Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-71/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2., 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci və 67.1ci maddələrinə əsasən qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını ödəməmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumluq əlaqələrinə görə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncuya Şahid3 məxsus olmaqla kirayə götürərək yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsindəki nömrəsiz ünvanda yerləşən 3 otaqlı evin guya özlərinə məxsus olması və həmin evin “xxxx” QSC-də girovda saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar verib həmin evi 28.000 (iyirmi səkkiz min) manata Zərərçəkmiş şəxs satacaqlarına və girovdan çıxardıqdan sonra adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib aldadaraq atası Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən 31 saylı notariat kontorunun ofisində 3000 (üç min) manat, özü isə sonuncudan 2018-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1033 ünvanında yerləşən “xxxx” QSC-nin inzibati binasının yaxınlığında 25000 (iyirmi beş min) manat, ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumluq əlaqələrinə görə tanıdığı Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə sonuncuya Şahid3 məxsus olmaqla kirayə götürərək yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsindəki nömrəsiz ünvanda yerləşən 3 otaqlı evin guya özlərinə məxsus olması və həmin evin “xxxx” QSC-də girovda saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar verib həmin evi 28.000 (iyirmi səkkiz min) manata Zərərçəkmiş şəxs satacaqlarına və girovdan çıxardıqdan sonra adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib aldadaraq özü Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 31 saylı notariat kontorunun ofisində 3000 (üç min) manat, oğlu Təqsirləndirilən şəxs2 isə sonuncudan 2018-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1033 saylı ünvanda yerləşən “xxxx” QSC-nin inzibati binasının yaxınlığında 25000 (iyirmi beş min) manat, ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, 2016-cı ilin iyun ayından atası Təqsirləndirilən şəxs1la birlikdə Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən Şahid3 məxsus həyət evində kirayədə yaşamışdır. Xəzər rayonunda törətdiyi cinayətə görə 2019cu ilin may ayında həbs olunmuş və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. 2018-ci ilin iyun ayında atası Təqsirləndirilən şəxs1 öyrənmişdir ki, sonuncu Mərdəkan qəsəbəsində makler kimi tanıdıqları Vaqif Süleymanovla görüşmüş və söhbət zamanı Vaqif ona Mərdəkan qəsəbəsinin ərazisində özünə hədiyyə olunmuş bir hektar torpaq sahəsi olduğunu, pulu olmadığına görə həmin sahəni özəlləşdirə bilmədiyini, atası (yəni Gülbala) 30 min manat pul taparsa, həmin torpaq sahəsini özəlləşdirərək satmağın mümkün olduğunu və gəlirdən ona (yəni atası Gülbalaya) 70-80 min manat pul verə biləcəyini bildirmişdir. Onlar Vaqifi iş görən adam kimi tanımış və sonuncunun Mərdəkan qəsəbəsində bir çox şəxslərə torpaq sahəsi, bahalı ev və mülk satdığını bilmişlər. Həmçinin atası Gülbala ona Vaqiflə birlikdə Mərdəkan qəsəbəsində dəniz kənarındakı əraziyə gedərək həmin torpaq sahəsinə baxdığını, torpaq sahəsinin əlverişli yerdə yerləşdiyini və onu özəlləşdirib satmaqla yaxşı qazanc əldə etməyin mümkün olduğunu demişdir. Bu baxımdan atası Gülbala həmin məbləği tapacağını Vaqifə dedikdə sonuncu da öz növbəsində torpaq sahəsini birlikdə özəlləşdirəcəyinə və əldə olunan gəlirdən atasına (yəni Gülbalaya) 70-80 min manat pul verəcəyinə dair söz vermişdir. Atası Gülbala bunu ona dedikdə təklifin çox sərfəli olduğunu və həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün 30 min manat pul axtarmağa dəydiyini düşünmüşdür. Pulu axtardığı ərəfədə o, atası Gülbala ilə birlikdə Şahid3 məxsus Qala qəsəbəsində yerləşən həyət evində kirayədə yaşamışlar. Həmin evi Xasaydan 2016-cı ilin iyun ayında kirayəyə götürmüş və 2018-ci ilin aprel ayında təhvil verməyi öhdələrinə götürmüşlər. Evi götürərkən ilk olaraq 1500 manat, yerdə qalan kirayə pulunu isə hər iki aydan- bir 250 manat olaraq Xasaya vermişdir. Son 10 ay qaldıqda o, Xasayın evini kirayəyə götürdüyünü və 2018-ci il tarixdə təhvil verəcəyini göstərən arayış yazıb Xasaya vermiş və həmin evdə yaşamağa davam etmişlər. 2018-ci ilin iyun-iyul aylarında Mərdəkan qəsəbəsində yaşayan yataq xəstəsi olan qaynanası Mayanın evində olarkən Zərərçəkmiş şəxs və onun arvadı Arzu ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs və onun arvadı Arzu onun qaynanası Mayaya baş çəkməyə gəldikdə sonuncuların Maya ilə qohum olduqlarını öyrənmişdir. O, Zərərçəkmiş şəxs və onun arvadı Arzunu birinci dəfə orada görürmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evi satdığını və özünə almaq üçün həyət evi axtardığını öyrənmişdir. Həmin vaxt Vaqifin təklifi onun yadına düşmüş və fikirləşmişdir ki, Xasaya məxsus kirayədə yaşadığı evi Fuada öz evi kimi təqdim edib sata bilər və Fuaddan aldığı pulu da Vaqifə verib torpaq sahəsini özəlləşdirərək satıb alacağı 70-80 min manatdan Fuada 40-45 min ödəyib evi satmaq işinin alınmadığını bildirib, sonuncunu razı salar. Niyyətini həyata keçirmək üçün o, Fuadın qulağına pıçıldayaraq, özünün Qala qəsəbəsində 3 otaqlı həyət evi olduğunu, əgər istəsə həmin evi ona sata biləcəyini, amma bu barədə xüsusilə də Mayaya heç bir söz deməməsini bildirmiş və kənara çıxanda söhbət etməyi təklif etmişdir. Həmin gün gecə saat 21-22 radələrində Fuad arvadı ilə onun qaynanasının evindən çıxdıqda sonuncunu kənara çəkib guya həmin evi satmaq üçün maklerə dediyini, əgər istəsə həmin evi ona göstərə biləcəyini bildirmiş, sonuncu onunla razılaşmışdır. O, öz avtomobili ilə Fuad və Arzunu kirayə yaşadığı Qala qəsəbəsi E.Hüseynov küçəsindəki yaşayış sahəsinə aparmış, darvazanın və sonradan evin qapısının kilidini özündə olan açarla açıb sonuncuları içəri ötürmüşdür. Həmin vaxt atası Gülbala da evə gələndə sonuncunu Fuad və arvadı Arzu ilə tanış etmiş və atası Gülbalanı kənara çəkib əllərinə yaxşı fürsət keçdiyini, onların Mayanın qohumu olduğunu, Fuadın öz evini satdığından əlində pulu olduğunu, onun pulunu müvəqqəti olaraq ələ keçirmək üçün kirayədə yaşadıqları Xasaya məxsus evi özlərinki kimi təqdim edib Fuada 28 min manata satacağını, əldə olunan pulu isə Vaqifə verib torpağı özəlləşdirərək satacaqlarını, əldə olunan qazancdan 40-45 min manatı Fuada verərək sonuncunu razı salacağını demişdir. Atası Gülbala onu başa düşmüş və o, atası Gülbala ilə birlikdə Fuadı inandırmağa çalışmışlar ki, guya ona göstərdiyi ev onundur, həmin ev “xxxx” QSC-də girovdadır, evi girovdan çıxarmaq və kupça almaq üçün pul lazımdır. Göstərdiyi ev bir mərtəbəli və 3 otaqlı olmuş, həyətinin sahəsi 2-3 sot olmuş və həmin evin həyətində çardağı da olmuşdur. Fuad ondan evin qiyməti ilə maraqlandıqda sonuncuya qohum olduğu üçün evi 28 min manata satacağını və pula təcili ehtiyac olduğunu demişdir. Fuad evi bəyəndiyini, amma öz evində məsləhətləşmə apardıqdan sonra onlara təkrar müraciət edəcəyini bildirib çıxıb getmişdir. Ertəsi gün Fuad yenə də arvadı Arzu ilə birlikdə onun kirayədə yaşadığı evə baxmağa gəlmiş və evi almaq istədiklərini bildirmişlər. O və atası Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evi almaq üçün beh qoymaq lazım olduğunu, evi satdıqlarını maklerlərə də dediklərini, əgər müştəri çıxarsa evi həmin müştərilərə satmaq məcburiyyətində qalacaqlarını bildirmişlər. Fuad evi almaq üçün onlara beh verəcəyinə razılıq vermiş, lakin üzərində pul olmadığı üçün həmin behi sonradan ödəyəcəyini bildirmişdir. Fuadla sonuncunun onlara 3000 min manat beh verəcəyi, lakin həmin pulu notariusda borc kimi sənədləşdirəcəyi barədə razılaşmışlar. Həmin gündən 2-3 gün sonra atası Gülbala Fuadla birlikdə notariusa getmiş və aralarında 3000 manat pul alması barədə borc müqaviləsi bağlamış, daha sonra Fuad həmin pulu onun atasına təqdim etmişdir. Həmin tarixdən 4-5 gün sonra, yəni 2018-ci ilin iyun ayında evi guya girovdan çıxarmaq üçün o, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid1la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Mərdəkan qəsəbəsində görüşmüş və birlikdə avtomobillə Yasamal rayonu ərazisində yerləşən “xxxx” QSC-nin baş ofisinin həyətinə gəlmişlər. O, orada Fuaddan 25 min manat pul almış və guya pulu banka ödəmək və evi girovdan çıxarmaq üçün ərizə yazmaq adı ilə banka girmiş, bir qədər orada vaxt keçirdikdən sonra həyətə çıxaraq Fuada guya evi girovdan çıxarmaq üçün banka pul ödədiyini və ərizə yazdığını, qısa müddətdə evin girovdan çıxarılmasına dair sənədi bankdan aldıqdan sonra mülkiyyət sənədi almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etməli olduqlarını bildirmişdir. Daha sonra o, kirayədə yaşadıqları və Xasaya məxsus olan evin açarlarını Fuadın inamını qazanmaq üçün sonuncuya təqdim edərək birlikdə Mərdəkan qəsəbəsinə qayıtmışlar. Fuad sonradan öz ailəsi ilə birlikdə Şahid3 evinə köçüb orada yaşamağa başlamışlar. O isə atası Gülbala ilə birlikdə 28 min manat pulu götürərək Vaqiflə Mərdəkan qəsəbəsində görüşmüş və torpağın özəlləşdirilməsi üçün həmin pulu Vaqifə vermişlər. Vaqif həmin pulla torpaq sahəsini özəlləşdirəcəyini və satışdan əldə olunan paydan onlara 70-80 min pul verəcəyini bildirmişdir. Buna görə də Vaqifi gözləməyə başlamışlar. Həmin ərəfədə Fuad onun mobil telefonuna dəfələrlə zəng edərək evi nə zaman adına keçirəcəyini soruşmuş və sənədləşməni həyata keçirməsini tələb etməyə başlamışdır. O, Fuadın oğlu Şahid1la birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə de getmiş və orada tanımadığı qadına yaxınlaşaraq aidiyyəti olmayan bir neçə sual vermişdir. Daha sonra Şahid1 inandırmağa çalışmışdır ki, guya o, evə çıxarış verilməsi ilə bağlı sənədləşmə aparır. O, Zərərçəkmiş şəxs evin sənədlərinin qısa zamanda veriləcəyinə inandırmışdır. Ona və atası Gülbalaya Fuadın onların yalanlarına inanaraq gözləməsi və onun və atası Gülbalanın isə torpaq sahəsini özəlləşdirib satması üçün vaxt lazım olmuşdur. Müəyyən müddət sonra Vaqif rəhmətə getdiyi üçün torpağın özəlləşdirilməsi yarımçıq qalmış və sonuncuya verdikləri 28 min manat pulu ala bilməmişlər. Həmin ərəfələrdə Xasay təsadüfən ona kirayəyə verdiyi evə baş çəkdikdə orada kənar adamların olduğunu aşkar etmiş və onların yalanları ortaya çıxmışdır. Xasay onu və atası Təqsirləndirilən şəxs1 kirayəyə verilən evə çağırsa da, o getməmiş, lakin atası Gülbala oraya getmişdir. Atası Gülbala orada Fuadı aldatdığını, əslində həmin evdə onların kirayədə yaşadıqlarını etiraf etmiş, evin əsl sahibinin Xasay olmasını bildirmişdir. Xasay da Fuad və ailəsini ona məxsus həmin evdən çıxarmışdır. Bu baxımdan Fuad bir müddət ailəsi ilə birlikdə Mayanın evində müvvəqəti yaşamağa başlamışdır. Fuad ona və atası Gülbalaya verdiyi 28 min manat pulu tələb etməyə başladıqda pulu qaytara bilməmişlər. Bundan sonra Fuad onun və atası Gülbalanın barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. O və atası Gülbala Xasayın evini satarkən bu barədə heç kimə, eləcə də Xasaya deməmiş, sonuncunun bundan xəbəri olmamışdır. Eyni zamanda Vaqif Süleymanov heç bir vaxt yaşadığı evə getməmiş, Vaqiflə həmişə mobil telefonla zəngləşib görüşmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da 2017-ci il tarixdən sonra oğlu Təqsirləndirilən şəxs2la birlikdə Xəzər rayonu, Yeni Qala qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən Şahid3 məxsus həyət evində kirayədə yaşamışdır. Xəzər rayonunda törətdiyi cinayətə görə 2019-cu ilin may ayında həbs olunaraq hazırda 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. 2018-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində yaşayan və “makler” kimi tanıdığı Vaqif Süleymanov adlı şəxs ona Mərdəkan qəsəbəsinin ərazisində ona hədiyyə olunmuş bir hektar torpaq sahəsi olduğunu, pulu olmadığına görə həmin sahəni özəlləşdirə bilmədiyini, əgər 30 min manat pul olsa həmin torpaq sahəsini özəlləşdirərək sata biləcəyini və gəlirdən 70-80 min manat pul verə biləcəyini bildirmişdir. O, Vaqifi yaxşı tanımış və sonuncunun Mərdəkan qəsəbəsində bir çox şəxslərə torpaq sahəsi və mənzil satdığını bilmişdir. O, bu torpaq sahəsi ilə maraqlanmış və Vaqiflə birlikdə özəlləşdirmək istədiyi əraziyə gedərək həmin torpaq sahəsinə baxmışdır. Həqiqətən də torpaq sahəsi dəniz kənarında yerləşmiş və onu özəlləşdirərək yaxşı qazanc əldə etməyin mümkün olduğu görünmüşdür. O, Vaqiflə danışdıqda sonuncuya 30 min manat pulu tapacağını demiş, Vaqif isə söz vermişdir ki, torpaq sahəsini birlikdə özəlləşdirəcəklər və əldə olunan gəlirdən ona 70-80 min manat pul verəcəkdir. O, Vaqifin sözlərinə inanıb bu barədə oğlu Təqsirləndirilən şəxs2 danışmış və sərfəli təklif olduğu üçün həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 30 min manat pulu axtarmağa başlamışlar. Pulu axtardıqları ərəfədə o, oğlu Təqsirləndirilən şəxs2la birlikdə Şahid3 məxsus Qala qəsəbəsində yerləşən həyət evində kirayədə yaşamışlar. 2018-ci ilin iyun ayında gecə vaxtı kirayədə yaşadığı evə daxil olanda oğlu Təqsirləndirilən şəxs2 bir nəfər kişi və bir nəfər qadına evi və həyəti tərifləyərək göstərdiyini görmüşdür. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs2 onu kənara çəkərək həmin şəxsləri ona Zərərçəkmiş şəxs və onun arvadı Arzu kimi tanıtmış və bildirmişdir ki, sonuncular onun qaynanası Mayanın qohumlarıdır, Fuad öz evini satdığı üçün özünə həyət evi axtarır. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs2 ona izah etmişdir ki, hazırda kirayədə yaşadıqları Xasaya məxsus evi Fuada öz evləri kimi təqdim edib 28 min manata satacaq və əldə olunan pulu özəlləşdirmək istədikləri torpaq sahəsi üçün Vaqifə verəcək və əldə olunan puldan 40-45 min manat pulu Fuada verib onu razı salaraq uzaqlaşdıracaqdır. Bu baxımdan oğlu Təqsirləndirilən şəxs2 ona evin onlara məxsus olmasına Fuadı inandırmalı olduqlarını və evin “xxxx” QSC-də girovda olmasını deyərək girovdan çıxarmaq adı ilə Fuaddan həmin məbləği almalı olduqlarını bildirmişdir. O, razılaşaraq oğlu Təqsirləndirilən şəxs2la birlikdə Fuad və arvadı Arzunu inandırmağa çalışmışlar ki, sonunculara göstərdikləri ev guya onlarındır, ev “xxxx” QSC-də girovdadır və girovdan çıxarmaq üçün pula ehtiyac vardır. Göstərdikləri ev bir mərtəbəli və 3 otaqlı olmuş, həyətinin sahəsi 2-3 sot olmuş, Fuad evin qiyməti ilə maraqlandıqda sonuncuya qohum olduğu üçün evi 28 min manata sata biləcəklərini və pula təcili ehtiyac olduğunu demişlər. Fuad evi bəyəndiyini, lakin ailəsində məsləhətləşmə apardıqdan sonra onlara təkrar müraciət edəcəyini bildirmişdir. Ertəsi gün Fuad yenə də arvadı Arzu ilə birlikdə evə baxmağa gəlmiş və evi almaq istədiklərini bildirmişlər. O, oğlu Təqsirləndirilən şəxs2la birlikdə Fuada evi almaq üçün beh vermək lazım olduğunu demişlər. Oğlu Təqsirləndirilən şəxs2 həmçinin orada Fuada evi satmaq istədiklərini maklerlərə də dediyini, əgər maklerlər müştəri gətirərsə, evi həmin müştərilərə satmaq məcburiyyətində qalacaqlarını bildirmişdir. Fuad evi almaq üçün onlara beh verəcəyinə razılıq vermiş, lakin üzərində pul olmadığı üçün həmin behi sonradan ödəyəcəyini bildirmişdir. Həmçinin onlar Fuadla belə razılaşmışlar ki, Fuad onlara 3000 min manat beh verəcək, amma həmin pulu notariusda borc kimi sənədləşdirəcəkdir. 2-3 gün sonra o, Fuadla birlikdə 31 saylı notariusa gedərək aralarında 3000 manat pula görə borc müqaviləsi bağlayıb pulu Fuaddan almışdır. 4-5 gün sonra kirayədə yaşadıqları evi guya girovdan çıxarmaq üçün oğlu Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid1 Yasamal rayonu ərazisinə getmiş və “xxxx” QSC-nin baş ofisinin həyətində Fuaddan 25 min manat pulu aldıqdan sonra oğlu Təqsirləndirilən şəxs2 banka girib bir qədər orada qalmış və bayıra çıxaraq evi girovdan çıxarmaq üçün guya banka pul ödəyərək ərizə yazdığını, qısa müddətdə evin girovdan çıxarılacağını, evin girovdan çıxmasına dair bankdan sənəd aldıqdan sonra çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edəcəyini bildirmiş və kirayədə yaşadıqları evin açarlarını Fuada təqdim edərək birlikdə Mərdəkan qəsəbəsinə qayıtmışlar. Fuad onun oğlu Təqsirləndirilən şəxs2 inandığı üçün qəsəbəyə qayıtdıqdan sonra ailəsi ilə birlikdə Şahid3 evinə köçüb yaşamağa başlamışlar. Oğlu Təqsirləndirilən şəxs2 25 min manat pulu aldıqdan sonra onunla birlikdə Vaqiflə Mərdəkan qəsəbəsində görüşmüş və torpağın özəlləşdirilməsi üçün 28 min manat pulu sonuncuya vermişlər. Həmin ərəfədə Fuad dəfələrlə zəng edərək evi adına keçirməsini tələb etdikdə, oğlu Təqsirləndirilən şəxs2 Fuadın oğlu ilə Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getmiş və guya evə dair çıxarışın verilməsi ilə bağlı guya orada sənədləşmə aparmışdır. Təbii ki bu bir yalan olmuş, Vaqifin torpaq sahəsini özəlləşdirib satmaq üçün onlara vaxt lazım olmuş və bu baxımdan Fuad onların yalanlarına inansın və gözləməyə başlasın deyə oğlu Təqsirləndirilən şəxs2 belə bir addım atmışdır. Müəyyən müddət sonra Vaqif rəhmətə getdiyi üçün torpağın özəlləşdirilməsi yarımçıq qalmış və onlar 28 min manat pulu ala bilməmişlər. Həmin ərəfələrdə Xasay təsadüfən onlara kirayəyə verdiyi evə baş çəkdikdə orada kənar adamların olduğunu aşkar etmiş və onların yalanları ortaya çıxmışdır. Xasay onu və oğlu Təqsirləndirilən şəxs2 kirayəyə verilən evə çağırsa da, Nicat oraya getməmişdir. O, çağırılan yerə gedərək, Fuadı aldatdıqlarını, əslində oğlu Təqsirləndirilən şəxs2la birlikdə həmin evdə kirayədə yaşadıqlarını, evin əsl sahibinin Xasay olduğunu etiraf etmişdir. Fuad onlara verdiyi 28 min manat pulu tələb etməyə başladıqda sonuncunun pulunu qaytara bilməmişlər. Bu baxımdan Fuad bir müddət ailəsi ilə birlikdə Mayanın evində müvvəqəti yaşamışdır. Yalanlarının ortaya çıxmaması üçün oğlu Təqsirləndirilən şəxs2 onlardan ev almasını Mayaya deməməsini Fuada tapşırmış, Zərərçəkmiş şəxs 3000 manat pulu 2018-ci ilin iyun ayında özü almış, 4-5 gün sonra isə Fuad pulun 25 min manat hissəsini oğlu Təqsirləndirilən şəxs2 almışdır. Kirayədə yaşadıqları evi Fuada satmalarından Xasayın məlumatı olmamış, sonuncuya bu barədə heç bir söz deməmişlər. Vaqif Süleymanov heç vaxt onun yaşadığı evə getməmiş, Vaqiflə həmişə mobil telefonla zəngləşərək görüşmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, yaşını, xəstəliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2018-ci ilin iyun ayınadək ünvan 7 ünvanında ona məxsus mənzildə yaşamışdır. Həmin mənzil 2 otaqlı və darısqal olduğundan onu satıb həyət evi almaq istəmişdir. Bu səbəbdən də 2018-ci ilin iyun ayında özümə məxsus mənzili 41.000 manata satmış və özünə yeni ev alanadək köhnə mənzilində 2 ay müddətinə yaşaması ilə bağlı yeni sahibi ilə razılığa gəlmişdir. Buna görə də evini satdıqdan və 41000 manat pulu əldə etdikdən sonra özünə həyət evi axtarmağa başlamışdır. 2018-ci ilin iyul ayının ortasında həyat yoldaşı Şahid2 ilə birgə sonuncunun Mərdəkan qəsəbəsində yaşayan əmisi qızı Maya adlı qadının xəstə olması ilə bağlı baş çəkmək üçün sonuncunun yaşadığı evə getmişlər. Mayanın evində sonuncunun kürəkəni Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və söhbət əsnasında sonuncuya almaq üçün həyət evi axtardığını söyləmişdir. Təqsirləndirilən şəxs2 ona Xəzər rayonu, Qala qəsəbəsində 3 sot həyəti, bir mərtəbəli və 2 otaqlı kürsülü evini 28.000 (iyirmi səkkiz min) manata satmaq istədiyini söyləmiş, qiymət onu qane etdiyindən həmin evə baxmaq və almaq qərarına gəlmişdir. Ailə üzvləri ilə bu təklifi müzakirə etmiş, qiymət sərfəli olduğu üçün evi aldıqdan sonra mənzilin satışından qalan pulla həyətdə daha bir otaq tikmək mümkün olduğunu fikirləşmişdir. Razılıq əldə olunduqdan sonra 2018-ci ilin iyul ayında o, arvadı Arzu ilə birlikdə Təqsirləndirilən şəxs2 Xəzər rayonu, Qala qəsəbəsi E.Hüseynov küçəsi yeni yaşayış sahəsinə, yəni sonuncunun satdığı evə baxmaq üçün getmişlər. Təqsirləndirilən şəxs2 darvazanı və bir mərtəbəli kürsülü evin giriş qapılarını öz açarı ilə açaraq onları həyətə və evin içərisinə baxmağa dəvət etmişdir. O, arvadı ilə həyətə və evin içərisinə baxdıqdan sonra məbləğ onu qane etdiyinə görə evi almağa razı olduğunu Təqsirləndirilən şəxs2 söyləmişdir. Həyətyanı sahəyə və evə baxarkən Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 da oraya gəlmiş, söhbət etdikdən və evi almağa razılaşdıqdan sonra Gülbala və Nicat ona evin “xxxx” QSC-də girovda olmasını, alqı-satqı etmək üçün evi girovdan çıxarmaq lazım olmasını bildirmişlər. Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 evi alması ilə bağlı ondan beh kimi 3000 manat pul istəmiş, ertəsi gün o, Gülbala ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən notariat kontoruna getmiş, orada 3000 manatı Təqsirləndirilən şəxs1 vermiş, notarius pulu beh kimi sənədləşdirə bilmədiyindən həmin pulu borc kimi göstərib Gülbala ilə aralarında kredit müqaviləsi bağlamışlar. Gülbala yerdə qalan 25000 manat məbləği oğlu Təqsirləndirilən şəxs2 verməsini istəmişdir. Bir neçə gün sonra o, öz oğlu Şahid1la birlikdə Xəzər rayon Mədəniyyət sarayının qarışısında Təqsirləndirilən şəxs2la görüşmüş və sonuncunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Yasamal rayonu, Tbilisi prospekti 1033 saylı ünvanda yerləşən “xxxx” QSC-yə getmişlər. Bankın həyətində o, 25000 manat pulu öz oğlu Şahid1 yanında Təqsirləndirilən şəxs2 vermiş və atası Gülbalaya beh kimi 3000 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs2 pulu ondan almış və özünə məxsus olduğunu dediyi Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsi yeni yaşayış sahəsindəki evin açarlarını ona vermiş və sonradan avtomobildən düşərək ondan aldığı pulu ödəyib evi girovdan çıxarması üçün “xxxx” QSC-yə getmişdir. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs2 geri qayıtmış və onlar birlikdə yenidən Mərdəkan qəsəbəsinə qayıtmışlar. Orada Təqsirləndirilən şəxs2 ona vəd vermişdir ki, “xxxx” QSC-də sənədləri alıb satdığı evi onun adına keçirəcəkdir. Həmin gün o, ailə üzvləri ilə birlikdə köhnə evindən şəxsi əşyaları toplayaraq Təqsirləndirilən şəxs2 ona satdığı Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsi yeni yaşayış sahəsindəki həyət evinə köçmüş və orada yaşamağa başlamışlar. Sonrakı bir ay müddətində o, hər gün Təqsirləndirilən şəxs2 evi adına sənədləşdirməsi ilə bağlı danışıqlar aparmış və bunu sonuncudan tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 isə hər dəfə ona sənədləşmə işini tamamlamaq üzrə olduğunu demişdir. Həmin ərəfədə o, “Neft Daşları”nda olan vaxt Təqsirləndirilən şəxs2 onun oğlu Şahid1 götürüb birlikdə Nərimanov rayonu ərazisində yerləşən notariat kontoruna aparmış və evin sənədləşdirmə işini həll edəcəyini demişdir. 2018-ci ilin avqust ayının sonlarında satın aldıqları evdə olan zaman tanımadıqları bir nəfər həyətə gələrək adının Xasay olduğunu və Təqsirləndirilən şəxs2 satın aldıqları evin sahibi olduğunu ona söyləmiş və şəxsiyyətləri ilə maraqlanmağa başlamışdır. O, yaşadıqları evi ona Nicat və Təqsirləndirilən şəxs1ların 28.000 manata satdıqlarını Xasaya söylədikdə sonuncu evin ona məxsus olmasını və həmin evi Nicatın ondan kirayə götürdüyünü bildirmişdir. Beləcə məsələnin üstü açılmış və o, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 onları aldadaraq kirayədə yaşadıqları evin özlərinə məxsus olduğuna inandırmış və evi ona satmaq adı ilə 28.000 manat pulunu ələ keçirmişlər. O, və Xasay mobil telefonla Təqsirləndirilən şəxs2 zəng vuraraq sonuncunu Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsi yeni yaşayış sahəsindəki evə çağırmış və məsələyə aydınlıq gətirməsini tələb etmişlər. Təqsirləndirilən şəxs2 görüşə gəlməsə də, atası Təqsirləndirilən şəxs1 həyətə gəlmiş və orada ona bir söz, Xasaya isə başqa bir söz deyib aradan çıxmağa çalışmışdır. Həmin gün şəxsi ev əşyalarını toplayıb həmin evdən çıxmış və bir müddət Təqsirləndirilən şəxs2 qaynanası Mayanın yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evə köçmüş və sonradan başqa kirayə ev tutaraq orada yaşamış, eləcə də hazırkı vaxtadək kirayə evdə yaşamaqda davam edir. Həmin ərəfələrdə o, Təqsirləndirilən şəxs2 pulunu tələb etsə də, sonuncu və atası Təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonradan isə həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 başqa şəxslərə qarşı dələduzluq etdiklərinə görə Xəzər rayon Məhkəməsinin hökmü ilə həbs edilmişlər və hazırda sonuncular cəzalarını çəkməkdə davam edirlər. Evi alarkən Təqsirləndirilən şəxs2 ona evin alınması barədə heç kimə, xüsusilə də qayınanası Mayaya deməməsini tapşırdığından o, bu barədə heç kimə bir söz deməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadələr vermişlər. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 2005-ci il tarixdə o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi E.Hüseynov küçəsində yerləşən yaşayış sahəsində 3 sot torpaq sahəsi almış və orada 3 otaqlı bağ evi tikdirmişdir. Həmin müddətdən 2016-cı il tarixədək sadəcə yay mövsümündə orada ailəsi ilə qalmışdır. 2016-cı il tarixdə maddi vəziyyəti ilə əlaqədar olaraq Qala qəsəbəsi E.Hüseynov küçəsindəki evi kirayəyə vermək qərarına gəlmiş və bunun üçün ev alqısatqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. 2016-cı ilin iyun ayında əvvəllər tanımadığı sonradan Təqsirləndirilən şəxs2 kimi tanıdığı şəxs ona müraciət edərək, evini kirayəyə götürmək istədiyini bildirmişdir. O, razılaşaraq həmin evi Təqsirləndirilən şəxs2 ayda 250 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə vermişdir. Həmin ərəfədə öz aralarında müqavilə bağlamış və Təqsirləndirilən şəxs2 əvvəlcədən ona 1500 manat məbləğində pul vermiş, qalan pulu isə aybaay verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 öz ailəsi ilə 2018-ci ilin iyun ayınadək orada yaşamış və aprel ayınadək hər ay ona 250 manat pul ödəmişdir. Lakin 2018-ci ilin may və iyun aylarının kirayə pulunu vermədiyinə görə Təqsirləndirilən şəxs2 evdən çıxmasını dedikdə 2018-ci ilin iyul ayında sonuncu kirayə borcunu tam olaraq ödəmişdir. 2018-ci ilin avqust ayında o, təsadüfən evin yaxınlığından keçəndə qapını döymüş və başqa tanımadığı şəxsin qapını açdığını görmüşdür. O, həmin şəxsə kim olduğunu və ona məxsus evdə nə işinin olduğunu soruşmuşdur. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu və hazırda yaşadığı evi də Təqsirləndirilən şəxs2 28.000 manat aldığını sonuncudan öyrənmişdir. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onu aldadıb, evin əsl sahibi odur, evini Təqsirləndirilən şəxs2 kirayəyə vermişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs2 qohumu olduğunu və sonuncunun heç vaxt onu aldatmayacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs evin sənədlərini ona təqdim etməsini bildirmişdir. Fuad ona demişdir ki, Təqsirləndirilən şəxs2 evin çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir, qısa zamanda çıxarışı ona verəcəkdir. O, evə daxil olaraq divara asılmış onun ailəsinə aid fotoşəkli Fuada göstərmiş və bir daha sonuncuya evin ona məxsus olmasını və Təqsirləndirilən şəxs2 tərəfindən aldadıldığını bildirmişdir. O, əlavə olaraq Fuada evi alarkən qonşulardan evin kimə məxsus olmasını niyə soruşmadığını demişdir. Fuad isə ona Təqsirləndirilən şəxs2 onlara qonşular yaxşı adam olmadığını, onlarla münasibət yaratmamağı bildirdiyini demişdir. Buna görə də Fuad və ailə üzvləri qonşu ilə münasibət yaratmamış, 2 ay müddətində ona məxsus evdə yaşaymışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng etmiş və sonuncunu həmin evə çağırmışdır. Təqsirləndirilən şəxs2 gələcəyini bildirsə də, bundan yayınmış və sonradan telefonunu söndürmüşdür. O, məcbur qalaraq Təqsirləndirilən şəxs2 atası Gülbalaya zəng etmiş və onu kirayəyə verilən mənzilə gətizdirmişdir. Gülbala orada Zərərçəkmiş şəxs satdıqları evi əslində ondan kirayəyə götürdüklərini, özünə və oğlu Təqsirləndirilən şəxs2 pul lazım olduğu üçün bu addımı atdıqlarını etiraf etmişdir. Eyni zamanda, Gülbala pul lazım olduğundan onun evini özlərinki kimi təqdim edib Zərərçəkmiş şəxs 28.000 manata satdıqlarını, aldıqları pulu lazımi yerə verdiklərini, sonradan kimdənsə alacaqları pulu da Fuada verib sonuncunu evdən çıxaracaqlarını, lakin o, evinə gəldiyindən planlarının baş tutmadığını bildirmişdir. Gülbala orada ondan Fuadı evdən çıxarmamasını və onlara qalmaları üçün möhlət verməsini istəmiş, alacağı pulu alıb sonradan ona verəcəyini bildirmmişdir. O, qətiyyət göstərib 2018-ci ilin avqust ayında Fuad və ailəsini evdən çıxarmışdır. Amma Fuada və sonuncunun oğlu Şahid1 tapşırmışdır ki, “Təqsirləndirilən şəxs2 harda görsələr onu da oraya çağırtdırsınlar”. Təxminən 5-10 gün sonra Fuadın oğlu Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olduğunu bildirmişdir. O, həmin quruma getmiş, Təqsirləndirilən şəxs2 saxlayaraq niyə onun evini özününkü kimi təqdim edərək Fuadı aldadaraq sonuncudan 28.000 manat pul almasını soruşmuşdur. Təqsirləndirilən şəxs2 ondan üzr istəyərək Şahid1 yanında ona demişdir ki, “Allah şeytana lənət etsin, dərmanın pulunu çatdıra bilmədiyindən bu yola əl atıb”. O, Şahid1 orada sübut etmişdir ki, ona məxsus evin kirayəşini olan Təqsirləndirilən şəxs2 tərəfindən onlara satılmasından onun xəbəri olmamış, bu işlə bağlı heç bir təqsiri yoxdur. O, həmin yerdən uzaqlaşmış və sonradan Zərərçəkmiş şəxs aldanması ilə bağlı Xəzər RPİ-yə şikayət etdiyini eşitmişdir. O, da polisə gedərək orada izahat yazmışdır. Verilən suallara cavab olaraq Şahid3 əlavə olaraq ifadəsində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən evin və torpaq sahəsinin ümumiyyətlə sənədlərinin (çıxarışının) olmadığını, bununla bağlı kənd soveti kimi adlanan quruma (inzibati ərazi üzrə nümayəndəliyə) müraciət etdiyini, lakin ona hazır sənədin təqdim edilmədiyini, həmin torpaq sahəsini əvvəllər Bilal adlı şəxsdən aldığını və hazırda sonuncunun rəhmətə getdiyini, onun özünə məxsus evi Zərərçəkmiş şəxs satması barədə Təqsirləndirilən şəxs2 heç bir söz demədiyini və buna razılıq vermədiyini, eləcə də Təqsirləndirilən şəxs2 evini satmasına görə heç bir pul almadığını, Qala qəsəbəsində torpağın bir sotunun qiymətinin 15.000 manatdan yuxarı olduğunu, heç kimin 3 sot torpaq sahəsində 3 otaqlı və qarşısında çardağı olan evi 28.000 manata satmayacağını, həmin evin 2018-ci il tarixdə qiymətinin 100.000 manatdan artıq olduğunu, heç bir vaxt o, evini satmaq niyyətində olmadığını və bu barədə də heç kimə bir söz demədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə 2016-cı il tarixdə evlənmiş və 2020-ci ilin mart ayında rəsmi olaraq boşanmışdır. O, Təqsirləndirilən şəxs2la boşanmamışdan əvvəl 2016-cı il tarixdən 2018-ci il tarixədək sonuncu ilə birlikdə Şahid3 məxsus Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən evdə kirayədə yaşamışlar. Lakin həmin ərəfədə anası X4 yataq xəstəsi olduğundan sonuncunun yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evdə qalıb, anasına yardım edərək qayğı göstərmişdir. 2018-ci ilin iyun ayında yaxın qohumları Zərərçəkmiş şəxs və arvadı Arzu onun anası Mayanın evinə gələrək sonuncuya baş çəkmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs öz evini satdığını və almaq üçün həyət evi axtardığının bildirmiş, sonradan sonuncunun Şüvəlan qəsəbəsində özlərinə həyət evləri aldıqlarını eşitmişdir. Lakin daha sonra öyrənmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları Xasaya məxsus evi özünə aid olmasını Zərərçəkmiş şəxs bildirərək sonuncunu aldadıb evi girovdan çıxarmaq və sənəd düzəltmək adı ilə Zərərçəkmiş şəxs 28000 manat pul almışdır. O, Təqsirləndirilən şəxs2 Fuadı aldatmasından sonra sonuncuya həyat yoldaşının yalançının olmasını dəfələrlə bildirmişdir. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs2 tutularaq həbs edilmiş, anası Maya Məmmədova isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunun notariusu X6 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 3000 manat məbləğində “borc” vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “xxxx” MMC-dən götürülmüş zəng və sms-lərə aid məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bəhrəm oğlu istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə 1127 (bir min yüz iyirmi yeddi) dəfə danışıq aparmış, həmin danışığın 17-si xx.xx.2018-ci il tarixdə, 125-i isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs Bəhrəm oğlu istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı digər GSM nömrəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018- ci il tarixədək olan müddətdə 14 (on dörd) dəfə danışıq aparmış, həmin danışığın biri xx.xx.2018-ci il tarixdə olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs Bəhrəm oğlu istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə 37 (otuz yeddi) dəfə danışıq aparmışdır. Bundan başqa SMSlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bəhrəm oğlu istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı GSM nömrəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə 212 (iki yüz on iki) sms göndərir. SMS-lərin bəzinin mətnləri aşağıdakı kimidir. Zərərçəkmiş şəxs göndərdikləri: -xx-xx-2018 01:49:58 **********11 -**********29 “Nicad ya zeng ele, ya da cavab ver. Besdir meni aldatdin. Ne men, ne de sen uşaq deyilik. Yaxwi deyil” -xx-xx-2018 09:41:35 **********11 -**********29 “Niye mene yalan söz verirsen?” -xx-xx-2018 03:19:45 **********11 -**********29 “Nicad besdi yalan danişmaqin, kişi kimi sozuvun ustude dur, senedlerimi ver. Ele olmasin ki, munasibetimiz korlansin. Mene iwe yawayiw yerinden arayiw lazimdır” -xx-xx-2018 03:19:50 **********11 -**********29 “menim de sebrimin heddi var, sozlerivi fufloluq eleme” -xx-xx-2018 21:02:34 **********11 -**********29 “Nöş aldadirsan meni ay Nicat? 2 saat yarimdi gozdiyriy seni gedmiceydin diyerdin de. Ya da adboy basmaqdansa bir kelme cavab ver de telefona olmadi ki bu” -xx-xx-2018 10:52:08 **********11 -**********29 “Nicat men gedirem idareye erize yazmağa. Bu gun saat 5 e qeder pul çatmasa erize quvvede qalacaq, pulu qaytarsan erizeni geri goturecem ve shikayetci olmayacam. Mene zeng ele” -xx-xx-2018 13:53:36 **********11 -**********19 “Gülbala cavab ver, ya da zeng at” Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən Zərərçəkmiş şəxs Bəhrəm oğlu istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə 70 (yetmiş) dəfə sms göndərir. Belə ki, Təqsirləndirilən şəxs2 göndərdikləri: -xx-xx-2018 10:45:27 **********29 -**********11 “Fuad salam, senin pulvu atmamisig bil. 17 min Xasaya vermisem. Axsam 11de gelirem zeng vururam. Gel bize eve 28 min.vi apar. Artig ser sobet lazim deyil, bildin” -xx-xx-2018 10:45:31 **********29 -**********11 “sene heckes pul atmayib. Senle corey kesmisem” -xx-xx-2018 13:44:08 **********29 -**********11 “Anam qebri gelirem” -xx-xx-2018 17:10:25 **********29 -**********1 “Seherdeyem bankda” -xx-xx-2018 18:21:13 **********29 -**********11 “Duzelir” İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2018-ci il ərzində Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı müraciətləri olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2., 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən (tutulduğu vaxtdan) hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci və 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını ödəməmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli xx.xx.2018-ci il tarixdən (tutulduğu vaxtdan) hesablanmışdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü Həmid və xx.xx.2017-ci il təvəllüdlü Şəfiqə adlı iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin əvvəllər də eyni tipli cinayətləri törətməklə dələduzluq əməlinə meyilli olmalarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs1 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, cərimə cəzası müstəqil icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 hal-hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 hal-hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış içərisində telefon danışıqları əks olunmuş 03 ədəd DVD-R disk və 3000 manat pulun verilməsini təsdiq edən Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş kredit müqaviləsi iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2, X7 və X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, habelə Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Müdafiəçi1 tərəfindən həyata keçirilməklə, 45 (qırx beş) saat hüquqi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi əvvəlcə Müdafiəçi2 həvalə edilmiş, onun tərəfindən 5 (beş) saat hüquqi yardım göstərilmiş, lakin daha sonra Təqsirləndirilən şəxs1 ondan imtina etidiyinə görə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Bununla yanaşı, iş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürüməlidir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 (imtina edilmişdir) vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hal-hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 hal-hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində telefon danışıqları əks olunmuş 01 ədəd DVD-R disk və 3000 manat pulun verilməsini təsdiq edən Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş kredit müqaviləsi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 (imtina edilmişdir) vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-71/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-71/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver