Məhkəmə qərarları › İş №1(004)-83/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-83/2021

19.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-83/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: X4 Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, M.C.Məmmədzadə küçəsi, ev 123-də arvadı Zərərçəkmiş şəxs onu yuxudan qaldıraraq az yaşlı uşaqlarına baxmasını deməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı rəsmi nikaha girmədən ər-arvad münasibətlərində yaşadığı Seyid-X1 yumruqla və bel kəməri ilə vurub ona sağ gicgah nahiyəsinin şişkinliyi qançırı, sağ yanağın qançırı, alt dodağın əzilmiş yarası xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Nəzakət Seyid- Əmirin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs və xx xxxx 2020-ci il təvəllüdlü övladı X7 ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2020-ci il tarixdə bir qız övladları X7 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında sözlə mübahisələr olsa da, onu döyməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04:30 radələrində yaşadığı Bakı şəhəri, M.C.Məmmədzadə küçəsi, ev 123-də olarkən azyaşlı övladı ağladığından arvadı Nəzakət onu yuxudan oyatmış və ona uşağın ağladığını, yorğun olduğunu və birazda onun uşağa baxmasını bildirmişdir. Həmin vaxt əsəbləşib uşağı götürüb başı aşağı tutmuş, lakin övladına heç bir xəsarət yetirmək niyyəti olmadığından uşağı yerə qoymuşdur. Bundan sonra o, əsəbləşib Nəzakətdən onu nə səbəbə yuxudan oyatdığını soruşmuş və özünün uşağı sakitləşdirməsini ona demişdir. Bu zəmində aralarında Nəzakətlə mübahisə yaranmış, mübahisə zamanı əsəbləşib şalvarının kəməri ilə bir dəfə Nəzakətin sifət nahiyəsindən vurmuşdur. Həmçinin, bir neçə dəfə yumruqla Nəzakətin sifət nahiyəsindən vurmuş və sakitləşib gedib yatmışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Nəzakət Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gedib hadisə barədə ərizə ilə müraciət etmişdir. Arvadı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurarkən o, azyaşlı, yəni xx.xx.2003-cü il təvəllüdlü olduğundan bu barədə Yasamal RPİ-nin İŞ-də araşdırma aparılmış və xx xxxx 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, həmçinin bildirmişdir ki, baş vermiş hadisə 5-10 dəqiqə davam etmiş, özü heç bir xəsarət almamış, hadisə zamanı yaşadığı evdə başqa heç kəs olmamışdır. Arvadı Zərərçəkmiş şəxs yaşı az olsada ona qarşı etdiyi bütün hərəkətləri başa düşmüş və özü də bunu istəmişdir. Zərərçəkmiş şəxs ilə ilk tanışlığından, yəni ilk dəfə görüşdüyü gündən onun xx.xx.2003-cü il təvəllüdlü olduğunu bilmişdir. Ailə həyatı qurmamışdan öncə Zərərçəkmiş şəxs onun 1993-cü il təvəllüdlü olduğunu bilmişdir. Törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün, həmçinin 1 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2020-ci il tarixdə bir qız övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında sözlə mübahisə olsa da, Vüsal onu döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04:30 radələrində yaşadığı Bakı şəhəri, M.C.Məmmədzadə küçəsi, ev 123-də olarkən azyaşlı övladı ağladığından əri Təqsirləndirilən şəxs yuxudan durquzmuşdur ki, yorğun olduğundan birazda Vüsal uşağa baxsın. Həmin vaxt əri Vüsal yuxudan hirsli duraraq uşağı götürüb başı aşağı tutmuş və uşağı yerə çırpacağını bildirmişdir. Lakin, o, Vüsaldan bunu etməməsini xahiş etmiş və o, uşağı rahat buraxmışdır. Bundan sonra Vüsal ondan nə səbəbə onu yuxudan oyatdığını soruşmuş, özünün uşağı sakitləşdirməsini ona demişdir. Bu zəmində aralarında Vüsalla mübahisə yaranmışdır. Vüsal əynində olan şalvarın kəmərini çıxarıb onu kəmərlə vurmağa çalışmışdır, o, bunu görüb evdən qaçıb getmək istədikdə isə Vüsal kəmərlə onu vurmuş, kəmər sağ gicgah nahiyəsindən dəymişdir. Bundan sonra Vüsal onun sifət nahiyəsindən yumruqla bir neçə dəfə vurmuş, sakitləşib ondan əl çəkərək gedib yatmışdır. O isə uşağı sakitləşdirib yatızdırdıqdan sonra səhərin açılmasını gözləmiş, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gedib hadisə barədə ərizə ilə müraciət etmişdir. O, həmçinin bildirmişdir ki, baş vermiş hadisə 5-10 dəqiqə davam edib. Baş vermiş hadisə zamanı əri Təqsirləndirilən şəxs bir dəfə kəmərlə sifət nahiyəsindən vurmuş və bir neçə dəfə də yumruqla sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı yaşadıqları evdə başqa heç kəs olmamış, yəni əri ilə aralarında olan dava-dalaşı heç kəs görməmişdir. Əri onun xx.xx.2003-cü il təvəllüdlü olduğunu onlar ailə həyatı qurmamışdan öncə bilmiş, Təqsirləndirilən şəxsla ailə həyatı qurduqdan sonra cinsi əlaqədə olmuş, yəni xx xxxxxx 2019-cu il tarixdə onunla evləndikdən sonra cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs başqa heç kimlə cinsi əlaqədə olmamış, Təqsirləndirilən şəxsla təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman ona qarşı hər hansı bir formada təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərini dərk etmiş və mahiyyətini başa düşmüşdür. Çünki Vüsalla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü olmasını bilmişdir. Bundan əlavə zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbnin olmadığını bildirərək, həmçinin 1 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2003-cü il təvəllüdlü olmaqla hazırda 18 yaşı tamam olmamışdır, bununla da yetkinlik yaşına çatmamışdır. Ona görə də məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi, anası X4 bildirdi ki, zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbnin olmadığını bildirərək, həmçinin 1 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 668 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gicgah nahiyəsinin şişkinliyi qançırı, sağ yanağın qançırı, alt dodağın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X8 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar