Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-81/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarına əsasən 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ünvan 1 ünvanında faktiki yaşayamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 28 X12 İdarəsi üzrə 11 may 2008-ci il tarixli, 176-k nömrəli əmrlə işə qəbul olunaraq 25 iyun 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək 28 May Neft- Qazçıxarma İdarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət xidmətində xidmət rəisinin müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) mühəndis kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında sonuncunun atası Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz tanışları Şahid3 və Şahid4 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Zərərçəkmiş şəxs və Şahid1 guya özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu onlara yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) Şahid1 mühəndis kimi işə götürüləcəyinə nail olacağını, bundan sonra sonuncunun 2 həftə ərzində işə başlayacağını, aylıq əmək haqqısının 2.000-2.500 manat arasında olacağını, ilk ay stajor kimi çalışdıqdan sonra ikinci aydan sərbəst olaraq mühəndis kimi çalışacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Heydər Əliyev adına park”da Zərərçəkmiş şəxs və Şahid1 ilə görüşərək yalandan bildirməklə, eyni zamanda inandırmaq üçün Şahid1 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və diplomunun surətlərinin, sağlamlıq haqqında arayışının tələb olunduğunu bildirib işlə bağlı özünə inam yaradaraq, sonuncularla razılaşmaqla sövdələşib, həmin adla 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Heydər Əliyev adına раrkın qarşısında özünün idarə etdiyi “Audi Q7" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs sonuncunun dostu Şahid2 yanında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb, cinayətkar niyyətini davam etdirərək bundan təxminən bir həftə sonra, yəni 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs və Şahid1 idarə etdiyi avtomaşınla qəza etdiyini yalandan bildirməklə guya 900 manat pula ehtiyacı olduğunu deyərək, Zərərçəkmiş şəxs Biləsuvar şəhərindən özünün istifadəsində olan “Kapital bank" ASC-yə aid “4169********6919” saylı kart nömrəsinə 900 manat pul vəsaitini göndərməsinə nail olub, həmin pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində quraşdırılmış “Kapital bank" ASC-nin bankomatından çıxarıb nağdlaşdırdıqdan sonra, ümumilikdə əldə etdiyi 20.900 (iyirmi min doqquz yüz) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə X1 məxsus cəmi 20.900 (iyirmi min doqquz yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Zərərçəkmiş şəxs təhrik etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAFTın nəzdində olan “X4 Cilov adasında yerləşən 28 May Neft-qaz çıxartma İdarəsində işə başlamışdır. 2015-ci il tarixdən isə həmin idarədə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində rəis müavini, 25 iyun 2021-ci il tarixdən isə Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət xidmətində xidmət rəisinin müavini vəzifəsində çalışmışdır. 2021-ci ilin noyabr ayına kimi həmin vəzifədə çalışmış, dekabr ayının əvvəllərində işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdır. Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən avqust ayından tanımışdır. O, Şahid1 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə - “SOCAR”a işə düzəltmək adı altında aldadaraq Firdovsinin cəmi 20.900 manat pul vəsaitini ələ keçirmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. İş üzrə maddi subut kimi tanınmış disklərdə yerləşdirilmiş fayıllardakı mesajlaşmalar onunla Zərərçəkmiş şəxs arasında aparılmışdır. Firdovsi, onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə yazmışdır, o da Firdovsiyə cavablar vermişdir. Tərəfindən və Zərərçəkmiş şəxs tərəfindən bir-birlərinə “Whatsapp” proqramı vasitəsi ilə göndərilmişdir. Səsli mesajlarda danışan şəxs odur və Zərərçəkmiş şəxsdur. Hazırda mülki iddia tələbi ilə bağlı artıq iddiaçıya zərərin məbləğinin ödənildiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığınl bildirmişdir. Əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərəçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Biləsuvar şəhərində olan zaman ona verilən ***-***-**-** saylı nömrəsi ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı o, özünü təqdim edərək Şahid3 tanışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də ona etdiyi zəngdən məlumatlı olduğunu bildirmişdir. Danışıq zamanı onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən “Heydər Əliyev” parkına görüş təyin etmişlər. Bundan sonra o, Bakı şəhərinə doğru gəlmiş, yola çıxan zaman hər ehtimala qarşı üzərində 17.000 manat pul götürmüşdür. Ukrayna dairəsinin yaxınlığında yerləşən “Heydər Əliyev" parkında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs özünün “SOCAR"ın Cilov adasında yerləşən 28 May Neftçıxarma İdarəsində Təhlükəsizlik şöbəsinin rəis müavini vəzifəsində çalışdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 öz çalışdığı şöbəyə təhülükəsizlik işçisi kimi işə düzəldə biləcəyini ilk olaraq söyləmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs Rəşadı öz ixtisasına uyğun olaraq “Socar”a mühəndis kimi də işə düzəldə biləcəyini bildirmişdir. O, övladı Rəşadın ixtisasına görə mühəndis olaraq "Socar”-a işə düzəlməsinin tərəfdarı olduğunu bildirən zaman Təqsirləndirilən şəxs bu iş müqabilində onlardan 23.000 manat pul alacağını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, 2 həftə ərzində Rəşad işə başlayacaqdır, aylıq məvacibi 2000-2500 manat arasında olacaqdır. İlk ay stajor kimi çalışdıqdan sonra artıq ikinci aydan sərbəst olaraq mühəndis kimi çalışacağını onlara bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs qeyd edilən məbləğin günün sonuna kimi verilməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs hal hazırda üzərində 15.000 manat olduğunu bildirmişdir. Zamik demişdir ki, SOCAR şirkətində özünə yaxın rəhbər vəzifədə işləyən tanış şəxslər vardır, həmin şəxslərin vasitəsi ilə oğlunun işə düzəlməsinə köməklik edəcəkdir. Hazırda özünə tanış olan vəzifəli şəxslə danışmışdır, bu işin 20.000 manat müqabilində görüləcəyinə razılaşmışdır. Ancaq Zamik onlara özünə tanış olan qeyd etdiyi vəzifəli şəxslərin adını, vəzifəsini deməmişdir. Bundan sonra Zamik Rəşadla bağlı müəyyən sənədlərin surətinin lazım olduğunu söyləmişdir. Həmin vaxtı o, Təqsirləndirilən şəxs ona bir-iki saat vaxt verməsini istəyərək sağollaşmışdır. Qeyd etdiyi kimi üzərində 17.000 manat pul olduğu üçün geri qalan 3.000 manat pulu axtarmağa başlamışdır. Bu zaman oğlu Rəşad isə onun yanından ayrılaraq Təqsirləndirilən şəxs qeyd etdiyi müəyyən sənədləri toplamağa getmişdir. Zamik şəxsiyyət vəsiqəsinin sürətini, hərbi biletin sürətini, diplomun sürətini istəmiş, həmçinin sağlamlıq haqqında arayışın da lazım olduğunu demişdir. Oğlu sənədləri toplayan zaman o da Bakı şəhərində yaşayan dostu Şahid2 ilə əlaqə saxlayıb həmin şəxsdən 3.000 manat borca pul istəmişdir. Elmar ona heç bir problemin olmadığını söyləyərək harada olmağını soruşmuşdur. O da Elmara cavabında Ukrayna dairəsinin yaxınlığında olduğunu bildirmiş, təxminən 1 saatdan sonra Elmar onun yanına gəlmiş və borca istədiyi 3.000 manatı gətirdiyini bildirmişdir. O da pulu qəbul etmişdir. Elmardan pulu aldıqdan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və qeyd etdiyi kimi 20.000 manat pulun hazır olduğunu və hal-hazırda Ukrayna dairəsinin yanında yerləşən “Heydər Əliyev" parkında gözlədiyini bildirmişdir. Telefon danışıqlarına şahid olan dostu Elmar nə baş verdiyini soruşan zaman o, Elmara oğlu Rəşadı "Socar”-a işə düzəltmək məqsədi ilə 20.000 manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə telefon danışıqlarından təxminən 15 dəqiqə sonra, 15 avqust 2021- ci il tarixdə saat təxminən 21 radələrində Zamik “Heydər Əliyev” parkına gəlmişdir. O, Elmar ilə birlikdə Zamikin idarə etdiyi “Audi Q 7" markalı, 90-PH- 084 dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişlər. Avtomaşında o, Zamikə 200 ədəd 100 manatlıq əskinasları, yəni 20.000 manat pulu vermişdir. Dostu Elmar da bunun şahidi olmuşdur. Zamik pulu qəbul etdikdən sonra bildirmişdir ki, həmin 20.000 manat puldan özünə bir manat da olsun çatmır, iş alındıqdan sonra şirinlik kimi nəsə alacaqdır. Daha sonra onlar Zamiklə sağollaşmışlar. Oğlu Rəşad tələb olunan sənədlərin şəklini çəkərək “Whatsapp" proqramında Zamikə göndərmişdir.O, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxlamış, “Whatsapp" proqramında qarşılıqlı olaraq birbirlərinə səsli mesajlar göndərmişlər, yazışmalar olmuşdur. Zamik digər 900 manat pulu isə guya qəza keçirtdiyi üçün borc adı ilə onu aldadaraq ondan almışdır. Sonra aldadıldığını başa düşərək Təqsirləndirilən şəxs pul vəsaitini geri tələb edən zaman, Zamik müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. O da bundan sonra 27 dekabr 2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət etmişdir. Məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs ziyana görə 20.900 (iyirmi min doqquz yüz) manat, vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 154 (yüz əlli dörd) manat pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. Daha sonra məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan maddi ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 avqust 2021-ci il tarixdə dostu Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq 3.000 manat borca pul istəmişdir. Həmin vaxtı o, Firdovsiyə heç bir problemin olmadığını, istədiyi məbləğdə pulu borca verə biləcəyini söyləmişdir. Həmin vaxtı Firdovsi ona halhazırda Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən “Heydər Əliyev” parkında olduğunu bildirmiş, o da Firdovsinin borca istədiyi 3.000 manat pulu evdən götürərək həmin əraziyə gətirə biləcəyini söyləmişdir. Bununla bağlı o, qeyd edilən ünvana 15 avqust 2021-ci il tarixdə saat təxminən 20-21 radələrində Firdovsinin yanına çatmışdır. Firdovsi ilə görüşüb söhbət edən zaman ondan borca istədiyi 3.000 manat pulu təqdim etmişdir. Daha sonra isə o, Firdovsidən həmin pulu nəyə görə borca istəməsini soruşan zaman Firdovsi oğlu Şahid1 Dövlət Neft Şirkətinə - “Socar”a mühəndis vəzifəsinə işə qəbul etdirmək məqsədi ilə 20.000 manat pul verməli olduğunu bildirərək həmin pulun tam düzəldilməsi məqsədi ilə ondan 3.000 manat borca pul aldığını bildirmişdir. Firdovsi ondan pulu aldıqdan sonra telefon ilə sonradan ad, soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ilə əlaqə saxlayaraq 20.000 manat pulun tam hazır olduğunu bildirmişdir. Firdovsi Zamiklə telefonda sağollaşdıqdan sonra ona demişdir ki, həmin Zamik vasitəsi ilə verilən pul vəsaiti “Socar" şirkətində sonuncuya tanış vəzifəli şəxslərə veriləcəkdir, bunun müqabilində də övladı Rəşadın iş məsələsi həll olunacaqdır. Firdovsinin Təqsirləndirilən şəxslə telefon danışığından təxminən 15 dəqiqə sonra Zamik adlı şəxs Ukrayna dairəsinin yaxınlığında yerləşən “Heydər Əliyev" parkına gəlmişdir. O, dostu Firdovsi ilə birlikdə Zamikin idarə etdiyi “Audi Q 7" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınına əyləşmişlər. X2 iş məsələsini bir daha danışaraq Zamikə 20.000 manat pul vəsaitini vermişdir. Zamik qeyd olunan pulu qəbul etdikdən sonra artıq Rəşadın işinin həll olunmuş hesab edildiyini bildirərək heç bir problemin olmadığını söyləmişdir. Demişdir ki, narahat olmasınlar, 2 həftə ərzində Rəşad işə başlayacaqdır, aylıq məvacibi 2000- 2500 manat arasında olacaqdır. İlk ay stajor kimi çalışdıqdan sonra artıq ikinci aydan sərbəst olaraq mühəndis kimi çalışacaqdır. Bundan sonra onlar Zamiklə sağollaşaraq maşınından düşərək çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Elçin tələbə yoldaşı Şahid1 Azərbaycan Respublikası Dövlət Neft və Sənayə Universitetini bitirdiyini və öz ixtisasına uyğun işə qəbul olmaq istədiyini bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs köməklik göstərilməsini xahiş etdiyini demişdir. Buna görə bu sahədə çalışdığı üçün ona söhbət açdığını qeyd etmişdir. O, həmin vaxtı Elçinə işə qəbul ilə bağlı heç bir köməklik edə bilməyəcəyini söyləmişdir. Əlavə olaraq Elçinə iş prosesi zamanı tanış olduğu həmyerlilərinin olduğunu, həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun işlədiyi “SOCAR" şirkətinin Cilov adasında yerləşən 28 X16 Çıxartma İdarəsinin Təhlükəsizlik Şöbəsində çalışdığını demiş, Zamikin bu işə qəbul, sənədləşdirmə işlərində bəlkə onlara kömək edə biləcəyini söyləmişdir. O, Elçin ilə telefon danışığından sonra Zamik ilə əlaqə saxlayaraq bir nəfər tanışının oğluna işə qəbulla bağlı sənədləşdirməyə köməklik etməsini xahiş etmişdir. Zamik də özünə məxsus nömrəni həmin şəxslərə verməyini ona bildirmişdir. O, da bundan sonra Zamikin telefon nömrəsini Elçinə verərək telefon ilə əlaqə saxlayıb görüşüb danışmaqlarını bildirmişdir. Bundan sonra isə daha o, bu işlə maraqlanmamışdır. Təxminən bu söhbətdən 1-2 ay sonra o, Elçin ilə telefonla danışan zaman Zamik ilə bağlı məsələnin nə yerdə olmasını soruşmuşdur. Elçin ona cavabında dostu Zərərçəkmiş şəxs oğlunun işə düzəlməsi məsələsi ilə bağlı 15 avqust 2021-ci il tarixdə Zamik ilə görüşdüyünü, elə görüşdükləri gün Zamikin Firdovsidən 20.000 manat pul vəsaiti aldığını bildirmişdir. O isə Elçinə Zamiklə bu barədə danışacağını, pulu geri qaytarmasını tələb edəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb camaatdan aldığı pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Zamik də aldığı pulu yaxın zamanda qaytaracağına söz vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin avqust ayında tələbə yoldaşı Zərərçəkmiş şəxs ilə görüşən zaman Firdovsi ona Rəşadı “Socar”-a işə düzəltmək istədiyini söyləmiş və bu işdə köməklik göstərməyini xahiş etmişdir. O, Firdovsiyə köməklik edə biləcək bir-iki nəfər şəxslə danışdıqdan sonra bir cavab söyləyəcəyini bildirmişdir. Bununla bağlı o, həmkəndlisi Şahid4 ilə telefon əlaqəsi saxlayıb danışan zaman söhbət açmış, belə ki, Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Dövlət Neft və Sənayə Universitetini bitirdiyini və öz ixtisasına uyğun işə qəbul olmaq istədiyini bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs ondan köməklik göstərilməsini xahiş etdiyini demişdir. Rasim də bu sahədə çalışdığı üçün söhbət açdığını qeyd etmişdir. Şahid4 həmin vaxtı ona işə qəbul ilə bağlı heç bir köməklik edə bilməyəcəyini söyləmişdir. Əlavə olaraq ona iş prosesi zamanı tanış olduğu həmyerlilərinin olduğunu, həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs SOCAR” şirkətinin Cilov adasında yerləşən 28 X16 Çıxartma İdarəsinin Təhlükəsizlik Şöbəsində çalışdığını demiş, Zamikin bu işə qəbul, sənədləşdirmə işlərində bəlkə kömək edə biləcəyini söyləmişdir. Rasim ilkin telefon danışıqlarından təxminən bir neçə gündən sonra yəni, 15 avqust 2021-ci il tarixdə onunla əlaqə saxlayaraq, birlikdə çalışdıqları Təqsirləndirilən şəxs adlı şəxsin işə qəbulla bağlı onun tələbə yoldaşı Firdovsiyə köməklik göstərə biləcəyini söyləmişdir. Zamikə məxsus ***-***-**-**, 050-845-03- 91 telefon nömrələrini vermiş, bildirmişdir ki, Firdovsigilə telefon nömrəsini versin, özləri Zamiklə əlaqə saxlasınlar. O, Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlməyinin lazım olduğunu bildirərək Təqsirləndirilən şəxs adlı bildiyi şəxsin əlaqə telefonunu verərək sonuncu ilə əlaqə saxlayaraq Rəşadın "Socar"a işə düzəlməsi məqsədi ilə görüşməsini bildirmişdir. Həmin günü təxminən axşam saatlarında Firdovsi onunla telefon əlaqəsi saxlayaraq Zamik adlı şəxslə görüşdüyünü, Zamıkin Rəşadın işə düzəlməsi üçün 20.000 manat pul istəməsini və pulu artıq verdiyini bildirmişdir. Həmin vaxtı o, Firdovsiyə bildirmişdir ki, bu pul məsələsindən məlumatı yoxdur, özləri öz aralarında bu məsələni həll etsinlər. Sonra o, Firdovsi ilə əlaqə saxlayaraq oğlu Rəşadın işi ilə bağlı Zamiklə görüşünün nəticəsinin nə olmasını soruşan zaman Firdovsi ona görüşdükləri günü Zamikə oğlu Rəşadın “Socar”a işə qəbul olması ilə bağlı 20.000 manat pul verdiyini demişdir. Firdovsi əlavə olaraq bildirmişdir ki, 20.000 manat pul versə də Təqsirləndirilən şəxs hələ də Rəşadın işə qəbuluna nail ola bilməmiş və lakin hər gün işin düzələcəyinə dair vədlər verdiyini bildirmişdir. O, Firdovsi ilə danışıq zamanı həmin şəxsin Firdovsini aldatdığını güman edib Zamikdən pulunu dərhal geri tələb etməsini bildirmişdir. Firdovsi eyni zamanda ona bildirmişdir ki, Zamiklə görüşdən təxminən 1 həftə sonra Zamik 900 manat da borc adı ilə almışdır. Firdovsi ilə sonralar danışan zaman sonuncu ona demişdir ki, iş məsələsi artıq alınmamışdır, Zamik hamını yaxşıca aldatmışdır və pulunu geri istəsə də qaytarmır, müxtəlif bəhanələr gətirir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2022-ci il tarixli “könüllü təqdim edilmiş diskin götürülməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD disk götürülüb cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 145). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “WhatsApp” proqramı ilə göndərilmiş səsli mesajları əks etdirən 1 ədəd “CD” disk, “Azercell" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD” disk, “WhatsApp" proqramında aparılmış yazışmaların sürətləri 22 oktyabr 2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (səh. 205-225) Belə ki, İş üzrə maddi sübut kimi tanınmış diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş 1 ədəd "CD” diskdə cəmi 10 faylda səs yazıları vardır. "AUD-20210918-WA0003.mp3"- faylında ümumi müddəti 29 saniyə olan səs yazısı, "AUD-20210922-WA0001.mp3"- faylında ümumi müddəti 01 dəqiqə 50 saniyə olan səs yazısı, "AUD-20210922- WA0002.mp3”- faylında ümumi müddəti 23 saniyə olan səs yazısı, “AUD- 20211021-WA0008.mp3"- faylında ümumi müddəti 36 saniyə olan səs yazısı, "AUD-20211021-WA0009. mp3"- faylında ümumi müddəti 27 saniyə olan səs yazısı, "AUD-20211021-WA0010.mp3 - faylında ümumi müddəti 01 dəqiqə 01 saniyə olan səs yazısı, “AUD-20211021-WA0011.mp3"faylında ümumi müddəti 06 dəqiqə 54 saniyə olan səs yazısı, “AUD-20211026- WA0002.mp3 - faylında ümumi müddəti 39 saniyə olan səs yazısı, “AUD- 20211005- WA0000. mp3"- faylında ümumi müddəti 09 saniyə olan səs yazısı, “AUD-20211005- WA0001.mp3"- faylında ümumi müddəti 29 saniyə olan səs yazısı aşkar edilmişdir. Səs yazılarında həmin şəxs qarşı tərəfə bildirmişdir ki, “iş məsələsi ilə bağlı kiminləsə danışıq aparmışdır, bu gün-sabaha iş məsələsi öz həllini tapacaqdır, dövlət işi olduğu üçün, gec həll oluna bilər. Hazırda Bakı şəhərində deyil, rayona göndərilmişdir, amma sabaha, eləcə də hansı vaxt deyirsə, görüşə bilər, hətta rayona da görüşmək üçün gələ bilər. Həmin şəxs həmçinin qarşı tərəfə qeyd etmişdir ki, sabah iş məsələsi artıq həll olunur, şad xəbərlə Biləsuvar rayonuna gələcəkdir. Həmin şəxs, o cümlədən səs yazılarında qarşı tərəfə qeyd etmişdir ki, iş məsələsi ilə bağlı danışdığı şəxsə demişdir ki, bizim yoldaş bu gün-sabaha işə çıxmasa, altı və ya bazar günü əmanəti alıb çatdırmalıdır, iş məsələsi gecikərsə, geciksin, əmr verilər, ondan sonra əmanət də yenidən verilər. Ayın 8-də, ya 9-da Bakıya gələcəkdir, həmin tarixlərdən sonra pulu tam qaytarar” Aşkar edilmiş digər fayllarda, bir nəfər kişi cinsindən olan şəxs qarşı tərəfə müraciət edərək bildirmişdir ki, “Biləsuvar rayonuna nə vaxt istəsə gələ bilər, qonağı ola bilər, gözü üstə yeri var, zəng vursun, kifayət edər. Ürəyi necə istəyir, elədə də etsin. Amma ondan ötrü rayona gəlməyə dəyməz, bazar günü Bakı şəhərinə gələcəkdir, görüşərlər, sabahları da telefonda danışarlar, nə sözü varsa, deyər. Həmin şəxs, o cümlədən səs yazılarında qarşı tərəfə qeyd etmişdir ki, rayona gəlmişdir, şəhərdə qala bilmədi, bazar günü yenidən gələcəkdir, onunla, eyni zamanda müdürlə. yəni dediyi adamla birlikdə görüşməyə çalışacaqdır. Dünən, bu gün onu gözləmişdir, onu görməyə ehtiyacı vardır, işin alınan tərəfini fikirləşmək istəyir, iş alınmasa, ona verdiyini geri alacaqdır, amma işin alınmasını istəyir. Bu gün yenə də onu gözləmişdir, telefonuna zəng çatmamışdır, gərək bir kəlmə deyərdi ki, “doktor, məni gözləmə, işim çıxdı”. Bunu demək lazımdır. Bazar günü yenidən iş məsələsinə görə şəhərə qayıdacaqdır, işdən birtəhər icazə alacaqdır, Elçin müəllimi də götürəcəkdir, birlikdə aydınlaşdırsınlar ki, bu iş düzəlir, ya yox. Düzəlirsə, 2-3 ay da gözləyər, problem yoxdur. Amma bilsin ki, bu işin sonu axırda necə olacaqdır. Pulu vermişdir ki, işləri xeyirli olsun. Bu işin dava ilə ayrılmasına ehtiyac yoxdur. İstəyir ki, mehribançılıqla bu iş düzəlsin. Bazar günü telefonu sönülü olmasın, sönülü olsa belə, onu tapmağa çalışacaqdır, dediyi yuxarı rəhbər adamla da görüşməyə çalışacaqdır. Ya iş düzəlsin, ya da sağ-salamat sağollaşsınlar. Özü halal adamdır, halallıq pulu vermişdir, ona görə də işin də düzəlməsini istəyir. Hər şey xeyirliklə bitsin. Yox əgər iş düzəlmirsə, bəribaşdan məsələ sakitçiliklə bitsin”. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmalarının sürətlərindən görünür ki, həmin mesajlaşmalar Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 050-333-92- 23 saylı nömrəsi arasında “Whatsapp" proqramı vasitəsi ilə aparılmışdır. Zərərçəkmiş şəxs mesajların məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı nömrəsinə “Whatsapp" proqramı vasitəsi ilə yazmışdır, Təqsirləndirilən şəxs də ona cavablar vermişdir. Həmin mesajlardan da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) mühəndis kimi işə düzəlməsi məsələsi ilə bağlı aldatmışdır, Zərərçəkmiş şəxs hər dəfə müəyyən vaxt söyləyərək səbirli olmasını demişdir. Zərərçəkmiş şəxs dəfələrlə səbirli olaraq onu gözlədiyini, yalanlardan artıq bezdiyini, Təqsirləndirilən şəxs barəsində artıq şikayət edəcəyini, 20.900 manat pulunu tam olaraq geri istədiyini, həmin pulu halal qazandığını, kiminsə həmin pulu yeyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də bugün-sabah məsələni həll edəcəyini bildirərək müxtəlif bəhanələr gətirmiş, uyğun yerdə olmadığını, Bakı şəhərində olmadığını, şəhərə gələn zaman xəbər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs onun barəsində artıq konkret olaraq tarix göstərməklə həmin tarixdə şikayət edəcəyini dəfələrlə bildirməsindən sonra, 20.900 manat pulunu tam qaytaracağına dəfələrlə söz vermişdir (səh. 134-142). İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskdə “17182-xx.xx.2022” qovluğu vardır, həmin qovluq açıldıqda ümumilikdə 13 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur.Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms Faylarında: “Doktor iclasdayam. Yoqaram. Salam Zamiq müəllim. Necesen.Niyə zəng vurmadın Zamiq müəllim Bu gədər diqqətsizlik nə üçündür. Qarfas uigiram indi sizi bir otagina girim.Gözləyirəm. Zəng vur. Sənin mənə 20900 borcun var.mən səni tanıyıram. Mən bazar günü bakıda olacam inşallah. Zəng vur mütləg.Nə üçün zəng vurmadın Zamiq müəllim. Bu qədər diqqətsizlik nə üçündür Müəllim söhbətiniz qurtarmadı? Mənə zəng vur. Təcili halda sənə sözüm var.Məni incitmə” mesajlaşması aşkar olunmuşdur. Bundan başqa, baxış zamanı telefon danışıqlarını əhatə edən faylarda müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan 050-333- 92-23 nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050-845- 03-91 və ***-***-**-** telefon nömrələri arasında, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında, həmçinin Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında 01 yanvar 2021-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) daxil olmuş 23 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş Şahid1 işə qəbulla bağlı müraciətinin olub-olmaması ilə bağlı məsələyə baxılmış və müəyyən edilmişdir ki, vətəndaş Şahid1 “SOCAR"ın elan olunmuş vakansiyaları üzrə hər hansı bir müraciəti daxil olmamışdır (səh. 158-159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) daxil olmuş 20 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft" İstehsalat Birliyinin 28 May Neft-Qazçıxarma İdarəsinin 11 may 2008-ci il tarixli, 176-k nömrəli əmri ilə işə qəbul olunaraq 12 may 2008-ci il tarixdən 01 aprel 2010-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 28 May Neft-Qazçıxarma İdarəsinin Neft qazçıxarma üzrə 15 saylı Dərin dəniz özülünə 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operatoru peşəsində, 01 aprel 2010-cu il tarixdən 21 yanvar 2015-ci il tarixədək 28 May Neft-Qazçıxarma İdarəsinin Neft qazçıxarma İdarəsinin İdarəetmə aparatının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində, 21 yanvar 2015-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək 28 May Neft- Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində şöbə rəisinin müavini vəzifəsində, 25 iyun 2021-ci il tarixdən 10 dekabr 2021- ci il tarixədək 28 May Neft-Qazçıxarma İdarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət xidmətində xidmət rəisinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini kobud şəkildə pozaraq bütün iş günü işə cəlməməklə öz əmək müqaviləsi və vəzifə təlimatı ilə öhdəliklərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxslə bağlanmış əmək müqaviləsi 10 dekabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir (səh. 180-200) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 7869 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı X7 arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanasıda müalicədə olmamışdır (səh. 116- 117, 127-128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyət hüququ ilə adına Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı və Lənkəran rayonu, Veravul kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır (səh. 150-152). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (səh. 256-259). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Xolmili kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı övladları vardir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSll-nin arayışından, eləcə də Bakı şəhəri, Nizami rayon polis idarəsi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhəri, Nizami rayon polis idarəsi tərəfindən 11 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmək yolu ilə ələ keçirtmək məqsədi ilə vətəndaş X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “Socar”da işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq sonuncunun 17 avqust 2021 -ci il tarixdə 15.000 manat pul vəsaitini alıb ələ keçirtmiş, Amid İmanova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinin tələblərinə əsasən 7 mart 2022-ci il tarixdə “cinayət işi üzrə icraata xitam verilməsi barədə" qərar qəbul edilmişdir (səh. 123-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh. 238-240, 253-255). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(094)-3/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona əvvəli həbsə alındığı 21 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-902/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən həbsdə olduğu 05 ay 26 gün və 29 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 05 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi rəhbər tutulmaqla hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 11 ay 24 gün müddət Təqsirləndirilən şəxs təyin olunan 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-2500/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, xx.xx.2023-cü il tarixində saxlanılması üçün 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin səmimi etiraf etməsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin səmimi etiraf etməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 36-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdəvə vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, onun əməlini səmimi etiraf etməklə peşman olmasını, himayəsində iki az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, zərəçəkmiş şəxslə barışıq əldə edilmişdir, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, zərəçəkmiş şəxsin nə hazırda nə də ki, gələcəkdə şikayət və tələbi olmayacaqdır.Eyni zamanda məhkəmə hesab edir ki, ailəli və iki azyaşlı uşağı olan, ali təhsilli bir şəxsin barəsində daha ciddi cəza növünün seçilməsi (bir haldaki vurulmuş zərər tam şəkildə ödənilmişdir və barışıq əldə edilmişdir) cəzanın məqsəd və prinsiplərinə uyğun hesab edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 21 (iyirmi bir) gün müddət və xx.xx.2023-cü il tarixindən hazıradək həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə qismən toplanılmalı və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 21 (iyirmi bir) gün müddət və xx.xx.2023-cü il tarixindən hazıradək həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla (cəmi 11 ay, 10 gün müddət) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ünvan 1 ünvanında olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki iddia tələbi ilə bağlı artıq iddiaçıya vurduğu zərərin ödənildiyini qeyd etmişdir. İşə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Zərərçəkmiş şəxs, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş, məhkəmənin çağırışına gəlməmişdir. Məhkəməyə notarius təfərindən təsdiqlənmiş ərizə ünvanlayaraq, ona vurulan maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oölunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-582/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə,təqsirləndirilən şəxslə görüşməyə, məhkəmə istintaqı zamanı vəsatətlər verməyə, sorğular verib cavab almağa, məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtı hesablayaraq, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(103)-902/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cinayətlərin məcmusu üzrə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 21 (iyirmi bir) gün müddət və xx.xx.2023-cü il tarixindən hazıradək həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla (cəmi 11 ay, 10 gün müddət) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ünvan 1 ünvanında olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı və Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-81/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-81/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver