Məhkəmə qərarları › İş №1(004)-73/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri Səbail rayonu ərazisində istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd selofan paket bükümündə təmiz çəkisi 3,237 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 28 aprel 2022-ci il tarixdə saat 22:20 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid1 yaşadığı ünvan 3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd selofan paket bükümündə təmiz çəkisi 3,237 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olsa da, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1-də yaşamış, subay, heç bir yerdə işləmir, orta təhsilli imiş, əvvəllər məhkum olunmamış, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyilmiş. Təxminən iki həftə olarmış ki, narkotik vasitənin heroin növündən tüstüsünü çəkməklə qəbul edirmiş, heroini qəbul elməkdə məqsədi bədənində olan ağrılar imiş, qeyd etdiyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almış və qəbul etmişdir. Bakı şəhər sakinləri Şahid1 10-15 gün imiş ki, tanıyırmış, Şahid2 də qısa müddət imiş ki, tanıyırmış, Aytən Əhmədovam isə Cavidə görə tanımış, həmin şəxslərlə əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Elçin və Cavidlə əvvəllərdə yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Səbail rayonu ərazisinə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və təcili narkotik vasitə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs də ona bildirmişdir ki, “narkotik vasitə heroin vardır, nə qədər lazımdır?”. O, həmin şəxsə demişdir ki, ona bir bükümdə, təxminən 3-4 qram narkotik vasitə heroin lazımdır. Həmin şəxsdə ona bildirmişdir ki, «istədiyin çəkidə narkotik vasitəni təşkil edə bilərəm, bunun üçün 15 manat ödəməlisən». O da həmin şəxsə razılıq vermiş. 15 manat pul verməklə, bir ədəd selofan paket bükümündə narkotik vasitə heroin almış, əldə etdiyi narkotik vasitəni əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamaqla, daşımışdır. Sonra isə axşam saatlarında Elçinin evinə gəlmiş, Cavid də həmin vaxt orada olmuşdur. O və Cavid Elçindən soruşmuşlar ki, "üzərində narkotik vasitə vardır?”, Elçin də onlara demişdir ki, «bəli var, bu gün almışam». O və Cavid də Elçinə demişlər ki, «bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin var?». Elçin də onlara demişdir ki, «narahatçılıq yoxdur, şərait yaradaram, mətbəx hissəsində olan masanın üzərində təzə şpris vardır, həmçinin aluminium falqada vardır». O və Cavid də Elçinə razılıq vermişlər və bildirmişlər ki, «bir azdan qəbul edərik, hələlik yataq otağında oturmuşuq». Cavid sonra Elçinə demişdir ki. «mənim Aytən atlı tanışım vardır, ona sənin ünvanını vermişəm, birazdan bura gələcək, onunla işim vardır, gələndə içəri buraxasan». Elçin də Cavidə razılıq vermiş, bir az sonra Aytən gəlmiş, evə daxil olmuş və qonaq otağına gedərək Cavidlə oturub söhbət etməyə başlamışdır. Elçin Cavidi kənara çəkib soruşmuşdur ki, «Aytən də bizimlə narkotik vasitə qəbul edəcək?» Cavid də Elçinə demişdir ki, «Aytən narkotik vasitə qəbul etmir, sadəcə mənimlə işi vardır, ona görə gəlmişdir». Həmin tarixdə saat 22:20 dəqiqədə onlar Elçinin yaşadığı evində olduqları vaxt, qapı döyülmüş. Elçinin qapını açdıqdan sonra çölə çıxmış, bir az sonra Elçin polis əməkdaşları ilə evə daxil olmuşlar və evə baxış keçirməyə başlamışlar. Baxış zamanı narkotik vasitəni birlikdə qəbul etmələri üçün Elçinin aldığı evin mətbəx hissəsində olan masanın üzərində bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “Bank of Baku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant" sözləri yazılmış şüşə qab aşkar edilmişdir. Baxış zamanı polis əməkdaşı Elçindən həmin əşyaları nə məqsədlə əldə etməsini soruşmuşlar. Elçin də polis əməkdaşına bildirmişdir ki, bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris. bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsiklərini tanışları ilə birlikdə narkotik vasitə qəbul edərkən istifadə etmişdir. Sonra isə evin yataq otağına baxış keçirilərkən, orada o, Cavid və Aytəni də görmüşlər, onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər. Elçin polis əməkdaşlarına bildirmişdir ki. “mən Cavid və Alışla birlikdə narkotik vasitə qəbul etməli idim, bunun üçün mən evimdə şərait yaratmışdım”. Baxış zamanı evdən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu. Elçini, Cavidi və Aytəni üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər, o. eləcə də Elçin, Cavid və Aytən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə 29-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində əvvəlcə Elçinə, Cavidə və ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, hər üçünün üzərinə ayrı-ayn eyni otaqda birlikdə şəxsi axtarış və götürmə həyata keçirilmiş, şəxsi axtarış və götürmə zamanı polis əməkdaşları əvvəlcə Elçinə təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya var sa təqdim etsin. Elçində polis əməkdaşlarına bildirmişdir ki, üzərində olan göy rəngli cins şalvarının sol yan cibində bir ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin vardır, həmin kütləni təqdim edə bilər. Sonra Elçin əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən Elçinin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Elçinin üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Elçinin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış. Elçin və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Sonra isə Cavidə təklif etmişlər ki. üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya var sa təqdim etsin, Cavidə də polis əməkdaşlarına bildirmişdir ki, üzərində olan qara rəngli cins şalvarının sol yan cibində bir ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin vardır, həmin kütləni təqdim edə bilər. Sonra Cavid əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən Cavidin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Cavidin üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cavidin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Cavid və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Sonra isə polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki. onun üzərində olan qara rəngli cins şalvarının sol yan cibində bir ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin vardır, o, həmin kütləni onlara təqdim edə bilər. Sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş İ ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü yaşadığı evində tanışları ilə birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində saxladığı kütləni tanışlan ilə birlikdə qəbul edə bilməmiş, həmin narkotik vasitədən heç kimə satmadığını polis əməkdaşlarına bildirmişdir. Sonra şifahi sorğu zamanı Elçin polis əməkdaşlarına bildirmişdir ki. üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbayıl rayonu İçərişəhər adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü yaşadığı evində onlarla birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində saxladığı kütləni onlarla birlikdə qəbul edə bilməmiş, həmin narkotik vasitədən heç kimə satmadığını polis əməkdaşlarına bildirmişdir. Eyni qaydada şifahi sorğu zamanı Cavid üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını, narkotik vasitəni Elçinin yaşadığı evində onunla birlikdə qəbul etmək istədiyini bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Onunla Cavid və Elçin arasında tutulmamışdan bir neçə gün əvvəldə belə razılaşma olmuşdur ki, birlikdə narkotik vasitə qəbul etsinlər və nəticədə onun yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişlər, lakin o, heç kimə narkotik vasitə satmamışlar. O, həmin şəxsin narkotik vasitəni haradan əldə etməsini bilmir və bu barədə ona əvvəlcədən məlumat verməmişdir, üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan paket bükümündə narkotik vasitə heroin ona məxsusdur, özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etmişdir, əvvəlcədən əldə etdiyi narkotik vasitənin çəkisi barədə məlumatı olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o. ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O. həmiıı şəxsi tanımır, onunla ilk dəfə görüşmüş, əlamətlərini xatırlamır, harada yaşamasını bilmir. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində ***-***-**-** və 077-540- 46-45 saylı mobil telefon nömrələrini işlətmişdir. O, Elçinin yaşadığı evində olarkən. Elçinin və Cavidin üzərlərində olan narkotik vasitələri haradan əldə etmələrini bilməmiş, sadəcə həmin vaxt onlar da ona bildirmişlər ki. üzərlərində narkotik vasitə heroin vardır. Elçin də onlara demişdir ki, onunda üzərində vardır, şərait yaradar, qəbul edərlər. O, Elçinin evində Elçin və Caviddən başqa, heç kimlə həmin evdə narkotik vasitə qəbul etməmiş, ümumiyyətlə narkotik vasitənin satışını həyata keçirməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 29-da qeydiyyatda olan. ünvan 7-da yaşayan Şahid1 Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qunıpuna o, rəhbərlik etmişdir. Bundan başqa əməliyyat qrupuna baş əməliyyat müvəkkili Şahid4. əməliyyat müvəkkili Şahid5 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid6, eləcə də 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədov daxil edilmişdir. Sonra isə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü yuxarıdakı tərkibdə onlar Şahid1 yaşadığı ünvan 7 ünvana gedib qapını döyülmüş və Şahid1 qapını açmışdır. Sonra onlar Elçinə özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Elçin onlardan nə səbəbə gəlmələrini soruşmuş, onlarda Elçinə onun Yasamal rayonu ərazisində narkotik vasitələrin sə ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə məlumatın daxil olmasını bildirdikdən sonra həmin məlumatın yoxlanılmasından ötrü evinə baxış keçirilməsinin zəruri olmasını və evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Həmin vaxt Şahid1 evinə baxış keçirilməsinə etirazının olmamasını və bununla əlaqədar müvafiq ərizə yazmaq istədiyini bildirmişdir. Şahid1 ərizə ilə müraciət edərək yaşadığı Yasamal rayonu l-ci Alatava küçəsi 69 saylı ündandakı evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə video müşahidə altında Elçin Zərbəliycvin yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi iki otaq, mətbəx və sanitar qovşağdan ibarətdir. Baxış zamanı, mətbəxdə olan masanın üzərində narkotik vasitələrin qəbulu zamanı istifadə edilən predmetlər, yəni bir ədəd folqa materialdan olan bonıcuq, bir ədəd kağız materialdan olan bonıcuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu. bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, eləcə də bir ədəd “Bank of Baku” bankına məxsus Bolkart karlı, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qabvə03 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş predmetlər təhqiqatçı Elnur Məmmədov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə evin yataq otağında üç nəfər şəxsin olması müəyyən edilmiş, həmin şəxslərdən özlərini təqdim etmələri təklif edilmişdir. Həmin şəxslərin 25.05.198l-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 76. mənzil 54-də qeydiyyatda olan və yaşayan Şahid2, 07.03.199l-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1992-ci il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri Q.Qasımov küçəsi ev 4. mənzil 4-də qeydiyyatda olsamda, Abşeron rayonu Masazır qəsəbəsi Duz gölü Yeni Yaşayış massivində yaşayan X8 olması müəyyən edilmişdir. Sonradan yaşayış evinə baxış keçirilməsinə baxmayaraq, başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonradan Şahid1. Şahid2, Təqsirləndirilən şəxs və X4 üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya olması ilə əlaqədar şübhələr yarandığından, zəruri şərait olmaması səbəbindən və üzərlərinə şəxsi axtarış keçirilməsindən ötrü sonuncular onlar tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilərək gətirilmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində Şahid1. Şahid2. Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçilər dəvət edilmişdir. Müdafiəçilər Şahid1, Şahid2, Təqsirləndirilən şəxs təqdim edildikdən sonra eyni otaqda ayrı-ayrılıqda video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti başlamışdır. Əvvəlcə Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Şahid1 əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd şəflaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Elnur Məmmədov tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri möhürlə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Şahid1 üzərinə şəxsi axtanş və götürmə istintaq hərəkəti keçirilsə də. başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid1 üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını, həmin bükümü yaşadığı evində özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etməsini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilmədiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra, şəxsi axtarış zamanı Şahid2 təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Şahid2 bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində «kakos» kimi adlanan narkotik vasitə olan heroini əynində olan şalvarın sol yan cibindən çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Şahid2 üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Elnur Məmmədov tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdınlmışvə möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Şahid2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilsə də. başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid2 üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata özünün və tanışları ilə birlikdə istifadəsi üçün alıb əynində olan şalvarının sol yan cibində saxladığını, həmin bükümü Şahid1 yaşadığı evində özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etməsini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilmədiyini, həmin narkotik vasitədən heç kimə satmadığım bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində «kakos» kimi adlanan narkotik vasitə olan heroini əynində olan şalvarının sol yan cibindən çıxararq təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Elnur Məmmədov tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, möhürlə möhürlənmiş vəbağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilsə də, başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Səbail rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata özünün və tanışlan ilə birlikdə istifadəsi üçün aldığını, üzərində olan göy rəngli cins şalvarının so: yan cibində saxladığını, həmin bükümü Şahid1 yaşadığı evində özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etməsini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilmədiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və polis əməkdaşlarıtərəfindən, eləcə də saxlanılan şəxslər Şahid1, Şahid2 və Abş Əjdərov tərəfindən imzalanmış, video çəkiliş CD diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, digər otaqda. X4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X6 təqdim edilmiş vəsonuncuya hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı iləüzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtanş zamanı Aytən Əhmədovaya təklif edilmişdir ki. üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. X8 üzərində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra X4 üzərinə şəxsi axtarış keçirilmiş vəşəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı A.Əhmədova 28 aprel 2022-ci il tarixdə saat 17:30 dəqiqədə Cavidin ona zəng vurmasını, Cavidin ona ünvan 7 ünvanında yerləşən dostu Şahid1 evində olmasını və onun da oraya gəlməsini, o, da Cavidin sözündən çıxmayaraq həmin gün saat 20 radələrində Cavidin dediyi ünvana getməsini, həmin vaxt Cavidin onu qarşılamasını, həmin evdə Elçin və Alış adlı şəxslərin olmasım, Cavidin onu Elçin və Alışla tanış etməsini, sonradan polis əməkdaşlarının video müşahidə altında ev sahibi Şahid1 iştirakı ilə evə baxış keçirməsini gördüyünü, polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən evin mətbəx hissəsində olan stolun üzərindən şpris, ampula və digər əşyalar aşkar edilməsini, həmin əşyaların zərfə qoyularaq qablaşdırıldığını, onun və digər iştirakçılar tərəfindən imzalandığını, sorğu zamanı Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımadığını. Şahid1 evinə birinci dəfə olduğunu, Cavidin. Elçinin və Alışın birlikdə narkotik vasitə əldə etmələrini və ya qəbul etmələrini görmədiyini və bu barədə heç bir məlumatı olmadığını, onlarla narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edildi, protokol polis əməkdaşları və Aytən Əhmədova tərəfindən imzalanmış, video çəkiliş SD diskə yazılaraq protokola əlavə edilmişdir. Verilən suallara cavab olaraq Şahid3 ifadəsində. Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Aytən Əhmədovanın 29-cu PŞ-nəgətirilərkən sonunculara qarşı heç bir fiziki zor tətbiq edilmədiyini, döyülmədiklərini və xəsarət yetirilmədiklərini, Şahid2 narkotik vasitələrin satışı ilə məşğul olmasına dair PŞ-nəməlumat daxil olmadığını, buna baxmayaraq Şahid2 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması iləəlaqədar tədbirlər keçirsələr də bununla bağlı heç bir məlumat əldə edə bilmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2471 saylı, 29 aprel 2022-ci il tarixli ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 169” möhür əksi, “Təqsirləndirilən şəxs.” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,237 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3356 saylı, 20 iyun 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 1 il 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının və 2 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilmə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, və CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan Bakı Şəhər Probasiya İdarəsinin 141512-21-1/3-22378-9 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2 4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 3,137 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar