Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx xxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 4 azyaşlı uşağı olan, İİ Qarabağ Müharibəsində iştirak etmiş, Ağdam rayonundan məcburi köçkün, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, Vaqif küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, 23 sentyabr 2021-ci tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən yuyucu işlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobillərin park edilməsi üçün nəzərdə tutulan avtodayanacaqda dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2019-cu il buraxılışlı “X18” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı mühərrikinin iş həcmi 2359 sm3 olan avtomobilin altındakı 01 ədəd 3960 manat dəyərində səsboğucu sistemini, yəni katalizator sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində avtoyuyucu işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən yuyucu işlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobillərin park edilməsi üçün nəzərdə tutulan avtodayanacaqda dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2013-cü il buraxılışlı “Nissan Pathfmder” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı mühərrikinin iş həcmi 3498 sm3 olan avtomobilin altındakı 01 ədəd 4495 manat dəyərində səsboğucu sistemini, yəni katalizator sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 4495 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində avtoyuyucu işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən yuyucu işlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobillərin park edilməsi üçün nəzərdə tutulan avtodayanacaqda dayanmış Zərərçəkmiş şəxs3 məxsus 2012-ci il buraxılışlı “Mazda CX5” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı mühərrikinin iş həcmi 2000 sm3 olan avtomobilin altındakı 01 ədəd 4040 manat dəyərində səsboğucu sistemini, yəni katalizator sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 4040 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən binanın avto dayanacağında olan avto yuma məntəqəsində işləyib elə orada da yaşayır. 1986-cı il tarixdə Ağdam rayonunun, Şıxbabalı kəndində doğulub yeddi yaşmadək ailəsilə birlikdə orada yaşadıqdan sonra 1993-cü il tarixdə baş vermiş,, müharibə ilə əlaqədar olaraq atası, anası, qardaşı və bacısı ilə birlikdə Ağcabədi rayonuna köçüb Ağcabədi rayonu, Heydər Əliyev prospektində yerləşən, köhnə Qaz İdarəsinin İstismarı binasına yerləşib orada yaşamağa başlamışlar. Ailəlidir, 2010-cu il təvəllüdlü Kərim Qasımlı, 2011-ci il təvəllüdlü Gülnar Qasımlı və 2015-ci il təvəllüdlü Kamal Qasımlı ad-soyadlı üç azyaşlı övladı var. Ağcabədi rayonunun mərkəzində yerləşən kiçik həcmli kişi salonunda bərbər işləyib ailəsini dolandırmağa çalışır. 2020-ci il tarixdə baş vermiş “İİ Qarabağ” döyüşlərinə könüllü olaraq yazılıb getmiş və 2020-ci ilin sonunadək döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə bir neçə dəfə yaralanmış, hazırda sol ayağında bir ədəd qəlpə qalmaqdadır. Rayonda işlər zəif olduğundan yeni iş yeri tapmaq üçün 2021 -ci ilin iyul ayının əvvəlində Bakı şəhərinə gəlmişdir. Bir neçə gün iş axtardıqdan sonra 10 iyul 2021-ci il tarixdə ünvan 1 yeni yaşayış binasının avto dayanacağında yerləşən “avto yuma” məntəqəsində yuyucu işi tapıb orada da işləməyə başlamış və elə həmin yerdə yaşamışdır. İşlədiyi yerin avto dayanacağında istifadə edilməyən, çox az-az sürülən avtomobillər olmuşdur və həmin avtomobillərdən bir neçəsinin “katalizatorunu” söküb satmaqla rahat gəlir əldə etməyi fikirləşmişdir. 10 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixinə keçən gecə, daha dəqiq 11 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində avto dayanacaqda olan **-RY-*** dövlət nömrə nişanlı “X16” minik markalı ağ rəngli avtomobilin alt hissəsində yerləşən səs boğucunu, yəni “katalizatorunu” kiçik dəmir parçasının köməyi ilə söküb gecələdiyi yerin yanındakı otaqda, gözdən kənar yerdə gizlətmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, gözü avto dayanacaqda dayanmış, xeyli vaxtdır sürülməyən digər bir avtomobilə, **-LZ-*** dövlət nömrə nişanlı “Nissan Pathfınder” minik markalı avtomaşına sataşmışdır. Həmin anda qeyd etdiyi avtomobilin də katalizatorunu sökmək qərarına gəlmiş və bu məqsədlə 11 sentaybr 2021-ci il tarixdə təxminən saat 03 radələrində **-LZ-*** dövlət nömrə nişanlı “Nissan Pathfınder” minik markalı ağ rəngli avtomobilin alt hissəsində yerləşən səs boğucunu, yəni “katalizatorunu” kiçik dəmir parçasının köməyi ilə söküb gecələdiyi yerin yanındakı otaqda, digər katalizatorun yanında gizlətmişdir. Həmin yerdə işinə davam etmişdir. 13 sentyabr 2021 -ci il tarixdən 14 sentyabr 2021-ci il tarixnə keçən gecə, daha dəqiq 14 sentyabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində eyni qayda olaraq avto dayanacaqdakı digər avtomobilin, **- NE-*** dövlət nömrə nişanlı “Mazda CX5” minik markalı qara rəngli avtomobilin səs boğucusunu, yəni “katalizatorunu” kiçik dəmir parçasının köməyi ilə söküb digərlərinin yanma yerləşdirmiş və dəmir parçasını kənara bir tərəfə atmışdır. Daha sonra, yəni 14 sentyabr 2021-ci il tarixdə, səhərə yaxın, saat təxminən 03-04 radələrində rayondan tanıdığı və taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi, yerlisi olan, avtomobil nömrəsinin sonunu 884 xatırladığı, metalik rəngli “Mercedes C klass” markalı, təxmini ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən “İslam” adlı tanışma, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək Ağcabədi rayonuna getmək istədiyini bildirib olduğu yerin ünvanını izah edərək həmin yerə gəlməsini xahiş etmişdir. Bir qədərdən sonra taksi İslam yanma gəlmiş və onu qaraja sürdürərək katalizatorların yanında saxlatdırmışdır. Hər üç katalizatoru sözügedən avtomobilə yüklədikdən sonra birbaşa rayona yola düşmüşlər. Rayona çatmaqlarına bir qədər qalmış əvvəldən rayondan tanıdığı, daim saçını düzəltdiyi müştərisi Şahid8 ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək üç ədəd katalizatorun olduğunu və almaq istəyirsə onun yaşadığı evə gəlməsini bildirmişdir. Taksi ilə yaşadığı Ağcabədi rayonu, Heydər Əliyev prospektində yerləşən köhnə Qaz İdarəsinin İstismarı binasının həyətinə çatdıqdan sonra katalizatorları taksidən yerə endirib taksini yola salmışdır. Bir qədərdən sonra tanışı Şahid8 onun yaşadığı evin həyətinə gəlmiş, katalizatorlara baxıb 180 manata alacağını bildirmiş və katalizatorların artıq dəmirlərini həyətdə kəsib özünə lazım olan hissəsini çıxardaraq üç ədəd katalizatoru götürüb 180 manat pulu ona verdikdən sonra çıxıb getmişdir. Bundan sonra rayonda qalmış, həmin pulu şəxsi istifadəsi üçün xərcləmiş və öz işinə gedib- gələrək həyatıma davam etmişdir. Əvvəllər bərbər işləyib ailəsini dolandırmağa çalışmış və heç vaxt bu və ya buna bənzər hər hansısa bir əməli olmamış, başqa bu və ya bu kimi iş törətməmişdir.Avtomobillərin alt hissəsindən katalizatorları sökən zaman yanında heç kim olmamış, heç kim onu müşayiət etməmiş, heç kim görməmiş və bu haqda öncədən heç kimə məlumat verməmiş, heç kimdən kömək istəməmişdir. Kiçik bir dəmir parçasının köməyi ilə katalizatorların ön və arxa hissələrini kəsmiş, katalizatorları söküb çıxardıb kənar bir yerdə gizlətmiş və həmin dəmir parçasını da xatırlamadığı bir tərəfə tullamışdır. Katalizatorları rayona apardığı, taksi fəaliyyəti məşğul olan, əvvəlcədən tanıdığı İslama heç bir məlumat verməmiş, hətta İslam maraqlandıqda, “oğurluq olar, məni işə salarsan” kimi fikirlərini bildirdikdə katalizatorların özünə məxsus olduğuna İslamı inandırmış və bundan sonra İslam, katalizatorları aparmağa razı olmuşdur. Katalizatorları satdığı Şahid8 heç bir məlumat verməmiş, tanışı taksi İslama dediyi sözləri, həmçinin tanışı Şahid8 də demişdir. Katalizatorların ona aid olduğunu Eltonu inandırmış və bundan sonra Şahid8 katalizatorları almağa razı olmuşdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, indiyə kimi verdiyi bütün ifadələrini təsdiq etmiş, o, qeyd olunan oğurluq hadisəsini tək törətmiş, 23 sentyabr 2021-ci il tarixli təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında qərarda oğurluq cinayətini Şahid11 və Roma kimi tanıdığı şəxslə birlikdə törətməsi bardədə izahat verməmişdir. Ailəsinin çətin maddi durumu ilə əlaqədar oğurluq etdiyini, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, 3 zərərçəkəndən birinə vurulmuş ziyanı ödənilməsini, ondan şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslərdən oğurladığı katalizatorları zərərçəkənlərə qaytardığını, himayəsində 4 azyaşlı uşağın olmasını, İİ Qarabağ müharibəsində könüllü iştirak etməsini, yaralanmasını, həmçinin evinin yanmasını və ailəsinin acınacaqlı vəziyyətdə olmasını, ailəsinə ondan başqa gəlir gəətirən olmadığını, bərbərlik edib ailəsini saxladığınıı nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. **-LZ-*** dövlət nömrə nişanlı “Nissan Pathfınder” minik markalı ağ rəngli avtomobil qardaşı, Şahid10 məxsusdur. Sözügedən avtomobili qardaşı daimi olaraq ona verdiyindən 7E-7409 reyester nömrəli etibarnamə əsasında idarə edir. Avtomobil daimi olaraq onun istifadəsində və ona məxsus olduğu üçün iş üzrə onun zərərçəkən kimi tanınmağını istəyir və əlavə olaraq qeyd edir ki, işləri ilə əlaqədar hazırda İsmayıllı rayonunda olan qardaşı Şahid10 istinaqa yaxınlaşaraq bu barədə hər hansısa bir etirazının olmadığına dair ərizə və izahat verəcəkdir. Yaşadığı ünvanın həyətində avtomobil saxlamağa yer olmadığı üçün avtomobilini, yaxınlıqda, ünvan 10 alt hissəsindəki, ödənişli olan iki mərtəbəli avtomobil dayanacağının birinci mərtəbəsində saxlamışdır. İstifadəsində olan sözügedən avtomobili sonuncu dəfə təxminən 25 avqust 2021-ci il tarixdə qeyd etdiyi dayanacağa yerləşdirmiş və avtomobil orada qalmışdır. Arabir yaxınlaşıb avtomobili işə salıb işlək olduğumu yoxlamışdır. 14 sentyabr 2021-ci il tarixdə qeyd etdiyi dayanacağa nəzarət edən Şahid9 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona məxsus avtomobilin səs boğucu sisteminin, yəni “katalizatorun bütün sisteminin” oğurlanması barədə məlumat vermişdir. Dərhal bu barədə polisə məlumat vermiş və həmin yerə yaxınlaşmışdır. Baş vermiş hadisənin törədilməsinə görə hər hansısa bir şəxs və ya şəxslərdən şübhələnmir. Hadisə nəticəsində ona ümumilikdə 4615 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təsdiq edəcək sənəd kimi “qüsur aktını” təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 9/7295 nömrəli rəyində göstərilən məbləğlərlə razı deyil. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən iş üzrə ona dəymiş ziyanın məbləği 4615 manat qəbul edilməsini xahiş etmişdir. Ona dəymiş ziyan tam ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. **-NE-*** dövlət nömrə nişanlı “Mazda CX5” minik markalı qara rəngli avtomobil ona məxsusdur və daimi olaraq onun istifadəsindədir. Yaşadığı ünvanın həyətində avtomobil saxlamağa yer olmadığı üçün avtomobilini yaxınlıqda yerləşən, daha dəqiq ünvan 10 alt hissəsindəki, ödənişli olan iki mərtəbəli avtomobil dayanacağının birinci mərtəbəsində saxlayır. İstifadəsində olan sözügedən avtomobili sonuncu dəfə təxminən 15 avqust 2021-ci il tarixdə qeyd etdiyi dayanacaga yerləşdirmiş və avtomobil orada qalmışdır. Arabir yaxınlaşıb avtomobili işə salıb işlək olduğunu yoxlamışdır. 14 sentyabr 2021-ci il tarixdə qeyd etdiyi dayanacağa nəzarət edən Şahid9 adlı şəxs, istifadəsində olan 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək avtomobilin səs boğucu sisteminin, yəni “katalizatorun bütün sisteminin” oğurlandığı barədə məlumat vermişdir. Bundan sonra bu barədə polisə məlumat vermiş və həmin yerə yaxınlaşmışdır. Hadiəni törətməkdə hər hansısa bir şəxs və ya şəxslərdən şübhələnmir. Özünə məxsus 10- NE-973 dövlət qeydiyyat nişanlı “Mazda CX5” minik markalı qara rəngli avtomobilin səs boğucu sisteminin bütövlükdə oğurlanması nəticəsində ümumilikdə 4160 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı tərtib edilmiş “qüsur aktını” təqdim etmişdir. Hadisə baş verən zaman həyəcanlı olduğundan və dəqiqlikə detalın qiymətini bilmədiyindən izahtında ona dəymiş ziyanın 4500 manat olduğunu bildirmişdir. Hazırda qüsur aktı ilə dəymiş ziyanın 4160 manat olduğunu təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 9/7295 nömrəli rəyində göstərilən məbləğlərlə razı deyil. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən iş üzrə ona dəymiş ziyanın məbləğinin 4160 (dörd min yüz altmış) manat qəbul edilməsini xahiş etmişdir. Ona dəymiş ziyan tam ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci il tarixi sentyabr ayının əvvəllərindən ünvan 5 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsində işə başlayıb, orada avtomobillərin kimyəvi təmizlənməsi işini görür. Ay sonunda təxminən 400-500 manat məbləğində qazanc əldə edir. Gündəlik olaraq saat 10 radələrində işə gedir, saat 19 radələrində yaşadığı mənzilə qayıdır.O, göstərmişdir ki, hadisədən sonradan məlumatı olmuşdur.Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaqları və sair kimi hərəkətlər nəticəsində hadisənin baş verməsindən məlumatı olmuşdur. Baş vermiş oğurluq hadisəsini iş yoldaşı olmuş Təqsirləndirilən şəxs törətməsi barədə də həmçinin sonradan məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cəmi 5-6 gün olar ki, tanıyır. Çünki təzə işə başlayandan bir qədər sonra o, işdən çıxmış, bu baxımdan onunla elə də ünsiyyəti olmamışdır. İş yoldaşı Təqsirləndirilən şəxs törətdiyi əməl barədə əvvəldən və ya sonradan heç bir fikrini ona və digər iş yoldaşlarına bildirməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə ünvan 6 ünvanda yaşayır. **-RY-*** dövlət nömrə nişanlı “X16” minik markalı ağ rəngli avtomobil ona məxsusdur və daimi olaraq onun istifadəsindədir. Yaşadığı ünvanın həyətində avtomobil saxlamağa yer olmadığı üçün avtomobilini, övladı Şahid1 yaşadığı, ünvan 7 ünvanın yaxınlığında yerləşən, daha dəqiq ünvan 10 alt hissəsindəki, ödənişli olan iki mərtəbəli qarajın birinci mərtəbəsində saxlamışdır.İstifadəsində olan sözügedən avtomobili sonuncu dəfə 20 avqust 2021- ci il tarixdə qeyd etdiyi dayanacağa yerləşdirmiş və avtomobili orada qalmışdır. Arabir yaxınlaşıb avtomobili işə salıb işlək olduğunu yoxlamışdır, bəzən isə bunu oğlundan xahiş etmişdir. 14 sentyabr 2021-ci il tarixdə övladı Şahid1 ona zəng edərək ona məxsus avtomobilin səs boğucusunun, yəni “katalizatorunun” oğurlandığını bildirmişdir. Səhhətində yaranmış narahatçılığa görə oğlu Şahid1 baş verənlərlə bağlı polisə məlumat verməsini xahiş etmişdir. Baş vermiş hadisənin törədilməsinə görə hər hansısa bir şəxs və ya şəxslərdən şübhələnmir. Ona məxsus və istifadəsində olan **-RY-*** dövlət nömrə nişanlı “X16” minik markalı ağ rəngli avtomobilin səs boğucu sistemi bütövlükdə oğurlanmışdır. Baş vermiş, hadisə nəticəsində ona ümumilikdə 4080 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təsdiq edəcək sənəd olaraq qüsur aktını təqdim etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 9/7295 nömrəli rəyində göstərilən məbləğlərlə razı deyil. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən iş üzrə ona dəymiş ziyanın məbləğini 4080 (dörd min səksən) manat qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, **-RY-*** dövlət nömrə nişanlı “X16” minik markalı ağ rəngli avtomobil atası Zərərçəkmiş şəxs1 məxsusdur, daimi olaraq onun istifadəsindədir. Yaşadığı ünvanın həyətində avtomobil saxlamağa yer olmadığı üçün avtomobilini, onun yaşadığı ünvanın yaxınlığında yerləşən ünvan 10 alt hissəsindəki, ödənişli olan ikimərtəbəli qarajın birinci mərtəbəsində saxlayır. Həmin avtomobili sonuncu dəfə 20 avqust 2021-ci il tarixdə həmin dayanacağa yerləşdirmiş və avtomobil orada qalmışdır.Arabir yaxınlaşıb avtomobili işə salıb işlək olduğunu yoxlamış, bəzən isə bu prosesi öüz etmişdir. 14 sentyabr 2021-ci il tarixdə eyniliklə sözügedən avomobilə yaxınlaşıb işə salmaq istəyərkən avtomobildən qəribə səslərin gəldiyini görmüş, avtomobilə nəzər yetirən zaman alt hissəsində yerləşən səs boğucu sistemin oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə atası Zərərçəkmiş şəxs1 məlumat vermiş, atası Zərərçəkmiş şəxs1 səhhətinin yaxşı olmadığını, baş verənlərlə bağlı Polisə məlumat verməsini xahiş etmişdir. Bundan sonra baş verənlərlə bağlı polisə məlumat vermişdir. O, göstərmişdir ki, avtomobil özünə məxsus olmadığından oğurlanan detalın qiymətini tam olaraq dəqiq bilmir. Lakin sonradan dəqiqləşdirmiş və təsdiqləyir ki, ümumilikdə dəyiş ziyan 4080 manatdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayının əvvəllərindən ünvan 8 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsini, həmin məntəqənin sahibi olan Şahid9 aylıq 1500 manat məbləğində pula icarəyə götürərək işlədir. Avtoyuma məntəqəsində hazırda özündən başqa dörd daimi işçisi var. Məntəqəni icarəyə götürdüyü müddətdən hal-hazıradək daimi işçilərdən ikisi işdən çıxmışdır. Onlarda biri, hansı ki, iyul ayının əvvəlindən işə götürdüyü, lakin oktyabr ayının əvvəlindən işdən çıxmış xx.xx.1991-ci il təvəllüdlü Şahid11, digəri isə iyul ayının əvvəlindən işə götürdüyü və sentyabr ayının əvvəlindən işdən çıxmış Təqsirləndirilən şəxsdur. Əvvəlki işçiləri Şahid11 və Təqsirləndirilən şəxs hazırda harada olmaları barədə hər hansısa bir məlumatı yoxdur. Digər işçiləri, ətrafda “Roma” kimi tanınan Şahid3, Şahid4, Şahid6 və Şahid5 adlı şəxslərlə birlikdə hazırda qeyd etdiyi ünvanda yeləşən avtoyuma məntəqəsində birlikdə işləyirlər. Demək olar ki, gündəlik olaraq səhər saatlarında, təxminən saat 09 radələrində sözügedən avtoyuma məntəqəsini açır, axşam saat 20 radələrində isə bağlayıb yaşadığı mənzilə gedir. İşlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobil dayanacağında park edilmiş **-RY-***, **-LZ-*** və **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin səs boğucu sistemləri, yəni “katalizator” sistemlərinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması hadisəsindən sonradan məlumatı olmuşdur.Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaları və sair kimi hərəkətlər nəticəsində həmin hadisənin baş verməsindən məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilk işə götürəndə tərəddüdlə götürmüş, çünki bacarığı çox az olmuş, əlindən çox iş gəlməmişdir. Sadəcə olaraq dörd azyaşlı uşağının olduğunu, İİ Qarabağ döyüşlərində iştirak etdiyini, qazi olduğunu bildirdikdən sonra ona kömək məqsədi ilə işə götürmüşdür. Belə bir əməl edəcəyini, bu kimi iş törədəcəyini düşünməmişdir. İşçisi olmuş Təqsirləndirilən şəxs törətdiyi əməl barədə, əvvəldən və ya sonradan, yəni hadisəni törətməzdən əvvəl və ya hadisəni törətdikdən sonra ona heç bir məlumat verməmiş, heç bir fikrini bildirməmişdir. Tam əminliklə deyə bilər ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar işçilərinin heç birinin Təqsirləndirilən şəxsla bağlantısı yoxdur. Belə ki, hər biri zəhmətkeş, xeyli müddətdir yanında işləyən və xasiyyətlərini bildiyi şəxslərdir. Həmçinin hadisədən sonra da, yəni hazırkı vaxtadək yanında işləyirlər, rahat formada işə gəlib-gedirlər, heç bir şübhəli davranışlarını görməmişdir. Yalnız Şahid11 işdən uzaqlaşmışdır, onunla da bu günədək əlaqəsi var, bilir ki, anasının səhhəti ilə bağlı iş yerini dəyişmişdir. Bu baxımdan özünün və işçilərinin baş vermiş oğurluq hadisəsi ilə yaxından və uzaqdan heç bir əlaqələri yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci ilin avqust ayının sonlarından ünvan 8 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsində işə başlamış, orada avtomobillərin kimyəvi təmizlənməsi işini görür. Ay sonunda təxminən 500-600 manat məbləğində qazanc əldə edir. Gündəlik olaraq səhər saat 09 radələrində işə gedir, axşam saat 19 radələrində yaşadığı mənzilə qayıdır. İşlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobil dayanacağında park edilmiş **-RY-***, **-LZ-*** və **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin səs boğucu sistemləri, yəni “katalizator” sistemlərinin oğurlanması hadisəsindən sonradan məlumatı olmuşdur. Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaları və sair kimi hərəkətlər nəticəsində həmin hadisənin baş verməsindən onun da məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cəmisi 10-15 gün olar ki, tanımışdır, başqa-başqa işləri olmuşdur və bu baxımdan onunla elə də ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barədə, əvvəldən və ya sonradan, yəni hadisəni törətməzdən əvvəl və ya hadisəni törətdikdən sonra bu barədə ona heç bir məlumat verməmiş, əvvəlcədən və ya sonradan heç bir fikrini bildirməmişdir. İş yoldaşı olmuş Təqsirləndirilən şəxs, avto dayanacaqda park edilmiş avtomobillərin səs boğucu sistemlərini oğurlayan zaman, ondan, yaxud digər iş yoldaşlarından kömək almamış, özü, həmçinin digər iş yoldaşları bu barədə tam məlumatsız olmuşlar, hadisə barədə sonradan məlumatları olmuşdur. 23 sentyabr 2021-ci il tarixli təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında qərarda oğurluq cinayətini Təqsirləndirilən şəxs o və Şahid11la birlikdə törətməsini göstərilməsindən məlumatı olmamış, heç bir bölmədə olmamış, bu məsələ ilə bağlı bir dəfə istintaqa çağırılmış, onda da ifadəsini vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərindən ünvan 5 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsində işə başlamış, orada avtomobillərin yuyulması işini görür. Ay sonunda təxminən 400-500 manat məbləğində qazanc əldə edir. Gündəlik olaraq səhər saat 09 radələrində işə gedir, axşam saat 19 radələrində yaşadığı mənzilə geri qayıdır. İşlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobil dayanacağında park edilmiş **-RY-***, **-LZ-*** və 90- NE-973 dövlət qeydiyyat nişanlı avtomobillərin səs boğucu sistemləri, yəni “katalizator”sistemlərinin oğurlanması hadisəsindən sonradan məlumatı olmuşdur. Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaları və sair kimi hərəkətlər nəticəsində həmin hadisənin baş verməsindən onun da məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cəmisi 6-7 gün olar ki, tanımışdır, başqabaşqa işləri olmuşdur və bu baxımdan onunla elə də ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barədə, əvvəldən və ya sonradan, yəni hadisəni törətməzdən əvvəl və ya hadisəni törətdikdən sonra bu barədə ona heç bir məlumat verməmiş, əvvəlcədən və ya sonradan heç bir fikrini bildirməmişdir. İş yoldaşı olmuş Təqsirləndirilən şəxs, avto dayanacaqda park edilmiş avtomobillərin səs boğucu sistemlərini oğurlayan zaman, ondan, yaxud digər iş yoldaşlarından kömək almamış, özü, həmçinin digər iş yoldaşları bu barədə tam məlumatsız olmuşlar, hadisə barədə sonradan məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci il tarixi sentyabr ayının əvvəllərindən ünvan 8 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsində işə başlamış, orada avtomobillərin cilalanması işini görür. Ay sonunda təxminən 500-600 manat məbləğində qazanc əldə edir. Gündəlik olaraq səhər saatlarında, bəzən isə iş olduğu zamanlarda işə gedir, axşamlar isə iş bitdiyində, təxminən saat 19 radələrində yaşadığı mənzilə geri qayıdır. İşlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobil dayanacağında park edilmiş **-RY-***, **-LZ-*** və **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin səs boğucu sistemləri, yəni “katalizator” sistemlərinin əvvəli onunla birlikdə işləmiş Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaslı barədə hadisədən sonradan məlumatı olmuşdur.Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaları və sair kimi hərəkətlər nəticəsində həmin hadisənin baş verməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs cəmisi 5-7 gün olar ki, tanımışdır. Çünki, təzə işə başlayandan bir qədər sonra o, işdən çıxıb getmişdir. Bu baxımdan onunla elə də ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barədə, əvvəldən və ya sonradan, yəni hadisəni törətməzdən əvvəl və ya hadisəni törətdikdən sonra bu barədə ona heç bir məlumat verməmiş, əvvəldən və ya sonradan heç bir fikrini ona bildirməmişdir. Təqsirləndirilən şəxs, avto dayanacaqda park edilmiş avtomobillərin səs boğucu sistemlərini oğurlayan zaman, ondan, yaxud digər iş yoldaşlarından kömək almamış, başqa şəxs və ya şəxslərin ona yardımı olmamış, özü, həmçinin digər iş yoldaşları da bu barədə tam məlumatsız olmuşlar, hadisə barədə sonradan məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hər hansısa bir rəsmi iş yeri, daimi işi olmadığından istifadəsində olan və özünə məxsus, 1998-ci buraxılış ili olan, **-GT-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı gümüşü metalik rəngli avtomobillə tanış adamlar olduqda Ağcabədi rayonu və Bakı şəhəri arasında taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 13 sentyabr 2021-ci il tarixdə, saat 15- 16 radələrində uzun müddətdir tanıdığı, yaşadığı rayonda bərbər işləyən Təqsirləndirilən şəxs, ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan 050-***-***-**-** saylı mobil telefon nömrəyə zəng edərək rayona heç bir müştəri götürməməsini onun rayona gedəcəyini, yükünün olacağını və onu Ağcabədi rayonuna aparacağını, bunun üçün bir qədər vaxtdan sonra haradan və necə götürəcəyi barədə zəng edib məlumat verəcəyini bildirmişdir. Razılaşaraq Təqsirləndirilən şəxs zəngini gözləmiş, bir neçə saat sonra, gecə saat 03-04 radələrində Təqsirləndirilən şəxs ona zəng edib olduğu yerə çağırmiş, bir qədər sonra onun istiqamətləndirməsi ilə ünvan 9 ünvana çatmışdır. Avtomobillərin park edilməsi üçün nəzərdə tutulan dayanacağa daxil olub həmin dayanacağın birinci mərtəbəsinə enmiş, Təqsirləndirilən şəxs üç ədəd markasını və modellərini bilmədiyi səs boğucu sistemi, yəni katalizator sistemlərini gətirib avtomobilə yerləşdirmək üçün avtomobilin kənarına yığmışdır. Bunların nə olduğunu, haradan əldə etdiyini, nə üçün apardığını ətraflı şəkildə maraqlandıqda Təqsirləndirilən şəxs bu işlə məşğul olduğunu, bu kimi detalları alıbsatdigım, hətta həmin üç ədəd katalizator sistemlərini tanışının pul qarşılığında ona verdiyini bildirirək əşyaların ona məxsus olduğuna onu inandırdıqdan sonra avtomobilə yükləməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs katalizatorları avtomobilə yükləmiş və Ağcabədi rayonuna yola düşmüşlər. Bir neçə saatdan sonra Ağcabədi rayonuna çatmış və Təqsirləndirilən şəxs yaşadığı mənzilə, Ağcabədi rayonu, Heydər Əliyev prospektində yerləşən,köhnə Qaz İdarəsinin İstismarı binasının həyətinə avtomobili sürdürərək əşyalarını oraya boşaltmışdır.Bundan sonra həmin həyətdən çıxıb gedərək öz işləri ilə məşğul olmuşdur. O, göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında əvvəlcədən tamdıgız Təqsirləndirilən şəxs onun avtomobilinə yüklədiyi katalizatorların oğurluq olması barədə hər hansısa bir məlumatı olmamışdır. Belə ki, ifadəsində də qeyd etdiyi kimi həmin günü, yəni 13 sentyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək rayona gedəcəyini, yükünün olduğunu və əlavə olaraq heç bir müştəri götürməməsini bildirmiş, bundan sonra gecə vaxtı onun olduğu yerə yaxınlaşmış və əşyaları, yəni katalizatorları gördükdə bir neçə dəfə sorğu sual etmiş, dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs həmin əşyların ona məxsus olduğunu, bir nəfər tanışının borc pul qarşılığında katalizatorları ona verdiyini demişdir. Bütün bu söhbətlərdən sonra, katalizatorların Təqsirləndirilən şəxs aid olduğuna inanmış və daha sonra avtomobilə yükləməsinə icazə vermişdir. Yəni, katalizatorların oğurluq olması barədə hər hansısa bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla sadəcə bir rayon adamı kimi salamsağolu olmuşdur. Yəni bundan əvvəl bu və ya buna bənzər hər hansısa bir apar-gətir işləri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, Ağcabədi rayonunda katalizatorları alıb üzərinə bir miqdar əlavə pul qoyaraq satmaq işi ilə məşğul olur. Belə ki, Ağcabədi rayonu ərazisində gəzərək tullantı və ya istifadə olunmayan katalizatorları tapır və onları alır. Bəzən də avtomobil ustaları istifadə edilməyən katalizatorlarının olduğunu deyir, onlara baxır və müxtəlif qiymətlərə alır. Daha sonra həmin katalizatorları alan digər şəxslərə satıb qazanc əldə edir. 14 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində uzun müddətdir tanıdığı, daim saçını düzəltdirdiyi bərbəri olan Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəmə zəng edərək 3 (üç) ədəd müxtəlif avtomobillərə aid səs boğucu sisteminin, yəni katalizator sisteminin olduğunu, onları alıb-almayacağını istədiyini soruşduqda ala biləcəini bildirmiş, Təqsirləndirilən şəxs katalizatorlara baxması üçün onu Ağcabədi rayonu, Heydər Əliyev prospektində yerləşən köhnə Qaz İdarəsinin İstismarı binasının həyətinə, yaşadığı evə çağırmışdır. Bir qədər sonra həyətlərində görüşüb katalizatorlara baxmış, hər birinə 60 manat olmaqla ümumilikdə üç ədəd katalizatoru 180 manata ala biləcəyini demiş və Təqsirləndirilən şəxsla razılaşmışlar. Üzərindəki yazılarından və təxmini markalarından tanıdığı “X16” minik markalı, “Nissan Pathfınder” minik markalı və “Mazda CX5” minik markalı avtomobillərə aid üç ədəd səs boğucu sistemlərin, yəni katalizator sistemlərinin özünə lazım olan hissələrini kəsib götürmüş, 180 manat pulu Təqsirləndirilən şəxs verib oradan uzaqlaşaraq getmişdir. O, göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs aldığı katalizatorların oğurluq olması barədə hər hansı bir məlumatı olmamışdır. Belə ki, həmin tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək özünə məxsus katalizatorların olduğunu bildirdikdən sonra alacağına qərar vermişdir.Bundan başqa katalizatorlara baxmağa gedən zaman Təqsirləndirilən şəxs həyətində təkrarən bu barədə ondan soruşmuş, həmin katalizator sistemlərinin onda haradan olması, necə əldə etməsi barədə yenidən ətraflı maraqlandıqda Təqsirləndirilən şəxs eyniliklə cavabında katalizatorların özünə məxsus olduğunu, hətta hansısa tanışının pul qarşılığında katalizatorları ona verdiyini, katalizatorların ona məxsus olduğunu demişdir.Bundan sonra həmin katalizatorları almağa razı olmuşdur.Katalizatorları alan zaman Təqsirləndirilən şəxs onların özünə məxsus olmasına inandırdığı üçün almış, yəni katalizatorların oğurluq olması barədə hər hansısa bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə sadəcə salam-sağolu olmuş, bərbəri kimi yanma gedib-gəlmişdir. Yəqin ki, saçını düzəldən zaman söhbət əsnasında katalizatorların alqısı-satqısı ilə məşğul olduğunu bilmiş və ilk dəfə olmuşdur ki, ona belə bir təklif etmişdir. Yəni bundan əvvəl bu və ya buna bənzər hər hansısa bir alış-verişləri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı bina "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində olan şirkətə tabe olaraq fəaliyyət göstərir və həmin MMC-də nəzarətçi vəzifəsində çalışır. 14 sentyabr 2021-ci il tarixdə saat ll:30-da yaşadığı ünvan 8 ünvanın həyətində işləri ilə məşğul olan zaman digər nəzarətçidən məlumat gəlmişdir ki, qeyd etdiyi yaşadığı ünvanın birinci mərtəbəsində yerləşən avtomobillərin park edilməsi üçün nəzərədə tutulan avtodayanacaqda oğurluq hadisəsi baş vermiş, avtomobilin katalizator sistemi yəni, səs boğucu sistemi oğurlanmışdır. Dərhal həmin yerə yaxınlaşıb “X16” markalı ** RY *** dövlət nömrə nişanlı avtiomibilin sahibi Şahid1 ilə avtomobilə baxdıqda avtomobilin katalizator sisteminin yəni, səs boğucu sisteminin oğurlandığını aşkar etmişlər. Bundan sonra digər avtomobillərə də nəzər yetirdikdə “Nissan Partfmder” minik markalı ** LZ *** dövlət nömrə nişanlı və “Mazda CX5” markalı ** NE *** dövlət nömrə nişanlı avtomobillərin katalizator sisteminin yəni, səs boğucu sisteminin oğurlandığını aşkar etmişlər. Sonra qeyd etdiyi avtomobillərin sahiblərinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. “Nissan Pathfmder” minik markalı **- LZ-*** dövlət nömrə nişanlı avtomobil onun adma sənədləşdirilsə də, həmin avtomobil qardaşı Zərərçəkmiş şəxs2 məxsusdur. Belə ki, həmin avtomobili daimi olaraq 7E-7409 reyester nömrəli etibarnamə əsasında qardaşı Mehmana hədiyyə etmiş və hazırda həmin avtomobili Mehman idarə edir, avtomobil onun mülkiyyətindədir. Qardaşı Mehman həmin avtomobili yaşadığı ünvanın yaxınlığında, ünvan 10 alt hissəsindəki iki mərtəbəli avtomobil dayanacağının birinci mərtəbəsində saxlayır. 14 sentyabr 2021- ci il tarixdə qardaşı Mehmandan eşitmişdir ki, naməlum şəxs qardaşı/Mehmana məxsus “Nissan Pathfmder” minik markalı **-LZ-*** dövlət nömrə nişanlı avtomobilin səs boğucu sistemini, yəni katalizatorunu oğurlamış, ona görə də qardaşım Mehman baş vermiş hadisə barədə polisə müraciət etmişdir. Həmçinin, sonradan qardaşı Mehmandan eşitmişdir ki, oğurluq hadisəsi törətmiş şəxs polis tərəfindən saxlanılmış və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, göstərmişdir ki, “Nissan Pathfinder” minik markalı **-LZ-*** dövlət nömrə nişanlı avtomobil qardaşı Zərərçəkmiş şəxs2 məxsusdur və ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan qardaşı Zərərçəkmiş şəxs2 dəymişdir Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid11 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci il tarixi iyul ayının ortalarından ünvan 5 ünvanda, avtomobillərin park edilməsi üçün olan dayanacağın birinci mərtəbəsində yerləşən “AvtoMark” adlı avtomobillərin yuyulması məntəqəsində işə başlamış, orada yuyucu işləyir. Ay sonunda təxminən 400 manat məbləğində qazanc əldə edir. Gündəlik olaraq səhər saatlarında işə gedir, axşamlar isə iş bitdiyində, təxminən saat 19 radələrində yaşadığı mənzilə geri qayıdır. 14 sentyabr 2021-ci il tarixdə işlədiyi avtoyuma məntəqəsinin yanındakı avtomobil dayanacağında park edilmiş **-RY-***, 90-LZ- 244 və **-NE-*** dövlət nömrə nişanlı avtomobillərin səs boğucu sistemləri, yəni “katalizator sistemləri”nin oğurlanması hadisəsindən sonradan məlumatı olmuşdur. Belə ki, avtomobil sahibləri avtomobillərinə yaxınlaşıb işə salmaq istədikdə katalizator sistemlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra polisə məlumat vermişlər. Daha sonra polis əməkdaşlarının oraya gəlməsi, hadisə yerinə baxmaqları və sair kimi hərəkətlər nəticəsində qeyd edilən hadisənin baş verməsindən məlumatı olmuşdur. Baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən sonradan məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs çox qısa müddətdir tanımışdır. Özünəqapalı və sakit biri olduğundan onunla elə də ünsiyəti olmamışdır. Hərə bir tərəfdə işi ilə məşğul olmuşdur. İş yoldaşı Təqsirləndirilən şəxs hadisəni törətməmişdən əvvəl və ya hadisəni (örətdikdən sonra ona heç bir məlumat verməmiş, əvvəlcədən və ya sonradan heç bir fikrini ona bildirməmişdir. Həmçinin digər iş yoldaşları da bu barədə tam məlumatsızdırlar, hadisə barədə hamısının sonradan məlumatı olmuşdur. 23 sentyabr 2021-ci il tarixli təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında qərarda oğurluq cinayətini Təqsirləndirilən şəxs o və Roma kimi tanıdığı şəxslə birlikdə törətməsini göstərilməsindən məlumatı olmamış, heç bir bölmədə olmamış, bu məsələ ilə bağlı bir dəfə istintaqa çağırılmış, onda da ifadəsini vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs 23.02.2010-cu il təvəllüdlü X6, 30.12.2011-ci il təvəllüdlü X4 və 23.01.2015-ci il təvəllüdlü X7, 23.10.2018-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan Məcburi köçkün vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətinə əsasən o, 08.10.2020-ci ildən 04.12.2020-ci il tarixədək xidmətdə olmuş, Vətən müharibəsində iştirak etmişdir. İş materiallarında olan 10.01.2022-ci il tarixli Ağcabədi şəhərində tərtib edilmiş Yanğın haqqında AKT-ın surətinə əsasən zərərçəkmiş Təqsirləndirilən şəxs məxsus Ağcabədi şəhəri N.Abdullayev küçəsində yerləşən taxta konstruksiyadan ibarət olan yaşayış evi 05.01.2022-ci il tarixdə yanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 imzaladığı qəbzlərə əsasən **-RY-*** nömrəli “X17” markalı, **-LZ-*** nömrəli “Nissan Pathfinder” markalı, **-NE-*** nömrəli “Mazda CX5” markalı avtomobillərə aid olan səs boğucu sistem, yəni “katalizator sistemi” həmin zərərçəkənlərə təhfil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamlıqla ödəmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, evinin yanmasını, özünün İİ Qarabağ müharibəsində könüllü iştirak etməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, digər zərərçəkmiş şəxslərə isə “katalizator sistemi”ni qaytarmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23.09.2021-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun 25.09.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir, Yasamal RPİ MSY-dən dərhal azad edilmişdir, həmin tarixdə müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 03 ədəd katalizatorların saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövrü həbsdə saxlanıldığı 02 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz manat) X2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın, 03 ədəd katalizatorların saxlanılması üçün zərərçəkmiş şəxslər olan sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-76/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver