Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-71/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 oğunun, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi. Oktyabr küçəsi otaq 2, yat, ev 25-də qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Dövlət Neft şirkətinin balansında olan istismar müddəti başa çatmış 2 ədəd “X19” və 1 ədəd “Mitsubishi Pajero” markalı avtomobilləri 15000 manata satacağına dair yalan vəd verib aldadaraq xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən proteinshop.az mağazasında 9000 manat, 2021-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində 500 manat pulu, sonuncu dəfə 2021-ci ilin may ayının əvəllərində ünvan 3 ünvanda 5500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq elmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Dövlət Neft şirkətinin balansında olan istismar müddəti başa çatmış 3 ədəd “X19” və 2 ədəd “Mitsubishi L-200” markalı avtomobilləri 36500 manata satacağına dair yalan vəd verib aldadaraq 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən Neft Emalı zavodunun qarşısında 19500 manat pulunu, sonuncu dəfə isə Bakı şəhəri, Nizami rayonunda yerləşən Nizami telefon qovşağının yaxınlığında 17000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 36500 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Dövlət Neft şirkətinin balansında olan istismar müddəti başa çatmış 1 ədəd “X19” markalı avtomobili 1500 manata satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 “whatsapp” ani mesajlaşma sistemində Şahid3 adına olan "xxxx" ASC-nə məxsus 4169 7385 5690 8782 nömrəli karta pulun göndərilməsini tələb etmiş, sonuncu isə Naxçıvan MR, Naxçıvan şəhərində yerləşən “Cahan” ticarət mərkəzinin qarşısındakı “milliön”ödəmə terminalı vasitəsilə 1500 manat pulu Şahid3 adına olan "xxxx" ASC-nə məxsus 4169 7385 5690 8782 nömrəli karta göndərdikdən sonra həmin məbləğdə pulu ələ keçirməklə verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəx Zərərçəkmiş şəxs4 1500 manat məbləğində ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Dövlət Neft şirkətinin balansında olan istismar müddəti başa çatmış 1 ədəd “X19” və 1 ədəd “Mitsubishi Pajero” markalı avtomobilləri 7500 manata hərrac yolu ilə satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 “whatsapp” ani mesajlaşma sistemində Şahid3 adına olan "xxxx" ASCnə məxsus 4169 7385 5690 8782 nömrəli karta pulun göndərilməsini tələb etmiş, sonuncu isə Yasamal rayonu, MİDA yaşayış kompleksi, 15 nömrəli binanın altındakı “Bazastore” mağazasında yerləşən “milliön”ödəmə terminalı vasitəsilə 7500 manat pulu Şahid3 adına olan "xxxx" ASC-nə məxsus 4169 7385 5690 8782 nömrəli karta göndərdikdən sonra həmin məbləğdə pulu ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 7500 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında Bakı Neft Emalı zavodunda işləyən tanışı Murad ona dostu Zərərçəkmiş şəxs1 hərrac yolu ilə ucuz qiymətə avtomobil satmağını xahiş etmişdir. O, da heç bir problemin olmadığını bildirmiş, bir neçə gün sonra Murad və Emillə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən məhəllədə görüşmüşlər. Emil ondan tenderdə hansı avtomobillərin olduğunu soruşmuş, Emilə avtomobillərin xeyli sayda olduğunu, həmçinin “X19” və “Mitsubishi Pajero”markalı avtomobillərində olduğunu bildirmişdir. Emil də iki ədəd ağ rəngli,“X19” markalı və bir ədəd “Mitusbishi Pajero” markalı avtomobilləri istədiyini bildirmişdir. O, Emilə hər avtomobilə görə ondan 8.000 manat pul alacağını bildirmişdir.Emil onunla razılaşmış və xx.xx.2020-ci il tarixdə o, Murad və Emil ünvan 2 ünvanında yerləşən Emilin işlədiyi proteinshop.az adlı idman qidaları mağazasında görüşmüşlər. Emil həmin yerdə ona ilkin olaraq 9.000 manat pul vermiş və o da A4 formatlı kağıza əllə 9.000 manat pulu qəbul etdiyini yazmışdır. Təxminən 20 gün sonra Emilə zəng vuraraq guya işin həlli üçün əlavə olaraq 500 manat pul istəmişdir. Emil də etiraz etməyərək növbəti gün onunla Bakı şəhəri, Nizami rayonunda yerləşən dəqiq xatırlamadığı yerdə görüşərək 500 manat pulu ona vermişdir. 2021-ci ilin may ayının əvvəllərində Emilə zəng edərək işin gedişatının ləngiməməsi üçün ondan qalan pulları istəmiş, Emil də etiraz etməyərək növbəti gün onunla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən məhəllədə 5.500 manat pul vermiş və o, Emilə işin tezliklə həll ediləcəyinə dair söz vermiş, lakin verdiyi vədə əməl edə bilməmişdir. Bundan başqa 2021-ci ilin iyul ayında dostu Şahid5 Socar neft şirkətindən istismara yarasız avtomobilləri çıxarmaq imkanı olduğunu bildirərək pul düzəldib şərikli işləyərək pul qazanmağı təklif etmişdir. O, özü “Socar" şirkətində işlədiyi və orada tanışlarının olması səbəbindən istismar olunan, yəni şirkətin adından çıxarılaraq satışa buraxılan avtomobilləri almaq imkanı olmuşdur. Onların söhbətdən bir neçə gün sonra Şahid5 ona zəng edərək tanışlarının təklif etdiyi işi görmək istədiklərini və onun nömrəsini onlara verdiyini bildirmişdir. lşlədiyi şirkətin yaxınlığında olan zaman istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng gələrək Alikin tanışları olduğunu və onun Alikə qabaqcadan təklif etdiyi işi görə biləcəklərini bildirmişlər. Həmin günü 3 nəfər şəxs olduğu yerə, yəni Socar Neft Şirkətinin mərkəzi ofisinin yanına gəlmişlər. Orada həmin şəxslərin biri Zərərçəkmiş şəxs2 digər şəxslər adı isə yadında qalmamışdır. O, əvvəlcədən Alikə avtomobillərin hərrac qiymətini bildirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 Socar neft şirkətinin istismara yararsız avtomobillərini satışa çıxardılarkən ucuz qiymətə almaq imkanı olduğunu bildirmişdir. Onlar 3 ədəd “Land Cruiser” markalı və 2 ədəd “Mitsubishi L200" markalı avtomobilləri qanuni sənədləşdirib şirkətdən çıxardaraq onlara verməyini istəmişlər. Həmin zaman qiymət olaraq 3 ədəd “Land Cruiser" markalı avtomobilin qiymətində razılaşmış və həmin zaman Zərərçəkmiş şəxs2 19500 manat pul almışdır.Onlar qabaqcadan hər avtomobili şirkətdən alaraq onlara verəcəyi müqabildə ona hər avtomobil üçün 1000 manat pul verəcəkləri barədə razılaşmışlar. Bu hadisədən təqribən 1-2 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək əlavə olaraq 2 ədəd “Mitsubishi L200" markalı avtomobil istədiyini bildirmişdir. Bu danışıqdan sonra səhəri gün Zərərçəkmiş şəxs2la “Qara Qarayev" metrostansiyası yaxınlığında görüşmüş və avtomobillərin pulunu, yəni 17.000 manat pulu ona vermişdir. Həmin qeyd olunan ümumilkdə 36500 manat pulu öz evində saxlamış və avtomobillərin satışa çıxarılmasını gözləmiş, lakin avtomobillər hərraca çıxarılmadığı üçün söz verdiyi avtomobilləri Zərərçəkmiş şəxs2 verə bilməmiş və həmin pulları şəxsi ehtiyacları üçün xərləyərək bu işi görmək üçün heç bir addım atmamışdır. Həmin pullardan iş alınmadığı üçün 2021-ci ilin yadında qalmayan təqribən oktyabr-noyabr ayları ərzində 5000 manat pulu Əlsahib adlı tanışına verərək Zərərçəkmiş şəxs2 çatdırmağını bildirmişdir.Dekabr ayında yadında dəqiq qalmayan tarixdə isə 17.000 manat pulu dostu X21 metrostansiyası yaxınlığında avtomaşında verərək Taleh və Yusifə pulun çatdırılmağını bildirmiş və həmin günü Alik ona 17.000 manat pulu Taleh Həşimova verdiyini bildirmişdir. Bunu dəqiqləşdirmək üçün Talehə telefonda danışmış və Taleh həmin məbləğin çatdırıldığını təsdiq etmişdir. Daha sonra yaxın qohumları vasitəsilə 2000 manatda qaytarmışdır. Bundan başqa o, Sabirlə söhbət əsnasında ona “Socar” şirkətində işlədiyini və istismar müddəti başa çatmış avtomobilləri hərrac yolu ilə ucuz qiymətə satdığını bildirmişdir. Sabir də özünə belə bir avtomobil almaq istədiyini bildirmiş, hansı avtomobillərin olduğunu soruşduqda o,Sabirə 2004-cü il buraxılışlı “X19" markalı avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir. Sabir də ona bir ədəd qara rəngli, 2004cü il buraxılışlı “X19" markalı avtomobili istədiyini bildirmişdir. O,ilkin olaraq Sabirə həmin avomobili 9.000 manata verə biləcəyini bildirsə də, sonradan bu işi 7.000 manata həll edəcəyinə dair Sabirlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Sabirdən mobil telefon vasitəsilə beh olaraq 1.500 manat pul istəmiş və “whatsapp" ani mesajlaşma sistemində Sabirə arvadı Şahid3 adına olan **********908782 nömrəli kartın şəklini göndərmişdir.Bir neçə dəqiqə sonra arvadı Tehran Seydiovanın adına olan **********908782 nömrəli karta 1.500 manat pul göndərilmişdir. Pulu əldə etdikdən sonra Sabirlə danışmış və avtomobilin hərrac yolu ilə qeyd edilən qiymətə alacağına, bütün bu proseslərin təxminən 10 günə yekunlaşacağına dair söz vermiş, lakin vədinə əməl edə bilməmişdir. Bundan başqa 2021-ci ilin may ayının sonlarında Bakı Neft Emalı zavodunda işləyən tanışı Calal ona dostu Zərərçəkmiş şəxs1 hərrac yolu ilə ucuz qiymətə avtomobil satmağını xahiş etmişdir.O,da heç bir problemin olmadığını bildirmiş, həmin gün o,Cəlal və Ramin Bakı Neft Emalı zavodunun həyətində görüşmüşlər. Ramin ondan hansı avtomobillərin olduğunu soruşmış. O, Raminə 4 ədəd müxtəlif rəngli “X19” markalı avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir.Ramin də bir ədəd ağ rəngli, 2005-ci il buraxılışlı “X19” markalı avtomobili istədiyini bildirmişdir.Raminə həmin avomobili 8.500 manata verə biləcəyini bildirmişdir. Ramin onunla razılaşmış, Ramindən ilkin olaraq 4.000 manat beh istəmiş və arvadı X1 adına olan **********316026 nömrəli kartın şəklini “whatsapp” ani mesajlaşma sistemində Raminə göndərmişdir. Ramin həmin karta 2.000 manat pul göndərmiş, növbəti gün Ramin daha bir avtomobil almaq qərarına gəldiyini bildirdikdə Raminə bir ədəd saz vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobil olduğunu, həmin avtomobili 11.500 manata verə biləcəyini bildirmişdir. Ramin razılaşmış və Ramin həmin avtomobilə görə xx.xx.2022-ci il tarixdə “whatsapp" ani mesajlaşma sistemində göndərdiyi arvadı Təranə Seyidovanın adına olan **********908782 nömrəli karta hissə-hissə 3.000 və 2500 manat pul göndərmişdir. Ramin pulu karta göndərdikdən sonra onunla əlaqə saxlamış və Raminə hər iki avtomobilin tenderdə onun üçün qeyd edilən qiymətə alacağına, bütün bu proseslərin qısa müddətə yekunlaşacağına dair söz vermiş, lakin verdiyi vədə əməl edə bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü dələduzluq cinayətinin törətməsində təqsirli bilməyərək, göstərilən məbləğləri iş görmək məqsədilə aldığını lakin ondan asılı olmayan səbəblərdən işin alınmamasını, həmin pulları vaxtında qaytara bilmədiyini və buna görə peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini, məhkəmədən xahiş etmişdir. Ona qarşı verilmiş mülki iddialardan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş iddia tələbini tam qəbul etdiyini, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş iddia tələbini isə qismən yəni Zərərçəkmiş şəxs2 17000 manat pulu qaytardığı üçün iddianı 12500 manat hissədə qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının sonlarında Bakı Neft Emalı zavodunda dostu Calal Seyidtağı adlı şəxsin “Socar” şirkətində işlədiyini və Seyidtağının istismar müddəti başa çatmış avtomobilləri tenderdə ucuz qiymətə sata biləcəyini bildirmişdir.O, ilkin olaraq Cəlala inanmamış, lakin Cəlal Seyidtağının bir nəfər şəxsə avtomobilləri tenderdə ucuz qiymətə satdığını bildirmiş və bundan sonra Cəlala inanmışdır. Həmin gün o, Cəlal və Seyidtağı Bakı Neft Emalı zavodunun həyətində görüşmüş, Seyidtağıdan tenderdə hansı avtomobillərin olduğunu soruşmuşdur.Seyidtağı ona 4 ədəd müxtəlif rəngli “X19” markalı avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir.O, da bir ədəd ağ rəngli, 2005-ci il buraxılışlı “X19” markalı avtomobili istədiyini bildirmiş, Seyidtağı ona həmin avomobili 8.500 manata verə biləcəyini bildirmişdir. O, Seyidtağı ilə razılaşmış, Seyidtağı ondan 4.000 manat beh olaraq istəmiş, lakin o, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində ona məxsus **********316026 nömrəli kartdan Seyidtağının “whatsapp” ani mesajlaşma sistemində göndərdiyi Təranə Seyidova adlı şəxsin adına olan **********908782 nömrəli karta 2.000 manat beh göndərmişdir. Bundan sonra o,Seyidtağıdan daha bir avtomobil almaq qərarına gəlmiş və Seyidtağıya mobil telefonla daha bir avtomobil almaq istədiyini bildirdikdə Seyidtağı ona bir ədəd saz vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobil olduğunu bildirmişdir. O, Seyidtağıdan həmin avtomobili hansı qiymətə verə biləcəyini soruşduqda, Seyidtağı həmin avtomobili 11500 (on bir min beş yüz) manata verə biləcəyini bildirmişdir.O, Seyidtağı ilə razılaşmış və həmin avtomobilə görə xx.xx.2022-ci il tarixdə Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksi, 15-ci binanın altında yerləşən “Bazarstore” mağazasının içərisindəki “Million” ödəmə terminalı vasitəsilə Seyidtağının ona “whatsapp” ani mesajlaşma sistemində göndərdiyi Təranə Seyidova adlı şəxsin adına olan **********908782 nömrəli karta hissə-hissə 3000 və 2500 manat beh göndərmişdir. Pulu qeyd etdiyi karta göndərdikdən sonra Seyidtağı ilə danışmış və Seyidtağı hər iki avtomobilin tenderdə onun üçün qeyd edilən qiymətə alacağına, bütün bu proseslərin xx.xx.2022-ci il tarixədək yekunlaşacağına dair söz vermişdir. xx.xx.2022-ci il tarixdə o, Seyidtağı ilə əlaqə saxlamış, lakin telefonu bağlı olmuşdur. Seyidtağıya “whatsapp” ani mesajlaşma sistemi vasitəsilə zəng vurmuş və Seyidtağı ona Türkiyə Respublikasında olduğunu, işin qısa müddətə həll edəcəyini bildirmişdir.Bir neçə gün sonra yenidən Seyidtağı ilə “whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış,lakin Seyidtağı müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi digər dələduzluq cinayətinə görə saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyun ayının ortalarında Taleh adlı dostu ona Alik adlı qohumu olduğunu, Alikin tanışı olan Seyidtağı adlı şəxsin «Socar» şirkətində işlədiyini və Seyidtağının istismar müddəti başa çatmış 3 ədəd “X20” və 2 ədəd “Mitsubishi L200” markalı avtomobilləri ucuz qiymətə sata biləcəyini, bunun üçün avtomobilin qiymətindən başqa hər avtomobil üçün Seyidtağıya 1000 manat da pul verilməli olduğunu da bildirmişdir. Talehin sözündən sonra birlikdə Alikin ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub görüşmüşlər. Alik Talehin dediklərini təsdiq etmiş və Alik ona həmin avtomobillərin şəkillərini “whatsapp” ani mesajlaşma sistemində ona göndərmişdir.O,avtomobillərə baxaraq bəyənmiş, bundan sonra Alik ona Seyidtağının ***- ***-**-** və whastapp hesabı olan ***-***-**-** saylı mobil nömrələrini vermiş və xx.xx.2021ci il tarixdə Seyidtağı ilə danışmışdır.Seyıdtağı ona həqiqətən deyilən 5 ədəd avtomobilin hərrac yolu ilə, yəni keçiriləcək tender yolu ilə ucuz qiymətə sata biləcəyini və özünün Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən «Socar» Neft Emalı zavodunda sahə rəisi vəzifəsində işlədiyini bildirmişdir. Bundan əlavə, o,avtomobillərin hansı qiymətə satılacağını Seyidtağıdan soruşduqda, Seyidtağı ona 2003, 2004 və 2005-ci il buraxılışlı “X19” markalı avtomobilləri üçün hər birinin qiyməti 6.500 manat və 2009-cu il buraxılışdı “Mitsubishi L200” markalı avtomobilin birini 10.000 manata və 2013-cü il buraxılışlı “Mitsubishi L200” markalı avtomobilin birini isə 7000 manata sata biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Seyidtağı ona zəng vurararq 3 ədəd “X19” markalı avtomobillərin pulunu, yəni 19.500 manat pulu təcili ona çatdırmağını bildirmişdir. O,19.500 manatı düzəldib 19 iyul 2021-ci il tarixdə, saat təxminən 14 radələrində əmisi oğlu X9 və bibisi oğlu Şahid1 ilə birlikdə Seyidtağının işlədiyi yerin, yəni Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Socar”ın Neft Emalı zavodunun qarşısına gəlmiş və Seyidtağı ilə görüşərək qohumlarının yanında 19.500 manat pulu Seyidtağıya vermişdir.Pulu Seyidtağıya verməzdən əvvəl Aliklə danışmış və Alikin razılığından sonra pulu Seyidtağıya vermişdir. Sonradan Seyidtağı ona zəng edərək digər avtomobillərin də pulu olan 17.000 manatı çatdırmağını bildirmişdir. Seyidtağının sözündən sonra o, həmin pulu düzəldib 21 iyul 2021- ci il tarixdə, saat təxminən 16 radələrində Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində yerləşən Nizami telefon qovşağının yaxınlığında yerləşən istirahət parkında Seyidtağı ilə görüşmüş və 17.000 pulu Seyidtağıya vermişdir. Sonuncu dəfə pulu verən zaman tək olmuşdur. Bundan sonra Seyidtağı ona 10 gün müddətində məsələni həll edəcəyini bildirmiş, təxminən 2021-ci ilin sentyabr ayında Seyidtağı ona 3 nəfər şəxsin şəxsiyyət vəsiqəsini gətirməyini və həmin avtomobilləri gətirəcəyi üç nəfər şəxsin adına rəsmiləşdiriləcəyini bildirmişdir.O, Seyidtağıya özünün, həyat yoldaşı X4 və qohumu X5 şəxsiyyət vəsiqələrinin surətlərini Neolit restoranının qarşısında vermişdir.Lakin sonradan ona “whatsapp”ani mesajlaşma sistemində göndərdiyi sənəddən görünmüşdür ki, Seyidtağı avtomobilləri 5 nəfər şəxsin adına sənədləşdirmək istəmişdir. Seyidtağı isə səbəbini belə izah etmişdir ki, avtomobilləri 3 nəfər şəxsin adına sənədləşdirmək mümkün olmadığından özünün tanıdığı 2 nəfər şəxsi də əlavə etmişdir. Lakin, dediyi vaxtda sözünə əməl etməmiş və bəhanə gətirərək guya rəhbərlikdə dəyişiklik olduğu üçün işlərin uzandığını bildirmişdir. Bir müddət keçdikdən sonra Seyidtağının onu aldatdığını başa düşmüş və pulunu tələb etməyə başlamışdır.Bir dəfə Seyidtağı ona Bank kartının surətini atmış və guya həmin karta pul gələcəyini bildirmişdir. Bundan sonra təxminən 2021-ci ilin noyabr ayında Əlisahib adlı şəxs ona zəng vuraraq Seyidtağının pul göndərdiyini və həmin pulun ona çatacağını bildirmişdir.O, da Əlisahib adlı şəxslə Sumqayıt şəhərində görüşmüş və Əlisahib adlı şəxs Seyidtağının göndərdiyi 5000 manat pulu ona vermişdir. Daha sonra 2000 manat vermişdir. Bundan sonra Seyidtağı qalan pulu verəcəyinə dair yenidən ona söz vermiş, lakin müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulun və ödənilmiş 178.50 dövlət rüsumunun, ümumilikdə 29678,50 (iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat əlli qəpik) manatın alınıb ona verilməsi ilə bağlı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona güya Şahid5 vasitəsilə 17000 manat pul vəsaitinin qaytarılması yalandır, belə bir hal baş verməmişdir. Şahid5 məhkəmə iclasında 17000 manat pul vəsaitinin ona qaytarılması ilə bağlı bildirdikləri yalan olmaqla bərabər yaxın dostu olan iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs məsuliyyətdən kənar qalmasına xıdmət edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında dostu Murad Seyidtağı adlı şəxsin “Socar” şirkətində işlədiyini və Seyidtağının istismar müddəti başa çatmış avtomobilləri hərrac yolu ilə ucuz qiymətə sata biləcəyini bildirmişdir.O, ilkin olaraq Murada inanmamış, lakin Murad Seyidtağının onun özünə avtomobilləri hərrac yolu ilə ucuz qiymətə satdığını bildirmiş, bundan sonra o, Murada inanmışdır. Bir neçə gün sonra o, Murad və Seyidtağı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən məhəllədə görüşmüşlər. O, Seyidtağıdan hansı avtomobillərin olduğunu soruşmuş, Seyidtağı ona otuzdan çox “X19” və “Mitsubishi Pajero” markalı avtomobillərin olduğunu bildirmişdir.O, iki ədəd ağ rəngli, “X19”markalı və bir ədəd “Mitusbishi Pajero” markalı avtomobilləri istədiyini bildirmişdir. Seyidtağı ona hər avtomobilə görə 8000 manat pul alacağını bildirmişdir. Seyidtağı ilə razılaşmış və xx.xx.2020-ci il tarixdə o, Murad və Seyidtağı ünvan 2 ünvanında yerləşən işlədiyi proteinshop.az adlı idman qidaları mağazasında görüşmüşlər.O, görüş zamanı Seyidtağıya ilkin olaraq 9000 manat pul vermiş, Seyidtağı isə A4 formatlı kağıza əllə 9000 manat pulu ondan qəbul etdiyini yazmış və həmin kağızı o, özündə saxlamışdır. Təxminən 20 gün sonra Seyidtağı ona zəng vuraraq əlavə olaraq 500 manat pul istəmiş, o,etiraz etməyərək növbəti gün Seyidtağı ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən dəqiq xatırlamadığı yerdə görüşərək 500 manat pulu Seyidtağıya vermişdir. 2021-ci ilin may ayının əvvəllərində Seyidtağı ona zəng edərək işin gedişatının ləngiməməsi üçün ondan qalan pulları istəmişdir. O, etiraz etməyərək növbəti gün Seyidtağı ilə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən məhəllədə Seyidtağıya 5.500 manat pul vermişdir. Pulu Seyidtağıya verdikdən sonra Seyidtağı ilə danışmış və Seyidtağı hər üç avtomobilin hərrac yolu ilə onun üçün qeyd edilən qiymətə alacağına, bütün bu proseslərin iki-üç həftəyə yekunlaşaçağına dair söz vermişdir.Həmin müddət keçdikdən sonra o, Seyidtağı ilə əlaqə saxlamış lakin gah telefounu bağlı olmuş, gah da edilən zənglərə cavab verməmişdir. Seyidtağıya ona bu işi həll edəcəyi adamın İtaliyada olduğunu, işin qısa müddətə həll edəcəyini bildirmiş, bir neçə gün sonra yenidən Seyidtağı ilə əlaqə saxlamış, lakin Seyidtağı müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmişdir. Təxminən 2022-ci ilin iyul ayında ona məlum olmuşdur, ki,Təqsirləndirilən şəxs törətdiyi digər dələduzluq cinayətinə görə saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Seyidtağı ilə telefonda söhbət əsnasında ona “Socar” şirkətində işlədiyini və istismar müddəti başa çatmış avtomobilləri hərrac yolu ilə ucuz qiymətə sata biləcəyini bildirmişdir. O, Seyidtağıdan hansı avtomobillərin olduğunu soruşmuş, Seyidtağı ona “X19” markalı avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir. O, da bir ədəd qara rəngli, 2004-cü il buraxılışlı “X19” markalı avtomobili istədiyini bildirmişdir. Seyidtağı ilkin olaraq ona həmin avomobili 9000 manata verə biləcəyini bildirsə də, sonradan bu işi 7000 manata həll edəcəyini bildirmişdir.Seyidtağı ilə razılaşmış, Seyidtağı ondan 1.500 manat beh olaraq istəmiş və “whatsapp” ani mesajlaşma sistemində ona Şahid3 adlı şəxsin adına olan **********908782 nömrəli kart göndərmişdir.O, xx.xx.2022-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində yerləşən “Cahan” ticarət mərkəzinin qarşısındakı “million” ödəmə terminalı vasitəsilə Şahid3 adlı şəxsin adına olan **********908782 nömrəli karta 1.500 manat pul göndərmişdir.Pulu qeyd etdiyi karta göndərdikdən sonra Seyidtağı ilə danışmış və Seyidtağı avtomobilin hərrac yolu ilə onun üçün qeyd edilən qiymətə alacağına, bütün bu proseslərin təxminən 10 günə yekunlaşaçağına dair söz vermişdir.Bir müddət sonra Seyidtağı ilə əlaqə saxlamış, lakin telefonu bağlı olmuşdur.Seyidtağıya “whatsapp" ani mesajlaşma sistemi vasitəsilə zəng vurduqda Seyidtağı ona Türkiyə Respublikasına gedəcəyini, orada işləri olduğunu, işin qısa müddətə həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra yenidən Seyidtağı ilə “whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış, lakin Seyidtağı müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmişdir.Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi digər dələduzluq cinayətinə görə saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs və mülki idiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi təqdim edərək ona cinayət nəticəsində ona vurulmuş ziyan olaraq 1500 (min beş yüz) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı iddiasının təmin edilməsi ilə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təqribən iyun-iyul aylarında dostu və Təqsirləndirilən şəxs ona Dövlət Neft şirkətinin həraca çıxarılacaq avtomobillərinin satılması barədə məlumat vermişdir. «X22» və «Mitsubishi L200» markalı avtomobillərin hərraca çıxarılacağını və həmin avtomobillərin hərrac qiymətlərinin 6.500 manat olmasını demişdir. Təqsirləndirilən şəxs özü Neft Emalı zavodunda işlə yir. Təqsirləndirilən şəxs bu söhbətdən təqribən 1-2 gün sonra ona hərraca çıxarılacaq avtomobillərin şəkillərini atmışdir. Həmin zaman tanışı həmkəndlisi Şahid2, Seyidtağının atdığı avtomobillərin şəkillərini Talehə göstərərək avtomobillərin Neft şirkətindən hərraca çıxarılmasını və avtomobillərin hərrac qiymətini yəni, 6500 manat olmasını Talehə bildirmişdir. Bu söhbətdən təqribən 1-2 gün sonra o, Taleh və Yusif ilə birlikdə Seyditağı ilə görüşmək üçün Bakı şəhərinə gəlmiş və Nizami rayonu ərazisində adını dəqiq bilmədiyi çay evində dördü birlikdə oturaraq çay içmişlər. Taleh, Yusif və Seyidtağı avtomobillər barədə söhbət edərək aralarında avtomobillərin hər birinin qiymətini 6500 manata razılığa gəlmişlər. Sonradan Seyidtağı ilə Yusif eşitdiyinə görə bir biri əlaqə saxlamış və Zərərçəkmiş şəxs2 ümumilikdə Seyidtağıya 36.500 manat məbləğində pul vermişdir. Sonradan qeyd olunan avtomobillərin hərraca çıxarılması alınmadığı üçün Taleh və Yusif ona zəng vurmağa başlamışlar. O da Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmalı olmasını bildirmiş, bu söhbət bir neçə ay uzanmağa başlamış və Zərərçəkmiş şəxs2 öz ətrafında olan öz dediyinə görə kriminal aləmin insanlarını ona zəng etdirərək hədə qorxu gəlməyə başlamışlar. O, bu söhbətləri Seyidtağıya bildirərək aldığı pulları geri qaytarmasını bildirmiş, hətta özünün idarə etdiyi Hundai Sonata markalı **-PR-*** nömrə nişanlı avtomobilini sıxışdırdıqlar üçün Taleh və Yusifə vermişdir ki, aparıb avtomobili saxlasınlar, Seyidtağı pulu verdikdə qaytararlar. Təqribən 1 aya yaxın idarə etdiyi avtomobili Şahid2 tərəfindən saxlanılmış, sonradan övladını məktəbə aparmaqda çətinlik çəkdiyi üçün Talehə bildirmiş və avtomobilini ona geri qaytarmışlar.Ona hədə qorxu gələn şəxs özünü ona kriminal aləmin adamı olduğunu və adının coratlı Natiq olmasını bildirmiş və pulun çatdırılmasını əgər pul çatdırmasa onu hədələyərək görüşəcəyini bildirmişdir.Bu söhbətlərdən bir müddət sonra Təqsirləndirilən şəxs ona 5000 manat pul verərək Talehə çatdırılmasını bildirmişdir. O, da həmin pulu tanışı Əlisahib adlı şəxsə Sumqayıta gedəcəyi üçün vermiş və sonradan Talehə zəng etmişdir. Taleh bildirmişdir ki, 5000 manat pul çatmışdır. Bir neçə gün sonra 10.000 manatda Seyidtağı tərəfindən veriləcəkdir. Bu söhbətin üzərindən təqribən 1 ay keçmiş Təqsirləndirilən şəxs onunla Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən MY Avto adlanan avtotəmir sexində yerləşən yeməkxanada 17.000 manat pul verərək Talehlə Yusifə çatdırmağını bildirmişdir. O, həmin zaman Talehə zəng edərək harda olmasını soruşmuş, Taleh həmin zaman ona Bayıl adlanan yerdə Yusiflə birgə olmasını bildirmişdir.O, Talehə görüşmək lazım olduğunu bildirmiş və ona 17.000 manat pul verəcəyini bildirmişdir.Həmin gün saat 20 radələrində Bakı şəhəri Biləcərinin kuruqu adlanan yerin yaxınlığında yerləşən yeməkxanada Taleh və Yusiflə görüşmüş və 17.000 manat pulu Talehə vermişdir. Taleh pulu sayaraq Zərərçəkmiş şəxs2 vermişdir. Talehə bildirmişdir ki, yaxın zamanlarda yerdə qalan məbləğ olan 14.500 manat pulu Seyidtağıdan alıb onlara qaytaracaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixlərdə Seyidtağı ondan qeyd olunan plastik kartı götürərək ona lazım olduğunu bildirmişdir.Seyidtağı əri olduğundan həmin kart vaxt aşırı Seyidtağıda olmuşdur. Seyidtağının sözlərinə görə həmin karta müəyyən məbləğdə pullar göndərilmiş, lakin həmin pulların kim tərəfindən göndərilməsi, təyinatı barədə məlumat verməmişdir. Seyidtağıdan ev üçün bazarlıq etməsini xahiş etdikdə, Seyidağı bildirmişdir ki, karta pullari çıxardıb, həmin pullar iş görülməsi üçün ona verilmişdir. Seyidtağı hansı iş üçün pulları əldə etməsi barədə ona məlumat verməmişdir. X11 RPİ-nin əməkdaşları tərəfindən tutulduqda məlum olmuşdur ki, Seyidtağı bir necə nəfəri aldatmış və adına olan kart vasitəsi ilə pul almışdır. Əri Təqsirləndirilən şəxs kimlərdən hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. O, hec bir məbləğdə kartdan pul çıxararaq Seyidtağıya verməmiş, lazım olduqda kart Seyidtağıda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təqribən iyul aylarında dostu Şahid5 onun işlədiyi Sumqayıt şəhərindəki avtotəmir sexinə gələrək ona 5 ədəd “X19” markalı avtomobili Socar neft şirkətindən hərraca çıxarılan zaman ucuz qiymətə ala biləcəyini bildirdi və avtomobillərin ayrılıqda qiymətlərinin 6-7 min manat olmasını bildirdi. O, həmin zaman dostu Zərərçəkmiş şəxs2 qeyd edilən məsələni ona izah etdi. Zərərçəkmiş şəxs2 dostu Şahid5 mobil nömrəsini verərək aralarında özlərinin danışmağını bildirdi. Bu söhbətdən təqribən 2-3 gün sonra o, Yusifə zəng vuraraq məsələnin nə yerdə olmasını soruşdu və Yusif ona 3 avtomobilin pulunu verdiyini bildirdi. Həmin zaman Şahid5 də ona zəng vuraraq Yusifin avtomobillərinin pulunu verib maşını götürəcəyini bildirdi. Qeyd edilən söhbətlərin üstündən bır müddət keçdikdən sonra o, Alikə zəng edərək avtomobillərin nə vaxt təhvil veriləcəyini soruşdu. Alik ona bayramlara görə işin yuvandığını bildirdi. O, Şahid5 Sumqayıta görüşə dəvət etdi. Alik, o və Yusif birlikdə Yusifın avtomobili ilə Bakı şəhərinə Seyidtağı ilə görüşəyə gəldilər. Seyidtağı Alikin dostu idi və Socardan avtomobilləri hərrəca ucuz qiymətə çıxardan şəxs idi və Yusifdən eşitdiyinə görə avtomobilin pulunu Yusif ona vermişdir. Onlar üçü birlikdə Seyidtağı ilə Nərimanov rayonunda çay evlərinin birində oturdular. Söhbət zamanı Seyidtağı bayrama görə avtomobilləri hərraca çıxartmağın mümkün olmadığını, 2 ədəd “Mitsubishi L200” markalı avtomobilin 9000 (doqquz min) və digərinin 13000 (on üç min) olmasını bildirdi. Həmin avtomobilləri hərrac qiymətlərinin əvvəl 50 faizini sonradan telefonla kimləsə danışdıqdan sonra 70 faizini başdan verilməsini bildirdi. Yusif Seyidtağının dedikləri ilə razılaşdı və onlar çay evindən ayrılaraq getdi. Bu söhbətlərdən 10 gün sonra o, Alikə zəng edərək avtomobillər barədə soruşdu və Alik ona işin düzələcəyini, Socarda yoxlama olduğundan işin gecikdiyini bildirdi. Bundan sonra hər dəfə Alikə zəng ederək məsələnin çox uzandığını bildirdi. Hər dəfə isə Alik müxtəlif sözlər deyərək vaxtı uzadırdı və bir dəfəsində yadında qalmayan tarixdə Şahid5 özünün idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilini avtomobiləri hərracdan çıxanadək onlara verərək saxlamağını təklif etdi və avtomobili onun yaşadığı binanın həyətinə qoydu. Alik 3 gün sonra gəlib özü avtomobilini götürdü. Sonradan dəfələrlə Seyidtağı ilə o, Yusif və Alik görüşərək işin nə yerdə olmasını soruşdu. İşin almmayacağı təqdirdə pulun qaytarılmasını istədi. Bu söhbətlərdən sonra Aliklə Əlisahib adlı tanışları ilə birgə görüşdü. Əlisahib adlı şəxs pulu Seyidtağıdan alıb verəcəyini bildirdi. Təqribən bu görüşdən 1 ay sonra Əlisahib adlı şəxs o və Zərərçəkmiş şəxs2la Sumqayıt dairəsində görüşdü. Əlisahib şəxs 5000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 verərək yerdə qalan pulları qısa müddət ərzində verəcəyini bildirdi. Lakin, bu söhbətdən sonra o və Zərərçəkmiş şəxs2 heç bir ödəniş edilməmişdir. Verilmiş suala cavab olaraq T.Haşımov iş üzrə Şahid5 ifadəsində göstərdiyi hallarla bağlı konkret olaraq “Bakı şəhəri Biləcərinin kuruqu adlanan yerin yaxınlığında yerləşən yeməkxanada Taleh və Yusiflə görüşmüş və 17.000 manat pulu Talehə vermişdir, Taleh pulu sayaraq Zərərçəkmiş şəxs2 vermişdir” ifadəsi ilə bağlı bildirmişdir ki, həqiqətən də qeyd edilən tarixdə və yerdə Şahid5 xahişi ilə Yusiflə birgə onunla görüşmüşlər, lakin bildirildiyi kimi Alik tərəfindən ona 17000 manat pul verilməmişdir. A.Haciyevin onlarla görüşməsində məqsədi mövcud olan borcun qaytarılması üçün əlavə vaxtın istənilməsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs2 ona zəng vuraraq bir nəfər şəxsə pul verməli olduğunu və onun yanında olmağını istədi. O, Yusifin təklifinə etiraz etmədi və Yusif Rəhimlə birlikdə onun Sumqayıt şəhərində yerləşən tikinti materialları mağazasına gəldi. O, onlarla salamlaşaraq avtomobilin arxa oturacağında əyləşdi. Onlar birlikdə Nizami rayonu Heydər Əliyev prospektində yerləşən «Socar»ın Neft Emalı zavodunun inzibati binasının qarşısına gəldi. Yolda olan zaman o Yusifdən məsələnin nədən ibarət olduğunu soruşdu, Yusif ona Seyidtağı adlı şəxsin ona 5 ədəd avtomobilin hərrac yolu ilə, yəni keçiriləcək tender yolu ilə qiymətə sata biləcəyini və ondan bu vədin qarşılığında 36500 (otuz altı min beş yüz) manat pul istədiyini bildirdi. Onlar qeyd etdiyi ünvana çatdı və tanımadığı sonradan adını bidiyi Seyidtağı adlı şəxs avtomobilə yaxınlaşaraq avtomobilin arxa ouracağında, yəni onun yanında əyləşdi. X12 adlı şəxsə pulu verməzdən əvvəl Alik adlı şəxslə danışdı və arxayın olub-olmamasını soruşdu. Yusif telefonda Aliklə danışdıqdan sonra 19500 manat pulu Seyidtağıya verdi. Seyidtağı isə narahat olmamağı avtomobillərin tezliklə satılacağını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, zərərəçkmiş şəxs Zərərçəkmiş şəxs2 və X8 istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (səh. 124-128,129-132). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zamanı diskin içərisində 08 ədəd səs yazısı əks olunmuş, həmin səs yazıları əsk olunan fayl açıldıqda Zərərçəkmiş şəxs2, həmçinin X6 Təqsirləndirilən şəxs və Şahid5 ilə pulun qaytarılması bardə aparılmış danışıqlar müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Ödəmə qəbzinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 02 ədəd «Million» ödəmə terminalına aid ödəniş qəbzlərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 20:11:05-də Bakı şəhəri,Yasamal rayonu,Xarici dairəvi 8, Yasamal Yaşayış sahəsində quraşdırılmış «Million» ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan "xxxx" ACS-nə məxsus 41 ********8782 kart nömrəsinə 3000 manat, xx.xx.2022-ci il tarixdə saat 20:16:40-da isə 2500 manat köçürülməsi müəyyən olunmuşdur (səh. 228). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid3 adına olan "xxxx" ASC-nə məxsus 41 *******8782 saylı «BirKart Umuco» bank kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2002-ci il tarilərdə 13,348.00 manat mədaxil olub, 13,503.14 manat məxaric olunması müəyyən olunmuşdur (səh. 250). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd CD disk, 02 ədəd «Million» ödəmə qəbz və "xxxx" ASC-nin ödəniş kartı üzrə 02 vərəqədə çıxarışlar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə olunmuşdur (səh. 268-279). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİ İ-dən alınmış müvafiq tələbnamədən görünür ki, X7 əvəllər məhkum edilməmişdir (səh. 260-261). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, 24 iyun 2022-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh.107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-353/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 16 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 154-156). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, 02 ədəd «Million» ödəmə qəbz və "xxxx" ASC-nin ödəniş kartı üzrə 02 vərəqədə çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Surxoy oğlu tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulun və ödənilmiş 178.50 manat dövlət rüsumunun, ümumilikdə 29678,50 (iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, SOCAR-nin vəzifəli şəxsi kimi təqdim edən Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında SOCARA aid avtomobillərin tender yolu ilə satmaq məqsədilə etibardan sui-istifadə edərək məndən 36.500 AZN məbləğində pul almış və sonda dələduzluq edərək pulumu mənimsəmişdir.Hazırda qeyd edilən faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işinin baxılması Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.Ümumilikdə vurulmuş 36.500 manat zərərdən Təqsirləndirilən şəxs tərəfindən təxminən 2021-ci ilin oktyabr ayında 5000 manat, 2022-ci ilin avqust ayında isə ailə üzvləri tərəfindən 2000 manat məbləğində pul qaytarılmışdır. Qalan 29.500 manat məbləğində vururlmuş zərər Təqsirləndirilən şəxs tərəfindən bu günə kimi ona qaytarılmamışdır. Bununla əlaqədar olaraq, 29.500 manat məbləğində pulun onun xeyrinə tutulması ilə bağlı Məhkəməyə mülki iddia qaydasında müraciət etmək məcburiyyətindədir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pulun və iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs özünü ona SOCAR-m maşınlarını satan kimi təqdim edib, onu aldadaraq 25 mart 2022-ci ildə 1500 (min beş yüz) manat pulunu ələ keçirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində naxçıvanlı kimi tanıdığı SOCAR-la yaxın əlaqəsi kimi bildiyi Təqsirləndirilən şəxs ona müxtəlif vaxtlarda zəng vuraraq (***-***-**-**; ***-***-**-**) SOCAR-ın “LAND GRUSER” markalı maşınlarının 7500 manata satıldığını bildirdirmişdir və almaq istədiyinin olub olamasını soruşmuşdur. O da almaq istədiyini bildirmiş və həmin məbləği ödəməyə razılaşmışdır. Razılaşmalarına əsasən qabaqcadan 1500 manat pulun ödənilməli (maşının sənədləşməsi üçün), qalan 6000 manatı isə avtomobil təhvil verilərkən ödənilməli idi. Seyidtağı ona həyat yoldaşı Şahid3 KAPİTAL Bank kartının şəklini telefonla ataraq 1500 manatı həmin karta göndərməyimi istədi, o da Naxçıvan şəhərində yerləşən Million elektron ödəmə sistemi vasitəsi ilə pulu qeyd etdiyi bank kartına göndərmişdir. Pulu ödədiyi 25 mart 2022-ci il tarixindən sonra hərdən əlaqə saxlayıb maşını nə vaxt təhvil verəcəyini soruşmuşdur, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək (bu gün sabah deyərək) nə maşını nə də ki, pulunu qaytarmamışdır. Beləliklə də ona 1500 (min beş yüz) manat maddi ziyan vurulmuşdur. Məhkəmə mülki iddiaların dəlillərini cinayət işinin materialları ilə birlikdə araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 vermiş olduğun mülki iddialar tam təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki idianın araşdırılması zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 17000 manat pulun Şahid5 vasitəsilə qaytarılması ilə bağlı gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır.Belə ki, iş üzrə şahid qismində ifadə verən Şahid5 17000 manat pulun Təqsirləndirilən şəxs aldıqdan sonra mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermək məqsədilə Taleh Haşımova verdiyini bildirsə də, məhkəmə iclasında Taleh Haşımov deyilənlərin yalan olduğunu bildirməklə belə bir halın olmasını inkar etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulun və ödənilmiş 178.50 dövlət rüsumunun, ümumilikdə 29678,50 (iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2; 1500 (min beş yüz) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 564/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24.06. 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk, 02 ədəd «Million» ödəmə qəbz və "xxxx" ASC-nin ödəniş kartı üzrə 02 vərəqədə çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu ümumilikdə 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 178.50 manat məbləğində dövlət rüsumu ümumilikdə 29678,50 (iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-71/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-71/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver