Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-77/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, D.Bünyadzadə küçəsi 858 nömrəli evin qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində, yəni Zərərçəkmiş şəxs onunla barışmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun başına yumruqla qəsdən vuraraq, ona sol təpə nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun kecmiş həyat yoldaşı və qohumudur. Onlar 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından Məryəm adlı qızları doğulmuşdur. 2016-cı ildə rəsmi olaraq boşanmış və Məhkəmənin qərarına əsasən qızı Məryəm anasının himayəsində qalmışdır. Lakin qızı Məryəmin hər bazar günü saat 12:00-dan 18:00-dək onunla görüşməsinə icazə verilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə qızı Məryəm ona bütün valideynlərin məktəbə gəldiyini söyləyərək, onun nə üçün gəlmədiyini soruşmuş, o isə qızına gələcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 11:50 radələrində o, Məryəmin oxuduğu 286 nömrəli məktəbdən saat neçədə və hansı çıxışdan çıxmasını bilmədiyi üçün keçmiş həyat yoldaşı Fatimə ilə bir yerdə qızının təhsil aldığı məktəbə getmək üçün Fatimənin yaşadığı evin yaxınlığına getmişdir. Bir müddət sonra Fatimənı görmüş və onunla birlikdə qızı Məryəmin oxuduğu məktəbə getmək istədiyini bildirmişdir. Həmin vaxt Fatimə ona gəlməməyini bildirsə də, o Məryəm üçün gəldiyini demişdir. Bu vaxt Fatimə taksi saxladıb oturmaq istəmiş, lakin o taksiyə sürüb getməsini, özlərinin gedəcəklərini demişdir. Fatimə ilə danışmaq istəsə də, Fatimə onunla danışmaq istəmədiyinə görə onunla kobud danışmağa və acıqlı cavablar verməyə başlamışdır. O, Fatimənin bu hərəkətlərindən və ona verdiyi cavabdan əsəbləşib, Fatiməni nalayiq söyüşlərlə söysə də, onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Lakin yekun məhkəmə iclasında o son sözünü məhkəməyə yazılı təqdim edərək, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi olaraq nikaha girmiş, xx xxxxxx 2016-cı ildə Nəsimi rayon məhkəməsinin qərarı ilə onların nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Məryəm adlı bir qızları doğulmuşdur. Məhkəmənin qərarında az yaşlı qızı Məryəmin onda qalması və ona Təqsirləndirilən şəxs tərəfindən aylıq 153 manat alimentin ödənilməsi, eyni zamanda Məryəmlə atası Ramilin hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. Onunla Ramilin arasında olan nikah pozulduqdan sonra münasibətləri pis olmuş, hətta bir neçə dəfə Ramilin ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə o, polisə şikayət etmişdir. Sonuncu dəfə 2018-ci ilin oktyabr ayında Ramildən Yasamal RPİ-nə şikayət etmiş, buna görə də Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, lakin Ramil və onun ailə üzvləri dəfələrlə gəlib üzr istədiyi üçün o, həmin cinayət işi üzrə Ramil ilə barışmış, buna görə də cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə Ramil onun evinə hədiyyə və gül göndərərək barışmaq istəsədə, o hədiyyələri qəbul etməyib barışmayacağını demişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində o, Məryəmi məktəbdən götürmək üçün evdən çıxmış. Həmin vaxt atası İlyas xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində olduğu üçün, o yolda olan zaman qulağında olan qulaqcıq vasitəsi ilə mobil telefonla atasına zəng etmişdir. O atası ilə danışan zaman Ramil ona yaxınlaşaraq, danışmaq istədiyini demiş, o isə Ramilə söhbət etmək istəmədiyini bildirmişdir. Bu zaman Ramil onun və valideynlərinin ünvanına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt atası telefon danışığını yekunlaşdırmiş və bir neçə dəqiqə sonra bibisi oğlu Tehran ona zəng etmişdir. O, Tehranın zənginə cavab vermiş, lakin buna baxmayaraq Ramil onunla danışmağa davam etmişdir. O Ramilə ondan uzaq durmasını və yanından getməsini deyib özündən uzaqlaşdırmaq istəmiş və bu zaman Ramil onu yenidən nalayiq söyüşlərlə söyərək yumruqla onun baş nahiyəsindən bir neçə dəfə zərbələr vurmuşdur. Daha sonra Ramil onun kiminlə danışdığına baxmaq üçün, onun əlində olan mobil telefonunu zorla almaq istəmiş və bunun üçün onun sağ qolunu arxa tərəfə burmuş və o, bilək nahiyəsində kəskin ağrı hiss etdiyi üçün mobil telefonu sol əlinə keçirmiş, bu zaman Ramil onun sol əlindən tutub telefonu almaq üçün arxa tərəfə sıxmışdır. O, sol qolunda da ağrılar hiss etmiş və Ramil onun telefonu vermədiyini görüb, onun qolunu buraxmışdır. Hamin vaxt ətrafda hec kim olmamışdır. Ramil ilə mübahisə edə-edə yollarına davam edirmişlər. Bu vaxt yaxınlıqda olan avtomobil sexində işləyən şəxslər də Ramilin ona qarşı nalayiq söyüşlər söydüyünü görmüşlər, lakin onlar Ramilin onu vurmasını görməmişlər. Ramil yenə ucadan nalayiq söyüşlərlə onu və onun iləsini söyməyə davam etdiyi üçün, o 4-5 dəfə taksi çağıraraq getmək istəmiş, lakin taksi gəlib dayanan kimi Ramil sürücünün üzərinə qışqırıb sürməsini bildirmişdir. Onlar bu formada məktəbin qarşısına gəlib çıxmışlar. Bu zaman qızı Məryəm dərsdən çıxıb onların yanına gəlmiş və Ramildə Məryəmi görüb sakitləşmişdir. O, çox əsəbi olduğu üçün Məryəmi evə qoyub, Binəqədi rayonu ərazisində yerləşən Məscidə getmişdir. Daha sonra isə o, dəniz kənarı bulvarina gedib orada bir az gəzmişdir. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində yaşadığı evə qayıtmışdır. O, evə gec gəldiyi üçün anası İlhamə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Yekun olaraq Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Ramil ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ifadəsindəgöstərdiki, Təqsirləndirilən şəxs onun keçmiş kürəkəni həmdə qohudur, Zərərçəkmiş şəxs isə onun doğma qızıdır. Ramil ilə Fatimə xx xxxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşlar və xx xxxxxx 2016-cı il tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Onların birgə nikahlarından xx xxxx 2013-cü il təvəllüdlü Məryəm adlı bir qızları anadan olmuşdur. Məhkəmə qərarında Məryəmin Fatimədə qalması və uşaq yetkinlik yaşına catana kimi ona aylıq 153 manat alimentin ödənilməsi, eyni zamanda Məryəmlə atası Ramilin hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək görüşməsi üçün şərait yaradılması göstərilmişdir. Əvvəllər Ramilin etdiyi hərəkətlərə görə Fatimə bir necə dəfə Polisə şikəyət etmişdir. Sonuncu dəfə 2018-ci ilin oktyabr ayında Ramildən Yasamal RPİnə şikayət etmişdir və Ramilin barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, lakin onlar barışmışdıqları üçün cinayət işinin icaatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində həyat yoldaşı İlyas ona zəng edərək, Ramilin Fatimənin qabağını kəsdiyini və dava dalaş olduğunu demişdir. O bunu eşitdikdən sonra dərhal işdən çıxıb yaşadığı evə gəlmişdir. Evə gələn zaman nəvəsi Məryəm ona anası Fatimənin özünü öldürməyə getdiyini deyərək evdən getdiyini bildirmişdir. O, həmin vaxt Fatimənin mobil telefonuna dəfələrlə zəng etsə də, ona zəng çatmadığı üçün Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Fatimə ilə əlaqə saxlaya bilmədiyini və tapılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində Fatimə evə gəlmişdir. O, Fatimədən harada olmasını soruşduqda, Fatimə Ramilin onu soyub döydüyünü, özünü çox pis hiss etdiyini buna görə dəniz qırağında gəzdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Kamal oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs ilə qızı Fatimə xx xxxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx xxxx 2013cü il təvəllüdlü Məryəm adlı bir qızları anadan olmuşdur. Fatimə ilə Ramilin münasibətləri pisləşdiyi üçün onlar xx xxxxxx 2016-cı il tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Həmin qərarda Məryəmin Fatimədə qalması və uşaq yetkinlik yaşına catana kimi ona aylıq 153 manat alimentin ödənilməsi, eyni zamanda Məryəmlə atası Ramilin hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək görüşməsi üçün şərait yaradılması göstərilmişdir. Ramil ilə Fatimənin münasibətləri pis olduğu üçün aralarında dafalərlə mübahisələr olmuşdur. Sonuncu dəfə 2018-ci ilin oktyabr ayında Ramildən Yasamal RPİ-nə şikayət etmişdir və Ramilin barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdı, lakin onlar barışdıqları üçün cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində o, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində olduğu zaman qızı Fatimə ona zəng etmişdir. Onunla telefonla danışan zaman Ramilin Fatiməni nalayiq söyüşlərlə söydüyünü eşitmişdir. Bu zaman o, Fatimə ilə danışığını yekunlaşdırıb, bacısı oğlu Tehrana zəng edərək, ona dərhal Fatiməyə zəng etməsini tapşırmışdır. Evə gələn zaman nəvəsi Məryəm ona Fatimənin onu evə qoyub və özünü öldürməyə getdiyini demişdir. O, Fatimənin mobil telefonuna dəfələrlə zəng etmiş, lakin onun telefonuna zəng çatmadığı üçün dərhal həyətə çıxıb Fatiməni axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bu zaman onun həyat yoldaşı İlhamə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Fatimə ilə əlaqə saxlaya bilmədiklərini və tapılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində Fatimə evə gayıtdıqda, o Fatimədən harada olmasını soruşmuş, o isə Ramilin onu məktəbin yaxınlığında döydüyünü, özünü çox pis hiss etdiyini və buna görə dəniz qırağında gəzdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1ifadəsindəgöstərmişdirki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində dayısı İlyas ona zəng edərək, Ramilin Fatimə ilə dalaşmasını bildirərək, təcili Fatiməyə zəng etməsini ondan xahiş etmişdir. O, dərhal Fatiməyə zəng etmiş və Raminin Fatiməni nalayiq söyüşlərlə söydüyünü eşitmişdir. Onun mobil telefonunda aparılan zənglərin yazılması proqramı olduğundan, o, Fatimə ilə Ramilin səsini müəyyən hissəsini yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 914 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxskı xəsarətlər sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur; (i.v. 20-22) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx xxxxxx 2004-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx xxxxxx 2006-cı il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən bu hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. (i.v. 56-58) İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 22:40-da Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 30 saylı evdə Təqsirləndirilən şəxs ailə münasibətlərinin pozulması zəminində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əllə onun sağ gicgah, təpiklə sağ said və sol baldır nahiyələrindən vurduqdan sonra əli ilə onu divara çırparaq ona başın sağ gicgah nahiyəsinin qançırı, sağ saidin, sol baldırın sıyrıqları və sol baldırın qançırı-hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir; (i.v. 77-79) “CD diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında olan danışıqlar vardır. Həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etməsi görünür; (i.v. 71-72) “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v. 107-108) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilib, cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 113-123) Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə Cinayət Məcəlləsinin müvafiq norması baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırkı cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad olunması istisna edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməklə qaydada cəzalandırılmalıdır. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut kimi tatınan 1 ədəd səs yazıları olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay (altı ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış səs yazıları olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-77/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-77/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver