Məhkəmə qərarları › İş №1(004)-72/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-72/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-72/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu Vasif Əliyev küçəsi 2, ev 212 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazirda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu ‘Papanin” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üstündə saxlamaqla daşımış və həmin gün saat 18:20-də ünvan 1 ünvanının qarşısında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1.079 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o təxminən 8-9 ildir ki, narkotik vasitə olan heroin qəbul edir və uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. 2014-cü ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 2019-cu ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün bədənində kəskin ağrılar olur və həmin ağrıları kəsmək məqsədi ilə narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində “Papanin” adlanan ərazidə təxminən 40 yaşlarından arıq bir kişidən 20 manat müqabilində bir büküm şəffaf sellofonda 01 qramdan artıq miqdarda narkotik vasitə olan heroin alaraq cins şalvarının sağ yan cibinə qoyub üzü yaşadığı evə istiqamətlənmişdir. Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ilə gedən zaman 2 nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edərək onu PŞ-nə dəvət etmişlər və o polis əməkdaşının qanun tələbinə tabe olaraq onlarla 29-cu polis şöbəsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etməyi təklif olunmuşdur. O əynindəki göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd içərisində heroin olan şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni özü istifadə etmək üçün Bakı şəhəri “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2020ci ilin sonunadək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə ondan və onun keçmiş iş yoldaşı olan Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid2 ibarət əməliyyat qurupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:20də ünvan 2 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Elşən buna etiraz etmədikdən sonra onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün şöbənin baş təhqiqatçısı vəzifəsində işləyən Samir Balakişiyevə təhvil vermişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxsə təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Elşən buna cavab olaraq əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə heroinə bənzər maddəni könüllü çıxarıb masanın üzərinə qoyaraq, həmin narkotik maddəni həmin gün saat 17 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin büküm açılaraq iştirakçılara nümayiş etdirilmişdir. Bükümün içərisinə baxdıqda orada açıq qəhvəyi rəngli kəskin iyli toz şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bu zaman iştirakçıların və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Vasif Əliyev küçəsi 2, ev 212-də qeydiyyatda olmaqla ailə üzvləri olan oğlu Təqsirləndirilən şəxs və həyat yoldaşı X2 ilə birlikdə yaşayır. Oğlu Elşən 2014-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa azad edildikdən sonra yenidən narkotik vasitələrin aludəçisi olduğundan 2019-cu ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib qurtardıqdfan sonra 2020-ci ilin fevral ayında azad edilmişdir. O, heç bir yerdə işləməmişdir. Oğlunun narkotik vasitələrdən istifadə etdiyi üçün saxlanıldığı barədə xx xxxxxxxx 2020-ci il tarixdə şəxsi tanışları tərəfindən telefon vasitəsilə məlumatlandırılmışdır. Oğlunun yaşadığı evdə narkotik vasitə saxlamasının və həmin narkotik vasitələrdən evdə istifadə etməsinin şahidi olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 108-111-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o Yasamal rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə müvəkkili vəzifəsində işləyir. 1990-cu ildən DİO-da xidmət edir, hazırda tutduğu sahə rəisi vəzifəsində isə 2009-cu il ildən xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə daxil olmuş məlumata əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Buna görə də baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə o da əməliyyat qrupuna daxil edilmişdir. Şahid1 ilə birlikdə məlumat əsasında həmin gün saat 18:20 radələrində ünvan 2 nömrəli ünvanın qarşısına gəlmişdir. Onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs 29-cu Polis Şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün şöbənin baş təhqiqatçı X3 təhvil vermişlər. X4 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə qərarı ilə tanış edilmiş, daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitənin, digər əşyalar və sənədlər olub-olmaması, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə heroinə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmişdir, bükümün içərisinə baxdıqda büküm içərisində açıq qəhvəyi rəngli kəskin iyli toz şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. O, həmin heroinin özünə məxsus olmasını, özü qəbul etmək məqsədilə 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə protokol iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bu zaman iştirakçıların və müdafiəçini iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İfadəsinə onu da əlavə edmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən iştirakçılar da təsdiq edə bilərlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təkif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan büküm təqdim etmişdir. Sellofan büküm açılan zaman içərisində bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş vəziyyətdə olan açıq sarı rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdə olan maddəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən almasını, sonradan istifadə etmək etmək üçün üzərində saxlamaqla daşıdığını, xx.xx.2020-ci il tarixdə saat 18:20 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, D,Bünyadzadə küçəsi 113 ünvanının qarşısında saxlanılmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitələr olan bir ədəd sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (iş v.35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1773 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №169” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.079 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təqdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. (iş v. 46-48) “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “CD-R” diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, 1 (bir) ədəd sellofan bükümdə olan maddəni çıxararaq təqdim etmiş və içərisində heroin olduğunu bildirmişdir. ( i.v. 62) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 nəticələrinə dair xx xxxxxx 2020-ci il tarixli 3065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 145-146) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1.079 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.029 qram heroinin istintaqın gedişində maddi sübut kimi tanınmış və məhkəmənin hökmünədək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin özündə əks olunduğu üzərində 80 min. 700 MB, 52 x vites, Verbatim qeydli 1 ədəd SD-R modelli disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokol, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1773 nömrəli ekspert rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3065 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir. (i.v 151-160) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.079 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 23) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(004)-534/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır; (i.v. 91-93) İş materiallarında olan 56 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 212 aylı ünvanda qeydiyyatdadır. Azərbaycanlıdır. Azərbaycan Respublikası vətəndaşıdır. Təqsirləndirilən şəxs haqqında 56 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. (i.v. 123) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əsgərov X5 Rayon Məhkəməsinin xx xxxxx 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il müddətinə, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 105-106) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-177/2014 saylı xx xxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən əməli törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. (i.v 125-129) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-264/2019 saylı xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 136-144) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-264/2019 saylı xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2020-cu il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.029 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 oğluna və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X12 oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-in 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 1.029 qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar