Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-83/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs və onun müdafiəçisi 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Şəhriyar küçəsi ev 11-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Axundov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Axundov Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 05:28-də ünvan 1 ünvanında yerləşən “xxxxxxxxx” MMC-yə məxsus “Darçın” adlı aptekə daxil olub orada işləyən satıcı Şahid1 yatılı olmasından istifadə edərək kassanın yerləşdiyi və girişi qadağan edilmiş piştaxtanın arxasına keçən qapını açmaqla ora qanunsuz daxil olaraq başqa saxlanc yeri hesab edilən kassadan və kassanın yanından ümumilikdə 1266 manat nağd pulu gizli олараг talayıb zərər çəkmiş hüquqi şəxs “xxxxxxxxx” MMC-yə 1266 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasında məhkum edilməsə də 2002-ci ildə Rusiya Federasiyasında 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 19-20 radələrində iş axtarmaq üçün Yasamal rayonu ərazisində olan bəzi tanışlarının yanına gədərək, işsiz olduğu üçün ona iş tapmaqda köməklik etmələrini xahiş etmişdir. Həmin vaxt tanışları ona bir həftədən sonra yaxınlaşmalı olduğunu bildirmişlər. Bundan sonra o, tanışlarından ayrılaraq Yasamal rayonu ərazisində kafelərin birində oturub spirtli içki qəbul etdikdən sonra piyada Yasamal rayonunun ərazisində gəzməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 04:00 radələrində Şərifzadə küçəsində gəzərək “novakain” almaq üçün Yasamal rayonu Nazim Hikmət küçəsi 25 ünvanında yerləşən aptekə daxil olmuşdur. Həmin vaxt kassada oturan oğlanın yatdığını görmüş, bir az aptekin içərisində gəzib oğlanın oyanmadığına əmin olduqdan sonra oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, girişdən bir qədər sağda olan qapını açaraq kassaya tərəf getmiş, orada kassanın yanında olan pulları götürərək aptekdən çıxmış və İnşaatçılar metrosu istiqamətinə gedərək hadisə yerindən uzaqlaşmışdır. Lakin kassaya və ümümiyyətlə hec bir yerə əl vurmamış, sadəcə kassanın yanında olan pulları götürüb getmişdir. Hadisə yerindən uzaqlaşdıqdan sonra oğurladığı pulları saydıqda 1266 manat olduğunu bilmişdir. Əməlindən peşmandır, maddi imkanı olmadığı üçün vurduğu ziyanı ödəyə bilməmişdir. Yekun olaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ildən “xxxxxxxxx” MMC-də satıcı kimi işləyir, şirkətin fəaliyyəti dərman ləvazimatlarının pərakəndə formada alınıb satılmasından ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə saat 05:30-da MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Darçın” adlı aptekdə 1266 manat nağd pul oğurlanmışdır. Hadisə zamanı kamera görüntüləri iş materiallarına əlavə edilmişdir. Hadisəsinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs Axundov tərəfindən törədildiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan şirkətə heç bir məbləğdə ödəniş edilməmişdir. Həmin hadisə nəticəsində MMC-yə vurulmuş 1266 manat maddi ziyanı Təqsirləndirilən şəxs Axundovdan tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayından “xxxxxxxxx” MMC-yə məxsus “Darçın” aptekdə satıcı kimi işə götürülmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işə gəlmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində işdən çıxıb evə gedən zaman kassaya baxmış və kassanın yanında olan ümumilikdə 1266 manat pulun olmadığını görmüşdür. Bu barədə aptekin rəhbərliyinə müraciət etmiş, aptekin rəhbərliyi gəldikdən sonra aptekdə quraşdırılmış müşahidə kameralarına baxdıqda xx xxxxxx 2019-cu il tarixdə saat 05:30-da adını sonradan bildiyi Təqsirləndirilən şəxs Axundovun aptekə daxil olaraq onun yatılı olmasından istifadə edib kənar şəxslərin girişi qadağan edilmiş sahəyə daxil olub “xxxxxxxxx” MMC-yə məxsus olan 1266 manat nağd pulu oğurladığını görmüşlər. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində MMC-yə 1266 manat maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs Axundov tərəfindən heç bir məbləgdə pul ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində götərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Şahid3 ilə xidmətdə olan zaman Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onu Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirmişlər, Polis Bölməsində olan zaman məlum olmuşdur ki, o xx.xx.1979-cu ildə anadan olmuş Axundov Təqsirləndirilən şəxsdur. Həmçinin polis bölməsində olan zaman Axundov Təqsirləndirilən şəxs Sabunçu rayonu Ramana kəndi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Axundov xx.xx.2019-cu il tarixdə saat təxminən 04:00 radələrində “novakain” almaq üçün ünvanını dəqiq xatırlamadığı aptekə daxil olaraq kassa aparatının yanında və kassanın içərisində olan pulları götürüb oradan getdiyini bildirmişdir. Bu barədə raport yazıb Axundov Təqsirləndirilən şəxs 28-ci Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli Protokoldan görünür ki, Axundov Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Axundov Təqsirləndirilən şəxs Yasamal rayonu, Nazim Hikmət küçəsi 24 ünvanında yerləşən “xxxxxxxxx” MMC-yə məxsus “Darçın” adlı aptekə gələrək xx xxxxxx 2019-cu il tarixdə saat 05:30 radələrində aptekə daxil olub orada olan satici Şahid1 yatılı olmasından istifadə edərək, kassada və onun yanında olan ümumilikdə 1266 manat nəğd pulu oğurlayaraq çıxıb getdiyini bildirib hadisəni necə baş verdiyini əyani təsvir etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(004)-700/2019 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs barəsində, 3 (üç) ay gün müddətində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması müəyyən edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(004)-1044/2019 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdlr. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Axundov Təqsirləndirilən şəxs Moskva şəhəri, X3 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə RF CM-in 30 M, 3 H 161 M.H maddələri ilə təqsirli bilinib 02 (iki) müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi tərəfindən təqdim olunmuş sorğuya cavabdan görünür ki, Axundov Təqsirləndirilən şəxs barəsində olan X5 şəhəri, Basmannıy Bələdyiyəsi arası rayon məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2002-ci il tarixli hökmün Azərbaycan Respublikasının ərazisində tanınması ilə bağlı müraciət və müvafiq sənədlər Respublikası Ədliyyə Nazirliyində aşkar edilməmişdir. CD diskdən görünür ki, xx.xx.2019-cu il tarixdə Axundov Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Darçın” adlı aptekə daxil olaraq aptekin satıcısının yatmasını görüb piştaxtanın digər tərəfinə baxdıqdan sonra oranın qapısını yavaş açaraq digər tərəfə, yəni kassanın olduğu yerə keçərək oradan pulları götürüb yavaş addımlarla hadisə yerindən uzaqlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin Bakı şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 613 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs Axundov müayinə edilərkən onda narkotik vasitə olan “Opioidlər” və “Morfin” maddələri aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx xxxx 2020-ci il tarixli xasiyyətnaməsinə əsasən həbs edilmiş şəxs Axundov Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində rəhbərlik tərəfindən iki dəfə həvəsləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin qərarın 21-ci bəndində göstərilir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməli qismən etiraf edərək göstərmişdir ki, aptekdə olan kassaya heç bir müdaxilə etmədən, kassanın yanındakı stolun üstündən pulları götürmüşdür. Təqsirləndirilən şəxsin ifadəsindəki bu xüsusatlar müşahidə kameraları ilə qeydə alınmış görüntülərlə tam təkzib olunur. Belə ki, video görüntülərdən aydın görünür ki, Təqsirləndirilən şəxs Axundov satıcının yatmasını görüb piştaxtanın qapısını açaraq kassanın olduğu yerə daxil olmuş, həm kassadan, həm də stolun üstündən pul əskinasları götürmüşdür. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki bu xüsusatları özünü müdafiə xarkterli olmaqla cinayətdən və cəzadan boyun qaçırma kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Axundov Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Axundov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Axundov Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dört gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Axundovun əməlindən səmimi peşman olmasını və onun saxlandığı X1 müsbət xaraktirizə olunmasını cəzasının yüngülləşdirən hal kimi giymətləndirərək nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Axundov Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Axundov Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Axundov Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Axundov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Axundov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hadisənin videogörüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-83/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-83/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver