Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-74/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə xx xxxx 1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə xx xxxxxxxx 1996-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbəsi ə/d, F.Məmmədov küçəsi ev 15 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 yaşayış kompleksi, bina 18, mənzil 48 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakının gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri, ünvan 6 ünvanında Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə açarseçmə üsulu ilə qanunsuz daxil olduqdan sonra həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 əqli qüsurlu qızı Zərərçəkmiş şəxs2 tərəfindən törətmiş olduqları cinayət əməlinin aşkar edildiyini dərk etsələr də, öz cinayətkar əməllərini davam etdirərək qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə əl zərbələri ilə Q.Heydərovanı vurub sonuncuya sol bazunun və sol belin qançırları ilə nəticələnən həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirdikdən sonra əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin evin yataq otağında dolabda olan Zərərçəkmiş şəxs1 məxsus 5200 (beş min iki yüz) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyənındə iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını, bir ədəd 110 manat dəyərində samovarı, bir ədəd 85 manat dəyərində direli, bir ədəd 200 manat dəyərində “HP" markalı noutbuku açıq olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12735 (on iki min yeddi yüz otuz beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda zivan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakının gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri, ünvan 6 ünvanında Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə açarseçmə üsulu ilə qanunsuz daxil olduqdan sonra həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 əqli qüsurlu qızı Zərərçəkmiş şəxs2 tərəfindən törətmiş olduqları cinayət əməlinin aşkar edildiyini dərk etsələr də, öz cinayətkar əməllərini davam etdirərək qrupun digər üzvləri Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə birlikdə əl zərbələri ilə Q.Heydərovanı vurub sonuncuya sol bazunun və sol belin qançırları ilə nəticələnən həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirdikdən sonra əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin evin yataq otağında dolabda olan Zərərçəkmiş şəxs1 məxsus 5200 (beş min iki yüz) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyənındə iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını, bir ədəd 110 manat dəyərində samovarı, bir ədəd 85 manat dəyərində direli, bir ədəd 200 manat dəyərində “HP" markalı noutbuku açıq olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12735 (on iki min yeddi yüz otuz beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda zivan vurmaqla soyğunçuluq elmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istahlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfelamini əldə edib üzərində daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,200 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:20 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X28 Kompleksi, ev 18, 33 saylı mənzildə olarkən həmin ərazidə xidmət aparan Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PB-in əməldaşları tərəfindən psixotrop maddələrin istifadəsində şübhəli bilindiyindən saxlanılaraq həmin bölməyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz-qara rəngli cins şalvarın sağ balaca yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,200 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakının gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Curət oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri, ünvan 6 ünvanında Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə açarseçmə üsulu ilə qanunsuz daxil olduqdan sonra həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs1 əqli qüsurlu qızı Zərərçəkmiş şəxs2 tərəfindən törətmiş olduqları cinayət əməlinin aşkar edildiyini dərk etsələr də, öz cinayətkar əməllərini davam etdirərək qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə əl zərbələri ilə Q.Heydərovanı vurub sonuncuya sol bazunun və sol belin qançırları ilə nəticələnən həyatı və ya sağlamlığı üçün təhlükəli olmuyan zor tətbiq edilməklə xəsarət yetirdikdən sonra əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin evin yataq otağında dolabda olan Zərərçəkmiş şəxs1 məxsus 5200 (beş min iki yüz) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyərində iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını, bir ədəd 110 manat dəyərində samovarı, bir ədəd 85 manat dəyərində direli, bir ədəd 200 manat dəyərində “HP" markalı noutbuku açıq olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12735 (on iki min yeddi yüz otuz beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (Zərərçəkmiş şəxs1 evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülmədiyini və Qaratel Heydərovaya xəsarət yetirilmədiyini bildirməklə) ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə uzun müddətdir ki tanışdır, üçü də bir məhəllədə uşaqlıqdan bir yerdə böyümüşlər. Əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Əli ilə məhlədə olarkən söhbət zamanı Əli ona bildirmişdir ki, maddi cəhətdən sıxıntı çəkir. Həmin vaxt o da Əliyə dəstək verərək bildirmişdir ki, özü də maddi cəhətdən sıxıntı çəkir. Söhbət əsnasında o bildirmişdir ki, onlarla köhnə evlərində qonşuluqda yaşayan Qərənfil arvad meyvə alveri edir, həmçinin eşitmişdir ki, sələmə pul verir, onun evində pul olar. Bu zaman Əli demişdir ki, "onun evinə oğurluq edəkmi?”. O isə demişdir ki, "hə edək.” Həmin vaxı planlaşdırmışlar ki, onlara üçüncü adam lazımdır. İkisi də münasib adam kimi məhəllə uşaqları və dostları Səddamı uyğun görmüşlər. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Əli ilə görüşmüş və hər ikisi bir yerdə Səddama yaxınlaşmışlar, görüşdükdən sonra fikirləşdikləri plan haqqında, yəni Qərənfilin və onun əri Fazilin evindən oğurluq etmək planlarını Səddama bildirmişlər. Səddam razılaşmış və üçü bir yerdə həmin evə daxil olmaq qərarına gəlmişlər. Planlarına əsasən saat 17:00 radələrində həmin evə daxil olmaq üçün oğurluq edəcəkləri evə doğru piyada getmişlər. Yolda Fazil və Qərənfilin meyvə satdıqları verdə olduqlarını görmüşdürlər. Onların yaşadığı binaya çatanda planlaşdırmışdır ki, blokda o gözləsin, Səddamla Əli isə evə qalxsınlar. O, həmin binanın 2-ci mərtəbəsində pilləkənin yanında gözləmişdir, Əli ilə Səddam isə həmin evə qalxmışlar. Təxminən yarım saat sonra Səddamla Əli geri qayıdaraq ona bildirmişlər ki, evdən pul çıxmadı, otaqların çoxu bağlıdır, aça bilməmişdirlər. Yalnız Səddam əlində bir ədəd samovar gətirmişdir. O, bunu eşidəndə bir az inamsız yanaşmışdır. Həmin vaxt Əli demişdir ki, "gəl mənimlə gedək, Səddam isə gözləsin”. Bundan sonra Səddam həmin yerdə gözləmiş və o, Əli ilə birgə yenidən həmin evə getmişdir. Həmin evə 3-4 ev qalmış dəhlizin diklə bağlandığını, lakin dikin ondan öncə Səddam və Əli tərəfindən söküldüyünü görmüşdür. Həmin yarımsökülü dikdən keçib qapıları bir-bir yoxlamağa başlamışlar. Həmin vaxt qapının yanında asılmış açar görmüşdür. Həmin açarla qapını açmış və evə daxil olmuşlar. Evə daxil olanda fikir vermişdir ki, ev tamamilə dağınıq haldadır, yəni ondan qabaq Əli və Səddam evi axtararkən dağınıq hala salmışlar. Həmçinin, o, evdə əqli qüsurlu bir qızın olduğunu görmüşdür. Əliyə sual verdikdə Əli bayaq da həmin qızın evdə olduğunu demişdir. Əli qıza sual etmişdir ki, "pul haradadır?” qız isə əqli qüsurlu olduğundan Əliyə heç bir cavab verə bilməmişdir. Əli ilə o, evin bütün otaqlarını axtarmışlar. Soyuducunun üzərində 61 (altmış bir) manat qəpik pul görmüş və o, həmin qəpikləri götürmüşdür. Əli isə bir ədəd direl və bir ədəd "HP” markalı noutbuk götürmüşdür. Bundan sonra evdən çıxmışlar və üçü də hadisə yerini tərk etmişlər. Piyada Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişlər orada dönər yedikdən sonra Bakı şəhəri “Medtexnikum” adlanan yerdə yerləşən kafeyə gəlmişlər. Kafedə tanımadıqları müştərilərdən birinə Əli noutbuku 50 manata satmışdır. Həmin vaxt Səddama 20 manat vermişlər və Səddam çıxıb getmişdir. Bundan sonra oradan Əlinin nənəsinin yaşadığı Bakı Slavyan Universitetinin yataqxanasına getmişlər və samovarı orada Əli aparıb nənəsinin evinə qoymuşdur. Sonra isə hərəsi öz evlərinə getmişlər. Həmin günün səhərisi xx.xx.2022-ci il tarixdə Əli ilə görüşmüş və samovarı götürüb “Kubinka" adlanan yerdə tanımadıqları şəxsə 70 manata satmışlar. Həmin puldan 60 manatı Əlinin borcu olduğu üçün götürmüşdür, yerdə qalanına isə o siqaret almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evindən 5200 (beş min iki yüz ) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyərində iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını götürməmişdir. Eyni zamanda bildirmişdir ki, evdə olarkən Zərərçəkmiş şəxs1 qızı Qaratel Heydərovanı vurmamış və ona xəsarət yetirməmişdir. Baş vermiş hadisədən sonra Qaratel Heydərovanın bədənində aşkar edilmiş xəsarətlərin haradan və hansı şəraitdə yaranması ilə bağlı verilmiş suala isə məntiqli və əsaslandırılmış cavab verə bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri üzrə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı (Zərərçəkmiş şəxs1 yaşayış evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülməməsi ilə bağlı və Qaratel Heydərovaya xəsarət yetirilməməsi ilə bağlı ) hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı verdiyi ifadəsindən, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini qismən etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs2 verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, hadisə yerinə baxış protokolunun, sübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda sadalanan sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (Zərərçəkmiş şəxs1 yaşayış evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülmədiyini və Qaratel Heydərovaya xəsarət yetirilmədiyini bildirməklə) ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nurəddiıı oğlu ilə uzun müddətdir ki, tanışdır, üçü də bir məhəllədə uşaqlıqdan bir yerdə böyümüşlər. Əvvəllər Azərbavcan Respublikası CM-in 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıları olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində məhəllədə olarkən Əli ilə Elşən ona yaxınlaşmış və bildirmişdirlər ki, pulsuzluqdan şikayətlənirlər deyə köhnə qonşuları Qərənfilin və onun əri Fazilin evindən oğurluq etmək istəyirlər. Bunun üçün üç nəfər lazımdır və ona inandıqları üçün üçüncü adam kimi onun olmasını istəyirlər. O, bu təkliflə razılaşmış və üçü bir yerdə həmin evə daxil olmaq qərarına gəlmişlər. Planlarına əsasən saat 17:00 radələrində həmin evə daxil olmaq üçün piyada oğurluq edəcəkləri evə doğru getmişlər. Yolda Fazil və Qərənfilin meyvə satdıqları yerdə olduqlarını görmüşlər. Onların yaşadığı binaya çatanda planlaşdırmışlar ki, blokda Elşən gözləsin, onunla Əli isə evə qalxsınlar. Elşən həmin binanın 2-ci mərtəbəsində pilləkənin yanında gözləmişdir ki, gələn olsa onlara xəbər versin, Əli ilə o isə həmin evə daxil olmuşdurlar. Həmin evə 3-4 ev qalmış dəhlizdə diklə sədd çəkmişdilər və Əli və o həmin diki təpikləyib sındırmışlar. İlk Əli daxil olmuş arxasınca isə o, evə daxıl olmuşdur. Otaqlardan qapısının biri açıq olmuşdur və onlar görmüşlər ki, orada bir qız oturubdur. O, Fazilin xəstə qızının olduğunu bilirmiş, lakin görməmişdir. Həmin vaxt Əli evə daxil olmuş. Əlinin arxasınca o, daxil olmuşdur. Evə daxil olmuşdurlar ki, qız artıq eyvandadır. Onlar sakitcə evi axtarmağa başlamışdırlar. Onlar evi axtaran zaman qız eyvandan içəri daxil olmuşdur. Həmin vaxt o, dolabı axtarmışdır. Qız içəri daxil olanda ona demişdir ki, “axşam əmim ilə Sizin evə gələcəyik", bu sözləri deyib gedib kresloda oturmuşdur. Əli həmin qıza sual vermişdir ki, “pullar haradadır?" qız isə gülüb heç nə deməmişdir. Onlar axtarışlarına davam etmişdirlər. Qapı ilə üzbəüz, o, samovarı görmüş və samovarı götürüb evdən çıxmışlar və Elşənə yaxınlaşmışlar. Əli ilə onun axtarışı təxminən yarım saat çəkmişdir. Onlar Elşənə yalnız samovarı tapdıqlarını dedikdə Elşən narazılıq etmiş və bundan sonra o, blokda gözləmiş, Əli ilə Elşən yenidən evi axtarmağa getmişlər. Təxminən 15-20 dəqiqə sonra Əli ilə Elşən geri qayıtmışlar və o, görmüşdür ki, Elşənin əlində 61 manat qəpiklə pul var. Əlinin əlində isə 1 ədəd direl və 1 ədəd “HP" markalı noutbuk olmuşdur. Bundan sonra hər üçü hadisə yerini tərk etmişdirlər. Piyada Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişdirlər, orada dönər yedikdən sonra Bakı şəhəri “Medtexnikum” adlanan yerdə yerləşən kafeyə getmişlər. Kafedə tanımadıqları müştərilərdən birinə Əli noutbuku 50 manata satmışdır. Həmin vaxt ona 20 manat vermişdirlər və o çıxıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evindən 5200 (beş min iki yüz) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyənındə iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını götürməmişdir. Eyni zamanda bildirmişdir ki, evdə olarkən Zərərçəkmiş şəxs1 qızı Qaratel Heydərovanı vurmamış və ona xəsarət yetirməmişdir. Hadisədən sonra Qaratel Heydərovanın bədənində aşkar edilmiş xəsarətlərin haradan və hansı şəraitdə yaranması ilə bağlı verilmiş suala isə məntiqli və əsaslandırılmış cavab verə bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri üzrə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı (Zərərçəkmiş şəxs1 yaşayış evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülməməsi ilə bağlı və Qaratel Heydərovaya xəsarət yetirilməməsi ilə bağlı ) hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq zamanı verdiyi ifadəsindən, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi cinayət əməlini qismən etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs3 verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, hadisə yerinə baxış protokolunun, sübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda sadalanan sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda zivan vurmaqla soyğunçuluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (Zərərçəkmiş şəxs1 yaşayış evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülmədiyini və Qaratel Heydərovaya xəsarət yetirilmədiyini bildirməklə) ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs2 ilə uzun müddətdir ki tanışdır, üçü də bir məhəllədə uşaqlıqdan bir yerdə böyümüşlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Elşənlə məhəllədə olarkən söhbət zamanı o, bildirmişdir ki, maddi cəhətdən sıxıntı çəkir, həmin vaxt Elşən də ona dəstək vermişdir ki, o, da maddi cəhətdən sıxıntı çəkir. Söhbət əsnasında Elşən bildirmişdir ki, onlarla köhnə evlərində qonşuluqda yaşayan Qərənfil arvad meyvə-tərəvəz alveri edir, həmçinin eşitmişdir ki, sələmə də pul verir, onun evində pul olar. Bu zaman o, demişdir ki, “onun evinə oğurluq edəkmi?” Elşən isə demişdir ki, “bəli edək”. Həmin vaxt planlaşdırmışdırlar ki, onlara bu işdə üçüncü adam lazımdır. İkisinin də münasib bildikləri adam məhəllə uşaqları və dostları Səddam olmuşdur. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Elşənlə birlikdə görüşmüşlər və ikisi də bir yerdə Səddama yaxınlaşmışdırlar. Səddamla görüşdükdən sonra fikirləşdikləri plan haqqında, yəni Qərənfilin və onun əri Fazilin evindən oğurluq etmək planlarını Səddama demişlər. Səddam razılaşmış və üçü də bir yerdə həmin evə daxil olmaq qərarına gəlmişdirlər. Planlarına əsasən saat 17:00 radələrində həmin evə daxil olmaq üçün piyada oğurluq edəcəkləri evə doğru hərəkət etmişlər və yolda Fazil və Qərənfilin meyvə satdıqları yerdə olduqlarını görmüşlər. Onların yaşadığı binaya çatanda planlaşdırmışdırlar ki, blokda Elşən gözləsin, Səddamla o isə evə qalxsınlar. Elşən həmin binanın 2-ci mərtəbəsində pilləkənin yanında gözləmiş, Səddamla o isə həmin evə daxil olmuşlar. Evə daxil olmamışdan öncə dəhlizdə diklə arakəsmə olmuşdur və həmin diki sındırmışlar və bundan sonra evə daxil olanda görmüşdürlər ki, evdə əqli cəhətdən qüsurlu 30 yaşlarında olan qız vardır. Həmin qız onların evdə nə etdiklərini dərk etmirdi. Təxminən, yarım saat ərzində evi axtarmış və pul tapa bilməmişlər, yalnız Səddam bir ədəd samovar görüb götürmüşdür. Bundan sonra Səddamla evdən çıxmış və Elşənə yaxınlaşıb demişdilər ki, evdən pul çıxmadı, otaqların çoxu bağlıdır, aça bilməmişdirlər. Səddam əlində bir ədəd samovarı göstərmişdir ki, yalnız bir ədəd qiymətli samovar tapa bilmişdirlər. Elşən bunu eşidəndə bir az inamsızlıq etmişdir, həmin vaxt o, demişdir ki, “gəl mənimlə gedək", Səddam isə gözləsin. Bundan sonra Səddam həmin yerdə gözləmiş və Elşənlə o, yenidən həmin evə getmişdir. Həmin yarımsökülü dikdən keçib qapıları bir-bir yoxlamağa başlamışdırlar. Həmin vaxt qapının yanında Elşən asılmış açar görmüşdür. Həmin açarla Elşən qapını açmış və onlar əvvəl Səddamla arxa tərəfdən daxil olduqları mənzilə daxil olmuşlar. Qız yenə orada olmuşdur. O, Elşənə demişdir ki, qız bayaq da burada idi. Həmin vaxt o, qıza sual vermişdir ki, “pul haradadır?” qız isə əqli qüsurlu olduğundan ona heç bir cavab verə bilməmişdir. Elşənlə o, evin bütün otaqlarını axtarmışlar. Elşən soyuducunun üzərində 61 (alımış bir) manatlıq qəpik görmüş və həmin qəpikləri götürmüşdür. O, isə bir ədəd direl və bir ədəd “HP” markalı noutbuk görmüş və götürmüşdür. Bundan sonra evdən çıxmış və üçü də hadisə yerini tərk elmişlər. Piyada hərəkət edərək Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmişlər, orada dönər yedikdən sonra Bakı şəhərində “Medtexnikum” adlanan yerdə yerləşən kafeyə gəlmişlər. Kafedə tanımadıqları müştərilərdən birinə həmin noutbuku 50 manata satmışdır, həmin vaxt Səddama 20 manat vermişlər və Səddam oradan çıxıb getmişdir. Bundan sonra oradan onun nənəsinin yaşadığı Bakı Slavyan Universitetinin yataqxanasına getmişlər. Samovarı aparıb nənəsinin evinə qoymuşdur. Sonra isə hərəsi öz evlərinə getmişlər. Həmin günün səhərisi yəni xx.xx.2022-ci il tarixdə Elşənlə görüşmüş və samovarı götürüb Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Kubinka” adlanan yerdə tanımadıqları şəxsə 70 manata satmışlar. Borcu olduğu üçün həmin puldan 60 manatını özünə götürmüşdür. Yerdə qalan pul ilə Elşən siqaret almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi soyğunçuluq əməlinə görə səmimi peşmançılıq çəkməsini, 44 gün sürən Vətən Müharibəsində könüllü olaraq iştirak etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evindən 5200 (beş min iki yüz ) manat nağd pulu, 3000 manat dəyərində bir cüt qızıl sırğa və qızıl üzük dəstini, bir ədəd 3000 manat dəyərində qızıl boyunbağı ilə klonu, 600 manat dəyərində iki ədəd nişan üzüyünü, 400 manat dəyərində iki cüt qızıl uşaq sırğası olmaqla ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarını götürməmişdir. Eyni zamanda bildirmişdir ki, mənzildə olarkən Zərərçəkmiş şəxs1 qızı Qaratel Heydərovanı vurmamış və xəsarət yetirməmişdir. Hadisədən sonra Qaratel Heydərovanın bədənində aşkar edilmiş xəsarətlərin haradan və hansı şəraitdə yaranması ilə bağlı verilmiş suala isə məntiqli və əsaslandırılmış cavab verə bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri üzrə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı (Zərərçəkmiş şəxs1 yaşayış evindən 5200 manat nağd pulun və 7000 manat dəyərində qızıl-zinət əşyalarının götürülməməsi ilə bağlı və Qaratel Heydərovaya xəsarət yetirilməməsi ilə bağlı ) hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı verdiyi ifadəsindən həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini qismən etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs1 verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, hadisə yerinə baxış protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda sadalanan sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək məhkəmə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə xəsarət yetirib xeyli miqdarda zivan vurmaqla soyğunçuluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadıqları ünvanda əqli qüsurlu, fəaliyyət qabiliyyəti olmayan qızı Zərərçəkmiş şəxs2 və arvadı Qanuni nümayəndə ilə birlikdə yaşayır. Qaratel danışa bilmir, ətrafda baş verən hadisələri dərk edə bilmir deyə bütün günü evdə olur. Arvadı Qərənfillə birlikdə işləyirlərlər meyvə-tərəvəz satmaqla ailələrini dolandırırlar. Onlar işdə olanda Qaratel evdə tək qalır. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində arvadı Qərənfil işə getmişdir. O, Qaratelə görə evdə qalmışdır. Saat 17:00 radələrində isə o, Qərənfili işdən gətirmək üçün evdən çıxmışdır, həmin vaxt Qaratel evdə qalmışdır. Saat 22:00 radələrində Qərənfillə birlikdə evə qayıtmışdır və evə daxil olan kimi görmüşlər ki, evləri dağınıq haldadır, Qaratel isə pəncərədən baxır. Evə baxış zamanı aşkar etmişlər ki, evin yataq otağı dağınıq haldadır, evin əşyaları, paltarlar, həmçinin digər əşyalar yerə tökülmüş haldadırlar. Evdə olan qiymətli əşyalarını axtaran zaman görmüşlər ki, naməlum şəxs yaşadıqları evə qanunsuz yolla daxil olaraq evdən yataq otağında yerləşən dolabda olan 5200 (beş min iki yüz) manat məbləğində nəğd nağd pulu həmçinin ümumilikdə 7000 (yeddi min) manat dəyərində qızıl-zinət əşyaları, bir ədəd 110 manat dəyərində olan samovarı, bir ədəd 85 (səksən beş) manat dəyərində direli, bir ədəd 200 manat dəyərində “HP" markalı noutbuku gizli yolla talamaqla ona ümumilikdə 12595 (on iki min beş yüz doxsan beş) manat maddi ziyan vurmuşdurlar. Dərhal baş verənlər barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı oğurlanan əşyalardan yalnız samovar ona qaytarılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 hazırda hər üç təqsirləndirilən şəxslə barışdığını, cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, hər üç təqsirləndirilən şəxsə münasibətdə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi qismində tanınmış anası Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Heydar oğlu onun əridir və X7 isə onların qızlarıdır. Yaşadığı ünvanda əqli qüsurlu, fəaliyyət qabiliyyəti olmayan qızı Zərərçəkmiş şəxs2 və əri Zərərçəkmiş şəxs1 Heydar oğlu ilə birlikdə yaşayır, qızı Qaratel danışa bilmir, ətrafda baş verən hadisələri dərk edə bilmir deyə bütün günü evdə olur. Əri Fazillə birlikdə işləyirlər, mevvə-tərəvəz satmaqla ailələrini dolandırırlar. Onlar işdə olanda Qaratel evdə qalır. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində o, işə getmişdir. Fazil Qaratelə görə evdə qalmışdır. Saat 17:00 radələrində Fazil onun iş yerinə gəlmiş və saat 22:00 radələrində onlar birlikdə evə qayıtmışlar evə daxil olan kimi görmüşdür ki, ev dağınıq haldadır, Qaratel isə pəncərədən baxır. Evə baxış zamanı aşkar etmişlər ki, evin yataq otağı dağınıq haldadır, evin əşyaları, paltarlar, həmçinin digər əşyalar yerə tökülmüş haldadadır. Evdə olan qiymətli əşyalarını axtaran zaman görmüşdür ki, naməlum şəxs yaşadığı evə qanunsuz yolla daxil olaraq evdən yataq otağında dolabda olan 5200 manat nağd pulu, həmçinin ümumilikdə 7000 (yeddi min) manat dəyərində qızılzinət əşyalarını, bir ədəd 110 (yüz on) manat dəyərində samovarı, bir ədəd 85 manat dəyərində direli, bir ədəd 200 manat dəyərində “HP" markalı noutbuku gizli yolla talamaqla əri Fazilə ümumilikdə 12595 (on iki min beş yüz doxsan beş) manat maddi ziyan vurmuşdurlar. Dərhal baş verənlər barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdirlər. Qızı Qaratel danışa bilmir, lakin ona başa salmışdır ki, həmin şəxslər Qarateli əlləri ilə itələyib pul istəyiblər. İbtidai istintaq zamanı oğurlanan əşyalardan yalnız samovar onlara qaytarılmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi qismində tanınmış anası Qanuni nümayəndə hazırda hər üç təqsirləndirilən şəxslə barışdığını, cinayət əməli nəticəsində onlara vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, hər üç təqsirləndirilən şəxsə münasibətdə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə 32 ünvanında yerləşən emalatxanada işləyir. Onların emalatxanası mis samovar, mis qazan, yaxud digər əlvan metaldan olan qazan dəstlərini alıb təmir edib sonradan satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində tanımadığı iki nəfər şəxs onların emalatxanasına yaxınlaşıb özlərinə məxsus satılıq bir samovarın olduğunu bildirmişlər. Onlar həmin samovarın özlərinə məxsus olduğunu bildirmişdirlər. Həmin vaxt o, samovara baxmış və 50 manat qiymət qoymuşdur. Həmin şəxslər isə 100 manat dedikdə onlar 70 manata razılaşmışdırlar. Bundan sonra həmin şəxslərdən birinin, yəni anket məlumatları ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini almış və orada samovarı aldığı qiyməti qeyd etdikdən sonra 70 manat pulu verib 1 ədəd samovarı almışdır. Həmin tarixdən bir həftə sonra xx.xx.2022-ci il tarixdə polislər ona yaxınlaşmış və talanmış samovar aldığını bildirmişdirlər. O, dərhal həmin samovarın Elşənin ona satdığı samovar olduğunu başa düşmüşdür. Belə olan halda o, həmin samovarı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən kafeni icarəyə götürüb işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 21:00 radələrində üç nəfər şəxs onun işlədiyi kafeyə gəlmişlər və bildirmişlər ki, satılıq malları vardır. Həmin şəxslərdən ikisini tanımamış, onlardan biri isə üzdən tanıdığı və adının Səddam olduğunu bildiyi şəxs olmuşdur. Belə ki, onlar birlikdə eyni yataqxanada qaçqın kimi yaşamışlar. Lakin xeyli müddətdir ki, onlar qaldıqları yerlərdən köçmüşlər. Həmin şəxslər ona yaxınlaşıb satılıq samovar, direl və bir ədəd “HP” markalı noutbukun olduğunu demişdirlər. O, pulu olmadığı üçün almaqdan imtina etmişdir. Həmin vaxt kafedə müştəri qismində əyləşmiş, tanımadığı və adını Aqşin kimi bildiyi şəxs onlardan nə əşya satdıqlarını soruşmuşdur. Həmin vaxt onlar noutbuku Aqşinə göstərmişlər və əvvəlcə Aqşinə 100 manata satdıqlarını demişlər, lakin Aqşin baha qiymətə satdıqlarını demişdir. Sonradan noutbuku 50 manata satılması ilə bağlı razılığa gəlmişlər və Aqşin həmin dəqiqə 50 manatı verib noutbuku onlardan almışdır. Bundan sonra onlar çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi fakta görə 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 180.2.3 və 180.2.5-ci maddələri ilə başlanmışdır. (cild 1, i.v.1) “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən, saat 19:30-dan hesablanmışdır. (cild 1, i.v.41) “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən, saat 22:00-dan hesablanmışdır. (cild 1, i.v.63) “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət əməli Azərbaycan Respublikası CM-in 180.2.3 və 180.2.5-ci maddələrindən həmin məcəllənin 180.2.1, 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilərək cinayət işinin istintaq davam etdirilmişdir. (cild 1, i.v.100-101) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild 1, i.v.120-122) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-679/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmaqla, 02 (iki) ay 22 (iyirmi iki) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.146-150) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-680/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmaqla, 02 (iki) ay 22 (iyirmi iki) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.151-155) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-790/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətində, yəni 08 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.210-214). DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində 3000 manat cərimə cəzası təyin edilmişdir. (cild 1, i.v.215-216). Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-7977 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzasını tam ödədiyindən icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli prokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 əyani şəkildə cinayətin törədildiyi yeri əyani şəkildə göstərməklə bərabər bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin mənzilə daxil olaraq mənzildə əqli qüsurlu qız uşağını görüb, onun təhlükəsiz olduğunu görüb məhəl qoymayaraq evi axtararaq o, evdən bir ədəd samovar, Elşən 61 manat qəpik pul, əli isə evdən bir ədəd “HP” markalı noutbuk və bir ədəd direl götürüb talamaqla hadisə yerini tərk etmişlər. (cild 1, i.v.77-84). “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli prokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayətin törədildiyi yeri əyani şəkildə göstərməklə bərabər bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin mənzilə daxil olaraq mənzildə əqli qüsurlu qız uşağını görüb, onun təhlükəsiz olduğunu görüb məhəl qoymayaraq evi axtararaq o, evdən bir ədəd samovar, Elşən 61 manat qəpik pul, əli isə evdən bir ədəd “HP” markalı noutbuk və bir ədəd direl götürüb talamaqla hadisə yerini tərk etmişlər.(cild 1, i.v.85-93). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 01 (bir) il şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, i.v.217-218) AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v.220-221) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2022-ci il tarixli, 790 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazunun və sol belin qançırları küt əşyanın (əşyaların) təsirində törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. X2 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “Sol baldırın əzilməsi” diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Qeyd olunan xəsarətlərin şəxsin yıxılması nəticəsində törənməsi inkar olunur. (cild 2, i.v.101-102). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6166 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 5 litr tutumlu od samovarının orta bazar qiyməti təxmiynən 250 manatdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. (cild 2, i.v.104-105). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-914/2022 saylı qərardan görünür ki, X8 cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (cild 2, i.v.120-121). “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 həyat üçün təhlükəli olmayan xəsarət yetirildiyi üçün onun cinayət işi üzrə zərəçəkmiş şəxs qisminində tanınması qərara alınmışdır. (cild 2, i.v.112). “Zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi təyin edilmişdir. (cild 2, i.v.123) İş materiallarına əlavə edilmiş iki ədəd doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı vardır: xx.xx.2020-ci il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X23. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Akif adlı övladı vardır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, bir ədəd samovar Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild 2, i.v.236). İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi qismində tanınmış anası Qanuni nümayəndə hazırda hər üç təqsirləndirilən şəxslə barışdılarını, cinayət əməli nəticəsində onlara vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələblərininn olmadığını, hər üç təqsirləndirilən şəxsə münasibətdə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 24 oktyabr 2014-cü ildən 26 aprel 2016-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixində hərbi hissənin siyahısına daxil edilmişdir və xx.xx.2020-ci il tarixində hərbi hissənin siyahısından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri əldə edilmiş sübutlarla uzlaşmadığından onların ağır cəzadan qurtulmağa çalışdığını göstərir və həmin ifadələrə tənqidi yanaşaraq, özlərini müdafiə üçün gətirdikləri dəlil kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə ittihamda qeyd olunan əməllərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsüf məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 (soyğunçuluq cinayətinə münasibətdə), Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir.Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla soygunçuluq əməlinə görə səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxslərin yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmələrini, 44 günlük Vətən Müharibəsinə könüllü getməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsaslanmaqla - cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən həmin ağırlaşdıran hal nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla əməlinə görə səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxslərin yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmələrini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsaslanmaqla - cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən həmin ağırlaşdıran hal nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onun cinayət törətməyə meyilliliyi, əvvəlki cəzadan düzgün nəticə çıxarmaması kimi şəxsiyyətini xarakterizə edən əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla əməlinə görə səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxslərin yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmələrini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsaslanmaqla - cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən həmin ağırlaşdıran hal nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən onun cinayət törətməyə meyilliliyi, əvvəlki cəzadan düzgün nəticə çıxarmaması kimi şəxsiyyətini xarakterizə edən əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən digər bir ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi X28 kompleksində ailəsi ilə birgə yaşayır. 13 iyul 2022-ci ii tarixdə 22:00 radələrində yaşadığı X28 kompleksində 15 saylı binada qonşuluqda yaşayan Cavid adlı tanışının evində digər tanışları ilə oturub söhbət edərkən qapı döyülmüş və evə iki nəfər mülki geyimdə olan polis əməkdaşları daxil olmuşdur və onların narkotik vasitə istifadə etmələri şübhəsinin olduğu üçün birlikdə polis bölməsinə gedəcəklərini bildirmişlər. Əraziyə dəvət edilmiş post-patrul avtomobilləri ilə onu və digər tanışlarını Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə gətirmişlər, bölmənin giriş hissəsində üzərinə baxış keçirilmiş üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması yoxlanılmış, lakin heç bir qanunsuz əşya və ya narkotik maddə aşkar edilməmişdir. Həmin gecə səhərədək polis bölməsinin inzibati binasında olan inzibati otaqda digər onunla gətirilən digər şəxslərlə oyaq vəziyyətdə saxlandığını, əlləri bağlı vəziyyətdə olmadığını, sərbəst şəkildə ayaq yoluna getməklərinə və siqaret çəkmələrinə icazə verdiklərini bildirmişdir. Üzərində narkotik vasitə aşkar olunmadığı üçün polis bölməsində ona psixoloji təzyiq göstərərək az miqdarda psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını etiraf etməyi israrla təkid etmişlər, lakin o, bundan qəti şəkildə imtina etmişdir, sonradan onu polis bölməsində səhərədək oyaq vəziyyətdə saxladıqları, yatmağa icazə vermədikləri səbəbindən halsız olduğu və yorulduğu üçün, polis əməkdaşlarının təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmçinin, üzərində psixotrop maddənin olmasını etiraf edəcəyi halda, onu sərbəst olaraq evinə buraxacaqlarını söz verdikləri üçün tutulduqdan 15 saat sonra təzyiqlərə dözməyərək məcbur olub onların təklifi ilə razılaşdığını bildirmişdir. Razılaşdırqdan sonra vəkil dəvət edib videoçəkilişlə üzərinə baxış keçirilmiş və o, kamera qarşısında psixotrop maddənin ona məxsus olmasını bildirdikdən sonra, polis işçiləri ilə razılaşdıqları kimi onu bir neçə saat sonra evlərinə buraxmışlar. Əvvəllər məhkum olunmayan şəxs oduğundan etdiyi hərəkətin mahiyyətini başa düşməmişdir, eyni zamanda hesab etmişdir ki, onun işi bağlanmışdır. O, hazırda məhkəmə iclasında həqiqəti söyləyir, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini təzyiq və təsir altında verdiyi üçün ondan imtina edir, hazırkı iş üzrə onun heç bir günahı yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanıldığı vaxtdan yəni 13 iyul 2022-ci il tarixdə saat təxminən 22:00-dan üzərinə videoçəkilişlə baxış keçirilən vaxtadək, yəni 14 iyul 2022-ci il tarixdə saat təxminən 14:00-dək olan vaxt ərzində polis bölməsində olarkən onunla bağlı heç bir sənədləşmə aparılmamışdır, tutulma haqqında qərarla tanış olmamış və surəti ona verilməmişdir, müdafiəçi ilə təmin olunmamışdır, müdafiəçini ilk dəfə saxlanıldığı gündən sonrakı gün günorta saatlarında təhqiqatçının otağında görmüşdür. Həmçinin bildirmişdir ki, 15 saata yaxın bir müddət ərzində polis bölməsinin inzibati binasında olarkən hər kəsdən gizlin üzərində psixotrop maddə saxlamaqla daşıması mümkün deyildir. Təxminən 15 saat bölmədə qaldıqdan sonra üzərinə baxış keçirildiyini, bölmədə olduğu müddət ərzində onun qollarında qandal olmadığını, yanında ona nəzarət edən polis əməkdaşının daimi dayanmadığını və ayaqyolundan istifadə etdiyini, siqaret çəkmək üçün kənarlaşdığını nəzərə alaraq, həmin vaxt onun cibində psixotrop maddə olduğu təqdirdə, həmin bükümü istənilən yerdə tullamaq, o cümlədən tualetə də atmaq imkanı olduğunu bildirmişdir. Lakin bir daha həmin psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı bir psixotrop maddə olmadığını qeyd etmişdir. Polis əməkdaşları ona psixoloji təzyiq göstərdikləri üçün qorxmuş və üzərində şəxsi axtarış aparılan zaman və izahatını verdiyi zaman elə bildirmişdir. Tutulan və üzərində ilkin axtarış aparılan zaman müdafiəçi olmamışdır. Polis bölməsində kim tərəfindən ona təzyiq və təsir göstərilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, hazırda iş üzrə şahid qismində məhkəmə iclasında iştirak etmiş polis əməkdaşları onu saxlayaraq bölməyə gətirdikdən sonra ona təzyiq göstərdiklərini, ona görə də etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, polis əməkdaşları tərəfindən çəkiliş zamanı nə deməli olduğunu öyrətdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin izahatında bildirmişdir ki, təxminən 3 aya yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. İlk dəfə olaraq narkotik vastənin marixuana olan növündən istifadə etmiş, sonralar o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Hazırda psixotrop maddənin metamfetamin olan növündən istifadə edir. O, tez-tez psixotrop maddədən istifadə edən deyildir və narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. Həmin aldığı psixotrop maddəni özü üçün istifadə etmək məqsədilə üzərində, şalvarının balaca cibində gizlədib saxlamışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qoba-Parka Yaşayış kompleksi, 18 nömrəli binada yaşayan Cavid adlı tanışının evində olan zaman qapı döyülmüş və Cavidin icazəsi ilə 2 nələr mülki geyimdə olan şəxslər evə daxil olmuşdurlar. Polis əməkdaşları olduqlarını, xidməti vəsiqələrini göstərdikdən sonra o, özü könüllü surətdə psixotrop maddələrdən istifadə etdiyini, psixotrop maddə aludəçisi olduğunu, üzərində psixotrop maddə olduğunu onlara bildirmişdir. Polis əməkdaşları ilə birlikdə o, polis bölməsinə gəlmişdir. Üzərində olan psixotrop maddəni polis nəzarətində olduğu və vəkilin iştirakı ilə təqdim eləmək istədiyi üçün üzərində saxlamışdır, heç yerə atmamışdır. xx.xx.2022-ci il tarixdə 10-cu PB-in inzibati binasında xidməti otaqların birində üzərində vəkilin, polis əməkdaşlarının iştirakları və videoçəkiliş vasitəsilə axtarış aparmışdırlar. Ona üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdirlər. O. əynində olan boz-qara rəngli cins şalvarın sol yan balaca cibində qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, üzərindən qara rəngli gödəkçə aşkar olunmuşdur. Həmin gödəkçəyə baxan zaman iki ədəd SİM kart, bir ədəd market qəbzi, şəxsiyyət vəsiqəsi, bank kartları aşkar olunmuş və ona geri qaytarılmışdır. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin izahatını təsdiq etmədiyini, həmin izahatı polislərin təzyiqlərinə məruz qaldığı üçün verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X28 kompleksinin A nömrəli binasının yaxınlığında xidmətdə olan zaman bir nəfər sakin onlara yaxınlaşıb bildirmişdir ki, həmin yaşayış kompleksində yerləşən 15 nömrəli binanın 33 saylı mənzilindən gələn səs-küyün böyük narahatçılıq yetirməsini deyərək onlardan kömək istəmişdir. O, iş yoldaşı Şahid1lə birlikdə həmin mənzilə getmişdir. Sözügedən mənzilə gedən zaman bu barədə 10-cu polis bölməsinə zəng vurub məlumat vermişlər. Həmin 15 nömrəli binanın 33 nömrəli mənzilinin qapısının zəngini vurub ev sahibini səsləmişlər. Mənzilin qapısını bir nəfər şəxs açmış və onlar özlərini təqdim etdikdən sonra həmin şəxsin özünü təqdim etməyi bildirmişlər. Həmin Cavid adlı şəxs özünü ev sahibi kimi təqdim etmiş, daha sonra evdə olan bir neçə nəfər şəxsin narkotik vasitə və psixotrop maddə qəbul etdiyini görüb əraziyə çağrılmış Əlahiddə ÇPAnın avtopatrulunun köməyi ilə digər şəxsləri polis bölməsinə gətirmişlər. Onlardan birinin hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə aparılmış videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1yev əynində olan boz rəngli cins şalvarın balaca sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoyub həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, kristalşəkilli, psixotrop maddə metamfelaminə bənzər kütlə aşkar edilmişdir. X11 tərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində onun və digər iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 eyni xüsusatlar üzrə ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlər Şahid2 və Şahid1 onlara verilmiş suala cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 Qaradağ rayonu 10-cu Polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması ilə bağlı, eləcə də üzərində psixotrop maddə metamfetamin aşkar olunmadığı halda onun üzərində aşkar edilmiş həmin maddənin onlar tərəfindən verilməsi və onun da məcbur olub həmin maddənin üzərində olması ilə bağlı etirafedici ifadə verməsi ilə bağlı birdirdikləri həqiqəti əks etdirmir. Polis bölməsinə gətirildikdən sonra təqsirləndirilən şəxsin hansı andan müdafiəçi ilə təmin edilməsi və ya təmin edilməməsi ilə bağlı onlara verilmiş suala cavab verməyə çətinlik çəkmişdirlər və dəqiq izah edə bilməmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət başlanmışdır. (cild 2, i.v.6). “Şübhəli şəxsin tutulması haqında” Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyul 2023cü il tarixdən, saat 22:20 dəqiqədən tutulmuş hesab edilmişdir. Həmin qərar Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən imzalanmamışdır. (cild 2, i.v.12). “Şübhəli şəxsin tutulması haqqında” Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protolkdan görünür ki, aparılmış prosessual hərəkətə dair tərtib edilmiş protokol texniki vasitədən istifadə edilməklə tərtib edlmişdir, həmin istintaq hərəkəti 14 iyul 2022-ci il tarixdə saat 00:20-də başlamış və 00:35-də başa çatmışdır, həmin protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs1 adı çap üsulu ilə yazılmasına baxmayaraq onun protokolda imzası mövcud deyildir, protokolda müdafiəçi sözü çap üsulu ilə yazılsa da müdafiəçi sözünün qarşısında əlyazma üsulu ilə “Nəcəfov E.M tanış oldum xx.xx.2022” sözləri yazılaraq imza edilmişdir, protokolun tərtib edilmə tarixi çap üsulu ilə yazılmasına baxmayaraq tarix kimi qeyd edilən əvvəlki rəqəm ağardıcı ilə pozularaq ona müdaxilə edilmişdir və sonradan diyircəkli qələm vasitəsi ilə “14” rəqəmi yazılmışdır, şübhəli şəxsin azadlığının məhdudlaşdırıldığı vaxt 13 iyul 2023-cü il tarixdən, saat 22:20 dəqiqədən tutulmuş hesab edilmişdir. Eyni zamanda, həmin prosessual hərəkətin aparılmasında iştirak etmiş Təqsirləndirilən şəxs1 protokolu imzalamaqdan imtina etməsi barədə protokolda müvafiq qeyd mövcud deyildir. (cild 2, i.v.23). “Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti 15 iyul 2022-ci il tarixdə saat 15:20-dəqiqədə başlanmışdır və 15:50-dəqiqədə başa çatmışdır.(cild 2, i.v.53-54). “Müdafiəçi təyin edilməsi haqqında” Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə sübhəli bilinən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosundan vəkil dəvət edilməsi qərara alınmışdır (cild 2, i.v.12) Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli HK/1-2036 saylı məktubdan görünür ki, təhqiqatçı M.Mirzəyev “müdafiəçinin təyin edilməsi” ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbul etdiyi (bir gün sonra qəbul edəcəyi qərarı) həmin qərarı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 10 saylı Vəkil Bürosuna göndərmişdir. (cild 2, i.v.17). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan” (cild 2, i.v.18) məlum olur ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 Əli Nurəddin oğluna təqdim olunmuşdur. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Arayış”dan görünür ki, onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının təmin edilməsi məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun müdiri X6 ilə ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış, sübhəli şəxsin hüquqlarının müdafiəsi üçün Büronun müdafiəçilərini dəvət etmiş, lakin büronun müdiri Ə.Əlizadə “axşam və gecə saatlarında müdafiəçi ilə təmin edilmədiyini bildirmişdir” . “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (cild 2, i.v.72) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti 14 iyul 2022-ci il tarixdə saat 14:30-da başlamış və 14:50-də başa çatmışdır, Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan boz-qara rəngli cins şalvarın “SOL” balaca yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində ağ rəngli, duza bənzər, kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddənin “metamfetamin” olduğunu, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. (cild 2, i.v.22-23). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 14 iyul 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini qismən tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolda qeyd edilənlərdən fərqli olaraq psixotrop maddə olan mütamfetamini əyinində olan boz rəngli cins şalvarın “SOL” cibindən deyil “SAĞ” cibdən çıxarması, eyni zamanda “SOL” balaca yan cibindən deyil “SAĞ” yan cibindən çıxarıb təqdim etməsi görünür. (cild 2, i.v.48) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3827 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222 “dairəvi möhür əksi və “...Şübhəli şəxs: Əliyev.Ə-imza, Müdafiəçi – imza, İştirakçılar – iki imza Təhqiqatçı: Mirzəyev M.-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 0,200 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. (cild 2, i.v.41-43). Azərbaycan Respublikasının Səhiyyə Respublika Narkoloji X22 Şəxsin xx.xx.2022-ci il tarixli, 4244 saylı “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, i.v.98-99). “Sübutların qismətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 0,200 qram psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalan qalığı 0,150 qram qablaşdırılmış halda metamfetamin maddi sübut kimi tanınaraq Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 2, i.v.207-224). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs1 13 iyul 2023-cü il tarixdə saat 22:20 dəqiqədə saxlanılaraq 22:35 dəqiqədə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, həmin gün onun barəsində “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş, 14 iyul 2022-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” protokol tərtib edilmiş, həmin istintaq hərəkətinin 14 iyul 2022ci il tarixdə saat 00:20-də başladığı və 00:35-də başa çatdığı qeyd edilmiş, 14 iyul 2022-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqında” protokol tərtib edilmiş və həmin istintaq hərəkəti 14 iyul 2022-ci il tarixdə saat 14:30-da başladığı və 14:50-də başa çatdığı qeyd edilmiş, 15 iyul 2022-ci il tarixində saat 15:20-dən 15:50-dək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməsi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirildiyi vaxtdan 01 saat 45 dəqiqə sonra onun barəsində tutulma haqqında protokol tərtib edilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti isə polis bölməsində 16 saata yaxın bir vaxt keçdikdən sonra aparılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, şübhəli şəxs statusunda olmasına baxmayaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində ifadəsi saxlanıldıqdan 41 saatdan sonra alınmışdır. Bu qədər müddət sonra şəxsin ifadəsnin alınmasının hansı zərurətdən və ya səbəbdən baş verməsini ittiham tərəfi izah edə bilməmişdir. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 13 iyul 2023-cü il tarixdə saat 22:20-də saxlanılıb azadlığı məhdudlaşdırılandan sonra polis bölməsinə gətirildikdən sonra dərhal deyil, təxminən 16 saata yaxın bir vaxt keçdikdən sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu müddət ərzində onun cibində saxladığı psixotrop maddə olan bükümü atmaq və ya özündən kənarlaşdırmaq üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 əldə edib üzərində saxladığı bir büküm psixotrop maddəni bu qədər müddət ərzində cibində saxlaması və onu polis bölməsində şəxsi axtarış keçirilərkən könüllü olaraq təqdim etməsi barədə istintaq orqanının gəldiyi nəticə kifayət qədər şübhəlidir, inandırıcı deyildir və ona görə də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs1 13 iyul 2023-cü il tarixdə, saat 22:20-də saxlanılmış, üzərinə baxış isə 14 iyul 2022-ci il tarixdə saat 14:30da keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs1 saxlanılması ilə baxışın keçirilməsi arasında 16 saata yaxın bir vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs1 tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. X26 Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Digər tərəfdən, məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dələt edən kifayət qədər mötəbər sübutlar mövcuddur. Belə ki, cinayət işində olan “Müdafiəçi təyin edilməsi haqqında” qərarın xx.xx.2022-ci il tarixdə qəbul edildiyi qeyd edilsə də həmin qərar ilkin araşdırma aparan təhqiqatçının xx.xx.2022-ci il tarixli HK/1-2036 saylı məktubu ilə yəni növbəti gün gəbul edəcəyi və yaxud artıq qəbul etdiyi həmin qərarı (bir gün sonra qəbul edəcəyi həmin qərarı) xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 10 saylı Vəkil Bürosuna göndərməsi halıdır. Bu fakt onu göstərir ki, sübhəli şəxsin tutulmasından dərhal sonra onun keyfiyyətli hüquqi yardım almasına, ən əsası müdafiəçi ilə təmin olunmasına formal yanaşılmışdır, şübhəli şəxsin həqiqətdə müdafiə hüququnun təmin edilməsi məqsədi güdülməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı M.Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Arayış”dan açıq-aydın görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra onun müdafiə hüquqlarının təmin edilməsi məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun müdiri X6 ilə ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış, sübhəli şəxsin hüquqlarının müdafiəsi üçün Büronun müdafiəçiləri dəvət edilmiş, lakin Vəkil Bürosunun müdiri Ə.Əlizadə - “büro tərəfidən axşam və gecə saatlarında müdafiəçi ilə təmin edilmədiyini bildirmişdir”. Bu mötəbər sübutla bir mənalı olaraq təsdiq edilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirildiyi 13 iyul 2022-ci il tarixdə saat 22:35-dən 14 iyul 2022-ci il tarixdə saat 09:00-dək (ən azından axşam və gecə saatlarından səhər saatlarınadək) yəni Vəkil Bürosunda iş vaxtı başlananadək ən azı 11 saatadək sübhəli şəxs müdafiəçi ilə təmin edilməmişdir. Şübhəli şəxsin tutulduqdan dərhal sonra müdafiə hüququnun pozulmasını təsdiq edən digər bir dəlil isə 14 iyul 2022-ci il tarixdə saat 00:20-də başladığı qeyd edilən “Şübhəli şəxsin tutulması haqqında” tərtib edilmiş protokolda şübhəli şəxsin imzasının olmaması və çap üsulu ilə yazılan “müdafiəçi” sözünün qarşısında müdafiəçi qismində təyin edilmiş şəxsin sonradan əlyazma üsulu ilə “Nəcəfov E.M. tanış oldum xx.xx.2022” sözlərinin yazılmasıdır. Məhkəmə qeyd edir ki, bir halda ki, vəkil qurumunun rəhbəri araşdırmanı həyata keçirən təhqiqatçıya onun rəhbərlik etdiyi Vəkil Bürosu tərəfindən “axşam və gecə saatlarında Büro tərəfindən hər hansı bir vəkilin təmin edilmədiyi” bildirilir, deməli 14 iyul 2022-ci il tarixdə saat 00:20-də aparıldığı qeyd edilən istintaq hərəkətinin - “Şübhəli şəxsin tutulması haqqında” protokolun tərtib edilməsində müdafiəçi iştirak edə bilməzdi, ona görə də məhkəmə hesab edir ki, həmin istintaq hərəkəti şübhəli şəxsin müdafiəçisi olmadan həyata keçirilmişdir və formal olaraq müdafiəçinin adı qeyd edilmişdir. Digər tərəfdən həmin protokolda müdafiəçi sözünün çap üsulu ilə yazılmasına baxmayaraq, sonradan əlyazma üsulu ilə diyircəkli qələmlə müdafiəçi qismində təyin edilmiş Eldar Nəcəfovun «tanış oldum qeydi» yazması onu deməyə əsas verir ki, müdafiəçi Eldar Nəcəfov həmin sənədlər yazılan, tərtib edilən, həmin prosessual hərəkət aparılan zaman orada olmamışdır, protokolu həmin vaxt deyil sonradan həmin sənədlə tanış olaraq imzalamışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, cinayət işinin icraatı zamanı Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının təmin edilməsi məqsədilə tərtib edilən bir sıra prosessual sənədlər də, o cümlədən “şübhə edilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin, “İnsan Hüquq və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci və 36-cı maddələrinin izah edilməsi haqqında bildirişin, etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun, “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolun tərtib edilməsi mahiyyət etibarı ilə həqiqəti əks etdirməməklə formal olaraq tərtib edilmişdir. Bu qənaətə gələrkən məhkəmə eyni zamanda onu da nəzərə alır ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, axşam və gecə saatlarında müdafiəçinin həmin vaxt polis bölməsində olması mümkün olmadığı bir halda tərtib edilmiş həmin sənədlər üzərində Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 imzalarının olması onu göstərir ki, həmin sənədlər sonradan imzalanmışdır, formal xarakter daşımışdır və nəticədə şübhəli şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə ona verilmiş müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. İttiham tərəfi göstərilən bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən Məcəllənin 125.3-cü maddəsinə görə isə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda məhkəmə bildirir ki, cinayət işinin materialarında “Şübhəli şəxsin tutulması haqqında” qərarın təqsirləndirilən şəxsə təqdim edilməsi və ya onun tərəfindən alınması ilə bağlı heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən nəzərə alsaq ki, həmin istintaq hərəkəti yuxarıda əsaslandırıldığı kimi bir mənalı olaraq müdafiəçinin iştirakı olmadan aparılmışdır, “Şübhəli şəxsin tutulması haqqında” protokolda şəxsin imzası yoxdur, deməli şübhəli şəxs özünün barəsində qəbul edilmiş qərardan və tərtib edilmiş protokoldan ümumiyyətlə xəbərdar olmamışdır. Bu hal eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi “polis bölməsinə gətirildikdən sonra gecə səhərədək onun barəsində heç bir sənədləşmə aparılmadığı” ilə bağlı verdiyi ifadəsinin həqiqətə uyğun olmasını təsdiq edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutuluş Təqsirləndirilən şəxs1 “tutulduğu andan” müdafiəçi ilə təmin edilməmişdir, onun müdafiəçidən hüquqi yardım almaq imkanı olmamışdır, AR CPM-nin ona vermiş olduğu təməl hüquqdan yararlana bilməməsi və hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir, bu halın özü ittiham tərəfinin Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə bağlı təqdim etdiyi digər sübutların da mötəbərliliyinə və həqiqiliyinə təsir edir və onların kifayət qədər əsaslı, obyektiv və qərəzsizliyini şübhə altına alır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 90-cı maddəsində əsasən sübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 90.7.2 - tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; 90.7.3 - tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq; 90.7.4 - tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək; 90.7.5 - tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq. Göründüyü kimi Təqsirləndirilən şəxs1 sübhəli şəxs qismində tutulması onun müdafiə hüququnun pozulması ilə müşayiət edildiyindən qanunsuz olmuşdur. Başqa sözlə desək tutma zamanı vəkil olmamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri də təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirsizliyinə dair ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə vermiş olduğu istinad edilən eyni məzmunlu (bir cümləsi belə fərqli yazılmayan) “etirafedici” ifadələrində Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş psixotrop maddə hesab edilən metamfetaminin əynindəki paltarının (şalvarının) hansı cibində saxlaması və sonradan polis əməkdaşlarına təqdim etməsi fərqli qeyd edilmişdir, izahatı və ifadəni alan şəxslər ifadələrdə olan bu ziddiyyətli halı aradan qaldırılmasına çalışmamışlar və dəqiqləşdirməmişlər. Halbuki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində verdiyi izahatında “əynində olan boz-qara rəngli cins şalvarın sağ yan balaca cibində qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyduğunu” bildirsə də, sonradan şübhəli şəxs kimi və təqsirləndirilən şəxs kimi vermiş olduğu ifadələrində sol cibindən çıxardığını bildirmişdir. Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətlərinin göstəricisidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan bir sıra prosessual sənədlərdə, o cümlədən təqsirləndirilən şəxsin iştirakı olmadan tərtib olunmuş sənədlərdə də təqsirləndirilən şəxsin üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs1 əynində olan sağ və ya sol cibindən aşkar edilməsi, həmin maddənin qızılı və ya gümüşü rəngli kağıza büküldüyü müxtəlif şəkildə qeyd edilmişdir. Belə ki, “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərarda və “Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda” müstəntiq Təqsirləndirilən şəxs1 üzərində aparılmış axtarış və götürmə zamanı onun əynində olan boz-qara rəngli cins şalvarın “Sol” balaca yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli siqaret kağızında bükümdə” aşkar edildiyini, “Məhkəmə kimyəvi ekspertizasının təyin edilməsi haqqında” qərarda “Təqsirləndirilən şəxs1 üzərində aparılmış axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın “Sol” balaca yan cibindən 1 ədəd siqaretin daxili qızılı xarici ağ rəngli siqaret kağızında bükümdə” qeyd edildiyi, “Təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin seçilməsi haqqında” vəsatətdə və həmin vəsatətin rədd edilməsi haqqında” Bakı şəhəri Qaradağ rayon prokurorunun qərarında “Təqsirləndirilən şəxs1 üzərində aparılmış axtarış və götürmə zamanı əynində olan boz-qara rəngli cins şalvarın “Sol” balaca yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli siqaret kağızında bükümdə” aşkar edildiyi qeyd edilməsinə baxmayaraq təsdiq edilərək məhkəməyə göndərilmiş ittiham aktında “Təqsirləndirilən şəxs1 üzərində aparılmış axtarış və götürmə zamanı əynində olan boz-qara rəngli cins şalvarın “SAĞ” balaca yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli siqaret kağızında bükümdə” aşkar edildiyi qeyd edilməklə təqsirləndirilən şəxsə ittiham verilmişdir. Qeyd edilən bu hal onu deməyə əsas verir ki, istintaq orqanı tərtib etdiyi prosessual sənədlərdə psixotrop maddənin aşkar edilmə yerinin və onun bükümünün rənginin dəqiq və birmənalı deyil, müxtəlif formalarda olmasını qeyd etməsi, həqiqətə uyğun olmayan formada qeyd etməsi ittiham aktının əsasını təşkil edən bir sıra sübutların mötəbərliyinə və əsaslılığına şübhə yaradır. Bütün qeyd edilənlər, yəni həm təqsirləndirilən şəxsin verdiyi ifadələrində psixotrop maddənin aşkar edildiyi yerlə bağlı olan qeyri-müyyənlik, həm də istintaq orqanının öz prosessual sənədlərində metamfetaminin aşkar edildiyi yer və psixotrop maddənin bükümünün rəngi ilə bağlı olan qeyri-müəyyənlik belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin ibtidai sitintaq zamanı verdiyi ifadələri deyil, məhz məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri mötəbər hesab edilməklə əsas götürülməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi “bir büküm psixotrop maddə olan memfetamini verərək ona məxsus olmasını bildirməyi etiraf etməyini bildirmişlər, lakin o razılaşmadığı üçün uzun müddət gecədən səhərədək yuxusuz vəziyyətdə polis bölməsində saxlanıldıqdan sonra məcbur olub razılaşmışdır, yalnız bundan sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər” sözlərin həqiqəti əks etdirməsi və inandırıcı olması qənaətinə ona görə gəlir ki, digər təkzib edilməz sübutlarla təsdiq edilir ki, həqiqətən də təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra müdafiəçi ilə təmin edilməmiş, üzərinə baxış 16 saata yaxın bir vaxt keçdikdən sonra keçirilmiş və şübhəli şəxs kimi onun ilk dindirməsi 41 saat sonra aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilkin ifadəsinin deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəni həmçinin ona görə əsaslı və inandırıcı hesab edir ki, iş materiallarında olan DVD diskə baxış zamanı açıq-aydın görünür ki, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində qara rəngli qısaqol köynək olmuşdur və onun şalvarının arxa cibindən iki ədəd SİM kart, bir ədəd market qəbzi, şəxsiyyət vəsiqəsi, bank kartları aşkar olunur. Lakin cinayət işində olan Təqsirləndirilən şəxs1 kompüter vasitəsilə tərtib edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində isə tamamilə fərqi hallar öz əksini tapmışdır. Guya onun əynində qara rəngli gödəkçə aşkar olunmuşdur və həmin gödəkçəyə baxan zaman iki ədəd SİM kart, bir ədəd market qəbzi, şəxsiyyət vəsiqəsi, bank kartları aşkar olunması qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və həqiqətdə mövcud olmayan hallar əks olunan ifadəsinin altında müdafiəçinin də imzası vardır. Maraqlı cəhət isə ondan ibarətdir ki, həmin dindirmə protokolunu imza edən müdafiəçi şəxsi axtarış və götürmə ilə bağlı prosessual hərəkətin aparılmasında şəxsən iştirak etməsinə və Təqsirləndirilən şəxs1 əynində qara rəngli gödəkçənin olmamasını və onun cibindən sözügedən əşyaların aşkar olunmamasının bilavasitə şahidi olmasına baxmayaraq təhrif edilmiş, reallıqda olmayan bir hal əks edilmiş həmin protokolu imzalamışdır. Məhkəmə qeyd edir ki, bu hal bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsinə formal yanaşılmaqla lazımi qaydada təmin edilməmişdir, ibtidai istintaq orqanının nümayəndəsinin kompüterdə yazaraq çap elədiyi eyni cür ifadələri oxumadan imzalamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş şahidlərin ifadələri olmuşdur. İbtidai istintaq orqanı ittihamın əsası kimi iki şahid ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs1 qarşı ittiham irəli sürmüşdür, halbuki həmin şahidlərin ifadə məhkəmə baxışında araşdırılmış digər sübutlarla uyğunluq təşkil etmədiyinə görə həmin ifadələri sübut növü qismində qəbul edilmirlər. Belə ki, cinayət işi üzrə şahid qismində iştirak edən Şahid2 və Şahid1 öz ifadələrində “Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın balaca “SAĞ” yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoymasını” bildirsələr də iştirak etdikləri “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda fərqli hala şahid olduqlarını, yəni “Təqsirləndirilən şəxs1 əynində olan boz-qara rəngli cins şalvarın balaca “SOL” yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoymasını” öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edən şahid ifadələri ilə, həm də bilavasitə əməliyyat axtarış fəaliyyətinin iştirakçısı olmuş şəxslərin ifadələri ilə prosessual sənəd arasında mövcud olan uyğunsuzluq həmin şəxslərin ifadələrinin səmimi və obyektiv olmasına şübhə yaradır, ona görə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İbtidai istintaq orqanının mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 14 iyul 2022-ci il tarixli, saat 14:30-dan saat 14:50-dək keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübutlara da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli, protokoldan görünür ki, şəxsi axtarış və götürmə 10-cu PB-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 iştirakları ilə saat 14:30-da başlanmış və saat 14:50-də başa çatmışdır. Həmin protokolda “Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan boz-qara rəngli cins şalvarın “SOL” balaca yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymasını, həmin maddənin xx.xx.2022-ci il tarixində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığı” qeyd edildiyi halda həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən və məhkəmə baxışında tədqiq olunmuş videogörüntüdə isə “haradan əldə etmisiniz” sualına Təqsirləndirilən şəxs1 “tanımadığım şəxsdən” cavabını verir, “nə vaxt almısınız” sualına “on üçü” cavabını verir, neçəyə almısınız sualına isə “on manat civarında” cavabını verir. Qeyd edilənlərdən göründüyü kimi protokol videogörüntüylə eynilik təşkil etmir, yəni şübhəli şəxs aşkar edilmiş metamfetamini tanımadığı şəxsdən almasını bildirməsinə baxmayaraq protokolda nədənsə “Yasamal rayonu ərazisində tanımadığı şəxsdən” sözləri qeyd edilmişdir, protokolda həmin maddəni “on manat civarında” alındığını yox konkret olaraq “on manata almasını bildirməsi” və nə vaxt alması ilə bağlı sualı cavablandırarkən qeyri müəyyən “on üçü” cavabını verməsinə baxmayaraq, protokolda nədənsə konkret olaraq xx.xx.2022-ci il tarixdə sözləri qeyd edilmişdir. Göründüyü kimi, həmin protokolda videogörüntüdə mövcud olmayan məlumatlar əks olunmuşdur. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamini xx.xx.2022-ci il tarixində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alması ilə bağlı ifadəsini həmin protokolun tərtib edilməsindən bir gün sonra yəni xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi ifadə verərkən dindirmə protokolunda əks olunmuşdur və təhqiqaçının şübhəli şəxsin bir gün sonra bildirəcəyi iş üçün əhəmiyyətli halları qabaqcadan bilməsi mümkün deyildir. Digər tərəfdən “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda şəxsin üzərindən metamfetaminin “SOL” balaca yan cibdən aşkar edildiyi qeyd edilsə də DVD diskə baxış zamanı onun “SAĞ” yan cibdən aşkar olunması görünür. Bundan savayı, DVD diskə baxış zamanı açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs1 üzərində qadağan edilmiş əşya olması soruşulan zaman o, ilkin olaraq sağ əlini əynindəki şalvarının sağ cibinə salır, cibindəkini bir qədər çıxarıb baxdıqdan və əmin olduqdan sonra onu çıxarıb stolun üstünə qoyur. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs hansı cibində nəyin olmasını bilmir və ya əmin deyil, yaddan çıxarıb, özünə əmin olmaq üçün ilkin olaraq cibindəkinə baxır (yoxlayır) (baxmayaraq ki, ifadəsində həmin maddəni bir neçə müddət bundan qabaq almasını və üzərində daşıması qeyd edilir). Həmin diskdəki görüntülərə baxış zamanı, həmçinin məhkəmədə Təqsirləndirilən şəxs1 cavablarının sanki əzbərlənmiş cavablar olması təəssüratı yaranmışdır. Belə ki, təhqiqatçı tərəfindən ondan “nə üçün üzərinizdəki qanunsuz predmeti saxlamısınız, təhvil verməmisiniz” sualına Təqsirləndirilən şəxs1 cavab verir ki, “istədim vəkilimin yanında olsun”. Məhkəmə 16 saata yaxın uzun bir müddət ərzində polis bölməsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərində saxladığı psixotrop maddəni nəzərdə tutaraq “gözlədim vəkilimin yanında olsun” ifadəsini, yəni könüllü olaraq metamfetamini vəkilin yanında təhvil vermək arzusunda olmasını bildirməsini inandırıcı və ağlabatan hesab etmir. Eyni zamanda, sözügedən protokolun məzmunundan görünür ki, həmin protokolda götürülmüş əşyanın fərdi əlamətləri, yəni konkret olaraq ölçüsü və çəkisi göstərilməmişdir, bu barədə də heç bir qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 247.1.9-cu maddəsinə əsasən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir olunmalıdır. Yuxarıda sadalanan halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “Şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3827 saylı ekspert rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda iş üzrə əhəmiyyətli olan yuxarıda qeyd edilən halların təhrif edildiyi halda, göstərilən bu halların sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4244 saylı rəyi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin əldə edib saxlamaqla daşımasını təsdiq edən sübut deyildir, həmin sübut yalnız təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin, onun müalicəyə ehtiyacının olub-olmamasını müəyyən edən sübutdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs1 AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X18 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 AR CM-nin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirildiyindən həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, Təqsirləndirilən şəxs1 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, maddi sübut kimi saxlanılan psixotrop maddə metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, “Narkotik vasitələrin ekspertiza” tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul vəsaiti dövlət büdcəsinə aid edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 vəkil işlədikləri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-568/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,200 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,150 qram psixotrop maddə metamfetaminin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Narkotik vasitələrin ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində, Müdafiəçi3 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində və Müdafiəçi1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-74/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-74/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver