Məhkəmə qərarları › İş №1(004)-79/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-79/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-79/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “26 saylı” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:00 da Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanındakı "xxxx"in içərisində yerləşən müşahidə kameralarına nəzarət etmək üçün ayrılmış, kənar şəxslərə giriş qadağan olunmuş, otağın qapısının açıq olmasından istifadə edərək həmin otağa qanunsuz olaraq daxil olub "xxxx" MMC-yə məxsus 1021 manat 88 qəpik dəyərindəki “Zebra TC 210K” markalı malların qeydiyyatının aparılması üçün nəzərdə tutulmuş terminalı gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1021 manat 88 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X5 ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2018-ci ilin noyabr ayının 12-si Astara Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə 3 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2022-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Azad edildikdən sonra, Lənkəran rayonuna getmişdir. Bakı şəhərinə isə 20 gündür ki sol ayağını əməliyyat etdirmək üçün gəlmişdir və yuxarıda qeyd olunan ünvanda kirayə yaşayır. Evlidir, 13 yaşında qız övladı var və həyat yoldaşı ilə birgə Lənkəran rayonunda yaşayırlar. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022ci il tarixdə saat 09:30 radələrində sürücülük vəsiqəsini dəyişmək üçün yaşadığı ünvandan çıxmışdır. Həmin gün saat 12:00-da Yasamal rayonundakı Asan Xidmətin yanına gəlmişdir. Özünü pis hiss etdiyi üçün Asan Xidmətə girməmişdən əvvəl onun yaxınlığında Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanındakı "xxxx"ə su almaq üçün girmişdir. Marketdə gəzərkən kamera otağının qapısının açıq olduğunu görüb içəriyə baxdıqda oradakı masanın üzərində mobil telefon olduğunu düşündüyü aparatı görmüşdür. O, sağa sola göz gəzdirib heç kimin olmadığını gördükdə həmin otağa daxil olub həmin aparatı masanın üzərindən götürüb əynində olan tünd boz rəngli şalvarının sol cibinə qoymuşdur. Sonra isə həmin dükanı heç bir şey almadan həyəcanlı şəkildə tərk etmişdir. Oradan bir qədər uzaqlaşdıqdan sonra götürdüyü aparata baxmış və telefon olmadığını başa düşmüşdür. Həmin aparatın nə olduğunu bilməmişdir. O, həmin aparatın mobil telefon olduğunu düşünərək götürmüş, ayağının müalicəsi üçün pula ehtiyacı olduğu üçün onu satıb pulu müalicəyə xərcləyəcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki , Oğurluq edən zaman ətrafda heç bir kəs olmamışdır və onu heç bir kəs görməmişdir. Etdiyi əməldən çox peşman olmuş və onu mağazaya qaytarmaq istəsədə qorxduğu üçün qaytara bilməmişdir. Sonra isə yaşadığı ünvana gəlmiş və həmin aparatı evə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində həmin aparatı hansısa vasitəylə mağazaya qaytarmaq üçün aparatı götürüb evdən çıxmışdır. O, Oba Marketə tərəf gedən zaman həmin gün saat 13:30 radələrində ünvan 3 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O, polislərdən ona niyə yaxınlaşdıqlarını soruşduqda polislər onun xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanındakı Oba Marketdən baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 29-cu PŞ-na dəvət etdilər. O, polislərlə birgə 29-cu PŞ-na getmiş və orada təhqiqatçının otağında üzərində olan aparatı könüllü sürətdə polis əməkdaşlarına təqdim etmiş və etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ailəli olmasını, 1 azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərər çəkmiş şəxsin nümayəndəsi və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstrəmişdir ki, o, 1 ildən çoxdur ki, Yasamal rayonu, Şərifzadə küç 140 ünvanında yeıiəşən “Oba” marketin administratoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələdində həmişəki kimi işə getmişdir. Həmin gün saat 11:30 da şəxsi işlərilə əlaqədar işçilərə məlumat verib 1 saatlıq iş yerini tərk etmişdir, təxminən saat 12:10 radələrində həmin Oba Marketdə satıcıkassir işləyən Suzanna Zamanova ona zəng vuraraq “Zebra TC 210K” markalı malların qeydiyyata alınması üçün istifadə olunan terminalın yerində lmadığını və kameradan görüntülərinə baxdıqda bir nəfər kişi cinsli şəxsin qanunsuz laraq Oba marketin kamera aparatları olan saxlanc otağının qapısının açıq lmasından istifadə edərək daxil olub həmin terminalı götürdükdən sonra mağazanı ərk etdiyini bildirmişdir. O, bunu bildikdən sonra təcili işə qayıtmışdır. Həmin amera görüntülərinə özüdə baxmışdır. O fıkirləşmişdirki, onu götürən şəxs mobil elefon olduğunu zənn edərək götürmüşdür, çünki həmin terminal mobil telefona oxşayır və hər yerdə satıla bilməz. Bu səbəbdən bir neçə saat bəlkə aparatı geri qaytarar deyə gözləmişdir. Qeyd etmişdir ki, həmin aparatın qiyməti təxminən 1025 manatdır. Lakin o, tam dəqiq qiyməti olan qəbzi istintaqa təqdim edəcəkdir. Həmin gün saat 15:25 radələrində aparat geri qaytarılmadığı üçün Suzanna xanıma DİN-in 102 xidmətinə məlumat verməsini bildirmişdir. Sonuncuda DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək protokol tərtib edərək şəkillər çəkmişdir. O isə hadisə barədə ərizə ilə müraciət edərək aparatın xüsusiyyətlərini polis əməkdaşlarma bildirmiş və həmin video görüntüləri polis əməkdaşlarma göstərmişdir. Polis əməkdaşları həmin şəxsi saxladıqdan sonra Oba Marketə məxsus aparat geri qaytarılmışdır. Bu səbəbdəndə "xxxx" MMC-yə dəymiş ziyan tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 1 il 6 aydır ki, ünvan 5 ünvanında yerləşən “Oba” marketdə satıcı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə işdə olarkən saat 11:50 radələrində qara şalvar qara uzunqol köynəkdə olan bir nəfər üzü tüklü şəxs mağazaya girmişdir, həmin şəxs vitrinlərə deyil qıraq bucağa baxdığı üçün o, sonuncudan şübhələnib nəzarətə götürmüşdür. Lakin mağazada müştəri olduğu üçiin bir neçə dəqiqəlik kassaya keçməli olmuşdur. O, kassadakı işini bitirib həmin şəxsin yanına gedəndə sonuncu onun üzünə baxa-baxa mağazanı tərk etmiş və heç bir şey almamışdır. O, sonuncunu saxlmaq istəsədə bunun düzgün olmadığını düşünmüşdür. Sonuncu mağazadan çıxdıqdan sonra o, sonuncunun nəsə götürüb götürmədiyini bilmək üçün mağazanın mühafizə kameralarının görüntülərinə baxmışdır. Görüntülərə baxdıqda həmin şəxsin gizlin olaraq kənar şəxslərin girişinin qadağan olunduğu mühafizə kameralarının və digər əşyaların saxlandığı saxlanc otağına girdiyini və orada olan “Zebra TC 210K” markalı malların qeydiyyata alınması üçün istifadə olunan terminalı gizlin şəkildə götürüb sol cibinə qoyduğunu görmüşdür. Kamerada görüntülərini gördükdən sonra dərhal sonuncunun arxasınca çıxıb axtarsa da tapa bilməmişdir. Bundan sonra isə saat 12:10 radələrində mağazanın admnistratoru Zərərçəkmiş şəxs məlumat vermişdir. Sübhan isə aidiyyatı üzrə polis əməkdaşlarma məlumat vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilmiş, “amnistiya” qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-769/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs məcburi müalicəsi ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, həmin qərara əsasən məhkumluq götürülmüşdür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona dəyən ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarına əsasən A.X1 Vladimirovna ilə ailə qurmuş, onların xx.xx.2008-ci təvəllüdlü X2 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağın olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd “Zebra TC 210 K” markalı malların qeydiyyatının aparılması üçün nəzərdə tutulmuş terminal zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınmış aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 ay 16 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 28 gün (iki il iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Zebra TC 210 K” markalı malların qeydiyyatının aparılması üçün nəzərdə tutulmuş terminalın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “26 saylı” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “26 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar