Məhkəmə qərarları › İş №1(004)-73/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: 04 mart 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında Şahid3 20 manat ödəməklə, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin qara rəngli kağızma bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış və 02 sentyabr 2021-ci il tarixdə saat 18:00-da ünvan 4 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan qəhvəyi rəngli toxşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Azərbaycan dilində sərbəst şəkildə latın əlifbası ilə oxumağı və yazmağı bacarır, ifadəsinin kompyuterlə çap edilməsinə heç bir etirazı yoxdur. Ona verilən sualları tam dərk edib qavrayaraq və heç bir psixi və fiziki təsirə məruz qalmadan bildirir ki, yuxarıda göstərilən ünvanda tutulduğu günə yaşamış, subaydır, əvvəllər 29.05.2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 cün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06.07.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. O, əvvəllər narkotik vasitə istifadə etsədə, bir müddət istifadə etməmişdir. Təqribən 6-7 aydır ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Hazırda Rasimoğlu MMC-də ekspeditor işləyir. 01 sentyabr 2021-ci il tarixdə aşxam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə edib qəbul etsin. Ona görə də ünvan 7 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu vaxt, qısa müddətdə tanıdığı Şahid3 ilə rastlaşmış, ona bədəninin ağradığım və üzərində narkotik vasitə olmasını soruşmuşdur. Rasim ona bildirmişdir ki, «mənim üzərimdə narkotik vasitə vardır, bir hissəsini saxlamışam ki, özüm qəbul edim, bir hissəsini də satmaq istəyirəm ki, pul qazanım, sənə hansı növ narkotik vasitə lazımdır». O da Rasimə bildirmişdir ki, «mənə bir büküm narkotik vasitə heroin lazımdır, neçəyə satırsan». Rasim ona demişdir ki, «bir büküm narkotik vasitə heroini 20 manata satıram, istəyirsənsə, verim». O da Rasimlə razılaşmışdır, ona 20 manat verməklə, ondan bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroini almış, həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Münasib vaxt edib narkotik vasitəyə təlabatım nəzərə alaraq həmin narkotik vasitənin bir qismini istifadə etmiş, geri qalan bükümü yenədə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 02.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 8 ünvanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar onun nOarkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci X5 binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə inzibati binaya getmişdir. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Qeyd edir ki, həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, də öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmişdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. Qeyd edir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Bildirir ki, o, həmin şəxslə təxminən bir neçə aydır ki təsadüfən tanış olmuş, narkotik satışı ilə məşğul olan şəxs kimi tanıyır. Onun anket məlumatları Şahid3dur. O, təqribən 50-55 yaşlarında olar. Həmin şəxsdən əvvəllərdə bir neçə dəfə narkotik vasitə almışdır. O, həmin şəxsi görsə tanıya bilər. Həmin protokol 02 sentiyabr 2021-ci il tarixdə saat təxminən 19:35 radələrində təhqiqatçı tərəfindən Yasamal RPİ-nin 28-ci X5 binasında tərtib edilmişdir. Protokolun tərtib edilməsinin səbəbi isə onun üzərindən narkotik vasitə olan heroin aşkar edilməsi, daha doğrusu, könüllü olaraq üzərində olan bir ədəd büküm heroini təqdim etməyi olmuşdur. Bildirir ki, təqdim edilən rəylə tanış olmuşdur. Həqiqətən də onun təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə heroindir. O, ekspert rəyi ilə tam razıdır. Hazırda törətdiyi cinayət əməlindən başqa istər Bakı şəhərində, istərsə də, Azərbaycan Respublikası ərazisində heç bir cinayət əməli törətməmişdir. Onunla Rasim arasında əvvəlcədən narkotik vasitə əldə etmək barədə razılıq olmamışdır, Rasimin narkotik vasitəni haradan əldə etməsini bilməmiş, sadəcə ondan alıb bir hissəsini qəbul etmiş, bir hissəsini də üzərində saxlamışdır. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, tək anasına baxdığını, atasının xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 1də yaşayan Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 02.09.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfimdən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o, rəhbərlik etmişdir, əməliyyat qrupunun tərkibinə Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 9 ünvanının yaxınlığında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 28-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə içərisində kakos deyilən “heroin” olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükünün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddə «kakos» deyilən narkotik vasitə olan “heroin” olması aşkar edilmişdir. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddə “kakos” deyilən narkotik vasitə heroini 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı ünvan 10 ünvanında yaşayan Rasim adlı şəxsdən 20 manata alaraq üzərində saxladığını və daşıdığını, həmin kütlənin bir hissəsini istifadə etdiyini, bir hissəsini də sonradan istifadə etməsi üçün üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 9-da yaşayan Şahid3 saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman Şahid3 Təqsirləndirilən şəxs 20 manata bir bükümdə narkotik vasitə heroin satmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 25.06.2015-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10.09.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 10 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin qəbul edir, narkotik vasitəni ineksiya yolu ilə, metamfetamini isə tüstüsünü çəkməklə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa, olsun pul qazansın. Ona görə də qərara gəlmişdir ki, özü narkotik vasitə əldə etsin, bir hissəsini satsın, bir hissəsini də özü qəbul etsin, həm də qazanc əldə etsin. Tutulduğu gündən bir gün əvvəl, yəni 01.09.2021-ci il tarixdə axşam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə etsin, bir hissəsini qəbul etsin, bir hissəsini də satıb narkotik vasitəyə sərf etdiyi pulu qazansın. Ona görə də həmin vaxt o, Yasamal rayonu Kubinka adlanan əraziyə getsin, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığım və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə üç bükümdə narkotik vasitə el dilində kakos deyilən heroin, el dilində şüşə deyilən metamfetamin və tiryək lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona üzərində istədiyi narkotik vasitə el dilində kakos deyilən heroin, el dilində şüşə deyilən metamfetamin və tiryək olmasını, üç bükümü 60 manata satdığı bildirmişdir. O da həmin şəxslə razılaşmış, ona 60 manat verməklə, həmin şəxsdən bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibimə qoymuş, fikirləşmişdir ki, getsin bir hissəsini qəbul etsin, bir hissəsini satıb qazanc əldə etsin. Beləcə o, əldə etdiyi bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış və yaşadığı məhəlləyə gəlmişdir. Həmin vaxt o, yaşadığı məhəllədə olduğu vaxt tanıdığı məhəllə sakini Səbuhi və onun tanışı Abşeron rayon sakini İlkin adlı şəxslə rastlaşmış, onlar ona narkotik vasitə istədiklərini, bədənlərinin ağradığım bildirmişlər. O da onlara üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Səbuhi ondan bir büküm psixotrop maddə metamfetamin və onun tanışı Abşeron rayon sakini İlkin adlı şəxs isə bir bükümdə narkotik vasitə heroin istəmişdir. O da İlkinə bir büküm narkotik vasitə heroini 20 manata və Səbuhiyə bir bükümdə psixotrop maddə metamfetamini 20 manata satdığını bildirmişdir. Onlar onunla razılaşmışlar. O, üzərində olan bir bükümdə narkotik vasitə olan heroinin bir hissəsini bölüb 20 manata İlkinə satmış, sonra isə üzərində olan psixotrop maddə metamfetamindən bir hissəsini bölüb Səbuhiyə satmışdır. Özü də əldə etdiyi narkotik vasitə heroinin az bir hissəsini qəbul etmiş, qalan hissəsini isə, yəni bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamış, fikirləşmişdir ki, sonra bədəni ağrayanda qəbul edər. 02 sentyabr 2021-ci il tarixdə saat 21:00 radələrində o, yaşadığı məhəllədə olduğu vaxt, ona 2 nəfər mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini ona 28-ci PB-nin əməkdaşları kimi təqdim etmişlər, sonra ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu 28-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmişdir, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan qara rəngli idman şalvarının sağ yan cibində bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryək vardır, o, həmin narkotik vasitəni onlara təqdim edə bilər. Sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər açılarkən, bir bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə, bir bükümün içərisində ağ rəngli kristallardan ibarət maddə, bir bükümün içərisində tünd qəhvəyi rəngli maddənin olması aşkar edilmişdir və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki Bakı şəhəri Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 60 manata almış və üzərində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamış və daşımış, üzərində olan metamfetaminin bir hissəsini məhəllə uşağı Səbuhiyə 20 manata və heroindən bir hissəsini onun tanışı İlkinə 20 manata satmış, heroindən az bir hissəsini özü qəbul etmiş, qalan hissəsini isə sonradan qəbul etmək məqsədilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, üzərindən aşkar edilmiş metamfetaminin bir hissəsini məhəllə uşağı Səbuhiyə 20 manata və heroindən bir hissəsini onun tanışı İlkinə 20 manata satmış, heroindən az bir hissəsini özü qəbul etmiş, qalan hissəsini, yəni bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki sonradan qəbul etmək məqsədilə əynində olan qara riəngli idman şalvarının sağ yan cibində saxlamış, o, Səbuhidən və İlkindən başqa heç kimə narkotik tərkibli maddələr satmamış və hədiyyə etməmişdir. O, həmin şəxsdən əvvəllər də narkotik tərkibli maddələr almış, onunla Yasamal rayonu Kubinka adlanan ərazidə rastlaşmış, çünki bilmişdir ki, o, həmin məhəllədə piyada gəzişir, lakin onunla telefon əlaqəsi saxlamamışdır. Üzərindən aşkar edilmiş bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryək ona məxsusdur, satış məqsədilə əldə etmiş, həmin kütlələrin çəkisinin nə qədər olmasını bilmişdir. O, üzərindən aşkar edilmiş narkotik tərkibli kütlələrin çəkisini bilməmişdir, amma həmin kütlələr büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, narkotik vasitəni aldığı şəxsi tanımır, onunla Kubinka adlanan ərazidə rastlaşmış, onun harada yaşamasını bilmir, əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay ayaqqabısı olmuşdur. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində mobil telefon işlətməmişdir. O, Səbuhiyə və İlkinə birinci dəfədir ki, narkotik tərkibli maddələr satır, xatırlamır şəxsiyyətlərini, amma başqa şəxslərə də satdığı olmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.09.2021-ci il tarixli, 6/3844 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,369 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi - 0,319 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 11.09.2021-ci il tarixli 3382 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Abşeron Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla cəzadan çıxmaqla onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını saxlanılmışdır. 06 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını təqsirləndirilən şəxsin atasının vəfat etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş və barəsində 04 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövrü həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,299 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar