Məhkəmə qərarları › İş №1(004)-78/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-78/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-78/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1978-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 13 aprel 2024-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,217 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddə metamfetamini 10 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 12:25-də Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4a yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, İdarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, o, əvvəllər Nəsimi rayon Polis İdarəsində cinayət axtarış üzrə kiçik inspektor vəzifəsində xidmət etmişdir. Sonradan narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, lakin hazırda narkotik vasitə istifadəçisi deyildir. ünvan 6 ünvanında yaşayır. Dəqiq xatırlamadığı tarixdə adını xatırlamadığı tanışı ilə Əcəmi Naxçıvani küçəsində görüşüb çay içdikdən sonra “Təzə Pir” məscidində keçirilən yas mərasiminə gətmişdir. Mərasimdə iştirak etdikdən sonra məsciddən çıxaraq dostu X5 zəng etmiş və onunla görüşmüşdür. O, Muradla birlikdə “Təzə Pir” məscidindən aşağı istiqamətdə hərəkət edərək Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən evin qarşısına gəlişlər. Orada Muradın yeznəsi X8 görmüş, Nail onları atasına məxsus evə dəvət etmişdir. Onlar həyətə daxil olduqdan sonra X2 adlı şəxslə birlikdə ora gəlmişdir. O, Cəmilənin gəzdirdiyi iti ilə oynayan zaman Həsən həyətin qapısını açmış və ora bir neçə nəfər polis əməkdaşı daxil olmuşdur. Həmin polis əməkdaşları onlara özlərini təqdim etmiş və onların üzərində şəxsi axtarış aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bundan sonra həmin polis əməkdaşları onlara narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər və həmin otaqda polis əməkdaşları ona 01 büküm psixotrop maddə olan metamfetamin təqdim edərək videoçəkiliş zamanı üzərindən çıxarmağı tələb etmiş, onun keçmiş polis əməkdaşı olmasını nəzərə alaraq ona hörmət edəcəklərini və bir büküm psixotrop maddə ilə sadəcə İXM-nin 206-cı maddəsi ilə cərimələnəcəyini bildirmişdir. O, buna etiraz etdikdə, onu külli miqdarda narkotik vasitənin dövriyyəsində şübhəli şəxs kimi məsuliyyətə cəlb edəcəkləri ilə bağlı hədələmişlər. O da məcburiyyət qarşısında qalaraq ona təqdim olunmuş psixotrop maddən cibinə qoymuşdur. Daha sonra xidməti otaqların birində saxlanıldıqdan təxminən bir-iki saat sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış aparılmışdır. Videoçəkiliş zamanı o, ona təqdim olunmuş 01 büküm psixotrop maddə olan metamfetamini əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa şalvarının sol yan cibindən istifadə etdiyi üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. O, polis əməkdaşının sualına cavab olaraq təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadə məqsədilə ünvan 7 ünvanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Ona polis əməkdaşları tərəfindən heç bir psixi təsir və ya zor tətbiq edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrə onun adına olsa da, başqa şəxs tərəfindən istifadə olunmuş, son vaxtlar isə onun özü nömrənin dublikatını çıxararaq istifadə etməyə başlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Yasamal RPİnin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 aprel 2024-cü il tarixdə X6 Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik maddələrin qanunsuz saxlanılması, istifadəsi və satışını həyata keçirməsi ilə bağlı daxil olan əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Yasamal RPİnin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin tarixdə, saat 12:25 radələrində ünvan 8 ünvanının qarşısında Nail Cəfərovu görərək ona yaxınlaşmışlar. Həmin vaxt onun yanında əlavə olaraq üç nəfər şəxs də olmuşdur. Onlar özlərini təqdim edib Nail Cəfərova narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək onları Yasamal RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onlara etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində digər üç nəfər şəxsin X9, Təqsirləndirilən şəxs və X7 olması məlum olmuşdur. Bundan sonra xidməti otaqların birində saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra o, əynindəki şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonradan Polis İdarəsində olan zaman özünün keçmiş polis əməkdaşı olmasını bildirmiş, lakin bunu şəxsi axtarış aparılmasından əvvəl və ya sonra bildirməsi onun yadında deyildir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsində Şahid1in ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Müdafiəçi1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir. 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi ilə bağlı saxlanılması barədə 22 saylı Vəkil Bürosunda verilmiş məlumat əsasında növbətçilik qaydasına o, müdafiəçi kimi təyin olunmuş və Yasamal RPİ-nin NMB-nə gəlmişdir. Həmin gün saat 13:35 radələrində orada xidməti otaqların birində onun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən 01 büküm psixotrop maddə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi psixtrop maddə qablaşdırılaraq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, ünvan 9 ünvanında yaşayır. ***-***-**-** mobil nömrə ona məxsusdur. 13 aprel 2024-cü il tarixində Polis İdarəsində olan zaman onun üzərində mobil telefonun olub olmamasını dəqiq xatırlamır. İş üzrə mütəxəssis qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMCnin əməkdaşıdır. İnternet üzərindən həyata keçirilən informasiya mübadiləsi zamanı istifadəçinin anten məlumatları fərqli şəkildə əks oluna bilər. Həmin məlumatlar informasiya mübadiləsinin başladığı və ya bitdiyi yeri göstərə bilər. İstifadəçinin anten məlumatlarında qeyd olunan koordinantların birində olması şübhə doğurmasa da, göstərilən saat və dəqiqədə şəxsin həmin ünvanda olması dəqiq məlumat deyildir. Dəqiq məlumatlar istifadəçinin mobil telefonunda daxil olan və çıxan zənglərdə, habelə sms məlumatlarında əks olunur. Bundan başqa zəng və smslər üçün vahid anten nəzərdə tutulsa da, antendə olan nasazlıq və ya şəbəkənin zəif olması şəraitində, habelə iki antendən biri yüklənmiş vəziyyətdə olduqda digər anten şəxsin olduğu yeri və zamanı göstərə bilər, lakin bu dəqiq məlumat deyildir. Antenin nə qədər ərazini əhatə etməsi, radiusu isə yerləşdiyi yerdən və əhalinin sayından asılıdır, bu, texniki məlumat olduğu üçün hazırda bu sualları cavablandıra bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün saxlanılmazdan 5 dəqiqə əvvəl ünvan 10 ünvanın yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan idarət maddə aşkar edilmişdir. Bundan sonra o, əynindəki şalvarın sol yan cibindən Samsunq Flip 5 markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kütlə və 01 ədəd mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən hər biri ayrı-ayrılıqda 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldü. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 14 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2002 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün No 42..." dairəvi möhür əksi və "...Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, üç-imza, Təhqiqatçı: Həmidli Anar-imza...." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,217 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindəə dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildir. (i.v. 43- 44) “Maddi sübut kimi tanıma haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,217 qram pisxotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,168 qram narkotik pisxotrop maddə olan metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (i.v. 93) “Diskə baxış keçirilməsi barədə” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Diskdə olan görüntü Yasamal RPİ-də qeydə alınaraq, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, onun yanında NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakları ilə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin və 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf selofan bükümü və həmin şalvarən sol yan cibindən Samsunq Flip 5 markalı mobil telefonu masanın üzərinə qoyur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə oldduğu müşahidə olunur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan kimdən əldə etdiyi barədə sual verilir, o həmin maddənin metamfetamin olduğunu saat 12 radələrində Bəşir Səfəroğlu küçəsi 89 ünvanın yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını, özü istifədə etmək üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və mobil telefon qablaşdırılıb götürülür. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalandığı müşahidə olunur. (i.v. 97) “Diskə baxış keçirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan diskdə 03 ədəd PDF formatıda fayl mövcuddur. İlkin olaraq “Mushteri zenglerinin detallashmasi_MSİSDN_555030833” adlı PDF formatlı fayla baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olun mobil nömrəsinin anten məlumatlarının olması müşahidə edilir. Belə ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində olması müşahidə edilir. Bundan başqa “SMS detallashmasi_MSİSDN_555030833” adlı PDf formatlı diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS mesajları göstərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:27:45 radələrində **********00 saylı mobil nömrədən “Patı olsa biraz götür” mesajı, xx.xx.2023cü il tarixdə saat 06:21 radələrində istifadəsində olan **********33 saylı mobil nömrədən **********583 nömrəyə “ayan semura de ki oxlan bayaqdan menendi ki temasinin yarsini gotursun oxlan meni oldurur burda ki ya malin yarisini verin yada ki pulun kanteldeyem bayaqdan insafta dinin yarsidi axi dunen de geldim 40 manat veridim heresinen 10 manatiq tema qoyumustu semur dunen cixib da borcumu bayaq da geldim 60 manata 03 yaxin kola verdiz allah aki oxlan s.... mazigimi burda ki ya pulu ver yada mali sen allah semura de gelim versin bunun malinin qalanin el ceksin menen. oxlan s….. mazigimi burda ki ya mali ver yada pulun yarisi qaytarsin qalimisam burda g*t veziyetinde bayaqdan daritib uzadiram vaxti oxlan deyir bu vaxti zaklatka olur ne gic gic danisirsan deyir mene” mesajı, xx.xx.2024-cü il tarixdə saat 16:26 radələrində istifadəsində olan **********33 saylı mobil nömrədən **********87 saylı nömrəyə “Mana tez cavab ver mene watsap lazimdi konumu atfdirim tez cavab ver mene”, xx.xx.2024-cü il saat 23:41 radələrində **********08 saylı mobil nömrəsindən “Qaqam 20 lik daw 10 nuq kollla qaqaam” mesajı, xx.xx.2024-cü il saat 21:28 radələrində “Qaqam 20 kola 10 daw elede bawiva dönum” mesajı, xx.xx.2024-cü il saat 14:40 radələrində **********17 saylı mobil nömrədən “Salam qaqa birdənə yari kola daniş gör otərəfdən nolar vəziyət pisdi” mesajların göndərilməsi diskə baxış zamanı müəyyən edilmişdir. (i.v. 130-140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 6065 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsnda opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 141-142) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,217 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq 0,168 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına dair 01 DVD disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və 01 ədəd "Samsung Flip 5" markalı mobil telefon sübut əhəmiyyət kəsb etmədiyindən sahibinə geri qaytarılması nəzərə alınmışdır. (i.v. 148-155) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olan SMS yazışmalarının, həmin şəxslərin Təqsirləndirilən şəxs onun adı ilə müraciət etmələrinin və sonuncunun həmin müraciətləri cavablandırmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2024-cü il tarixli, 871027 qeydiyyat nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:25-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 4(004)- 342/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 76-81) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 15 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) 04 sentyabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin 26-cu PB-nin əməkdaşları tərəfindən ünvan 11 ünvanının qarşısında saxlanılaraq həmin bölməyə gətirilmiş və Yasamal RPİ İŞ-nə təhvil verilmişdir. (i.v. 121) 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 106) Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsndan aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və bir ədəd "Samsung Flip 5" markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan bir ədəd disk və telefon məlumatlarını əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxsndan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək, yəni 02 (iki) gün və 04 sentyabr 2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün, cəmi 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3) onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək, yəni 02 (iki) gün və 04 sentyabr 2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün, cəmi 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.168 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və bir ədəd "Samsung Flip 5" markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxsndan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar