Məhkəmə qərarları › İş №1(004)-8/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-8/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-8/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 21 sentyabr 2021-ci il tarixdə saat 17:15 dəqiqədə BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Accent» minik markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ilə üzü Qələbə dairəsi istiqamətində köməkçi yolla 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 2 ünvanının qarşısında yolu soldan sağa doğru keçən piyada X8 idarə etdiyi «Hyundai Accent» minik markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyinin yumşaq qoşası altına və yan mədəciklərinə qansızmalar, burunun və hər iki almacıq sümüyünün sınığı, hər iki göz yuvası nahiyəsinin hematoması, sağ ənsə nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin əzilmiş yaralan kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək məhkəmə istintaqı zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əvvəllər keçirilmiş məhkəmə iclsında verdiyi ifadəni elan etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində qeyd edilmişdir ki, o, təxminən 47 ildir ki, avtomobil idarə edir. 21 sentyabr 2021-ci il tarixdə saat 16:20 radələrində ona məxsus olmayan, etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” minik markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobillə Yasamal rayonu, A.Salamzadə küçəsində yerləşən “Qələbə” dairəsi istiqamətində 40-45 km/saat sürətlə hərəkət etdiyi zaman eyni istiqamətdə körpünün kənarlarına bərkidilmiş məhəccərin qurtaracağında olan beton tomba tərəfdən anidən bir nəfər şəxs çıxaraq özünü onun idarə etdiyi avtomobilin mühərrik hissəsinin örtüyünün üzərinə atmış və o, dərhal idarə etdiyi avtomobili dayandırmışdır. O, həmin şəxsin dirsəyinin avtomobilin ön şüşəsinə dəydiyini və bundan sonra onun avtomobilin sağ tərəfinə düşərək yuvarlandığını görmüşdür. O, dərhal idarə etdiyi avtomobildən düşərək həmin şəxsə yaxınlaşmış və onu yerdə huşunu itirmiş vəziyyətdə görmüşdür. Bundan sonra tez bir şəkildə 103-ə zəng edərək oraya təcili tibbi yardım çağırmışdır, lakin təcili tibbi yardım hadisə yerinə gec, təxminən 45 dəqiqə sonra gəlmişdir. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəldiyi üçün o, vurulan şəxsi öz avtomobil ilə xəstəxanaya apara bilməmişdir və həmin şəxs hadisə yerində vəfat etmişdir. Hadisə zamanı o, avtomobili sürətlə idarə etməmişdir, tələsdiyi yer olmamışdır. Hadisə yerində yerüstü piyada keçidi olmamışdır. O, piyadanın onun avtomobilinin mühərrik hissəsinin örtüyünün üzərinə düşməsini bir anlıq görmüşdür, həmçinin körpünün kənarında quraşdırılmış dəmir məhəccərin qurtaracağında beton tumba olması səbəbindən onun tumbanın arxasından gələn piyadanı görə bilməyi mümkün olmamışdır. Bununla bərabər məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatını da elan etmişdir. Həmin izahatdan görünür ki, Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1, ev 3B, m ənzil 5-də yaşayan X4 məxsus Hyundai Accent minik markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edirmiş, özünün avtomobili idarə etməkdə 45 illik təcrübəsi vardır, birinci dəfə imiş ki, nəqliyyat hadisəsi törədirmiş. O, xx.xx.2021-ci il tarixdə təxminən saat 17:15 radələrində idarə etdiyi Hyundai Accent minik markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ilə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti istiqamətində hərəkət edirmiş və həmin vaxt o, Tbilisi prospektinə çatmamış körpünün altından geriyə doğru qayıtmış, yəni A.Salamzadə küçəsi ilə Qələbə dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu vaxt eyni istiqamətdə körpünün kənarlarına bərkidilmiş məhəccərin qurtaracağında olan beton tombaya çatmamış, bir anlığa bir nəfər şəxsin idarə etdiyi avtomobilin mühərrik hissəsinin örtüyünün üzərinə sağ tərəfi üstə düşməsini və başının idarə etdiyi avtomobilinin qabaq alın şüşəsinin sağ yuxarı hissəsinə dəyməsini görmüşdür. Həmin şəxsin başı avtomibilin qabaq alın şüşəsinə dəydikdən sonra o, avtomobilin hərəkətini dayandırmış, həmin şəxs sürüşərək asfalt betonun üzərinə düşmüşdür. O, avtomobildən yerə düşmüş, həmin şəxsə yaxınlaşmış və həmin şəxsin başından qan gəlirmiş, lakin o, hərəkət edirmiş, başını qaldırmışdır. O, piyadaya nəsə lazım olmasını və bədəninin hansı hissələrinin ağradığını soruşmuş və həmin vaxt da bədəni ağradığından, əziyyət çəkməsini işarə etmiş, o, da kənar şəxslərə su gətirmələrini bildirmişdir. O, bunu görəndən sonra dərhal 103 təcili tibbi yardım stansiyasına zəng vurmuş, oraya avtomobili ilə piyadanı vuraraq xəsarət yetirdiyini, həmin şəxsin tibbi yardıma ehtiyyacı olduğu barədə məlumat verərək, təcili gəlmələrini istəmişdir. Təcili tibbi yardım stansiyasının operatoru məndən hadisənin baş verdiyi ünvanı soruşmuş, o, da hadisənin Yasamal rayonu A.Salamzadə küçəsində yerləşən Karvan şadlıq sarayı ilə üzbəüz yerləşdiyini bildirmişdir. Həmin vaxt da orada olan şəxslər də 103 xidmətinə əlavə olaraq zəng vurmuşdular. Həmin vaxt da hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişlər, foto şəkillərini çəkmişlər, o, polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Lakin ona məlum olmayan səbəblərdən təcili tibbi yardım maşını təxminən bir saatdan sonra hadisə yerinə gəlmiş, həmin vaxt da maşınımla vurduğu şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Təcili tibbi yardım stansiyasının həkimləri şəxsin öldüyünü görüb heç bir tibbi yardım göstərə bilmədiklərini bildirmişlər və çıxıb getmişdilər. Hadisə zamanı o, heç bir xəsarət almamışdır, ona görə də məhkəmə-tibbi ekspertizasından müayinədən keçməkdən imtina etmişdir. Hadisə zamanı zərbədən idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin sağ hissəsi, mühərrikin örtüyü əzilmişdir. Hadisə yerində avtomobil kənar əşyalara toxunmamışdır. Səhvini başa düşmüş, gələcəkdə bir daha belə hallara yol verməyəcəkmiş, nəqliyyat vasitələrini idarə edərkən diqqətli olacaqmış. Hadisə yeri yaşayış məntəqəsi ərazisində yerləşir, hadisə baş verən avtomobil yolunda maksimum sürət həddi 60 km/saat müəyyən edilmiş, hadisə yerində yerüstü piyada keçidi olmamış, yəni asfalt beton üzərində piyada keçidini müəyyən edən xəttlər olmamış, lakin hadisə yerinin sol tərəfində qarşı-qarşıya hərəkət zolağı olan avtomobil yolu var imiş, həmin avtomobil yolunu da onun hərəkətdə olduğu avtomobil yolu ilə enli və hündür daş səki ayırır, onun hərəkətdə olduğu avtomobil yolu bir tərəfli yol olmuş və hadisə yerində işıqfor quraşdırılmamışdır. O, piyadanın onun avtomobilinin mühərrik hissəsinin örtüyünün üzərinə düşməsini ani şəkildə görmüş, artıq həmin vaxt təxminən 30 sm məsafə var imiş, həmçinin körpünün kənarında quraşdırılmış dəmir məhəccərin qurtaracağında beton tumba olmuş, o da tumbanın arxa tərəfindən piyadanın gəlməsini görməyə imkan vermirmiş, hadisə yerində ümumiyyətlə piyadanın keçməsi üçün icazə verən hər hansı bir yol nişanı olmamış və piyadanın oradan keçməsi təhlükəli olmuş, əgər o, piyadanın keçməsini görsəydi əyləc sistemindən istifadə edərmiş və onda hadisənin baş verməsinin qarşısını almamışdır. Baş vermiş hadisə zamanı o, avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Onun hərəkətinə mane ola biləcək hər hansı bir nəqliyyat vasitəsi olmamış və o, avtomobili idarə edərkən spirtli içki və psixotrop maddə qəbul etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsi ev 24, mənzil 24-də qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi məhəllə 135-də yaşayır. X2 onun həyat yoldaşı olmuşdur. O, Sənanla 2009-cu ilin avqust ayında el adəti ilə ailə həyatı qurmuş və aralarında olan nikah isə 2010-cu ili naprel ayının 03-də rəsmi qeydə alınmışdır. Birgə nikahdan 01 iyun 2010-cu il tarixdə İnci və 12 yanvar 2015-ci il tarixdə Nərmin adlı iki uşağı olmuşdur. Sənan özü «X11 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı filialında operator vəzifəsində işləmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evində olmuş və həmin vaxt da Sənanın istirahət günü imiş, həmin vaxt ona demiş ki, Tbilisi prospektində yerləşən Solitan mağazasına gedirəm və çıxıb getmişdir. Bir az keçməmiş o, evdə olanda qonşu Afi adlı şəxs evlərinə gəlmiş və demiş ki, Sənanı evinizin yanında, yəni A.Salamzadə küçəsində maşın vurmuşdur. O, dərhal evdən çıxıb hadisə yerinə gəlmiş, orada çoxlu adamlar yığışmışdır. Həmin vaxt görmüş ki, bir nəfər şəxs asfalt yolun üzərində uzanmış, üzərini də döşək üzü ilə örtmüşdülər. Həmin vaxt da yerə uzanmış şəxsin yanında qaynanası Dilşad və baldızı Gülzar yerin üzərində oturmuşdular və ağlaşırlarmış. Həmin vaxt orada olan qonşular onu ora yaxınlaşmağa qoymamışlar və ona demişlər ki, getmə, baxa bilməzsən. Sonra bir az müddət keçəndən sonra o, hadisə yerinə yaxınlaşmış, görmüş ki, Sənan artıq aldığı xəsarətlərdən rəhmətə getmişdir, asfalt örtüyün üzərinə qan yayılmışdır. Həmin vaxt təcili tibbi yardım maşını və polis əməkdaşları hadisə yerində olmuşdur. O, həmin vaxt həkimlərdən nə səbəbə Sənana tibbi müdaxilə etməmələrini soruşmuş, həkimlər demişlər ki, artıq gecdir, Sənan aldığı xəsarətlərdən ölmüşdür. Sonra Sənanın meyitini müayinə olunmaqdan ötrü ekspertizaya aparmışdılar. Həmin tarixdə Sənanın meyiti müayinə olunduqdan sonra axşam saatlarında evə gətirilmişdir. xx.xx.2021-ci il tarixdə Sənan Abşeron rayonu Xırdalan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Sənan Quliyev nə spirtli içki, nə də narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş və o, da şahidi olmamışdır. Sənan Quliyev nə vaxtsa psixi və narkoloji xəstəlikdən əziyyət çəkməmiş və bununla əlaqədar nə vaxtsa psixi və ya narkoloji xəstəxanada müalicə almamışdır. O, özü hadisə yerində olmamış, ancaq qonşulardan eşitmiş ki, Sənan A.Salamzadə küçəsində yerləşən avtomobil yolunu Qələbə dairəsi istiqamətində soldan sağa keçərkən, yəni evə gələrkən, köməkçi yolda qara rəngli Hyundai markalı avtomobil tərəfindən vurulmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 01, İ/V. 1). “Baxış aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanın qarşısında yerləşir, yolun sol kəranıdan sağ kənarına keçən, ünvan 5 ünvanında yaşayan, xx.xx.1980-cı il təvəllüdlü X8 hərəkətdə olduğu zolaqda, yolun sağ kənarına çatmağa 6,5 metr məsafə qalmış vurmuş, nəticədə piyada X13 aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktı üzrə toplanmış materiallar olmuşdur. (cild 01, , İ/V. 5-11). xx.xx.2021-ci il tarixli 2/27112 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (cild 01, , İ/V. 32). “Zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X2nun həyat yoldaşı X12 cinayət işi üzrə zərarçəkmiş şəxsin hüquqi varisi qismində təyin edilmişdir. (cild 01, İ/V. 39-40). Ölüm haqqında şəhadətnaməinin surətundən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmuşdur. (cild 01, İ/V. 38). “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X21 21 sentyabr 2021ci il tarixli 119 nömrəli rəyindən görünür ki, X7 baş beyinin yumşaq qişası altına və yan mədəciklərinə qansızmalar, burunun və hər iki almacıq sümüyünün sınığı, hər iki göz yuvası nahiyyəsinin hematoması, sağ ənsə nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, sol əlin əzilmiş yarası ilə nəticələnən xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan Ağır zərər vurmanın əlamətlərini daşıyır, ölümünə səbəb almış olduğu kəllə-beyin travması nəticəsində baş vermiş beyin qişası altına və yan mədəciklərə qansızma olmuşdur. (cild 01, İ/V. 60-65). xx.xx.2021-ci il tarixli “Baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidməti tərəfindən Yasamal RPİ-nə təqdim edilmişi TŞ-2-122 nömrəli video müşahidə kamerasının görüntülərinə əsasəən müəyyən edilmişdir ki, SD diskdə Lenova markalı kompyuterdə açılarkən, içərisində 3 ədəd içərisində video görüntü olan fayl mövcuddur. Həmin faylların biri, üzərində «TŞ2-122(1) Yasamal ərazisi 2021-09- 21_17h05min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:05:00-dən saat 17:30:00dək avtomobillərin Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsində yerləşən baş yolda qarşı qarşıya hərəkət etməsi, həmçinin Yasamal rayonu Salamzadə küçəsində yerləşən ikinci dərəcəli yolda Qələbə dairəsi istiqamətində avtomobillərin hərəkətdə olması, sonradan həmin tarixdə saat 17:12:00 da artıq hadisənin baş verməsi və hadisə yerində avtomobillərin dayanması görünür. Digər ikinci fayla, üzərində «TŞ2-122 (2) Yasamal ərazisi 2021-09-21 _17h05min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, xx.xx.2021- ci il tarixdə saat 17:08:42də piyada X18 rayonu Salamzadə küçəsində yerləşən əsas yolda Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan Hyundai Santafe markalı avtomobildən düşərək, Qələbə dairəsi istiqamətində yolun sol kənarında dayanması, həmin tarixdə saat 17:09:40-da yolun sol kənarından qarşı- qarşıya hərəkətdə olan avtomobil yollarını ayıran zolağın üzərində olan bardyora tərəf asta qaçışla qaçaraq dayanması, sonra isə həmin tarixdə saat 17:09:05-də avtomobil yolunun ortasından yolun sağ kənarına asta qaçışla keçməsi görünür. Digər üçüncü fayla, üzərində «TŞ2-122 (3) Yasamal ərazisi 2021-09- 21_17h05min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:05:00-dan 17:30:00-dək olan müddət ərzində avtomobillər Yasamal rayonu Salamzadə küçəsində yerləşən körpünün üzərində qarşı- qarşıya hərəkət edirlər, orada hadisənin hansı şəraitdə baş verməsi ilə əlaqədar hər hansı bir video görüntü müəyyən edilməmişdir. (cild 01, İ/V. 68). Məhkəmə istintaqı zamanı həmin diskə baxış keçirilmişdir və protokolda qeyd edilənlər öz təsdiqin tapmışıdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 29-cu PŞ-nin məktubu ilə istintaqa təqdim edilmiş hadisə yerindən götürülmüş anbarın müşahidə kamera görüntülərinə keçirilmiş baxış zamanı xx.xx.2021 -ci il tarixdə saat 17:10:10-da piyada X18 rayonu Salamzadə küçəsində yerləşən qarşı-qarşıya hərəkətdə olan avtomobillərin hərəkətdə olduğu avtomobil yolunu Qələbə dairəsi istiqamətində asta qaçışla piyada keçdikdən sonra, ikinci dərəcəli yolun üzərinə düşərək, yolu soldan sağa keçmək istəyərkən dayandığı vaxt, həmin ikinci dərəcəli yolda Qələbə dairəsi istiqamətində hərəkətdə olan Hyundi Accent markalı avtomobil tərəfindən, avtomobil hərəkətdə olduğu vaxt piyada ilə arasında təxminən 01 metr məsafədə vurulması piyada aldığı xəsarətlərdən ikinci dərəcəli yolda avtomobil yolunun üzərində vəfat etməsi müəyyən edilmişdir. (cild 01, İ/V. 70). Məhkəmə istintaqı zamanı həmin diskə baxış keçirilmişdir və protokolda qeyd edilənlər öz təsdiqin tapmışıdır. Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 17 dekabr 2021-ci il tarixli 8/3026 nömrəli rəyindən görünür ki, «Hyundai Accent» markalı, 99- NN-250 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Ekspertiza tədqiqinin dəyəri 100 manat təşkil edir. (cild 01, İ/V. 83-85). 29 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, 17 dekabr 2021ci il tarixli 8/3026 nömrəli “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın icraçısı olmuş ekspert İntiqam Babayev məhkəmə iclasna dəvət edilərək sözügedən rəylə bağlı dindirilmişdir. O, qeyd etmişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, 99- NN-250 dövlət qeydiyyat nişanlı avtomobillə piyada X6 vurulması ilə bağlı cinayət işi üzrə “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” 01 noyabr 2021 -ci il tarixli qərara əsasən ekspertiza apararaq 17 dekabr2021-ci il tarixli 8/3026 nömrəli ekspert rəyi vermişəm. Həmin rəydə müəyyən olunmuşdur ki, “Hyundai Accent” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert rəyi verilərkən hadisə ilə əlaqədar məlumatlar hadisə yerinə baxış protokolu, sxem, ifadənin yerində yoxlanılması protokolu və digər istintaq materialları vasitəsilə tədqiq olunmuşdur. Hadisə ilə əlaqədar videogörüntülər eksperyizaya təqdim olunmamış və bu baxımdan araşdırılmamışdır. “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” 01 noyabr 2021 -ci il tarixli qərarda göstərilən “Hyundai Accent" markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin hərəkət hissəsində dayanmış piyadanın yolu soldan sağa doğru keçməyə başladığı andan yaranması və həmin andan piyadanın vurulma yerinə kimi 3 saniyə vaxt keçməsi məsələsinin qiymətləndirilməsi məsələsi cinayət işi üzrə ekspertiza keçirilməsi barədə qərar qəbul etmiş müstəntiqin səlahiyyətinə aid olmuş və mən yalnız həmin qərarda ekspert qarşısında qoyulmuş sualları cavablandırmışdır. (cild 2, İ/V. 89-95). 8 yanvar 2022-ci il tarixli “İstintaq eksperimenti” protokolundan görünür ki, istintaq eksperimenti qrupunun iştirakçıları, istintaq qrupunun rəhbərinin idarə etdiyi Ford Fyujin markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində yerləşən körpünün altından ikinci dərəcəli yolla Qələbə dairəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətə başladıq. Hərəkət zamanı müəyyən edildi ki, ikinci dərəcəli yoldan solda yerləşən baş yol səviyyəcə ikinci dərəcəli yoldan hündürdə yerləşdiyindən və ikinci dərəcəli yolun solunda sıx şəkildə həmişəyaşıl ağac kolları əkildiyindən, piyadanın vurulduğu nöqtəyə qədər yolun solunda, yəni baş yolda hər hansı nəqliyyat vasitəsinin, həmçinin də piyadanın olmasını və hərəkətini müşahidə etmək mümkün deyildir. Göstərilən istintaq eksperimenti hərəkəti üç dəfə təkrarlandı və eyni nəticə əldə edildi, yəni müəyyən edildi ki, mərhum piyada X1 Təqsirləndirilən şəxs hərəkət etdiyi ikinci dərəcəli yola daxil olduğu anadək, sonuncunun piyadanın görmək imkanı olmamışdır.(cild 01, İ/V. 88). 04 fevral 2022-ci il tarixli “komisyon məhkəmə yol-nəliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” Qərardan görünür ki, cinayət işi üzrə komisyon məhkəmə yol-nəliyyat hadisələri ekspertizası təyin edilərək qərar qəbul edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Espertiza Mərkəzinə göndərilmişdir. (cild 01, İ/V.93-94). Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 17 mart 2022-ci il tarixli 8/467 nömrəli rəyindən görünür ki, Hyundai Accent minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. Ekspertiza tədqiqinin dəyəri 100 manat təşkil edir (cild 01, İ/V. 99- 101). 01 iyun 2022-ci il tarixli “İstintaq eksperimenti” protokolundan görünür ki, X1 Təqsirləndirilən şəxs hərəkət etdiyi ikinci dərəcəli yola daxil olduğu anadək, sonuncunun piyadanın görmək imkanı olduğu və istintaq eksperimentində iştirak edən şəxs X9 dayandığı yerdən, yəni sürücünün piyadanı görməli olduğu yerdən vurulduğu yerə qədər orta sürətlə qaçışla həmin məsafəni qət etməsi təklif edildi və məlum oldu ki, piyada həmin məsafəni orta sürətli qaçışla 3 dəfə qət etdikdə məlum oldu ki, sürücünün piyadanı görməli olduğu yerdən vuruduğu yerə qədər qət olunan məsafəyə qət olunan zaman 2,5 saniyyə müəyyən edilmişdir. (cild 01, İ/V. 104-105). 01 iyun 2022-ci il tarixli “Əlavə komisyon məhkəmə yol-nəliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” Qərardan görünür ki, cinayət işi üzrə əlavə komisyon məhkəmə yol-nəliyyat hadisələri ekspertizası təyin edilərək qərar qəbul edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Espertiza Mərkəzinə göndərilmişdir. (cild 01, İ/V.106- 107). Məhkəmə Ekspertiza Mərkəzinin “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 1 iyun 2022-ci il tarixli 8/1444 nömrəli rəyindən görünür ki, «Hyundai Accent» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqinin dəyəri 85 manat təşkil edir. (cild 01, İ/V. 112-114). 29 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, 1 iyun 2022-ci il tarixli 8/1444 nömrəli “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın icraçısı olmuş ekspert Hikmət İbişov məhkəmə iclasna dəvət edilərək sözügedən rəylə bağlı dindirilmişdir. O, qeyd etmişdir ki, 04 fevral 2022-ci il tarixli “komisyon məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” və 01 iyun 2022-ci tarixli “əlavə komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə” qərarlara əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada X6 vurulması ilə bağlı cinayət işi üzrə iki dəfə ekspert tədqiqatı aparmaqla ekspert rəyi vermişəm. İstintaq tərəfindən müəyyən edilərək qərarda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs “Hyundai Accent” markalı avtomobili “Qəbələ” dairəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən yolu soldan sağa doğru qaçaraq keçən piyada S.Quliyevi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın sol tərəfdən “Hyundai Accent” markalı avtomobilin hərəkət yoluna daxil olduğu andan yaranması və həmin adan piyadanın qaçışla avtomobil ilə vurulma yerinə kimi 1,6 metr məsafə qət etdiyi qeyd olunmuşdur. Mən hesab edirəm ki, müstəntiq tərəfindən 08 yanvar 2022-ci il tarixində keçirilmiş istintaq eksperimenti düzgün aparılmamışdır və bu səbəblə də mən ekspertiza təyin olunması barədə 04 fevral 2022-ci il tarixli qərarda ekspert qarşısında qoyulmuş sualları cavablandıraraq ekspert rəyində göstərmişəm ki, hadisəni əks etdirən videogörüntüdən “Hyundai Accent” markalı avtomobilin piyadanı vurmamışdan əvvəl stop (tormoz) işıq siqnalının yanması və “Hyundai Accent” markalı avtomobilin piyadanı vurduqdan sonra irəliyə doğru təxminən öz qabarit uzunluğu qədər məsafə qət edib dayanması məlum olmuşdur. Bu onu izah edir ki, “Hyundai Accent” markalı avtomobilin sürücüsü təhlükə qarşısında reaksiya verməklə tormozlanma əməliyyatı aparmış və avtomobil tormozlanmış vəziyyətdə hərəkət edərək piyadanı vurmuşdur. xx.xx.1980ci il təvəllüdlü kişi cinsli piyadanın adi qaçışla 1,6 metr məsafəni qət etmə müddəti 0,51- 0,75 saniyəyə uyğundur. Lakin həmin vaxt ərzində sürücünün hərəkəti üçün yaranmış təhlükəyə reaksiya verməsi, tormozlanma əməliyyatı aparması nəzəri və praktiki cəhətdən mümkün deyildir. Həmçinin sürücünün hərəkəti üçün təhlükə Dİyadanın hərəkət hissəsinə daxil olduğu andan deyil, ondan əvvəl piyadanın onun görünüşünə düşdüyü andan yaranmışdır. Bu səbəbdən də istintaq tərəfindən qərarda göstərildiyi kimi sürücünün hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinə daxil olduğu andan yaranması və həmin andan piyadanın adi qaçışla avtomobil ilə vurulma yerinə kimi 1,6 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığı üçün Hyundai Accent” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmaması barədə rəy verilmişdir. (cild 2, İ/V. 89-95). Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 01, İ/V. 126). “Qətimkan tədbirinin seçilməsi haqqında” 5 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. (cild 01, İ/V. 146). 08 avqust 2022-ci il tarixli DİN-nin DYP Web portalından görünür ki, bazasının məlumatlarına əsasən xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixdək etibarlıdır) AD 150631 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(004)35/2023 saylı qərarından görünür ki, cinayət işi üzrə “Kompleks məhkəmə videotexniki və yol-nəliyyat hadisələri avtotexniki ekspertizası” təyin edilmişdir. (cild 02, İ/V.137-144). Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri və audio videoyazılar haqqında” 10 may 2023-cü il tarixli 8/426-4/191 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “kodak” adlı videoyazılara görə Hundai Accent markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobildən irəlidə hərəkətdə olan qara rəngli və ağ rəngli avtomobillərin orta hərəkət sürəti V = 65 km/saat, Hundai Accent markalı avtomobilin orta hərəkət sürəti isə V = 46 km/saat olmuşdur. Tədqiq olunan videoyazıda piyadanın vurulma anı dəqiq görünmədiyindən “piyadanın sürücünün hərəkəti istiqamətində yolu soldan sağa doğru iti sürətli qaçışla keçmək məqsədilə təqsirləndirilən şəxsin hərəkət hissəsinə daxil olduğu andan piyadanın vurulduğu ana qədər nə qədər vaxt keçmişdir” sualı üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Hyundai Accent markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranması və təhlükə yaranan andan vurulmaya kimi piayadanın 1,6 məsafə qət etməsi, real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqar aparılmır. Mövcud şəraidə sürücünün hərəkəti üçün təhlükə piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan deyil, həmin andan əvvəl sürücünün görünüş dairəsinə düşdüyü andan yaranır. İstintaq tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan, yəni, piyadanın sürücünün görünüş dairəsinə düşdüyü andan vurulmaya kimi 2,5 saniyə vaxtın keçməsi şəraitində Hyundai Accent markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yarandığı andan vurulmaya kimi 2,5 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda Hyundai Accent markalı avtomobilin piyadanın vurulması yerindən olduğu məsafə avtomobilin 46 km/saat hərəkət sürətində 31.9 metrə, 50 km/saat hərəkət sürətində isə 34.7 metrə uyğundur. (2-ci cild İ/V. 158-163). xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus portal çıxarışıdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 9 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” və 08 yanvar 2022-ci il tarixli istintaq eksperimetinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus «Hyundai Accent» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (cild 01, İ/V. 159- 166). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan mülki iddiadan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək ondan maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 10000 manat, həmçinin uçaqlarının yetkinlik yaşına çatana kimi onların saxlanılması üçün hər birinə görə hər ay 200 manat olmaqla cəmi 400 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, verilmiş mülki iddiadan imtina edilir, heç bir şikayət və tələbləri yoxdur, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut kimi cinayət işində olan DVD disklər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş ilkin, komisiyon, kompleks ekspertiza rəyləri ilə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd edilmişdir. Cinayət işi üzrə keçirilmiş yuxarıda sadalanan məhkəmə ekspertizalarının rəylərini məhkəmə mötəbər sübutlar hesab edir və qeyd edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətməsi tam təsdiq edilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan 8 yanvar 2022-ci il tarixli “İstintaq eksperimenti” protokolu iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi ilə əlqədar mötəbər sübut kimi qəbul edilə bilməz. Birincisi ona görə ki, xüsusi biliyə malik olan şəxs konkret olaraq ekspertlər tərəfindən elmi əsaslarla tədqiqat aparmaqla müvafiq rəylər bildirilmişdir. İkincisi isə ona görə ki, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq həmin eksperimenti təkrar apararaq protokolda qeyd etmişdir ki, “mərhum X1 Təqsirləndirilən şəxs hərəkət etdiyi ikinci dərəcəli yola daxil olduğu anadək, sonuncunun piyadanın görmək imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın tamamilə ödənilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmaması müəyyən olunmuşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 285 (iki yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” və 08 yanvar 2022-ci il tarixli istintaq eksperimetinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, «Hyundai Accent» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilən mülki iddiadan görünür ki, o, Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ondan maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 10000 manat, həmçinin uçaqlarının yetkinlik yaşına çatana kimi onların saxlanılması üçün hər birinə görə hər ay 200 manat olmaqla cəmi 400 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tamamilə ödənilmişdir. Bu səbəbdən ona qarşı verilmişi mülki iddiadan imtina edir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi X12 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mlüki iddiadan imtinasını qəbul edir və hesab edir ki, mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, sərf edilmiş vaxtın 15 (on beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Hyundai Accent» minik markalı, **-NN- *** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 285 (iki yüz səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X5 mülki iddiadan imtinası qəbul edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar