmiş, lləmin avtomobilin mövcud olub-olmaması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs X18 onun hesabına 2370 manat pul köçürdükdən sonra onlar yəni o, Orxan Nəsibzadə, Nərmin İlacıyeva, Ramil Salmanov və Teymur Nəsirov elanda yerləşdirdikləri avtomobili zərərçəkmiş şəxs X13 cvakuator vasitəsi ilə göndərəcəkləri barədə yalandan vəd verərək onun Teymur Nəsirovun hesabına 110 manat və avtomobilin nasazlığını aradan qaldırmaq üçün Nərmin Hacıyevamn hesabına 300 manat pul mədaxil edilməsini istəmişlər. Eldar Məmmədov da Teymur Nəsirovun hesabına 110 manat və Nərmin Hacıyevamn hesabına 300 manat pulu mədaxil etmişdir. Onlar həmin pulu öz aralarında bölmüşlər. Hüquqlarını müdafiə edən vəkil X10 iştirakı olmadan şübhəli və təqsirləndirilən şəxs qismində Şəmkir RPŞ-nin İB-nin baş müstəntiqi Nadim Tağıyev tərəfindən ifadəsi alınmışdır. O, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən təzyiq altında ifadə vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X13 qarşı törədilən dələduzluq cinayətindən ümumiyyətlə məlumatı olmamış və cinayətin iştirakında rolu olmamışdır. O, yuxarıda qeyd etdiyi ki, zərərçəkmiş şəxs X13 qarşı bir qrup şəxs halında Nərmin İlacıyeva, Orxan Nəsibzadə, Ramil Salmanov və Teymur Nəsirov ilə birlikdə dələduzluq edərək sonuncunun pulunu ələ keçirmişlər. X3 onun barəsində şər və böhtan xarakterli ifadə vermişdir. Onun özünə məxsus bank kartları olduğu halda başqasının bank kartının ehtiyacı olmamış, Nərmin Hacıyeva özünü müdafiə edərək onun barəsində yalan ifadə vermişdir. Amma əsl həqiqətdə Nərmin Hacıyevamn zərərçəkmiş Eldar Məmmədova qarşı edilən dələduzluq cinayətindən xəbəri və iştirakı olmuşdur. “Turbo.az” saytına onlara məxsus olmayan “Vaz-21015” markalı **-BC-*** d.q.nlı avtomobilin satışı barədə elan yerləşdirilərkən X16 avtomobil ilə bağlı zəng edib maraqlanarkən və Eldar Məmmədovun ümumilikdə kart hesablarına göndərdiyi 2780 manat pul öz aralarında bölüşdürülərkən həmin puldan Nərmin Hacıyevamn da payına düşmüşdür. Təqsirləndirilən şəxs ilə birlikdə hər hansı bir vətəndaşa qarşı dələduzluq cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs dəqiq tarixini xatırlamadığı vaxtda ondan müvəqqəti istifadə üçün plastik bank kartı istəmişdir. Həmin vaxt Taleh ona qohumları tərəfindən ona pul göndəriləcəyini demişdir. Həmin vaxt onun adına olan plastik bank kartı üzərində olmadığı üçün o, Təqsirləndirilən şəxs ortaq tanışları olan X3 adına olan plastik bank kartını vermişdir. O, X3 adına olan plastik bank kartını Təqsirləndirilən şəxs' oğluna verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin kartı ona geri qaytarmışdır. O, plastik bank kartını Təqsirləndirilən şəxs verməyindən karlın sahibi X3 xəbəri və məlumatı olmamışdır. Həmin vaxt o. Nərminlə qeyri rəsmi bir yerdə yaşadığı üçün Nərminin 416974******5657 nömrəli kartı mütəmadi olaraq onda olmuşdur. O, Nərmin Hacıyevamn adına olan plastik kartı Təqsirləndirilən şəxs aldıqdan sonra ondan karta pul köçürülübköçürülmədiyini kartdan istifadə edib etmədiyini soruşmamışdır. Onun həmin kartdan hansı məqsədlə istifadə etməsini bilməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxsla onun arasında bu barədə heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs ondan müvəqqəti olaraq istifadə etmək üçün aldığı X3 adına olan plastik bank kartından istifadə edərək Zərərçəkmiş şəxs2 aldatması və 600 manat pulunu ələ keçirməsindən xəbəri və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bu barədə ona heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs2 tanımamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq 600 manat pulu ələ keçirməyindən, həmin pulu onun Talehə müvəqqəti olaraq istifadə üçünü verdiyi X3 adına olan Bank kartına köçürtdürməyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onunla görüşüb X3 adına olan kartını ona geri qaytaran zaman aralarında kartı hansı səbəbdən ondan alması barədə heç bir söz deməmişdir. Davidov X1 adına olan plastik kartı ona geri qaytaran zaman ona heç bir məbləğdə pul verməmişdir. İsmayıl, Aqil və Fərrux adlı şəxsləri tanımır, onların anket məlumatlarını bilmir. ***-***-**-**, ***-***-**-** və 050- ***-**-** saylı mobil telefon nömrələrinin kimə məxsus olması barədə heç bir məlumatı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Davidov X20 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(020)-02/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 02 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 02 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla), hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar