Məhkəmə qərarları › İş №1(004)-76/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal küçəsi, 57 nömrəli evdə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 10də yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və həmçinin özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq törətməyə cəhd edərək törətdiyi cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamışdır. Belə ki, o, 24 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində qonaq gəldiyi dostu Zərərçəkmiş şəxs mənzilindəki qonaq otağında olan masanın üstündən sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan balansında 6960 manat 70 qəpik pul vəsaiti olan 4169 7388 7480 1305 nömrəli "xxxx" ASC-yə aid plastik kartını sahibinin xəbəri olmadan götürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə həmin plastik kartı 24 avqust 2023-cü il tarixdə saat 19:08 radələrində “Kapital Bank’a aid ATM A0100360 cam 1 bankomata daxil edərək pul vəsaitlərinin debüt hissəsinin geri götürülməsi əməliyyatını apararaq debüt hissəsinin P2P köçürülməsinə on beş manat, 25 avqust 2023-cü il tarixdə saat 02:39-dan həmin gün saat 02:42:44-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən "xxxx"ın Yasamal rayon filialının inzibati binasının qarşısında quraşdırılmış "xxxx"a aid 100104 cam 1 bankomatına daxil edərək bir neçə dəfəyə müvafiq olaraq 2.000 manat, 2.000 manat, 1.000 manat, həmin gün saat 10:26-dən saat 10:27-dək olan müddət ərzində həmin ünvanda yerləşən "xxxx"a aid 100104 cam 1 bankomatına daxil edərək 1500 manat və 315 manat olmaqla pul kartının balansından hissə-hissə çıxarıb gizli talamaqla ümumilikdə 6.830 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamış, daha sonra isə elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid 4169 7388 7480 1305 nömrəli plastik kartının balansında qalmış 130 manat 70 qəpik pulu 27 avqust 2023cü il tarixdə saat 03:43 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx"a aid 100104 cam 1 bankomatından elektron məlumat daşıyıcılarından istifadə edilməklə çıxarıb gizli talamaq istəmiş, lakin Zərərçəkmiş şəxs həmin kartın hesabını bağlatdırdığından cinayət əməlini başa çatdıra bilməyərək oğurluq törətməyə cəhd etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,özünü dolandırmaq üçün müxtəlif yerlərdə çalışıb çörək pulu qazanmışdır. 24 avqust 2023-cü il tarixdə həmişə olduğu kimi Nəsimi rayonunda yaşayan və uzun müddət dostluq etdiyi Zərərçəkmiş şəxs evinə qonaq getmişdir. Həmin gün səhhəti çox pis olmuş və artıq gecələməyə belə yeri olmamışdır. Müxtəlif adamlara xeyli borcu yaranmış və borc sahibləri onu artıq incidərək pullarını israrla tələb etmişlər. Bundan başqa dörd il əvvəl ailəsindən boşansa da həmin nikahdan iki azyaşlı uşağ vardır. Uşaqların belə aliment pulunu artıq xeyli müddətdir ki, ödəyə bilməmişdir. Qonaq getdiyi mənzildəki qonaq otağında olan masanın üstündə dostu Rəşada məxsus 4169 7388 7480 1305 nömrəli "xxxx" ASC-yə aid bank hesab kartını oğurlamaq qərarına gəlmişdir. Dostunun xəbəri olmadan onun kartını həmin tarixdə saat 17 radələrində masanın üstündən götürüb oğurlamışdır. Dostu Rəşad ona etibar etdiyi üçün bir müddət əvvəl kartın dörd rəqəmdən ibarət kodunu ona demiş və o da həmin kodu unutmamışdır. Dostu Rəşad gecə onu yaşadığı evində qalmağı israr etsə də, o, müxtəlif bəhanələr tapıb mənzildən çıxmışdır. Evdən çıxdıqdan sonra bir az şəhəri gəzmiş və 24 avqust 2023-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu ərazisində xatırlamadığı ünvanda "xxxx" ASC-yə aid ATM bankomatından yoxladıqda kartın hesabında 6960 manat 70 qəpik olduğunu görmüşdür, pul vəsaitlərinin geri götürülməsi əməliyyatını apararaq debüt hissəsinin P2P köçürülməsinə icazə üçün bank xidməti kart hesabından 5 manat çıxmışdır. Sonra isə gecə yəni, 25 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx"ın Yasamal rayon filialının inzibati binasının qarşısına gəlmişdir. Həmin ərazidə quraşdırılmış bankomata tərəf yaxınlaşmış və dostu Rəşadın hesab kartını daxil etməklə oradan hissə-hissə, yəni 2000 manat, 2000 manat və 1000 manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində pul çıxardıb oradan uzaqlaşmışdır. O, 25 avqust 2023-cü il tarixdə səhər saat 10 radələrində yenidən həmin bankomat olan əraziyə gəlmiş və dostu Rəşadın kartındakı balansından iki dəfəyə 1.500 manat və 315 manat pullarıda birdəfəlik çıxartmışdır, bu müddət ərzində pul çıxarılmasına görə kartın hesabından ATM Bankomatı nağd pul çıxarmaq üçün maksimum məbləğlər üçün bir neçə dəfəyə ümumilikdə 10 manat xidmət haqqı tutularaq kartın hesabından çıxarılmışdır, kartın hesabında isə yalnız 145 manat 70 qəpik qalmışdır. Həmin pulu kartın hesabından çıxartmaq üçün o, 27 avqust 2023-cü il tarixdə gecə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx"ın Yasamal rayon filialının inzibati binasının qarşısına gəlmiş, ATM bankomatına kartı daxil edib qalmış pulu da çıxarmaq istəyəndə həmin kart artıq bloklandığı üçün pulu çıxara bilməmiş və bank kartının balansında 145 manat 70 qəpik qalıq qalmışdır. O, oğurluq yolu ilə əldə etdiy pulun bir hissəsini borclu olduğu adamlara vermiş, digər bir hissəsi ilə aliment borcunu qismən bağlamış, yerdə qalan əsas hissəsini isə müxtəlif restoran və otellərdə özünün istirahəti üçün xərcləmişdir. Qeyd etdiyi oğurluq cinayətindən başqa, o, digər yerlərdə heç bir cinayət hadisəsi törətməmişdir. O, dostu Zərərçəkmiş şəxs məxsus hesab kartından hissə-hissə olaraq bank xərcləri də daxil olmaqda 6.830 manat məbləğində pul çıxardaraq oğurlamış, həmin puldan 15 manatını isə bank pulun geri çəkilməsinə görə kart hesabından çıxmışdır. İfadəsinin sonunda əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini, himayəsində iki azyaşlı uğağının olmasını barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, özünü və ailəsini dolandırmaq üçün kuryer kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs təxminən on ilə yaxın müddətdir ki, tanıyır və onunla hər zaman münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs hər zaman onun yaşadığı evə gələrək qonağı olmuş və ailə üzvləri ilə münasibəti çox yaxşı olmuşdur. Rauf baş vermiş hadisədən əvvəl bir neçə dəfə ondan borc alıb həmin pulu qaytarmasa belə o, artıq həmin borc pulu dost kimi Raufa bağışlamışdır. 24 avqust 2023-cü il tarixdə həmişə olduğu kimi Təqsirləndirilən şəxs yenidən onun evinə qonaq gəlmişdir. Həmin gün Raufun səhhəti çox pis olmuş və özünün deməsinə görə gecələməyə belə artıq yeri olmamışdır. O, Raufdan nə baş verdiyini soruşduqda, dostu ona müxtəlif adamlara xeyli borcu yarandığını və borc sahiblərinin artıq ondan pullarını israrla tələb etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs dörd il əvvəl ailəsindən boşanan zaman, həmin nikahdan qalmış iki azyaşlı uşağının aliment pulunu belə xeyli müddətdir ki, ödəyə bilmədiyini etiraf etmişdir. O, Təqsirləndirilən şəxs etibar etdiyi üçün özünə məxsus 4169 7388 7480 1305 nömrəli "xxxx" ASC-yə aid bank hesab kartını yaşadığı mənzildəki qonaq otağında olan masanın üzərinə qoyub digər otağa keçmişdir. O, dostu Raufa etibar etdiyi üçün iki il bundan əvvəl həmin kartın dörd rəqəmdən ibarət kodunu ona demişdir və baş vermiş hadisədən aydın görünür ki, həmin kodu Təqsirləndirilən şəxs hal-hazıradək unutmamışdır. Həmin gün o, yemək yedikdən sonra dostuna gecə evdə qalmağı israr etsə də, Rauf müxtəlif bəhanələr gətirib mənzildən çıxıb getmişdir. Rauf getdikdən sonra qonaq otağındakı masanın üzərinə qoyduğu bank hesab kartını aşkar etməsə də, Təqsirləndirilən şəxs şübhələnməmiş və fikirləşmişdir ki, yəqin həmin bank hesab kartının yerini özü unutmuşdur. Kartı tapa bilmədikdə o, 26 avqust 2023-cü il tarixdə «Kapital Banka» müraciət etdikdə kartın hesabından 6830 manat pulun çıxarıldığını, balansında isə yalnız 130 manat 70 qəpik qaldığı bildirilmişdir və həmin pulun da çıxarılaraq oğurlanmaması üçün kartı bloklatdırmışdır. Sonradan ona məlum olmuşdur ki, neçə illər özünə dost hesab etdiyi Təqsirləndirilən şəxs qonaq olduğu vaxtda evindən ona məxsus bank hesab kartını oğurlayıb gecə və gündüz boyu yaxın ərazilərdə quraşdırılmış bankomatlardan hesab kartını daxil etməklə oradan hissə-hissə 6.830 manat pul götürüb oğurlamışdır. Bir müddət sonra öyrənmişdir ki, illərlə yığdığı həmin pulları Təqsirləndirilən şəxs hesab kartındakı balansdan çıxartmış və oğurluq yolu ilə əldə etdiyi pulların bir hissəsini borclu olduğu bir neçə adama vermiş, digər bir hissəsi ilə aliment borcunu qismən bağlamış, yerdə qalan əsas hissəsini isə restoran və otellərdə istirahəti üçün xərcləmişdir. Baş vermiş hadisə zamanı ona məxsus hesab kartından hissə-hissə olmaqla, ümumilikdə 6.830 manat məbləğində pul çıxardırılaraq oğurlanmış, həmin puldan 15 manatını isə bank pulun geri çəkilməsinə görə kart hesabından çıxmışdır. Dostu oğurladığı kartı ilkin araşdırma zamanı təhqiqata təqdim etmiş və protokol tərtib edilən zaman həmin kart Təqsirləndirilən şəxs götürülmüşdür. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 6830 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını məhkəmədən xahiş edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən "xxxx"ın Yasamal rayon filialının binasının qarşısında quraşdırılmış bankomatı göstərərək, 25 avqust 2023-cü il tarixdə oğurladığı Zərərçəkmiş şəxs məxsus «Kapital Banka» aid bank kartını bankomata daxil edərək, 6830 manat məbləğində pulu çıxardaraq oğurladığını, sonradan isə oğurladığı həmin bankomat kartını Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir. (İ/V. 5-9). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2023-cü il tarixdə (saat 17:50 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-1, 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 25). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat təmin edilməmişdir. (İ/V. 53-56). “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 57-58). “Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (İ/V. 75-76). "xxxx"a aid 4169 7388 7480 1305 nömrəli plastik kart hesabından çıxarışda olan məlumatlardan görünür ki, 4169 7388 7480 1305 nömrəli plastik kart Zərərçəkmiş şəxs aiddir. 20 avqust 2023-cü il tarixə balansda qalıq 6960 manat 70 qəpik olmuş, 30 avqust 2023-cü il tarixdə son qalıq 130 manat 70 qəbik qalmışdır, belə ki, 24 avqust 2023cü il tarixdə pul vəsaitlərinin geri götürülməsi əməliyyatını aparılaraq debüt hissəsinin P2P köçürülməsinə beş manat çıxarılmış, qalıq 6955 manat 70 qəpik qalmışdır. 25 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ATM bankomatdan əvvəlcə 2000 manat, 2000 manat, 1000 manat çıxarılmış, daha sonra nağd pul çıxarmaq üçün maksimum məbləğlərə görə 1 manat xidmət haqqı bank hesabına tutulmuş, daha sonra 1500 manat çıxarılmış, daha sonra nağd pul çıxarmaq üçün maksimum məbləğlərə görə 07 manat 50 qəpik xidmət haqqı bank hesabına tutulmuş, daha sonra 315 manat çıxarılmış, daha sonra isə nağd pul çıxarmaq üçün maksimum məbləğlərə görə 02 manat 50 qəpik xidmət haqqı bank hesabına tutulmuş, qalıq 145 manat 70 qəpik qalmışdır. 28 avqust 2023-cü il tarixdə birbank tətbiq etməkdə 15 manat başqa hesaba köçürülmüş, qalıq 130 manat 70 qəpik qalmışdır, həmin çıxarışdan görünür ki, 25 avqust 2023-cü il tarixədək kartın hesabından ümumilikdə 6830 manat pul çıxarılmışdır. (İ/V. 85-86). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin 02 may 2024-cü il tarixli, 2024/111/11871 nömrəli məktubda 4169 7388 7480 1305 nömrəli plastik kart hesabından bankomatla nağdlaşdırma əməliyyatına aid mövcud görüntülər köçürülmüş bir ədəd disk «DVD+WR» formatlı diskdir, həmin diskin yaddaşına xidməti otağımda kompüterə daxil edib tərəfimdən Zərərçəkmiş şəxs iştirakı ilə keçirilən baxış zamanı aşağıdakılar aşkar olundu: həmin diskin yaddaşında «baxishov reshad» dalanan qovluğun içərisində isə «xx.xx.2023», «xx.xx.2023», «xx.xx.2023-2», «xx.xx.2023-3», «xx.xx.20233» və «xx.xx.2023» adlanan altı ədəd qovluq vardır. «xx.xx.2023» adlanan qovluqda doqquz ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. xx.xx.2023-cü il tarix saat 19:08:47-dən başlayaraq xx.xx.2023-cü il tarix saat 19:09:33dək ATM A0100360 cam 01 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə nağdlaşdırma əməliyyatı aparan papaqsız, başının alın və orta hissəsində saçları tökülmüş, bıcı və saqqalı olan kişi cinsli şəxs tərəfindən görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, nağdlaşdırma əməliyyatı aparan həmin şəxs Təqsirləndirilən şəxsdur. «xx.xx.2023» adlanan qovluğa 60 ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. Həmin fayllarda olan şəkillərdə xx.xx.2023-cü il tarix saat 02:39:08-dən başlayaraq xx.xx.2023-cü il tarix saat 02:42:44-dək olan müddətdə ərzində ATM A0100104 cam 01 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə nağdlaşdırma əməliyyatları aparan başına qaltağlı kepka adlanan papaq qeymiş, bığı və saqqalı olan kişi cinsli şəxsin fotoşəkilləri əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, nağdlaşdırma əməliyyatı aparan həmin şəxs keçmiş dostu Təqsirləndirilən şəxsdur. «xx.xx.2023-2» adlanan qovluğa 17 ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. Həmin fayllarda olan fotoşəkillərdə xx.xx.2023-cü il tarix saat 10:26:28dən başlayaraq xx.xx.2023- cü il tarix saat 10:27:19-dək olan müddətdə ərzində ATM A0100104 cam 01 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə nağdlaşdırma əməliyyatları aparan başına qaltağlı «kepka» adlanan papaq qeymiş, bığı və saqqalı olan kişi cinsli şəxsin fotoşəkilləri əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, nağdlaşdırma əməliyyatı aparan həmin şəxs Təqsirləndirilən şəxsdur. «xx.xx.2023-3» adlanan qovluğa 17 ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. Həmin fayllarda olan fotoşəkillərdə xx.xx.2023-cü il tarix saat 21:25:29-dan başlayaraq xx.xx.2023- cü il tarix saat 21:26:06-dək olan müddətdə ərzində ATM A0100104 cam 1 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə nağdlaşdırma əməliyyatları aparan başına qaltağlı «kepka» adlanan papaq qeymiş, bığı və saqqalı olan kişi cinsli şəxsin fotoşəkilləri əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, nağdlaşdırma əməliyyatı aparan həmin şəxs Təqsirləndirilən şəxsdur. «xx.xx.20233» adlanan qovluğa 26 ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. Həmin fayllarda olan şəkillərdə xx.xx.2023-cü il tarix saat 02:39:08-dən başlayaraq xx.xx.2023-cü il tarix saat 02:41:04-dək olan müddətdə ərzində ATM A0100104 cam 1 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə nağdlaşdırma əməliyyatları aparan başına qaltağlı kepka adlanan papaq qeymiş, bığı və saqqalı olan kişi cinsli şəxsin fotoşəkilləri əks olunmuşdur, fotoşəkillərdə «xx.xx.2023» adlanan qovluğa yerləşdirilmiş 60 ədəd fotoşəkillərdə qeyd olunan eyni tarix və vaxtı, qismən əhatə edir, təkrar fotoşəkillərdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan fotoşəkillərdə nağdlaşdırma əməliyyatını aparan həmin şəxs Təqsirləndirilən şəxsdur. «xx.xx.2023» adlanan qovluğa 9 ədəd fotoşəkil olan fayllar yerləşdirilmişdir. Həmin fayllarda olan şəkillərdə xx.xx.2023-cü il tarix saat 03:43:51-dən başlayaraq xx.xx.2023-cü il tarix saat 03:44:11-dək olan müddətdə ərzində ATM A0100104 cam 1 bankomatında «416973XXXXXX1305» bankomat kartı ilə əməliyyat aparan başına qaltağlı «kepka» adlanan papaq qeymiş, bığı və saqqalı olan kişi cinsli şəxsin fotoşəkilləri əks olunmuşdur, Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan fotoşəkillərdə nağdlaşdırma əməliyyatını aparan şəxs Təqsirləndirilən şəxsdur. (İ/V. 94-107). Məhkəmə iclasında qeyd edilən diskə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. (İ/V. 82-83). xx.xx.2024-cü il tarixli “tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 89). xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və eyni zamanda barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (İ/V. 117-118). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. Eləcə də iş üzrə maddi sübut qismində tanınmış "xxxx" ASC-nin 02 may 2024-cü il tarixli, 2024/111/11871 nömrəli məktubla istintaqa təqdim edilmiş 4169 7388 7480 1305 nömrəli plastik kart hesabından çıxarış və bankomatla nağdlaşdırma əməliyyatına aid mövcud görüntülər köçürülmüş bir ədəd «DVD+WR» formatlı disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 sentyabr 2023-cü il tarixli protokol əsasında götürülərək həmin protokola əlavə edilmiş «Kapital Banka» aid 4169 7388 7480 1305 nömrəli bankomat kartı cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V. 108-115). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-76/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbirinin seçilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baki İstintaq Təcridxanasının xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində təcridxanaya gətirilmişdir. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 2015 və 2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, Mərkəz Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır cəzanın tətbiq edilməsi onun himayəsində olan iki azyaşlı uşaqların həyat tərzinə və gündəlik dolanışıqlarına ciddi mənfi təsir göstərə bilər. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi halında həmçinin zərərçəkmiş şəxsə törədilmiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi, onun aradan qaldırılması imkanlarını artırır. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün eləcə də xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 06 gün müddət olmaqla cəmi 01 ay 09 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - olaraq Bakı şəhəri, ünvan 9 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-578/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 29,177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, eləcə də xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 06 gün müddət olmaqla cəmi 01 ay 09 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" ASC-nin 02 may 2024-cü il tarixli, 2024/111/11871 nömrəli məktubla istintaqa təqdim edilmiş 4169 7388 7480 1305 nömrəli plastik kart hesabından çıxarış və bankomatla nağdlaşdırma əməliyyatına aid mövcud görüntülər köçürülmüş bir ədəd «DVD+WR» formatlı disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 sentyabr 2023-cü il tarixli protokol əsasında götürülərək həmin protokola əlavə edilmiş «Kapital Banka» aid 4169 7388 7480 1305 nömrəli bankomat kartının surəti cinayət işinin materiallarında saxlansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar