Məhkəmə qərarları › İş №1(004)-70/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-70/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-70/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Qanuni nümayəndə - Qanuni nümayəndə1, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Rusiya Federasiyası, Nalçik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 may 2024-cü il tarixdə, saat 01 radələrində ünvan 9 yaşayış binasının qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus 1.200 manat dəyərində 2021-ci il buraxılışlı, 49 kub həcmli, qara rəngli, “Tufan M50” markalı, 99-F-324 dövlət qeydiyyat nişanlı mopedin naqillərini birbirinə toxundurmaqla işə salıb idarə etməklə gizli yolla qəsdən talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 avqust 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 116 saylı yaşayış binasının 2-ci blokunun qarşısında olan Zərərçəkmiş şəxs3 məxsus 750 manat dəyərində 2017-ci il buraxılışlı, 49 kub həcmli, göy rəngli “Tufan M50” markalı mopedin naqillərini bir-birinə toxundurmaqla işə salıb idarə etməklə gizli yolla qəsdən talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 86 saylı yaşayış binasının qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus 1.600 manat dəyərində, 49 kub həcmli, qırmızı rəngli, “Tufan M50” markalı mopedin naqillərini bir-birinə toxundurmaqla işə salıb idarə etməklə gizli yolla qəsdən talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 may 2024-cü il tarixdə, təxminən saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində «Musabəyov» adına parkdan piyada yaşadığı ünvana qayıdarkən Bakı şəhəri, Yasamal rayonu, Seyidov küçəsindən keçən zaman səkinin üzərində «Tufan M50» markalı, 99-F- 324 dövlət qeydiyyat nişanlı mopedin olmasını görmüş və gizli yolla oğurlamaq qərarına gəlmiş, o, həmin vaxtı ətrafda hər-hansı bir şəxsin olmadığından istifadə edərək mopedin elektrik sistemində naqilləri bir-birinə toxundurub mopedi işə salmış və oğurlayıb idarə edərək Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən «Ləziz» restoranının arxa hissəsinə aparıb orada saxlayıb yaşadığı ünvana getmiş, 03 may 2024-cü il tarixdə, təxminən saat 15 radələrində mopedin yanına qayıdıb mopedi idarə edərək Yeni Yasamal yaşayış massivində yerləşən «Bravo» marketin yanına aparmış və 308 saylı orta məktəbə getmiş, 03 may 2024-cü il tarixdə, təxminən saat 22 radələrində yenidən mopedin yanına qayıtmış və orada tanışı Şahid1 ilə görüşmüş, həmin vaxtı Nihad mopedi idarə etməsinə icazə verməyini xahiş etmiş, o da etiraz etməyərək həmin mopedi bir saatlıq idarə edib qayıtması üçün Nihada təhvil vermiş, Nihad mopedi götürüb idarə edərək öz yaşadığı evə getmiş, mopedi ona qaytarmamış, bu səbəbdən o, Nihadın yaşadığı ünvana gedərək mopedi götürmüş, sonra o, mopedi Məhəmmədin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən «Araş» marketin yaxınlığında yerləşən küçəsini və nömrəsini bilmədiyi hündürmərtəbəli yaşayış binasının yaxınlığında saxlamış, lakin Məhəmmədə qeyd olunan mopedin oğurluq olmasını deməmiş, sonradan Məhəmməd yenidən mopedi Nihada qaytarmış, sonra Elvin həmin mopedi Nihaddan götürərək polis əməkdaşlarına qaytarmışdır. Bundan başqa 26 avqust 2024-cü il tarixdə ünvan 7 yaşayış binasının 2-ci blokunun qarşısından tək piyada keçərkən iki ədəd moped saxlandığını görüb həmin mopedlərdən birini oğurlamaq qərarına gəlmiş, həmin vaxtı ətrafda hər-hansı bir şəxsin olmadığını görüb göy rəngli «Tufan M50» markalı mopedə yaxınlaşaraq həmin mopedə əyləşib naqillərini bir birinə toxundurmaqla işə salıb oğurlayaraq idarə edib oradan uzaqlaşmış, həmin mopedi yaşadığı ünvan 5 ünvanında aparıb orada saxlayıb yaşadığı evə getmiş, 27 avqust 2024-cü il tarixdə dostu Şahid2 ilə görüşüb söhbət edərkən özünə məxsus mopedin ramasında nasazlıq olduğunu və rama axtarıb tapmasını xahiş etmiş, Elvin mopedi təmir etməsi üçün istəmiş, o da etiraz etməyib təmir edib ona qaytarması üçün 28 avqust 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında mopedi Elvinə vermişdir. Bundan başqa 31 avqust 2024-cü il tarixdə, təxminən saat 01 radələrində ünvan 8 yaşayış binasının qarşısında tək piyada keçərkən orada qırmızı rəngli «Tufan M50» markalı mopedin olduğunu görüb həmin mopedi oğurlamaq qərarına gəlmiş, həmin vaxtı ətrafda hər-hansı bir şəxsin olmadığını görüb qırmızı rəngli «Tufan M50» markalı mopedə yaxınlaşaraq həmin mopedə əyləşib naqillərini bir birinə toxundurmaqla işə salıb oğurlayaraq idarə edib oradan uzaqlaşmış, 31 avqust 2024-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 34 ünvanında həmin qırmızı rəngli moped ilə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayıb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu həmin qırmızı rəngli moped ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmiş, Polis Bölməsində iki ədəd moped oğurladığını səmimi olaraq etiraf etmiş və bununla bağlı izahat vermişdir. Əməlindən peşman olduğunu, mopedləri qaytardığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında «X9» mağazasından özü üçün 2023-cü il buraxılışlı qırmızı rəngli «Tufan M50» markalı moped almış, həmin moped qeydiyyat şəhadətnaməsində dostu X1 adına olsa da onun əmlakı olmaqla ona məxsusdur, onun sürücülük vəsiqəsi yoxdur, o, həmin mopedi mütəmadi olaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 82 saylı binanın qarşısında saxlamış, 30 avqust 2024-cü il tarixdə, saat 22:30-da həmin mopedi yaşadığı binanın yanında, yəni Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 86 saylı binanın qarşısında saxlayaraq yaşadığı evə getmiş, 31 avqust 2024-cü il tarixdə, saat 10:00-da mopedi saxladığı Yasamal rayonu, X5 küçəsi 86 saylı binanın qarşısına getdikdə mopedinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmiş, sonra həmin gün o, Yasamal rayon Polis idarəsinin 28-ci Polis Şöbəsinə gedərək baş vermiş oğurluqla bağlı ərizə yazmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin mopedi bir il bundan əvvəl 1.800 manat pulun müqabilində alsa da hazırda həmin mopedin qiyməti 1.500 manat təşkil edir, bu səbəbdən ona dəymiş maddi ziyan 1.500 manat təşkil edir, ona məxsus mopeddə sənəd, pul və ya digər qiymətli əşya olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus «Tufan M50» markalı, 99-A324 dövlət qeydiyyat nişanlı moped ilə boş vaxtlarında kuryer işləyir, 01 may 2024-cü il tarixdə, saat 23:40-da həmin mopedi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 43 ünvanında saxlayaraq internet kluba daxil olmuş, 02 may 2024-cü il tarixdə, saat 01:50-də klubdan çıxıb mopedin olduğu yerə yaxınlaşdıqda mopedin yerində olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Oğurluq nəticəsində ona 800 manat mənə ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3, şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay əvvəl əvvəllər mobil telefonunda olan «Whatsapp» qrupunda satılan 2017-ci il buraxılışlı, göy rəngli, 49 kub həcmli «Tufan M50» markalı mopedi tanımadığı şəxsdən 750 manat pulun müqabilində almış, həmin moped qeydiyyat şəhadətnaməsi mövcud deyildir, onun sürücülük vəsiqəsi yoxdur, o, həmin moped ilə «Wolt» şirkətində kuryer işləməklə mütəmadi olaraq həmin mopedi nadir hallarda kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 116 saylı binanın qarşısında saxlamış, 26 avqust 2024-cü il tarixdə, saat 00 radələrində həmin mopedi Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 116 saylı binanın 2-ci blokunun qarşısında saxlayaraq yaşadığı evə getmiş, 26 avqust 2024-cü il tarixdə, saat 17:10-da mopedi saxladığı Yasamal rayonu, X5 küçəsi 116 saylı binanın qarşısına getdikdə mopedinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmiş, sonra həmin gün Yasamal rayon Polis idarəsinin 28-ci Polis Şöbəsinə gedərək baş vermiş oğurluqla bağlı ərizə yazmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin mopedi bir il bundan əvvəl 750 manat pulun müqabilində aldığı üçün ona dəymiş maddi ziyan 750 manat təşkil edir, ona məxsus mopeddə sənəd, pul və ya digər qiymətli əşya olmamışdır. Həmçinin işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 əlavə ifadəsində göstərmişdir ki, özünə məxsus 2017-ci il buraxılışlı, 49 kub həcmli göy rəngli «Tufan M50» markalı mopedi təxminən 5-6 ay əvvəl 750 manat pulun müqabilində aldığı üçün ona 750 manat maddi ziyan dəymiş, bu səbəbdən hazırki ekspertizanın rəyində göstərilən məbləğlə razı deyildir, ona dəymiş maddi ziyanın məbləğini ifadəsində göstərdiyi 750 manat kimi əsas götürülməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 176 saylı orta məktəbin 10-cu sinif şagirdidir, Təqsirləndirilən şəxs təxminən 6-7 aydır ki, tanıyır, 27 avqust 2024-cü il tarixdə Kənan ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Dubrar» kafesində oturduğu zaman Kənan anasının «Tufan M50» markalı moped aldığını, lakin həmin mopedə texniki qulluq etmək lazım olduğunu demiş, onun əvvəl mopedi olduğu üçün, təmirindən anlayışı olmuş, Kənana həmin mopedi təmir etməyi üçün təhvil verməsini demiş, Kənan kafedən çıxıb getmiş və bir gün sonra həmin ünvanda Kənan ilə görüşmüş, Kənan göy rəngli «Tufan M50» markalı mopedi gətirib ona təqdim etmiş, o, həmin mopedi götürüb yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 53 saylı evin həyətində təmir etmiş və rəngi çox bərbad vəziyyətdə olduğu üçün həmin mopedi qara rənglə boyamış, sonra polis əməkdaşları ona zəng edib qeyd olunan mopedin oğurluq olması barədə məlumat verdikləri üçün o, həmin mopedi aparıb polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Kənan qeyd olunan mopedi ümumi olaraq təmir etməyini desə də konkret olaraq rəngləməyini və ya hansı rənglə rəgləməyini deməmiş, lakin o, həmin mopedin rənginin çox bərbad olduğunu görüb, göy rəng boya tapmadığı üçün qara rəngli boya ilə boyamış, Kənan həmin mopedin oğurluq olmasını ona bildirməmiş və anasının aldığını bildirmişdir. Həmçinin ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «lnstaqram» səhifəsində qarşısına mopedin satışı elanı çıxmış, həmin elanla maraqlanmış, sonradan elanı yerləşdirən şəxslə görüşmüş, mopedi satan şəxs əvvəllər tanıdığı Nihatdır, o, Nihadla Yasamal rayonu Asan Xidmət Mərkəzinin qarşısında görüşərək mapedi almaq qərarına gəlmiş, həmin vaxt onun nağd pulu olmadığı üçün Nihada özünə məxsus olan bir ədəd «Samsung» markalı telefon və bir ədəd «Skiber» markalı televizoru verərək mopedi Nihatdan almış, sonradan kuryer işlədiyi üçün mopedi işdə istifadə etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Yasamal rayonunda yerləşən «101» çay evinin yaxınlığında olan zaman Kənan adlı tanışı mopedlə gəlmiş, həmin vaxt o, Kənandan mopedin kimə məxsus olmasını soruşmuş və Kənan ona bildirmişdir ki, moped özünə məxsusdur, həmin vaxt o, Kənandan mopedi idarə etməyi xahiş etmiş, Kənan mopedi ona vermiş, o, mopedi idarə etmiş, Kənandan xahiş etmişdir ki, moped bir gün onda qalsın, cavabında Kənan da mopedin onda qalmasına etiraz etməmiş və o, mopedi yaşadığı ünvana aparmış, təxminən saat 23 radələrində Kənan yaşadığı ünvana gələrək mopedi aparmış, xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində, Kənan ilə görüşmüş və moped barədə maraqlanmış, bu zaman Kənana bildirmişdir ki, moped özündədir və satmaq istəyir, o, Kənana bildirmişdir ki, mopedi sata bilər, Kənan mopedi satmağı ona demiş, o, mopedi «İnstaqram» səhifəsində paylaşmış, həmin vaxt əvvəllər tanıdığı Elvin adlı tanışı əlaqə saxlayaraq mopedi almaq istəməsini bildirmiş, o, Elvinlə Yasamal rayonu “Asan Xidmət”-in qarşısında görüşmüş və Elvin mopedi bəyənərək ondan 250 manata almış, Elvinin nəğd pulu olmadığı üçün pul əvəzinə ona «Samsung» markalı telefon və televizor vermiş, o, həmin tevizoru və telefonu yaşadığı ünvana aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda yerləşən yaşayış binasının qarşısıdır (i.v. 8-10). “Baxış keçirilməsi haqqında” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən yaşayış binasının qarşısıdır (i.v. 14-16). “İfadənin yerində yoxlanması haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması həyata keçirilmiş, ifadənin yerində yoxlanması zamanı müəyyən edildi ki, o, təxminən 5-6 ay əvvəl əvvəllər mobil telefonunda əlan «Whatsapp» qrupunda satılan 2017-ci il buraxılışlı, göy rəngli, «Tufan M50» markalı mopedi tanımadığı şəxsdən 750 manat pulun müqabilində almış, həmin moped qeydiyyat şəhadətnaməsi mövcud deyildir, onun sürücülük vəsiqəsi yoxdur, o, həmin moped ilə - «Wolt» şirkətində kuryer işləyir, 26 avqust 2024-cü il tarixdə, saat 00 radələrində o, həmin mopedi Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 116 saylı binanın 2-ci blokunun qarşısında saxlayaraq yaşadığı evə getmiş, 26 avqust 2024-cü il tarixdə, saat 17:10-da o, mopedi saxladığı Yasamal rayonu, X5 küçəsi 116 saylı binanın qarşısına getdikdə mopedinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmişdir (i.v.46-48). “İfadənin yerində yoxlanması haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması həyata keçirilmiş, ifadənin yerində yoxlanması zamanı müəyyən edildi ki, 2023-cü ilin may ayında «X9» mağazasından özü üçün 2023-cü il buraxılışlı qırmızı rəngli «Tufan M50» markalı moped almış, həmin moped qeydiyyat şəhadətnaməsində dostu X1 adma olsa da, onun əmlakı olmaqla ona məxsusdur, sürücülük vəsiqəsi yoxdur, o, həmin mopedi mütəmadi olaraq həmin mopedi yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 86 saylı binanın qarşısında saxlamış, 30 avqust 2024-cü il tarixdə, saat 22:30-da həmin mopedi yaşadığı binanın yanında, yəni Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 86 saylı binanın qarşısında saxlayaraq yaşadığı evə getmiş, 31 avqust 2024-cü il tarixdə, saat 10:00-da o, mopedi saxladığı Yasamal rayonu, X5 küçəsi 86 saylı binanın qarşısına getdikdə mopedinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmişdir (i.v.49-51). “İfadənin yerində yoxlanması haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerlərini əyani şəkildə göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları və təsdiq etmişdir (i.v.86-89). “Baxış keçirilməsi haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanda yerləşən yaşayış binasının qarşısıdır (i.v.150-152). “Diskə baxış keçirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən edildi ki, 02 may 2024-cü il tarixdə saat 01:27-də şəxsiyyəti məlum olmayan bir nəfər ağ rəngli gödəkçə geyinmiş kişi cinsindən olan şəxs Yasamal rayonu, M.Seyidov küçəsi 43 ünvanında səkinin üzərində olan “Tufan M-50” markalı, 99-F- 324 dövlət qeydiyyat nişanlı motoskileti sürərək uzaqlaşıb gedir. Daha sonra həmin şəxs Yasamal rayonu ərazisində yerləşən "xxxx" MTK binasının qarajında motoskileti idarə edir (i.v.154). “İfadənin yerində yoxlanması haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması həyata keçirilmiş, ifadənin yerində yoxlanması zamanı müəyyən edildi ki, Tufan M50 markalı, 99-F- 324 dövlət qeydiyyat nişanlı moped ona məxsusdur, 01 may 2024-cü il tarixdə saat 23:40-da idarə etdiyi həmin mopedi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 43 ünvanında saxlayaraq internet kluba daxil olmuş, bir müddət sonra 02 may 2024-cü il tarixdə saat 01:50 radələrində klubdan çıxıb mopedin olduğu yerə yaxınlaşdıqda mopedin yerində olmadığını aşkat etmiş və oğurlandığını başa düşmüşdür (i.v.171-173). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 9/6200 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd 2021-ci il buraxılışlı, «Tufan M50» markalı mopedin orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1200,00 manat müəyyən olunur (i.v.223-225). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 9/7395 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə və orat texniki xüsusiyyətlərinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən mopedlərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 01 ədəd 2017-ci il buraxılışlı, 49 kub həcmli göy rəngli “Tufan M50” markalı moped – 550, 00 manat.

2. 01 ədəd 2023-cü il buraxılışlı, 49 kub həcmli qırmızı rəngli “Tufan M50” markalı moped – 1600, 00 manat (i.v.226-229). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 177.2.2 və 185.1-ci maddələrindən həmin Məcəllərin 177.2.2-ci maddəsinə tövsif edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində xx.xx.2024-cü il tarixdə «təqsirləndirilən şəxsin barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, «baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 31,08.2024-cü il tarixli protokolları, «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokolları, Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6200 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/7395 nömrəli rəyləri, zərərçəkmiş şəxslərin, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokolları cinayət işi üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs «Tufan M50» markalı, 99-F-324 dövlət qeydiyyat nişanlı mopedi oğurlamasını özündə əks etdirən görüntülər olan 01 ədəd «DVD» diskin sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus, 2023-cü il buraxılışlı, 49 kub həcmli, «Tufan M50» markalı mopedin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs1 qaytarılması, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Azir oğluna məxsus, 2017-ci il buraxılışlı, 49 kub həcmli, «Tufan M50» markalı mopedin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs3 qaytarılması, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus, 2021-ci il buraxılışlı, 49 kub həcmli, «Tufan M50» markalı, 99-F-324 dövlət qeydiyyat nişanlı mopedin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs2 qaytarılması, cinayət işi üzrə Şahid2 və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın məbləğinin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi qiymətləndirilməsi, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7395 nömrəli rəyində Zərərçəkmiş şəxs3 məxsus mopedin qiymətin 550 manat göstərilən hissəsinin sübut növü kimi qiymətləndirilməməsi, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərilən qiymət ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7395 və xx.xx.2024-cü il tarixli, 9/6200 nömrəli rəylərində qeyd olunan məbləğlərdə qiymət fərqi olduğundan iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7395 və xx.xx.2024-cü il tarixli, 9/6200 nömrəli rəyində göstərdiyi kimi qiymətləndirilməsi, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7395 və xx.xx.2024-cü il tarixli, 9/6200 nömrəli rəylərinin sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan – 750 manat, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan – 1.600 manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan – 1.200 manat kimi qəbul edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınmalarının nəzərə alınması, cinayət işi üzrə maddi ziyan vurulmasına kifayət qədər əsaslar olmadığından X2 və XXX Murad Aydın oğlunun zərərçəkmiş şəxs qismində tanınmaması, qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.247-257). Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 18-ci bəndinə əsasən Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, müvafiq ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 13:15 dəqiqədə saxlanılaraq hüquqları məhdudlaşdırılmışdır (i.v.76). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.96-97). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının 04 sentyabr 2024-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir (i.v.111-112). “Təqsirləndirilən şəxsin barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.113-115). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.129-130). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işi ********* nömrəsi altında icraata qəbul olunaraq istintaq davam etdirilmişdir (i.v.137-138). “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə, saat 22:00 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v.185). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus 2017-ci il buraxılışlı «Tufan M50» markalı mopedi qəbul etmişdir (i.v.280). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 2023-cü il buraxılışlı «Tufan M50» markalı mopedi qəbul etmişdir (i.v.281). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus 2021-ci il buraxılışlı, göy rəngli «Tufan M50» markalı mopedi qəbul etmişdir (i.v.282). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.200-201). “Təqsirləndirilən şəxsin barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.211-212). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v.260-261). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2-ci), yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətdiyini (AR CM 59.1.2), cinayət nəticəsində dəymiş ziyanının qismən ödənilməsi (AR CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli (həmin cəzanın yetkinlik yaşına çatmayan şəxsə təyin edilməsinin qanunla müəyyən edilmiş həddi nəzərə alınmaqla), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd mopedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdən tarixdən 04 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 03 ədəd mopedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar