Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-77/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 16:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.2006-cı il tarixində Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-124/2022 saylı hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 120-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2007-cı il tarixində Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Şahid, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “İsqa” kimi tanınan İsrail adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2021-ci il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi 43 nömrəli ünvanda fəaliyyət göstərən binanın “Qəbələ” adlı ərzaq mağazasının plastik pəncərəsini istintaqla müəyyən edilməyən dəmir əşya ilə sındırıb qanunsuz olaraq mağazaya daxil olub mağazadan 600 manat kağız, 200 manat qəpik pulları və 1200 manat dəyərində müxtəlif markalı siqaret qutularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Şahid, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “İsqa” kimi tanınan İsrail adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2021-ci il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi 43 nömrəli ünvanda fəaliyyət göstərən binanın “Qəbələ” adlı ərzaq mağazasının plastik pəncərəsini istintaqla müəyyən edilməyən dəmir əşya ilə sındırıb qanunsuz olaraq mağazaya daxil olub mağazadan 600 manat kağız, 200 manat qəpik pulları və 1200 manat dəyərində müxtəlif markalı siqaret qutularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində qaldığı müddət ərzində bütün günü metronun 20 Yanvar, Memar Əcəmi, Azadlıq və digər stansiyalarının yaxınlığında gəzişərək fərdi işlər görmüşdür. İsrail adlı tanışının təklifi ilə “Qəbələ” adlı marketdən oğruluq etmişdirlər. Belə ki, onlar “Qəbələ” adlı marketin qarşısına çatdıqda marketin əsas işıqlarının yanmadığını, lakin içəridən aparatların işıqlarının yandığını görmüşdürlər. Bir qədər ətrafa nəzər yetirmiş və heç kim olmayan zaman İsrail əlindəki dəmir parçası ilə marketin pəncərəsini sındırmışdır. O, Təqsirləndirilən şəxs2 və İsqa adlı şəxs sağa-sola hərəkət edərək bayırda nəzarətçi olaraq gözləmişlər. Aralarında ən balaca və qıvraq olan Şahid ilk olaraq sındırdıqları pəncərənin yuxarı hissəsindən mağazaya daxil olmuşdur, 3-5 dəqiqədən sonra Şahid içərisində qəpiklər olan əlindəki sellofan torba ilə mağazaya daxil olduğu yerdən bayıra çıxmışdır. Onlar birlikdə biraz kənara çəkilmiş və yenidən mağazaya daxil olacaqları məqamı gözləmişlər.Təxminən 10 dəqiqə kənarda gözlədikdən sonra bu dəfə Şahid və Təqsirləndirilən şəxs2 bayırda nəzarətçi kimi dayanmış, o, və İsqa sındırdıqları pəncərənin yuxarı hissəsindən mağazaya daxil olmuşlar. İkinci dəfə ilk olaraq o, arxasınca İsqa daxil olmuşlar. İçəriyə keçdikdən sonra aparatların işığı gələn tərəfə gedib kassanı tapmış və kassada qalan kağız pulları götürmüşdür. Bu zaman isə İsqa sellofan torba taparaq yanındakı vitirində olan siqaretləri torbaya yığmağa başlamışdır. Təxminən 3-4 dəqiqə içəridə qaldıqdan sonra mağazaya daxil olduqları yerdən bayıra çıxmışdır. “İsqa” kimi tanınan tanışı İsrail də arxasınca həmin yerdən bayıra çıxmışdır. Bundan sonra birlikdə taksiyə əyləşərək “Binə” ticarət mərkəzinin yaxınlığına getmiş orada oğurladıqları siqaretləri və pulları öz aralarında bölmüşdürlər. Səhər açılıb hamı işə gələndə mağazadan götürdükləri siqaretlərdən payına düşən hissəsini əldə saxlayaraq qarşına çıxan əvvəllər tanımadığı adamlara ucuz qiymətə satmağa başlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bütün günü metronun 20 Yanvar, Memar Əcəmi, Azadlıq və digər stansiyalarının yaxınlığında fərdi işlər görmüşdür. “İsqa” kimi tanıdığı İsrail adlı tanışının təklifinə əsasən, metronun 20 Yanvar stansiyasının yuxarı tərəfində, “Azər Su”nun qarşısında, yolun kənarında, rahat bir yerdə yerləşən “Qəbələ” adlı marketdən oğurluq etmişdirlər. Belə ki, o, Təqsirləndirilən şəxs1 və Şahid həmin marketin yerləşdiyi istiqamətə tərəf getmişdirlər. Marketin işıqları yanmadığını, lakin içəridən aparatların işıqları yanmış və içərisində heç kimin olmadığını görmüşdürlər. Bir qədər ətrafa baxdıqdan sonra ətrafda heş kimin olmadığına əmin olduqdan sonra İsrail əlindəki dəmir parçası ilə marketin pəncərəsini sındırmışdır. O, Təqsirləndirilən şəxs1 və İsqa, sağa-sola hərəkət edərək bayırda nəzarətçi olaraq gözləmişlər. İlk olaraq aralarında ən balaca və qıvraq olan Şahid pəncərənin yuxarı hissəsindən mağazaya daxil olmuşdur.Təxminən 3-5 dəqiqədən sonra Rüzgar əlindəki içərisində qəpiklər olan sellofan torba ilə mağazaya daxil olduğu yerdən bayıra çıxmışdır. Daha sonra o, və Şahid bayırda nəzarətçi kimi dayanmış, Təqsirləndirilən şəxs1 və İsqa sındırdıqları pəncərənin yuxarı hissəsindən mağazaya daxil olmuşlar. Təxminən 3-4 dəqiqə içəridə olduqdan sonra mağazaya daxil olduqları yerdən ilk olaraq Təqsirləndirilən şəxs1 və onun arxası ilə içərisində siqaretlər olan əlində sellofan torba ilə “İsqa” kimi tanınan tanışı İsrail bayıra çıxmışdır. Bundan sonra birlikdə “Binə” ticarət mərkəzinin yaxınlığına getmiş və orada marketdən oğurladıqları siqaretləri və pulları öz aralarında bölmüşdürlər. Səhər açılıb hamı işə gələndə mağazadan götürdükləri siqaretlərdən payına düşən hissəsini əldə saxlayaraq qarşısına çıxan əvvəllər tanımadığı adamlara ucuz qiymətə satmağa başlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə axşam saat 22 radələrində mağazanı bağlayıb evinə getmiş, ertəsi gün, yəni 08 avqust 2021-ci il tarixdə, səhər saat 08 radələrində mağazanı açmaq üçün mağzaya yaxınlaşanda görmüşdür ki, mağazanın plastik pəncərəsi sındırılmış və mağazaya daxil olunmuşdur. Mağazamın içərisinə baxdıqda, mağazadan 600 manat nağd kağız pulun, 200 manat dəyərində qəpik pulun və 1200 manat dəyərində müxtəlif adda olan siqaret bloklarının oğurlandığını müəyyən etmişdir. Mağazanın giriş hissəsində yerləşən pəncərənin yararsız hala salınması nəticəsində 500 manat ziyan dəymişdir. Hazırda vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. İbtidai istintaq zamanı yetkinlik yaşma çatmayan şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “İsqa” kimi tanıdığı İsrail adlı tanışı metronun 20 Yanvar stansiyasının yuxarı tərəfində, “Azərsu”nun qarşısında, yolun kənarında yerləşən “Qəbələ” adlı market olduğunu və həmin marketə girərək oğurluq edə biləcəklərini təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bununla razılaşmış və həmin marketin yerləşdiyi istiqamətə tərəf getmişdirlər. “Qəbələ” adlı marketin qarşısına çatdıqda, marketin işıqlarının yanmadığını, içəridən aparatların işıqları yandığını və içərisində heç kimin olmadığı görmüşdürlər. Bir qədər ətrafa nəzarət yetirmiş və marketə daxil olaraq oğurluq edəcəklərinə qərar vermişdirlər. Ətrafda heç kim olmayan zaman İsrail əlindəki dəmir parçası ilə marketin pəncərəsini sındırmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və İsqa, sağa-sola hərəkət edərək bayırda nəzarətçi olaraq gözləmişlər.Təxminən saat 02:30 radələrində sındırdıqları pəncərənin yuxarı hissəsindən ilk olaraq mağazaya daxil olmuş və içəriyə keçdikdən sonra aparatların işığı gələn tərəfə gedib kassanı tapmış, kassada və kassanın kənarında olan qəpik pulları görüb götürmək üçün kənardan sellofan tapıb həmin qəpik pulları sellofan torbaya doldurmuşdur. Həyacanlı olduğundan və biraz da qorxduğundan qəpik pulları götürən kimi dərhal içəridən çıxmaq qərarına gəlmişdir. Təxminən 2-3 dəqiqə içəridə qaldıqdan sonra mağazaya daxil olduğu yerə yaxınlaşmış və bayıra çıxmışdır. Növbəti dəfə o, və Təqsirləndirilən şəxs2 bayırda nəzarətçi kimi dayanmış, Təqsirləndirilən şəxs1 və İsqa təxminən saat 02:40-da sındırdıqları pəncərənin yuxarı hissəsindən mağazaya daxil olmuşlar. Təqsirləndirilən şəxs1 və onun arxası ilə içərisində siqaretlər olan əlində sellofan torba ilə “İsqa” kimi tanınan tanışı İsrail bayıra çıxmışdır. Bundan sonra “Binə” ticarət mərkəzinin yaxınlığına getmişdirlər və orada marketdən oğurladıqları siqaretləri və pulları öz aralarında bölmüşdürlər. Pullardan 600 manatı kağız, 200 manatı isə qəpik pullar olmuşdur. Sağollaşdıqdan sonra ticarət mərkəzinin yanında gözləyərək səhərin açılmasını, havanın işıqlanmasını gözləmiş, səhər açılıb hamı işə gələndə mağazadan götürdükləri siqaretlərdən payına düşən hissəsini əldə saxlayaraq qarşısına çıxan əvvəllər tanımadığı adamlara ucuz qiymətə satmağa başlamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-ci il tarixli 3/1707 №-li rəyi ilə təsdiq olunur ki, təqdim edilmiş 1,2,3,4,5,6 saylı daktolentlərin səthindəki ovuc izləri və 7,8,9 saylı daktolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 7,8,9,10,11 saylı daktolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığından, habelə kifayət qədər xüsusi əlamətlərinə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol əlinin hipotenar hissəsindən və 2 saylı daktolentin səthindəki ovuc izi onun sağ əlinin hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 3,4,5,6 saylı daktolentlərin səthindəki ovuc izləri və 7,8,9 saylı daktolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid daktolentlərə köçürülmüş eksprimental əl-barmaq və ovuclardan qalmamışdır (səh. 92-101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks Ambulutor Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2021-ci il tarixli 2592 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 oğurluq hadisəsinin törətdiyi zaman hər hansı psixi xəstəlik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs2 hadisə törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır.Təqsirləndirilən şəxs2 hadisə törədilən anda öz hərəkətlərini ölçüb biçmək, ona cavab vermək, həmçinin ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 hazırda ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqdidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmiş. O, baş verən hadisələri adekvat olaraq düzgün qavramaq bu barədə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 ünsiyyətçilik, məsuliyyətsizlik, ola biləcək nəticələri proqnozlaşdırmadan hərəkət etmək, konfıliktə meyilli olmamaq səthinlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uyğurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi (səh.109-112). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks Ambulutor Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2021-ci il tarixli 2593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğurluq hadisəsinin törətdiyi zaman hər hansı psixi xəstəlik əlamətləri müşahidə edilmir.Təqsirləndirilən şəxs1 hadisə törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hadisə törədilən anda öz hərəkətlərini ölsüb biçmək, ona cavab vermək, həmçinin ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 hazırda ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqdidarındadır. Ş.T.Bəkirov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanları normaya uyğundur. Onda təsəvvür ehtiyacının, dünyagörüşü və bilik səviyəsinin aşağı olması pedaqoji baxımsızlıq aşkar edilir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edəcək halları düzgün qavramaq və səvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 ünsiyyətçilik,səthilik,nəticəli proqnozlaşdırmadan hərəkət etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yalan danışmağa, özündən uyğurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi (səh. 113-116). İş üzrə maddi sübut kimi tanınmış diskə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 4 nəfər görünüşcə azyaşı şəxslərin «Qələbə» ərzaq mağazasının qarşısına gələrək əyləşmələri, ətrafa boylanlamaları, mağazasının içərisinə baxmaları, daha sonra həmin şəxslərdən biri mağazanının pəncərə şüşəsini sındırması, daha sonra görünüşcə araq bədən qııruşlu əynində qısaqol ağ köynək olan, üznə maska taxan şəxsin mağazanın pəncərəsindən mağazanının içərisinə daxil olaraq kassa aparatına yaxınlaşıb kassa aparatından nəyinsə sağ cibinə qoyması, daha sonra sellofon torbaya qəpik pulları yığaraq yenidən daxil olduğu yerdən mağazanı tərk etmələri müəyyən edildi. Bundan başqa baxış zamanı həmin şəxslərdən 2 nəfəri köynəklərini başına çəkərək yenidən həmin pəncərədən mağazaya daxil olaraq kassa aparatına yaxınlaşıb kassa aparatını axtarmaları, digərinin əlinə sellofon torba götürərək vitrində olan siqaretləri torbaya yığmaları, bir qədər sonra mağazanı tərk etmələri müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin törədildiyi yer ünvan 4 ünvanında yerləşən «Qələbə» ərzaq mağazası olması müəyyən edilmişdir (səh. 8-9). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə oğurluğu əks etdirən 1 ədəd CD disk və əlbarmaq işləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (səh. 117-128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci ilm tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadələrində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (səh.43-47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadasi yerində yoxlanılmış və o, ifadələrində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təstiq etmişdir (səh. 76-79). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum edilməmişdirlər (səh. 89,91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)124/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “qətimkan tədbiri seçmək haqqında” 13 noyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (səh. 162- 163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “qətimkan tədbiri seçmək haqqında” 13 noyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (səh. 192- 193). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli 77/6 nömrəli Yexlax rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)124/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 hökmdə göstərilən cəzasından çəkməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onların tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü, habelə 85-86-cı maddələrinin normalarını rəhbər tutur, eyni zamanda “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il və 30 iyun 2008-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və təqsirləndirilən şəxsin cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)124/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhəmə yetkinlik yaşına çatmamış təqssirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)124/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(006)-124/2022 saylı hökm ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 512.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və təqsirləndirilən şəxsin cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhəmə yetkinlik yaşına çatmamış təqssirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 512.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. 161,11 (yüz almış bir manat 11 qəpik ) məhkəmədaktoloskopik ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 80,55 (səksən manat əlli beş qəpik) manat, Təqsirləndirilən şəxs2 isə 80,55 (səksən manat əlli beş qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına, Müdafiəçi3 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına pullar köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadıqları üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 1(004)-77/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdirlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, yetkinlik yaşına çatmayanTəqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 10 (on) iş saatına bərabər hesab edilərək, göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(006)-124/2022 saylı hökm ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yevlax Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Yexlax Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. 161,11 (yüz almış bir manat 11 qəpik ) məhkəmə- daktoloskopik ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 80, 55 (səksən manat əlli beş qəpik) manat, Təqsirləndirilən şəxs2 isə 80, 55 (səksən manat əlli beş qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində, Müdafiəçi3 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-77/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-77/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver