Məhkəmə qərarları › İş №1(004)-80/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-80/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-80/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məsədi ilə 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus Hundai Sonata markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin salonunun arxa oturacağında kağız paketin içərisində sonuncuya məxsus 1 ədəd qiyməti 160 manat olan Çin istehsalı olan İphone-5S model mobl telefon, 1 ədəd qiyməti 170 manat olan Vyetnam istehsalı olan “Samsunq” markalı “SM-G960F/DS” model, 353325/10/ 056102/0 və 353326/10/ 056102/8 İMEİ kodlu mobil telefon, 1 ədəd qiyməti 120 manat olan Macarıstan istehsalı olan “Nokia” markalı, 27610S” model, 355707/02/ 756250/4 və 353326/10/ 056102/8 İMEİ kodlu mobil telefon, 1 ədəd qiyməti 20 manat olan dəmir qutuda “cipper” markalı alışqan, 1 ədəd qiyməti 5 manat “Samsunq” markalı, qara rəngli qulaqcıq, 1 ədəd qiyməti 3 manat Çin istehsalı olan “Z1 Zone” markalı qara rəngli cərəyan qidalandırıcı (adapter) 1 ədəd qiyməti 35 manat olan İspaniya istehsalı olan “X6 İcon”markalı ətir, 8 qutu hər birinin qiyməti 10 manat olan Malbroo filtirli siqareti, 1 qutu qiyməti 3 manat olan Sobrani markalı siqaret, 1 qutu qiyməti 4 manat olan Winston markalı siqareti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 600 (altı yüz ) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Yasamal rayonu Parlament prospekti bina 8 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz E220 CDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından sui istifadə edərək avtomobilin salonundan sonuncuya məxsus 7 manat məbləğində xırda qəpikləri, 1 ədəd qiyməti 60 manat olan “Massimo Dutti” markalı şalvarı, 1 ədəd qiyməti 10 manat olan 4 GB yaddaş tutumlu flaşhkart, 1 ədəd qiyməti 10 manat olan üzərində “Paşa Sığorta” yazıları olan 8 GB yaddaş tutumlu flaşhkart, 1 ədəd qiyməti 13 manat olan üzərində “Germany Berlin ” yazıları olan brelok, 1 ədəd qiyməti 90 manat olan “Ecopress”yazıları olan printer üçün katrici, 2 qutu hər bir qutunun qiyməti 5 manat olan Kent markalı siqareti gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda nikahdankənar arvadı X3 və xx.xx.2014-cü il təvəllüdlü oğlu Hüseyn Şıxalıyevlə birlikdə yaşamışdır. Əvvəllər Bakı şəhəri Yasamal rayonu Ə.Haqverdiyevlə Z.Xəlilov küçəsinin kəsişməsində yerləşən “Favorit” marketdə inzibatçı kassir işləmiş, iki dəfə məhkumluq həyatı yaşamış, belə ki, ilk dəfə oğurluq cinayət əməlini törətdiyinə görə xx.xx.2019-cu il Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1., 177.2.1., 177.2.2. və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra ikinci dəfə təkrar oğurluq cinayət əməllərini törətdiyinə görə Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında Milli Məclisin Aministiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən 6 ayı azaldılmış və 2022-ci ilin fevral ayının 26-da cəzadan azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən gəldikdən sonra Kia Rio markalı avtomobili icarəyə götürüb taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. “Koba” ləqəbli iti itdiyi üçün 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində itini axtarmaq üçün piyada ünvan 2 ünvanın qarşısı ilə keçərkən orada saxlanılmış Hundai Sonata markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsinin açıq olduğunu görüb avtomobilin içərisinə baxmış və avtomobilin salonunda müxtəlif əşyalar olduğunu görüb, oğurluq etmək qərarına gəlmiş, ətrafa nəzər yetirmiş, ətrafda heç kim olmadığından avtomobilin qapısını açmadan əlini uzadıb arxa oturacağın üzərində olan kağız çantanın içərisində olan 01 ədəd iPHONE 5s, 01 ədəd Samsunq Duas markalı, 01 ədəd Nokia Slide markalı mobil telefonları, 1 ədəd alışqan, 1 ədəd kişi ətrini, 1 ədəd telefonun cərayan yığan adaprı, 01 ədəd mobil telefon üçün səs qulaqçığı, 8 qutu Mallbroo markalı siqareti, 01 qutu “Sobrani” markalı və 01 qutu Winston markalı filtirli siqaretləri götürüb yaxınlıqda olan evlərinə gətirib oğurladığı əşyaları yataq otağında olan paltar dolabında gizlətmiş, oğurladığı əşyalardan yalnız siqaretlərdən istifadə etmiş, başqa əşyalara toxunmamış, bir-iki gündən sonra oğurladığı əşyaları satmaq qərarına gəlmişdir. Bundan sonra təkrarən avtomobildən oğurluğu 2022-ci ilin avqust ayının 19-da törətmiş, belə ki, həmin gün gecə saat 01 radələrində ünvan 4 ünvanın qarşısı ilə piyada gedərkən binanın qarşısında Mercedes Benz E220 SDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edilib saxlanıldığını görmüş, hava qaranlıq olmuş və ətrafda da heç kim olmamışdır. Avtomobilə yaxınlaşdıqda qapılarda olan avtomat barmaqlıqların yuxarı qalxmış vəziyyətdə olduğundan avtomobilin qapılarının açıq olduğunu bilmişdir. Qapını əli ilə açaraq salonda asılqandan asılmış 01 ədəd şalvar, ön hissədən oturacaqların arasından 02 ədəd fləşhkart, 01 ədəd açar üçün brelok, 02 qutu “Kent” markalı siqaretləri və 7 manata yaxın xırda qəpikləri götürmüş, daha sonra isə avtomobildən düşərək avtomobilin yük yerini açıb oradan bir ədəd qutuda olan təzə printer üçün katrici götürüb evlərinə gətirmiş və paltar dolabında gizlətmişdir. Avtomobildən oğurladığı 7 manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləmiş, siqaretləri isə istifadə etmişdir. Oğurladığı paltar və əşyalara isə gələcəkdə satmaq üçün saxlamışdır. Bundan sonra 20 avqust 2022-ci il tarixdə oğurladığı əşyaları satmaq məqsədi ilə kisəyə yığaraq küşəyə çıxmış və saat 18 radələrində iki nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şübhələndiklərini bildirib Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində sorğu sual zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və oğurladığı əşyalar ondan götürülmüşdür. Törətdiyi cinayət əməllərini səmimi etiraf etmiş, tutduğu əməllərdən peşiman olmuşdur. Yasamal rayonu Mətbuat prospekti 501-ci məhəllə ev 6 A ünvanda yaşayan Hundai Sonata markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və Bakı şəhəri Yasamal rayonu Parlament prospekti bina 8 ünvanda yaşayan Mercedes Benz E220 CDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış onlarla heç bir münasibəti olmamışdır Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncuların ona qarşı hər hansı tələb, şikayət və mülki iddialarının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxslərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda qeyiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun mülkiyyətində 2006-cı il buraxılışlı qara rəngli Hundai Sonata markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Qarajı olmadığından həmin avtomobili yaşadığı binanın qarşısında park edib saxlamışdır. 18 avqust 2022-ci il tarixdə saat 19 radələrində işdən gəlib idarə etdiyi Hundai Sonata markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Yasamal rayonu Mətbuat prospekti 501-ci məhəllə ev 6 A ünvanın qarşısında park edilib saxlamışdır. Həmin gecə evində yatmış, 18 avqust 2022-ci il tarixdə səhər saat 11 radələrində işə getmək məqsədi ilə avtomobilinin yanına gələrək qapısını açarla açıb sükan arxasında oturduqda avtomobilin arxa oturacağında kağız paketdə olan içərisində saxladığı 01 ədəd dəyəri 160 manat olan iPHONE 5s markalı, 01 ədəd dəyəri 170 manat olan Samsunq Duas markalı, 01 ədəd dəyəri 120 manat olan Nokia Slide markalı mobil telefonları, 01 ədəd dəyəri 20 manat olan Clipper markalı alışqan, 01 ədəd dəyəri 3 manat olan mobil telefon üçün elektromaqnit qidalayıcı adapteri, 01 ədəd dəyəri 5 manat olan mobil telefon üçün səs qulaqcığı, hər birinin dəyəri 10 manat olan cəmi dəyəri 80 manat olan 08 qutu Malbroo filtirli siqareti, dəyəri 3 manat olan 01 qutu Sobrani , dəyəri 4 manat olan 01 qutu Winston siqareti və 01 şüşə dəyəri 35 manat olan istifadə edilmiş kişi üçün THE İCON markalı fransız ətrini cəmi 600 manat dəyərində əmlakının oğurlandığını görmüşdür. Naməlum şəxs avtomobilinin arxa sağ şüşəsinin açıq olmasından istifadə edərək qeyd etdiyi əşyaları və siqaretləri oğurlamışdır. Avtomobilinin qapı və şüşələri, kuzovu, yük yerində, salonunda və işlək yerində heç bir sıdırlma, zədə izləri müşahidə olunmamışdır. Ətrafda da şübhə doğuracaq adam görməmişdir. Baş vermiş oğurluq barəsində Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gələrək ərizə ilə müraciət etmiş və hadisə yerində baxışda da iştirak etmişdir. Ona ümumilikdə 600 manat məbləğində zərər vurulmuşdur.Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona dəymiş ziyan tamamilə aradan qalxdığına görə ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayır. Onun şəxsi istifadəsində Mercedes Benz E220 SDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, avtomobilini daimi yaşadığı binanın qarşısında park edib saxlamışdır. 17 avqust 2022-ci il tarixdə saat 19:25 radələrində işlədiyi CASPİAN EXPRESS MMC-dən idarə etdiyi Mercedes Benz E220 SDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gələrək avtomobilini park edərək saxlamış və evinə getmişdir.Həmin gecə evində yatmış və səhəri gün yəni 18 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində işə getmək məqsədi ilə avtomobilinin yanına gəlib avtomobilin qapısının açıq olduğunu görmüşdür. Avtomobilin salonuna göz gəzdirmiş və avtomobilində asılqandan asılmış 01 ədəd dəyəri 60 manat olan Massimo Dutti markalı şalvarı, hər birinin dəyəri 10 manat olan 02 ədəd fləşkartı, 01 ədəd 13 manat dəyərində Ber Lin markalı açar üçün breloku, 7 manat məbləğində xırda qəpikləri, hər birinin dəyəri 5 manat olan 02 qutu Kent markalı siqareti və avtomobilin yük yerinə baxdıqda oradan da 90 manat dəyərində təzə işlənməmiş printer üçün katrici oğurlandığını görmüşdür. Avtomobilinin qapı və şüşələri, kuzovu, yük yerində, salonunda və işlək yerində heç bir sındırlma, zədə izləri müşahidə olunmamış, ətrafda da şübhə doğuracaq adam görməmişdir. Baş vermiş oğurluq barəsində əvvəlcə DİN-nin 102 Xidməti Zəng Mərkəzinə mobil telefonu ilə zəng vurmuş, daha sonra Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Müraciəti ilə bağlı olaraq təhqiqatçı ilə birlikdə hadisə yerində baxışda da iştirak etmişdir. Mercedes Benz E220 SDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən əmlakının oğurlanmasında heç kimdən şübhələnməmiş, lakin hal-hazırda ona avtomobilindən və digər şəxsin avtomobilndən oğurluğu Bakı şəhər sakini Təqsirləndirilən şəxs törətməsini eşitmişdir. Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə onun Mercedes Benz E220 SDİ markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən yuxarıda sadaladığı pul, əşya və paltarını oğurlamaqla ona ümumilikdə 200 manat məbləğində zərər dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilib. Cinayət işinin 58-ci vərəqəsində olan 20 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 105-108-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 139-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 9/6885 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən mallar: 1 ədəd qiyməti 80 manat, Çin istehsalı olan İphone-5S model mobl telefon.təqsdim edilmiş mobil telefon istifadə olub normal vəziyyətdədir, 1 ədəd qiyməti 140 manat Vyetnam istehsalı olan “Samsunq” markalı “SM-G960F/DS” model, 353325/10/ 056102/0 və 353326/10/ 056102/8 İMEİ kodlu mobil telefon, Təqdim edilmiş mobil telefon istifadədə olub ekranı və arxa gövdəsi zədəli vəziyyətdədir 1 ədəd qiyməti 40 manat Macarıstan istehsalı olan “Nokia” markalı, 27610S” model, 355707/02/ 756250/4 və 353326/10/ 056102/8 İMEİ kodlu mobil telefon,təqdim edilmiş telefon istifadədə olub normal vəziyyətdədir, 1 ədəd qiyməti 10 manat dəmir qutuda “cipper” markalı alışqan, 1 ədəd qiyməti 1 manat “Samsunq” markalı, qara rəngli istifadədə olmuş qulaqcıq, 1 ədəd qiyməti 3 manat Çin istehsalı olan “Z1 Zone” markalı qara rəngli istifadədə olmuş cərəyan qidalandırıcı (adapter) 1 ədəd qiyməti 0 manat İspaniya istehsalı olan “X6 İcon”markalı ətir. Təqdim edilmiş ətrin çox hissəsi istifadə olunduğu üçün qiymətsiz müəyyən edlir. 1 ədəd qiyməti 10 manat “Massimo Dutti” markalı, 42 ölçülü, yaşıl rəngli istifadədə olmuş şalvar, 1 ədəd qiyməti 1 manat 4 GB yaddaş tutumlu istifadədə olmuş flaşhkart, 1 ədəd qiyməti 2 manat üzərində “Germany Berlin ” yazıları olan brelok, 1 ədəd qiyməti 2 manat üzərində “Paşa Sığorta” yazıları olan 8 GB yaddaş tutumlu istifadədə olunmuş flaşhkart, 1 ədəd qiyməti 45 manat olan “Ecopress”yazıları olan printer üçün təzə vəziyyətdə olan katric, cəmi qiyməti 334 manat, Təqdim edilməyən malların nəzəri qaydada: 8 qutu 1 ədədinin qiyməti 8 manat ümumi qiyməti 64 manat Marlbro filtrli siqareti, 1 qutu 1 ədədinin qiyməti 4,10 manat ümumi qiyməti 4,10 manat Sobrani markalı siqaret, 1 qutu, 1 ədədinin qiyməti 3,60 manat, ümumi qiyməti 3,60 manat Winston markalı siqaret, cəmi 71,70 manat. Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 334,00 manat müəyyən edilir. Qərarda göstərilən malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 71,70 manat müəyyən edilir. Tədqiqatın nəticəsi: Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 334,00 manat müəyyən edilir. Qərarda göstərilən malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 71,70 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 170-178-ci vərəqələrində olan sübutlara qiymətl verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Çin istehsalı olan “İphone-5S” model mobil telefon, 01 ədəd Vyetnam istehsalı olan “Samsunq” markalı “SM-G960F/DS” modelli mobil telefon, 01 ədəd Macarıstan istehsalı olan “Nokia” markalı, “27610S” modelli telefon, 01 ədəd “cipper” markalı alışqan, 1 ədəd “Samsunq” markalı mobil telefon üçün qulaqcıq, 1 ədəd Çin istehsalı olan “Z1 Zone” markalı cərəyan qidalandırıcı (adapter), 1 ədəd İspaniya istehsalı olan “X6 İcon” markalı ətir, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Massimo Dutti” markalı şalvar, 1 ədəd 4 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Paşa Sığorta” yazıları olan 8 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Germany Berlin” yazıları olan brelok, 1 ədəd “Ecopress” yazıları olan printer üçün katric maddi sübut kimi tanınaraq qəbzlə məhkəmə hökmü qüvvəyə minənədək saxlanc üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamə, məhkəmə hökmləri və qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 X8 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarıxədək çəkilməmiş 9 ay 22 gün hissəsi 6 ay azaldılmış və 2022-ci ilin fevral ayının 26-da cəzadan azad olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 X8 münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarıxədək çəkilməmiş 09 ay 22 gün hissəsi 06 ay azaldılmış və o, 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 20 avqust 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Çin istehsalı olan “İphone-5S” model mobil telefon, 01 ədəd Vyetnam istehsalı olan “Samsunq” markalı “SM-G960F/DS” modelli mobil telefon, 01 ədəd Macarıstan istehsalı olan “Nokia” markalı, “27610S” modelli telefon, 01 ədəd “cipper” markalı alışqan, 1 ədəd “Samsunq” markalı mobil telefon üçün qulaqcıq, 1 ədəd Çin istehsalı olan “Z1 Zone” markalı cərəyan qidalandırıcı (adapter), 1 ədəd İspaniya istehsalı olan “X6 İcon” markalı ətir, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Massimo Dutti” markalı şalvar, 1 ədəd 4 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Paşa Sığorta” yazıları olan 8 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Germany Berlin” yazıları olan brelok, 1 ədəd “Ecopress” yazıları olan printer üçün katric zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verildiyindən oların istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 manat, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 və Bakı şəhəri 36 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Çin istehsalı olan “İphone-5S” model mobil telefon, 01 ədəd Vyetnam istehsalı olan “Samsunq” markalı “SM-G960F/DS” modelli mobil telefon, 01 ədəd Macarıstan istehsalı olan “Nokia” markalı, “27610S” modelli telefon, 01 ədəd “cipper” markalı alışqan, 1 ədəd “Samsunq” markalı mobil telefon üçün qulaqcıq, 1 ədəd Çin istehsalı olan “Z1 Zone” markalı cərəyan qidalandırıcı (adapter), 1 ədəd İspaniya istehsalı olan “X6 İcon” markalı ətir, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Massimo Dutti” markalı şalvar, 1 ədəd 4 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Paşa Sığorta” yazıları olan 8 GB yaddaş tutumlu fleşkart, 1 ədəd “Germany Berlin” yazıları olan brelok, 1 ədəd “Ecopress” yazıları olan printer üçün katric zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verildiyindən oların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 manat, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 və Bakı şəhəri 36 saylı Vəkil Bürolarının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar