Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-72/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi,texniki cəhətdən saz vəziyyətdə olan, Şahid7 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda Bakı şəhəri, Yasamal rayonu,Ə.Cəmil küçəsi ilə saatda 80 km/saat sürətlə üzü H.Məcidov küçəsi istiqamətində hərəkətdə olarkən Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin,yəni svetoforun qırmızı işığında yolayrıcına avtomobili daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməli,həmçinin həmin Qanununun 83-cü maddəsinin 3-cü hissəsinin,yəni nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində sol tərəfdən hərəkətdə olan «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə vurub həmin avtomaşının sərnişini Zərərçəkmiş şəxs C 7 (boyun) fəqərəsi yan çıxıntısıının, TH2, TH3, TH3(döş) fəqərə cisimlərinin sınıqları, sol diz oynağının sıyrığı, sağ bayır topuğun şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və elə həmin vaxtdan da avtomaşın idarə edir.xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi, atası Şahid7 məxsus qara rəngli,«Subaru» markalı,«Forester» modelli,** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək yaşadığı evdən çıxıb azyaşlı qızına dərman almaq məqsədi ilə aptekə getmişdir.Dərman alıb geri qayıdarkən DYP əməkdaşları idarə etdikləri avtomaşınla onun idarə etdiyi avtomaışını saxlamağını tələb etmişlər.O isə üstündə sürücülük vəsiqəsi olmadığı üçün polis əməkdaşlarının saxla əmrinə tabe olmayıb onlardan qaçmaq məqsədi ilə tək olduğu avtomaşını saatda təxminən 80 km/saat sürətlə Ə.Cəmil küçəsi ilə H.Məcidov küçəsi istiqamətinə idarə etmişdir.H.Məcidov və Ə.Cəmil küçələrinn kəsişməsində svetaforun qırmızı işığının yandığını görməyib yol ayrcısına daxil olmuş və bu zaman ani olaraq qəflətən soldan hərəkətdə olan «Toyota Camry» markalı avtomaşınla toqquşmuşdur. Toqquşma zamanı onun avtomaşınının qabaq tərəfi digər avtomaşının orta hissəsinə çırpılmışdır. «Toyota Camry» markalı avtomaşından bir-neçə nəfər şəxs yerə düşmüş,o isə tez qaçaraq uşağına aldığı dərmanı hadisə yerindən 30 metr aralıda yerləşən dükana verərək sonradan həmin avtomaşına tərəf getmiş və orada olan sərnişinlərin sağ olduğunu görmüşdür.Bundan sonra polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçmək üçün həkim müayinəsinə aparmışlar.Hadisədən sonra isə onu 28-ci PB-nə aparmışlar və orada o hadisə barədə izahat vermişdir.Bir neçə gün sonra o «Mərkəz» vəkil bürosunun vəkili X4 ilə müqavilə bağlamışdır.Mehman müəllim ona demişdir ki, «heç bir problem yoxdur,narahat olma, mən bütün məsələləri özüm həll edəcəm».O da vəkilin sözünə inanmış və onun dediyi kimi atası ilə birgə bir neçə dəfə Yasamal polisinə poçtdan teleqram vurmuşlar. Hətta istifadəsində olan ***-***-**-** mobil telefon nömrəmə bir neçə dəfə ***-***-**-** nömrəsindən zənglər gəlsə də, o polis nömrəsi olduğu üçün zənglərə cavab verməmişdir. Buna səbəb isə vəkili Mehman Abbasovun «heç yerə getmək lazım deyil, mən özüm bütün məsələləri həll edəcəm» deməsi olmuşdur. O da vəkilinin dediyi kimi etmişdir. Onun barəsində axtarış olduğunu bildikdən dərhal artıq vəkili Mehman Abbasova demədən özü könüllü olaraq Yasamal rayon polis idarəsinə gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş saat 00:55 dəqiqə,xx.xx.2022-ci il tarixli 2/15320 №-li «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından onun «sərxoş» olmağı, həmçinin saat 03:55 dəqiqə, xx.xx.2022-ci il tarixli 1/2051 №-li «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından onun sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixatrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı aşkar olunması ilə əlaqədar bildirir ki, o, hadisədən əvvəl «Bizon» enerji içkisi qəbul etmişdir.Ola bilər ekspert onu spirtli içki və narkotik kimi qəbul etmişdir. “Yol hərəkəti Haqqında” Qanunun müvafiq qaydaları pozulmasının səbəbi isə uşağının yüksək qızdırması olması üçün təcili evə dərman çatdırılması olmuşdur.Onun idarə etdiyi avtomaşını polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq saxlamamasının səbəbi üzərində sürücülük vəsiqəsinin olmaması olmuşdur. Hadisə ani anda baş verdiyindən toqquşduğu avtomaşınla aralarında nə qədər məsafə olduğunu deyə bilmir. Hadisə zamanı təhlükənin qaşısının alınması üçün ayağını əyləcə basmış,lakin avtomobili saxlaya bilməmiş və bu an toqquşma baş vermişdir. Avtomaşında ondan başqa heç kim olmamış və avtomaşını 80 km/saat sürətlə idarə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk məhkumluğunu, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 24 radələrində tanışları Vüqar, Mir Kamil və qardaşı Vüsal ilə birgə Yasamal rayonunda yerləşən «Renessans Palas» yaşayış binasının qarşısında görüşmüşlər. Mir Kamil onları yaşadıqları evə aparmaq üçün Mirkamilə məxsus Toyota Camry markalı 90 00 039 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər.O avtomobildə arxa sol oturacaqda,onun sağ tərəfində dostu Vüqar,qabaq sərnişin oturacağında isə qardaşı Vüsal əyləşmişlər.Mir Kamil idarə etdiyi avtomobil ilə Z. Xəlilov küçəsində hərəkətə başlayıb üzü H.Məcidov küçəsi istiqamətində getmişdir.H. Məcidov küçəsini yolu sağ tərəfə doğru dönüb üzü Avropa məktəbi istiqamətində getmişlər.Avtomobil ilə hərəkətlərini davam etdirib H. Məcidov küçəsi ilə Ə. Cəmil küçəsinin kəsişməsinə çatmışlar.H. Məcidov küçəsi ilə Ə. Cəmil küçəsinin kəsişməsinə çatıb svetaforun yaşıl işiğı yandığından Mir Kamil hərəkətini davam etdirib küçələrin kəsişməsini düzünə keçən zaman avtomobilin sağ yan tərəfindən Subaru markalı avtomobil ön tərəfi ilə vurmuşdur.Zərbənin təsirindən əyləşdikləri Toyota markalı avtomobil sürüşüb yolun sol tərəfində dayanmış tikiliyə dəyib dayanmışdır. Zərbənin təsirindən o və avtomobildə olan digər sərnişinlər xəsarət almışdır. Onlar avtomobildən yerə düşmüşlər və xəsarət aldıqları üçün xəstəxanaya getmişlər. Bundan sonra xəbər tutmuşdur ki hadisəni törədən Təqsirləndirilən şəxs olmuşdur. Hazırda onunla barışmamışdır və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə,saat 24 radələrində Yasamal rayonunda yerləşən «Renessans Palas» yaşayış binasının qarşısında tanışları Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 ilə görüşmüşdür. Tanışlarını yaşadıqları evə aparmaq üçün onun avtomobilinə əyləşmələrini təklif etmişdir. Vüsal avtomobildə ön oturacaqda,arxa sol oturacaqda Elşən, sağ tərəfdə isə Vüqar əyləşmişdi. O idarə etdiyi Toyota Camry markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobili ilə Z.Xəlilov küçəsi ilə hərəkətə başlayıb üzü H.Məcidov küçəsi istiqamətində getmişdir. H.Məcidov küçəsini yolu sağ tərəfə doğru dönüb üzü Avropa məktəbi istiqamətində getmişdir. Avtomobili ilə hərəkətini davam etdirib H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsinə çatmışdır. H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsinə çatmış, svetaforun yaşıl işığı yandığından hərəkətini davam etdirib küçələrin kəsişməsini düzünə keçən zaman avtomobilinin sağ yan tərəfindən Subaru markalı avtomobil ön tərəfi ilə vurmuşdur.Zərbənin təsirindən idarə etdiyi Toyota Camry markalı avtomobil sürüşüb yolun sol tərəfində dayanmış avtoyuma məntəqəsinə dəyib dayanmışdır. Zərbənin təsirindən o və avtomobilində olan sərnişinlər xəsarət almışlar. O avtomobilindən yerə düşmüşdür. Hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri gəlib tanışlarını xəstəxanaya aparmışdır. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlib araşdırma aparmışlar.O, spirtli içki, narkotik vasitə və yaxud psixotrop maddə qəbul etməmişdir.Subaru markalı avtomobili toqquşma anında görmüşdür.Hadisə zamanı idarə etdiyi avtomobilin sürəti təxminən 40 km/saat olmuşdur.Hadisə zamanı o, ayaq nahiyəsindən xəsarət almışdır, ona məxsus avtomobil isə yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 və zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır.O Yasamal rayonu,H.Məcidov küçəsində yerləşən avtoyuma və təmir məntəqəsini işlədir.Həmin avtoyuma və təmir məntəqəsi Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-ci il tarixli 605 sayılı sərəncama əsasən mülkiyyətinə qəbul etmişdir.xx.xx.2022-ci il tarixdə saat 01 radələrində işlətdiyi avtomobil təmiri məntəqəsinin yanında yerləşən obyektin sahibi ona zəng edərək,yolnəqliyyat hadisəsinin baş verdiyini və hadisə nəticəsində ona məxsus avtomobil təmiri məntəqəsinə maddi ziyan dəyməsini bildirmişdir.O yaşadığı evdən çıxaraq H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən avtomobil təmiri məntəqəsinə gəlmiş,bu zaman görmüşdür ki,Toyota Camry markalı avtomobilin avtomobil təmiri məntəqəsinə dəyməsi səbəbindən, avtomobil təmiri məntəqəsinin giriş hissəsininin dəmir jalüzü,pəncərənin alt hissəsinin daşı, plastik qapısı, daş dirəyi, habelə dam örtüyü zədələnmişdir. Hadisə zamanı təxmini ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Yasamal RPİ-nin DYP-nin baş inspektoru, polis baş leytenantı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində 237 çağırışlı,** YP ***,KİA-Sportec markalı DYP avtomaşını ilə xidmət yoldaşı polis baş serjantı, DYP inspektoru Şahid6 ilə birgə Yasamal rayonu,H.Cavid prospektində üzü Avropa məktəbi istiqamətində xidmətdə olarkən idarə etdiyi avtomaşını sağ tərəfdən «Subaru» markalı,** MT *** d.n.n-lı avtomaşının sürücüsünün sürətlə hərəkət edərək H.Cavad küçəsi ilə Haqverdiyev küçəsinin kəsişməsindən sola dönüb üzü Musabəyov parkı istiqamətinə doğru hərəkət edərək svetaforun yaşıl işıığında avtomaşını sağa Ə.Cəmil küçəsi istiqamətinə hərəkət etdirib sürətlə hərəkətini davam etdirib sağa məhlələrin arasına daxil olduğunu görmüşlər.Həmin vaxt onlar həmin avtomaşını artıq görə bilməyib təqibi dayandırmışlar.Bir qədər sonra həmin avtomaşının Ə.Cəmil küçəsi ilə B.B.Məcidov küçəsi istiqamətinə hərəkət etdiyini görərək onun arxasınca hərəkətlərini davam etdirmişlər.Artıq B.Məcidov və Ə.Camal küçələrinin kəsişməsində həmin avtomaşının «Toyota Camri» markalı, 90-00-039 d.n.n-lı avtomaşınla toqquşduğunu görmüşlər. Hadisədən dərhal sonra “Subaru” avtomobilin sürücüsü sükan arxasından çıxaraq qaça qaça küçənin əks istiqamətinə yuxarıya qaçdığının şahidi oldular. Bir neçə dəqiqədən sonra həmin istiqamətdə olan Postpatrul xidmətinin əməkdaşları ilə birlikdə sürücü sonradan adı məlum olan Təqsirləndirilən şəxs hadisə yerinə qayıtdı. Onlar dərhal avtomaşından yerə düşüb hər iki avtomaşına yaxınlaşmışlar.Bu zaman Toyotada olan şəxslərin xəsarət aldığını görmüşlər.O dərhal efir vasitəsi ilə baş vermiş yol nəqliyyat hadisəsi barədə idarənin növbətçi hissəsinə məlumat vermiş və onlara bildirilmişdir ki,araşdırma aparacaq təhqiqatçı hadisə yerinə yaxınlaşacaq. Onlar da əməliyyat qrupunun hadisə yerinə gələnə qədər hadisə yerini mühafizə etmişlər. Bir neçə dəqiqə sonra oraya əməliyyat qrupu gəlmişdir. Daha sonra isə onlar ** MT *** d.n.n-lı avtomaşının sürücüsünü sərxoşluq dərəcəsini müəyyən etmək üçün həkim müayinəsinə aparmışlar.Orada məlum olmuşdur ki,sürücü Təqsirləndirilən şəxs sərxoşdur.Daha sonra isə sürücü Təqsirləndirilən şəxs davranışında onun narkotik təsiri altında olmasında şübhələndikləri üçün onu narkoiik müayinəsindən keçirmək üçün Maştağa qəsəbəsində yerləşən «narkoloji dispanserə» aparmışlar.Orada da həkim müayinəsindən sonra məlum olmuşdur ki,Təqsirləndirilən şəxs narkotik qəbul edərək avtomaşını idarə edib.Bundan sonra həmin sürücünü gətirib Yasamal RPİ-də təhqiqatçıya təhvil vermişlər.Əlavə suala cavab olaraq, Şahid5 qeyd etdi ki,qəza zamanı ** MT *** d.n.n-lı,Subaru markalı avtomaşında sürücü tək olmuşudr,«Toyrota Cameri» markalı, 90- 00-039 d.n.n-lı avtomaşında isə sürücü də daxil olmaqla dörd nəfər şəxs olmuşdur.** MT *** d.n.n-lı, Subaru markalı avtomaşının sürücüsü Yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozduğu üçün onlar onu saxlayıb sərxoş olub-olmamasını yoxlamaq üçün həkim müayinəsindən keçirməkdən ötrü saxla işarəsi vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 iş üzrə şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə,saat təxminən 00:30 radələrində oğlu Təqsirləndirilən şəxs onun tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etdiyi,ona məxsus Subaru markalı,**- MT-*** d.n.n.-lı avtomobillə Bakı şəhəri, Yasamal rayonu,H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yol ayrıcını svetaforun qırmızı işığında keçmiş və nəticədə avtomobilin ön tərəfi ilə Toyota Camry markalı avtomobili vurmuşdur.Zərbənin təsirindən Toyota Camry markalı avtomobildə olan sərnişinlər xəsarət almış və avtomaşınlara zərər dəymişdir.Hadisə yerinə polis əməkdaşları gəlib araşdırma aparmışlar. Ona məxsus Subaru markalı, **-MT-*** d.n.n.-lı avtomaşına dəymiş maddi zərərlə əlaqədar oğlu Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə ki, onlar bir ailədirlər. Ona görə də, şikayətinin olmamasını nəzərə alaraq istintaqı aparılan cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmasından imtina etmişdir. Əlavə olaraq Şahid7 bildirdi ki, oğlu Anarın törətdiyi hadisə ilə bağlı zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs ilə bir neçə dəfə görüşüb ona dəymiş ziyanı qarşılamaq istəmiş, lakin sonuncu bundan imtina etmişdir. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Bakı şəhəri Yasamal RPİ-nə gəlmiş və o, Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 222-224-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 225-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 11-18-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ə.Cəmil küçəsi ilə H.Məcidov küçələrinin kəsişməsidir. Hadisə yeri düz, quru və hamar vəziyyətdə olmaqla asfalt-beton örtüklüdür, yaşayış məntəqəsidir və icazə verilən maksimum hərəkət surəti 60 km/saatdır. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixdə, saat 00:55 dəqiqədə tərtib edilmiş 2/15320 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə baş verən zamanı sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən 0,310 promilli spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətədə olmuşdur. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixdə, saat 03:50 dəqiqədə tərtib edilmiş 1/2051 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müainə aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində AMP və MET psixatrop maddənirn tərkibi aşkar edilmiş və avtomobili idarə edərkən narkotik vasitələrin, psixatrop maddələrin və digər güclü təsir edən maddələrdən istifadə etməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixdə, saat 11:26 dəqiqədə «Med Servis» özəl tibb mərkəzində aparılan tibbi müyaindən sonra tərtib edilimş məktubdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində zəif pozitiv amphetamin aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 64-67-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 462 nömrəli rəyində göstərilmişdir ki,1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-C 7 (boyun) fəqərəsi yan çıxıntısıının, TH2, TH3, TH3(döş) fəqərə cisimlərinin sınıqları, sol diz oynağının sıyrığı, sağ bayır topuğun şişkinliyi küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 68-71-ci vərəqələrində olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 26 may 2022-ci il tarixli 8/1317 nömrəli rəyinin nəticəsindən görünür ki, “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 31-36-ci vərəqələrində olan təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli T 417/2022 nömrəli rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- Vİİ boyun fəqərəsinin yan çıxıntısıının, İİ-İV döş fəqərə cisimlərinin sınıqları,sol diz oynağının sıyrığı,sağ bayır topuğun şişkinliyi-küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Qeyd olunan sümük-travmatik dəyişikliklər xüsusi klinik əlamətlərlə müşayiət olunmadığı hallarda bunların aşkar edilməsi müddətindən asılı olmayaraq KT, MRT və rentgen müayinələri zamanı aşkar oluna bilərlər.Ədəbiyyatda olan iməlumatlara əsasən sınıq ətrafında sümük döyəənəyi 3-4 həftədən sonra görünməyə başlayır. Vətəndaş Zərərçəkmiş şəxs adına Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» phş-in Yasamal rayon şöbəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 462 saylı rəyin nəticəsi təsviri hissəyə uyğundur. Cinayət işinin 2-ci cild 152-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli,016-104069-1222 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 303472 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onnu sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məllumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cild 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5140 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Musayev X2 xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 50-60-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Toyota Camry» markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı və “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər və 02 (iki) ədəd CD disk maddi sübut kimi tanınmış, avtomobillər sahiblərinə qaytarılmış, 02 (iki) ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 311882 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə S.F.Kərimzadə arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” də nikah bağlanmışdır. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 925784 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan 24 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə olan görüntü 11 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Baltazar İnşaat" tikinti materialları satışı mağazasının qarşısına quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə əks edilmişdir. Diskə baxış keçirərkən müəyyən edilmişdir ki, həmin «CD» diskdə bir ədəd video fayl yerləşir.Video müşahidə kamerasının görüntüsünü açdıqda, görüntünün sağ üst tərəfində tarix və saat əks edilmişdir. Tarix xx.xx.2022-ci il, saat 00:32:47-dan 00:36:30-dək olmaqla videofaylda görüntü ümumilikdə 03 dəqiqə 43 saniyə müddətdən ibarətdir. Görüntünün baxış zamanı H.Məcidov küçəsində yolun sağ tərərfində "Renessans Park" yaşayış binasının qarşısına quraşdırılmış işıqforun yaşıl işığının yanması görünür.Görüntünün 38 saniyəsində qara rəngli avtomobilin "Baltazar İnşaat" tikinti materialları satışı mağazasının yerləşdiyi küçənin qarşısından hərəkət edərək H.Məcidov küçəsi ilə üzü Mətbuat prospekti tərəfdən H.Cavid prospekti istiqamətində hərəkətdə olduğu,görüntünün saat 00:33:36 saniyəsində, yəni 39 saniyədə svetaforun yaşıl işığında Ə.Cəmil küçəsi ilə H.Məcidov küçəsinin kəsişməsinə daxil olan zaman Bakı Dövlət Universiteti tərəfdən Yasamal parkı tərəfə Ə.Cəmil küçəsi ilə hərəkətdə olan qara rəngli avtomobilin ön tərəfi ilə H.Məcidov küçəsində hərəkətdə olan avtomobilin orta hissəsindən vurması nəticəsində həmin avtomobilin sürüşərək yolun kənarında yerləşən tikiliyə dəyib dayanması əks olunmuşdur.Baxış zamanı Şahid1 H.Məcidov küçəsi ilə hərəkətdə olan qara rəngli avtomobilin onun idarə etdiyi Toyota Camry markalı ******* dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün özü olduğunu bildirmişdir.Bundan başqa kamera görüntülərində iş üçün əhəmiyyət kəsb edən başqa məlumatlar aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli, sonuncunun 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “Toyota Camry» markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı və “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə və 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə ibtidai istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “Toyota Camry» markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı və “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-72/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-72/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver