Məhkəmə qərarları › İş №1(004)-72/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-72/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-72/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115 saylı qətnaməsi ilə cavabdeh kimi ondan xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiçı İsfaliyeva (Qasımova) Zümrüd Məmməd qızının xeyrinə ödənilməsinin qət edilməsinə və qətnamənin icraya yönəldilməsinə baxmayaraq bu məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilsə də hərəkətlərindən nəticə çıxarmamış, xx xxxxxx 2019-cu il tarixdə həmin Məcəllənin eyni maddəsi ilə eyni hərəkəti törətməsinə görə yenə eyni məhkəmə tərəfindən 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilmiş, tənbehdən sonra ona icra sənədindəki aliment tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla rəsmi qaydada dəfələrlə xəbərdarlıq edilərək vaxt verilsə də məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmiş, nəticədə Zərərçəkmiş şəxs 2019-cu ilin dekabr ayı da daxil olmaqla 5900 (beş min doqquz yüz) manat maddi ziyan vuraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ağa Hüseyn oğlu ittihamın mahiyyətinə dair Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin əlamətləri ilə təqsirləndirlən şəxs qismində dindirilərkən ifadəsində ona elan olunan ittihamda özünü təqsirli bilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115 saylı qətnaməsi ilə qət edilmiş alimenti və toplanmış aliment borcunu işləmədiyindən ödəməyə maddi imkanının olmamasını, ancaq Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində olan evləri plana düşdüyü halda ona ödəniləcək əmlak payından tələbkar Zərərçəkmiş şəxs aliment tələbini ödəyə biləcəyini, məhkəmənin qətnaməsini icra etməməsi ilə bağlı əməlindən peşman olmasını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qətnamə ilə qət edilmiş alimenti və toplanmış aliment borcunu işləmədiyindən ödəməyə maddi imkanının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs xx xxxx 2006-cı il təvəllüdlü Qasımov X2 üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinin qət edilməsini, Təqsirləndirilən şəxs ötən müddət ərzində ona hissə-hissə cəmi 580 (beş yüz səksən) manat miqdarda aliment pulu ödəməsini, 5900 (beş min doqquz yüz) manat aliment borcunun qalmasını, Təqsirləndirilən şəxs qətnaməni qərəzli olaraq icra etməməsini, hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna zərər vurmasını, insanların məhkəmə aktlarına olan inamını azaltmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rübail oğlu ifadəsində hazırda Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiçı İsfaliyeva (Qasımova) Zümrüd Məmməd qızının xeyrinə ödənilməsinin qət edilməsinə dair məhkəmə aktının onun icraatında olmasını, qətnamə üzrə icra hərəkətləri aparsa da, borcu Təqsirləndirilən şəxs tələbi icra etməməsinini, buna görə onun məhkəmə tərəfindən 2016 və 2019-cu illərdə inzibati qaydada həbslə 10-15 gün müddətlərində tənbeh olunmasını, ancaq nəticə çıxarmamasını, ona xəbərdarlıq edilməsinə baxmayaraq aliment borcunu yenə tam ödəməməsini, borclunun tələbkara hissə-hissə cəmi 580 (beş yüz səksən) manat miqdarda aliment pulu ödəməsini, 5900 (beş min doqquz yüz) manat aliment borcunun isə qalmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində Zərərçəkmiş şəxs ilə aralarında yaxşı münasibət olmasını, onun ərindən aliment tələb etməsindən xəbərdar olduğunu, bu barədə dəfələrlə Zərərçəkmiş şəxs onunla söhbət etməsini qeyd etmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan qətimkan tədbiri seçmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-16-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)- 1115/2015 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115/2015 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Cinayət işinin 17-ci vərəqəsində olan Yasamal rayon icra şöbəsinin icraata başlamaq haqqında xx xxxx 2015-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115/2015 saylı icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdarlıq olunmuşdur. Cinayət işinin 18-cı vərəqəsində olan Yasamal rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115/2015 saylı icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuş və Təqsirləndirilən şəxs həmin bildirişi şəxsən qəbul etmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 39-43-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 580 manat pul qəbul etmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(004)-1115/2015 saylı icra sənədinin icra olunması üçün təkrarən ona 10 gün müddət verilmiş, əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırımışdır. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin xx xxxx 1986-cı il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 1990-cı ildə cəzasının sonu ilə azad olunmuşdur; 2) Bakı şəhəri Oktyabr Rayon Xalq Məhkəməsi xx xxxxxx 1991-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 86-1 maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 1991ci il tarixdə Xətai Rayon Xalq Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay 11 (on bir) gün şərti azad edilmişdir; 3) Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi, 143-cü maddənin 4-cü hissəsi, 213-cü maddənin 1-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; 4) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) müddətə il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qərarına əsasən 02 il (iki) 04 (dörd) ay 01 (bir) gün vaxtından əvvəl şərti azad olunmuşdur; 5) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yedd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 102-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə barəsində axtarış elan edilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan yəni Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatlardan və çıxarılmış məhkəmə qərarlarından müəyyən edilir ki, sonuncu izahatlarında icra sənədi üzrə ödənişlər edəcəyinə dair dəfələrlə vəd versə də heç bir vədinə tam əməl etməmiş, 5 il ərzində cəmi 580 manat zərərçəkmiş şəxsə ödəniş etmiş, bundan başqa icra mərhələsində məcburi icra tədbirləri kimi məcburi gətirmə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs xahişi nəzərə alınaraq məhkəmə iclasları dəfələrlə təxirə salınsa da sonuncu yenə də icra sənədini tam icra etməmiş və onun qeyd edilən hərəkətləri nəticəsində zərərçəkmiş şəxs ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun xx xxxxxx 2020-ci il tarixdən 23 yanvar yanvar 2020-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar