Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdam şəhəri, X.Məmmədov küçəsi, ev 24-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(103)-821/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxx 2001-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Poladlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 10 nömrəli evin 3-cü girişinin zirzəmisində məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 111 nömrəli mənzilin eyvanına qalxaraq qapını açma yolu ilə mənzilə qanunsuz daxil olub yataq otağında olan dolabdan 4000 manat dəyərində brilyant qaşlarla bəzədilmiş sapfir qaşlı sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 4000 manat dəyərində brilyant qaşlarla bəzədilmiş mirvari qaşlı sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 1103 manat dəyərində brilyant qaşlarla bəzədilmiş bir ədəd sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 3000 manat dəyərində 1 ədəd brilyant qaşlarla bəzədilmiş bilərziyi, 1100 manat dəyərində 750 əyarlı bir cüt qızıl sırğanı, 3800 manat dəyərində 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl saatı, 1700 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 1000 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğanı, 1597 manat dəyərində bir cüt tək qaş brilyantla bəzədilmiş sırğanı, 750 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğanı, 2100 manat dəyərində 750 əyarlı 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl üzüyü, hər birinin çəkisi 25 qram olmaqla hər birinin qiyməti 1800 manat təşkil edən 2 ədəd qızıl boyunbağılarını və 250 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 30.000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 111 nömrəli mənzilin eyvanına qalxaraq qapını açma yolu ilə mənzilə qanunsuz daxil olub yataq otağında olan dolabdan 4000 manat dəyərində brilyant qaşlarla bəzədilmiş sapfir qaşlı sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 4000 manat dəyərində brilyant qaşlarla bəzədilmiş mirvari qaşlı sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 1103 manat dəyərində brilyant qaşlarla bəzədilmiş bir ədəd sırğa cütündən və üzükdən ibarət olan 1 qızıl dəstini, 3000 manat dəyərində 1 ədəd brilyant qaşlarla bəzədilmiş bilərziyi, 1100 manat dəyərində 750 əyarlı bir cüt qızıl sırğanı, 3800 manat dəyərində 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl saatı, 1700 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 1000 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğanı, 1597 manat dəyərində bir cüt tək qaş brilyantla bəzədilmiş sırğanı, 750 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğanı, 2100 manat dəyərində 750 əyarlı 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl üzüyü, hər birinin çəkisi 25 qram olmaqla hər birinin qiyməti 1800 manat təşkil edən 2 ədəd qızıl boyunbağılarını və 250 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 30.000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır və onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, tanışları Rauf və Hidayət ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “Qismət” şadlıq evinin qarşısında görüşərək söhbət etdikdən sonra Rauf işi olduğu üçün onlardan ayrılaraq getmişdir. Hidayətlə birlikdə “Azon-Zavod” adlanan yaşayış binasının həyətinə daxil olaraq orada bir müddət dayandıqdan sonra Hidayətin təklifi əsasında oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etmək məqsədi ilə həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə yaxınlaşmışlar. Hidayət ağ rəngli cins gödəkçəsini ona vermiş və Hidayət yuxarı qalxa bilsin deyə o, əli ilə sonuncuya köməklik etmişdir. Bundan sonra kiminsə gələcəyi təqdirdə xəbər vermək üçün yaşayış binasının həyətində Hidayəti gözləməyə başlamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Hidayət mənzildən aşağı düşərək mənzildən qızıl-zinət əşyaları oğurladığını bildirmişdir. Hidayət ona qızıl-zinət əşyalarını Raufun köməkliyi ilə satmaq istədiyini demişdir. Onlar Raufla görüşmək üçün Yeni Yasamalda yerləşən “First Club” adlı kluba gəlmişlər. Kluba çatanda Raufun orada olduğunu görmüşlər. Həmin vaxt Hidayət Raufa yaxınlaşmış, o, isə klubun qarşısında onu gözləməyə başlamışdır. Bir az keçmiş Hidayət klubdan çıxıb onun yanına gəlmiş və onlar birlikdə gözləməyə başlamışlar. Xeyli vaxt keçdikdən sonra Rauf Hidayəti öz yanına çağırmışdır. Daha sonra Hidayət geri qayıtmış və ona bildirmişdir ki, Rauf qızılları kiməsə satmış və bunun müqabilində ona 4050 manat pul vermişdir. Hidayət isə ona həmin puldan 2050 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, Raufun qızıl-zinət əşyalarını kimə və hansı qiymətə satması barədə onun məlumatı olmamışdır. Həmçinin onlar da törətdikləri oğurluq əməli barədə heç kimə məlumat verməmişlər. Cinayət əməli nəticəsində əldə etdiyi 2050 manat pulun 1000 manatını şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 1050 manat pulu isə təcili pula ehtiyacı olan Hidayətə vermişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, cinayət əməli nəticəsində vurulmuş ziyanın bir qismini digər Təqsirləndirilən şəxs1 ilə müştərək qaydada qismən ödəmiş, hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən bu xüsusatlar nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında tanışları Rauf və Yelmar ilə birlikdə “Qismət” şadlıq evinin qarşısında görüşmüşlər. Bir az sonra Rauf şəxsi işləri olduğu üçün çıxıb getmişdir. Yelmarla birlikdə “Azon-Zavod” adlanan yaşayış binasının həyətinə daxil olmuş və orada bir az dayandıqdan sonra oğurluq etmək qərarına gəlmişlər. Həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının sönülü olduğunu görüb mənzildə heç kimin olmadığını dəqiqləşdirmək məqsədi ilə o, ikinci mərtəbəyə qalxmışdır. Ağ rəngli dəmir qapını bir neçə dəfə döyərək qapının zəngini çaldıqdan sonra mənzildə heç kimin olmadığına əmin olmuşdur. Yenidən həyətə enib həmin mənzilin aşağı hissəsində olan birinci mərtəbənin dəmir barmaqlıqlarından istifadə edib Yelmarın köməkliyi ilə ikinci mərtəbəyə qalxmışdır. Yelmar isə aşağıda onu gözləmişdir. Eyvanda açıq vəziyyətdə olan plastik qapıdan keçib mənzilə daxil olmuşdur. Daha sonra sağ tərəfdə olan yataq otağına keçmişdir. Oradakı güzgülü şkafın üzərində olan ürək formalı qızıl qabını açmış və xeyli miqdarda qızıl-zinət əşyalarını götürmüşdür. Sonra həmin otaqla üzbəüz olan digər yataq otağına keçmiş və geyim dolabını açaraq qara rəngli qadın çantasını götürmüş, lakin çantanı aça bilmədiyi üçün yerinə qoymuşdur. Təxminən 10-15 dəqiqə mənzili gəzdikdən sonra əl barmaq izlərini itirmək üçün otaqda olan köynəyi götürüb hamam otağında isladaraq dəhlizdəki güzgülü şkafı silərək köynəyi hamam otağına atmışdır. Sonra mənzilin pəncərəsindən aşağıya enib onu gözləyən Yelmarla birlikdə Yeni Yasamalda yerləşən “First Club” klubuna getmişlər. Həmin kluba getməkdə məqsədi axşamlar adətən orada olan Raufu görmək olmuşdur. Belə ki, o, Raufun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildiyindən onun köməkliyi ilə həmin əşyaları satmaq istəmişdir. Klubda Raufla görüşmüş, bu vaxt Yelmar onu klubun qarşısında gözləmişdir. O, Raufa təcili pula ehtiyacı olduğundan ailə üzvlərinə məxsus olan qızılları satmaq istədiyini və ona bu işdə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Rauf qızıllara nəzər yetirib qısa müddət ərzində sata biləcəyini ona bildirmişdir. O, klubdan çıxıb Yelmarla gözləməyə başlamışlar. Bir müddət sonra Rauf onu çağıraraq qızılları satdığını bildirib ona 4050 manat məbləğində pul vermişdir. Lakin o, Raufun həmin qızılları kimə və hansı qiymətə satmasını görməmişdir. Raufun verdiyi 4050 manat pulu Yelmarla aralarında bölmüşlər. Törətdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. Oğurluq əməli nəticəsində əldə etdiyi 2050 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, onun əməli nəticəsində vurulmuş ziyanın bir qismini digər Təqsirləndirilən şəxs2 ilə müştərək qaydada qismən ödəmiş, hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 əlavə olaraq qeyd etmişdir ki, o, talassemiya xəstəliyindən əziyyət çəkir, “Beta talassemiya gen daşıyıcısı” diaqnozu ilə Respublika Talassemiya Mərkəzində qeydiyyatda olmaqla mütəmadi olaraq həkim nəzarəti altında müalicə alır. Bundan başqa o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməklə, cinayət hadisəsindən bir gün əvvələ kimi, yəni xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs1 göstərilən xüsusatlar nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, onlar xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində qohumugilə qonaq getmişlər və saat 21 radələrində evə qayıtdıqda hamama daxil olarkən oğlunun köynəyini islanmış, bükülərək atılmış vəziyyətdə görmüş, bu barədə oğlundan soruşarkən sonuncu köynəyini heç yerə atmadığını bildirmişdir. Daha sonra o, mənzilin dəhlizində olan şkafın güzgüsünün üzərinin yaş olduğunu görüb şübhələnərək mənzilin otaqlarına baxmış və yataq otağında olan güzgülü şkafın üstündəki ürək formalı qabın və həmin şkafın dolabında olan qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Dərhal öz otağına keçdikdə oradan da qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, yaşadıqları mənzil yaşayış binasının 2-ci mərtəbəsində yerləşir, o, mənzilin qapısı üzərində heç bir sındırma və ya zədə izləri aşkar etməmişdir. Lakin hadisə baş verən gün mənzilin eyvanının qapısını açarla bağlamamışlar. Baş vermiş hadisə ilə əlaqədar o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və bundan sonra polis əməkdaşları gələrək mənzilə baxış keçirmişlər. Cinayət əməli nəticəsində oğurlanmış brilyant qaşlarla bəzədilmiş sapfir qaşlı sırğa cütündən və üzükdən ibarət olan qızıl dəstini 4000 manat, brilyant qaşlarla bəzədilmiş mirvari qaşlı sırğa cütündən və üzükdən ibarət olan qızıl dəstini 4000 manat, brilyant qaşlarla bəzədilmiş bir ədəd sırğa cütü və üzükdən ibarət olan qızıl dəstini 1103 manat, bir ədəd brilyant bilərziyi 3000 manat, 750 əyarlı 1 cüt qızıl sırğanı 1100 manat, brilyant qızıl saatı 3800 manat, 750 əyarlı qızıl qolbağı 1700 manat, 750 əyarlı bir cüt qızıl sırğanı 1000 manat, bir cüt tək qaş brilyant sırğanı 1597 manat, 750 əyarlı bir cüt qızıl sırğanı 750 manat, 750 əyarlı brilyant qızıl üzüyü 2100 manat, 750 əyarlı bir ədəd qızıl üzüyü 2000 manat, hər birinin çəkisi 25 qram olan iki ədəd qızıl boyunbağılarının hər birini 1800 manat dəyərində qiymətləndirir. Ümumilikdə ona 30.000 (otuz min) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlar tərəfindən ona dəymiş ziyanın qismən, yəni 8000 (səkkiz min) manat pul vəsaitinin ödənildiyini, bir cüt sırğa və bir ədəd üzüyün geri qaytarıldığını, bu səbəbdən onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və onlara cəza təyin edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şahidlər Şahid1, Şahid2 və Şahid3 qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişlərinin verilməsinə baxmayaraq onlar iclaslarda iştirak etməmişlər. Şahid2 və Şahid3 məcburi gətirilmələri haqqında qərarlar qəbul edilmiş, lakin onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Həmçinin məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Şahid2 xx xxxxxx 2020-ci il tarixdən müddətli hərbi xidmətə göndərilmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən onun Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə axşam tərəfi “Qismət” şadlıq evinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görərək onlarla görüşüb söhbət etmiş, sonra ayrılaraq adəti üzrə “First Club” adlanan kluba getmişdir. Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 isə hara getdiklərini bilməmişdir. Həmin gün saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 onun olduğu kluba gələrək təcili pula ehtiyacı olduğundan özünə və ailə üzvlərinə məxsus olan qızılları satmaq istədiyini bildirmiş və satmaqda ona kömək etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona klubun otağında satmaq istədiyi qızılları göstərmişdir. Həmin qızıl əşyaları xeyli sayda olmaqla bilərzik, boyunbağı, sırğa cütləri və üzüklərdən ibarət olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 gözləməsini bildirərək “Moskva” univermağında satıcı işləyən tanışı Məhərə zəng vurmuş və ona ehtiyacı olduğu üçün özünə məxsus qızılları satmaq istədiyini bildirib kluba gəlməsini xahiş etmişdir. Bir az sonra Məhər də kluba gəlmişdir. O, Məhərə Təqsirləndirilən şəxs1 verdiyi qızıl əşyalarını göstərərək özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Məhər qızıl əşyalarına baxdıqdan sonra yaşadığı evin kredit ödənişi üçün topladığı 8000 manat pulun həmin vaxt üzərində olduğunu, qızıl əşyalarını 8000 manat ödəməklə ala biləcəyini demiş və onlar razılaşmışlar. Məhər 8000 manat pulu ödəyib qızılzinət əşyalarını götürərək çıxıb getmişdir. Bundan sonra o, klubun qarşısında gözləyən Təqsirləndirilən şəxs1 çağırıb qızıl əşyalarını satdığını bildirmiş, ona 4050 manat pul verərək 3950 manat pulu özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra klubdan çıxıb getmişdir. Sonrakı günlər ərzində borcu olduğu üçün özündə saxladığı 3950 manat pulu sərf etmiş, polis əməkdaşları onu polis idarəsinə dəvət etdikdən sonra Təqsirləndirilən şəxs1 özünə məxsus olmasını bildirməklə ondan satmasını xahiş etdiyi qızıl-zinət əşyalarının oğurluq olması ona məlum olmuşdur. Qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1 ona həmin qızılların özünə və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, o, 2008-ci ildən «Moskva» univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində tanışı Rauf ona zəng edərək “First Club” adlanan klubda olmasını, ehtiyacı olduğu üçün özünə məxsus qızılları satmaq istədiyini bildirərək kluba gəlməsini xahiş etmişdir. O, klubda Raufla görüşmüş, sonuncu üç dəst brilyant qaşlarla bəzədilmiş qızıl komplekt, bir brilyant bilərzik, bir brilyant qızıl saat, bir qızıl qolbağ, bir brilyant üzük, bir qızıl üzük, bir ədəd brilyant sırğa və iki ədəd qızıl boyunbağı göstərərək həmin qızıl-zinət əşyalarının özünə və ailə üzvlərinə məxsus olduğunu, təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, Raufun göstərdiyi qızıl-zinət əşyalarına diqqətlə baxdıqdan sonra yaşadığı evin kredit ödənişi üçün topladığı 8000 manat pulun həmin vaxt üzərində olduğunu, həmin əşyaları 8000 manat ödəməklə ala biləcəyini demiş, Rauf da onunla razılaşmışdır. Bundan sonra o, əldə edilmiş razılığa əsasən ödəniş edib qızıl-zinət əşyalarını götürüb oradan çıxıb getmişdir. Sonrakı günlər ərzində isə Raufdan satın aldığı qızıl-zinət əşyalarını müxtəlif şəxslərə satmış, sata bilmədiyi bir cüt sırğa və bir ədəd üzük onda qalmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilərkən Raufun satdığı qızıl-zinət əşyalarının oğurluq olması ona məlum olmuş, onda qalan bir cüt sırğa və bir ədəd üzüyü isə könüllü olaraq istintaqa təqdim etmişdir. Şahid3 ifadəsində qeyd etmişdir ki, Raufun satdığı qızıl-zinət əşyalarının oğurluq olmasını bilməmiş, Yelmar və Hidayət adlı şəxsləri tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması, xx xxxxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollardan müəyyən edilir ki, Şahid3 Rauf adlı şəxsdən satın aldığı və onda qalan 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd böyük yaşıl rəngli və ağ şəffaf qaşlar olan sırğa cütü və üzük dəstini istintaq orqanına könüllü olaraq təqdim etmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə həmin qızıl-zinət əşyalarını tanıyaraq ona məxsus olmasını təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 25046/25047 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd böyük yaşıl rəngli və ağ şəffaf qaşlar olan sırğa cütü və üzük dəstinin üzərində “583” əyar damğası həkk olunmuşdur. Dəstin metalı 583 əyarlı qızıla uyğundur, yaşıl rəngli qaş karunt qrupu qaşlara aiddir, ağ şəffaf qaşlar brilyantdır, 60 ədədinin hər birinin ölçüsü 0,007 karat, 3/3 keyfiyyətlidir və çəkisi 15,00 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan 1 ədəd sırğa cütü və üzük dəstinin 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti 1103,0 manat müəyyən edilir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, ibtidai istintaq zamanı Şahid3 cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə, Şahid2 barəsində isə Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə ayrıca cinayət işi materialları ayrılaraq icraata qəbul edilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaları məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəyə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, 177.2.4-cü maddəyə görə isə xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin qeyd olunur ki, həmin Məcəllənin 60.1-ci maddəsinə görə 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 14-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2019-cu il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Həbsdə saxlanılma müddəti xx xxxxxx 2019-cu il tarixli qərarla 02 ay, yəni xx xxxxxx 2020ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixli qərarla məhkəmənin növbəti hazırlıq iclası keçirilənədək uzadılmış və xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 19 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonundan olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Yeni Yasamal-1 ev 8 mənzil 77 ünvanında qeydiyyatsız yaşayır və ümumilikdə müsbət xarakterizə olunur. Həmçinin iş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx xxxxxx 2019-cu il tarixli 2642 nömrəli rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışaraq ona vurulmuş ziyanın bir qismini, yəni 8000 (səkkiz min) manat məbləğində pulu digər Təqsirləndirilən şəxs1 ilə birlikdə müştərək qaydada ödəmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixdə tələbnamədən, Yasamal Rayon Məhkəməsinin 1(004)-249/2019 nömrəli xx xxxxxx 2019cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-821/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş və cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək cəzanın müddəti 02 (iki) il müddətə endirilmiş və 69.3-cü maddəyə əsasən onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini onun barəsində məhkəmənin hökmü çıxarılmazdan əvvəl törətmişdir. Belə olan halda ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışaraq ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-821/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanmaqla qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının hazıradək çəkilməmiş qalan 01 (bir) il 20 (iyirmi) gün hissəsi hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2019-cu il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Həbsdə saxlanılma müddəti xx xxxxxx 2019-cu il tarixli qərarla 02 ay, yəni xx xxxxxx 2020ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixli qərarla məhkəmənin növbəti hazırlıq iclası keçirilənədək uzadılmış və xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 189 saylı MTK tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 1998-ci ildən anası X2 ilə birlikdə ünvan 4 ünvanındakı binanın 3-cü girişindəki zirzəmidə məskunlaşaraq ağır şəraitdə yaşayırlar. O, qonşular arasında tərbiyəli, sakit, pis vərdişlərdən uzaq olan şəxs kimi tanınmış və barəsində heç bir şikayət daxil olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 bir neçə ağır xəstəliklərdən əziyyət çəkir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Talassemiya Mərkəzindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş tibbi arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2013-cü ildən Talassemiya Mərkəzində “Beta talassemiya gen daşıyıcısı” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Akademik M.A.Topçubaşov adına X4 çıxarış epikrizindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Aşağı ətrafların varikoz xəstəliyi. Sağ BDV-nin birinci varikozu. Xroniki venoz xəstəlik İV sinif (CEAP)” diaqnozu ilə cərrahi əməliyyat olunmaqla xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həmin tibb mərkəzində stasionar müalicədə olmuşdur. 1 saylı Respublika Psixiatriya Xəstəxanasından verilmiş tibbi kitabçadan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2012-ci ildən kəllə-beyin travması aldığından xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həmin xəstəxanada “Üzvi emosional labil pozuntu (travmatik mənşəli)” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2019cu il tarixli 1947 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Bunu yuxarıda qeyd edilən anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri təsdiq edir. Lakin Təqsirləndirilən şəxs1 aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilərək, müəyyən edilmişdir ki, o, CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin iş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx xxxxxx 2019-cu il tarixli 2643 nömrəli rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışaraq ona vurulmuş ziyanın bir qismini, yəni 8000 (səkkiz min) manat məbləğində pulu digər Təqsirləndirilən şəxs2 ilə birlikdə müştərək qaydada ödəmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, əvvəllər məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmaqla ağır həyat şəraiti nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, ağır xəstəliklərdən əziyyət çəkməklə həkim nəzarəti altında müalicə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığı müəyyən edildi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, uzun müddətdir ağır xəstəliklərdən əziyyət çəkməsini, hazırki cinayət əməlini ağır həyat şəraiti nəticəsində törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışaraq ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, əvvəllər məhkumluğunun olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020ci il tarixədək, həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli və iş üzrə maddi sübut kimi tanınmış bir cüt sırğa və bir ədəd üzüyün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Vaqif oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə isə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat pul vəsaiti onlara ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 26 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-821/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 20 (iyirmi) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və qətimkan tədbirinin icrası yaşayış yeri üzrə rayon polis idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir cüt sırğa və bir ədəd üzüyün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X7 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-76/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver