Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxs Eleqant-R LTD MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx xxx 2002-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü nəzərə alınmaqla az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəmkir rayonu Zəyimcırdaxan kəndində qeydiyyatda olan, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 4 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə həmin cəza qismən toplanılmaqla üzərində qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 02 yanvar 2018-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs15 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinin giriş qapısını özündə olan vintaçanla müdaxilə edərək açıb saxlanc yeri olan binaya qanunsuz daxil olaraq 1 ədəd 1400 manat dəyərində ‘‘Lenovo A7” markalı notbuku gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 1400 (min dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 may 2018-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs14 Yunis oğlunun icarə əsasında işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti 93 ünvanında yerləşən "Böyük ucuzluq” adlı geyim paltarları satılan mağazasının giriş qapısının kilidini özündə olan vintaçanla müdaxilə edərək açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq kassadan 390 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 390 (üç yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyul 2019-cu il tarixdə gecə saat 02 radələrində X1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 183 ünvanında yerləşən “İce Lady” adlı qadın geyimləri mağazasının giriş qapısının kilidini sındırmaqla saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq kassadan 250 manat nağd pulu gizli talayıb zərərçəkmiş Bədirə Süleymanovaya 250 (iki yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 3 avqust 2019-cu il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi ünvan 16 ünvanında yerləşən mobil telefonların satışı, təmiri və aksessuarları mağazasının şüşədən olan giriş qapısının kilidini özündə olan vintaçanla müdaxilə edərək açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq 130 manat nağd pulu, bir ədəd 60 manat dəyərində "iPhone 4” markalı, 30 manat dəyərində "Nokia 6233” markalı, hər birinin qiyməti 40 manat olan 2 ədəd "Nokia 6300” markalı mobil telefonları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 sentyabr 2019-cu il tarixdə gecə saat 04 radələrində X10 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə X55 prospektinin kəsişməsində yerləşən mobil telefonların satışı mağazasının giriş qapısının kilidini sındırmaqla saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq hər birinin dəyəri 100 manat olan iki ədəd “Samsung J-3” markalı, 100 manat dəyərində “Xiomi” markalı mobil telefonları gizli talayıb zərərçəkmiş Rafiz Məmmədova ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 sentyabr 2019-cu il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs11 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən mobil telefonların satışı mağazasının giriş qapısının kilidini sındırmaqla saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq 150 manat dəyərində "Samsung J-3’’ markalı, 70 manat dəyərində “Flay 8004’’ markalı, 130 manat dəyərində “İG" markalı, 80 manat dəyərində "Samsung 9082" markalı və 15 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 445 (dörd yüz qırx beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 noyabr 2019-cu il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs5 Elburus oğlunun icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən “Toğrul Telekom” mobil telefonların satışı mağazasının giriş qapısının kilidini vintaçanla müdaxilə edərək açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq 280 manat dəyərində “Nomi” markalı, 100 manat dəyərində "Star plus” markalı, 150 manat dəyərində “X50 530” markalı, 140 manat dəyərində " Redmi Xiomi” markalı, 180 manat dəyərində "Samsung J3 2017” markalı və 150 manat dəyərində "General Mobile” markalı mobil telefonları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1000 (min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 fevral 2020-ci il tarixdə gecə saat 03:50 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Fərid” adlı optika mağazasının plastikdən olan giriş qapısının kilidini vintaçanla müdaxilə edərək açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq hər birinin dəyəri 150 manat olan 6 ədəd eynəyi, hər birinin dəyəri 140 manat olan 2 ədəd eynəyi, iş masasının üzərindən 100 manat dəyərində “Samsung” markalı mobil telefonu, üzərindəki 20 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə və həmin masanın siyirməsindən 860 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2160 (iki min yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 mart 2020-ci il tarixə keçən gecə saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 535 ünvanında yerləşən "Eleqant-R LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Swarovski” adlı mağazanın şüşədən olan giriş qapısını Təqsirləndirilən şəxs1 üstündə gəzdirdiyi dəmir parçası ilə müdaxilə edib açaraq saxlanc yeri olan mağazaya qanunsuz daxil olub 01 ədəd 459 manat dəyərində kalye, 01 ədəd 459 manat dəyərində kalye, 01 ədəd 459 manat dəyərində sep klonu ilə birlikdə, 569 manat dəyərində sırğa bir cüt kalye, 469 manat dəyərində sırğa bir cüt kalye: 569 manat dəyərində sırğa kalye, 03 ədəd hər birinin dəyəri 299 manat olan qolbaq, olmaqla gizli talayıb zərərçəkmiş "Eleqant-R LTD” MMC-yə ümumilikdə 3.881 ( üç min səkkiz yüz səksən bir) manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 mart 2020-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “BAKİ" adlı ərzaq mağazasının plastikdən olan giriş qapısının kilidini müdaxilə edib sındıraraq açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq mağazadan 2083 manat dəyərində müxtəlif çeşidli siqaretləri, 300 manat nağd pulu və 150 manat dəyərində video kameranın yaddaş kartını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2533 (iki min beş yüz otuz üç) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 02 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində X18 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində yerləşən "Halal ” adlı marketin giriş qapısını dəmir alətlə müdaxilə edib açaraq birlikdə həmin saxlanc yerinə qanunsuz daxil olub 620 manat nağd pulu, 121 manat dəyərində müxtəlif mobil operatorlara məxsus danışıq kartlarını gizli talayıb zərərçəkmiş Məhəmməd Quliyevə ümumilikdə 741 ( yeddi yüz qır bir ) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 03 aprel 2020-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Forsaj Avto” adlı avtomobil təmiri sexinin giriş qapısını dəmir alətlə müdaxilə edib açaraq birlikdə saxlanc yeri olan həmin sexə qanunsuz daxil olub 1 ədəd 187 manat dəyərində “Motorola" markalı, 200 manat dəyərində "Takee" markalı və 20 manat dəyərində “Nokia 1202” markalı mobil telefonları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 407 ( dörd yüz yeddi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Yeni Bakı” yaşayış massivində icarə əsasında işlətdiyi “Kimyəvi təmizləmə məhsulları” adlı mağazanın plastikdən olan giriş qapısının kilidini sındıraraq açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq kassa aparatından müxtəlif əskinazlarda 600 manat kağız və 200 manat məbləğində dəmir pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 aprel 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal rayonu Naxçıvani küçəsi 15 ünvanında işlətdiyi "İvanovka” ərzaq mağazasının giriş qapısını özü ilə gətirdiyi vintaçanla sındıraraq açıb saxlanc yeri olan mağazaya gizli yolla qanunsuz daxil olub kassa aparatından 25 ədəd hər biri 50 qəpik olmaqla 12 manat 50 qəpik pul əskinasları, bundan əlavə mağazanın anbar otağında pəncərəyə quraşdırılmış taxta rəfin üzərindəki asma qıfılı sındıraraq rəfdə saxlanılan içərisində 3800 manat nağd pul olan kisəni və bir ədəd 100 manat dəyərində “Samsung" markalı mobil telefonu üzərindəki 4 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3916 manat 50 qəpik (üç min doqquz yüz on altı manat əlli qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 mart 2020-ci il tarixə keçən gecə saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 535 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Swarovski” adlı mağazanın şüşədən olan giriş qapısını Təqsirləndirilən şəxs1 üstündə gəzdirdiyi dəmir parçası ilə müdaxilə edib açaraq saxlanc yeri olan mağazaya qanunsuz daxil olub 01 ədəd 459 manat dəyərində kalye, 01 ədəd 459 manat dəyərində kalye, 01 ədəd 459 manat dəyərində sep klonu ilə birlikdə, 569 manat dəyərində sırğa bir cüt kalye, 469 manat dəyərində sırğa bir cüt kalye: 569 manat dəyərində sırğa kalye, 03 ədəd hər birinin dəyəri 299 manat olan qolbaq, olmaqla gizli talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 3.881 ( üç min səkkiz yüz səksən bir) manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 02 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində X18 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Halal” adlı marketin giriş qapısını dəmir alətlə müdaxilə edib açaraq birlikdə həmin saxlanc yerinə qanunsuz daxil olub 620 manat nağd pulu, 121 manat dəyərində müxtəlif mobil operatorlara məxsus danışıq kartlarını gizli talayıb zərərçəkmiş Məhəmməd Quliyevə ümumilikdə 741 ( yeddi yüz qır bir ) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 03 aprel 2020-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Forsaj Avto” adlı avtomobil təmiri sexinin giriş qapısını dəmir alətlə müdaxilə edib açaraq birlikdə saxlanc yeri olan həmin sexə qanunsuz daxil olub 1 ədəd 187 manat dəyərində “Motorola” markalı, 200 manat dəyərində "Takee” markalı və 20 manat dəyərində “Nokia 1202” markalı mobil telefonları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 407 ( dörd yüz yeddi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonunda xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. X16 2018-ci ildə rəhmətə getmiş, anası X19 isə o, görməmişdir, atasının deməsinə görə o, uşaq yaşlarında olanda anası rəhmətə gedibdir.Onun Gəncə şəhərində öz ailəsi ilə yaşayan Fatma, Nigar və Diləfruz adlı bacıları var.Atası Qabil 2008-ci ildə Nailə adlı qadınla ailə qurub və həmin qadından da, Adil və Səfər adlı oğlanları var.Onun atasının adı rəsmi olaraq Qabil olsa da, o Nərimanov RPİ-də şəxsiyyət vəsiqəsi alanda atasının adını səf olaraq Habil oğlu kimi yazdırmışdır.Ona görə də, bütün sənədlərdə Təqsirləndirilən şəxs2 kimi yazılmışdır. O, dəfələrlə Bakı şəhərinin bir çox rayonlarından və respublikanın bəzi rayon və şəhərlərindən tək və ya tanışları ilə oğurluqlar etmişdir.Etdiyi oğurluqlara görə müxtəlif məhkəmələrin hökmü ilə 5 mart 2021-ci il tarixdə azadlıqdan məhrum olunmuşdur. Sonuncu dəfə Abşeron rayon məhkəməsinin 26 fevral 2023-cü il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Ona elan edilmiş ittiham üzrə bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosspekti 143 ünvanında olarkən yaxınlıqda olan "xxxx" şirkətindən oğurluq etmək fikrinə düşmüşdür və artıq xx.xx.2018-ci il tarixə keçən gecə saat 01 radələrində tək şirkətin giriş qapısına yaxınlaşıb özündə olan vint açanla plasitkdən olan giriş qapısına salıb açaraq içəri keçib ofisi gəzməyə başlamışdır.O, pul tapmayıb ofisindən «HP» markalı notbuku oğurlayıb ofisdən çıxmışdır.Səhər açılandan sonra Sabunçu rayonu ərazisində yerləşən rus bazarı adlanan bazara gedib oğurladığı notbuku tanımadığı şəxsə 90 manata sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır onunla bir neçə dəfə oğurluq edibdir, ancaq xx.xx.2018-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosspekti 143 ünvanında yerləşən "xxxx" şirkətindən etdiyi oğurluqdan bir neçə il keçdiyindən həmin oğurluğu tək və ya Təqsirləndirilən şəxs1la birlikdə etməsini xatırlamır. Bundan başqa o, Gəncə şəhərindən də, bir neçə oğurluqları etmişdir. Belə ki, 11 may 2018-ci il tarixdə Gəncə şəhərində olarkən paltar mağazasına girib özünə paltar oğurlamaq fikrinə düşmüş və bir neçə saat gözləmiş sakinlər yatıb sakitçilik olduqdan sonra 12 may 23018-ci il tarixdə saat 04 radələrində Gəncə şəhəri H. Əliyev prorspektində yerləşən «Böyük ucuzluq» paltar mağazasının giriş qapısına yaxınlaşıb üstündə gəzdirdiyi vintaçanla həmin mağazanın plastikdən olan giriş qapısına salıb kilidini açıb içəri girmişdir.İçəri girəndən sonra mağazada quraşdırılmış həyəcan siqnalının işə düşdüyünü görüb, paltar seçmək vaxt aparacağına görə mağazanın kasassına yaxınlaşıb açıb pul olduğunu göprüb həmin pulu götürüb qaçıb yaxınlıqda yerləşən yaşayış binasının zirzəmisində olan internet kuluba getmişdir.O, yolda sayıb oğurladığı pulun 390 manat olduğunu müəyyən etmişdir.Aradan az bir vaxt keçmiş internet kulubda olarkən iki nəfər xidməti formada olan polis əməkdaşı kuluba gələrək ona yaxınlaşıb bir az əvvəl paltar mağazasına oğurluğa girdiyini soruşmuşlar.O, etiraf edərək mağazaya oğurluğa girib pul oğurladığını demişdir.Həmin polis əməkdaşları onu xidməti avtomobilləri ilə Kəpəz Rayon Polis Şöbəsinə aparıb təhvil vermişlər.O, mağazadan 390 manat pul oğurladığını etiraf edərək həmin pulu cibindən çıxarıb təqdim etmişdir.Həmin pul ondan protokolla götürülmüşdür. Bundan başqa o, 19 sentyabr 2019-cu il tarixdə saat 04 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə X55 prospektinin kəsişməsində yerləşən mobil telefonların satışı mağazasından 2 ədəd «Samsung J3» markalı, bir ədəd «Xiomi» markalı mobil telefonlar oğurlamışdır. Bir müddətdən sonra polis əməkdaşları həmin oğurluğu onun etdiyini müəyyən edib onu Gəncə Şəhər Polis İdarəsinə dəvət edib ifadəsini alarkən o, oğurladığı 3 ədəd telefonlardan 2 ədədini Gəncə şəhərində Samir adlı tanışına, bir ədədini isə Bakı şəhərində yaşayan Gülnar adlı tanışına verdiyini göstərmişdir.Təqsirləndirilən şəxs2 həmin oğurluq faktı ilə əlavə ifadəsində və sonuncu ifadəsində həmin adları öz yanından yalan uydurub dediyini, onun Samir və Gülnar adlı tanışları olmadığını, həmin oğurluğu tək etdiyini və oğurladığı 3 ədəd mobil telefonları Gəncə şəhərində tanımadığı şəxsə satdığını bildirmişdir.. Bundan başqa o, tək 22 sentyabr 2019-cu il tarixdə saat 05 radələrində Gəncə şəhəri Üzeyir Hacıbəyov küçənin sağ tərəfində telefon aksesuarları satışı mağazasının plastikdən olan giriş qapısının kilidini üstündə gəzdirdiyi vintaçanla açaraq içəri keçib vitrində olan mobil telefonlardan işlənmiş 1 ədəd «Samsung J3» markalı, bir ədəd «Fly» markalı, bir ədəd «İG» markalı və 1 ədəd «Samsung 9082» mobil telefonlar və qara qutunun içərisindən 15 manat nağd pulu oğurlayıb mağazadan çıxmışdır.O, oğurladığı telefonlardan 3 ədədini Gəncə şəhər mərkəzi univermağın yaxınlığında tanımadığı şəxsə 45 manata satmış, 1 ədəd «Samsung» markalı telefonu isə özündə saxlayıb istifadə etmişdir. Həmin oğurluğu onun etdiyini polis əməkdaşları müəyyən edib onu Gəncə Şəhər Polis İdarəsinə dəvət edərək izahatını alarkən o, oğurlayandan sonra istifadə etdiyi «Samsung» markalı mobil telefonu polisə təqdim etmişdir.Həmin telefon ondan protokolla götürülmüşdür. Bundan başqa o, 21 iyul 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən «İce Lady» adlı qadın geyimləri mağazasına oğurluğa girərək mağazada yerləşən kassa aparatından 250 manat pul oğurlamışdır.Oğurladığı pulu özü xərcləmişdir.Polis əməkdaşları həmin oğurluğu onun etdiyini müəyyən edib Binəqədi Rayon Polis İdarəsinə dəvət edərək ifadəsini alanda o, yalandan həmin oğurluğu «Ənvər» adlı tanışı ilə birlikdə etdiyini demişdir, ib ifadəsini alarkən o, oğurladığı sınız.Bu haqda nə deyə bilərsiniz. Həqiqətdə isə həmin oğurluğu tək etmişdir, onun «Ənvər» adında tanışı yoxdur həmin adı özündən uydurub yalandan demişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində taksilik fəaliyyəti ilə məşğul olan X3 avtomobilinə əyləşib müştəri qismində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə sürdürüb,sürücüyə dostu ilə görüşüb qayıdacağını deyərək, digər S.Məmmədov küçəsi 15C ünvanına dedib «Mobil telefonların təmiri, aksesuarları» mağazasının plastikdən olan giriş qapısının kilidini üstündə gəzdirdiyi vintaçanla açıb içəri daxil olaraq 130 manat pul və 1 ədəd «iPhone 4», 3 ədəd «Nokia» markalı mobil telefonlar oğurlamışdır. Səhər açılandan sonra isə metronun «20 Yanvar» stansiyasının yanına gedərək oğurladığı telefonları tanımadığı şəxslərə ümumilikdə 100 manata satmışdır.Əldə etdiyi pulları özü üçün xərcləmişdir.Həmin oğurluğu o, tək etmişdir, taksi sürücüsü X5 oğurluq etməsi barədə heç bir söz deməmişdir.Həmin sürücü onun oğurluq etməsini bilməmişdir. Bundan başqa o, 03 noyabr 2019-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən «Toğrul Telekom» mağazasına tək oğurluğa girib bir ədəd «Nomi», bir ədəd «Star plus», bir ədəd «X50 530, «Redmi Xiomi», «General Mobile GMS plus» və bir ədəd «Samsung J3 2017» markalı cəmi 6 ədəd işlənmiş mobil telefonları oğurlamışdır.Səhər açılandan sonra isə metronun «Memar Əcəmi» stansiyasının yaxınlığına gedib xatırlamadığı telefon satışı mağazasına həmin telefonları özünə məxsus olması adı ilə 200 manata sataraq pulunu özü xərcləmişdir.Sonradan polis əməkdaşları onun oğurladığı mobil telefonlardan bir ədəd «General Mobil» markalı mobil telefon X23 aşkar edilərək götürülmüşlər.O, Turanə Əzizovam tanımır və ona mobil telefon verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 09 mart 2020-ci il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti, 535-ci məhəllədə yerləşən « Swarovski» mağazasından qızıl suyuna salınmış bəzək əşyaları oğurlamışlar. Səhər açıldıqdan sonra isə onun özü tək həmin bəzək əşyalarını Sabunçu bazarına aparıb tanımadığı bir kişiyə 150 manata satıb əldə etdiyi puldan Aydınla sonra görüşəndə ona 20 manat pul vermişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 aprel 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Forj Avto» avtomobil təmiri sexindən 1 ədəd «Motorola V 3», 1 ədəd «Takee» markalı və 1 ədəd «Nokia» markalı mobil telefon oğurlamışlar. Oğurladıqları 3 ədəd mobil telefonlardan «Motorola V 3» markalı mobil telefonu o, özünə götürmüş digər 2 telefon isə Aydında qalmışdır. O, həmin «Motorola V 3» markalı telefonu Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Xəyal adlı şəxsə öz telefonu olması adı ilə 30 manata satmışdır. Xəyal həmin telefonun oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, 20 fevral 2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1/1 ünvanında yerləşən «Fərid»optika mağazasına tək oğurluğa girib 8 ədəd müxtəlif eynəkləri, «Samsung» markalı mobil telefonu və mağazanın siyirməsindən 100 manat pul oğurlamışdır.Oğurladığı mobil telefonu və eynəkləri səhərsi gün 3-cü mikrarayon ərazisində tanımadığı şəxsə 230 manata satıb əldə etdiyi pulları özünə xərcləmişdir. Bunban başqa Təqsirləndirilən şəxs2 30 aprel 2020-ci il tarixə keçən gecə ünvan 10 ünvanında yerləşən «İvanovka» ərzaq mağazasına qanunsuz daxil olaraq 3812 manat nağd pul və 1 ədəd «Samsung» markalı mobil telefon oğurlamışdır.Oğurladığı pulları özü xərcləmiş, mobil telefonu tanımadığı şəxsə 50 manata satmış, telefonun üzərində olan ***- ***-**-** nömrəsini çıxarıb öz telefonuna salıb istifadə etmişdir.Onu polis tutduqdan sonra həmin nömrəni istintaqa təqdim etmişdir. Bundan başqa o, 14 aprel 2020-ci il tarixdə gecə saatlarında tək Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış massivində yerləşən « Kimyəvi təmizləmə» məhsulların satışı mağazasının plastikdən olan giriş qapısını üstündə gəzdirdi vint açanla açıb içəri girərək kassadan 600 manat kağız, 200 manat isə qəpik pullar oğurlayaraq həmin pulu özünə xərcləmişdir. Bundan başqa o, 29 mart 2020-ci il tarixdə gecə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən «Bakı» adlı ərzaq mağazasından müxtəlif çeşidli siqaretlər, 300 manat nağd pul və video kameranın DVD yaddaş kartını oğurlamışdır.O, həmin oğurluğu tək etmiş, oğurladığı siqaretləri metronun Neftçilər stansiyasının yaxınlığında tanımadığı şəxsə ümumilikdə 500 manata satmış, yaddaş kartını yolda atmışdır.Əldə etdiyi pulları isə özünə xərcləmişdir. Bundan başqa tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 02 aprel 2020-ci il tarixə keçən gecə ünvan 11 ünvanında yerləşən «Halal» marketdən 620 manat pul və 120 manat dəyərində kontur oğurlamışlar.Əldə etdikləri pulu Aydınla yarı bölmüşlər, konturları isə Yasamal rayonu ərazisində dəyərindən ucuz qiymətə tanımadığı şəxslərə satmışlar. İfadəsinin sonunda əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Bakı şəhərinin bir neçə rayonlarının ərazisindən tək və ya digər yoldaşları ilə birlikdə oğurluq etmişdir. Etdiyi oğurluq cinayətlərinə görə sonuncu dəfə Nərimanov rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunaraq, cəzasını hazırda Salyan rayonu inzibati ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəsissəsində çəkir.Hazırda məhkəmənin qərarı ilə Bakı istintaq Təcridxanasına köçürülmüşdür.Ona elan edilmiş ittihamla bağlı göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ilə ona elan edilmiş oğurluqları etmişdir. Belə ki, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 09 mart 2020-ci il tarixə keçən gecə saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 535 ünvanında yerləşən "Eleqant-R LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Swarovski” adlı mağazanın şüşədən olan giriş qapısını o, üstündə gəzdirdiyi dəmir parçası ilə açarmışdır sonra hər ikisi mağazaya girib ordan müxtəlif bəzək əşyalarını oğurlamışlar. Onlar mağazada pul axtarsalar da, tapmamışlar.Sərdar həmin bəzək daşlarını götürmüşdür ki, satıb ona pul verəcəkdir, lakin sonra Sərdar ona pul verməmiş demişdir ki, həmin bəzək daşlarını sata bilmədiyinə görə atmışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə 02 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Halal ’’ adlı marketin giriş qapısını dəmir alətlə müdaxilə edib açaraq birlikdə həmin mağazaya girib 620 manat nağd pulu, 121 manat dəyərində müxtəlif mobil operatorlara məxsus danışıq kartlarını oğurlamışlar. Onlar pulu yarı bölmüşlər, konturu isə istifadə edib qalan hissəsini isə satmışlar. Bundan başqa, o, tanışı X33 ilə birlikdə 03 aprel 2020-ci il tarixdə gecə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Forsaj Avto” adlı avtomobil təmiri sexinin giriş qapısını dəmir alətlə açıb içəri keçərək 1 ədəd "Motorola” markalı, bir ədə "Takee” markalı və bir ədəd “Nokia 1202” markalı mobil telefonları oğurlamışlar. Oğurladıqları mobil telefonlardan "Motorola” markalı telefonu Sərdar götürmüş, “Takee” markalı və "Nokia 1202” mobil telefonları o, götürmüşdür. Həmin telefonları tanımadığı şəxsə satıb pulunu özü xərcləmişdir. İfadəsinin sonunda əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Eleqant-R LTD MMC-nin nümayəndəsi qismində iştirak etmiş Zərərçəkmiş şəxs9 bildirmişdir ki, Eleqant-R LTD MMC-də mağaza meneceri kimi Yasamal rayonu H.Cavid prospekti 535-ci məhəllədə yerləşən “swarovski” bujuterya mağazasında 7 ildir ki, işləyir. 8 mart 2020-ci il tarixdə saat 20:30-da həmişəki kimi mühafizəçisi Tamerlan Quliyevə mağazanın şüşədən olan giriş qapısının kilidini bağlatmış və onlar birlikdə çıxıb getmişlər.9 mart 2020-ci il tarixdə saat 10 radələrində Tamerlan işə gəlib mağazadan gecə bujuteryaların oğurlandığını müəyyən etmişdir.O, mağazaya gəlib malları nəzərdən keçirəndə məlum olmuşdur ki, bir ədəd 359 manat dəyərində kalye ******* angelic:all-around rnd sry/gos, bir ədəd 459 manat dəyərində kalye ******* angelic:all-around rnd mont/rhs, bir ədəd boyunbağı klonu ilə birlikdə 459 manat dəyərində ******* sunshine:pecklace İng czlb/rhs anni, bir cüt sırğa kalye 569 manat dəyərində ******* nice:set у czwh/cru/rhs, bir cüt sırğa kalye 459 manat dəyərində ******* nice: set у czwh/cru/rhs,sırğa kalye 569 manat dəyərində ******* louisomset med czwh/rus, qolmaq 299 manat dəyərində ******* angelic square: bracelet dmul/rhs m, qolbaq 299 manat dəyərində ******* angelic:bracelet cry/gos m, qolbaq 299 manat dəyərində ******* angelic:bracelet sry/rhs m ümumilikdə dəyəri 3821 manat dəyərində əmlakı oğurlamışdır. İfadəsinin sonunda onlara vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini lakin onlarla barışdıqlarını bildirərək, onlara qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır, lakin o, məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs11 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır, lakin o, məhkəməyə teleqram vuraraq üzürlü səbəblərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda cinayət işi üzrə digər zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs15 Eldar oğlu, Zərərçəkmiş şəxs14 Yunis oğlu, X24, Zərərçəkmiş şəxs10, X6, Zərərçəkmiş şəxs5 Elburus oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 Nuru oğlu, X25 və Zərərçəkmiş şəxs2 Vasiyeviç, eləcə də şahidlər – X32, Şahid2 Cəlal oğlu, Şahid3 və Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, onlar məhkəmə iclasına dəvət edilmiş lakin onlar məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda məhkəməyə bununla bağlı hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, X8, Zərərçəkmiş şəxs15 Eldar oğlunun, Zərərçəkmiş şəxs14 Yunis oğlunun, X10, Zərərçəkmiş şəxs10, X2, Zərərçəkmiş şəxs5 Elburus oğlunun, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 Nuru oğlunun, X11 və Zərərçəkmiş şəxs2 Vasiyeviçin, eləcə də şahidlər – X22, Şahid2 Cəlal oğlunun, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etməklə onların ifadələri məhkəmə iclasında elan edilmişdir. Zərərçəkmiş şəxs15 elan edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən "xxxx" turizm şirkətini açıb işlətmişdir. Hazırda Nəsimi rayonu ərazisində «Jalə Plaza» da eyni adda turizm şirkətinin rəhbəridir.2018-ci il tarixdə işlətdiyi şirkətin yerini icarəyə götürmüş və 4 nəfər işçisi olmuşdur.X34 şirkətdə mühasib vəzifəsində işləmişdir.Hazırda həmin işçilərin heç biri ilə işləmir və onların bəzisi xaricdə yaşayır, bəzsisinin isə harada işlədiyini bilmir. 01 yanvar 2018-ci il tarixdə saat 21 radələrində sürücüsü Orxan Cəlilov şirkəti bağlayıb evinə getmiş və 02 yanvar 2018-ci il tarixə keçən gecə saat 00:40 radələrində Zaur Əmrahov işlə bağlı şirkətə gedəndə giriş qapısının açıq olduğunu görüb ona zəng edib məlumat vermsidir.O da, Zaura dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsini tapşırıb, özü isə iş yerinə getmişdir.Ofisə gəldikdən sonra müəyyən etmişdir ki, ona məxsus olan bir ədəd 1400 manat dəyərində «Lenova A7» markalı notbuku oğurlanıbdır.Şirkətdən başqa heç nə oğurlanmamış, oğurluq nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir.Aradan uzun müddət vaxt keçsə də, ona dəymiş zərər ödənilməmiş və ya oğurlanmış notbuku ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs14 Yunis oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, 12 may 2018-ci il tarixdə Gəncə şəhərində yaşamış və Gəncə şəhəri Heydər Əliyev prospekti 93 ünvanında «Böyük Ucuzluq» geyim mağazası icarəyə götürüb işlətmişdir, hazırda isə Yevlax rayonu X56 küçəsi 14 ünvanında ailəsi ilə birlikdə yaşayı və Yevlax rayonunda yenə eyni adda mağaza açıb işlədir. Gəncə şəhərində işlətdiyi mağazanın təhlükəsizliyini təmin etmək məqsədi ilə Gəncə şəhər Regional Mühafizə İdarəsi ilə müqavilə bağlamışdır ki, mağazamın mühafizəsini təmin etsinlər.ram.Gəncə Şəhər Polis İdarəsinin Kəpəz RPİnə ərizə ilə müraciət etmişəm. 11 may 2018-ci il tarixdə o, həmişəki kimi mağazanı saat 20-də bağlayıb evinə getmişdir. 12 may 2018-ci il tarixdə saat 04:30 radələrində X39 İdarəsinin əməkdaşları ona zəng edərək işlətdiyi mağazadan oğurluq hadisəsi baş verdiyini, mağazaya gəlməsini demişdir.O, dərhal paltarını geyinib həmin ünvana gəlib görmüşdür ki, mağazanın giriş qapısının kilidini sındırmaqla naməlum şəxs içəri daxil olub kassa aparatında olan 390 manat ona məxsus pulu oğurlayıbdır.O, mağazadan oğurluq baş verməsi barədə Kəpəz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir.Onun müraciətindən sonra polis əməkdaşları onun iştirakı ilə mağazaya baxış keçirərkən yalnız 390 manat pulun oğurlandığını, mağazadan paltar və ya başqa hansısa əşyalarıdan oğurlanmadığı müəyyən edilmişdir.Ona bildirmişlər ki, mağazadan oğurluq edən Təqsirləndirilən şəxs2 tutublar.Təqsirləndirilən şəxs2 oğurlanan 390 manat pul aşkar olunaraq qəbzlə ona qaytarılmışdır.Bununla da, ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir.O, təkrar ərizə ilə müraciət edib ona dəymiş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs13 elan edilmiş ifadəsindən görünür ki, o, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən mobil telefonların və onun aksesuarlarının satışı mağazasını işlədir. Mağazanı hər gün səhər tezdən saat 07 radələrində açıb, axşam saat 21 radələrində bağlayır. 19 sentyabr 2019-cu il tarixdə saat 07 radələrində işə gəlib mağazanın giriş qapısının açıq olduğunu görmüşdür.O, içəri keçib nəzər yetirdikdə hər birinin dəyəri 100 manat olan iki ədəd “Samsung J-3”, 100 manat dəyərində bir ədəd “Xiomi” markalı mobil telefonların oğurlanmasını aşkar edib istifadəsində olan mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Oğurluq nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs11 elan edilmiş ifadəsindən görünür ki, o, Gəncə şəhəri 0.Hacıbəyov küçəsində yerləşən telefon aksesuarları mağazasını işlədir.22 sentyabr 2019cu il tarixdə mağazaya gözətçilik edən şəxs ona zəng edib gecə mağazaya naməlum şəxsin girdiyini demişdir.O, dərhal mağazaya gəlib görmüşdür ki, gecə kimsə mağazanın giriş qapısının kilidini sındırıb mağazaya daxil olaraq mağazada vitrində olan 150 manat dəyərində bir ədəd "Samsung J-3”, 70 manat dəyərində bir ədəd "Fly” 8004, 130 manat dəyərində bir ədəd “İG” markalı, 80 manat dəyərində “Samsung 9082" markalı mobil telefonları və qara rəngli qutunun içərisindən 15 manat nağd pulu oğurlayıbdır.O, mağazasından oğurluq olması barədə zəng edib polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs10 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 16 ünvanında yerləşən mağazanı icarəyə götürüb mobil təmiri telefonların və telefon aksesuarlarının satışı ilə məşğul olur.xx.xx.2019-cu il tarixdə saat 09 radələrində işə gedib mağazanın giriş qapısını açmaq istəyəndə şüşədən olan giriş qapısının açıq olduğunu görmüşdür.O, mağazada solda telefonları düzdüyü vitrinə diqqət yetirəndə oturacaqların üzərinə qoyduğu 6 ədəd mobil telefonlardan 4 ədədinin yerində olmadığını, giriş qapısı ilə üz-üzə olan masanın çəkəcəyinə baxdıqda bir gün əvvəl həmin yerə qoyduğu 130 manat pulun da, yerində olmadığını oğurlandığını müəyyən edərək zəng edib polisə məlumat vermişdir.Onun bir ədəd 60 manat dəyərində "“Phone 4”, bir ədəd 30 manat dəyərində “Nokia 6233”, hər birinin qiyməti 40 manat olan iki ədəd “Nokia 6300” markalı mobil telefonları və 130 manat nağd pulu oğurlanması nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X2 elan edilmiş ifadəsindən görünür ki, o, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 183 ünvanında yerləşən "ice Lady” qadın geyimləri mağazasını 6 ildir ki, icarə əsasında işlədir. Mağazada bir nəfər qadın satıcısı vardır.Mağazanı hər gün səhər saat 10-da açıb, axşam saat 20-də bağlayır.20 iyul 2019cu il tarixdə saat 20 radələrində satıcısı ilə birlikdə mağazanı bağlayıb evlərinə getmişlər.21 iyul 2019-cu il tarixdə saat 10 radələrində mağazaya gəlib giriş qapısının kilidinə açar salıb açmaq istəyəndə qapı açılmamışdır.O, kilidə müdaxilə olunduğunu başa düşmüş və çətinliklə qapını açıb içəri keçərək ətrafa nəzər yetirəndə sənədlərin ətrafa dağıldığını, kassa aparatının qıfılının sındırıldığını, orada olan 250 manat pulun oğurlandığını aşkar etmişdir.O, gecə mağazadan oğurluq baş verdiyinə əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Onun mağazasından 250 manat puldan başqa heç nə oğurlanmamışdır. Zərərçəkmiş şəxs5 Elburus oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, 2 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən "Toğrul Telekom'1 mobil telefonların satışı mağazasını icarə əsasında işlətmişdir. Mağazada müxtəlif növ mobil telefon və telefon aksesuarlarını satmışdır.Mağazanı hər səhər saat 10-da açıb gün ərizində satıcısı X29 ilə birlikdə işləyib axşam saat 22 radələrində mazanı bağlamışlar.03 noyabr 2019-cu il tarixdə saat 10 radələrində satıcısı Yusif Qəhrəmanov ona zəng edərək mağazanın giriş qapısının açıq olduğunu,gecə saatlarında mağazaya oğru girib bir neçə ədəd mobil telefonlar oğurladığını, bu haqda artıq DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini demişdir.O, mağazaya gələndə Binəqədi RPİ-nin əməkdaşları orada olduğunu, zəruri sənədləşmə apardığını görmüşdür. Ona məlum olmuşdur ki, naməlum şəxs mağazanın giriş qapısının kilidini açaraq içəri daxil olub ona məxsus satışa qoyduğu 6 ədəd onlardan 1 ədəd dəyəri 280 manat təşkil edən təzə vəziyyətdə “Nomi” markalı, bir ədəd dəyəri 100 manat təşkil edən “Star plus” markalı, bir ədəd dəyəri 150 manat təşkil edən “X50 530” markalı, bir ədəd dəyəri 140 manat təşkil edən “Redmi Xiomi” markalı, bir ədəd dəyəri 180 manat təşkil edən “Samsung J3 2017” markalı və bir ədəd dəyəri 150 manat təşkil edən “General Mobile” markalı mobil telefonu oğurlanmışdır və nəticədə ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 2 ildir Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1,1 ünvanında yerləşən "Fərid Optika” eynəklər mağazasını icarə müqaviləsi əsasında işlədir.20 fevral 2020-ci il tarixdə səhər saat 10 radələrində mağazaya işə gələn zamanı plastik materialından olan qapının açıq olduğunu görmüşdür.İçəri keçib nəzər yetirəndə ona məlum olmuşdur ki, mağazaya qanunsuz daxil olan naməlum şəxs hər birinin dəyəri 150 manat olan 6 ədəd eynəkləri, hər birinin dəyəri 140 manat olan 2 ədəd eynəkləri, iş masasının üzərindən 100 manat dəyərində “Samsung” markalı mobil telefonu, həmin masanın siyirməsindən 860 manat nağd pulu gizli talayıb aparmaqla ona ümumilikdə 2100 manat məbləğində maddi ziyan vurmuşdur.O, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq barədə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivində yaşayır və həmin ərazidə özünə məxsus kimyəvi təmizləmə vasitələrinin satışı mağazası işlədir. xx.xx.2020-ci il tarixdə səhər saat 08 radələrində işə gələndə mağazanın giriş qapısının açıq olduğunu, qapının kilidinin sındırıldığını görmüşdür.O, müəyyən etmişdir ki, mağazaya oğurluğa girən naməlum şəxs kassa aparatından 600 manat kağız, 200 manat isə dəmir pulları oğurlayıbdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Hadisə yerinə gələn polis əməkdaşları baxış keçirib hadisə yerindən əl- barmaqn izləri götürmüşdür. Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Yeni Bakı yaşayış massivinin 15-ci binanın 1-ci mərtəbəsində yerləşən ticarət obyektini təxminən 2 ildir ki, icarəyə görüb “Bakı” adı ilə ərzaq mağazası kimi işlətmişdir. Mağazadan oğurluq baş verməsi barədə ona oğlu Qismət məlumat vermişdir.Belə ki, 29 mart 2020-ci il tarixdə səhər saat 05:20-də həyətə düşüb mağazanı açmaq istəyərkən giriş qapısının kilidi sındırılaraq qapının açıq olduğunu görmüşdür.Həmin vaxt oğlu Osman onun yanında olduğundan onun göstərişi ilə oğlu mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib mağazadan oğurluq olması barədə məlumat vermişdir. O, mağazaya girib ətrafa baxanda vitrinə yığdığı müxtəlif adda siqaretlərin yerində olmadığı, oğurlandığını, həmçinin dəmir qabın içərisində saxladığı 300 manat pulun və mağazanın video kamerasının içərisində olan yaddaş DVD kartının oğurlandığını müəyyən etmişdir. Mağazadan 324 manat dəyərində, hər biri 3.60 manat olmaqla 90 qutu Sobranie siqaretləri, 502 manat dəyərində hər biri 3.10 manat olmaqla 162 qutu Viniston siqaretləri, 112.50 manat dəyərində hər biri 2.50 manat olmaqla LD siqareti, 108 manat dəyərində, hər biri 2.70 manat olmaqla 40 qutud LD cub nazik siqaretləri, 154 manat dəyərində bir ədədi 2.20 manat olmaqla 70 qutu Vichester siqaretləri, 162 manat dəyərində bir ədədi 1.80 manat olmaqla 90 qutu Vlant siqaretləri, 264 manat dəyərində bir ədədi 2.20 manat olmaqla 120 qutu Rotmans siqaretləri, 330 manat dəyərində 1 ədədi 3.30 manat olmaqla 100 qutu Kent siqaretləri, 66 manat dəyərində bir ədədi 3.30 manat olmaqla 20 qutu Davudlv siqaretləri, 34 manat dəyərində 1 ədədi 1.70 manat olmaqla 20 qutu arqo siqaretləri, 26,40 manat dəyərində 1 ədədi 3.30 manat olmaqla 8 qutu Kamel siqaretləri olmaqla ümumilikdə 2.083 manat dəyərində siqaretlər, 300 manat nağd pul və 1 ədəd 150 manat dəyərində video görüntü kamerasının DVD aparatı oğurlanmaqla ona ümumilikdə 2.533 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X13 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri Həzi Aslanov küçəsində özünə məxsus “Halal market” işlədərək gündəlik təlabat malları, ərzaq malları satır.02 aprel 2020-ci il tarixdə axşam saattlarında 620 manat alverin pulunu və müxtəlif operatorlara məxsus kontur kartlarını kassada saxlayıb mağazanı bağlayıb evinə getmişdir.03 aprel 2020-ci il tarixdə saat 09 radələrində marketə gəlib qapını açmaq istəyəndə aliminumdan olan giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür.Marketə keçib malların ətrafa dağıdıldığını, kassa aparatında saxladığı 620 manat pulun, 121 manat dəyərində müxtəlif operatorlara məxsus kontur kartlarının oğurlandığını müəyyən etmişdir.O, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib marketdən oğurluq baş verməsi barədə məlumat vermişdir.Aradan az bir vaxt keçmiş polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər.Oğurluq nəticəsində ona ümumilikdə 741 manat maddi ziyan dəymişdir. Eyni zamanda zərərçəkmiş şəxs Məhəmməd Quliyev 13 dekabr 2021-ci il tarixdə öldüyündən onun oğlu X25 ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmişdir.Turxan Quliyev ifadəsində mərhum atası Məhəmməd Quliyevin ifadəsində göstərdiyi xüsussatları eyni ilə göstərmişdir. Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, o, bir ildən artıqdır Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 189A ünvanında yerləşən “Forsaj Avto” avtomobil təmiri və ehtiyat hissələri satışı servisində işləyir. 03 aprel 2020-ci il tarixdə saat 09 radələrində servisə işə gəlib plastik materialından olan giriş qapısının açıq vəziyyətdə olduğunu, içəridə olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür.Bundan sonra heç bir əşyaya toxunmadan müşahidə kameralarına baxanda səhərə yaxın saat 06 radələrində iki nəfər tanımadığı şəxsin servisin plastik giriş qapısını sındıraraq içəri daxil olduqlarını görüb iki nəfərin oğurluğa girdikləri ona aydın olmuşdur.O, içərdəki əşyalara nəzər yetirdikdə bir ədəd “Motorola” markalı 187 manat dəyərində, bir ədəd “Takee” markalı 200 manat dəyərində və bir ədəd “Nokia 1202” markalı 20 manat dəyərində mobil telefonlarının oğurlandığını, ona ümumilikdə 407 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs2 Valeryevicin elan edilmiş ifadəsindən görünür ki, o, xx xxxx 1981-ci ildə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuşdur. Xüsusi sahibkar kimi yaşadığı İsmayıllı rayonu İvanovka kəndində kənd təsərüfatı məhsulları əkib becərməklə eləcə də, fermer təsərüfatı ilə məşğul olur.2014-cü ildən ünvan 20 ünvanı icarəyə götürüb “İvanovka” mağazas adı altında kənd təsərüfatı, süd, ət, tərəvəz və meyvə satışı ilə məşğul olur.Mağazanın inzibatçısı Şahid3dır, ondan başqa mağazada 6 nəfər işçi işləyir.Mağaza 70 kvadrat metr olmaqla 2 hissədən ibarətdir.Mağazanın satış şöbəsində kassa aparatı qoyulmuşdur.30 aprel 2020-ci il tarixdə saat 08 radələrində satıcı Lera ona zəng edib mağazanın giriş qapısının səndırıldığını və içəridən pul oğurlanmasını demişdir.O, dərhal mağazaya gəlib giriş qapısının sındırıldığını, kassa aparatında olan 50 qəpiklik 12 manat 50 qəpik pulun oğurlandığını, mağazada işlədilən “Samsung” markalı mobil telefonun və telefon üzərindəki ***-***-**-** nömrəsi ilə birlikdə oğurlandığını müəyyən etmişdir. Bundan başqa mağazanın paltardəyişmə otağında olan paltar rəfinin sınıdırılaraq orada pul kisəsində saxlanılan 3800 manat pulun oğurlandığını müəyyən etmişlər.Mağazanın giriş qapında quraşdırılmış təhlükəsizlik kamerasına baxanda məlum olmuşdur ki, oğurluğa girən kameranın yaddaşını pozmuşdur.O, mağazadan oğurluq baş verməsi barədə polis nəfəri Familə zəng edib məlumat vermişdir.Bundan sonra Yasamal RPl-in əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər.Oğurluq nəticəsində ona ümumilikdə 3912 manat 50 qəpik maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Eleqant-R LTD MMC-də mağaza meneceri kimi Yasamal rayonu H.Cavid prospekti 535-ci məhəllədə yerləşən “swarovski” bujuterya mağazasında 7 ildir ki, işləyir.8 mart 2020-ci il tarixdə saat 20:30-da həmişəki kimi mühafizəçisi Tamerlan Quliyevə mağazanın şüşədən olan giriş qapısının kilidini bağlatmış və onlar birlikdə çıxıb getmişlər.9 mart 2020-ci il tarixdə saat 10 radələrində Tamerlan işə gəlib mağazadan gecə bujuteryaların oğurlandığını müəyyən etmişdir.O, mağazaya gəlib malları nəzərdən keçirəndə məlum olmuşdur ki, bir ədəd 359 manat dəyərində kalye ******* angelic:all-around rnd sry/gos, bir ədəd 459 manat dəyərində kalye ******* angelic:all-around rnd mont/rhs, bir ədəd boyunbağı klonu ilə birlikdə 459 manat dəyərində ******* sunshine:pecklace İng czlb/rhs anni, bir cüt sırğa kalye 569 manat dəyərində ******* nice:set у czwh/cru/rhs, bir cüt sırğa kalye 459 manat dəyərində ******* nice: set у czwh/cru/rhs,sırğa kalye 569 manat dəyərində ******* louisomset med czwh/rus, qolmaq 299 manat dəyərində ******* angelic square: bracelet dmul/rhs m, qolbaq 299 manat dəyərində ******* angelic:bracelet cry/gos m, qolbaq 299 manat dəyərində ******* angelic:bracelet sry/rhs m ümumilikdə dəyəri 3821 manat dəyərində əmlakı oğurlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Cəlal oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının əvəllərində Abşeron rayonu Masazır qəsəbəsi Əlağa Vahid küçəsində adını Sərdar kimi bildiyi oğlan ondan borca pul istəmişdir.O, Sərdara borca pul verməyəndə Sərdar ona “Motorola” markalı mobil telefon göstərib 30 manata satdığını demişdir.O, telefona baxıb xoşuna gəldiyinə görə almaq istədiyini, həmin telefonun kimə məxsus olduğunu, nə üçün satdığını soruşmuşdur.Sərdar telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, 30 manat pulu Sərdara verib mobil telefonu almış, telefon xarab olduğuna görə işlətməyib evində saxlamışdır.Polis əməkdaşları onu polisə dəvət edib Sərdardan aldığı mobil telefonun oğurluq olduğunu demişlər.O, həmin “Motorola” markalı telefonu aparıb polisə təqdim etmişdir.O, Sərdardan aldığı mobil telefonun oğurluq olduğunu bilməmişdir.Həmin telefon ondan Abşəron RPİ-in İŞ-in müstəntiqi tərəfindən protokolla götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,7 aydır ünvan 21 ünvanda fəaliyət göstərən "İvanovka” mağazasının direktoru işləyir.Həmin mağazanın baş direktoru Zərərçəkmiş şəxs2dir. Mağazada İsmayıllı rayonunun İvanovka kəndindən gətirilən kənd təsərüfatı malları satılır. Mağazada iş səhər saat 08-də başlayıb axşam saat 21-də başa çatır.30 aprel 2020-ci il tarixdə saat 08 radələrində evində olarkən mağazada satıcı işləyən Valerya ona zəng vuraraq mağazadan oğurluq baş verməsini demişdir.O, dərhal mağazaya gəlmiş və mağazanın giriş qapısının naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq kassa aparatından hamısı 50 qəpiklik olan 12 manat 50 qəpik pulları, bir ədəd mağazada istifadə olunan "Samsung” markalı mobil telefonu üzərindəki ***-***-**-** nömrəsi ilə birlikdə oğurlandığını müəyyən etmişlər.Bundan əlavə mağazanın paltardəyişmə otağında olan paltar rəfinin sınıdırılaraq orada qırmızı rəngli pul kisəsində saxlanılan 3800 manat pulun pul kisəsi ilə birlikdə oğurlandığını müəyyən etmişlər.Mağazanın giriş qapında quraşdırılmış təhlükəsizlik kamerasına baxanda məlum olmuşdur ki, oğurluğa girən kameranın yaddaşından görüntüləri pozmuşdur.Bundan sonra mağazanın baş direktoru Zərərçəkmiş şəxs2 və polisə məlumat vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2010-cu ildən DİO-da polis nəfəri kimi iş fəaliyyətinə başlamış, hazırda Gəncə Şəhər BPİnin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2018-ci il tarixdə X39 İdarəsində polis nəfəri kimi işləyərkən saat 04:32 radələrində H.Əliyev prospekti 93 ünvanında yerləşən ucuzluq mağazasından həyəcan siqnalı daxil olmuşdur. O, iş yoldaşı X40 ilə birlikdə kamerada baxanda görmüşlər ki, ayağında ağ idman ayaqqabısı oğlan arıq bədən qurluşlu, uzun saçlı yeniyetmə oğlan həmin mağazaya oğurluğa giribdir. Mağazada həyəcan siqnalı işə düşdüyündən oğlan mağazadan çıxır. O, Renatla birlikdə xidməti Volsfogen markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana getmişlər. Onlar hadisə yerinə çatanda mağazanın qapısının açıq olduğunu, içəridə və yaxınlıqda heç kim olmadığını görübətrafı gəzməyə başlamışlar. O,yaxınlıqda binanın birinci mərtəbəsində yerləşən internet kulubun qapısının açıq olduğunu görüb xidməti avtomobili həmin yerə sürmüşdür. Onlar avtomobildən düşüb internet kuluba gedib baxmışlar ki, mağazadakı kamerada gördükləri ayağında ağ idman ayaqqabısı olan, arıq bədəq qurluşlu təxminən 15-17 yaşlarında olan oğlan həmin kulubdadır.Ona yaxınlaşıb özlərini təqdim edərək yaxınlıqdakı mağazadan onun oğurluq etdiyini bildirəndə, həmin oğlan etdiyi oğurluğu etiraf etmişdir.Bundan sonra onu xidməti maşınları ilə Kəpəz Rayon Polis Şöbəsinə aparıb raportla təhvil vermişlər. İş yoldaşı olan Renat Əliyev 2022-ci ildə yol qəzasında aldığı bədən xəsarətindən ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edlmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 “Mondo-travel” şirkətinin ofisində törədilmiş oğurluq badisəsi ilə əlaqədar ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirmişdir və o, əyani surətdə hadisənin baş verməsi xüsusatlarını göstərir.(cild 2, İ/V25-27). Hadisə yerindən götürülmüş əl-barmaq izləri xx.xx.2018-ci il tarixli məktubla DİN- nin KTİ-nə göndərilmiş və xx.xx.2018-ci il tarixli 011-743-1218 nömrəli cavab məktubu ilə müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədinin ( Nəsimi RPİ, Hacıqabul RPŞ, Gəncə ŞBPİ və Füzuli RPŞ-dən ADİS məlumat bazasına daxil olan) xx.xx.2001-ci və xx.xx.2003-cü ildə Gəncə və Xanlar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 və X9 əlinin ovuçu, böyük barmağı ilə və sol əlinin şəhadət, orta, adsız barmaqları ilə eynilik müəyyən edilmişdir.(cild 2, İ/V37-39). Məhkəmə-daktiloskopik ekspertizasının 13 aprel 2018-ci il tarixli, 011-2709-1218 nömrəli rəyindən görünür ki:
1. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs15 "xxxx" şirkətinin ofisinə baxış zamanı, hadisə yerindən 07 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 06 ədəd əl-barmaq və 03 ədəd ovuc işləri şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdırlar. 2.Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs2 adına çıxarılmış daktiloxəritə müqayisəli tədqiqat üçün yararlıdır. 3.Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl barmaq və 03 ədəd ovuc izlərindən 04 ədəd əl barmaq və 01 ədəd ovuc izi daktiloxəritəsi təqdim edilmiş vətəndaş X7 əlinin ovuc, sağ əlinin böyük barmağı, sol əlinin şəhadət, orta, adsız barmaqları əksləri ilə eynidir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq və 02 ədəd ovuc işi vətəndaş Təqsirləndirilən şəxs2 və DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan digər şəxslərin əl əksləri ilə eynilik təşkil etmədi.(cild 2, İ/V44-67). Təkrar məhkəmə-dakteloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-13-11/2- 9606/2023 nömrəli rəyindən göründən görünür ki, xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında vətəndaş X14 işlətdiyi "xxxx" şirkətində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl izi xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük ( 02 dəfə), sol əlinin şəhadət, orta, adsız barmaqları və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir.(cild 2, İ/V 188-239). Maddi sübut kimi tanıma haqqında 18 may 2018-ci il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi 390 manat pul maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs14 Yunis oğluna təhvil verilmişdir.(cild 2, İ/V 167- 168). AR DİN-nin KTİ-nin xx.xx.2019-cu il tarixli 011-6899-1219 nömrəli cavab məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl-barmaq izi xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 22 ünvanında yerləşən mobil telefonların təmiri və satışı mağazasından götürülmüş əl izlərindən 01 ədəd əl barmaq izinin xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir.(cild 3, İ/V 113-115). Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Oğurluq hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr.535-ci məhəllədə yerləşən "Eleqant-R LTD Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "“Swarovski” mağazasında baş vermişdir və mağazada quraşdırılmış kamera görüntüsü 1 ədəd CD disk götürülmüşdür. (cild , İ/V 187-189). Məhkəmə istintaqı zamanı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 görüntüdə olan iki nəfərdən biri onun özü, digəri isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. İfadənin yerində yoxanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 Yasamal rayonu, H.Cavid pr.535-ci məhəllədə yerləşən "Eleqant-R LTD Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Swarovski” mağazasında xx.xx.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmələrini etiraf etmişdir.(cild 4, İ/V 232-235). DİN-nin KTİ-nin xx.xx.2020-ci il tarixli 011-3173-1220 nömrəli cavab məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl-barmaq izi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 535 ünvanında yerləşən vət.Şahid1 Valeriyevnaya məxsus “swarovski” bujuterya mağazasında baş vermiş oğruluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş əl izləri ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Yasamal RPİ, YYTCM, Xətai RPİ və Nəsimi RPİ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Rusiya Federasyasında anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir.(cild 4, İ/V 2240- 242). DİN-in KTİ-nin xx.xx.2020-ci il tarixli 011- 2301-1220 nömrəli cavab məktubundan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1/1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs8 məxsus "Fərid” optika mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müainəsi zamanı götürülmüş əl izləri təqdim edilmiş əl işləri DİN- in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli təddiqat nəticəsində izlərdən 02 ədədinin xx.xx.2002-ci idə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucu və sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. (cild 5, İ/V67-68). Məhkəmə-daktiloskopik ekspertizasının 23 mart 2020-ci il tarixli 20/163R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1,1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs8 işlətdiyi "Fərid” optika mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müainəsi zamanı 04 ədəd yapışqan lent kəsikləri vasitəsilə götürülmüş əl izlərindən 01 ədəd ovuc və 02 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.2002-ci iddə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucu və sol əlinin böyük barmağın əksi ilə eynidir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir.(cild 5, İ/V69-83). Məhkəmə-daktiloskopik ekspertizasının 12 iyun 2020-ci il tarixli 20/292R nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş əl-barmaq izi ilə bağlı: 1.xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs7 məxsus "Kimyəvi təmizləmə” məhsullarının satışı mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd kağız parçasının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 əl-barmaq izi xx.xx.2001 (xx.xx.2002)-ci ildəBakı( Gəncə, Şəmkir) şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 Qabil oğlunun sol əlinin böyük, adsız və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. (cild 5, İ/V 144-145, 226-233). Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 10 aprel 2020ci il tarixli 011-3946-1220 nömrəli cavab məktubundan görünür ki, 29 mart 2020-ci il tarixdə ünvan 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus “Bakı” ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş əl izlərindən 2 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağının və sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir.(cild V vərəq 173-175). Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 may 2020-ci il tarixli 011-5098-1220 nömrəli cavab məktubundan görünür ki, 02 aprel 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsində yerləşən X13 icarə əsasında işlətdiyi “Halal” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş əl-barmaq izlərindən 1 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. (cild V vərəq 253-255). Diskə baxış keçirilməsi haqqında 24 aprel 2020-ci il tarixli protokoldan görünür ki, 03 aprel 2020-ci il tarixdə səhər saatlarında naməlum şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Forsaj Avto” avtomobil təmiri sexnin qapısının kilidini sındıraraq saxlanc yerinə gizli yolla daxil olurlar və orada masada və siyirtmədə axtarış apardıqdan sonra sexdən çıxıb getmişlər.(cild Vİ vərəq 73). Məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/912 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 01 ədəd 2005-ci ildə istehsal olunmuş “Motorola” markalı, “V3i Razr” modelli, 2 GB yaddaş tutumlu, 2 sim kartlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına orta bazar qiyməti təxminən 80,0 manat müəyyən olunur.Həmin telefon qəbzlə zərərçəkmiş şəxsə qaytarılmışdır.(Cild Vİ vərəq 109-120). Götürmə və baxışı keçirilməsi haqqında 09 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Qabil oğlundan 1 ədəd sim kart götürülərək zərfə qoyaraq qablaşdırılmışdır.(Cild Vİ vərəq 202-203). Məhkəmə-əmtəşünaslıq ekspertizasının 21 iyul 2020-ci il tarixli 9/2322 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd ***-***-**-** nömrəli "Sim” kart təqdim olunmuş 01 ədəd GSM danışıq nömrə kartı 30 aprel 2020-ci il tarixə dəyəri 4 manatdır. (Cild Vİİ vərəq 23-31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamələrə xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrə məhkum olunmuşlar. Sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-280/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə ilə təqsirli bilinib, cəzasının əvvəlinin 2 mart 2021-ci il tarixdən hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri İlə təqsirli bilinib ona ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-180/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəlinin 24 iyul 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların öz ifadələri, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərini etiraf etmələrini, əməllərindən səmimi peşman olmalarını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-280/2023 saylı hökmü nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 iyul 2020-ci il tarixdən hesablanmalı, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-280/2023 saylı hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə toplanmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmalı, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus olan əl-barmaq izləri, 2 ədəd DVD-disk, maddi sübut olan ********** nömrəli GSM danışıq nömrə kartı iş materiallarında saxlanılmalı, “Motorolla” markalı mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəməekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs2 64 (altmış dörd) manat, Təqsirləndirilən şəxs1 64 (altmış dörd) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X17 vəkil işlədikləri Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-555/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X30 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X17 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-280/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq az ciddi cəzani daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 24 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-280/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbarmaq izləri, 2 ədəd DVD-disklər və bir ədəd GSM danışıq nömrə kartı cinayət işinin materiallarında saxlanılsın. “Motorolla” markalı mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə 128 manat məbləğində məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 64 manat, Təqsirləndirilən şəxs2 64 manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X17 və X4 vəkil işlədikləri 36 saylı Vəkil Bürosunun hesabına hər birinə münasibətdə 240 manat, cəmi 480 manat manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə