Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-81/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X2 və X5, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fuad Əliyev” adlı şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2019-cu ilin may ayının əvvəllərində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 40.000 manat pul müqabilində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 99 nömrəli uşaq bağçasına müdir vəzifəsinə düzəldəcəyi barədə vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan xx xxx 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin inzibatı binasında 20.000 manat məbləğində pulu alıb həmin məbləği şəxsiyyəti istintaqa məlum olmayan “Fuad Əliyev” adlı şəxslə aralarında bölmüş, öz cinayətkar məqsədlərinə çatmaq, eləcə də öz əməllərini pərdələmək görüntüsü yaratmaq niyyəti ilə hüquq verən rəsmi sənədi - Zərərçəkmiş şəxs guya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 99 nömrəli uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamını istintaqa məlum olmayan yerdə və vaxtda şəxsiyyəti naməlum olan “Fuad Əliyev” adlı şəxslə birlikdə eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə edilməklə elektrofotoqrafik çap qurğuda çap edərək qanunsuz hazırladıqları həmin saxta sənədi xx xxx 2019-cu il tarixdə ünvan 5-da Zərərçəkmiş şəxs təqdim etməklə əlavə olaraq 20.000 manat pul alıb ələ keçirməklə ümumilikdə sonuncuya 40.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, və 320.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, о, Bakı şəhərində anadan olmuş və burda da yaşayır. Аdı, soyadı və ata adı Təqsirləndirilən şəxs olsa da el arasında hamı onu Emin kimi çağırırlar. 2018-ci ilin təxminən may ayında Yasamal rayon İcra Hakimiyyətinin yanında təsadüfən Təranə və onun əri Həsənağa ilə tanış olmuş, tanışlıqdan sonra yaxın münasibətləri yaranmış və bir-birinə telefon nömrələrini vermişlər. 2018-ci ilin yay aylarında Həsənağa qızının uşaq baxçasına işə düzəldilməsi ilə bağlı ona müraciət etmiş, qızının Yasamal rayonu ərazisində yerləşən 99 nömrəli uşaq bağçasına tərbiyəçi kimi işə düzəldilməsi ilə bağlı 6.000 manat vermiş, lakin iş düzəlmədiyindən о, 6.000 manat pulu Həsənağaya qaytarmışdır. Bundan sonra ona pul lazım olduğu üçün Təranə və Həsənağaya müraciət etmiş, onlardan 20.000 manat məbləğində borc pul istəmiş, onlar ona borc pul verməyə etiraz etməmişlər. xx xxx 2019-cu il tarixdə Həsənağa və Təranə ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Asan Xidmətin İnzibati binasında görüşərək aralarında qabaqcadan olan razılşamaya əsasən notariat qaydada müqavilə bağlamaqla onlardan 20.000 manat pulu borc almış, daha sonra şəxsi işləri ilə əlaqədar Gürcüstan Respublikasına getmiş, pulu orada şəxsi işləri üçün xərclədiyindən 20.000 manat pulu onlara qaytarmamışdır. Təranədən yalnız bir dəfə, 20.000 manat məbləğində pulu borc kimi xx xxx 2019-cu il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Asan Xidmətin İnzibati binasında nоtarial qaydada müqavilə bağlayaraq almış, Təranəyə heç bir saxta sənəd verməmiş və ondan əlavə olaraq 20.000 manat pul almamışdır. X11 adlı şəxsin nömrəsini verməmiş, çünki Fuad Əliyev adlı adam tanımır. xx xxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs evində olmamış, həmçinin ona saxta sənəd verib əlavə 20.000 manat alması halları olmamışdır.Təqsirləndirilən şəxs son sözündə özünü 20.000 manat hissədə qismən təqsirli bilərək, yalnız həmin əməlinə görə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı məhkəmə baxışı zamanı verilmiş mülki iddianı qismən etiraf edərək, verilmiş 40.000 (qırx min) manat həcmində iddia tələbinin yalnız 20.000 (iyirmi min) manatını borc olaraq aldığını bildirmiş və mülki iddianın qismən təmin edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə baxışında ifadəsində göstərmişdir ki, əvvəllər o, Sumqayıt şəhəri, 64 nömrəli Uşaq Bağçasında müdir vəzifəsində işləmiş, onunla birlikdə həmin bağçada qızı Şahid2 da müəllimə işləmişdir. xx xxxxxx 2017-ci il tarixdə öz ərizəsi ilə həmin bağçadan işdən çıxmış və bir müddət işsiz qalmışdır. O, işdən çıxdıqdan sonra qızı da həmin bağçada işləmək istəməmiş, buna görə də özünə iş axtarmaqla yanaşı, Bakı şəhərinə köçdüklərinə görə onun iş yerini də dəyişmək istəmişdir. 2018-ci ilin may ayında həyat yoldaşı Şahid1 ilə birlikdə özü və qızı üçün iş yeri ilə bağlı müraciət etməkdən ötrü Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbuluna getmiş, Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbul günləri barədə orada dayanmış polis işçilərindən maraqlananda onlara bir nəfər şəxs yaxınlaşaraq oraya nə səbəbə görə gəldiklərini soruşmuş, ona işlə bağlı İcra Hakimiyyəti başçısının qəbuluna gəldiklərini demiş, bundan sonra həmin şəxs özünü onlara Emin və İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovanın sürücüsü kimi təqdim etmiş, daha sonra onun və qızının işlərinin həll edilməsində köməklik edə biləcəyini demiş, ona görə də Həsənağa öz mobil nömrəsini ona, özünü Emin kimi təqdim edən şəxs də öz mobil nömrəsini Həsənağaya vermiş, bundan sonra Eminlə işlə bağlı mütəmadi əlaqə saxlamağa başlamışlar. Danışıqlar zamanı Emin onlara müxtəlif bağçalarda iş yerləri təkilf etmiş, lakin təklif etdiyi bağça yerləri Bakı şəhərinin uzaq yerlərində yerləşdiyindən həmin bağçalarda işləməyə razılaşmamışlar. Bundan başqa Emin onlara Yasamal rayonu ərazisində “Bizim Market”in yaxınlığında olan 99 nömrəli uşaq bağçasında qızı Ruhəngizi tərbiyəçi kimi işə düzəldə biləcəyini demiş, bu iş yerini bəyəndiklərindən ona qızı Ruhəngizin həmin bağçaya tərbiyəçi kimi işə düzəldilməsində köməklik etməsini xahiş etmişlər. Emin də bu işdə onlara köməklik edəcəyini demiş, bu işin düzəldilməsi üçün 6.000 manat pul istəmişdir. 2018-ci ilin təxminən iyun-iyul aylarında 6.000 manat pul düzəltmiş və Həsənağa Eminlə danışıb onunla Yasamal rayon İçra Hakimiyyətinin qarşısında görüşərək 6.000 manat pulu ona vermişdir. Bu söhbətlərindən bir neçə vaxt keçdikdən sonra Eminə zəng edərək qızının işi ilə bağlı maraqlanmağa başlamış, Emin onlara Bakı şəhər İcra Başçısı Hacıbala Abutalıbovun işinin dəyişməsi ilə əlaqədər yeni başçı təyin edilmədiyindən işi düzəldə bilməyəcəyini demişdir. Məsələnin uzanmasını görüb Emindən pulu geri istəmiş, ertəsi gün Həsənağa Emin ilə görüşmüş və Həsənağa ondan 6.000 manat pulu alıb gətirmişdir. Artıq Emin bu hərəkəti ilə onların tam etibarını qazanmış, bu söhbətlərdən sonra onların işlə bağlı Eminlə arasında telefon danışıqları olmuş, onunla çox vaxt Həsənağa danışmış, hətta danışıqlar zamanı Emin onlara iş yerini dəyişib DTX-də general-mayor Qənbərov adlı şəxsin sürücüsü kimi işə düzəldiyini, əlaqələrinin daha da genişləndiyini demişdir. Bir müddət sonra Eminlə aralarında əlaqə kəsilmiş, sonra qəflətən Emin özü onlarla əlaqə saxlamağa başlamış, Emin Həsənağa ilə danışan zaman qızının iş yerini dəyişibdəyişmədiyini soruşmuş, Həsənağa qızının iş yerini dəyişdiyini ona bildirmişdir. Daha sonra Emin Bakı şəhər İcra Hakimiyyətinin yeni Başçısının Eldar Əzizovun təyin edilməsini, onun yaxınları ilə əlaqələrinın olmasını və onu Yasamal rayon ərazisində yerləşən 99 saylı Uşaq Bağçasına müdir vəzifəsinə düzəltməkdə köməklik göstərə biləcəyini demiş, bundan sonra Eminlə telefon vasitəsi ilə əlaqə saxlayıb həmin işlə bağlı maraqlanmağa başlamış, Emin ona həmin bağçanın 6 qruplu olmaqla yaxşı bağça olmasını demiş, ondan bu işi hansı qiymətə düzəldə biləcəyi barədə maraqlandıqda o, bu işin ən ucuz qiymətinin 40.000 manat olmasını bildirmiş, özü və ailə üzvləri bu barədə aralarında məsləhətləşəndən sonra bu işin düzəlməsi üçün Eminə pul verməyi qərarlaşdırmışlar. X9 Fuad Əliyev adlı şəxsin nömrəsini verərək onun Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun dostu olduğunu, işi onun düzəldəcəyini demiş, Həsənağa da həmin nömrə ilə əlaqə saxlamış, həmin nömrəyə cavab verən və özünü Fuad Əliyev kimi təqdim edən şəxs icra başçısının dostu olduğunu, bu işlərlə məşğul olduğunu deyib onun işini tez bir zamanda həll edəcəyini bildirmiş, ondan şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, sığorta kartının surətlərini və 4 ədəd foto şəkil hazır edərək Eminə verməyini demiş, onlar 40.000 manat pulu ona birbaşa verməyə razılaşmamışlar. Sonradan Eminlə arasında olan razılaşmaya əsasən ehtiyat tədbiri olaraq 20.000 manat pulu notariat qaydada, qalan 20.000 manat pulu isə əmr veriləndən sonra ona verəcəyi barədə razılaşmışlar. xx xxx 2019-cu il tarixdə Həsənağa ilə birlikdə Eminlə danışaraq onunla Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı Asan Xidmətin İnzibati binasında görüşüb notariat qaydada müqavilə bağlayaraq ona 20.000 manat pulu vermiş, orada onlara Emin adlı şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra xx xxx 2019-cu il tarixdə ona Fuad kimi məlum olan şəxs zəng edib onu təbrik edərək əmrinin verildiyini, həftənin birinci günü işə çıxacağını, onu Bakı şəhər İcra Hakimiyyətindən ərizəyə imza etmək üçün çağıracaqlarını, Emin kimi bizə məlum olan Təqsirləndirilən şəxs həmin əmrlə birlikdə onlara göndərdiyini və 20.000 manat pulu ona vermələrini demiş, bu danışıqdan sonra saat təxminən 18 radələrində Emin onların yaşadığı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 86 mənzil 76-ya gəlmiş və xx xxx 2019-cu il tarixli 175 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzası ilə, möhürlü vəziyyətdə, A-4 vərəqində onun Yasamal rayonu, 99 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi barədə sərəncamı təqdim edərək 20.000 manat pulu istəmiş, həmin vaxt Həsənağa 20.000 manat pulu gətirib sayaraq ona vermiş, həmin pulun 12-13 ədədi 200 manatlıq, qalanları 100 manatlıq əskinazlardan ibarət olmuş, Təqsirləndirilən şəxs 20.000 manat pulu alan kimi çıxıb getmişdir. Sənədin saxta olduğu bilinmədiyindən sonuncu pulun alınmasını təsdiqedici hər hansı bir sənəd ondan tələb etməmişlər. Sonradan onlar sərəncama diqqətlə baxanda sərəncamda olan imza və möhür onlarda şübhə doğurmuş, ona görə də ertəsi gün Təqsirləndirilən şəxs və Fuadın nömrələrinə zəng etmiş, həmin nömrələrə cavab verən olmamış, bundan sonra onlar daha da şübhələnərək sərəncamı da götürüb Bakı şəhər İcra Hakimiyyətinə getmiş, orada onlara məlum olmuşdur ku, həmin sərəncam saxtadır. Təqsirləndirilən şəxs və Fuad Əliyev adlı şəxs onları aldadaraq pulunu ələ keçirmişlər. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, nə o, nə də digər ailə üzvləri Fuad Əliyev adlı şəxsi görməmiş, yalnız onunla telefon vasitəsilə əlaqə saxlamışdır. Bundan sonra o, aldadılması barədə ərizə ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində o və ailəsi maddi və mənəvi iztirablar yaşayırlar. Sonuncu 20.000 manatı borc olaraq qaynından götürərək vermiş, ona görə hazırda ona borclu qalmışdır. Buna baxmayaraq təqsirləndirilən şəxs ona dəymiş ziyandan hazıradək heç bir ödəniş etməmiş, hətta o, təqsirləndirilən şəxsə təklif etmişdir ki, 20.000 manatı qaynına borcu olduğu üçün birdəfəlik ödəsin, qalan hissəsini isə tədricən ödəyər. Lakin təqsirləndirilən şəxs bu təkliflə də razılaşmamış bunun üçün heç bir səy göstərməmişdir. Odur ki, Zərərçəkmiş şəxs ona dövlət orqanı adından saxta sənəd təqdim edərək xeyli miqdarda ziyan vurmuş Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini və barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 40.000 manat məbləğində maddi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təranə əvvəllər Sumqayıt şəhəri, 64 nömrəli Uşaq Bağçasında müdir vəzifəsində işləmişdir. Qızı Şahid2 da Təranənin işlədiyi bağçada müəllimə işləmişdir. xx xxxxxx 2017-ci il tarixdə Təranə öz ərizəsi ilə həmin bağçadan işdən çıxmış və işsiz qalmışdır. Təranə işdən çıxdıqdan sonra qızı da həmin bağçada işləmək istəməmiş, buna görə də ona iş axtarmaqla yanaşı, Bakı şəhərinə köçdüklərinə görə onun iş yerini dəyişmək istəmişdir. 2018-ci ilin may ayında həyat yoldaşı Təranə və qızı üçün iş yeri ilə bağlı müraciət etməkdən ötrü Təranə ilə birlikdə Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbuluna getmişlər, Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbul günləri barədə orada dayanmış polis işçilərindən maraqlananda onlara bir nəfər şəxs yaxınlaşaraq bura nə səbəbə görə gəldiklərini soruşmuş, ona işlə bağlı İcra Hakimiyyəti başçısının qəbuluna gəldiklərini demişlər, bundan sonra həmin şəxs onlara adını Emin və Yasamal rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovanın sürücüsü kimi təqdim etmiş, daha sonra Təranə və qızının işlərinin həll edilməsində köməklik edə biləcəyini demiş, ona görə də öz nömrəsini, özünü Emin kimi onlara təqdim edən şəxsə, sonuncu da öz mobil nömrəsini ona vermiş, bundan sonra Eminlə işlə bağlı mütəmadi əlaqə saxlamağa başlamışlar. Danışıqlar zamanı Emin onlara müxtəlif bağçalarda iş yerləri təkilf etmiş, lakin təklif etdiyi bağça yerləri Bakı şəhərinin uzaq yerlərində yerləşdiyindən həmin iş yerlərində işləməyə razılaşmamışlar. Bu danışıqlar zamanı Emin onlara Yasamal rayonu ərazisində “Bizim Market”in yaxınlığında olan 99 nömrəli uşaq bağçasında qızı Ruhəngizi tərbiyəçi kimi işə düzəldə biləcəyini demiş, bu iş yerini bəyəndiklərindən Ruhəngizin həmin bağçaya tərbiyəçi kimi düzəldilməsində köməklik etməsini xahiş etmişlər. Emin də bu işdə onlara köməklik edəcəyini demiş və bu işin düzəlməsi üçün 6.000 manat pul istəmişdir. 2018-ci ilin təxminən iyun-iyul aylarında 6.000 manat pul düzəltmiş və Emin ilə danışıb onunla Yasamal rayon İcra Hakimiyyətinin qarşısında görüşərək ona 6.000 manat pulu vermiş, həmin vaxt yanında heç kim olmamışdır. Bu söhbətlərindən bir neçə vaxt keçdikdən sonra Eminə zəng edərək ondan qızının işi ilə bağlı maraqlanmağa başlamış, Emin ona Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun işdən çıхmаsı ilə əlaqədаr və yeni başçı təyin edilmədiyindən işi düzəldə bilməyəcəyini demişdir. Ona görə də pulu ondan geri istəmiş, ertəsi gün Eminlə danışıb görüşmüş, ondan 6.000 manat pulu alıb gətirmiş, artıq Emin bu hərəkəti ilə onların tam etibarını qazanmışdır. Bu söhbətlərdən sonra işlə bağlı Eminlə aralarında telefon danışıqları olmuş, onunla çox vaxt özü danışmış, hətta danışıqlar zamanı Emin iş yerini dəyişib DTX-də general-mayor Qənbərov adlı şəxsin sürücüsü kimi işə düzəldiyini, əlaqələrinin daha da genişləndiyini demiş, bir müddət sonra onunla Еmin arasında əlaqə kəsilmışdir. Lakin sonradan qəflətən Emin özü onunlа əlaqə yaratmış, Eminlə danışan zaman qızının iş yerini dəyişib-dəyişmədiyini soruşmuş, ona qızının iş yerini dəyişdiyini bildirmişdir. Daha sonra Emin ona Bakı şəhər İcra Hakimiyyətinin yeni Başçısı Eldar Əzizovun təyin edilməsini, onun yaxınları ilə əlaqələrinin olmasını bildirib Təranənin Yasamal rayonu ərazisində yerləşən 99 saylı Uşaq Bağçasına müdir vəzifəsinə düzəlməsinə köməklik göstərə biləcəyini demiş, bundan sonra Eminlə telefon vasitəsi ilə əlaqə saxlayıb həmin işlə bağlı maraqlanmağa başlamış, Emin ona həmin bağçanın 6 qruplu olmaqla yaxşı bağça olmasını demişdir. Ondan Təranəni bu işə hansı qiymətə düzəldə biləcəyi barədə maraqlandıqda Еmin bu işin ən ucuz qiymətinin 40.000 (qırx min) manat olmasını bildirmiş, ailə üzvləri ilə bu barədə aralarında məsləhətləşəndən sonra bu işin düzəlməsi üçün Eminə həmin məbləğdə pulu verməyi qərarlaşdırmışlar. Hətta Emin ona Fuad Əliyev adlı şəxsin mobil nömrəsini verib onun Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun dostu olduğunu, işi onun düzəldəcəyini demiş, həmin nömrə ilə əlaqə saxlamış, həmin nömrəyə cavab verən, özünü Fuad Əliyеv kimi təqdim еdən şəхs yеni təyin оlunmuş icrа başçısının dostu olduğunu, bu işlərlə məşğul olduğunu deyib Təranənin işini tez bir zamanda həll edəcəyini bildirmış, hətta Təranənin şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, sığorta kartının surətlərini və 4 ədəd foto şəkili hаzır еdərək Eminə verməyini demişdır. Lakin 40.000 manat pulu birbaşa оnа verməyə razılaşmamışlar. Sonradan Eminlə arasında olan razılaşmaya əsasən ehtiyat tədbiri olaraq 20.000 manat pulu nоtariat qaydada, qalan 20.000 manat pulu isə Təranənin əmri veriləndən sonra ona verəcəyi barədə razılaşmışlar. xx xxx 2019-cu il tarixdə Təranə ilə birlikdə Emin ilə danışıb görüşərək onunla Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı Bakı Asan Xidmətin İnzibati binasında notariat qaydada müqavilə bağlayaraq ona 20.000 manat pulu vermişlər. Orada olarkən Emin kimi tanıdıqları şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Daha sonra xx xxx 2019-cu il tarixdə Təranə ona bildirmişdir ki, onlara özünü Fuad Əliyеv kimi təqdim edən şəxs öz nömrəsindən onun nömrəsinə zəng edərək təbrik edib əmrinin verildiyini, həftənin birinci günü işə çıxacağını, Bakı şəhər İcra Hakimiyyətindən ərizəyə imza etmək üçün çağıraçaqlarını, Emin kimi onlara məlum olan Təqsirləndirilən şəxs əmrlə birlikdə onlara göndərdiyini və 20.000 manat pulu ona verməyi demişdir. Bu danışıqdan bir neçə saat sonra evdə olan zaman K.İnоçkin onun yaşadığı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86, mənzil 76-ya gəlmiş və xx xxx 2019-cu il tarixli 175 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzası ilə Təranənin Yasamal rayonu 99 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi barədə sərəncamı təqdim etmiş, danışdıqları kimi 20.000 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs pulu alıb saymış, həmin pulların 12-13 ədədi 200 manatlıq, qalanları isə 100 manatlıq əskinazlar olmuş, Təqsirləndirilən şəxs pulu alandan sonra dərhal çıxıb getmışdir. Həmin vaxt həyəcanlı olduqlarından sənədə xüsusi diqqətlə baxmamışlar. Sonradan sərəncamda olan imza və möhür onlarda şübhə doğurmuş, ona görə də ertəsi gün о və аrvаdı Tərаnə İnоçkinə və Fuadın nömrələrinə zəng etmiş, həmin nömrələrə cavab verən olmamış, bundan sonra оnlаr sərəncamı dа götürüb Bakı şəhər İcra Hakimiyyətinə getmiş, orada onlara həmin sərəncamın saxtа olması, Təqsirləndirilən şəxs və Fuad Əliyеv adlı şəxsin onları aldadaraq 40.000 manat pullarını ələ keçirməsi məlum olmuşdur. Şahid1 həmçinin ifadəsində qeyd etmişdir ki, həmin 40.000 manat pul onun аrvаdı Tərаnəyə məxsus olmuşdur, bundan başqa Eminin onlara təqdim etdiyi “Fuad Əliyev” adlı şəxslə ümumiyyətlə görüşməmiş və onunla ancaq telefon vasitəsi ilə əlaqə saxlamış, hətta bir neçə dəfə Eminin yanından Fuadla danışmışdır. Səsindən Eminin səsinə bənzəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anası, Şahid1 isə atasıdır. Anası Zərərçəkmiş şəxs əvvəllər Sumqayıt şəhəri, 64 nömrəli Uşaq Bağçasında müdir vəzifəsində işləmiş, o da həmin bağçada müəllimə işləmişdir. xx xxxxxx 2017-ci il tarixdə anası öz ərizəsi ilə həmin bağçadan işdən çıxmış və işsiz qalmışdır. Anası işdən çıxdıqdan sonra o da həmin bağçada işləmək istəmədiyindən anası özünə iş axtarmaqla yanaşı, Bakı şəhərinə köçdüklərinə görə onun da iş yerini dəyişmək istəmişdir. 2018-ci ilin may ayında anası atası ilə birlikdə onun və anası üçün iş yeri ilə bağlı müraciət etməkdən ötrü Yasamal rayon İcra Hakimiyyəti başçısının qəbuluna getmiş, onlar oradan qayıtdıqdan sonra ona məlum olmuşdur ki, onlar orada olan vaxt Emin adlı şəxslə tanış olublar və sonuncu Yasamal rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovanın sürücüsü işlədiyini, onlara işə düzəlməkdə köməklik göstərəcəyini demişdir. Bundan sonra onun işinə görə atası özünü Emin kimi təqdim edən şəxsin mobil nömrəsinə zəng edərək mütəmadi əlaqələr saxlamağa başlamış, əlaqələr zamanı Emin onlara müxtəlif bağçalarda iş yerləri təkilf emiş, lakin təklif etdiyi bağçalar Bakı şəhərinin uzaq yerlərində yerləşdiyindən həmin iş yerlərində işləməyə razılaşmamış, bu danışıqlar zamanı Emin onu Yasamal rayonu ərazisində yerləşən “Bizim Market”in yaxınlığında olan 99 nömrəli uşaq bağçasında tərbiyəçi kimi işə düzəldə biləcəyini demiş, bu iş yerini bəyəndiklərindən onun həmin bağçaya tərbiyəçi kimi işə düzəlməsində köməklik etməsini Emindən xahiş etmişlər. Emin də bu işdə onlara köməklik edəcəyini bildirib bu işin düzəlməsi üçün 6.000 manat pul istəmişdir. 2018-ci ilin iyun-iyul aylarında 6.000 manat pul düzəltdikdən sonra atası Eminlə danışaraq onunla Yasamal rayon İcra Hakimiyyətinin qarşısında görüşüb ona 6.000 manat pulu vermişdir. Bundan bir müddət sonra atası Eminə zəng edərək ondan işi ilə bağlı maraqlanmağa başlamış, Emin onlara Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun işinin dəyişməsi ilə əlaqədər və yeni başçı təyin edilmədiyindən işi düzəldə bilməyəcəyini demiş, ona görə də atası pulu ondan geri istəmişdir. Emin aldığı 6.000 manat pulu geri qaytarmış və o, bu hərəkəti ilə onların tam etibarlarını qazanmışdır. Bu söhbətlərdən sonra onun və anasının işi ilə bağlı Eminlə atası arasında telefon danışıqları olmuş, danışıqlar zamanı onlara məlum olmuşdur ki, Emin iş yerini dəyişmiş və guya DTXdа general-mayor Qənbərov adlı şəxsin sürücüsü kimi işə düzəlmişdir. Bir müddət sonra evdə gedən söhbətlərdən bilmişdir ki, Emin onun atasına zəng edərək onun iş yerini dəyişib-dəyişmədiyini soruşmuş, həmin vaxt atası Eminə onun başqa işə düzəldiyini demişdir. Həmçinin Emin söhbət zamanı atasına Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısının Eldar Əzizovun təyin edildiyini, onun yaxınları ilə əlaqələrinin olmasını və anası Təranənin Yasamal rayonu ərazisində yerləşən 99 nömrəli Uşaq Bağçasına müdir vəzifəsinə işə düzəlməsində köməklik göstərə biləcəyini demişdir. Bundan sonra anası və atası Eminlə telefon vasitəsi ilə əlaqə saxlayıb həmin işlə bağlı maraqlanmağa başlamış, Emin onlara həmin bağçanın 6 qruplu olmaqla yaxşı bağça olmasını bildirmişdir. Söhbət zamanı anası bu işi hansı qiymətə düzəldə biləcəyi barədə maraqlandıqda Emin bu işin ən ucuz qiymətinin 40.000 manat olmasını bildirmişdir. Hətta danışıqlar ərəfəsində Emin bir dəfə onlara məxsus bağ evinə də gəlmişdir. Ailə üzvləri bu barədə aralarında məsləhətləşəndən sonra bu işin düzəldilməsi üçün Eminə pul verməyi qərarlaşdırmışlar. Hətta Emin atasına Fuad Əliyev adlı şəxsin nömrəsini verib, onun Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun dostu olduğunu, işi onun düzəldəcəyəni demişdir. Atası da həmin nömrə ilə əlaqə saxlamış, həmin nömrəyə cavab verən Fuad adlı şəxs başçının dostu olduğunu, bu işlərlə məşğul olduğunu deyib anasının işini tez bir zamanda həll edəcəyini bildirmişdir. Lakin o, qeyd edilən Fuad adlı şəxsin nə ailə üzvlərinin yanında, nə də ki, yaşadıqları evdə görməmişdir. Bildiyinə görə valideynləri Eminin verdiyi nömrə əsasında özünü Fuad Əliyev kimi təqdim edən şəxslə telefon vasitəsilə danışmışlar. Hətta anasının şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, sığorta kartının surətlərini və 4 ədəd foto şəklini Eminə verməyi demişdir. Eminlə valideynlərinin arasında olan razılaşmaya əsasən 20.000 manat pulu notariat qaydada, qalan 20.000 manat pulu isə anasının əmri veriləndən sonra ona verəcəkləri barədə razılaşmışlar. İlkin 20.000 manatın verilməsində o, iştirak etməsə də, evdə gedən söhbətlərdən bilmişdir ki, ehtiyat tədbiri olaraq notariusda verilmişdir. Orada onlara Emin adlı şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra xx xxx 2019-cu il tarixdə o, atası, anası və bacısı Nərgiz evdə olan vaxt Fuad kimi özünü təqdim edən şəxs anasının mobil nömrəsinə zəng edərək onu təbrik edib əmrinin verildiyini, həftənin birinci günü işə çıxacağını, onu Bakı şəhər İcra Hakimiyyətindən ərizəyə imza etmək üçün çağıracaqlarını, Emin kimi onlara məlum olan Təqsirləndirilən şəxs vasitəsilə əmri onlara göndərdiyini və 20.000 manat pulu da ona verməyi demişdir. Bu danışıqdan bir neçə saat sonra təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs onların yaşadığı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 86 mənzil 76-ya gəlmiş və anasının Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzası ilə Yasamal rayonu 99 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsı barədə xx xxx 2019-cu il tarixli 175 nömrəli sərəncamını təqdim edərək atasından 20.000 manat pulu alaraq çıxıb getmişdir. Onlar həyəcanlı olduqlarından sənədə diqqətlə baxmamışlar. Lakin deyilən tarixdə anasını çağırmadıqlarından, sənədə bir daha diqqətlə baxmışlar və sərəncamda olan imza, eləcə də möhür onlarda şübhə doğurduğundan anası və atası Eminin və Fuadın nömrələrinə zəng etmişlər, lakin həmin nömrələrə cavab verilməmişdir. Bundan sonra valideynləri sərəncamı da götürüb Bakı şəhər İcra Hakimiyyətinə getmiş, orada olarkən həmin sərəncamın saxta olması onlara məlum olmuşdur. Buna görə valideynləri polisə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşı, Zərərçəkmiş şəxs isə sonuncunun arvadıdır. Zərərçəkmiş şəxs əvvəllər Sumqayıt şəhəri, 64 nömrəli Uşaq Bağçasında müdir vəzifəsində işləmişdir. Həmçinin qızı Şahid2 da onun işlədiyi bağçada müəllimə işləmişdir. Sonradan Təranə və Ruhəngiz həmin bağçadan işdən çıxmışlar və Bakı şəhərinə köçmüşlər. Onlar işsiz qaldıqları üçün müxtəlif yerlərə iş üçün müraciətlər etmişlər. 2019-cu ilin may ayında qardaşı Həsənağa ona müraciət edərək bir nəfər Emin adlı şəxslə tanış olduğunu, sonuncunun geniş əlaqələrinin olduğunu, Zərərçəkmiş şəxs hansısa vəzifəyə işə düzəldəcəyini və ona təcili 20.000 manat pul lazım olduğunu demişdir. O da qardaşına 20.000 manat pul borc vermişdir. Həmçinin qardaşı Həsənağa ona bildirmişdir ki, əvvəl də 20.000 manat pulu bu işin düzəlməsi üçün Emin adlı şəxsə notarial qaydada vermiş və hazırda əmri çıxdığından əlavə olaraq 20.000 manat da pul lazım olmuşdur. 2019-cu ilin may ayının axırlarında Həsənağa ona bildirmişdir ki, özünü Emin kimi təqdim edən, lakin əslində Təqsirləndirilən şəxs olan şəxs yaşadıqları Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 86 mənzil 76 ünvanına gələrək Bakı şəhər İcra Hakimiyyətinin başçısının imzası ilə Zərərçəkmiş şəxs Yasamal rayonunun 99 nömrəli uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi barədə xx xxx 2019-cu il tarixli 175 nömrəli saxta sərəncam verib onun əlavə verdiyi 20.000 manat pulu da alıb getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxx 2019-cu il tarixli, 3M-410 reyestr nömrəli 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pul almışdır. (iş vər.: 34). İş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 16590 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri İcra hakimiyyəti başçısının xx xxx 2019-cu il tarixli 175 nömrəli sərəncamdakı möhür əksi və imza hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə elektrofotoqrafik çap qurğuda (lazer printer və s.) çap edilmişdir. Həmin möhür əksinin içərisində “Azərbaycan Respublikası Bakı şəhəri .... İcra Hakimiyyəti Sənədlər üçün” məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş Bakı şəhəri İcra hakimiyyəti başçısının xx xxx 2019-cu il tarixli 175 nömrəli sərəncamdakı ştamp əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. (iş vər.: 50-53). Cinayət işinin materiallarında olan “xxxxxxx MMC”-dən daxil olmuş bir ədəd disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, ***-***-**-**, ***-***-**-** nömrələri Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Fuad Əliyev adlı şəxsin istifadəsində olan ***-***- **-** nömrə mütəmadi olaraq danışıqlar aparmış, qarşılıqlı olaraq mesajlar, yəni SMS mətnlər göndərilmiş, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- **, özünü X11 kimi təqdim edən şəxsin ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb danışıqlar aparmışlar. (iş vər: 211-212; 225-235). İş materiallarında olan xx xxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx xxx 2019-cu il tarixdə 20.000 manat pulu aldığı, Zərərçəkmiş şəxs yaşadığı mənzil ünvan 5 ünvanında yerləşir. (iş vər: 29-30). Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, ifadələri arasında ziddiyyətlər olduğuna görə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3, Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı 40.000 manat pulu alıb onlara saxta sərəncam verməsini sonuncunun üzünə qarşı deməklə həmin xüsusatı bir daha təsdiq etmişlər. (iş vər.: 161-174) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, şahidlərin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onun tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlaması cinayətini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli Qərarının 27-ci maddəsinə əsasən oxşar işlərə məhkəmədə baxılarkən tövsiyyə edilmişdir ki, “Mülki və siyasi hüquqlar haqqında” X1 Baş Assambleyası tərəfindən xx xxxxxx 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Qərarda qeyd edilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Qərarın 6-cı maddəsində qeyd edilmişdir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Məhkəmə iclası zaman Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə saxta sənəd təqdim etməməsi, sonuncudan 20.000 manat məbləğində notarial qaydada aldığı pul vəsaitini borc müqabilində almasına dair verdiyi məlumatları məhkəmə özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki məhkəmə istintaqı zamanı, iş üzrə toplanmış sübutların məcmusu ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam etibarını qazanmaq və xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə sonuncunun qızı Şahid2 6000 manat pul müqabilində Bakı şəhəri, 99 nömrəli uşaq bağçasına tərbiyəçi kimi işə düzəltmək adı ilə aldığı pulu qaytarıb onun inam və etibarını qazandıqdan sonra, şəxsiyyəti məlum olmayan “Fuad Əliyev” adlı şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında məzmunu saxta olan hüquq verən və vəzifədən azad edən sənəd hazırlaması, eyni zamanda özgə əmlakını ələ keçirmək niyyəti ilə, yəni əvvəlcədən hər hansı bir öhdəlik yerinə yetirmək niyyəti olmadan xx xxx 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Zərərçəkmiş şəxs ilə notarial qaydada borc müqaviləsi bağlayaraq onun 20.000 manat pulunu, xx xxx 2019-cu il tarixdə isə vahid niyyətlə ünvan 5-da Zərərçəkmiş şəxs qabaqcadan hazırladığı saxta sənədi təqdim etməklə ondan əlavə olaraq 20.000 manat pulunu alıb ələ keçirməsi, ümumilikdə sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə 40.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qup şəxs tərəfindən ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməlinə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmçinin barəsində axtarış elan edilməsinə dair qərarlar qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə o, saxlanılaraq istintaqa cəlb olunmuş və qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham ona xx xxxxxx 2019-cu il tarixdə elan edilmişdir.(iş vər.: 115-116; 123-124) xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2 maddələrindən həmin Məcəllənin 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş, xx xxxxxx 2019-cu il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)-1034/2019 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 4(004)-42/2020 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. (iş vər.: 175-179; 199-200; 253-254) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmiş və xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddələrlə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təcridxanada saxlanıldığı müddət ərzində təcridxananın daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş və barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində iki dəfə rəhbərlik tərəfindən həvəsləndirilərək ona “Təşəkkür” elan edilmişdir. Xasiyyətnamədən göründüyü kimi Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixli tələbnamədən və eləcə də cinayət işinə əlavə edilmiş hökmlərin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Daha sonra o, həmin məhkəmənin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsi tətbiq olunaraq təyin edilmiş cəza əvvəlki hökmlə təyin edilmiş daha ciddi cəza ilə əhatə olunaraq ona qəti olaraq aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Həmin məhkəmənin digər xx xxxxxxx 2008-ci il tarixli 1(009)-114/2008 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 67-ci maddəsinə əsasən xx xxxxxx 2008-ci il tarixli hökmlə təyin edilmiş islah işləri cəzası qismən birləşdirilərək onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 2009-cu il tarixli Amnistiya Aktı tətbiq edilərək onun cəzasının 9 (doqquz) ay 6 (altı) günü yarıyadək azaldılmış və o, xx xxxxxx 2009-cu il tarixdə cəzasının sonu il azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənildiyindən, hazırki cinayət əməlini törədərkən onun üzərində məhkumluğu olmamışdır. Belə ki, CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyinolunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün onun bu əməlləri törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 40.000 (min) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 40.000 (qırx min) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli 175 nömrəli saxta sərəncamı və “xxxxxxx” MMC-dən götürülmüş bir ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Brosunun vəkili X6 və Bakı şəhəi 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəməyədək icraat zamanı40 (qırx) saata görə 240 (iki yüz qırx) manat və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 40.000 (qırx min) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli 175 nömrəli saxta sərəncamı və “xxxxxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 61,52 (altımış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70(yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan Beynəlxalq BankMətbuat filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-81/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-81/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver