Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-706/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri, Koroğlu küçəsi, ev 24 ünvanında qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 oktyabr 2025-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidən, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf bükümdə təmiz çəkisi 0,550 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 16:05də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və ya psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək ünvan 1 ünvanının qarşısında saxlanılaraq orada üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 0,550 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonundakı "Kubinka" deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən nisyə psixotrop maddə olan metamfetamini əldə etmişdir. Həmin gün saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsində olan zaman polis əməkdaşları onu saxlamışlar. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarımda hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da razılaşaraq könüllü olaraq geyindiyi qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükumü çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirmişlər. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. İnzibati binada videoçəkilişdən istifadə etməklə təqdim olunan əşyalara baxış keçirilmişdir. Verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddəni "Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. O, polis İdarəsinə gətirilərkən və ya saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Psixotrop maddə aldığı şəxsi tanımamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında heç kim olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində Şahid3 ilə birlikdə ünvan 1 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Türkan onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində psixotrop maddə metamfetamin var. Bu məlumatdan sonra ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Türkan əynində olan olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Türkan həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini həmin gün alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini özünə aid hissədə bir daha təsdiqləmişdir İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin müvafiq olaraq 93-95-ci vərəqlərində olan ifadələsində göstərmişdir ki, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB- nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Polis bölməsinə xx.xx.1992-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3ə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat haqqında tərəfindən tərtib edilmiş raport əsasında rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək özünün rəhbərliyi altında 26-cı PB-nin CA üzrə baş ǝ/m, polis mayoru Şahid2 Möhübbət oğlu, 26-cı PŞ-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və nəticədə xx.xx.2025-ci il il tarixdə saat 16:05 dəqiqədə ünvan 1 ünvanının qarşısında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxs onlar tərəfindən saxlanılmış və anket məlumatları dəqiqləşdirildikdən sonra ona tərəfindən videoçəkiliş aparılacağı, saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dovriyyəsində şübhəli olması bildirilərək hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, bundan sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf bükülünü təqdim edərək, həmin kütlənin psixotrop maddə olan "metamfetamin" olduğunu, təqdim etdiyi psixotrop maddəni Bakı şəhəri, "Kubinka" deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin bükülünün içərisinə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal halında, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, bükülü tərəfindən ağ rəngli zərfin (paketin) içərisinə yerləşdirilməklə qablaşdırılaraq 170 saylı möhürlə möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edəcək başqa əşya aşkar edilməmişdir. Daha sonra o, əməliyyat axtarış tədbiri zamanı keçirilən yoxlama ilə bağlı Yasamal RPİ-nin 26-c1 PB-nin inzibati binasında gedəcəklərini və orada protokol tərtib olunacağını, saxlanılan şəxsdən aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş əşyalar və videoçəkilişin diskə köçürülərək tərtib olunacaq protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Bundan sonra saxlanılan Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal RPİ-nin 26-c1 PB- nin inzibati binasına gəlib əməliyyat tədbirinin keçirilməsinin nəticəsi barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılaraq möhürlənib götürülmüş predmet, aparılmış videoçəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur. Müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün tərəfindən raportla rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən əməliyyat axtarış tədbirinin nəticələri üzrə araşdırmanın aparılması aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı Timur Kandaurova həvalə edilmişdir. Daha sonra əməliyyat axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılıb üstü yoxlanılarkən ondan aşkar edilərək 01 ədəd zərfə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd şəffaf rəngli bükülüdə olan kütlə və əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aparılmış videoçəkiliş köçürülmüş DVD disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış material tərtib olunmuş raport əsasında onun tərəfindən Təqsirləndirilən şəxs, Yasamal RPİ-nin 27-ci PŞ-nin YYC üzrə inspektoru, polis polkovnik-leytenantı Jalə Dayızadə və əməliyyat qrupunun digər üzvlərinin iştirakı ilə Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı Timur Kandaurova təqdim olunmuşdur. Baş təhqiqatçı Timur Kandaurov həmin vaxt təqdim olunun əməliyyat-axtarış tədbiri zamanı qeydə alınaraq DVD diskə köçürülmüş video çəklişə baxış keçirmiş, daha sonra keçirilən proseslə bağlı protokol tərtib olunacağını və DVD diskin protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Aparılan prosessual hərəkətlərlə bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:05-də əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanıb üstü yoxlanılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəfaf bükümü təqdim etməsi və həmin bükümün içərisinə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunması, bükümün 01 ədəd zərfə qablaşdırılaraq möhürlənməsi götürülməsi barədə 3 nəfər polis əməkdaşlarının iştirakı ilə müvafiq protokol tərtib edilmiş, aparılan videoçəkilişə dair görüntülər 01 ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir. (i.v. 9-10) “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:05-də əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərflə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd bükümdə olan kütlə və əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkiliş köçürülmüş DVD disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış materialın əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkilişlə təqdim edilməsi, təqdim olunun DVD diskə baxış keçirilməsi, Yasamal RPİnin 27-ci PŞ-nin YYC üzrə inspektoru, polis polkovnik-leytenantı Jalə Dayızadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi 3 nəfər polis əməkdaşlarının, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı aparılmış videoçəkilişə dair görüntülər 01 ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir. (i.v. 15-16) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 oktyabr 2025-ci il tarixli 6/3418 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No170" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs (imza)" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,550 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v. 45-49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 18 oktyabr 2025-ci il tarixli 6469 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə qeydiyyatdadır. (i.v. 67-68) “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0.550 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.500 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (i.v. 87) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, 26-cı PBnin CA üzrə baş ǝ/m, polis mayoru Şahid2 Möhübbət oğlu, 26-cı PB-nin CA üzrə ǝ/m, polis leytenantı Şahid3 iştirakları ilə Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs 17 oktyabr 2025-ci il tarixdə, saat 16:05 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılması, ona özünü təqdim etməsi, saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilməsi, anketi barədə məlumat verməsi təklif olunduqda özü barədə anket məlumatlarını bildirməsi, əməliyyat müvəkkili Şahid1 26-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılacağını bildirməsi, saxlanılan şəxsə hüquq və vəzifələrinin izah olunması, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunması, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf bükün təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olmasını, həmin psixotrop maddəni günorta saatlarında "Kubinka" adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində almasını bildirməsi, həmin bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli, kristal halında, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilməsi, daha sonra həmin bükümün ağ rəngli zərfin (paketin) içərisinə yerləşdirilməklə qablaşdırılaraq 170 saylı möhürlə möhürlənməsi, üzərinə iştirakçılar tərəfindən imzalar edilməsi, yoxlama zamanı saxlanılan şəxsin üzərindən başqa əşya aşkar edilməməsi, daha sonra əməliyyat müvəkkili Şahid1 əməliyyat axtarış tədbiri zamanı keçirilən yoxlama ilə bağlı Yasamal RPİ- nin 26-c1 PB-nin inzibati binasına gedəcəklərini və Təqsirləndirilən şəxs aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş əşyaların, videoçəkilişin diskə köçürülərək tərtib olunacaq protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur (i.v. 90-91) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 17 oktyabr 2025-ci il tarixdə, saat 16:05 dəqiqədə ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək 01 ədəd zərflə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd bükümdə olan kütlə və əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxsin üstü yoxlanılarkən aparılmış videoçəkiliş köçürülmüş DVD formatlı disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış materialın saxlanılan şəxsin, 26-cı PB-nin CA üzrə baş ǝ/m, polis mayoru Şahid2 Möhübbət oğlunun, 26-c PB-nin CA üzrə ǝ/m, polis leytenantı Şahid3 və Yasamal RPİ-nin 27- ci PŞ-nin YYC üzrə inspektoru, polis polkovnikleytenantı X4 iştirakı ilə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis kapitanı Timur Kandaurova təqdim edilməsi və sonuncu tərəfindən götürülməsi, həmin vaxt 26-cı PB-nin CA üzrə ǝ/m, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılması, təhqiqatçı Timur Kandaurovun təqdim olunun əməliyyat-axtarış tədbiri zamanı qeydə alınaraq DVD formatlı diskə köçürülmüş video çəklişə baxış keçirilməsi, həmin video görüntüdə Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf bükülünü təqdim etməsi, həmin bükümün içərisində, psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilməsi və 01 ədəd ağ rəngli zərfin (paketin) içərisinə yerləşdirilməklə qablaşdırılaraq 170 saylı möhürlə möhürlənməsi, üzərləri iştirakçılar tərəfindən imzalar edilməsi, daha sonra üzərinə iştirakçılar tərəfindən imzalar edilərək götürülməsinin təsdiq olunması, Təqsirləndirilən şəxs aşkar olumuş kütləni tanımadığı şəxsdən 10 manat müqabilində almasını bildirməsi, Yasamal RPİ- nin 27-ci PŞ-nin YYC üzrə inspektoru, polis polkovnikleytenantı Jalə Dayızadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi, təhqiqatçı Timur Kandaurovun keçirilən proseslə bağlı protokol tərtib olunacağını və videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (i.v. 92) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin əks etdirən görüntüsü köçürülmüş 01 ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 115-122) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin təmiz çəkisi 0.550 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 36) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-810/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 85-86) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 12 gün vaxtından əvvəli şərti azad edilmişdir. Cəza müddəti bitdiyindən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 112-114) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Amnistiya qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olduğundan müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.500 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.500 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə hazırlıq iclaslarında iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-706/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-706/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver