Məhkəmə qərarları › İş №1(004)-81/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-81/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-81/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsilzik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərkətləri etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ictimai yer olan ünvan 2 ünvanında X4 idarə etdiyi “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağında əyləşən zaman sonuncunun ondan icarəyə verdiyi mopedin icarə haqqını tələb etməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı maşından düşərək sürücü S.Əmoyevin əyləşdiyi avtomobilin sol ön qapısının pəncərəsini bıçaq zərbəsi ilə sındıraraq “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat maddi ziyan vurmaqla heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan ərazidə ucadan səs-küy salmaqla və yüksək səslə nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib istintaqa məlum olmayan mənbədən əldə edib silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağın qırılmış kəsici hissəsi ilə Sinan Əmoyevin sol qol nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq ona sol saidin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin və sağ saidin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsili bilərək ifadəsində gösətrmişdir ki, o barəsində axtarış elan olunması barədə məlumatı olmamışdır, lakin bilirmiş ki, məlum hadisə ilə əlaqədar barəsində araşdırma aparılırmış. xx.xx.2023-cü il tarixdə işləmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir və orada kafeda ofisiant kimi işləmişdir, 02 sentyabr 2024-cü il tarixdə Bakı şəhərinə qayıdarkən hava limanında polis əməkdaşları tərəfindən saxlanılmaqla Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Hazırda anket məlumatlarında göstərilən ünvanda qeydiyyatdadır. O əvvəllər Azərbaycan Respubliksı CM- nin 221.1-ci maddəsi ilə Yevlax rayon məhkəməsinin hökmü ilə 1 il şərti iş almışdır. Özü Bakı şəhərində, Bolt şirkətində kuryer işləyirmiş, işlədiyi yerdə sifarişləri ünvanlara çatdırmaq üçün ona moped lazım olduğundan əvvəllər tanıdığı Bəxtiyar ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb yenidən ondan moped götürmək istədiyini bildirmişdir. Bəxtiyar isə ona artıq onda moped olmadığını, lakin onun tanışı X2 moped götürə biləcəyini bildirmişdir. O da, bundan sonra Sinanla əlaqə saxlayıb Bəxtiyarın tanışı olduğunu və gündəlik moped icarəyə götürmək istədiyini bildirmişdir. Sinan da ona hazırda mopedi təmirdə olduğundan usta ilə onu əlaqələndirmiş və o Sinana məxsus mopedi dediyi ustanın yanına gedib təxminən 18 avqust 2023-cü ildə götürmüşdür. Sinanla danışıq zamanı Sinan mopedi ona gündəlik 10 manata verəcəyini bildirmişdir. O həmin tarixdən Sinanın ona verdiyi mopedi idarə edib işlərini görürmüş. Təxminən 5 gün həmin mopedi sürüb gündəlik 10 manat pulu Sinanın ona verdiyi plastik karta qoyurmüş. Bundan sonra moped sındığından o Sinan zəng edib mopedin sındığını və onu gəlib aparıb təmir etməsini bildirmişdir. Sinan isə ona həmin mapedi o sürdüyü vaxt sındığından, özü düzəltməyini bildirmişdir. O Sinana onun imkanının olmadığını bildirmişdir. Daha sonra isə həmin moped sürülməsi mümkün olmadığından mopedi Masazır qəsəbəsi adlanan ərazidə park yerində saxlamışdır. Saxladıqdan təxminən 2 gün keçdikdən sonra əvvəllər tanıdığı Sinanın şəriki olan Bəxtiyar ona zəng edib bildirmişdir ki, mopedi yavaş yavaş sürüb ustaya gətirsin, əgər yolda hər hansı əlavə problem yaranarsa onluq olduğunu bildirmişdir.O da, Bəxtiyarın bu sözündən sonra mopedi sürüb Yasamal rayonu, N.Nərimanov küçəsində yerləşən mopedlərin təmiri sexinə gətimişdir. 28 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində mopedi gətirdiyi ustanın yanında Sinan, Bəxtiyar və tanımadığı bir nəfər də var imiş. Mopedi ustanın yanına qoyduqdan sonra Sinan ona özünə məxsus idarə etdiyi “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməyini bildirmiş və o avtomobilin arxa oturacağına əyləşmişdir. O avtomobilə əyləşən kimi Sinan onu təhqir etməyə başlamış və görmüşdü ki, Sinan onu təhqir edir, o da, cavab olaraq onu təhqir etməyə başlamışdır. Bir az avtomobilin içərisində sözlü mübahisə etdikdən sonra Sina avtomobildən düşmüş və düşən zaman isə görmüşdür ki, hər hansı dəmir parçası götürmüşdür. O da, bundan sonra avtomobildən düşmüş və görmüşdür ki, Sinanın əlindəki bıçaqdır. Sinan onun yanına gəlib ilkin olaraq sol tərəfinə əlindəki bıçağı dirəmişdir, daha sonra isə çənəsinin altına əlindəki bıçağı dirəmişdir. O bundan qorxub geriyə çəkilmiş Sinanın əlindəki bıçağı sağ əli ilə sıxmışdır ki, onu vurmasın. Bu zaman isə bıçaq tiyə hissəsi sınaraq onun əlində qalmış, tutacaq hissəsi isə Sinanda qalmışdır. O bundan sonra oradan çıxıb getmək istəyirmiş ki, mübahisə daha da çox davam etməsin. Həmin vaxt o atasına zəng edib hadisə barəsində məlumat vermişdir. Lakin Sinan idarə etdiyi avtomobili ona tərəf sürüb yavaşca toxunmuş,o isə zərbədən yerə yıxılmışdır. Yerdən qalxıb əsəbi halda onun idarə etdiyi avtomobil tərəfə gedib sağ ayağıyla Sinanın idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sol qabaq yan şüşəsini sındırmışdır. Daha sonra isə oradan kənara çekilib dayanmışdır. Sinan avtomobildən düşüb hadisə yerinə polis çağıracağını demişdir, o isə Sinana cavab olaraq bildirmişdir ki, heç bir yerə qaçmır gözləyir çağır polis əməkdaşları gəlsin. Həmin vaxt isə o atası Əşrəfə zəng edib hadisə barəsində məlumat vermişdir və hadisə yerinə onu köməyə çağırmışdır. Bir neçə vaxt keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlib onu Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə aparmış, orada o təhqiqatçıya hadisə barəsində izahat vermişdir və Sinandan götürdüyü və ona xəsarət yetirdiyi bıçağı təhqiqatçıya protokol əsasında təqdim etmişdir.Hadisə 28 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində ünvan 5 ünvanda baş vermişdir. Orada Sinan, Bəxtiyar və onların yanında olan tanımadığı bir nəfər cavan oğlan var imiş. Onun Sinanla davası orada kənarda olan tanımadığı şəxslərdə görmüşdürlər. Lakin o həmin şəxsləri tanımır. Hadisə yerində ilk dəfə görmüşdür. Hadisə təxminən 30-35 dəqiqə davam etmişdir.Hadisə baş verən zaman onun Sinana bədən xəsarəti yetirməyini dəqiq xatırlamır. Lakin Sinan da idarə etdiyi “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona yavaş toxunsa da vuraraq yerə yıxmışdır.O əvvəlki ifadəsində və izahatında Sinana bədənə xəsarətini yetirlməsi barədə qeyd etməyinin səbəbini xatırlamır, hadisə hazır ki, ifadəsində qeyd etdiyi kimi baş vermişdir. İfadəsinin sonunda törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx.xx.02024-cü il tarixində tutulmuşdur və Yasamal RPİ-nin MSY-dən xx.xx.2024-cü il tarixində saat təxminən 16:00 da azad edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o təxminən 1 ilə yaxindir ki, moped vo skuterlərin arendaya verilməsi ila məşğul olurmuş. Təxminin 2023-cü ilin avqust ayının 21-22-si tarixlərində o əvvəllər tanidigı Təqsirləndirilən şəxs oglu yanina gələrək arendaya moped istəmiş və razılaşdıqdan sonra «Tufan» markalı mopedi Fazilə günü 10 manata arendaya vermişdir. 1- 2 gün Fazil mopedi sürmüş, lakin aranda pulunu verməmişdir. Bir neça dədə Fazilə zang edib arenda pulunu istəmişdir, lakin o, ona bildirmişdir ki, maped nasazdir işləmir, arendani verə bilmirmiş. Amma o onda, olan proqram vasitəsilə Fazilə arendaya verdiyi mapedin harakətdə olmasini gördüyü üçün onun onu aldatdığını bilmişdir. Dəfələrlə Fazilə bildirmişdir ki, maped nasazdirsa, gətirib təhvil versin. Lakin, Fazil nə mopedi gətirməmiş, nə də arenda pulunu vermişdir. Ona göra do, xx.xx.2023-cü il tarixdə Fazilin istifadəsindəo olan 055 906- 40-41 sayl nömrəyə zəng edərak mopedi gətirməzsə polis orqanina müraciət edəcəyini bildirmişdir. Bundan sonra Fazil mopedi qaytaracağını bildrimişdir va xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Yasamal rayon, N.Nərimanov prospekti 206 ünvanina gəlmişdir. Orada o həmin vaxt idara etdiyi ag rəngli «Toyota Prius» markal ** KC *** dövlat qeydiyyat nişanlı avtomobildə sükan arxasinda oturmuşdur. Fazil də, ona yaxinlasmış va onun idara etdiyi avtomobolin arxa sol tərəfində oturmuşdur. Söhbət əsnasinda niyə arenda pulunu ödəmədiyini ondan soruşmuşdur. Fazil yenə də, mopedin xarab olduğunu demişdir. O ona sübut etmişdir ki, o, mopedi bu vaxta kimi sürmüs, arenda pulunu ödəmək istəmədiyi üçün mopedin nasaz olduğunu bəhanə gətirmişdir. Bundan sonra Fazil onunla aqresiv şəkildə danismaga başlamışdır va onu küçə söyüşləri ila təhqir etmişdir.Daha sonra isə avtomoblidən düşüb nalayiq söyüşlər söyə söyə kanara doğru keçmişdir. Daha sonra isə Fazil ona avtomobildə olduğu halda hücum etmişdir və əlində olan bıçaqla avtomobilin sol qabaq qapısının pəncərəsini şüşəsini sındıraraq, bıçaqla onun boğaz və ürək nahiyəsinə zərbə vurmaq istəyirmiş. Sol qolunu qaldırıb özünü müdafiə etməyə çalışarkən Fazil əlindəki bıçaqla sol qol nahiyyəsinə bir neçə dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Səs-küyə gələn tanışları Fazili tutub saxlmış və o dərhal "102" xidməti zang mərkəzi sisteminə hadisə barədə məlumat vermişdir.Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirən zaman orada Şahid2 və Şahid1 adlı dostları olmuşdur və onlar hadisəni təsdiq edə bilərlərmişlər.Təqsirləndirilən şəxs əlində olan biçaqla ona məxsus «Toyota Prius» markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapisini əzib pəncərə şüşəsini sındırmaqla ona təxminən 300 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin o hadisədən sonra avtomobilini artıq təmir etdirmiş və avtomobilinə 300 manat xərci çıxmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs X8 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tamamilə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, moped vo skuterlərin arendaya verilməsi ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs tanıyırmış. Belə ki, əvvəllər o ondan ardendaya moped götürmüşdür. Həmin moped nasaz olduğu üçün geri qaytarmış və sonradan dostu X2 arendaya moped götürmüşdür. Fazil arandenanın pulunu ödəmədiyi üçün və mopedi qaytarmadığı üçün onunla Sinanarasında narazılıq yaranmışdır. Oina görə də xx.xx.2023-cü il tarixdə Sinan Fazilinin istifadəsində olan 055- ***-**-** saylı nömrəyə zəng edəərk mopedi gətirməzsə polis orqanına müraciət edəcəyini bildirmişdir. Bundan sonra Fazil mopedi qaytaracağını bildirmiş va saat təxminən 18:00 radələrində Yasamal rayon, N.Nərimanov prospekti 206 ünvanina gəlmişdir. Orada Sinan həmin vaxt idarə etdiyi ag rəngli «Toyota Prius» markal **-KC-*** dövlot qeydiyyat nişanli avtomobildə sükan arxasinda oturmuşdur. O, isə Tagiyev Zeynalabdin adlı dostuyla birlikdə kənarda dayanmışdırlar Söhbət əsanasında Sinanla Fazil arasında mübahisə yaranmış və o görmüşdür ki, Fazil əlində bıçaqla avtomobilin sol qabaq qapısının pəncərə şüşəsini sındrımış, bıçaqla Sinanın sol qol nahiyyəsinə bir neçə dəfə zərbə vurub xəsarət yetirmişdir.Bundan sonra Sinan dərhal 102 xidməti zəng mərkəzin sisteminə hadisə barədə məlumat vermişdir.İbtidai istintaq zamanı şahid qismində dindirilmiş ünvan 6 ünvanında yerləşən “Səbət” supermarketində müdir müavini vəzifəsində işləmiş X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 3 ildir ki, kuryer kimi Sinanın yanında işləyirmiş. Sinan arendaya moped verdiyi üçün o da ara sıra ondan icarəyə moped götürürmüş. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, N.Nərimanov prospekti 206 ünvanında Sinanla həmsöhbət etməyə həmdə orada moped servisi olduğu üçün orada imiş. Həmin vaxt Sinan Fazilə zəng edərək onun mopedini qaytarmasını bildirmişdi. Əgər qaytarmasa polisə müraciət edəcəyini bildirdiyi üçün Fazil mopedi gətirəcəyini bildirmişdir. Elə həmin ərəfədə Fazil gələrək Sinanın idarə etdiyi Toyota Prius markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişdir. O, Bəxtiyarla avtomobilin kənarında dayanmışdır. Təxminən bir neçə dəqiqə sonra Fazil avtomobildən düşərək nalayiq ifadə işlətdiyi üçün aralarında mübahisə yaranmış və anidən Fazil Sinanın avtomobildə oturduğu vəziyyətdə bıçaq ilə avtomobilin ön sol pəncərəsini sındırdıqdan sonra əlində olan bıçaqla Sinanın sol qol nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. O və Bəxtiyar mübahisə böyüməməsi üçün onları aralaşdırdıqdan sonra Sinan DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs yalan danışır. Sinanın üzərində bıçaq olmamışdır.Hadisə zamanı orada kənar şəxslər mübahisəyyə kənardan baxırmışlar. Mübahisəyə kənardan müdaxilə edən olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır. O Sinanın qol nahiyəsinə bıçaq zərbəsi endiridikdən sonra Sinan avtomobili kənara çəkərək saxlamışdır. Həmin vaxt avtomobil Fazilə toxunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanıdır. (İ/V. 11-14). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1012 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qarının ön səthinin sol yarısının cızığı iti kənarlı alətin (əşyanın) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. (İ/V. 38-40). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1017 saylı rəyində göstərilmişdir ki, X4 almış olduğu xəsarətlər - sol saidin deşilmiş-kəsilmiş yaraları deşiçikəsiçi alətin (əşyanın) təsirindən,döş qəfəsinin və sağ saidin saidin sırıqları isə küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə.yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (İ/V. 41-43). Məhkəmə-trasaloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/14 saylı rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilən predmit zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı mətbəx bıçağının hissəsidir, tiyədir, soyuq silah hesab edilmir.Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. (İ/V. 70-73). Azərbaycan Respublikası DİN-nin BƏSll-dən alınmış xx.xx.2023-ü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2019cü il tarixli höhmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsili bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il şərti sınaq müddəti müəyyən edilməklə şərti məhkum olunmuşdur. Cəzasını çəkib qurtarmışdır. (İ/V. 63-64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 19/51-154 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda olmayıb. (İ/V. 68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 374 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda olmayıb. (İ/V. 69). xx.xx.2024-cü il tarixli “Tutma protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Heydər Əliyev adına X3rşısında saxlanılaraq Yasamal RPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 03 sentyabr 2024-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmişdir. (İ/V. 122-123). “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 124-125). “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərəçəkmiş şəxs X8 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə bir daha təsdiq etmişdir. (İ/V. 116-119). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 99-100). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru Natiq Abdullayev tərəfindən götürülmüş məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi peşmançılıq hissi keçirərək ona istinad edilən həmin əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödənilməsini, onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün (saatlarla hesablanmaqla) müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 6 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-586/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 24 oktyabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün (saatlarla hesablanmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar