Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cəzasının 07 ilə endirilməsinə və Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 08 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi təmiz çəkisi 30,818 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib həmin narkotik vasitənin 20,761 qramını faktiki yaşadığı ünvan 1-də gizlətməklə saxlamış, qalan 10,057 qramını isə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də yaşadığı evin qarşısında saxlanılmış və baxış zamanı özü polis əməkdaşlarının təklifindən sonra əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 10,057 qram, yaşadığı evin qonaq otağında yerləşən dolabın içərisindəki məişət əşyaları yığılmış qutunun içərisindən isə bir ədəd polietilen bükümdə təmiz çəkisi 20,761 qram olan narkotik vasitə tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 il əvvəl narkotik vasitə heroindən damara vurmaq yolu ilə istifadə etmiş, sonradan həbs olunmuş və 2018-ci ilin iyul ayında azadlığa çıxmışdır. Təxminən 2-3 ay olardı narkotik vasitə tiryəkdən istifadə etmişdir. Belə ki, təxminən 2013-cü ildən boğazında xərçəng şişi əmələ gəlmiş, təxminən 3-4 ay olar ağrıları artmış, hava soyuq olan kimi boğazı quruyaraq ağrı vermişdir. Ona görə də tiryəkdən istifadə etməyə başlamışdır. Tiryəki tanımadığı şəxslərdən almış, sonuncu dəfə tutulduğu vaxtdan təxminən 3-4 gün əvvəl Bərdə rayonunda olarkən təsadüfən tanıdığı şəxsdən bir qramını 5 manatdan olmaqla cəmi 32 qram çəkidə narkotik vasitə tiryək almışdır. O, Bərdə şəhərində yaşayan atasının insult keçirdiyini eşidərək atasına baş çəkmək üçün Bərdə şəhərinə getmiş və məhz orada olarkən təsadüfən tanıdığı şəxsdən özü istifadə etmək üçün tiryək almışdır. O, həmin şəxslə Bərdə şəhərində yerləşən bazarın yaxınlığında görüşmüş, həmin şəxs təxminən 30-35 yaşlı, qarabəniz adam olmuşdur. Həmin şəxsin adını və mobil telefon nömrəsini, yaşadığı evi tanımır. Təxminən 1 həftə Bərdə rayonunda qalmış və daha sonra Bakı şəhərinə yaşadığı evə gəlmişdir. Tiryəki alan zaman hamısı bir bükümdə olmuş, sonradan evə gəldikdə bir hissəsini qırıb sellofan paketdə üzərində saxlamış, qalanını isə evdə gizlətmişdir. Üzərində saxlamaqda məqsədi boğazı ağrı verən zaman istifadə etmək olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 14 radələrində yaşadığı evin yaxınlığında siqaret çəkmək üçün çölə çıxmış, siqareti çəkib qurtardıqdan bir neçə dəqiqə sonra ona 3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxslərin Baş X3 əməkdaşları olduqları məlum olmuşdur. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat daxil olduğunu bildirib onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Həmçinin ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, isə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim edib həmin bükümdə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Bundan başqa üzərində olan 15 manat pulu, bir ədəd “Nokia” markalı telefonu, bir ədəd cib dəsmalını, bir ədəd alışqanı və Sobraniya siqaretini polislərə təqdim etmişdir. Telefondan və bükümdən başqa bütün əşyalar özünə geri qaytarılmışdır. Sorğu-sual əsasında yaşadığı evdə də narkotik vasitə tiryək saxladığını bildirmişdir. O, polis əməkdaşlarının təklifi ilə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və onlarla birlikdə yaşadığı evə getmişlər. Daha sonra çöldə təqdim etdiyi bir ədəd bükümə evin mətbəxində baxış keçirilmiş və bükümün içərisində tiryəkə bənzər maddə olduğu məlum olmuşdur. Həmin büküm qablaşdırılaraq götürülmüş, eyni zamanda üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. O, polis əməkdaşlarının təklifi ilə qonaq otağında yerləşən dolabın içərisindəki məişət əşyaları yığılmış qutudan 01 ədəd polietilen bükümdə olan narkotik vasitə tiryəki çıxarıb polislərə təqdim etmişdir. Onun təqdim etdiyi polietilen bükümə baxış keçirilmiş və içərisində narkotik vasitə tiryək olduğu məlum olmuşdur. Həmin büküm də qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin bütün otaqlarına baxış keçirilmiş, lakin digər hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polislərin suallarına cavab olaraq o, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə tiryəki Bərdə rayonunda təsadüfən tanış olduğu şəxsdən öz istifadəsi üçün alıb saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri telefon vasitəsi ilə vedio çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada ona hüquq və vəzifələri izah edilib ərazi üzrə fəaliyyət göstərən vəkillik qurumunun vəkillərinin siyahısı təqdim edilmiş və onun öz istəyi ilə vəkil dəvət edilmişdir. Sonda baş verənlərlə bağlı protokol tərtib olunmuş və protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırkı törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində bir azyaşlı övladının olması, özünün xərçəng xəstəliyindən əziyyət çəkməsi, ata və anasının xəstə olması, ailənin yeganə qazanc gətirən şəxsi olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş sabiq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili və hazırda Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə əvvəllər xidmət etdiyi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan tiryəki əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra onun müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olmasının ehtimal edildiyi ünvan 1 ünvanının qarşısına gəlmişlər. Orada müvafiq plana əsasən əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 14:25-də Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2 ünvanının qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər müəyyən edilmiş və həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması izah olunmuş və üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 15 manat pulu, sol yan cibindən 01 ədəd «Nokia» markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalını, sol yan cibindən isə «Sobraniye» markalı siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb tədbir iştirakçılarına təqdim etmiş, 15 manat pul, cib dəsmalı, «Sobraniye» markalı siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs qaytarılmış, «Nokia» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə tiryək olduğunu bildirmişdir. O, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, həyətinin qapısını açaraq tədbir iştirakçılarını həyətyanı sahəyə, daha sonra evin qapısını açaraq yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində olan və təqdim etdiyi 01 ədəd bükümü yerində qablaşdırmaq mümkün olmadığından onun yaşadığı evin mətbəxində həmin büküm açılaraq baxış keçirilmiş və içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar maddə olması aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə 01 ədəd zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənib qablaşdırılmış və bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilmiş, lakin yoxlama zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı əşya aşkar olunmamışdır. Onların təklifi ilə Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən dolabın içərisindəki məişət əşyaları yığılmış qutudan 01 ədəd şəffaf polietilen bükümü çıxırıb onlara təqdim edərək içərisində tiryək olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümə baxış keçirilmiş və içərisində narkotik vasitə tiryəkə oxşar maddə aşkar olunmuşdur. Büküm maddə ilə birlikdə 01 ədəd zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənib qablaşdırılmışdır. Əməliyyat tədbirinin davamı olaraq evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən sanitar qovşağına baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər əşya aşkar olunmamışdır. Sorğu-sual əsasında Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəki Bərdə şəhərində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən əziyyət çəkdiyi «xərçəng» xəstəliyi ilə əlaqədar özü istifadəsi üçün əldə edərək saxladığını bildirmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri «İphone X» markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılaraq qeydə alınmışdır. Əməliyyat tədbiri yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada hüquqlarının müdafiə edilməsi məqsədilə ona hüquq və vəzifələri izah edilərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyinibildirdiyindən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasına gəlməmiş, onların ibtidai istintaq zamanı verdiyi ifadələri cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, onlar Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin sabiq hakimi Ramin Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı tərtib edilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundakı Şahid3 verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, xx xxxxxx 2019-cu il tarixli protokol ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli raport, protokol və qərarlardan müəyyən edilir ki, həmin tarixdə Baş X3 XMİÜ baş əməliyyat müvəkkili Şahid1 idarənin rəisi İslam Hümbətova müraciət edərək Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Raport üzərindəki dərkənardan müəyyən edilir ki, idarənin rəhbərliyi tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Həmin razılıq əsasında Baş X3 XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, o cümlədən sonuncu müəyyən edildiyi təqdirdə onun üstünün yoxlanılması və yaşadığı ünvana baxış keçirilməsi; həmin tədbirlərin həyata keçirilməsi üçün qrupun yaradılması, qrupun tərkibinə həmin idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilməklə rəhbərliyin onun özünə həvalə edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar idarə rəisi İslam Hümbətov tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 008- 3785-1219 nömrəli məktubdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25 radələrində Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Baş X3 XMİÜ baş əməliyyat müvvəkili Şahid1 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı isə 14:25-dən hesablanmışdır. (iş vər.: 4-22) İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan müəyyən edilir ki, mütəmadi olaraq narkotik vasitə tiryəki əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın icra edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, ona edilmiş təklif əsasında əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü təqdim edərək içərisindəki maddənin narkotik vasitə tiryək olduğunu, eyni zamanda yaxınlıqdakı yaşadığı evdə də narkotik vasitə tiryək olduğunu bildirmişdir. RamalHüseynovun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilmiş, qonaq otağında yerləşən dolabın içərisindəki məişət əşyaları yığılmış qutunun içərisindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmişdir. Bükümlərə baxış keçirilərkən orada narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilərək götürülmüş, həmin bükümlər hər biri ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və yaşayış yerində axtarış tədbiri keçirilərkən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Baxış, axtarış və götürmə əməliyyat tədbiri videoçəkiliş aparılmaqla qeydə alınmış və diskə köçürülüb protokola əlavə edilmişdir. (iş vər.: 16-19) İş materiallarında olan Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 5(004)-611/2019 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş X3 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. (iş vər: 116) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31210 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd polietilen bükümdə təmiz çəkisi 10,057 qram olan tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd polietilen bükümdə təmiz çəkisi 20,761 qram olan tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş narkotik vasitə tiryəkin təmiz çəkisi 30,818 qramdır və həmin tiryəklər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Həmin tiryəkin qalıq çəkisi 30,616 qramdır. (iş vər.: 30- 34) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair ekspert komissiyasının xx.xx.2020-ciiltarixli 07 saylırəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vər.: 206-207) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotikvasitətiryəki əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsiməhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə görə narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin təmiz çəkisi 30,818 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx xxxxxx 2019-cu il saat 14:25-dən hesablanmışdır. (iş vər.: 22) İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(005)-1191/2019 nömrəli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir.(iş vər.: 51, 80-84) xx xxxxxx 2020-ci il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Yasamal Rayon Məhkəməsinin sabiq hakimi Ramin Qurbanovun sədrliyi ilə xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Samux kənd icra nümayəndəliyi (KİN) tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 386182 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Nuriyeva Mülkiyə Eldəniz qızı arasında həmin tarixdə nikah bağlanılmaqla 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Samux KİN-yi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 636543 nömrəli doğum haqqında şəhadətnamədən və AZE seriyalı 10912435 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx xxxx 2011-ci il təvəllüdlü Nilufər Hüseynlinin valideynləri Təqsirləndirilən şəxs və Mülkiyə Nuriyevadır. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 61 nömrəli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs M.Muxtarov küçəsi dalan 2 mənzil 2 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşamaqla onun barəsində MKİS-ə hər hansı bir şikayət daxil olmamışdır. İş materiallarında olan notarial qaydada tərcümə edilərək təsdiq edilmiş İran İslam Respublikasında tibbi müayinəyə dair 2011-2013-cü il tarixli müvafiq sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “huçkin” xəstəliyi diaqnozu ilə komoterapiya olunur və ardıcıl olaraq müayinə və komoterapiya olunmalıdır. Xəstəliyə qəti əlac olunası deyil. Müdafiə tərəfindən Təqsirləndirilən şəxs hazırki dövrdə xəstəliyinin gedişatı ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bir neçə aydan bir zərurət olduqda komoterapiya müalicəsi qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2019-cu il tarixli tələbnamədən, eyni zamanda müvafiq məhkəmələrin qərar və hökmlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx xxx 2008-ci il tarixli 1-53/2008 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində təyin edilmiş cəzalar həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, xx xxxxxx 2011-ci il tarixdə o, cəzasının sonu ilə azad olunmuşdur. Qeyd olunan məhkumluq hazırki cinayət əməlinə münasibətdə ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsBakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-108/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək barəsində təyin edilmiş cəzalar Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 1(103)-517/14 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(102)-177/2016 nömrəli qərarı iləBakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmiş, məhkəmə qərarlarından Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar xaric edilmiş və onun üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 7(060)-64/2019 nömrəli qərarı iləcəzasının çəkilməmiş qalan hissəsindən, yəni 08 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-108/2014 hökmü ilə məhkumluğu hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 7(060)-64/2019 nömrəli qərarı ilə 08 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi başa çatmadan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». MəhkəməAzərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarınəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsininsanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəyə görə isə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin cinayət əməlini törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; barəsində Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsi tətbiq edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 7(060)-64/2019 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-108/2014 hökmü ilə ona təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(102)- 177/2016 nömrəli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 8 (səkkiz) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o,ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə, həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış30,616 qram narkotik vasitə tiryək cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (iş vər.: 68) Bundan başqa, Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (iş vər: 31) Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış30,616 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləriolanekspertiza tədqiqatlarının dəyəri cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 məhkəməyədək icraat zamanı iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan iki) manat, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 7(060)- 64/2019 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-108/2014 hökmü ilə ona təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(102)-177/2016 nömrəli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, həmin hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hisəsi Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,616 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X6 məhkəməyədək icraat zamanı iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan) manat və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80(səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-73/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver