Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-75/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Qanuni nümayəndə iştirakları ilə, xx xxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolundakı nömrəsiz evdə yaşayan, barəsində «valideyin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğlurluq etmişdir. Belə ki, xx xxx 2009-cu il təvvəlüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 25 iyun 2023-cü il tarixdə axşam saat 19 radələrində ünvan 1 ünvanda yerləşən «Aylin Studio» gözəllik salonuna gələrək salondakı dolabın siyirməsinə, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, həmin salonda saç ustası işləyən Zərərçəkmiş şəxs məxsus qiyməti 2500 manat təşkil edən bir ədəd ABŞ istehsalı olan «İphone 13» markalı mobil telefon aparatını və həmin mobil telefonun üzərində qiyməti dörd manat olan bir ədəd ***-***-**-** saylı GSM mobil nömrəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2504 (iki min beş yüz dörd) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadə verərkən elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, xx xxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolundakı nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, 25 iyun 2023-ü il tarixdə axşam saat 19 radələrində ünvan 2 ünvanda yerləşən «Aylin Studio» qadın gözəllik salonuna daxil olub, saçını düzəltdirmiş və masadan qalxdıqda dolabın açıq olan siyirməsində bir ədəd ağ rəngli “İphone 13” markalı mobil telefon olduğunu görmüş və həmin mobil telefonu oğurlayaraq salondan çıxıb getmişdir. Qeyd olunan oğurluğu törədən zaman onu orada heç kəs görməmişdir. Həmin gün o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən ”28 Mail” ticarət mərkəzinin qarşısından piyada keçən zaman polis əməkdaşlarına yaxınlaşmış və onlardan xahiş etmişdir ki, onun üçün “Bolt” şirkətindən taksi sifariş versinlər. Həmin polis əməkdaşı onu tanıyıb, araşdırma aparılması üçün DYNPİ-nə dəvət etmişlər. Törətdiyi əməlləri etiraf etdikdən sonra o, oğurladığı bir ədəd ABŞ istehsalı olan ‘İphone 13” markalı mobil telefonu DYNPİ-nin əməkdaşlarına təqdim etmişdir, sonradan isə həmin mobil telefonu polis əməkdaşları sahibinə qaytarmışlar. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq olunmadığını və digər formada təzyiqlər göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən «Aylin Studio» gözəllik salonunda saç ustası işləyir xx.xx.2023-cü il tarixdə 19 radələrində işdə olduğu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs salona daxil olaraq saçında olan buruqları açmaq istədiyini demişdir. Ona müştərisi olduğundan ondan gözləməsini xahiş etmişdir. Həmin vaxt özünə məxsus «Samsung» və «İphone 13» markalı mobil telefonlarını masanın siyirtməsinə qoyub siyirtməni örtmüşdür. Bir neçə dəqiqədən sonra müştəri ilə işi bitdiyindən Təqsirləndirilən şəxs saçını düzəltmək üçün masaya dəvət etmişdir. Nərminin saçlarının buruğunu açdıqdan sonra oturacaqdan qalxıb çantasından göz karandaşını çıxararaq gözlərinə sürmə çəkdiyindən onu kənarda bir neçə dəqiqə gözləmişdir. Nərmin bir neçə dəqiqə özünə bəzək verdiyindən çay içmək üçün salonun zirzəmisinə düşmüşdür. Təxminən 10 dəqiqə sonra salona qalxıb evə getmək üçün masanın siyirtməsindən telefonlarını götürmək istədikdə 2022-ci ilin dekabr ayında kredit yolu ilə 2500 manata aldığı 12 GB yaddaşa malik «İphone 13» markalı mobil telefonunun olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Telefonun üzərində qiyəmti 4 manat olan 1 ədəd 055 ***-**-** saylı GSM nömrəsi olmuşdur. 12 GB yaddaşa malik «İphone 13» markalı mobil telefonumun və üzərində olan GSM nömrə nömrəsinin oğurlanması nəticəsində ona ümumilikdə 2504 manat miqdarında maddi ziyan dəymişdir, Polis əməkdaşları oğurluq edən yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs saxlamışlar və telefon ondan götürülmüş və sonradan mənə qaytarılmışdır. Oğurlanmış «İphone 13» markalı mobil telefonunu səliqəli vəziyyətdə saxladığından oğurlandığı vaxtda da təzə və saz vəziyyətdə olmuşdur. İlkin araşdırma zamanı səhvən telefonun qiymətini 2400 manat qeyd etmişəm. Oğurlanmış «İphone 13» markalı mobil telefonumun qiyməti oğurlandığı vaxtda 2500 manat olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 9/5047/202 nömrəli rəyi tərəfindən ona məxsus “İphone 13” markalı mobil telefonunun orta bazar qiymətinin 2022-ci il üçün 1200 manat, 2023-cü il üçün 1004 manat müəyyən etməsi ilə razı deyildir. Ona məxsus 01 ədəd 055 ***-**-** saylı GSM nömrəsinin 4 manat müəyyən edilməsi ilə razıdır. Onun 12 GB yaddaşa malik «İphone 13» markalı mobil telefonun qiyməti 2500 manat olmuşdur. Oğurlanmış telefonun və içərisində olan 055 ***- **-** saylı GSM nömrəsinin qiymətlərini ifadəsində qeyd etdiyi kimi götülülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Emin Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin şəxs barəsində İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Emin Cəfərov tərəfindən «valideyin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.2. və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi hissəsi istisna edildiyindən ibtidai istintaq zamanı ona Azərbaycan Respublikasının CM-nin 177.2.2. və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihama xitam verilmişdir. Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona yenidən ittiham elan edilmiş və onun barəsində seçilmiş «valideyin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyul 2023-cü il tarixli, 3-16- 16/2-9/5047/202 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cu ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1004,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd 2022-ci il tarixdə alınmış, 128 G В yaddaş tutumlu, “İphone 13” markalı mobil, telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması nəzərə almaqla 1200 manat; 01 ədəd 055 ***-**-** saylı GSM nömrə 4,00 manat təşkil etmişdir. Yasamal Rayon polis İdarəsinin 27-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokolundan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Aylin Studio» gözəllik salonudur. Baxışda iştirak edən X2 qeyd olunan salondakı dolabın siyirməsini göstərərək, özünə məxsus bir ədəd ABŞ istehsalı olan «İphone 13» markalı mobil telefonunun 25 iyun 2023-cü il tarixdə axşam saat 19 radələrində həmin dolabın siyirməsindən oğurlandığını göstərmişdir. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli raportdan görünür ki, oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində olan bir ədəd ABŞ istehsalı olan “İphone 13” markalı mobil telefonla birlikdə saxlanılaraq DİN-nin NBRİ-nin X6 Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ABŞ istehsalı olan “İphone 13” markalı mobil telefon maddi sübut kimi tanınmış və 08 yanvar 2024- cü il tarixdə qəbzlə Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 - cü maddələrinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci və 59.1.13-cü maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs yetkinlik yaşına şatmayan şəxs olmasını, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həmin tarixdə “«valideyin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus ağ rəngli bir ədəd ABŞ istehsalı olan “İphone-13” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır İş üzrə mülki iddia yoxdur, həmçinin Zərərçəkmiş şəxs məxsus talanmış əmlaka aid maddi ziyanın miqdarının cəmi 2504 (iki min beş yüz dörd) manat olması müəyyən edilmişdir. İş üzrə məhkəmə-ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “İphone-13” markalı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs qaytarılmış hesab olunmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «valideyin nəzarəti altına vermə» qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut “İphone-13” markalı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs qaytarılmış hesab olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş ««valideyin nəzarəti altına vermə» qətimkan tədbiri» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-75/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-75/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver