Məhkəmə qərarları › İş №1(004)-79/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-79/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-79/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada işləmiş, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərində çəkilməmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Atyalı yaşayış massivində daimi qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, hazırkı cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında “Maya” klinikasının qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə mülkiyyətində olan dəyəri 24600 manat (iyirmi dörd min altı yüz) təşkil edən Daevvo Gentra markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" şirkətinə məxsus 156 çağrı mərkəzinə zəng etməklə sifariş verdiyi evakuatora yüklədib yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yerləşən evinin həyətinə aparmaqla gizli olaraq talayıb Orxan Razyevə 19925 manat (on doqquz min doqquz yüz iyirmi beş) və Zərərçəkmiş şəxs2 4675 manat (dörd min altı yüz yetmiş beş) olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 24600 manat (iyirmi dörd min altı yüz), yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə Bolt şirkətində taksi fəaliyyəti ilə məşğuldur. Əvvəllər digər şirkətdə taksi işləyərkən Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən mebel sexinə tez tez müştəri aparırmış. Həmin küçədən keçərkən Maya klinikasının qarşısında qara rəngli Daevvo Gentra avtomobilini dayanmış vəziyyətdə görürmüş. Təxminən 2 ay əvvəl Bolt şirkətinə məxsus taksi ilə yenidən taksi fəaliyyətinə başlamışdır. 07 dekabr 2022-ci il axşam saatlarında Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən Maya klinikasının yaxınlığına müştəri aparan zaman yenidən həmin **-PZ-*** d.q.n. Daevvo Gentra markalı avtomobilin çirkli vəziyyətdə klinikanın qarşısında dayandığım görmüş və anlamışdır ki,həmin avtomobil uzun müddətdir sürülmür.Yeni ailə qurduğumdan və bu səbəbdən borcu olduğundan avtomobili oğurlamaq qərarına gəlmişdir. 08 dekabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Abşeron rayonu Atyalı yaşayış massivindəki evin yaxınlığında yaşayan 156 yükdaşıma xidmətində işləyən Şahid1 zəng edərək yeni avtomobil aldığını,lakin mühərrikində problem olduğundan evakuator vasitəsi ilə yaşadığı evə gətirmək istədiyini və bu işdə Şəhriyarın ona köməklik etməsini xahiş etmişdir.Şəhriyar isə ona yalnız sifariş etdikdən sonra köməklik edə biləcəyini bildirmişdir.O Şəhriyarla razılaşdıqdan sonra axşam saatlarında əlaqə saxlayacağını bildirmişdir. Həmin tarixdə saat 20 radələrində 156 evakator şirkətinə zəng edərək Yasamal rayonu, X.Dadaşov 86 ünvanına evakator sifariş etmiş və əlavə olaraq operatora onunla danışanın əvvəllər həmin şirkətdə işləyən Mirəddin olduğunu,bu səbəbdən endirim etməsini və sifarişi Yasamal rayonu Qələbə dairəsi yaxınlığıda dayanan Şəhriyara yönəltməsini xahiş etmişdir.Operator isə Şəhriyarın bu sifarişdən məlumatı olduğunu soruşduqda o məlumatı olduğunu bildirmiş və operatorla 20 manat xidmət haqqı ilə razılaşmışlar. Təxminən 15 dəqiqə sonra evakator deyilən ünvana gəldikdə o evakatorun sürücüsü Şəhriyara avtomobilin nasaz olduğunu, bu səbəbdən təmir üçün Abşeron rayonu, Atyalı yaşayış massivinə gedəcəklərini bildirmişdir. Daha sonra evakator sürücüsü Şəhriyar avtomobili evakuatora yüklədikdən sonra hərəkətə başlamışdır. Təxminin 40 dəqiqə sonra Şəhriyar ona zəng edərək deyilən ünvanda olduğunu bildirmişdir. O isə Şəhriyara 20 dəqiqəlik işi olduğunu və onu gözləməyini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra o Atyalı yaşayış massivində Şəhriyarın yaşadığı evin qarşısında Şəhriyarla görüşmüş və birlikdə onun yaşadığı ünvana gedərək Daevvo Gentra markalı avtomobili yaşadığı evin təxminən 300 metr yaxınlığında yerləşən,atasına məxsus olan,lakin yaşayış olmayan evin həyətinə düşürtdükdən sonra Şəhriyara ödənişi sabah edəcəyini bildirmişdir.Əlavə olaraq qeyd etmək istəyir ki avtomobili gizlətdiyi evdə həmin tarixdə yeznəsi Şahid3 ailəsi ilə birlikdə yaşayırmış. O, avtomobili həyətə düşürtdükdən sonra Qorxmaz avtomobilin kimə məxsus olduğunu soruşduqda o avtomobili bankın problemli şöbəsindən nasaz vəziyyətdə aldığım,sataraq qazanc əldə edəcəyini bildirmişdir. Daha sonra Qorxmaz evə daxil olduqdan sonra o avtomobilin üzərini çadır ilə örtmüş və yaşadığı evə getmişdir. Gecə saatlarında yenidən avtomobili gizlətdiyi həyətə gəlmiş və oğurladığı avtomobilin detalların sökməyə başlamışdır. Daha sonra avtomobilə məxsus iki qapını sökmüş və satış üçün Tapaz elan səhifəsinə şəkillərini yerləşdirdikdən bir gün sonra tanımadığı şəxslərə satmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, oğurluq etməkdə səbəb borcunun olmağı olub. Avtomobili oğurladıqdan sonra detallarını sataraq borcunu ödəyəcəyini düşünürmüş. O Şəhriyarı 156 yükdaşıma şirkətinə zəng edərək sifariş etmiş, Şəhriyar oğurladığı avtomobili evakuatora yükləyərkən o təxminən 5- 6 metr kənarda dayanmış və Şəhriyara avtomobil yeni aldığını,nasaz vəziyyətdə olduğundan yaşadığı həyətə aparaq orada söküb detallarını satacağını bildirmişdir.Həmçinin yeznəsi Qorxamaza da avtomobili bankın problemli şöbəsindən tanışlıq vasitəsi ilə aldığım,sataraq ödənişini edəcəyini və özünün də gəlir əldə edəcəyini demişdir. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş zərəri tamamilə ödəməsini, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını bildirərək, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində götsərmişdir ki, şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2017-ci ildə Azərmaş lizing şirkətindən kreditlə 48 ay müddətinə ilkin ödəniş 4500 manat etməklə Daevo Gentra markalı **-PZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili almışdır. 2021-ci ilin sonunda krediti tam ödəyib qurtarsada maddi vəziyyəti aşağı olduğundan maşım özəlləşdirə bilməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki,avtomobilin son 6 ayın kreditini maddi vəziyyəti ilə əlaqədar qaynatası Zərərçəkmiş şəxs2 ödəmişdir.Bu səbəbdən avtomobili idarə etməmişdir və yaşadığı binanın yaxınlığında yer olmadığından avtomobili qaynatası Zərərçəkmiş şəxs2 yaşadığı Yasamal rayonu,X.Dadaşov 89 ünvanının qarşısında saxlamışdır.Mütəmadi olaraq qaynatası Qənbər avtomobilə nəzarət edirdi.07 dekabr 2022-ci il tarixdə qaynatası Qənbər və ailəsi onun yaşadığı evə qonaq gəlmiş və həmin gün onlarda qalmışdır. İki gün sonra yəni 09 dekabr 2022-ci il tarixdə qaynatası evə qayıdarkən Daevvo Gentra markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həyətdə olmadığım görmüş və dərhal ona zəng edərək bu barədə məlumat vermişdir. O isə dərhal Lizing şirkətinə zəng edib hadisə barədə məlumat aldıqda şirkət bu hadisənin onlarla heç bir əlaqəsi olmadığını bildirmişdir. Daha sonra qaynatası əvvəlcə DİN- nin 102 zəng xidmətinə,daha sonra isə Yasamal RPİnin 28-ci PB-nə bu barədə məlumat vermişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, Daevvo Gentra markalı avtomobili 2017-ci ildə alarkən nağd qiyməti 17000 manat olsa da o həmin avtomobili kreditlə 24600 manata almışdır. Bu səbəbdən ona dəymiş ziyanın 24600 manat kimi qeyd olunmasını xahiş etmişdir. Hadisəni törədən şəxsi görməmişdir. O avtomobili özəlləşdirmədiyi üçün idarə etmirmiş və saxlamaq üçün qaynatası yaşayan Yasamal rayonu, X.Dadaşov 89 ünvanın qarşısında saxlayarmış. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 kürəkəni Zərərçəkmiş şəxs1 2017-ci ildə Azərmaş lizing şirkətindən kreditlə 48 ay müddətinə ilkin ödəniş 4500 manat etməklə Daevvo Gentra markalı **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Orxanın maddi vəziyyətinin pis olması ilə əlaqədar avtomobilin son 11 ayın kreditini o ödəmişdir. 2021-ci ilin sonunda krediti tam ödəyib qurtarsada maddi vəziyyəti aşağı olduğundan maşını özəlləşdirə bilməmişdir. Bu səbəbdən avtomobili idarə etməmiş və Orxanın yaşadığı binanın yaxınlığında yer olmadığından avtomobili onun yaşadığı Yasamal rayonu, X.Dadaşov 89 ünvanının qarşısında saxlamışdır. Mütəmadi olaraq o avtomobilə nəzarət etmişdir. Avtomobil 2 aya yaxındır ki idarə edilmir.07 dekabr 2022-ci il tarixdə o və həyat yoldaşı Orxan yaşadığı ünvan 4 ünvanına qonaq getmiş və həmin gün orada qalmışlar. 09 dekabr 2022-ci il tarixdə saat 16 radələrində evə qayıdarkən Daevvo Gentra markalı avtomobilin həyətdə olmadığını görmüş və dərhal Orxana zəng edərək bu barədə məlumat vermişdir. Orxan isə dərhal Lizing şirkətinə zəng edib hadisə barədə məlumat aldıqda şirkət bu hadisənin onlarla heç bir əlaqəsi olmadığım bildirmişdir. Daha sonra o dərhal əvvəlcə DİN-nin 102 xidmətinə, daha sonra isə Yasamal RPİ-nin 28-ci PB-nə bu barədə məlumat vermişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, kürəkəni X9 markalı avtomobili 2017-ci ildə alarkən nağd qiyməti 17000 manat olsa da Orxan həmin avtomobilə kreditlə 24600 manat ödəmişdir. Son 11 ayın kreditini isə o ödəmişdir. Bu səbəbdən onlara dəymiş ziyanın 24600 manat kimi qeyd olunmasını xahiş etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslə barışmışdır və heç bir şikayət tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. Təxminən bir ildir ki, 156 evakuasiya xidmətində **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü işləyir. Mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərir. 08 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Mirəddin hal hazırda xatırlamadığı nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək yeni aldığı Daewoo Gentra markalı avtomobili nasaz olduğundan Yasamal rayonu “Safsu” su doldurma məntəqəsindən Abşeron rayonu, Atyalı yaşayış massivinə aparmağını xahiş etmişdir.O isə yalnız rəsmi qaydada 156 evakuasiya şirkətinə zəng etdikdən sonra sifarişi qəbul edə biləcəyini bildirmişdir.Daha sonra isə Mirəddin axşam saatlarında sifariş verəcəyini bilirmişdir.Həmin tarixdə saat 19 radələrində Yasamal rayonu kənar dairəvi yolda Bakı şəhər Dövlət yol polisi idarəsinin qarşısında yol nəqliyyat hadisəsi baş verdiyindən o yol patrul xidməti tərəfindən həmin əraziyə çağrılmışdır. Hadisə baş verən əraziyə çatdıqda yol nəqliyyat hadisəsi törətmiş avtomobilin sahibinin tanışı kimi gələn şəxslərdən birinin Mirəddin olduğunu görmüşdür. Mirəddin ona yaxınlaşaraq bir azdan sifariş edəcəyini bildirmiş və o qəzalı vəziyyətdə olan avtomobili götürərək yaxınlıqda olan servisə düşürtmüşdür.Daha sonra isə yenidən növbəti sifarişi gözləmək üçün Yasamal rayonu Qələbə dairəsinin yaxınlığına gəlmişdir. Təxminən 30 dəqiqə sonra saat 20 radələrində operator ona zəng edərək Yasamal rayonu X.Dadaşov 89 ünvanında Daevvo Gentra markalı avtomobili Abşeron rayonu Atyalı yaşayış massivinə aparacağımı bildirmişdir. O 5 dəqiqə sonra həmin əraziyə çatmış və sifarişi verən şəxslə əlaqə saxlamışdır. Telefonla danışıq zamanı bu şəxsin Mirəddin olduğunu öyrənmişdir.Daha sonra Mirəddin ona avtomobili aparacaqları ünvanı tam başa salmış və o avtomobilin dayandığı Yasamal rayonu X.Dadaşov 89 ünvanına gəlmişdir. Bu zaman Mirəddin ona yaxınlaşmış və o Mirəddindən aparacağı Daevvo Gentra markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olduğunu soruşduqda Mirəddin ona avtomobili yeni aldığını,lakin nasaz vəziyyətdə olduğunda təmir üçün Abşeron rayonu Atyalı yaşayış massivinə apardığını bildirmişdir.Daha sonra o avtomobilin ön sağ qapısına yaxınlaşaraq açmış və sükanı düz formaya saldıqdan sonra evakuatora yükləmiş və Mirəddin idarə etdiyi ağ rəngli yan hissəsində Bolt reklamı olan Toyota Prius markalı avtomobillə öndə,o isə Mirəddinin arxası ilə Abşeron rayonu Atyalı yaşayış massivinə getmişdir. Abşeron rayonu Atyalı yaşayış massivinə çatdıqda Mirəddinlə bir neçə dəfə əlaqə saxlamışdır.Mirədddin ona bir az gözləməyini xahiş etmişdir. Daha sonra o yaşadığı ünvana getmiş və avtomobili orada saxlayaraq evə daxil olmuşdur. Təxminən 1 saat sonra Mirəddin ona zəng edərək yaşadığı ünvanın qarşsında olduğunu bildirmişdir. O, Mirəddinlə birlikdə evakuatora əyləşmiş və Mirədinin yaşadığı ünvana gedərək avtomobili həmin ünvanda düşürtmüş və Mirəddin xidmət haqqı olan 20 manatı indi verə bilməyəcəyini bildirmişdir.Bir gün sonra səhər saatlarında Mirəddin yaşadığı ünvanın yaxınlığında onunla görüşmüş və xidmət haqqı olan 20 manatı vermişdir. 09 dekabr 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları onunla əlaqə saxlamış və o polis əməkdaşlarına Daevvo Gentra markalı 10- PZ-811 dövlət qeydiyyat nişanlı avtomobili düşürtdüyüm ünvanı göstərmişdir. Əlavə olaraq Şahid1 qeyd etmişdir ki, Yasamal rayonu X.Dadaşov 89 ünvanına yaxınlaşdıqda Mirəddin avtomobilin yanında olub.O avtomobili evakuatora yükləmək istəyərkən sükanını düzgün istiqamətə salmaq üçün avtomobilə yaxınlaşmış və sağ ön qapısım açaraq sükünı düzgün istiqamətə saldıqdan sonra avtomobili evakuatora yükləmişdir. Həmin vaxt Mirəddin avtomobilin arxa hissəsində olub.O sifarişləri yerinə yetirdikdən sonra mütəmadi olaraq digər sifaişləri gözləmək üçün Yasamal rayonu Qələbə dairəsi yaxınlığında gözləyirmiş. Mirəddin verdiyi sifariş ünvan 7 ünvanı olduğundan həmin ərazidə ondan başqa evaluator omadığından sifriş ona yönləndirilmişdir.O sifariş verilən ünvana gəldikdə Mirəddindən aparacağı Daevvo Gentra markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olduğunu soruşduqda Mirəddin ona avtomobili yeni aldığım,lakin nasaz vəziyyətdə olduğunda təmir üçün Abşeron rayonu Atyalı yaşayış massivinə apardığını bildirmişdir.Əlavə olaraq bildirir ki avtomobilin qapılarının açıq olduğuna görə o avtomobilin oğurluq ola biləcəyini düşünməmişdir.Hadisə baş verən tarixdə istifadəsində olan mobil nömrəm şirkətə məxsus ***-***-**-**-dur.İşlədiyi şirkətdə iş vaxtı özünə məxsus mobil nömrədən istifadəyə icazə verilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, yaşadığı evin təxminən 300 metr aralığında ona məxsus bir ev var və həmin evi əvvəllər kirayə versə də təxminən 2 ildir ki orada heç kim yaşamır. Qızı ailəsi ilə birlikdə Biləsuvar rayonu Cəbrayıl qaçqın şəhərciyində yaşayır və qızının həyat yoldaşı Bakı şəhərində işləməyə gələrkən orada yaşayırlar. 2022-ci ilin avqust ayından etibarən qızının həyat yoldaşı Şahid3 ilə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində işləmiş və bu səbəbdən ailəsi ilə birlikdə həmin evə yaşayırmış. 08 dekabr 2022-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı ona Mirəddinin qızı yaşadığı evin həyətinə qara rəngli “Daewoo Gentra” markalı avtomobil gətirdiyini bildirmişdir. O isə bu barədə xəbərsiz olduğunu bildirmiş və dərhal oğlu Mirəddinlə əlaqə saxlamışdır. Lakin Mirəddinin mobil telefonuna zəng çatmadığından onunla danışa bilməmişdir. Təxminən 20 dəqiqə sonra Mirəddin evə gəlmiş və o Mirəddindən avtomobilin kimə məxsus olduğunu soruşduqda Mirəddin avtomobilin banka məxsus olduğunu,kreditlə yeni aldığını və sənədləşmədə problem olduğunu,bu səbəbdən avtomobili evakuator vasitəsi ilə gətirdiyini bildirmişdir. Bir neçə gün ərzində sənədləşmə etdikdən sonra avtomobili satacağını.bu vasitə ilə qazanc ələd edəcəyini bildirmişdir. 10 dekabr 2022-ci il tarixdə gecə saatlarında Qorxmaz ona zəng edərək dörd nəfər mülki geyimli özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim edən şəxslərin onun həyətinə gəldiklərini,həyətdə olan “Daewoo Gentra” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurluq olduğunu.bu səbəbdən birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər.Daha sonra o Mirəddinlə əlaqə saxlamaq istəsə də Mirəddinin telefonuna zəng çatmamışdır.Daha sonra o öyrənmişdir ki Mirəddin Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarının dəvəti ilə polis bölməsinə getmişdir. Daha sonra isə o da Yasamal RPİ-nin 28-ci PB-nə getmiş və polis bölməsində anlamışıdr ki Mirəddin avtomobili oğurlayıb.Əlavə olaraq Şahid2 qeyd etmişdir ki, Mirəddin avtomobili evə gətirən zaman evdə olmuşdur,lakin Mirəddinin avtomobili gətirdiyi həyətlə onun yaşadığı evin arasında təxminən 300 matr məsafə olduğundan avtomobili necə gətirdiyini görməmişdir. O avtomobilin oğurluq olduğunu polis əməkdaşları 10 dekabr 2022- ci il tarixdə gecə saatlarında onların həyətinə gəldikdən və o Yasamal RPİ-nin 28-ci PB-nə getdikdən sonra bilmişdirəm.08 dekabr 2022-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı ona Mirəddinin qızının yaşadığı evin həyətinə qara rəngli “Daewoo Gentra” markalı avtomobil gətiridiyini bildirmişdir.O isə bu barədə xəbərsiz olduğunu bildirmiş və dərhal Mirəddinlə əlaqə saxlamışdır.Lakin Mirəddinin mobil telefonuna zəng çatmadığından danışa bilməmişdir.Təxminən 20 dəqiqə sonra Mirəddin evə gəlmiş və o Mirəddindən avtomobilin kimə məxsus olduğunu soruşduqda Mirəddin avtomobilin banka məxsus olduğunu,kreditlə yeni aldığım və sənədləşmədə problem olduğunu.bu səbəbdən avtomobili evakuator vasitəsi ilə gətirdiyini bildirmişdir. Bir neçə gün ərzində sənədləşmə etdikdən sonra avtomobili satacağını.bu vasitə ilə qazanc ələd edəcəyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən məlum olmuşdur ki, 08 dekabr 2022-ci il tarixdə iş yeri Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” resort olduğuna görə o ailəsi ilə birlikdə qayanatasına məxsus evdə qalmışdır.Həmin tarixdə o icazəli olduğu üçün gün ərzində yaşadığı Hökməli qəsəbəsi Atyalı yaşayış massivində qaynatası Şahid2 məxsus evdə olmuşdur. Saat 22 radələrində evin həyətindən səs gəldiyini eşitmiş və həyətə düşdükdə yeznəsi Mirəddinin evakuator vasitəsi ilə gətirdiyi qara rəngli Daewoo Gentra markalı **-PZ-*** d.q.n. avtomobili həyətə düşürtdüyünü görmüşdür.Mirəddindən bu avtomobilin kimə məxsus olduğunu soruşdurda Mirəddin avtomobilin banka məxsus olduğunu,kreditlə yeni aldığını və sənədləşmədə problem olduğunu, bu səbəbdən avtomobili evakuator vasitəsi ilə gətirdiyini bildirdi. Bir neçə gün ərzində sənədləşmə etdikdən sonra avtomobili satacağını və bu vasitə ilə qazanc ələd edəcəyini bildirmişdir.Bundan sonra o evə qalxmışdır. 09 dekabr 2022-ci il tarixdə saat 06:15-də o işə getmək üçün evdən çıxmış və saat 20 radələrində yenidən evə qayıtmışdır. Yaşadığı evin həyətinə daxil olduqda avtomobilin kənarda üzəri parça vasitəsi ilə örtülü olduğunu görmüş və buna məhəl qoymayaraq evə qalxmışdır. 10 dekabr 2022-ci il tarixdə gecə saatlarında 4 nəfər mülki geyimli özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim edən şəxs həyətdə olan avtomobilin oğurluq olduğunu və bu səbəbdən onlarla birlikdə polis bölməsinə getməli olaçağım bildirmişlər. Daha sonra o polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getmişdir. Bölməyə çatdıqda Mirəddinin artıq orada olduğunu görmüş və polis bölməsində ona məlum olmuşdur ki, Mirəddin avtomobili oğurlayaraq evakuator vasitəsi ilə onun yaşadığı evin həyətinə gətirmişdir. Əlavə olaraq Şahid3 bildirmişdir ki, Mirəddin avtomobili həyətə gətirərkən avtomobilin xarici görünüşü normal vəziyyətdə olmuş, yəni bütün detalları üzərində olmuşdur. O 09 dekabr 2022-ci il tarixdə səhər saat 06:15-də işə gedərkən və axşam saat 21 radələrində işdən qayıdarkən hava qaranlıq olduğu üçün və avtomobilin üzəri parça ilə örtülü olduğu üçün avtomobilin xarici görünüşünü görməmişdir. O 08 dekabar 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yerləşən evdə olmuşdur.O ümumiliklə həmin tarixdə Yasamal rayonu ərazisində olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci polis bölməsində təhqiqatçı polis mayoru Şahid4 ifadəsində qeyd etmişdir ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə Yasamal RPİ-nin 28-ci polis bölməsində təhqiqatçı vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 09 dekabr 2022-ci il tarixdə polis bölməsində əməliyyat qrupunda xidmətdə olmuşdur.Həmin tarixdə saat 16:01-də Zərərçəkmiş şəxs2 DiN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, yaşadığı evin yaxınlığında Yasamal rayonu 7-ci Sallaqxana ünvanında yerləşən Maya klinikasının qarşısında saxladığı kürəkəni Zərərçəkmiş şəxs1 məxsus **-PZ-*** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomobili oğurlanmışdır. O dərhal əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmiş və ətrafda olan mühafizə kameralarını müəyyən etməyə başlamışlar. Həmin ünvanda yerləşən Maya klinikasına məxsus müşahidə kamerasını müəyyən etmiş və dərhal klinikanın rəhbərinə zəng edərək kamera görüntülərini götürülməsində onlara köməklik etməsini xahiş etmişlər. Klinikanın rəhbəri gəldikdən sonra onlar Zərərçəkmiş şəxs2la birlikdə kamera görüntülərinə baxmış,lakin kamera görüntüsündə hava qaranlıq olduğundan avtomobilə sağ tərəfdən yaxınlaşan bir nəfər kişi cinsli şəxs görünsə də şəxsin kimliyini və avtomobilin necə aparıldığı düşməmişdir.Daha sonra yaxınlıqda olan meyvə tərəvəz satan şəxs bizə avtomobilin 08 dekabr 2022-ci il tarixdə saat 20 radələrində bir nəfər şəxs həmin avtomobili evakuatora yükləyərək apardığını bildirmişdir. Daha sonra isə biz vaxt itkisi olmaması üçün ətrafda olan təhlükəsizlik kameralarına baxmış və müəyyən etmişlər ki **-PZ-*** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomobili 90-UX- 131 dövlət qeydiyyat nişanlı evakuator vasitəsi ilə oğurlanıb. Daha sonra evakuatorun sürücüsü müəyyən edilmiş və sürücü vasitəsi ilə avtomobili oğurlayan Təqsirləndirilən şəxs bölmənin əməliyyat müvəkkillləri tərəfindən polis bölməsinə gətirilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu,dəfələrlə həmin ərazidən keçdiyini,həmin avtomobilin daima orada olduğunu,bu səbəbdən avtomobili oğurlamaq qərarına gəldiyini, oğurluğu tək törətdiyini, oğurladığı avtomobili yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivinə aparması üçün 156 xidməti vasitəsi ilə evakuator sifariş etdiyini bildirmişdir. Əlavə olaraq Şahid4 qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs2la birlikdə Maya klinikasında hadisəni əks etdirən kamera görüntülərinə baxarkən bir nəfər şəxsin avtomobilə sağ tərəfdən yaxınlaşdığını, ön qapısını açdığını və bundan sonra avtomobilin arxa arxaya hərəkət etdiyini müəyyən etmişlər. Hadisə baş verən ərazi yol kənarı və səki olduğundan kamera görüntüsündə ətrafda hərəkət edən insanlar görünsə də əlində dəmir parçası ilə olan insan və avtomobilin ətrafında olan 3 nəfər şəxs olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov 89 ünvanında yerləşən “Maya” klinikasının qarşısıdır. (İ/V. 10-11). xx.xx.2022-ci il tarixli “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasam rayonu, X.Dadaşov 89 ünvanının qarşısında yerləşən “Maya” klinikasının qarşısda Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış Daewoo Gentra markalı **-PZ-*** d.q.n avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən hadisəni törədən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Atyalı yaşayış massivindəki həyətindən götürülmüşdür. (İ/V. 26). xx.xx.2022-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 22:00-dan tutulmuşdur. (İ/V. 55). xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. (İ/V. 67). xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 81-83). xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 84). xx.xx.2022-ci il tarixli “Diskin götürülməsi barədə” protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar “Maya” klinikasının təhlükəsizlik kamerasından 8 dekabr 2022-ci il tarixə saat 20:15:19-dan 20:18:20-dək olan görüntü götürülərək cinayət işinə əlavə edilmişdir. (İ/V. 87). Həmin videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntü 01:31 saniyədən ibarətdir. Kamera dayanıqlıdır, ekranda xx.xx.2022, 20:15:19 yazısı vardır. Hadisə yeri Yasamal rayonu, X.Dadaşov 89 ünvanının qarşısıdır. Görüntüdə qarşıda ağ rəngli markası bəlli olmayan bir avtomobil, onun arxasında isə qara rəngli lakin markası bəlli olmayan bir ədəd avtomobil dayanmışdır. Görüntünün 18-ci saniyəsində arxada dayanan qara rəngli avtomobilə sağ tərəfdən bir nəfər yaxınlaşır və sağ ön qapısını açır. Bədənin ön hissəsini avtomobilin içərisinə salan bu şəxs görüntünün 00:40 saniyəsində avtomobildən çıxır və avtomobilin qapısını bağlayır. Daha sonra avtomobil arxa arxaya hərəkət edir. Görünütünün 01:01 saniyəsində yenidən həmin şəxs avtomobilin ön tərəfinə keçir və sol qabaq təkərin yanına yaxınlaşır.01:07-ci saniyədə avtomobil yenidən arxaya hərəkət edərək kameranın görüntüsündən çıxır. 15 mart 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1233 №-li rəyindən görünür ki, 01 ədəd qara rəngli, 2014-cü il buraxılışlı,"Daewoo Gentra” minik markalı , **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə,yəni 2022ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 10500,00 manat müəyyən olunmuşdur. (İ/V. 189-191). 12 aprel 2023-cü il tarixli “Baxış və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki,xx.xx.2022-ci il tarixdə saat 08:00-da Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətindən 1 ədəd qara rəngli Daewoo Gentra markalı **-PZ-*** d.q.n. avtomobil maddi sübut kimi götürmüşdür. (İ/V. 22-26). 30 may 2023-cü il tarixli sorğuya "xxxx" MMC tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:20-20:11 aralığında Yasamal rayonu X.Dadaşov 89 ünvanından Abşeron rayonu Hökməli qəsəbəsi E.Cabbarov/Atyalı 10 ünvanına evakuasiya xidmətinin göstərilməsinə dair xidmətimizin çağrı mərkəzinə ***-***-**-** saylı əlaqə nömrəsi vasitəsi ilə sifariş daxil olmuş və sözügedən sifariş sürücü Şahid1 idarə etdiyi **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra olunmuşdur.Əlavə olaraq danışıqları özündə əks etdirən bir ədəd CD formatlı disk maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 158-160). Həmin diskdə olan səs yazısına məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, səs yazısının ilk saniyələrində özünü evakuator xidmətinin operatoru kimi təqdim edən şəxsin səs yazısı əks olunur.Daha sonra isə Təqsirləndirilən şəxs operatora sifariş verərək avtomobilin Safsu məntəqəsində Atyalına gedəcəklərini zıldirir. Səs yazısının 08-ci saniyəsində operator maşının modelini, qəza və ya texniki səbəbdən nasaz olmasını soruşduqda Təqsirləndirilən şəxs texniki nasaz olduğunu bildirir. Səs vəzisinin 1ci saniyəsində Təqsirləndirilən şəxs operatordan adını soruşur, daha sonra özünü təqdim edərək əvvəllər həmin şirkətdə sürücü kimi işlədiyini bildirir. Səs yazısının 31-ci saniyəsində operator Təqsirləndirilən şəxs köməklik edəcəyini gediş haqqının 20 manata edəcəyini bildirir. Səs yazısının 34-cü saniyəsində Təqsirləndirilən şəxs sifarişi Yasamal rayonu Qələbə dairəsində dayanan Şəhriyara yönləndirməsini xahiş etdikdə operator ondan Şəhriyar bu sifaişdən məlumatı olub olmadığım soruşur. M,Əhmədov isə məlumatı olduğunu bildirir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluğu yoxdur. (İ/V. 126-127). 23 avqust 2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 16 radələrində evə qayıdarkən Daevvo Gentra markalı avtomobilin həyətdə olmadığım görmüş və dərhal DİN-nin 102 XZM-ə zəng edərək bu barədə məlumat vermişdir.Hadisə yerinə gəlmiş Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Şahid4lə birlikdə hadisəni özündə əks etdirən Maya klinikasının təhlükəsizlik kamerasına baxarkən oğurlanmış avtomobilin ətrafında 3 nəfər şəxsin olduğunu,bir nəfərin əlində dəmir parçası ilə avtomobilin arxa şüşəsinin sındırdığını görmüşlər.Lakin hal hazırda istintaqa təqdim edilmiş videogörüntüdə bir nəfər şəxs avtomobilə yaxınlaşaraq avtomobili evakuatora mindirərək apardığını görür.Şahid4 isə qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs2 iddia etdiyi videogörüntnü görməmişdir.Onun Maya klinikasının təhlükəsizlik kameralarından gördüyü və götürdüyü videogörüntü Yasamal RPİ-nin iş-nə təqdim etdiyi görüntüdür. O həmin klinikanın təhlükəsizlik kamerasında Zərərçəkmiş şəxs2 iddia etdiyi videogörüntünü görməmişdir. (İ/V. 187-188). 4 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisəni əks etdirən bir ədəd DVD formatlı disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli 9/1233 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, bir ədəd 156 evakuasiya xidməti tərəfindən səsyazısını əks etdirən CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınaraq iş matariallarına əlavə edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbs və ev dustaqlığı qətimkan tədbiri seçilmiş 3 ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsin (ev dustaqlığının) bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəsini aldığı üçün icra olunması üçün Sumqayıt şəhər probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt şəhər probasiya şöbəsindən Hacıqabul Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2024-cü il tarixdə 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs barədə hökm icraata qəbul edilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasaml Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixində Bakı İstintaq Təcridxanasına təhvil verilmmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs1 yazılı ərizələrindən görünür ki, onlara təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tamamilə ödənilmişdir və ondan heç bir şikayətləri yoxdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısınin Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 3201 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X2, anası X7 və oğlu Şahid2 Mirəddin oğlu ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixində 2136 nömrəsi ilə 2 saylı Sumqayıt Asan Xidmət Mərkəzində qeydiyyata alınmış “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı övladı vardır. Azərbaycan Respublikasının ƏƏSMN DOST Agentliyinin 6 saylı Bakı DOST Mərkəzindən verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X1 “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının ƏƏSMN DOST Agentliyinin 6 saylı Bakı DOST Mərkəzindən verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X6 “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində bir azyaşlı uşağının və yaşlı anasının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını və ondan heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs kimi qiymətləndirilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə hesab edir ki, himayəsində bir azyaşlı uşağının və yaşlı anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olması barəsində daha ağır cəzanın seçilməsi onun himayəsində olan azyaşlı uşağının həyat şəraitinin çətinləşməsinə, onun təlim-tərbiyəsinə və eləcə də psixoloji inkişafına mənfi təsir göstərməsinə gətirib çıxaracağı baxımından məqsədə müvafiq hesab edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Hacıqabul Rayon Məhkəməsinin 1(071)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 1(071)- 48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması hazırki hökmlə təyin olunacaq cəza qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət, 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, eləcə də xx.xx.2024-cü il tarixindən hökm çıxarılan tarixə yəni xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 25 gün müddət olmaqla ümumilikdə 05 ay 27 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı və iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 1(004)-558/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 17 noyabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 90 (doxsan) iş saatına bərabər hesab edilərək, göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 540 (beş yüz qırx) manat məbləğində pul köçürülməlidir. Mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Hacıqabul Rayon Məhkəməsinin 1(071)- 48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət, 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, eləcə də xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 25 gün müddət olmaqla cəmi 05 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 540 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar