Məhkəmə qərarları › İş №1(004)-76/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdanndan artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o satış məqsədi olmadan qanunsuz olaraq 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,336 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtanş tədbirləri nəticəsində 26 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsi 167 saylı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,336 ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə küçədə səs-küy eşitdiyi üçün yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin həyətinə çıxmış və bu zaman Yasamal RPİ-nin NMB-nin polis əməkdaşları onun yaşadığı mənzilin həyətinin açıq qapısından həyətə daxil olaraq ona yaxınlaşmışlar və qanunsuz olaraq onun mənzilində axtarış həyata keçirmişlər. Polis əməkdaşları burada hər hansı narkotik vasitə və ya psixotrop maddə tapa bilmədikdən sonra onu saxlayaraq Yasamal Rayon Polis İdarəsinə aparmaq üçün avtomobilə əyləşdirmişlər. Saxlanıldığı zaman onun əynində şalvar deyil, şort olmuşdur. Onun yaşadığı evin həyətindən əynində şortla çıxarılmasını təsdiq edən sübutları aradan qaldırmaq üçün polis əməkdaşı tərəfindən onun evində olan kamerasının yaddaş kartını, mobil telefonunu götürülmüş və sonradan istintaqa da təhvil verilməmişdir. O, sonuncu dəfə iki ay bundan əvvəl qurudulmuş marixuanadan istifadə etsə də, tutulduğu vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Yasamal Rayon Polis İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona şalvar verilmiş və o həmin şalvarı geyindikdən sonra, ilk olaraq onu Yasamal Rayon Polis İdarəsinin NMB-nin rəisi X3 otağına aparmışlar. Burada o, polis əməkdaşları tərəfindən döyülmüş, həmin vaxt Fəxrəddin Nəsirovun özü də orada olmuşdur. Sonradan həmin otaqda polis əməkdaşları ona psixotrop maddə verərək videoçəkiliş zamanı özünə məxsusmuş kimi şalvarının cibindən çıxarmağını və guya “Papanin” adlanan yerdən 15 manata aldığını bildirməyini tələb etmişlər. O, isə fiziki təsir və təzyiq altında, eləcə də polis əməkdaşları tərəfindən barəsində başlanacaq cinayət işinə məhkəmədə xitam veriləcəyi ona bildirildiyi üçün ona deyilənləri etmiş, yəni cinayət əməlini törətməyi boynuna almışdır. Daha sonra ona polis əməkdaşları tərəfindən içməyə su verilmiş, o isə susadığı üçün həmin suyu içsə də, sonradan baş ağrıları və başının fırlanmasından ona məlum olmuşdur ki, həmin suyun tərkibinə narkotik vasitə qatılmışdır ki, müayinə zamanı müəyyən olunsun ki, o, narkotik vasitə gəbul edib. Bundan sonra o, təhqiqatçının otağına aparılmış və orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla ona üzərində daşınması qanunla qadağan olunmuş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Əynində olan, yəni ona sonradan geyinməyə verilmiş tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin gün günorta saatlarında «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 15 manat pul verərək aldığını bildirmişdir. O, ona qarşı edilən qanunsuzluqlar və fiziki zor tətbiq olunması ilə bağlı həmin vaxt videoçəkilişdə iştirak edən müdafiəçisinə heç bir məlumat verməmiş, lakin sonradan ona qarşı zor tətbit olunması ilə bağlı AR Prokurorluğuna və AR DİN-ə müraciət etmişdir. Yekun olaraq o, üzərindən çıxan psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığı üçün hazırki cinayət işi üzrə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, halhazırda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 avqust 2022-ci il tarixdə əvvəlki iş yeri olan Yasamal Rayon Polis İdarəsinin NMB-yə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı ondan və həmin bölmənin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmuş və onlar həmin gün, yəni 26 avqust 2022-ci il tarixdə, səhər saatlarında ünvan 4 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və bu səbəbdən də onlarla birlikdə Yasamal RPİ-nə getməli olduğu bildirilmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü şəkildə etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparılmış, orada ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər hansı qanunsuz əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxıldıqdan sonra ondan həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddəni həmin gün günorta saatlarında “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində rəngini xatırlamadığı idman şalvarı olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında yenidən şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs tutulan vaxt və xidməti avtomobilə mindirilərkən əynində şalvar deyil, şort olmuşdur, həmin xidməti avtomobili isə Şahid2 idarə etmiş, o isə özünə məxsus avtomobilini idarə etmişdir. Sonradan Yasamal RPİ-nin NMB-nin rəisi X8 tərəfindən Təqsirləndirilən şəxs anasından şalvar götürülərək sonuncuya verilmiş və Polis İdarəsinə gətirildiyi vaxt avtomobildən düşərkən onun əynində artıq şalvar olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən mobil telefonunun, kameranın yaddaş kartının götürülməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 avqust 2022-il tarixdə Yasamal Rayon Polis İdarəsinin NMB-yə daxil olmuş, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün ondan və polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin qrupa Şahid1 rəhbərlik etmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və onlar həmin gün, yəni 26 avqust 2022-ci il tarixdə, səhər saatlarında ünvan 4 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nə getməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü şəkildə etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparılmış, burada ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər hansı qanunsuz əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxıldıqdan sonra ondan həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddəni həmin gün günorta saatlarında “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında yenidən şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əynində göy köynək və şort olmuş və o, əlləri qandallı şəkildə xidməti avtomobilə mindirilmiş və həmin avtomobili o idarə etmişdir. Şübhəli şəxsin saxlanılması zamanı mövcud olan əməliyyat şəraiti bir qədər mürəkkəb olduğundan, həmin əməliyyat tədbirlər zamanı orada ondan, Şahid1 başqa Yasamal Rayon Polis İdarəsinin NMB-nin rəisi X8, X16 və əlavə olaraq köməyə gəlmiş digər polis əməkdaşları da olmuşdur. Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirildikdən sonra Yasamal Rayon Polis İdarəsinin NMB-nin rəisi X13 Eyvazovun anasından götürdüyü şalvarı əyninə geyinməsi üçün sonuncuya təqdim etmiş və o, həmin avtomobilin içərisində olarkən təqdim olunmuş şalvarı əynində olan şortun üzərindən geyinmişdir. Təqsirləndirilən şəxs şalvar geyindirmələrinə səbəb Polis İdarəsinə şortla daxil olmaq əxlaq və milli mentalitet qaydalarına uyğun olmaması olmuşdur. Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirildiyi vaxt artıq onun əynində şalvar olmuşdur. Polis İdarəsində gəldikdən sonra Təqsirləndirilən şəxs Fəxrəddin Nəsirovun otağına deyil, birinci olaraq təhqiqatçının otağına aparılmış və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamini təhqiqatçının təklifinə əsasən əynində olan şalvarının cibindən çıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonu və yaşadığı evin yaddaş kamerası polis əməkdaşları tərəfindən götürülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan onun barəsində dəfələrlə qonşulardan şikayət daxil olmuşdur və o hesab edir ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi olması onun həmin psixotrop maddəni əldə edib saxlayaraq şalvarının cibində unutmasına əsas verir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən mənzilində təmir işi ilə məşğul olduğu zaman küçədə səs-küy eşitdiyi üçün həyətə çıxmış və görmüşdür ki, həmin evin açıq olan həyət qapısından polis əməkdaşları daxil olaraq Ziyadxanı tutub aparmışlar. O, isə həmin vaxt polis əməkdaşlarının Ziyadxanın yaşadığı mənzilə daxil olaraq onun evində axtarış apardıqlarını, eləcə də həyətdə olan mühafizə kamerasını özləri ilə götürdüklərini görmüşdür. Ziyadxan polis əməkdaşları tərəfindən aparılan zaman onun əynində şalvar deyil, şort olmuşdur və sonradan polis əməkdaşı Ziyadxanın evindən üzərinə geyinməsi üçün şalvar götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Yasamal Rayon Polis İdarəsinin NMB-nin rəisi vəzifəsində xidmət etmişdir. 26 avqust 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin NMB-yə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin bölmənin əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 26 avqust 2022-ci il tarixdə, günorta saatlarında ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs əməliyyat qrupunun iştirakçıları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərmişdir və yaşadığı evin qarşısından götürülərək xidməti avtomobilə əyləşdirilmişdir. Bu zaman onun əynində boz rəngli şort olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir, lakin etik normalara uyğun olması üçün şübhəli şəxsin anasından göy rəngli şalvar götürərək avtomobildə əyləşən Təqsirləndirilən şəxs geyinməsi üçün təqdim etmişdir. Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirildiyi zaman isə əynində şalvar olmuşdur. Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs ilk olaraq onun otağına gətirilmiş və o, Təqsirləndirilən şəxsla narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı söhbət aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparılmış, burada ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bu təklifə əsasən Ziyadxan əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxıldıqdan sonra ondan həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddəni həmin gün günorta saatlarında “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs əynində olan şortun üzərinə geyindiyi göy rəngli şalvarın cibindən çıxmışdır. O, hesab edir ki, həmin şəxs əldə etdiyi psixotrop maddəni şalvarının cibinə qoymuş və yaşadığı evə gəldikdən sonra əynindəki şalvarı çıxararaq şort geyinmişdir. Ziyadxanın anası tərəfindən ona həmin şalvar verilərkən şalvarın cibində psixotrop maddə olmuşdur. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmiş, ona tərkibində narkotik vasitə olan su verilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin NMB-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin NMB-nin rəisi X8 tərəfindən o, əlavə polis əməkdaşı qismində kömək etmək üçün həmin əməliyyat tədbirində iştirak etməyə çağırılmışdır. Həmin gün, yəni 26 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlləri xidməti avtomobilə əyləşənə qədər qandallı olmuş və onun əynində şort olmuşdur. Avtomobilə əyləşdikdən sonra hazırda xatırlamadığı şəxs tərəfindən Təqsirləndirilən şəxs əyninə geyinməsi üçün şalvar verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs olduğu xidməti avtomobilə əyləşməmiş, özünə məxsus avtomobilini idarə edərək oradan uzaqlaşmış və əməliyyat tədbirindən sonra gecə növbəsindən çıxdığı üçün Yasamal Rayon Polis İdarəsinə qayıtmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 26 avqust 2022-ci il tarixində ünvan 2 ünvanında yaşayan oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Tutulan zaman oğlu Təqsirləndirilən şəxs üzərində şalvar deyil, şort olmuşdur. Sonradan oğlu Təqsirləndirilən şəxs əyninə geyinməsi üçün ondan şalvar istənilmiş, o isə oğluna geyinməsi üçün tünd rəngli şalvar vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, oğluna geyinməsi üçün verdiyi şalvarın cibində narkotik vasitə və psixotrop maddə görməmişdir və orada psixotrop maddə olması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) “Şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:35 dəqiqədə tutulmuşdur. (i.v. 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy yay şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 26 avqust 2022-ci il tarixdə səhər saatlarında “Papanin” deyilən ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul ödəyərək aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağıza bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan metamfetaminə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 27 avqust 2022-ci il tarixli 6/4566 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №42” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir. (i.v. 40-44) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli 4(004)-716/2022 nömrəli qərardan görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, o polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona narkotik vasitə verərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O, isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli şаlvаrın sаğ yаn cibindən bir ədəd bükülü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamindir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları ona qarşı zor tədbiq etməmişlər. Yekun olaraq həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 72-74) “Diskə baxış keçirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, DVD-R formatlı diskdə olan görüntüdə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədov tərəfindən 26 avqust 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalan və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxardıb təqdim edərək, həmin bükümdəki maddəni həmin gün günorta saatlarında “Papanin" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir Bükümə baxış keçirilərkən içərisində ağ rəngli, spesifik iyə malik heroinə bənzər maddə olması müəyyən edilmişdir. (i.v. 81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Eyvazov X7 Rayon Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbayan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 10 noyabr 2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 82-83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X25 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 4807 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 90-91) “Sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 26 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə mettamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 1,286 qramı maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 92-98) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edilir ki, əynində şort olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən gətirilərək avtomobilə əyləşdirilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman əynində şort olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş 7660/2022 nömrəli məhkumun tibbi kitabcasından görünür ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs müayinədən keçirilən zaman onun döş qəfəsinin sağ və sol hissəsinin, sol baldırın 1/3-də qançır izləri aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X23 Yasamal Rayon Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 15 nömrəli rəyə əsasən vətəndaş X4 adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər – döş qəfəsinin sağ və sol hissəsinin, sol baldırın aşağı 1/3-də köhnə çapıq toxumalar qərarda qeyd olunan xx.xx.2022-ci il tarixinə uyğun deyildir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən 37-C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,336 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsi 167 saylı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,336 ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında saxlanılıb Polis İdarəsinə aparılması məqsədi ilə avtomobilə əyləşdirilərkən əynində şalvar deyil, şort olmuşdur. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs evinə gedərək onun anasından şalvar götürüb həmin vaxt avtomobildə əyləşən Ziyadxana təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o əynində olan şalvarın cibindən bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün icərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yəni Təqsirləndirilən şəxs evdən çıxarılan zaman əynində şort olmuş, lakin Polis İdarəsində aparılan videoçəkiliş zamanı əynində şalvar olmuşdur və o, həmin şalvarın cibindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd edilən xüsusat bütün şahid ifadələri və video görüntülərlə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, X6, X8, X16, X1 Ziyadxan Meylan oğlunun Polis Əməkdaşları tərəfindən saxlanılan zaman şortda olduğunu bildirmişlər. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş video görüntüdən və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən gətirilərək avtomobilə əyləşdirililən zaman əynində şort olmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan və DVD-R formatlı diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükümdəki maddəni həmin gün günorta saatlarında “Papanin" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində ağ rəngli, spesifik iyə malik heroinə bənzər maddə olması müəyyən edilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, əynində şort olan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİnə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olmayan şalvarın cibində psixotrop maddə metamfetamini daşıması inandırıcı deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 144-ci maddəsinə əsasən sübutların yoxlanılması cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmə qeyd edir ki, əynində şort olan şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdırsa, belə bir vəziyyətdə şəxsin üzəri dedikdə, saxlanılarkən onun əynində nə vardırsa, həmin paltarlar və əşyalar onun üzərində olmuş hesab edilir. Şəxs hansı vəziyyətdə saxlanılmışdrsa, saxlanılarkən üzərində olan əşyalar və ya paltarlar yoxlanılmalı, həmin paltarlardan və həmin vəziyyətdəki üzərindən çıxan əşyalar ona aid əşyalar hesab edilir. Lakin iş üzrə müəyyən edilir ki, şəxs saxlanılarkən üzərində şort olmuş, lakin onun üzərinə baxış keçirilərkən, əynində şalvar olmuşdur və psixotorop maddəni həmin şalvarın cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Belə vəziyyətdə əldə edilmiş sübut mötəbər sübut hesab edilə bilməz. Mötəbər olmayan sübutla şəxs təqsirləndirilə bilməz, təqsiri sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni olduğu polis bölməsinin əməkdaşları tərəfindən məruz qaldığı təzyiq altında verdiyini, həmin polis əməkdaşları tərəfindən barəsində fiziki zor tətbiq edildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X22 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara və qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman psixotrop maddə olan metamfetamin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,286 qram psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – psixotrop maddənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 1,286 qram psixotrop maddə metamfetamin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi, 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,286 qram çəkidə psixotrop maddə metamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar