Məhkəmə qərarları › İş №1(004)-77/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-77/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-77/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 5-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 82-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə atası Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Azad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29.09.2020-ci il tarixdə saat 08:02də Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında Zərərçəkmiş şəxs yaxınlaşıb onun sağ əlində saxladığı içərisində 205 manat nağd pul, bir ədəd 6 manat dəyərində 4GB yaddaşa malik “USB” flaşkart, bir ədəd 137 manat dəyərində 2,10 qram, 583/585 əyarlı sarı rəngli kulonlu qızıl boyunbağ, 01 cüt 100 manat dəyərində, 583 əyarlı, dairə formalı qızıl sırğa olan 2 manat dəyərində qara rəngli pul kisəsini dartıb almaqla, hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 450 manat məbləğində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə oğlu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Azad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29.09.2020-ci il tarixdə saat 08:02-də Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidində Zərərçəkmiş şəxs izləyib qabaqcadan aralarında əldə olunmuş razılığa əsasən həmin keçidin çıxışında oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sağ əlində saxladığı içərisində 205 manat nağd pul, bir ədəd 6 manat dəyərində 4GB yaddaşa malik “USB” flaşkart, bir ədəd 137 manat dəyərində 2,10 qram, 583/585 əyarlı sarı rəngli kulonlu qızıl boyunbağ, 01 cüt 100 manat dəyərində, 583 əyarlı, dairə formalı qızıl sırğa olan 2 manat dəyərində qara rəngli pul kisəsini dartıb almaqla, hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 450 manat məbləğində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 29.09.2020-ci il tarixdə təxminən saat 07 radələrində o, atası Təqsirləndirilən şəxs2 və onunla əvvəllər eyni məhəllədə yaşayan Azad adlı şəxslə birlikdə yaşadıqları məhəllədən çıxaraq “Elmlər Akademiyası” metrostansiyası istiqamətindən 5 mərtəbə adlanan əraziyə doğru piyada gəzərək getmişlər. Onlar yolda olarkən tanımadıqları şəxslərə yaxınlaşaraq onlardan siqaret alıb çəkməyə başlamışlar. Daha sonra isə siqaret çəkə-çəkə oradan piyada üzü “Qış parkına” doğru gəlmişlər və 5 mərtəbə dairəsi adlanan yerə oturacaqda oturub bir müddət söhbət etmişlər. Bu zaman təxminən 40-45 yaşlarında əynində ağ qara rəngli köynək və qara rəngli şalvar olan bir qadının sağ əlində qara rəngli pul kisəsi saxlayaraq yeraltı piyada keçidinə doğru getdiyini görüb, o, Azad və onun atası Eyyub həmin qadının arxasınca gedib əlində olan pul kisəsini alaraq qaçmağa qərar vermişlər. Bu məqsədlə onların hər üçü həmin qadının arxasınca piyada keçidinə doğru getməyə başlamışlar. Bu zaman o, Azad və atasına biraz arxadan gələrək pul kisəsini qadından alıb qaçan zaman onu saxlayan olarsa kömək etmələrini bildirmiş, sonuncular isə onunla razılaşmışlar. Bundan sonra o, Azad və atası Eyyub qadının arxasınca 5 mərtəbə adlanan ərazidə yeraltı piyada keçidinə daxil olmuşlar. Həmin qadın Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı keçidin çıxışındakı pilləkənlərdən çıxan zaman o, arxadan qadına yaxınlaşaraq sağ əlindəki pul kisəsini alıb keçidin içərisinə daxil olaraq girişə tərəf qaçmışdır. Bu zaman Azad da onunla birlikdə qaçmağa başlamışdır. Həmin qadın onun ardınca qaçaraq qışqıraraq pul kisəsinin içərisində heçnə olmadığını, yanlız sənədlərin olduğunu bildirmiş, o isə qadının səsini eşitdikdən sonra daha sürətli qaçaraq piyada keçidindən üzü Heydər Əliyev sarayı istiqamətində çıxaraq sola dönüb “Qış parkı”na tərəf qaçmışdır. Bundan sonra o, Azadla birlikdə ara küçələrdən birinə girmiş, atası Eyyub da gəlib onlara çatmış və onlar Abdulla Şaiq küçəsi 108 ünvanına gəlmişlər. Orada pul kisəsini açıb içinə baxarkən həmin pul kisəsinin içərisində 205 manat nağd pul, bir ədəd 4GB yaddaşa malik “USB” flaşkart, 01 cüt qızıl sırğa və şəxsiyyət vəsiqələrini görmüşdür. O, Azad və atası Eyyub həmin pulları və qızıl sırğanı götürmüşlər, lakin həmin pul kisəsinin içərisindəki şəxsiyyət vəsiqələri onlara lazım olmadığından pul qabı ilə birlikdə yolun qırağında yerləşən dekorativ güllərdən ibarət kolluğa atmışlar. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 29.09.2020-ci il tarixdə təxminən saat 07 radələrində o, oğlu Təqsirləndirilən şəxs1 və əvvəllər onlarla eyni məhəllədə yaşayan Azad adlı şəxslə birlikdə yaşadıqları məhəllədən çıxaraq Elmlər Akademiyası metro stansiyası istiqamətindən 5 mərtəbə adlanan əraziyə doğru piyada gəzərək gəlmişlər. Onlar yolda olarkən tanımadıqları şəxslərə yaxınlaşaraq onlardan siqaret alıb çəkməyə başlamışlar. Daha sonra isə siqaret çəkə-çəkə oradan piyada üzü “Qış parkına” doğru gəlmişlər və 5 mərtəbə dairəsi adlanan yerə oturacaqda oturub bir müddət söhbət etmişlər. Bu zaman təxminən 40-45 yaşlarında əynində ağ, qara rəngli köynək və qara rəngli şalvar olan bir qadının sağ əlində qara rəngli pul kisəsi saxlayaraq yeraltı piyada keçidinə doğru getdiyini görmüşlər. Həmin vaxt o, Azad və oğlu İsmayıl həmin qadının ardınca gedib əlində olan pul kisəsini götürüb qaçmağa qərar vermişlər. Bu məqsədlə onların hər üçü həmin qadının arxasınca piyada keçidinə doğru getməyə başlamışlar. Onlar həmin qadının ardınca gedərkən İsmayıl onlara arxadan gəlmələrini, əgər həmin qadının əlindən pul kisəsini alıb qaçdıqdan sonra sonuncunun qaçmasına maneçilik edən biri olsa kömək etmələrini bildirmişdir. Onlar da İsmayılla razılaşmışlar. Bundan sonra o, Azad və İsmayıl qadının arxasınca 5 mərtəbə adlanan ərazidə yeraltı piyada keçidinə daxil olmuşlar. Həmin qadın Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı keçidin çıxışındakı pilləkənlərdən çıxan zaman İsmayıl arxadan ona yaxınlaşaraq qadının sağ əlindəki pul kisəsini alıb keçidin içərisinə daxil olaraq girişə tərəf qaçmağa başlamışdır. Bu zaman Azad da İsmayıl ilə birlikdə qaçmağa başlamışdır. Həmin vaxt qadın onun İsmayıl və Azadla əlbir olduğunu bilmədiyi üçün o, sakit qalaraq hadisə yerindən qaçmamışdır. Həmin qadın isə İsmayılın ardınca qaçaraq qışqırıb dayanmasını bildirmişdir. O, həmin hadisə yerində bir qədər gözləyib,daha sonra isə qadının oradan uzaqlaşdığını gördükdən sonra oğlu İsmayılın və Azadın ardınca getmiş və ara küçələrin birində sonuculara çatmışdır. Bundan sonra onlar Abdulla Şaiq küçəsi 108 ünvanına gəlmişlər. Orada pul kisəsini açıb içinə baxarkən həmin pul kisəsinin içərisində 205 manat nağd pul, bir ədəd 4GB yaddaşa malik “USB” flaşkart, 01 cüt qızıl sırğa və şəxsiyyət vəsiqələrini görmüşdür. Onlar həmin pulları və qızıl sırğanı götürmüşlər, lakin həmin pul kisəsinin içərisindəki şəxsiyyət vəsiqələri onlara lazım olmadığından pul qabı ilə birlikdə yolun qırağında yerləşən dekorativ güllərdən ibarət kolluğa atmışlar. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 29.09.2020-ci il tarixdə saat 07:40 radələrində övladını orta məktəbə aparmaq üçün anası ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evindən azyaşlı oğlu X3 götürüb Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbə aparmışdır. O, oğlunu məktəbə qoyduqdan sonra 5 mərtəbə deyilən yerdən piyada keçidinə düşmüş və yer altı piyada keçidi ilə yolu əks tərəfə, yəni Azərbaycan prospekti tərəfə keçməyə başlamışdır. Təxminən saat 08:00 radələrinə piyada keçidinin Azərbaycan prospekti 35 ünvanında yerləşən çıxışından çıxarkən təxminən 6-7 pilləkən qalxdıqdan sonra əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olan tanımadığı şəxs anidən ona sağ tərəfdən yaxınlaşaraq onun sağ əlində olan qara rəngli pul kisəsini əlindən dartıb zorla alaraq yer altı piyada keçidinin içərisinə doğru qaçmağa başlamışdır. O, dərhal həmin şəxsin arxasınca qaçaraq yüksək səslə oğurladığı pul kisəsinin içərisində dəyərli heç bir əşyanın olmadığını və pul kisəsini qaytarmasını bildirsə də, həmin şəxs çönüb arxaya baxaraq onun ardınca gəldiyini görüb daha da sürətli qaçmağa başlamışdır. Bu zaman orada əynində boz rəngli paltar olan şəxsdə həmin şəxsin arxasınca qaçaraq piyada keçidindən H.Əliyev sarayı istiqamətində çıxıb sola dönərək “Qış parkı” istiqamətində yolu keçib 18 nömrəli orta məktəbin istiqamətində qaçmağa başlamışdır. O bir qədər həmin şəxslərin arxasınca qaçmağa çalışsa da, sonunculara çata bilməyib həmin şəxsləri gözdən itirmişdir. Bundan sonra o, dərhal həyat yoldaşı Şahid1 zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş, əri Sahibdə öz növbəsində bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı ona məxsus 10 manat dəyərində qara rəngli dəri materiallı pul kisəsinin içərisində, 01 ədəd 4 GB tutuma malik 8 manat dəyərində yaddaş kartı, 01 cüt dairə formalı 583 əyarlı 100 manat dəyərində qızıl uşaq sırğası, 01 ədəd 585 əyarlı 100 manat dəyərində dairə formalı kulonu olan qızıl boyunbağı, 01 ədəd “Turan” Banka aid plastik hesab kartı, özünə və azyaşlı oğlu Hüseynə məxsus şəxsiyyət vəsiqələri və 205 manat nəğd pul olmuşdur. Hadisədən dərhal sonra o, Turan banka aid plastik kartı bağlatdığı üçün onun hesabından heç bir məbləğdə pul çəkilməmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 423 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 29.09.2020-ci il tarixdə saat 08:06-da Samirə ona zəng edərək oğlu Hüseyni məktəbə qoyub qayıdan zaman Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında bir nəfər tanımadığı şəxsin arxadan ona yaxınlaşaraq əlində olan pul kisəsini alıb qaçdığını, həmin şəxin arxasınca qaçan zaman isə pul kisəsini alan şəxsin başqa bir boz rəngdə paltar geyinmiş şəxslə birlikdə qaçıb hadisə yerindən uzaqlaşdıqlarını bildirmişdir. O da Samirənin zəngindən sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Samirə ilə şəhərdə görüşüb ərizə vermək üçün Yasamal RPİ-nin 27-ci PBnə getmişlər. Orada ərizə və izahat verdikdən sonra evlərinə getmişlər. Həmin hadisə zamanı Samirəyə məxsus qara rəngli pul kisəsi, 205 manat pul, 01 ədəd yaddaş kartı, 01 cüt qızıl sırğa, 01 ədəd kulonlu qızıl boyunbağı, 01 ədəd “Turan” Banka aid plastik hesab kartı, Samirə və oğlu Hüseynə məxsus şəxsiyyət vəsiqələri talanmışdır. Onlar hadisədən dərhal sonra “Turan” banka aid plastik kartı bağlatdıqları üçün həmin kartın hesabından heç bir məbləğdə pul çıxarışı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 01.04.2019-cu il tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-də nəzarətçi vəzifəsində işləyir. İş rejminə uyğun olaraq iki gündən bir olmaqla tezdən saat 09:00-dan növbəyə daxil olaraq 24 saat müddətində xidmətdə olduğu yeraltı və ya yerüstü piyada keçidlərində nəzarət funksiyasın həyata keçirir. O, işə qəbul olunandan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən yeraltı piyada keçidində işləyir. 29.09.2020-ci il tarixdə saat 09 radələrində o, növbəni təhvil verərək evə getmişdir. Həmin gün təxminən saat 10 radələrində işdən ona zəng edilərək xidmətdə olduğu yeraltı piyada keçidində soyğunçuluq hadisəsinin baş verdiyi bildirilmişdir. O, bundan sonra işə gələrkən qeyd olunan soyğunçuluq hadisəsinin yeraltı piyada keçidinin hansı hissəsində baş verdiyini müəyyən etmək üçün keçiddə quraşdırılmış müşahidə kameralarının yaddaşında olan video görüntlərə baxmağa başlamışdır. Sözü gedən soyğunçuluq hadisəsinin 29.09.2020ci il tarixdə saat 08:02-də yeraltı piyada keçidinin Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma №1” restoranı tərəfdəki çıxışında baş verdiyini müəyyən etmişdir. O, həmin videogörüntüyə baxan zaman əyinində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olan bir nəfərin və bir qədər irəlidə sonuncunun ardınca əynində boz rəngli şalvar və üzərində “adidas” firmasının yazısı və embilemi olan boz rəngli kofta geyinmiş şəxsin, həmçinin qara rəngli şalvar və üzərində sarı, qırmızı rəngdə bəzəklər olan qara rəngli papaqlı kofta geyinmiş şəxsin bir nəfər xanımın arxasınca sonuncunu izləyərək getdiklərini görmüşdür. Bundan sonra həmin şəxslərdən əynində göy rəngdə cins şalvar və qara rəngli gödəkçə olan cavan oğlanın yeraltı piyada keçidinin Azərbaycan prospekti 35 ünvanında yerləşən çıxışında bir nəfər qadına arxadan yaxınlaşaraq həmin qadının sağ əlində olan qara rəngli pul kisəsini alıb keçidin içərisinə doğru qaçdığını görmüşdür. Həmin vaxt pul kisəsi əlindən alınmış qadında qeyd olunan şəxsin arxasınca qaçaraq kameranın görüş dairəsindən çıxmış və bir qədər sonra geri qayıdıb piyada keçidini pilləkənlərlə qalxaraq tərk etmişdir. Bundan sonra o, həmin videogörüntünün silinməməsi və hüquq mühafizə orqanlarına təhvil verə bilməsi üçün videonu müşahidə qurğusunun ekranından öz mobil telefonuna çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış ünvan 3 ünvanda yaşayan X1 ərizəsi əsasında keçirilmişdir. Baxış keçirilən ünvan ünvan 4ış hissəsidir. Həmin keçidin ətrafında “Shaurma1” restoranı, köşk və yaşayış binaları mövcuddur. Baxışda iştirak edən X6 bildirdi ki, 29.09.2020-ci il tarixdə saat 08:00-da Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında olan keçidin pilləkənlərinin üzərində olarkən naməlum şəxs əlində olan içərisində 205 manat pul, 100 manat dəyərində bir cüt qızıl sırğa, özünə məxsus şəxsiyyət vəsiqəsi, azyaşlı uşağına məxsus şəxsiyyət vəsiqəsi, “Turan Bank”a məxsus plastik kart və yaddaş kartı olan qara rəngli pul kisəsini əlindən alaraq qaçmışdır. Faktla bağlı hadisə yerinin fotoşəkilləri çəkilərkən protokola əlavə olunmuşdur. (i.v. 8-10) “İfadənin yerində yoxlanılması haqqında” 01.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərərək bildirmişdir ki, 29.09.2020-ci il tarixdə təxminən saat 07 radələrində o, atası Təqsirləndirilən şəxs2 və onunla əvvəllər eyni məhəllədə yaşayan Azad adlı şəxslə birlikdə yaşadıqları məhəllədən çıxaraq kimdənsə siqaret alıb çəkmək üçün “Elmlər Akademiyası” metrostansiyası istiqamətindən 5 mərtəbə adlanan əraziyə doğru piyada gəzərək gəlmişlər. Onlar yolda olarkən tanımadıqları şəxslərə yaxınlaşaraq insanlardan siqaret alıb çəkməyə başlamışlar. Onlar birlikdə siqaret çəkəçəkə oradan piyada üzü “Qış parkına” doğru gəlmişlər. Daha sonra onlar 5 mərtəbə dairəsi adlanan yerə gələrək orda olan oturacaqda oturub söhbət etmişlər. Bu zaman onlar təxminən 40-45 yaşlarında əynində ağ qara rəngli köynək və qara rəngli şalvar olan bir qadının sağ əlində qara rəngli pul kisəsi saxlayaraq yeraltı piyada keçidinə doğru getdiyini görmüşlər. Həmin vaxt o, Azad və onun atası Təqsirləndirilən şəxs2 həmin qadının arxasınca gedib əlində olan pul kisəsini alaraq qaçmağa qərar vermişlər. Bu məqsədlə onların hər üçü həmin qadının arxasınca piyada keçidinə doğru getməyə başlamışlar. Onlar həmin qadının ardınca gedərkən o, Azad və atasına biraz arxadan gələrək pul kisəsini qadından alıb qaçan zaman onu saxlayan olarsa kömək etmələrini bildirmişdir. Azad və Eyyub da onunla razılaşmışdır. Bundan sonra o, Azad və atası Eyyub qadının arxasınca 5 mərtəbə adlanan ərazidə yeraltı piyada keçidinə daxil olmuşlar. Həmin qadın Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı keçidin çıxışındakı pilləkənlərdən çıxan zaman o, arxadan qadına yaxınlaşaraq sağ əlindəki pul kisəsini alıb keçidin içərisinə daxil olaraq girişə tərəf qaçmışdır. Bu zaman Azad da onunla birlikdə qaçmağa başlamışdır. Həmin qadın onun ardıyca qaçarkən qışqıraraq həmin pul kisəsinin içərisində heçnə olmadığını, yanlız sənədlərin olduğunu bildirmişdir. O, qadının səsini eşitdikdən sonra daha sürətli qaçaraq piyada keçidindən üzü Heydər Əliyev sarayı istiqamətində çıxaraq sola dönüb “Qış parkı”na tərəf qaçmışdır. Bundan sonra o, ara küçələrdən birinə girmiş və atası Eyyub da gəlib onlara çatmışdır. Bundan sonra onlar Abdulla Şaiq küçəsi 108 ünvanına gəlmişlər. Orada pul kisəsini açıb içinə baxarkən həmin pul kisəsinin içərisində 01 ədəd 5 manatlıq əskinaz, 2 ədəd 1 manatlıq əskinaz, 01 ədəd 50 qəpiklik, 2 ədəd 5 qəpiklik dəmir pular, 01 ədəd yaddaş kartı və şəxsiyyət vəsiqələrini görmüşdür. O, Azad və atası Eyyub həmin pul kisəsinin içərisindən ümumilikdə 7 manat 60 qəpik dəyərində pulları götürmüş, lakin həmin pul kisəsinin içərisindəki şəxsiyyət vəsiqələri onlara lazım olmadığından pul qabı ilə birlikdə yolun qırağında yerləşən dekorativ güllərdən ibarət kolluğa atmışlar. Bundan sonra onlar pullarla birlikdə yaşadıqları məhəlləyə gələrək siqaret və su alıb aralarında bölüşdürərək istifadə etmişlər. O, 29.09.2020-ci il tarixdə saat 08:00-da Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında atası Eyyub və Azadla birlikdə pul kisəsini alıb qaçdığı Zərərçəkmiş şəxs tanımamış sonuncu ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini 29.09.2020-ci il tarixdə saat 08:00-da sonuncu əlində qara rəngli pul kisəsi ilə yeraltı piyada keçidinə doğru gedən zaman əlindəki pul kisəsini gördükdən sonra atası Eyyub və tanışı Azadla birlikdə razılaşdırıb törətmişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. O, atası Eyyub və Azadla birlikdə soyğunçuluq edərkən onları kimlərin görməsini bilməmiş və orada heç kim onların qarşısını almağa çalışmamışdır. Həmin hadisə zamanı əvvəlcədən razılaşmalarına əsasən Azad və onun atası Eyyub arxada gözləmiş, Samirəyə yalnız o yaxınlaşmışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. O, Zərərçəkmiş şəxs məxsus 29.09.2020-ci il tarixdə saat 08:00-da taladığı qara rəngli pul kisəsinin içərisində 01 ədəd 5 manatlıq əsginas, 2 ədəd 1 manatlıq əsginas, 01 ədəd 50 qəpiklik, 2 ədəd 5 qəpik dəmir pullar, 01 ədəd yaddaş kartı və şəxsiyyət vəsiqələrinin olduğunu görmüşdür. Onlar həmin pul kisəsinin içərisindən ümumilikdə 7 manat 60 qəpik dəyərində pulları götürüb, həmin pul kisəsinin içərisindəki şəxsiyyət vəsiqələri və digər əşyalarla birlikdə yolun kənarında yerləşən dekorativ güllərdən ibarət kolluğa atmışdırlar. Yasamal rayonu, A.Şaiq küçəsi 108 ünvanında yerləşən iki mərtəbəli köhnə binanın qarşısında Təqsirləndirilən şəxs1 dekorativ güllərin əkildiyi kolluğu göstərib bildirmişdir ki, 29.09.2020-ci il tarixdə Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında tanımadığı qadının əlindən alıb qaçdığı qara rəngli pul kisəsini içərisindəki pulları götürdükdən sonra həmin kolluğa atmışdır. Təqsirləndirilən şəxs1 iştirakı ilə pul kisəsini atdığı kolluğa baxış keçirən zaman onun 29.09.2020-ci il tarixdə soyğunçuluqla ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus pul kisəsi həmin aşkar olundu. Həmin vaxt iştirakçıların yanında qeyd olunan qara rəngli pul kisəsi açılan zaman həmin pul kisəsinin içərisində 01 ədəd 4 GB tutuma malik yaddaş kartı, 01 ədəd qızıl boyunbağı və dairə formalı kulondan ibarət qızıl dəsti, 01 ədəd “Turan” Banka aid plastik hesab kartı. Zərərçəkmiş şəxs və onun azyaşlı oğlu Hüseyn Əlibalayevə məxsus şəxsiyyət vəsiqələrinin olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 qeyd olunanları göstərərək bildirdi ki, həmin əşyalar 29.09.2020-ci il tarixdə saat 08 radələrində Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən piyada keçidinin çıxışında tanımadığı qadının əlindən alıb qaçdığı pul kisəsinin içərisində olmuşdur. (i.v. 37-41) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” 01.10.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 29.09.2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında Zərərçəkmiş şəxs məxsus soyğunçuluq yolu ilə əldə etdiyi Yasamal rayonu, A.Şaiq küçəsi 108 ünvanıın qarşısındakı yolun kənarında aşkar edilmiş içərisində Zərərçəkmiş şəxs məxsus AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, X4 məxsus AA №0771406 seriyalı şəxsiyyət vəsiqəsi, “Turan Banı” tərəfindən verilmiç plastik hesab kartı, 01 kulonlu qızıl boyunbağı və 01 ədəd 4GB yaddaşa malik “USB” flaşkart olan qara rəngli pul kisəsini iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmuşdür. (i.v. 45) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X6 tanınmaya təqdim edilmiş nazik sepli, dairəvi klonlu qızıl boyunbağının ona məxsus olduğunu bildirmişdir. (i.v. 46-47) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X6 tanınmaya təqdim edilmiş üçüncü sırada olan “USB” yazılı 4 GB həcmli yaddaş kartının ona məxsus olduğunu bildirmişdir. (i.v. 48-49) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X6 tanınmaya təqdim edilmiş dördüncü sırada olan paxlava formalı, bəzəkli pul qabının ona məxsus olduğunu bildirmişdir. (i.v. 50-51) “İfadənin yerində yoxlanılması haqqında” 02.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğu bildirildikdən sonra, onunla Şıxəli Qurbanov küçəsi 1 ünvanında yerləşən “5 mərtəbə dairəsi” kimi bilinən yerə gəlinənən zaman Təqsirləndirilən şəxs2 sürücüdən avtomobili 5 mərtəbə dairəsi tərəfində saxlamasını xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin ünvanda olan oturacağı göstərib bildirdi ki, onlar 5 mərtəbə dairəsi adlanan yerdə olan oturacaqda oturub söhbət edirmişlər. Bu zaman təxminən 40-45 yaşlarında əynində ağ qara rəngli köynək və qara rəngli şalvar olan bir qadının sağ əlində qara rəngli pul kisəsi saxlayaraq yeraltı piyada keçidinə doğru getdiyini görmüşlər. Həmin vaxt o, Azad və oğlu İsmayıl qərar vermişlər ki, həmin qadının ardınca gedib əlində olan pul kisəsini qadından alaraq qaçsınlar. Bu məqsədlə onların hər biri həmin qadının arxasınca Ş.Qurbanov 1 ünvanında yerləşən yeraltı piyada keçidinə doğru getməyə başlamışlar. Onlar həmin qadının ardınca gedərkən İsmayıl onlara arxadan gələrək həmin qadından pul kisəsini alıb qaçdıqdan sonra sonuncunu saxlayan olsa kömək eləmələrini bildirmişdir. Onlarda İsmayılla razılaşmışlar. Bundan sonra o, Azad və İsmayıl qadının arxasınca 5 mərtəbə adlanan ərazidə yeraltı piyada keçidinə daxil olmuşlar. Həmin qadın Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı keçidin çıxışındakı pilləkənlərdən çıxan zaman İsmayıl arxadan qadına yaxınlaşaraq sağ əlindəki pul kisəsini alıb keçidin içərisinə daxil olaraq girişə tərəf qaçmağa başlamışdır. Bundan sonra tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, oğlu İsmayılın həmin pul kisəsini oğurladığı yeri göstərsin. Təqsirləndirilən şəxs2 etiraz etməyərək yeraltı keçidin Azərbaycan prospekti 35 ünvanında yerləşən çıxışına doğru getdi. Təqsirləndirilən şəxs2 bələdçiliyi ilə həmin yerə gələn zaman sonuncu həmin yeraltı keçidin çıxışındakı pilləkənləri göstərib bildirdi ki, onun oğlu İsmayıl həmin qadından pul kisəsini bu pilləkənlərdə alıb qaçmışdır. Bu zaman Azad da İsmayıl ilə birlikdə qaçmağa başlamışdır. Həmin vaxt qadın onun İsmayıl və Azadla əlbir olduğunu bilmədiyi üçün o, sakit qalaraq hadisə yerindən qaçmamışdır. Həmin qadın isə İsmayılın ardınca qaçaraq qışqırıb dayanmasını bildirmişdir. O həmin hadisə yerində bir qədər gözləyib həmin qadının oradan uzaqlaşmasını gördükdən sonra oğlu və Azadın ardınca getmişdir. O, ara küçələrin birində oğlu İsmayıl və Azada çatmışdır. Bundan sonra onlar Abdulla Şaiq küçəsi 108 ünvanına gəlmişlər. Orada pul kisəsini açıb içinə baxarkən həmin pul kisəsinin içərisində 01 ədəd 5 manatlıq əskinaz, 2 ədəd 1 manatlıq əskinaz, 01 ədəd 50 qəpik, 2 ədəd 5 qəpik dəmir pul, 01 ədəd yaddaş kartın və şəxsiyyət vəsiqələrinin olmasını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qızma məxsus pul kisəsinin içindəki pulları götürdükləri yeri göstərməsi təklif olunduqda Təqsirləndirilən şəxs2 etiraz etməyib həmin ünvanda xüsusi avtomobilə əyləşərək sürücüdən Abdulla Şaiq 108 ünvanına sürməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 bələdçiliyi ilə qeyd etdiyi yerə gəlinən zaman Eyyub sürücüyə avtomobili 2 mərtəbəli köhnə yaşayış binasının qarşısında saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin ünvanda yerləşən 2 mərtəbəli köhnə yaşayış binasının qarşısını göstərərək bildirdi ki, onlar burada pul kisəsini açıb içinə baxarkən həmin pul kisəsinin içərisində 01 ədəd 5 manatlıq əskinaz, 2 ədəd 1 manatlıq əskinaz, 01 ədəd 50 qəpik, 2 ədəd 5 qəpik dəmir pul, 01 ədəd yaddaş kartın və şəxsiyyət vəsiqələrinin olmasını görmüşlər. Onlar yəni o, Azad və İsmayıl həmin pul kisəsinin içərisindən ümumilikdə 7 manat 60 qəpik dəyərində pulları götürüb, pul kisəsini içərisindəki şəxsiyyət vəsiqələri ilə birlikdə yolun kənarında yerləşən dekorativ güllərdən ibarət kolluğa atmışlar. Bundan sonra onlar pullarla birlikdə yaşadıqları məhəlləyə gələrək siqaret və su alıb aralarında bölüşdürərək istifadə etmişlər. (i.v. 111-116) “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın (sənədin) götürülməsi haqqında” 09 noyabr 2020-ci il tarixli protokola əsasən Şahid2 istintaqa təqdim etdiyi maddi sübut əhəmiyyəti kəsb edə biləcək 29.09.2020-ci il tarixdə saat 08:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diski cinayət işinin materiallarına cinayət işinin materiallarına əlavə edilməsi üçün ondan götürülmüşdür. (i.v. 185) “Videogörüntüyə baxış keçirilməsi barədə” 14 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, VİD-20201201-WA0027 adlı fayl açıldıqda 00:00:06 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin içərisinə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası 29.09.2020-ci il tarixdə saat 08:01:18-dan başlayaraq Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin içərisini bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:01-ci saniyəsindən əynində qara rəngli gödəkçə və mavi rəngli cins şalvar olan Təqsirləndirilən şəxs1, əynində qara rəngli şalvar və üzərində qımızı, sarı rəngdə bəzəkləri olan papaqlı kofta geyinmiş Təqsirləndirilən şəxs2 və əynində boz rəngli şalvar, həmçinin boz rəngdə üzərində "adidas” firmasının yazısı və embilemi olan kofta geyinmiş ağzında fərdi qoruyucu vasitə olan qara rəngli maska taxmış şəxsiyyəti istintaqa Azad kimi məlum olan şəxsin Yasamal rayonu Azərbaycan prospekti 35 ünvanında yerləşən piyada keçidinin içərisi ilə həmin prada keçidinin çıxışına doğru hərəkət etmələri görünür. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. VİD-20201201-WA0024 adlı fayl açıldıqda 00:00:21 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası 29.09.2020-ci il tarixdə saat 08:02:00-dan başlayaraq Bakı şəhəri Yasamal rayonu. Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışını bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:01-ci saniyəsindən Zərərçəkmiş şəxs yeraltı piyada keçidi ilə gəlib həmin piyada keçidinin Azərbaycan prospekti 35 ünvanında yerləşən çıxışında olan pilləkənlərlə çıxdığı görünür. Həmçinin həmin vaxt əynində qara rəngli gödəkçə və mavi rəngli cins şalvar olan Təqsirləndirilən şəxs1 onun arxasınca eyni istiqamətdə pilləkənləri çıxdığı görünür. Videogörüntünün 00:00:04-cü saniyəsində Zərərçəkmiş şəxs qeyd olunan piyada keçidindən çıxaraq pilləkənlərin 7-ci pilləsində olan zaman arxasınca gələn Təqsirləndirilən şəxs1 sağ arxa tərəfdən ona yaxınlaşaraq sağ əlndə olan qara rəngli pul kisəsini alıb yeraltı piyada keçidinin içərisinə doğru qaçması və Zərərçəkmiş şəxsnm həmin hadisə nəticəsində əlindən yerə düşmüş mobil telefonunu götürərək İsmayılın ardınca yeraltı piyada keçidinin içərisinə doğru qaçması görünür. Videogörüntünün 00:00:09-cu saniysində Zərərçəkmiş şəxsnm onun əlindən pul kisəsini alıb qaçan şəxsin arxasınca qaçarkən, piyada keçidinin çıxışında olan pilləkənlərin başlanğıcında əynində qara rəngli şalvar və üzərində qımızı ilə sarı rəngdə bəzəklər olan papaqlı kofta geyinmiş Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs izləyərək bir qədər onun ardınca getməsi və sonradan Zərərçəkmiş şəxs paralel şəkildə piyada keçidinin içərisindən çıxaraq sonuncu birlikdə pilləkənlərdən qalxıb hadisə yerini tərk etməsi görsənir. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilməmişdir. (i.v. 188-189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika “Məhkəmə-Tibbi Ekspertiza və X7” haqqında 02.10.2020-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (i.v. 191-193) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 6/2109-9/4187 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,10 qram kütləli, kilid və qulaqcığında “585” damğası olan, sarı rəngli 1 ədəd kulonlu boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiq edilən tədqiqat obyektlərinin, 29 sentyabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən olunmuşdur: - Bir ədəd 2,10 qram kütləli, 583/585 əyarlı sarı rəngli qızıl boyunbağı 137.00 manat - Bir ədəd xarici görünüşünə görə uzun müddət istifadə edilmiş pul qabı 2.00 manat - Bir ədəd istifadə edilmiş 4GB yaddaşa malik “USB” flaşkart 6.00 manat Hazırda tədqiq edilən ortada olmayan bir cüt qızıl sırğanın texniki-keyfiyyət göstəricilərini (o cümlədən qızılın çəkisi, ekskuliziv sayılıb-sayılmamasını, modeli, istehsal yeri və ili və sairə) ətraflı tədqiq etmək mümkün deyildir. (i.v. 194-199) “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı ünvan 9 ünvanın qarşısındakı yol kənarında aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd 583/585 əyarlı kulonlu qızıl boyunbağı, 01 ədəd 4GB yaddaşa malik “USB” flaşkartı, Zərərçəkmiş şəxs məxsus AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, X4 məxsus AA0771406 seriyalı şəxsiyyət vəsiqəsi və “Turan Bank” tərəfindən verilmiş plastik hesab kartı iş üzrə maddi sübut kimi tanınsmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Şahid2 təqdim etdiyi içərisində 29.09.2020-ci il tarixdə saat 08:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında baş vermiş soyğunçuluq hadisəsinin video göüntüləri olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxslərin etiraf edici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolları, götürmə protokolları, üzləşdirmə protokolu, şəxsin tanınmaya təqdim edilməsi protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolları, diskə baxış protokolu, kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.11,2020-ci il tarixli, 6/2109- 9/4187 nömrəli rəyi, maddi sübutlar və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 211-213) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 06.12.2020-ci il tarixli qəbzdən görünür ki, o, həmin tarixdə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Pünhan Əbilovdan 29.09.2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən yeraltı piyada keçidinin çıxışında ona qarşı törədilmiş soyğunçuluq cinayəti zamanı talanmış pul kisəsinin içərisində olan ona məxsus AZE № ******* seriyalı şəxsiyyət vəsiqəsini, oğlu X4 məxsusu AA0771406 seriyalı şəxsiyyət vəsiqəsini, “Turan Bank” tərəfindən verilmiş plastik hesab kartını, 01 ədəd 583/585 əyarlı kulonlu qızıl boyunbağını, 01 ədəd qara rəngli pul kisəsini və 01 ədəd 4 GB yaddaşa malik “USB” flaşkartını saz və istifadəyə yararlı vəziyyətdə təhvil almışdır. (i.v. 275) CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 180.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarada qeyd olunmuşdur ki, bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-nin 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 08.10.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama N ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. (i.v. 159- 160) Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-121/2018 saylı, 06 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətdə intizam xarakterli hərbi hisssədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tərbiq edilmişdir. (i.v. 174-179) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 10.04.2021-ci il tarixli 11/1536 nömrəli məktubdan görünür ki, Gəncə Hərbi Məhkəməsi tərəfindən 06 iyun 2018-ci il tarixli 1-1(095)-121/2018 nömrəli hökmü ilə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs1 verilmiş 6 (altı) ay şərti sınaq müddəti icra edilmişdir. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 69-70) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.10.2020-ci il tarixli 4(004)-571/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 153-155) Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs2 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 08.10.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 09 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aərbaycan Respublikasının Milli Məclisinin 08.05.2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. (i.v. 161-162) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-10/2007 saylı, 09 yanvar 2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 166-167) CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 98-99) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.10.2020-ci il tarixli 4(004)-571/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 156-157) Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs1 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd 583/585 əyarlı klonlu qızıl boyunbağı, 01 ədəd 4 GB yaddaşa malik “USB” flaşkartı, Samirə Əlibabayevaya məxsus AZE № ******** serliyalı şəxsiyyət vəsiqəsi, X4 məxsus AA0771406 seriyali şəxsiyyət vəsiqəsi və “Turan Bank” tərəfindən verilmiş plastik hesab kartı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğluna və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 61 (altmış bir) saata görə 366 (üç yüz altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd 583/585 əyarlı kulonlu qızıl boyunbağı, 01 ədəd 4GB yaddaşa malik “USB” flaşkartı, Zərərçəkmiş şəxs məxsus AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, X4 məxsus AA0771406 seriyalı şəxsiyyət vəsiqəsi və “Turan Bank” tərəfindən verilmiş plastik hesab kartı maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 61 (altmış bir) saata görə 366 (üç yüz altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar