Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-82/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri X9, Müdafiəçi2 və Xırdalan şəhəri vəkil bürosunun vəkili Müdafiəçi3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Ucar rayonu Alpout kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Fizuli küçəsi, dalan 1, ev 3a-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın ümumi giriş qapsından dəmir alətlə açaraq qanunsuz yaşayış sahəsinə daxil olaraq, mənzilin yataq otağında olan çarpayının üzərindəki, balıncın altından Zərərçəkmiş şəxs məxsus 3 ədəd qadın qızıl qol saatı hər birinin dəyəri 2500 manat olmaqla 7500 manat, 2 ədəd qadın qızıl qolbağı hər birinin dəyəri 750 manat olmaqla 1500 manat, 3 ədəd qadın briliyant qaşlı qızıl boyunbağı hər birinin dəyəri 1600 manat olmaqla 4800 manat, 1 ədəd qadın qızıl boyunbağı (nazik sep) dəyəri 350 manat, 1 ədəd qadın qızıl boyunbağı (qalın sep) dəyəri 1900 manat, 8 ədəd qadın qızıl üzük onlardan 4-ü dəyəri 250 manat olmaqla 1000 manat, 4-ü dəyəri 350 manat omaqla 1400 manat, 3 ədəd kişi qızıl üzüyü hər birinin dəyəri 250 manat olmaqla 750 manat, 3 ədəd yaşıl qaşlı qadın qızıl üzüyü hər birinin dəyəri 200 manat olmaqla 600 manat, 1 ədəd qara göz adlanan briliyant qızıl dəsti dəyəri 4850 manat, 3 cüt uşaq üçün qızıl sırğa hər birinin dəyəri 400 manat olmaqla 1200 manat, 4 cüt qadın üçün qızıl sırğa hər birinin dəyəri 250 manat olmaqla 1000 manat, 2 ədəd qızıl klon hər birinin dəyəri 300 manat olmaqla 600 manat, 40 ədəd ( istifadədə olmuş) qızıl diş hər birinin dəyəri 60 manat olmaqla 2400 manat, 1 ədəd uşaq qızıl qolbağı 150 manat olmaqla ümumi dəyəri 30000 ( otuz min) manat təşkil edən qızıl əşyaları, 17.000 manat ekvivalentində olan 10.000 ABŞ dollarını və 800 manat nəğd pullannı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumlikdə 47.800 (qırx yeddi min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanın ümumi giriş qapsından dəmir alətlə açaraq qanunsuz yaşayış sahəsinə daxil olaraq, mənzilin yataq otağında olan çarpayının üzərindəki, balıncın altından Zərərçəkmiş şəxs məxsus 3 ədəd qadın qızıl qol saatı hər birinin dəyəri 2500 manat olmaqla 7500 manat, 2 ədəd qadın qızıl qolbağı hər birinin dəyəri 750 manat olmaqla 1500 manat, 3 ədəd qadın briliyant qaşlı qızıl boyunbağı hər birinin dəyəri 1600 manat olmaqla 4800 manat, 1 ədəd qadın qızıl boyunbağı (nazik sep) dəyəri 350 manat, 1 ədəd qadın qızıl boyunbağı (qalın sep) dəyəri 1900 manat, 8 ədəd qadın qızıl üzük onlardan 4-ü dəyəri 250 manat olmaqla 1000 manat, 4-ü dəyəri 350 manat omaqla 1400 manat, 3 ədəd kişi qızıl üzüyü hər birinin dəyəri 250 manat olmaqla 750 manat, 3 ədəd yaşıl qaşlı qadın qızıl üzüyü hər birinin dəyəri 200 manat olmaqla 600 manat, 1 ədəd qara göz adlanan briliyant qızıl dəsti dəyəri 4850 manat, 3 cüt uşaq üçün qızıl sırğa hər birinin dəyəri 400 manat olmaqla 1200 manat, 4 cüt qadın üçün qızıl sırğa hər birinin dəyəri 250 manat olmaqla 1000 manat, 2 ədəd qızıl klon hər birinin dəyəri 300 manat olmaqla 600 manat, 40 ədəd (istifadədə olmuş) qızıl diş hər birinin dəyəri 60 manat olmaqla 2400 manat, 1 ədəd uşaq qızıl qolbağı 150 manat olmaqla ümumi dəyəri 30000 ( otuz min) manat təşkil edən qızıl əşyaları, 17.000 manat ekvivalentində olan 10.000 ABŞ dollarını və 800 manat nəğd pullannı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumlikdə 47.800 (qırx yeddi min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Gəncə hərbi məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2013-cü il tarixdə isə azadlığa buraxılmışdır. Bundan başqa Ucar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM- nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı tarixdə isə azadlığa buraxılmışdır. Təxminən 2010-cu il tarixdən bu günə kimi qeydiyyatda olduğu və yaşadığı Ucar rayonu Alpout kənindən Bakı şəhərinə fəhlə işləmək üçün gəlib getmişdir. 2018-ci il tarixdən, 2020-ci il tarixədək, Şahid1 yaşadığı ünvan 4 ünvanında xalası X10 xalası Reyhanla birlikdə kirayə yaşamışlar.O, xalası oğlu Elçinin yaşadığı evinə qonaq gələrkən orada Şahid1 ilə tanış olmuşdur. O, Şahid1 təxminən 4-5 ay müddətində 10-15 dəfə görmüş, lakin onun onunla dost kimi və ya yaxın münasibətdə olmamışdır. Təxminən 2020-ci ilin iyul ayının sonunda günün ikinci yarsında o, Şahid1 yaşadığı Yasamal rayonu Mustafa Sübhi küçəsi ev 144 saylı ünvanın həyətində tək gələrək, özü üçün pul lazım olduğundan, ondan borca 80 manat pul istəmişdir. Şahid1 isə ona 80 manat pulu olmadığını və cəmi üstündə 65 manat pulu olduğunu deyib və həmin 65 manat pulu, 2-3 gün müddətinə qaytaracığına söz verərək ona vermişdir. Hazırda xalası oğlu Elçin öz valiydeynləri ilə birlikdə Bakı şəhərində şəhəri Suraxanı rayonu Ramanı qəsəbəsində yaşayırlar. Ona borca pul lazım olanda xalası oğlu Elçin Qəribovdan bir iki dəfə borca pul almış, sonradan o, ondan pul istəyərkən özündə pul olmadığından onu onun tanıdığı sələmə pul verən Zərərçəkmiş şəxs ilə tanış etmişdir. O, isə Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 5 ünvana gedərək orada ondan 2-3 dəfə sələmə pul almış, yəni 40 mant pul alaraq, bir həftəyə görə 40 manat pulun müqabilində ona əlavə olaraq 5 mant pul vermişdir. Zərərçəkmiş şəxs ona pul verkən, o, onun mənzilin yataq otağından pul götürüb ona verdiyi görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs pulu və qızıl zinət əşyalannın olmasını bilərək, Zərərçəkmiş şəxs evdə olmadığı vaxtları müəyyən edib və onun yaşadığı evinə daxil olub pul və qızıl zinət əşyalannı oğurlayıb, həmin pulları və qızıl zinət əyşalarını öz şəxsi ehtiyaclanna xərciləmək qərara gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvandan pul və qızıl zinət əşyalarının oğurlamaq məqsədi ilə həmin ünvana tək gəlmiş, həmin vaxtı ətrafa baxıb orada heç kəsin olmadığını görüb, Zərərçəkmiş şəxs mənzilinin ümumi giriş qapsına yaxınlaşaraq, ilk növbədə qapını əli ilə döymüş, qapını açan olmadığından və mənzildə heç kəsin olmadığını əmin oldundan sonra, həmin ünvanın həytindən təxminən 40-50 sm uzunluğunda olan dəmir paçasını götürüb, ümumi giriş qapısının arasına salaraq qıfıl hissəsi istiqamətindən sol tərəfə fiziki güc tədbiq edərək qapını açmışdır. Bundan sonra mənzilə daxil olaraq və həmin ümumi giriş qapısı ilə üzbəüzdə olan yataq otağının taxta qapını ayaq zərbəsilə vuraraq həmin qapı açmışdır. Bu zaman o, həmin yataq otağına daxil olaraq, otağının sağ yan tərəfindən çarpayının üzərində olan balıncın altını yoxlamış, həmin balıncın altında pul və qızıl zinət əyşalarının olmasını görüb tez həmin pulları və qızıl zinət əşyalarını götürüb mənzili tərk edərək çıxıb getmişdir. Elə həmin günü yəni xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində o, Şahid1 borca aldığı 65 manat pulunun verməsi üçün onun yaşadığı ünvan 7 ünvana gələrək, onu həyətdən küçəyə çağırmış, o, isə onunla evin küçə qapsının qarşısında görüşmüş və xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı evindən oğurladığı pullardan, ondan borca aldığı 65 manat pulun əvəzinə 85 manat pul vermişdir. Bu zaman Şahid1 ona, 65 manat pul verməsini, lakin onun isə ona 20 manat pulun əlavə verdiyini bildirmişdir. Bu zaman o, ona cox sağol deyərək, ona vaxtında borca 65 manat pulu verdiyinə görə öz minnatarlığım bildirərək o, ona əlavə 20 manat pulu artıq verdiyini bildirmişdir.Bundan sonra o, Şahid1 yenidən əynində olan şalvarının cibindən 100 ABŞ dollannı çıxarıb ona təqdim edərək, həmin pulu götürməsini bildirmiş, Ramil isə ona həmin pulu nə səbəbə götürməyini bildirmişdir. O, Şahid1 bir daha bildirmişdir ki, o, həmin vaxtı bir neçə şəxslərdən borca pul istəmiş, onlar ona pul verməmişlər. O isə ona vaxtında borca 65 manat pul verdiyinə görə o, ona hörmət mənasında əlavə olaraq 100 ABŞ dollannı verdiyini, həmin pulu uşaqlanna xərciləsin. Bu zaman Şahid1 ona bir daha öz minnatarlığını bildirək, ona 100 ABŞ dolları pulu vermişdir. Bundan sonra o, cibində Cavahirin evindən oğurladığı qızıllann bir qismi olan ay şəkilində olan qızıl qol bağını çıxarıb və ona təqdim etmişdir ki, bununda ona pay verdiyni bildirmiş, Şahid1 isə ondan həmin qızıl qol bağını almamış və ona cox sağol demişdir. Bundan sonra Şahid1 evinə getmiş, o, isə oradan çıxıb piyada Yasamal rayonu «Sovetski» adlanan ərazisindən gedərkən, təsadüfən təxminən 5-10 gün tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Həmin vaxtı onun dəqiq xatırlamadığı Təqsirləndirilən şəxs2 KİA və ya Nunday minik markalı avtomobilini taksi kimi idarə edirdi, o, isə ona, onu Bakı şəhərindən qeydiyyatda olduğu və yaşadığı Ucar rayonu Alpout kəndinə yola salmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə onu Xırdalan şəhərində yaşadığı evinə qonaq kimi qalmağını təklif etmişdir. O, isə onunla razılaşıb onun yaşadığı evinə gəlmişdir. Həmin evdə Ramilin yaşadığı bir nəfər qadın olmuş, bundan sonra o, bir saata kimi evdə olmuşdur. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı ünvanından oğurladığı təxminən 500 və ya 800 qarma yaxın müxtəlif çeşiddə olan qızıl zinət əşyalarını və bir dəst 100 dollarlıq 10.000 ABŞ dollan pul və təxminən 800 manat pul olmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs2 həmin pulların və qızıl zinət əşyalarının həmin günü Cavahir Əmədovanın yaşadığı ünvan 6 ünvandan oğurladığını barədə ona məlumat vermişdir. Bundan sonra o, həmin pullardan yəni bir dəst 100 dollarlıq pul əskinasları olan 10.000 ABŞ dolları pullardan, 4200 ABŞ dollan pulu və 800 manat pullardan qalan 715 manat pulu götürüb, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 onun üzünə qarşı dediyi kimi 5700 ABŞ dollarını və həmin qızıl zinət əşyalarını Ramilə verərək, özündə saxlasın ona pul və qızıl zinət əşyaları lazım olanda ondan alsın. O, isə onunla razılaşmış, ona 5700 ABŞ dollarını və həmin qızıl zinət əşyalarını vermişdir. Elə həmin günü oradan taksi ilə xalası oğlu Elçinin Bakı şəhəri Suraxanı rayonu Ramanı qəsəbəsində yaşadığı evlərinə gəlmişdir. Həmin vaxtı evdə xalası Reyhan və anası Göyərçin olmuş, Elçin isə evdə olmamışdır. Bundan sonra o, xalası Reyhana 5700 ABŞ doları puldan anası Çöyərçinin müalicəsi üçün 100 ABŞ dolları pul əskinasını və 715 manat puldan isə iki ədəd 100 manatlıq pul əskinasları olmaqla 200 manat pul əskinaslarını vermişdir. Həmin vaxtı o, xalasına və anasına həmin pullan guya bazarda qarpız satıb qazanc əldə etdiyini bildirmişdir. Qalan 4100 ABŞ dolları pulu və 515 manat pulu isə özündə saxlamışdır. Bundan sonra həmin günü xalası gilin evindən çıxıb Bakı şəhərinə gəlmiş, gecə saatalarında dəqiq ünvanını xatırlamadığı Saray adlanan otelində qalmışdır. Səhərisi günü isə yaşadığı Ucar rayonu Alpoud kəndinə gtmişdir. Həmin vaxtan xx xxxxxxxx 2020-ci il tarixdək Ucar rayonu Alpoud kəndində olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlan onun yaşadığı evə gələrək onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o, isə onlara heç bir etiraz etməyərək onlarla birlikdə 27- ci PB-nə gəlmişdir. Polis bölməsində ona baş vermiş oğurluq hadisəsi barədə sorğu sual etmiş, mən isə törətmiş cinayət əməlini səmimi olaraq etiraf etmişdir. O, 4100 ABŞ dollan pulu xx xxxxxx 2020-ci il tarixdən bu günə kimi öz şəxsi ehtiyaclanna xərciləmişdir. Bundan başqa bildirmişdir ki,o,hadisədən sonra yaşadığı Ucar rayonu Alpodlu kəndində 2-3 gün qaldıqdan sonra xalası Reyhanın yaşadığı ünvanından anası Göyərçin gəlmişdir. Həmin vaxtı anasının müalicəsi üçün xalasına verdiyi 200 manat pulu və 100 ABŞ dolları pulu anasında olduğundan ondan alaraq, güya onun borcu olduğunu bildirmiş, həmin pulları isə öz şəxsi ehtiyaclarına xərciləmişdir. O, törətmiş olduğu cinayəti bilərəkdən və qəsdən törətdiyini, törətmiş olduğu cinayət əməlindən peşman olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarındakı sorğu-sual zamanı həmçinin bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmin evdən oğurluq zamanı 4 ədəd İphone-4 markalı telefon da oğurlamışdır, həmin telefonar dəyəri olmadığı üçün bilmədiyi yerdə yolda tullamışdır. Telefonların maksimum hər birinin 50 manat dəyəri olardı, ona görə də onlara əhəmiyyət verməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 1997-ci il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 03 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa 2012-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa 2013-cu il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm və 2014-cu il tarixdə azadlığa çıxmışdır. Sonuncu dəfə isə 2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdınlması cəzasına məhkum edilmişdir. O, Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu «Sovetksi» adlanan ərazidə tanış olmuş, onun onunla bir dost kimi münasibəti olub və bir iki dəfə görüşüb söhbət etmişdir. Onun onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, xx xxxxxx 2020ci il tarixdə təxminən saat 19 radələrində o, Bakı şəhəri Yasamal rayonu «Sovetski» adlanan ərazidə hərəkətdə Abşeron rayon ərazisində yerləşən «Retokar» avtomobil servisindən idarə etmək üçün icarəyə üç günlük Nunday-Acent minik markalı seriyasını dəqiq bilmədiyi avtomobillə hərəkətdə olan zaman təsadüfən Rahimlə rastlaşmışdır. Bu zaman o, avtomobili saxlamış, Rahim isə avtomobilə əyləşərək ondan onu yaşadığı Ucar rayonu Alpout kəndinə yola salmasını xahiş etmişdir. Bundan sonra ona onun yaşadığı evə getməyini və evdə hamamlanmaq istdədiyini bildirmişdir. O, isə ona etiraz etməyərək onunla birlikdə evə gəlmişlər. Həmin vaxtı evdə onunla qeyri rəsimi yaşadığı Natella adlı qadın idi, bundan sonra Rahim evdə hamamlanmış və onunla birlikdə evdə onu qonaq edərək yemək yemişlər. Bundan sonra Rahim ona həmin günü Yasamal rayonu «Sovetski» adlanan ərazinin yaxınlığında olan evə daxil olaraq oradan təxminən 10000 ABŞ dolları, 800 manat nəğd pul və dəqiq ona demədiyi miqdarda müxtəlif çeşiddə olan qızıl zinət əşyalarının oğurlanmasını bildirmişdir. Bundan sonra o, Rahimə onun pula ehtiyacı olduğunu bildirmiş, Rahim isə ona 5700 ABŞ dollan pul və bir ədəd qadın üçün qarmaqlı qızıl qol saatını, iki ədəd qadın üçün hər birinin üzərində yaşıl, göy və yaqud rəngli qızıl üzüklərini və bir ədəd qadın üçün qalın troslu boyunbağını hədiyyə kimi verərək özü üçün xərciləsin. O, isə Rahimə öz minnatarlığını bildirmiş və sonra isə Rahim evi tərk edərək çıxıb getmişdir. O, isə həmin 5700 ABŞ dolları pulları isə xx xxxxxx 2020-ci il tarixdən, 2020-ci ilin oktyabr ayının əvəllərinədək öz şəxsi ehtiyaclanna xərciləmişdir. Yəni həmin pullara özü üçün müxtəlif çeşiddə paltarlar, kafelərdə, restoranlarda və sonuncu dəfə isə 2020-ci ilin oktyabr ayının əvəllərində isə 750 manat pula Abşeron rayonu Xırdalan şəhərində Samir adlı şəxsdən «NAMA 48-2» markalı mopet alaraq xərciləmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında isə bir ədəd qadın üçün qarmaqlı qızıl qol saatını, iki ədəd qadın üçün hər birinin üzərində yaşıl, göy və yaqud rəngli qızıl üzüklərini və bir ədəd qadın üçün qalın troslu boyunbağını anası X3 hədiyyə olaraq verərək, guya ona ucuz qiymətə aldığını bildirmişdir. Hazırda anası X13 Respublikasında yaşadığı üçün oradadır. Onun dəqiq nə vaxtı Bakı şəhərinə gəlməsindən məlumatı yoxdur. O, «NAMA» markalı mopeti istintaqa könüllü olaraq təqdim etməyini bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, yaşadığı Abşeron rayonu Xırdalan şəhərində evə gələrək onu Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları saxlayaraq, Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o, polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə 27-ci PB-nə gəlmişlər. Polis bölməsində ona baş vermiş oğurluq hadisəsi barədə sorğu sual etmişlər, o, isə törətmiş cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ünvan 10 ünvanda oğlu Şahid4 ilə birlikdə yaşayır. Onun həyat yoldaşı X16 2015-ci il tarixdə vəfat etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı ünvan 6 ünvanın ümumi giriş qapısının qıfılını bağlayıb, yaşadığı ünvanın yaxınlığında yerləşən çörək sexindən çörək almaq üçün getmişdir. Elə həmin günü təxminən 30 dəqiqdən sonra saat 19 radələrində yaşadığım ünvana qaydarkən, bu zaman mənzilin ümumi giriş qapsının qıfılnın çərçivəsində olan yuvasının əzilmiş vəziyyətdə və qapının açıq olmasını aşkar etmişdir. Bundan sonra o, mənzilə daxil olmuş, mənzilin yataq otağının daimi bağlı olduğu halda qapının açıq olmasını görmüş, bundan sonra o, həmin yataq otağına keçərək və otaqda olan çapayının üzərindəki, balıncın alıtına qoyduğu ona məxsus 3 ədəd qadın qızıl qol saatı hər birinin dəyəri 2500 manat olmaqla 7500 manat, 2 ədəd qadın qızıl qolbağı hər birinin dəyəri 750 manat olmaqla 1500 manat, 3 ədəd qadın briliyant qaşlı qızıl boyunbağı hər birinin dəyəri 1600 manat olmaqla 4800 manat, 1 ədəd qadın qızıl boyunbağı (nazik sep) dəyəri 350 manat, 1 ədəd qadın qızıl boyunbağı (qalın sep) dəyəri 1900 manat, 8 ədəd qadın qızıl üzük onlardan 4-ü dəyəri 250 manat olmaqla 1000 manat, 4-ü dəyəri 350 manat omaqla 1400 manat, 3 ədəd kişi qızıl üzüyü hər birinin dəyəri 250 manat olmaqla 750 manat, 3 ədəd yaşıl qaşlı qadın qızıl üzüyü hər birinin dəyəri 200 manat olmaqla 600 manat, 1 ədəd qara göz adlanan briliyant qızıl dəsti dəyəri 4850 manat, 3 cüt uşaq üçün qızıl sırğa hər birinin dəyəri 400 manat olmaqla 1200 manat, 4 cüt qadın üçün qızıl sırğa hər birinin dəyəri 250 manat olmaqla 1000 manat, 2 ədəd qızıl klon hər birinin dəyəri 300 manat olmaqla 600 manat, 40 ədəd (istifadədə olmuş) qızıl diş hər birinin dəyəri 60 manat olmaqla 2400 manat, 1 ədəd uşaq qızıl qolbağı 150 manat olmaqla ümumi dəyəri 30000 ( otuz min) manat təşkil edən qızıl əşyaları, habelə 10000 ABŞ dollan və 800 manat nəğd pullarımı naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, küçəyə çıxaraq oğlu Samiri evə dəvət edib və ona baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, o, və oğlu Samir DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirmiş və o, ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 47.800 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş oğurluq hadisəsindən əvəli yəni xx xxxxxx 2020-ci il tarixdən o, Təqsirləndirilən şəxs1 bir neçə dəfə ondan borca pul almış, sonra isə ona həmin borca aldığı pulları qaytarmışdır, Təqsirləndirilən şəxs1 onun yaşadığı evinə borca pula gələrkən onun yanında Təqsirləndirilən şəxs2da olmuş, hətda oda ondan bir neçə evinə gələrək borca pul almış, sonra isə ona həmin pullan qaytarmışdır. Bundan başqa Ramil idarə etdiyi onun dəqiq xatırlamadığı seriyasını və nömərsini bilmədiyi KİA və ya Hunday markalı ağ rəngli avtomobili ilə avtomobilin içərisində Rahilə birlikdə onun yaşadığı evin ətrafından dəfələrlə keçdiklərini görmüşdür. Konkret olaraq baş vermiş hadisə günü yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında onun yaşadığı ünvanın qarşısında Ramil idarə etdiyi avtomobili ilə və həmin avtomobilin içərisində Ramihlə birlikdə olduğunu görmüşdür. O, onların hətda üzlərinə qarşıda xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında onun yaşadığı ünvanın qarşısında olmalannı deyə biləcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində onun yaşadığı evindən oğurluq edən şəxsən Rahim və Ramil birlikdə etmişlər və onlar bunu planlı şəkildə törətmişlər. Oğurluq zamanı əslində daha çox məbləğdə maddi ziyan dəymişdir. Bir neçə il bundan qabaq Rusiyadan 4 ədəd İphone 10 markalı telefonlar da almışdır, təzə olmuşdur, həmin telefonları da oğurlamışlar, lakin müstəntiq bunları araşdırmamışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Ziyanını tam şəkildə tələb edir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 11 ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əməklə məşqul olur. 2018-ci il tarixdən, 2020-ci il tarixədək, onun yaşadığı ünvan 4 ünvanında Elçin öz ailəsi ilə birlikdə kirayə yaşamışlar. O, onu həmin müddət ərzində tanış olmuş, onun onunla bir qonşu kimi normal münasibəti olmuş, heç bir ədavəti olmamış və bu günə kimidə münasibətləri davam edir. Onun Elçinlə tanışlıq müddət ərzində Elçinin kirayə yaşadığı ünvana onun xalası oğlu kimi tanıdığı Rahim adlı şəxsi təxminən 4-5 ay müddətində 10-15 dəfə görmüşdür. Onun Rahimlə heç bir yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxsm yaxından tanımır, lakin onun aldığı məlumatına görə Zərərçəkmiş şəxs vəfat etmiş həyat yoldaşının öz yaşadığı ünvanın qarşısında işlədilmiş televizor, paltaryuyan, soyuducu satan kimi tanıdığını bildirmişdir. Təxminən 2020-ci ilin iyul ayının sonunda günün ikinci yarsında o, yaşadığı Yasamal rayonu Mustafa Sübhi küçəsi ev 144 saylı ünvanın həyətində tək olan zaman, Rahim adlı şəxs onu həyətdən küçəyə çağırmış, yaxınlarının uşağının xəstdə olduğundan, onun üçün dərman almağını və ondan borca 80 manat pul istəmişdir. O, İsə Rahimə 80 manat pulu olmadığını və cəmi 65 manat pulu olduğunu deyib, ona həmin 65 manat pulu, 2-3 gün müddətinə qaytaracığı adı ilə vermişdir. Təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Rahim onun yaşadığı ünvan 7 ünvana gələrək, onu həyətdən küçəyə çağıraraq, Rahim əynində olan şalvarının cibindən təxminən 1-2 ədəd 100 ABŞ dolları pul əskinaslarını, 2-3 ədəd 200 manatlıq pul əskinaslannı və 2 ədəd 100 manatlıq pul əskinaslarını çıxarıb və sonra isə həmin pullan cibinə qoymuşdur. Bundan sonra Rahim əynində olan şalvarının digər cibində xırda olan pullardan 85 manat pulu sayıb ona vermişdir. Bu zaman o, Rahimə borca 65 manat pul verdiyini, onun isə ona 20 manat pul artıq verdiyini, Rahim ona cox sağol deyərək, ona vaxtında borca 65 manat pulu verdiyinə görə öz minnatarlığını bildirərək ona əlavə 20 manat pulu artıq verdiyini bildirmişdir. Bundan sonra Rahim ona yenidən əynində olan şalvarının cibindən 100 ABŞ dolarım çıxarıb ona təqdim edərəki, həmin pulun götürməsini, o, isə oan nə səbəbə həmin pulu götürməyini bildirmiş, Rahim ona bir daha bildirmişdir ki, ona həmin vaxtı bir neçə şəxslərdən borca pul istəmiş, onlar ona borca pul verməmişlər. O, ona vaxtında borca 65 manat pul verdiyinə görə ona, hörmət mənasında 100 ABŞ dollarnı verərək həmin pulu uşaqlarına xərciləməsini bildirmişdir. O, isə ona bir daha öz minnatarlığını bildirərək və ondan 100 ABŞ dolları pulu almışdır. Bundan sonra Rahim cibindən ay şəkilində olan qızıl qol bağını cıxanb və ona təqdim edərək, bununda ona pay verdiyini bildirmiş, o, isə ondan həmin qızıl qol bağını almamış, ona cox sağol deyərək evinə keçmiş və Rahim isə oradan çıxıb getmişdir. X11 xx xxxxxx 2020-ci il tarxdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs üçəsi ev 115, mənzil 4 saylı ünvanın ümumi giriş qapısını dəmir alətlə açaraq mənzilə daxil olaraq, mənzilin yataq otağından Zərərçəkmiş şəxs məxsus müxtəlif çeşiddə olan qızıl zinət əşyalannı, 10.000 ABŞ dolları və 800 manat pulun oğurlanması barədə onun heç bir məlumat verməmiş və bundan onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuş və həmin tarixdən bu günə kimi onunla birlikdə yaşamışdır. Təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində o, Ramilin yaşadığı Abşeron rayonu Xırdalan şəhərində dəqiq ünvanını bilmədiyi evində o, tək olan zaman, onun sonradan Ramildən aldığı məlumata görə ilk dəfə gördüyü Rahim adlı şəxslə birlikdə evə gəlmişlər. Bundan sonra o, evin digər otağına keçdmiş, Ramil və Rahim evdə oturub Ramil tərəfindən onu qonaq edərək çay və çörək yedikdən sonra Ramil Rahimi yola salmışdır. Lakin xx xxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən Ramil Ələkəbərovu onun yaşadığı Abşeron rayonu Xırdalan şəhərində evinin qanşısında saxlayaraq polis bölməsinə aparılmışdır. Ona polis bölməsində məlum olmuşdur ki, Ramilin tanışı Rahim adlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon ərazisində olan ünvana daxil olaraq oradan təxminən 30000 manat dəyərində müxtəlif çeşiddə olan qızıl zinət əşyalarını, 10.000 ABŞ dolları pul və 800 manat pulu oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısı oğludur. 2018-ci il tarixdən, 2020-ci ilin fevral ayının sonunadək, o, oğlu Elçinlə birlikdə ünvan 14 ünvanda kirayə yaşamışlar. Onlar kirayə yaşadığı ünvanın yaxınlığında Şahid1 öz ailəsi ilə birlikdə yaşayır, həmin vaxtdan o, onu bir qonşu kimi tanımışdır. Həmin müddət ərzində bacısı oğlu Rahim onlara qonaq gələndə, orada Şahid1la tanış olumuşdur. Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxsm tanımır, onun onunla heç bir əlaqəsi və münasibəti yoxdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində o, yaşadığı ünvan 15 ünvanda ünvan 16üalicəsi üçün gəlmiş bacısı X1 ilə birlikdə olan zaman, bacısı oğlu Rahim evə gəlmişdir. Evdə bir qədər oturub söhbət etdikdən sonra Rahim cibindən ona anası Çöyərçinin müalicəsi üçün bir ədəd 100 ABŞ dolları pul əskinasını və iki ədəd 100 manatlıq pul əskinasları olmaqla 200 manat pul əskinaslarını ona vermişdir. Rahim həmin pulları verərkən bazarda qarpız sataraq qazandığını bildirmişdir. Bacısı Göyərçin müalicəsindən imtina etdiyi üçün təxminən 2-3 gün sonra onun yaşadığı evdən öz yaşadığı Ucar rayonu Alpoud kəndinə yola salarkən Rahimin anasının müalicəsi üçün ona verdiyi bir ədəd 100 ABŞ dolları pul əskinasını və iki ədəd 100 manatlıq pul əskinasları olmaqla 200 manat pul əskinaslarını Göyərçinə vermişdir. Lakin təxminən 5-6 gün keçdikdən sonra o, bacısı Çöyərcinlə əlaqə saxlamış, ona Rahim evdə ondan onun müalicəsi üçün verdiyi bir ədəd 100 ABŞ dolları pul əskinasını və iki ədəd 100 manatlıq pul əskinasları olmaqla 200 manat pul əskinaslarını borcu olduğu üçün ondan aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 10 ünvanda anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində anası Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanın ümumi giriş qapısının qıfılını bağlayıb, yaşadığı ünvanın yaxınlığında yerləşən çörək sexindən çörək almaq üçün getmişdir. Həmin vaxtı o, yaşadığı ünvanın küçəsində olumuşdur. Elə həmin günü təxminən 30 dəqiqdən sonra saat 19 radələrində anası Cavahir yaşadığı ünvana qayıdarkən, mənzilin ümumi giriş qapsının qıfılnın çərçivəsində olan yuvasının əzilmiş vəziyyətdə və qapının açıq olmasını aşkar etmişdir. Bundan sonra anası mənzilə daxil olaraq, mənzilin yataq otağının daimi bağlı olduğu halda qapının açıq olmasını görmüş, bu zaman anası həmin yataq otağına keçərək,otaqda olan çapayının üzərindəki balıncın alıtında qoyduğu anasına məxsus ümumi dəyəri olan 30.000 min manat olan hər birinin dəqiq dəyərini bilmədiyi 03 ədəd qadın üçün qızıl qol saatları, 02 ədəd qadın üçün qızıl qol bağları, 03 ədəd qadın üçün briliyant qızıl boyunbağları, 01 ədəd qadın üçün qızıl boyunbağı nazik qızıl sep, 01 ədəd qadın üçün boyunbağı qalın qızıl sep, 08 ədəd qadın üçün qızıl üzüklər, 03 ədəd kişi üçün qızıl üzükləri, 01 ədəd qadın üçün yaşıl qaşlı qızıl üzük, qara göz adlanan qızıl briliyant komplekti, 03 dəst uşaq üçün qızıl sırğaları, 04 dəst qadın üçün qızıl sırğalar, 02 ədəd qızıl klon, 40 ədəd qızıl dişlər, 01 ədəd uşaq üçün qızıl qol ğağı, 10000 ABŞ dolları və 800 manat nəğd pullarımı naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra anası küçəyə çıxaraq onu evə çağırıb və ona baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, o, və anası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirmiş və anası ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində anası Zərərçəkmiş şəxs ümumlikdə 47.800 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Rahim onun qaldığı məhlədə kirayədə qalmışdır. xx.xx.2020-ci il tarixdə Cəvahir Əhmədovanın mənzilindən oğurluq olmuşdur. Oğurluqdan sonra Cəvahir Əhmədova ona bildirmişdir ki, həyətdə kirayədə qalan Təqsirləndirilən şəxs1 şubhələnir, oğurlanmış əşyaların qaytarılmasında ona köməklik etməyi xahiş etmişdir. O da buna görə Təqsirləndirilən şəxs1 ona məhlum olan telefon nömrəsinə bir neçə dəfə mesaj yazmışdır ki, əşyaları qaytarsın, zərərçəkənlə danışıb onlara tutulmamaları üçün köməklik etsin. X12 telefonlarına cavab verməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs1 tutulmuşdur. Oğurluqda onun əlaqəsi olmamışdır. İş üzrə məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3/1051 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 02 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 02 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 01 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi əlin barmaq hissəsinin dırnaq falanqının toxunması nəticəsində qalmışdır. Tədqiqata təqdim edilmiş 02 saylı daktilolentin səthindəki ovuc izi əlin ovuc hissəsinin hipotenarından qalmışdır. Tədqiqata təqdim edilmiş 01 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3- 4 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı elan edilmiş ittihamda özlərini qismən təqsirli bilsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs2 barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Bununla da Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar hesidivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə hərbi məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan Sonra Təqsirləndirilən şəxs1 Ucar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə azad edilmişdir. Təqsirləndirilən şəxs1 həmin hökmlər üzrə məhkumluqları ödənilmişdir. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları aşkar etməmişdir. Təqsirləndirilən şəxs2 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi Yasamal RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd «NAMA» markalı moped müsadirə edilməklə mülki iddianın təmin edilməsinə yönəldilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi zərərçəkmiş şəxs X4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verərək maddi və mənəvi zərərə görə 67800 manat pul təqsirləndirilən şəxslərdən utularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiada 47800 manat maddi ziyan, hər bir təqsirləndirilən şəxsə qarşı 10.000 manat isə mənəvi ziyan kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia qismən təmin edilməlidir. Belə ki, maddi ziyan hissədə mülki iddia tam təmin edilməli. Çünki iş üzrə təsdiq edilir ki, 47800 manat məbləğində oğurluq edilməklə, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurulmuşdur. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli, hər bir təqsirləndirilən şəxsdən 1000 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərərçəkənə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Abşeroan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq, 04 il 06 müddətinə (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən müştərək qaydada maddi ziyana görə 47800 manat (qırx yeddi min səkkiz yüz manat) pul və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat (otuz manat) olmaqla, cəmi 47830 manat (qırx yeddi min səkkiz yüz otuz manat) pul tutulub zərər çəkmiş şəxs X2 verilsin. Mənəvi zərərə görə Təqsirləndirilən şəxs1 1000 manat (min manat), Təqsirləndirilən şəxs2 1000 manat (min manat) pul tutulub zərər çəkmiş şəxs X2 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd «NAMA 48-2» markalı moped müsadirə edilsin və zərər çəkmiş şəxs X2 vurulmuş ziyanın ödənilməsi üçün mülki iddianın təmin edilməsinə yönəldilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 61,29 manata (altmış bir manat 29 qəpik) görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən həmin məbləğin yarısı olmaqla, hər birindən bərabər məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-82/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-82/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver