Məhkəmə qərarları › İş №1(004)-72/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-72/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-72/2025 16.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsəd olmadan qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 11,52 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasilə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış. xx.xx.2024-cü il tarixdə, saat 16:45də Yasamal rayon polis İdarəsinin 29-cu polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28a ünvanında yaşadığı evinin qarşısında küçədə tək halda olarkən saxlanılmış, Yasamal rayon polis İdarəsinin 29-cu polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Winiston” markalı siqaret qutusunda, xeyli miqdarda, təmiz çəkisi 11,52 qram çəkidə, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evdə olmuşdur. Onu gəlib, evinin içindən aparıblar. Onun üstündən narkotik tutmayıblar. Düzdü bölməyə aparıblar, orada razılaşmışdır. Fikirləşdi ki, bir dəfə də üstünə götürüb gedər. Əziyyətini çəkər, qoy əl çəksinlər ondan. O, özü evdə olmuşdur. Yoldaşı ilə aralarında anlaşmazlıq olub. Məhkəmədən xahişi olacaq ki, 102 xidmətinə onlardan, ya qonşulardan kim zəng edibsə, araşdırılsın. 102 xidmətindən gələnlər girdilər həyətinə, ondan sənəd istəyiblər, o da onlardan çıxmasını xahiş etdi. Amma çıxmadılar. Aralarında mübahisə yarandı, sonra onu zorla maşına otuzdurub aparıblar bölməyə. Maşında döyüblər də, söyüblər də. Yolda ona dedilər ki, narahat olma səni buraxacağıq, onsuz da ailə mübahisəsidir. Orada onu aldatdılar. Cibinə narkotik qoydular. Cibinə narkotiki məhkəməyə gələcək olanlar qoyublar. Razılaşmayıb nə edə bilərdi ki. Dedilər ki, ondan çıxıb, onun üstündədi. Sonradan başa düşdü ki, səhv etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç yerə narkotikin onda olmaması ilə bağlı şikayət etmədi, amma sübutu var ki, ya evindən, ya qonşulardan polisə zəng olunub. O, gücsüz bir adamdır, etiraz etsəydi, yenə tutacaqdılar. Yoldaşı ilə aralarında söz-söhbət olmuşdu. Bilmir yoldaşı zəng edib, qaynana zəng edib, yoxsa qaynata zəng edib. 102 xidmətindən onu aparmışdılar. Ailəsi 29-cu polis şöbəsinə yaxınlaşmışdı. Onlara deyiblər ki, narahat olmayın, ailə münaqişəsidi. Sonra üstünə narkotik qoyub, prokurorluğa göndəriblər. Onun günahı yoxdu. Polis bölməsinə gətirilərkən üzərində narkotik olmayıb. Şikayət eləseydi, yenə aparıb yükləyəcəklər. Polislər gələndə qapını döymədilər, birbaşa qapını açıb girdilər içəri. Həyətdə yoldaşı ilə söhbət edirdi, uşaqları da divanda oturmuşdu. Qapını döymədən xəbərsiz filansız giriblər içəri. Ad soyadını soruşub, sənəd istədilər. O vaxt başa düşdü ki, kimsə polisə xəbər verib. Şəxsiyyət vəsiqəni göstərdikdən sonra xahiş etdi ki, bayıra çıxsınlar. Bunlar çıxmadı. Elə dərəcəyə gətirib çıxartdılar ki, o, başladı bunlarla sözlə mübahisə eləməyə. Sonra onu məcbur həyətə çıxartdılar, otuzdurdular post patrul maşınına. Həyətdən zorla çıxartdılar. Ona qarşı təzyiq olmuşdur. Onsuz da polisə aparanda sakit aparmırlar. Döyürlər və söyürlər. Aparanda üzərində narkotik vasitə olmayıb. Əvvəllər də məhkum olunmuşdur. Hadisə baş verəndən 5-6 ay əvvəl çıxmışdı cəzaçəkmə müəssisəsindən. Bu 5-6 ay ərzində narkotik vasitəni arada istifadə edirdi. Xeyr, həmin hadisə olan müddətdə üzərində narkotik vasitə olmamışdır. Yüngül narkotik vasitələrdən istifadə edir. Nəşə qəbul edir. Üçüncü qrup əlildir, psixotrop maddələr atır. Xeyr, metadon qəbul etmir. Ayın 4-ü tutulmuş, ayın 6-ı buraxılmışdır. Artıq bezmişdir, yorulmuşdur. Ona görə hər şeyi imzalamışdır. Heç kim inanmır ona. O, istifadəçidir. Üstündə gəzdirmir. Qanun necə qanundur ki, onu evdən aparırlar, sonra da cibinə qoyurlar. 4 iyuldan tutulub, 6 iyulda buraxılmışdır. Yəni ordan çıxdı, elə yarım saat keçmiş pal-paltarını yığdı. Getdi reabilitasiya mərkəzinə. Reabilitasiya mərkəzinə də heç nə bildirməmiş bu hadisələrlə bağlı. Bir az soyuq yanaşmışdır. Ona görə soyuq yanaşmışdır ki, hakimin qabağına çıxmağı gözləyirdi. Sözünü hakimə deməyi fikirləşirdi. 3-cü dəfədir ki, onu evdən götürüb aparırlar. 5 ildir ki, bu qaydada əziyyət çəkir. Danışmağının xeyri olmur. Çıxır, çıxan kimi basıb maşına aparırlar. 3 ay – 5 ay sürünür. Ona görə danışa da bilmir, şikayət də edə bilmir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə o, müraciət etməmiş, amma edən edib. Daha sonra məhkəmə istintaqı zamanı əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 bölmədə görmüş, həmin şəxs onun həyətinə girməyib. Onun qapısına gələn post patrul idi, 2 dənə serjant, bir dənə də şəxs. Narkotiki bölmədə veriblər. Emil da orada iştirak eləmişdir, təzyiq altında olmuşdur. Hər şey yadında qalmayıb, maşında da döyüblər, bölmədə də döyüblər. Otaqda Emil də döyüb. Xəsarətlər var idi, ekspertiza keçirildi. Orada qeyd elədi ki, yıxılmışdır. Videonu isə qonşular çəkib. Məhkəmə başlayanda anası dedi ki, onun telefonuna videolar atıblar. Onu necə aparmaqları ilə bağlı. O, da dedi ki, o videoları çıxardın, məhkəməyə təqdim edəcək. Əvvəlki ifadəsində qeyd etdiyi ki, o, döyülmüşdür. Həm maşında, həm bölmədə. Ona xəsarətləri hazırkı şahidlər Şahid1 və Şahid2 yetirmişdir. Emil hadisə yerinə ümumiyyətlə gəlməyib. Ekspertiza Respublikanski xəstəxanada oldu. MSY xəsarətlərə görə qəbul etmədiyi üçün aparmışdılar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi yayda saxlamışlar. Üzərindən marixuana çıxmışdı. Üstündən 4-5 ay keçdiyindən ətraflı danışa bilməyəcək. Amma istintaq ifadəsini təsdiq edir. Əvvəllər bu şəxsi tanımırdı. Hər hansı qəsdi qərəzi yoxdur. Şəxsi küçədə tutmuşlar. Onlar şəxsin cibinə narkotik qoymamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, şəxs barəsində marixuana istifadə etməsi ilə bağlı əməliyyat məlumatı olmuşdur. Qərar qəbul edilmişdi rəhbərlik tərəfindən, məruzə olunmuşdu. Əməliyyat-axtarış tədbirlərinin görülməsi barədə qərarı özü qəbul etmişdir. Baş əməliyyat müvəkkili olaraq raportla müraciət etmişdir. Rəhbərlik göstəriş verir, onlar icra edirlər. Yazıpozu tərəfini dəqiq bilmir. Şəxsin üzərində axtarış keçiriləndə iştirak etmişdir. Narkotik siqaret qutusunun içindən çıxmışdı. Markası yadında deyil. Şəxsə təzyiq olmayıb, heç kim döyməyib. Bölmədə heç kim şəxsə narkotik verməyib. O, orada əməliyyat yerində şəxs tutulan zaman olmuşdur. Xeyr, əməliyyata şəxsən özü getmişdir. Post patrul şəxsi gətirərək sonradan sənədləşməni onun etməyi kimi bir hadisə olmayıb. O, həmin vaxtı ora gedəndə bölməyə təzə təyin olunmuşdur. Ərazi cəhətdən, küçə cəhətdən oraları yaxşı tanımırdı. Üzərindən 3 aydan çox vaxt keçib. Ona görə oradakı mənzərəni təsvir edə bilmir. İfadəsində yazılanları təsdiq edir. Ondan sonra 100 adam üzrə əməliyyata getmiş, ona görə necə yaxınlaşmış, təqsirləndirilən şəxs nə formada olmağı yadında deyil. Ümumi olaraq yadındadır ki, gedib götürdülər, bölməyə gətirdilər. Şəxsi avtomobili ilə getmişdi, ya da ola bilsin Qasımxanın maşını ilə getmişdi. Dəqiq yadında deyil. 2 maşındır, iki maşından biri. Növbəti məhkəmə iclasında videogörüntüyə baxış keçirildikdən sonra verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, əməliyyat qrupunun üzvü olmuş, bəzi detalları yaddan çıxarmış ola bilər. Əməliyyatın digər üzvü əvvəlcə getmişdi, özünün başqa yerdə işi vardı. Ondan 5-10 dəqiqə sonra öz maşını ilə getmiş, əməliyyat tədbirinə gec gəlib. Şəxsin tutulması əməliyyat tədbiri kimi həyata keçirilib, Şahid2la birlikdə olmuşlar. Şahid2 hadisə yerinə bölmənin avtopatrulu ilə getmişdi, avtomobili olmadığına görə məcbur idi. Videogörüntüdə şəxs tutulan zaman o, iştirak etməmişdir. O, 5-10 dəqiqə sonra gəlmişdir, gecikmişdir. Videodakı şəxslər əməliyyat qrupu üzvləridir. Qasımxan videoda var. Papaqlı əməkdaşdır, digəri sürücüdür. Təqsirləndirilən şəxsi tutan və yerə yıxan Qasımxandır. Tutulan zaman orada olmadığı və təqsirləndirilən şəxsin müqavimət göstərdiyi halda müstəntiqə fərqli ifadə verməyinin səbibini xatırlamır. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəni xatırlamır və hazırda verilən fərqli ifadələrdə ziddiyyətləri izah edə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni istifadəsi və daşıması barədə Şahid1 onlara məlumat daxil olmuşdur. Rəhbərliyə, yəni bölmənin rəisinə məruzə olunmuşdu. Yasamal rayonu, Alatava 2-yə yaxınlaşanda Təqsirləndirilən şəxsla rastlaşdılar. Özlərini təqdim edib, onu polis bölməsinə dəvət etdilər. Üstündə, səhv etmirsə marixuana var idi. Vəkilin iştirakı ilə şəxsin üzərinə baxış zamanı şəxsi istifadə üçün marixuana aşkarlandı. Müddət keçdiyindən bəzi şeyləri xatırlamır. Şəxsə heç bir təzyiq olmayıb. Yanında da kimsə döyməyib. Şəxsə əl qaldırmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, 102 çağırışı ilə götürməmiş, məlumat əsasında götürmüşlər. Şahid1 məlumatı olub. Əməliyyat qrupu yaradılıb. Əməliyyat tədbiri həyata keçirilib. Xeyr, şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməyib. Polis bölməsində narkotik olmur. Təqsirləndirilən şəxs qol çəkəndə də ona hər hansı təzyiq olmayıb. O, təqsirləndirilən şəxsin evinin yanına Şahid1lə getmişdi. Hansı maşınla getməyi yadında deyil, ya onun maşını ilə, ya da Emilin maşını ilə getdilər. Deyəsən Emilin maşını ilə getmişdilər. Müddət keçdiyindən dəqiq yadında deyil. Şəxsə yaxınlaşıb özlərini təqdim edib, şöbəyə dəvət etdilər. Özünə sual verildi ki, üstündə nəsə var? Dedi var. Sonra rəhbərliyə məruzə olundu. Təhqiqatçı vəkilin iştirakı ilə baxış keçirdi, özü könüllü narkotiki təqdim etdi. Şəxsin üzərində hər hansı xəsarət izi, sarıq və ya başqa bir şey görmədi. Təqsirləndirilən şəxsin evindən götürülməsi haqqında məlumatı yoxdu. Post Patrux Xidməti əməkdaşları kömək üçün orada olmuşlar. Müddət keçdiyindən və iş çox olduğunan hər şeyi dəqiq olduğu kimi yadıma sala bilmir. Fərqli danışmağı ancaq müddətin keçməsi ilə bağlı ola bilər. Növbəti məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid qismində təkrar dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, hadisə yerinə əməliyyat məlumatı əsasında getmişlər. Əməliyyatda özü, Emil və sürücü olmuşdur. Fərdi avtomobili olmadığı üçün açıq şəkildə Patrul xidmətinə məxsus Fiat Doblo avtomobili ilə getmək məcburiyyətində qalmışdır. Emil müəllim onunla maşında olmamışdır. O, sonradan gəldi. Əməliyyatda da sonradan iştirak etmişdi. Videodan da görsənir ki, şəxs onlarla gəlməyə etiraz edir. Şəxsə xəsarət yetirilməyib. Bəli, videogörüntüdə təqsirləndirilən şəxsi tutan özüdür, Emil təqsirləndirilən şəxs tutulan zaman olmayıb. İstintaq zamanı müstəntiqə təqsirləndirilən şəxsi dəvət edən zaman polis şöbəsinə könüllü gəlməsi barədə ifadəni ola bilsin əməliyyat sayının çoxluğu ilə bağlı qarışdırmışdır. Onlar həmin gün eyni zamanda çağırış üzrə növbədə olmuşlar. Təqsirləndirilən şəxs xəsarət yetirilməyib. Ola bilsin ki, maşına məcburi mindirərkən kiçik yaralanmalar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Aralarında əvvəllər mübahisə olub. İndi münasibətləri yaxşıdı. 055 *** ** ** mobil nömrə onun istifadəsindədir. Nömrəni Emil də təsdiq edə bilər. 04 iyul tarixində ola bilsin ki, uşaq şikayət verib. Uşağın 11 yaşı var, qorxub zəng edə bilər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, əməliyyatçılardan yalnız biri orda olmuşdur, o özü də pis vəziyyətdə olduğu üçün yoldaşı ilə çox maraqlana bilməmişdir. Video qapının ağzında çəkilmişdi. Polislər apardıqdan sonra çəkilmişdi. Hadisədən sonra onu polisə çağırmadılar. Polis Bölməsinə heç vaxt gedib izahat verməmişdir. Birinci videonu, hansıki Emili aparırlar, qonşu çəkib. Emili evdən aparıblar. Birinci dəfə deyil ki, evdən aparırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X1 üzərinə PŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Winiston” markalı siqaret qutusunu və üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan Redmi 11 markalı mobil telefonu çıxarıb təqdim edərək Viniston markalı siqaret qutusuna baxan zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan bitki aşkar edilmişdir. O, həmin maddənin “Marixuana” kimi tanıdığı narkotik maddə olduğunu, bu maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “İnşaatçılar” metrosunun yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2024-cü il tarixdə saat 16:45 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28a ünvanının qarşısında saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs boğazın hər iki nahiyyəsində xəsarət izlərinin hansı səbəbdən olması soruşulduqda o, həmin xəsarətləri iki gün bundan öncə yıxılaraq aldığını, polislər tərəfindən heç bir fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon istintaq orqanına təqdim edilməsi üçün götürüldü, içərisində yaşıl rəngli marixuanaya bənzər bitki bir ədəd Viniston markalı siqaret qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Porotokol xx.xx.2024-cü il tarixdə 18:05-dən- 18:30-dək tərtib edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 04 iyul 2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:45 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. 04 iyul 2024-cü il tarixdə təhqiqatçı Tural Mahmudov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 16:45-dən tutulmuş hesab edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçi əvəzi Sərxan Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024 Aktdan görünür ki, xx.xx.2024-cü tarixdə, PŞ-də məsul növbətçi olduğu zaman saat 17:00 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarının ünvan 5 ünvanından xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən gətirilərkən boynunun sağ yan hissəsində 1 ədəd cızıq, sol hissəsində 2 ədəd cızıq və qan ləkələri aşkar edilmişdir. Söhbət zamanı bəlli olmuşdur ki, vətəndaş iki gün bundan öncə yaşadığı ünvanda işləyərkən ehtiyyatsızlığı səbəbindən yıxılaraq xəsarət aldığını bildirmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Yasamal RPİnin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərardan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması və Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyindən onun ətrafında vətəndaşların sorğusu, soraqlaşma, nəqliyyat vasitələrinə baxış keçirilməsi, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlrin müşahidəsi əməliyyat tədbiri həyata keçirilməsi və xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, evli , orta təhsilli, işsiz, ünvan 6 ünvananıda qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə Yasamal rayonu ərazisində əməliyyat tədbirləri keçirilərək cinayət başında yaxalanması, narkotik vasitənin mənbəyini müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1096 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “Winston” adlı siqaret qutusunda təmiz çəkisi-11,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr, olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyul 2024-cü il tarixli, 4764 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən Təqsirləndirilən şəxs “Şəxsiyyətin emosional davamsız pozğunluğu”, “Teztez dekompensasiyalarla (üzvi mənşəli) yanaşı xəstəliklər”, “Virus mənşəli xroniki C hepatiti, subklinik forma” xəstəlikləri diaqnozu ilə 3-cü qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 11 iyul 2024-cü il tarixli 2016 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda şəxsiyyətin emosional davamsız tip pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və X4” publik hüquqi şəxsin 05 iyul 2024-cü il tarixli 702 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər boyun nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti onun müayinə olunduğu vaxtdan 2-3 gün əvvələ, yəni özünün dediyi kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Yasamal rayon polis idarəsinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat” kitabından və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan müdafiə tərəfinin təqdim etdiyi diskə məhkəmədə baxış keçirilərkən videogörüntüdə təqsirləndirilən şəxsin tutulduğu zaman polis formasında olan 3 şəxsin Təqsirləndirilən şəxs məcburi şəkildə xidməti avtomobilə (nöbətçi hissə) sürüyərək apardıqları, Təqsirləndirilən şəxs bu zaman onlara qıqıraraq “buraxın məni”, “aparma” deyərək müqavimət göstərməsi görünür. Təqsirləndirilən şəxs polisin xidməti avtomobilinə aparılan zaman bir xanım ona səbrli olmasını və polis əməkdaşlarına sonuncu ilə ehtiyyatlı davranmasını bildirir. Polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs bel nahiyəsindən, digər iki əməkdaş isə əllərindən tutaraq xidməti avtomobilə məcburi əyləşdirirlər. İş materiallarında olan müdafiə tərəfinin təqdim etdiyi diskə məhkəmədə baxış keçirilərkən digər videogörüntüdə təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid3 uşaqları ilə ətrafdakı insanlarla sağollaşaraq “Opel” markalı avtomobilə minib getməsi görünür. İş materiallarında olan müdafiə tərəfinin təqdim etdiyi digər diskə məhkəmədə baxış keçirilərkən videogörüntüdə Təqsirləndirilən şəxs evinin qarşısında tutulması anı və orada Qocayev Emlin iştirak etmədiyi aydın şəkildə görünür. “Sübutların qiymətləndirilməsinə dair” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-cı maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sağlamlığa zərər vurmayan xəsarətlər onun saxlanılması ilə əlaqədar olmadığından və başqa şəxs tərəfindən yetirilməsi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni əldə olunan mənbənin əməliyyat yolu ilə müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmalı və əməliyyat – axtarış tədbirlərinin davam etdirilməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, təmiz çəkisi - 11,52 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 11.47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Bakı Şəhər Yasamal RPİ-in “X5 Kamerası”na təhvil verilməsi, iş üzrə "xxxx" MMC-dən daxil olmuş, içərisində telefonla ötürülən məlumatların əldə olunmasına dair məlumatlar olan 01 ədəd CD diskin cinayət işinin materialına əlavə edilməsi, cinayət işinə əlavə edilmiş, dindirmə, şəxsi axtarış və götürmə protokolları, şəxsi axtarış götürmə protokoluna əlavə edilmiş 01 ədəd CD disk, məhkəmə-bioloji ekspertizasın xx.xx.2024-cü il tarixli 7/1096 nömrəli və məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 4764 saylı, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2016 saylı rəyləri maddi sübut və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan 05 fevral 2025-ci il tarixli, 53- 4/2-2095 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan, Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində verilmiş sorğunun araşdırmasında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xixməti-zəng mərkəzinə münaqişə ilə bağlı, X3 adına olan (055)-960-68-56 saylı nömrədən şikayətin olunduğu və daxil olmuş məlumat əsasında həmin ünvana Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 göndərildiyi müəyyən olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Zaur Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma üçün Daxili İşlər Nazirliyinin istintaq, təhqiqat və əməliyyat – axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, polislərin onu gəlib evinin içindən apardığını, evdə yoldaşı ilə aralarında mübahisə olduğunu, 102 xidmətinə onlardan, ya qonşulardan kiminsə zəng etdiyini bildirmişdir. Sonra onu məcbur həyətə çıxartdılar, otuzdurdular post patrul maşınına. Ona qarşı təzyiq olmuşdur, onu döyüb söymüşlər. Polis bölməsinə gətirilərkən üzərində narkotik vasitə olmamış, onun günahı yoxdur. Şahid1 hadisə yerinə ümumiyyətlə gəlməyib, onu ancaq bölmədə görmüşdür, həmin şəxs onun həyətinə girməyib. MSY xəsarətlərə görə qəbul etmədiyi üçün onu ekspertizaya aparmışdılar. Bundan əlavə məhkəmə iclasında şahid Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ilkin olaraq məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmiş, şəxs barəsində marixuana istifadə etməsi ilə bağlı əməliyyat məlumatı olduğunu, rəhbərlik tərəfindən qərar qəbul edildiyini, əməliyyataxtarış tədbirlərinin görülməsi barədə qərarı özü qəbul etdiyini bildirmişdir. O, orada əməliyyat yerində şəxs tutulan zaman olmuşdur, əməliyyata şəxsən şəxsi avtomobili ilə getmişdir, ya da ola bilsin əməliyyat qrupunun digər üzvü Qasımxanın maşını ilə getdiyini qeyd etmişdir. Növbəti məhkəmə iclasında isə videogörüntüyə baxış keçirildikdən sonra Şahid1 məhkəməyə ibtidai istintaq və ilkin məhkəmə ifadələrindən tam fərqli və ziddiyyətli ifadələr verərək bildirmişdir ki, əməliyyatın digər üzvü Şahid2 hadisə yerinə təqsirləndirilən şəxsi tutmağa əvvəlcə getmişdi, özünün başqa yerdə işi vardı. Ondan 5-10 dəqiqə sonra öz maşını ilə getmiş, əməliyyat tədbirinə gec gəlmişdir. Şahid2 hadisə yerinə bölmənin avtopatrulu ilə getmişdi, avtomobili olmadığına görə məcbur idi. Şəxs tutulan zaman o, iştirak etməmişdir. O, 5-10 dəqiqə sonra gəlmişdir, gecikmişdir. Tutulan zaman orada olmadığı və təqsirləndirilən şəxsin müqavimət göstərdiyi halda müstəntiqə fərqli ifadə verməyinin səbibini xatırlamır. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəni xatırlamır və hazırda verilən fərqli ifadələrdə ziddiyyətləri izah edə bilmədiyini göstərmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid2 həmçinin ilkin olaraq məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni istifadəsi və daşıması barədə Şahid1 onlara əməliyyat məlumatının daxil olduğunu, təqsirləndirilən şəxsin evinin qarşısında Şahid1lə onu görüb, özlərini təqdim edib, onu polis bölməsinə dəvət etdiklərini bildirmişdir. Hadisə yerinə məhz əməliyyat məlumatı əsasında qərarı icra edərək getmişlər, 102 çağırışı ilə getməmişlər. Hansı maşınla əməliyyata getməyi yadında deyil, deyəsən Emilin maşını ilə getdiklərini qeyd etmişdir. Növbəti məhkəmə iclasında isə videogörüntüyə baxış keçirildikdən sonra Şahid2 məhkəməyə ibtidai istintaq və ilkin məhkəmə ifadələrindən tam fərqli və ziddiyyətli ifadələr verərək bildirmişdir ki, onun fərdi avtomobili olmadığı üçün açıq şəkildə Patrul xidmətinə məxsus Fiat Doblo avtomobili ilə hadisə yerinə getmək məcburiyyətində qalmışdır. Şahid1 onunla maşında olmamışdır. Tutulan zaman təqsirləndirilən ona müqavimət göstərmiş, polislə getməyə etiraz etmişdir. Şahid1 təqsirləndirilən şəxs tutulan zaman olmayıb. İstintaq zamanı müstəntiqə təqsirləndirilən şəxsi dəvət edən zaman polis şöbəsinə könüllü gəlməsi və etiraz etməməsi barədə ifadəni ola bilsin əməliyyat sayının çoxluğu ilə bağlı qarışdırmışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxs X2 həyat yoldaşı Şahid3 ifadəsində bildirmişdir ki, həyat yoldaşı ilə o tutulan gün aralarında mübahisə baş vermiş, 055 *** ** ** mobil nömrə onun istifadəsindədir. Nömrəni Emil də təsdiq edə bilər. Həmin nömrədən 04 iyul tarixində 102-yə ola bilsin ki, şikayət verilib. Emili evdən aparıblar. Əməliyyatçılardan yalnız biri orada olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, həm ibtidai istintaq zamanı və həm ilkin məhkəmə iclasında dindirilərkən şahidlər Yasamal RPİ-nin 29-cu PŞnin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2 həqiqətə uyğun olmayan ifadələr vermişlər. Həmin ifadələr sonda məhkəmədə özləri tərəfindən verilən ifadələrlə təkzib edilmiş və həmin fərqli və ziddiyyətli ifadələrin verilməsinin səbibini onlar izah edə bilməmişlər. Belə ki, yuxarıda göstərilən polis əməkdaşları olan şahidlər məhkəmə istintaqı zamanı verdikləri yekun ifadələr, müstəntiqin sübut qismində istinad etdiyi ifadələrindən tam başqa məzmunda olmaqla, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindəki önəmli xüsusatlarla uzlaşır ki, bu da yalnız təqsirləndirilən şəxsin deyil, şahidlərin ifadələrinin təhrif edilməsinin və formal olaraq yazılaraq iş materiallarına əlavə edilməsinin göstəricisidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28a ünvana, təqsirləndirilən şəxsin yaşadığı evinin qarşısına əməliyyat məlumatı əsasında deyil, məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə ailə münaqişəsi ilə bağlı ***-***-**-** saylı nömrədən şikayətin olduğu və daxil olmuş məlumat əsasında həmin yerə göndərildiyi müəyyən olunmuşdur. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 05 fevral 2025-ci il tarixli, 53-4/2-2095 nömrəli məktubu ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı, iş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi”nə dair xx.xx.2024 -cü il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair xx.xx.2024-cü il tarixli protokollara münasibətdə isə məhkəmə qeyd edir ki, eyni məzmunlu etirafedici ifadələri özündə əks etdirən həmin protokollardakı ifadələr eynilik təşkil edərək kompyuter vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli və ya təqsirləndirilən şəxsin işin faktiki halları ilə bağlı fikirləri öz əksini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Bundan savayı, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbiri ilə bağlı qərarı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-906/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərarı ilə qanuni hesab edilsə də, şahid qismində ifadə verən Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Təqsirləndirilən şəxs, həyat yoldaşı Şahid3 ifadələri və xx.xx.2025-ci il tarixli Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan məktub ilə Təqsirləndirilən şəxs Polis Şöbəsinə əməliyyat məlumatı əsasında aparılması təkzib olunur. Belə ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Təqsirləndirilən şəxs, həyat yoldaşı Şahid3 ifadələri və xx.xx.2025-ci il tarixli Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan məktub ilə xx.xx.2024-cü il tarixdə Şahid3 istifadəsində olan nömrədən DİN-in “102 xidməti” zəng mərkəzinə müraciət edərək münaqişə ilə bağlı məlumat verilmişdir ki, bu da göstərilən xüsusatın tam inandırıcı olduğuna və təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq təqsirləndirilən şəxsin yaşadığı ünvanın qarşısında əməliyyat məlumatı əsasında əməliyyat-müvəkkiləri tərəfindən saxlanılmasının inandırıcı olmadığını tam şəkildə təsdiq etmişdir. Həmçinin, məhkəmə iclası zamanı araşdırılan müdafiə tərəfinin təqdim etdiyi videogörüntülərdən aydın görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs evinin qarşısında saxlayaraq növbətçi hissənin “fiat doblo” avto-patrulu ilə polis şöbəsinə aparılması da özlüyündə əməliyyat-axtarış tədbirinin yox, “102 çağrı mərkəzinə” verilmiş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı mənzilə polislərin getmələrini tam təsdiq etmişdir. Çünki, əməliyyat-axtarış tədbirləri gizli üsullarla, məxfi şəkildə həyata keçirilir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilsəydi, növbətçi hissəyə məxsus, üzərində polis yazıları olan “fiat doblo” markalı avto-patrulu ilə həmin tədbirin keçiriləcəyi yerə gedilməsi uyğun olmazdı. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmə iclasında həm müdafiə tərəfinin təqdim etdiyi videogörüntülərlə, həm Şahid1 özünün məhkəməyə sonradan verdyi ifadəsi ilə, həm digər polis əməkdaşı Şahid2, Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid3 ifadələri ilə tam təsdiq olunur ki, Şahid1 Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmiş, həmin an orada olmamışdır. Halbuki istintaqa verdiyi ifadəsində və ilkin məhkəmə iclasında orda olduğunu, Qasımxanla bir yerdə bir maşında getdiklərini, şəxsin müqavimət göstərmədiyini, saxlanılarkən üzərində narkotikin olduğunu bildirmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-də tərtib olunan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, təqsirləndirilən şəxs üzərində xəsarətlər müəyyən edilmiş və məhz bu səbəbdən təhqiqatçı tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Lakin məhkəmənin sorğusuna cavab olaraq Yasamal RPİ-dən daxil olan tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat kitabında Təqsirləndirilən şəxs MSY-ə gətirilən vaxtı üzərinə baxış keçirildiyi və heç bir xəsarət aşkarlanmaması qeyd edilmişdir. Göstərilən bu ziddiyyətli halların hamısı tərtib edilmiş sənədlərin şablon formada, formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətinin göstəricisidir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdə saat 16:45-də saxlanılmış, üzərinə baxış isə təxminən 18:05-də keçirilməyə başlanmışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saatdan çox vaxtın keçməsi həmin sübutun mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Bu da təqsirləndirilən şəxsin üzərində narkotik vasitənin olması faktına əsaslı şübhə yaradır. Göstərilən hallar sadəcə təqsirləndirilən şəxsə bölmədə göstərilənləri icra etməsinə və bununla da onun təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusatların real və inandırıcı olmasına dəlalət edir və Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 ifadələrinin isə mötəbər sübut olmasını şübhə altına alır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli qərarına əsasən nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPMin 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), Azərbaycan Respublikası CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin hüquqlarının və qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından bu hal özü də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1096 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 4764 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 11 iyul 2024-cü il tarixli 2016 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsinin isə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Məhkəmə prosesual qənaət prinsipini rəhbər tutmaqla və təqsirləndirilən şəxsin lüzumsuz yerə hüquqlarını pozmamaqla, süründürməçiliyə yol vermədən, araşdırmanı uzatmadan Təqsirləndirilən şəxs barəsində bəraət verilməklə hüquqlarının bərpa edilməsini məqsədə müvafiq hesab edir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Azərbaycan Respublikası CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndində göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmçinin CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan marixuananın qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 3 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 11,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 11,47 qram marixuana araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 3 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar