Məhkəmə qərarları › İş №1(004)-8/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-8/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-8/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 oğlu, Müdafiəçi1, Müdafiəçi2 Zərər çəkmiş şəxsin hüquqi varisi: X8 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: X2 Təqsirləndirilən şəxs: xx xxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Əbilov küçəsi, ev 69/71-də qeydiyyatda olan və Naxçıvan MR, Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 129, mənzil 16-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, “xxxx” ASC-nin Avtonəqliyyat İdarəsində sürücü işləyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, M.Fətəli küçəsi, ev 108-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi, ev 15, mənzil 107də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Əbilov küçəsi, ev 69/71-də qeydiyyatda olan və Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi Yolu, döngə 12-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 cavabdeh kimi ondan 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4435/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 3(004)-1348/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxxx 2019-cu il tarixə kimi qeyd olunan məbləğdə borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs1 cavabdeh kimi ondan 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4435/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(004)-1649/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxxx 2019-cu il tarixə kimi qeyd olunan məbləğdə borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs2 cavabdeh kimi ondan 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4435/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(004)-1650/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxxx 2019-cu il tarixə kimi qeyd olunan məbləğdə borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qətnamə üzrə tələbkar Zərərçəkmiş şəxs şəxsən tanımır, sonuncunun dostu iş üzrə həqiqi tələbkar olan Şahid1 tanıyır, əvvəllər onunla qohumluq münasibətində olmuş, onlarla hər hansı düşmənçiliyi və ədavəti yoxdur, 2003-cü ildən kommersiya fəaliyyəti ilə (tikinti işləri) məşğul olmuş, Şahid1 “xxxx” ASC-nin “Sənaye” filialın direktoru vəzifəsində olarkən 2007-cı ilin müvxtəlif tarixlərində ümumilkdə 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində ona kredit borcu vermiş, lakin həmin vaxt həmin məbləğdən 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit borcu Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş, 100.000 (yüz min) ABŞ dolları məbləğində kredir borcu Təqsirləndirilən şəxs1 adına və qalan 100.000 (yüz min) ABŞ dolları isə həmin vaxtı öz adına rəsmiləşdirilmiş, lakin həmin məbləğdə olan pullar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilsə də, göstərilən pul faktiki olaraq onun tərəfindən götürülmüş, həmin pulları tikinti işlərinə cəlb etmiş və həmin ərəfədə mütamadi olaraq 5-6 ay ərzində Şahid1 270.000 (iki yüz yetmiş min) manat məbləğində ödəniş etmiş, lakin sonuncu həmin pulların qəbul etdiyini təsdiq etməmiş, binaların tikintisi zamanı şəriki onu aldadaraq ona məxsus olan gəliri ödəməkdən yayınmış, lakin aldadılması barədə heç yerə şikayət etməmiş, lakin müflis olunduğundan qeyd olunan kredit borclarını tam ödəyə bilməmiş, həmin məbləğdə olan kredit borcu eşitdiyinə görə Şahid1 dostu Zərərçəkmiş şəxs maddi köməyi nəticəsində ödənilmiş, daha sonra isə onlar tərəfindən həmin pulları ondan tələb etmək məqsədi ilə məhkəməyə müarciət etmişlər və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, ondan 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları, Təqsirləndirilən şəxs1 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları və Təqsirləndirilən şəxs2 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən başlanılmış icra işi ilə bağlı ona verilmiş könüllü müddət ərzində icra olunmadığından məcburi icra tədbirləri keçirilmiş, adına hər hansı pul vəsaiti və ya əmlak olmadığıdan tələbin yönəldilməsi mümkün olmamış, icra vərəqəsinin icra olunmaması səbəbindən barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmiş, bundan sonrada ona icra etmək üçün müddət verilsə də, həmin icra vərəqəsini maddi imkanı olmadığından icra edə bilməmiş, məhkəmə qətnaməsinə hörmətlə yanaşır, icrasından yayınmır, sadəcə maddi vəziyəti pis olduğundan borcunu qaytara bilmir, lakin hissə-hissə ayda ***-**** manat arası ödəniş etməyə hazırdır və həmin təklifi tələbkara bildirmiş, lakin sonuncu hissə-hissə ödəmədən imtina etmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, lakin hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını, buna görə onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 “xxxx” ASC-nin “Sənaye” filialın direktoru vəzifəsində olarkən 2007-cı ilin müvxtəlif tarixlərdə qohumu olmuş Təqsirləndirilən şəxs3 ümumilkdə 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində kredit borcu vermiş, lakin həmin vaxt həmin məbləğdən 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit borcu onun adına rəsmiləşdirilmiş, 100.000 (yüz min) ABŞ dolları məbləğində kredir borcu Təqsirləndirilən şəxs3 adına və qalan 200.000 ( iki yüz min) ABŞ dolları isə Təqsirləndirilən şəxs3 dostu Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş, lakin həmin məbləğdə olan pul adına rəsmiləşdirilsə də, göstərilən pul faktiki olaraq Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, bunu Təqsirləndirilən şəxs3 özü də etiraf etmiş, Təqsirləndirilən şəxs3 həmin vaxt kommersiya fəaliyəti ilə (tikinti işləri) məşğul olarkən müflis olmuş, bu səbəbdən həmin krediti bağlaya bilməmiş, bu səbəbdən Şahid1lə aralarında gərginlik yaranmış, həmin məbləğdə olan kredit borcu Şahid1 dostu Zərərçəkmiş şəxs maddi köməkliyi nəticəsində ödənilmiş, daha sonra isə onlar tərəfindən reqress şəkilində həmin pulları Təqsirləndirilən şəxs3 məhkəmə qaydasında tələb etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs3 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları, ondan 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları və Təqsirləndirilən şəxs2 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən başlanmış icra işi ilə bağlı ona verilmiş könüllü müddət ərzində icra olunmadığından məcburi icra tədbirləri keçirilmiş, adına hər hansı pul vəsaiti və ya əmlak olmadığından tələbin yönəldilməsi mümkün olmamış, icra vərəqəsinin icra olunmaması səbəbindən barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmiş, bundan sonrada ona icra etmək üçün müddət verilsə də, həmin icra vərəqəsini icra edə bilməmiş, məhkəmə qətnaməsinə hörmətlə yanaşır, icrasından yayınmır, lakin qətnamə üzrə qeyd olunan məbləğdə pul Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, sadəcə sonuncunun sürücüsü olaraq ondan bankda olan sənədlərin imzalanmasını xahiş etmiş, Təqsirləndirilən şəxs3 apardığı tikinti işləri üçün kredit olduğunu bildirmiş, bununla bağlı onun heç bir məsuliyyəti olmayacağını demişdir. Hazırda yaşayış vəziyyəti ağırdır, lakin hissə-hissə olsa da həmin məbləğdə pulun ödənilməsinə etiraz etməmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, lakin hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını, buna görə onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 “xxxx” ASC-nin “Sənaye” filialın direktoru vəzifəsində olarkən 2007-cı ilin müvxtəlif tarixlərdə qohumu olmuş Təqsirləndirilən şəxs3 ümumilkdə 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində kredit borcu vermiş, lakin həmin vaxt həmin məbləğdən 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit borcu onun adına rəsmiləşdirilmiş, qalan məbləğdə kredir borcu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş, qeyd olunan kredit adına rəsmiləşdirilsə də, göstərilən pul faktiki olaraq Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, götürülən pul Təqsirləndirilən şəxs3 qaytarılmadığından Şahid1lə aralarında gərginlik yaranmış, həmin məbləğdə olan kredit borcu Şahid1 dostu Zərərçəkmiş şəxs maddi köməyi nəticəsində ödənilmiş, daha sonra isə onlar tərəfindən reqress şəkilində həmin pulu Təqsirləndirilən şəxs3 məhkəmə qaydasında tələb etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs3 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları, Təqsirləndirilən şəxs1 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları və ondan 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən başlanmış icra işi ilə bağlı ona verilmiş könüllü müddət ərzində icra olunmadığından məcburi icra tədbirləri keçirilmiş, adına hər hansı pul vəsaiti və ya əmlak olmadığından tələbin yönəldilməsi mümkün olmamış, icra vərəqəsinin icra olunmaması səbəbindən barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmiş, bundan sonrada ona icra etmək üçün müddət verilsə də, həmin icra vərəqəsini icra edə bilməmiş, məhkəmə qətnaməsinə hörmətlə yanaşır, icrasından yayınmır, lakin qətnamə üzrə qeyd olunan məbləğdə pul Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, sadəcə sonuncunun dostu olaraq ondan bankda olan sənədlərin imzalanmasını xahiş etmiş, S.Novuzovun apardığı tikinti işləri üçün kredit olduğunu bildirmiş, bununla bağlı onun heç bir məsuliyyəti olmayacağını demişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, lakin hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını, buna görə onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs hüquqi varisi kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır, sonuncu xx.xx.2019-cu il tarixdə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, lakin uzun sürən müalicə nəticə vermədiyindən xx.xx.2019-cu il tarixdə rəhmətə getmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4435/2016 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs3 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları, Təqsirləndirilən şəxs2 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları, Təqsirləndirilən şəxs1 isə 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamə borclular tərəfindən qərəzli olaraq icra olunmaması səbəbindən həmin fakt üzrə Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin məlum hadisədən sonra Zərərçəkmiş şəxs iş üzrə iştirakı mümkün olmadığından sonuncunun həyat yoldaşı və qızlarının xahişi üzrə ailənin adından Zərərçəkmiş şəxs hüquqi varisi qismində iştirak edilməsi məsləhət olunmuş, Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan şəxslərə qarşı təxminən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində iddia sürsədə, məlumatına görə həmin iddia tələbi razılıq əsasında onun dostu Şahid1lə birgə olmuş, həmin qətnamə üzrə borclular tərəfindən heç bir ödəniş olunmamış və ümumiyyətlə borclular Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsən tanımır və onlarla heç bir münasibəti yoxdur, sadəcə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tələbin, yəni qətnamədə qeyd olunan məbləğin ödənilməsini təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qətnamələri tam icra edərək, borclarını tamamilə ödəmişlər, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin 38 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ona vurulmuş ziyanı tam şəkildə ödəmişlər, həmin təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4435/2016 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs3 104070 (yüz dörd min yetmiş) ABŞ dolları, Təqsirləndirilən şəxs2 233271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları, Təqsirləndirilən şəxs1dan isə 90776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin könüllü ödənilməsi borclular tərəfindən təmin edilməmiş, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borcluların mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş, icraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs3 Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarları ilə hər biri 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmiş, bundan sonra borcun ödənilməsi üçün Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də borcun ödənilməsi təmin edilməmiş, tələbi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ölkədən getmək hüquqları Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmış, icraat dövründə borclular tərəfindən ümumiyyətlə ödəniş həyata keçirilməmiş, iş üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1 xx.xx.2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borcluların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş, iş üzrə borclulara dəfələrlə xəbərdarlıq edilməsinə, barələrində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışlar. Bu səbəbdən borclular tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barələrində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-cı ildə “X7” ASC-nin “Sənaye” filialın direktoru vəzifəsində işləyərkən komersiya fəaliyyəti ilə məşğul olan qohumu Təqsirləndirilən şəxs3 kredit almaq məqsədi ilə ona müraciət etmiş, razılıq verdikdən sonra xx.xx.2006-cı il tarixdə kredit müaviləsi bağlayaraq 100.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs3, xx.xx.2007-ci il tarixdə kredit müaviləsi bağlayaraq 200.000 ABŞ dolları məbləğində Təqsirləndirilən şəxs3 dostu Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 100.000 ABŞ dolları məbləğində Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs1 vermiş, lakin ümumi 400.000 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs3 tərəfindən götürülmüş, çünki həmin məbləği bir nəfərə verilməsi bank tərəfindən yol verilmədiyindən həmin məbləğdə olan pul bir neçə şəxs arasında bölüşdürülmüş, həmin kredit müqavilələri üzrə cuzi ödənişlər olunsa da, Sənan Novruz sonradan qohumluq münasibətlərindən istifadə etməklə kredit üzrə aylıq ödənişləri etməkdən yayınmış, müəyyən müddətdən sonra həmin kreditlər problemli kredit kimi bankda qeydə alındığından və öz işində problem yaratmamaq üçün həmin kredit müqavilələr üzrə yaranmış borclar 2010-cu ildə dostu, hazırda iş üzrə tələbkar Zərərçəkmiş şəxs köməyi ilə ödənilmiş, bundan sonra Zərərçəkmiş şəxs pulunu qaytarmaq məqsədi ilə Təqsirləndirilən şəxs3 həmin pulları tələb etsə də sonuncu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmış, 2015-ci ildə Zərərçəkmiş şəxslə birlikdə iddia ərizəsi ilə məhkəməyə müarciət etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)- 4435/2016 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs3 104.070 (yüz dörd min yetmiş) ABŞ dolları, Təqsirləndirilən şəxs2 233.271 (iki yüz otuz üç min iki yüz yetmiş bir) ABŞ dolları, Təqsirləndirilən şəxs1 isə 90.776 (doxsan min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclular barəsində verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borclulara icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclular tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən hər biri barəsində inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuş, bundan əlavə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən onlara yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu Zərərçəkmiş şəxs qaytarmamışlar, qətnamənin icrasından qərəzli olaraq yayınmışdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə qətnaməsini tam icra etmişlər, borclarını tam ödəmişlər, onlara qarşı heç bir şikayət və tələb yoxdur. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxslər törətdiyi əməli etiraf edirlər, əməllərindən peşmandırlar, təqsirləndirilən şəxslər məhkəmə qətnaməsini tam icra etmişlər, borclarını tam ödəmişlər, onlara qarşı heç bir şikayət və tələb yoxdur, təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxsin hüquqi varisi cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxslər barələrində xx.xx.2019-cu il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 690 (altı yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 690 (altı yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 690 (altı yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar